İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » Nur sırası

    Kitabın adı: Nur sırası
    2011-09-04, 5:22 AM
    Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
    MOSKVA
    Ayətullah Hacı Şeyx Əhməd Xudai 2 ilə yaxındır ki, mərcəyi-təqlid, ayətullahül-üzma Mәhәmmәd Fazil Lənkəraninin Moskvada səlahiyyətli nümayəndəsidir. Qısa müddət ərzində müdrik alim təvazökarlığı, qayğıkeşliyi, hidayət yolunun səbrli təbliğatçısı kimi tanınmışdır. Şeyxin iştirak etdiyi məclislər müsəlmanlar üçün əsl dərs prosesini xatırladır. Yüzlərlə müdavim onu dinləyir, qeydlər edir, sonra suallarına cavab ala bilirlər. Artıq 2 dəfə ramazan ayını, bir Aşuranı və İmamın (ə) təziyəsini yola vermiş Hacı, Rusiya şəraitində - dinlər, məzhəblər arasında təriqətini saxlamış dindаşlаrа daxili bir sevinc, əminlik bəxş edə bilmişdir.
    1993-cü ildən Bakıda ayətullahül-üzma Məhəmməd Fazil Lənkəraninin nümayəndəsi işləmiş, 4 il sonra mərcəyi-təqlidin təklifi ilə Qum şəhərinə çağırılmışdır. Son illər Moskvaya keçmiş müttəfiq respublikalardan, uzaq xarici ölkələrdən axının güclənməsi, Cəfəri məzhəbinə qulluq etməli müsəlmanların itaətində kənar təsirlərin güclənməsi nəzərə alınaraq təcrübəli, dünyagörmüş Hacı Şeyx Əhməd Xudai Rusiya paytaxtına göndərilmişdir.
    İşə Moskvada İslami durumla tanışlıqdan başlayan Hacı maarifçiliyin gücləndirilməsinə böyük ehtiyac olduğu qənaətinə gəlir. Özü iki müstəqil və üç tərcümə əsərinin müəllifi olan alim Moskva şəraitində kitablarının ifа еdә biləcəyi rolu doğru qiymətləndirərək tezliklə Qur’ani-kərim təfsirinin rus və Azərbaycan dillərində olan iyirmi cildliyin mövcud nüsxələrini gətirdib paylayır. Şəri məsələlərə aid, namazqılma qaydaları, məsumlarla bağlı kitablar tez bir zamanda oxucularını tapır. Hacı buyurur ki, Azərbaycan əhlinin əksəriyyəti Cəfəri məzhəbinə qail olduğundan orada başa düşülmək problemi yoxdur. Moskvada iqlim, ərazi genişliyi, vaxt çatışmazlığı, bürokratik əngəllər və s. müşküllərlə yanaşı, dinlər və təriqətlərin təzyiqi işləməyi çətinləşdirir.
    Xudai ağa özü gördüyü işlərdən, hidayət yolunda fəaliyyətindən könülsüz danışır və bunu təvazökarlıqdan uzaq sayır. Çətinliklə də olsa, bir sıra şeyləri öyrənirik. Ağa deyir: "Allah-təala qismət edib Moskvada yaşayan və dini təhsili olan gəncləri bir araya yığa bilmişik. Həftədə bir dəfə onlarla görüşümüz olur (аğa onlara dərs keçir – red.). Günləri çörək qazanmaqla keçən bütün müsəlmanları bir araya toplamaqdan, onlarla iş aparacaq müəllimlərlə görüşüb təcrübə mübadiləsi etmək daha faydalıdır. Hər cümə axşamı Kumeyl duası oxuyuruq. Çərşənbə axşamı Təvəssül duası günüdür. "İnter Azərbaycan” kabel televiziyası ilə həftədə 45 dəqiqəlik maarifçilik mövzusunda dini proqram hazırlamaq da bizə qismət olub. Qur’an dərsləri qoymuşuq, әrәb-fars dilini öyrənirik.
    Moskvada Azərbaycan dilində nəşr olunan dini qəzetlərdə məqalələrlə mütəmadi çıxış etmək boynumuzda bir haqdır. Bir sözlə, İslamın sıravi əsgərləriyik.”
    Xudai ağanın oturduğu nümayəndəlik heç zaman boş olmur. Ən müxtəlif dini, şəri məsələlərlə bağlı gündə onlarla müsəlman ona müraciət edir. Müxtəlif ünvanlara məclis aparmağa dəvət alır. Rusiyanın ən ucqar şəhərlərindən belə onun ziyarətinə adamlar gəlir. Arada yarım saat fasilə olan kimi Şeyx Əhməd Xudai ibadət edir, Qur’an oxuyur, xütbələrə hazırlaşır. Əməkdaşımız onun fəaliyyətini müxtəlif vaxtlarda izləmiş və şəklini çəkmişdir. Onu da qeyd edək ki, hörmətli alim Rusiyada – Moskvada yaşayan bütün həməqidə yoldaşlarına Әhli-bеyt vә "İman” vasitəsilə müraciət edərək demişdir: "Allah-təalanın izni ilə istəyirəm ki, qardaş-bacılarımız oturuş-duruşları, əxlaqları, insanlarla təmasları ilə Cəfəri adını doğrultsunlar, bu məsləkin daşıyıcıları olduqlarını nəinki bir an belə unutmasınlar, hətta bütün müsəlmanlara nümunə olsunlar...”
    (Ya Peyğəmbər!) De: "Mən risalətimin müqabilində Əhli-Beytimə məhəbbətdən başqa bir şey istəmirəm!”
    ("Şura” surəsi, 23)
    Şеyх Mәhәmmәd Fazil Lənkəraninin Moskvada yaşayan müqəllidlərinin 2005-ci il Ramazan təəssüratları
    (Yazılar Rusiyada populyar olan "Əhli-Beyt” qəzetinin noyabr, dekabr saylarından götürülmüşdür.)
    Ramil Babayev: - Allah-təalanın İslamda qoyduğu elə qanunlar var ki, əvvəlki dinlərdə olmuş insanlara da aiddir. Onlardan biri orucdur. Bu barədə Qur’ani-Kərimdə ayə də var. Yəqin elə ona görədir ki, uca Allah ramazan ayında şeytanın əl-ayağını, cəhənnəmin qapılarını bağlayır. Özünün mübarək əfv, fəzilət süfrəsini açır. Ağıllılar Yaradanın qonağı olmaq fürsətini qaçırmırlar, bu nadir şərəfdən faydalanmağa çalışırlar. Doğrudan da, ildə cəmi bir dəfə və bir ay imkan yaranır ki, on bir ay səndən asılı və asılı olmayan səbəbdən etdiyin günahlardan təmizlənəsən, bağışlanmaq üçün əllərini Allahın dərgahına uzadasan. Şübhəsiz ki, oruc tutanlar bu müraciəti xütbə məclislərində, alimləri ziyarət edərkən, camaat namazlarında, iftar məclislərində etməlidirlər. Mən də mömin dostlarımla bu qaydalara riayət etməyə çalışdım. Yeri gəlmişkən onu da deyim ki, Moskvadakı ibadətlərimlə vətəndə yaşadığım oruc-namazlarımı müqayisə edirəm və fərq görürəm. Fərq ondadır ki, Azərbaycanda dörd tərəfin müsəlmandır, çoxlu dini kitablar və məscidlər var, mütəmadi olaraq alim söhbətlərini dinləməyə imkan yaranır, ən azından hüzr məclisləri xütbələr üçün meydan açır. Moskvada isə bu işləri yalnız "Əhli-beyt” cəmiyyəti həyata keçirir. Onların mövqeyi, fəaliyyəti çox şərəfli və məsuliyyətlidir. Minlərlə soydaşımız məhz onların sayəsində tövbə etmiş, dinə-imana gəlmiş və ya imanlarının kamilliyinə doğru yol tapmışlar. Bu gün mən təsəvvürümə gətirə bilmirəm ki, "Əhli-beyt” cəmiyyətinin tədbirləri olmasa, mən daha harada iman məclisi axtarıb tapa bilərəm. Hazırda isə biz "Əhli-beyt”dən mənən dolu çıxandan sonra iş yerimizdə bir təbliğat meydanı görürük.
    Builki ramazan yadımda həm də onunla qalacaq ki, iki azərbaycanlı yoldaşımızı Allah yoluna dəvət etdik, sıralarımız möhkəmləndi. Bilirsiniz ki, "Çerkizovski” dediyimiz ticarət mərkəzində çoxsaylı azərbaycanlı işləyir, əgər "Əhli-beyt”in hər üzvü burada ildə bir-iki nəfəri iman yoluna dəvət edə bilsə, yaşadığımız cəmiyyət nə qədər saflaşar, ədalət artar, yaşamaq asanlaşar. Şəriətlə bağlı sual yarananda isə Ayətullah Məhəmməd Fazil Lənkəraninin risaləsi köməyimizə çatır...
    Hər ramazanda olduğu kimi, bu il də imam Əlinin (ə) zərbətlənməsi və şəhadəti günləri, Qədr gecələri mərasimləri ən çox yaddaqalan oldu. Axı özü iftarsız qalıb yeməyini miskinə vermiş (bu barədə Qur’ani-Kərimdə "Həl-əta” surəsi nazil olmuşdur – red.) Əlinin (ə) şücaətlərinə, onun əbədi həyat nümunəsinə necə istinad etməyəsən?!
    Şahin Axundov: - İslam qaydaları ilə yaşamağa, xüsusən də oruc tutmağa 1999-cu ildən başlamışam. Çox peşmanam ki, daha əvvəldən ibadətim olmayıb. Üç il əvvəl Ağdamda əsgəri xidmətdə olanda komandirlərin qəti etirazına baxmayaraq orucdan qalmırdım, çünki orduda buna nəzarət etmək həmişə mümkün deyil. Amma namaza qətiyyətlə mane olurdular. Heç cür anlamıram, daha doğrusu, razılaşmıram ki, əgər bir şey insanın iradəsini, müqavimətini möhkəmləndirirsə, adamı kökünə, Allahına bağlayırsa, şeytan, kafir, düşmən üzərində qələbəyə hazırlayırsa, əsgəri mübariz edirsə onu niyə təbliğ yox, qadağan edirlər?!
    Ramazan ayı həm də zikr ayıdır, götür-qoy, düşüncə ayıdır. Mən də oturub dərindən fikirləşəndə gördüm ki, Аzәrbаycаnın еrmәni işğаlı аltındа оlаn Qarabağ әrаzisi ilә əlaqəli hadisələr məhz dinimizə — Allah-təalanın buyurduqlarına etinasız qalmağımızdan irəli gəlib. Əhaliyə hələ kiçik yaşlarından İmam Hüseyn (ә) məktəbindən dərs deyilsəydi, Əhli-beyt yolu öyrədilsəydi, düşmən Azərbaycan torpaqlarından bir ovuc götürməyi ağlına belə gətirməzdi. Amma mənə elə gəlir ki, yenə gec deyil. Moskvada "Əhli-beyt” cəmiyyətinin fəaliyyətindən faydalansaq, imanımızı kamilləşdirsək, Allah yolunu öyrənib imkan daxilində başqalarına da təlqin edə bilsək, zəhmətlərimiz boşa getməz. Bu mənada yenicə başa çatmış ramazan ayını həyatımda ən mənalı və fəzilətli hesab edirəm. Builki xütbələr, təbliğat, "Əhli-beyt” qəzetinin yazıları, Şеyх Mәhәmmәd Fаzil Lәnkәrаninin"Şəriət hökmlərinin izahı” risaləsi, cəmiyyət üzvlərinin etiqadı məni kamilliyə doğru bir addım da irəli aparıb. İndi dərk edirəm ki, din alimləri niyə xütbə söyləyəndən sonra başqa bir alimin xütbəsinə qulaq asmağa tələsirmişlər. Bu məziyyət istər-istəməz mənim kimi İslamda elmi dərəcəsi olmayan sıravi müsəlmanlara da təsir edir və bizi öz bacarığımız səviyyəsində fəal olmağa sövq edir. Allah qismət elədi bu il ramazanda maddiyyata sıx bağlı, dünya işlərini axirət işlərindən daha əhəmiyyətli sayan adamlarla təsirli söhbətlərim oldu. Tutduğu orucu ac qalmaqdan başqa bir şey olmayan bəzilərinə izah etməyə çalışırdım ki, - əlbəttə, Allahdan kömək diləyə-diləyə - ramazan ayında göz, qulaq, dil, qəlb, hətta, düşüncə belə pəhrizdə olmalıdır.
    Yeri gəlmişkən, onu da deyim ki, işimlə bağlı ("Halal” kafesində xörəkpaylayanam) qəribə hisslər keçirirdim. İftar vaxtı möminlərə xidmət etməkdən xüsusi zövq alırdım, amma günün günorta çağı, xörək, çay sifarişi eşidəndə o bığıburma, sağlam soydaşlarımın halına yanırdım: "Axirətdə cavabınız nə olacaq?” – deyə düşünürdüm.
    Sevda Həsənova: - Allah-təala qismət elədi, 2005-ci ilin ramazan ayından lazımınca bəhrələndik. İbadətlərimizi vaxtında, böyük şövqlə yerinə yetirirdik, hiss edirdim ki, qəlbimdə ilahi eşq, məhəbbət get-gedə alovlanır. Hər il ondan əvvəlki ramazana nisbətən imanın kamilliyinə çalışmağı da vərdiş halına gətirmək lazımdır. Builki iftar süfrələrimizin həm sayı, həm də çeşidi, Allah yetirdi, bol oldu, təbii ki, süfrə başına da daha çox mömin xanım toplaşmışdı. Allah qismət elədi ərəb dilindən sonra bu il fars dilini də öyrəndim. İndi ədəbiyyat oxumağa daha çox imkanım var, daha çox müsəlman qardaş-bacılarla ünsiyyət yaratmaq şərait yaranıb. Həddi-büluğa çatmış, milliyyətcə rus olan bir qızı – yenə də Allah-təalanın yаrdımı sayəsində - İslama gətirdik. Qız özünə azərbaycanlıya məxsus ad seçdi.
    Beş ildir Moskvada yaşayıram, builki kimi bərəkətli ramazan olmamışdı. Məscidə ibadətə gələn xanımların, dinə aid məsələlərinin izahı ilə müraciət edənlərin, islami qaydada geyinmək üçün məsləhət almaq istəyən qızların sayı da xeyli çox oldu. Ortaya çıxan şəri sualların cavabını isə müqəllidi olduğumuz Həzrət Ayətullah Məhəmməd Fazil Lənkəraninin risaləsindən tapırdıq.
    Gileylərim də az deyil. Rusiya paytaxtında yaşayan azərbaycanlı qız-gəlinlərimizin bəziləri yerli hava ilə oynamağa meyillidirlər. Yəni açıq-saçıq geyinməyə üstünlük verirlər, təmtəraqlı, halallıq olmayan məclislərdə kişilərlə yanaşı iştirak etməkdən (hətta ramazan ayında) çəkinmirlər. Günahın bir hissəsi o xanımların özündədirsə, bir hissəsi də onların həyat yoldaşlarında və ya qardaşlarındadır. Onlar unudurlar və ya başa düşmək istəmirlər ki, Azərbaycandan çıxmaq hələ Allahın nəzərindən qaçmaq deyil. Yaradаnımız hər zaman hər yerdədir, ona görə də xanımlarımız özlərini İslam əxlaqına uyğun aparmalıdırlar. İstərdim ki, hamımız dua edək, Allahdan xanımlarımıza əfv diləyək, dinə-imana gəlməyi arzulayaq və onları da gələn ramazanda sıralarımızda görək, inşallah!
    Cәnаb Mәhәmmәd Fаzil Lәnkәrаni dәftәrхаnаsının Mоskvа nümаyәndәliyinin fәаliyyәtә bаşlаdığı 2005-2006-cı illər Moskvada Əhli-beyt aşiqlərinin iman yolunda yüksəliş dövrü sayıla bilər. Həmin illərdə keçirilən məhərrəmlik ayının əzadarlığı, Aşura məclisləri də bunu təsdiq edir.
    Moskva şəhəri, 2006-cı il, Aşura günü, "Prospekt Mira” məscidi. Əhli-beyt aşiqləri üzdəniraq Danimarka karikaturaçıya qəti etirazlarını bildirirlər. "İslamın düşmənlərinə ölüm!”, "Peyğəmbərimizin (s) ünvanına yönəlmiş təhqirləri bağışlamarıq!” şüarları səsləndirilir.
    Şəban ayının fəziləti və əməlləri
    (Cənab Məhəmməd Fazil Lənkəraninin tövsiyəsi)
    Şəban çox böyük fəzilətə malikdir və hədislərə əsasən bu ay İslam Peyğəmbərinə (s) aid edilmişdir. Həzrət Peyğəmbər (s) bu ayda oruc tutub onu mübarək Ramazan ayına birləşdirirdi. Həzrət Məhəmməd (s) buyurmuşdur: "Şəban mənim ayımdır. Hər kəs mənim ayımda bircə gün oruc tutarsa, behişt ona vacib olar.”
    İmam Sadiq (ə) buyurmuşdur: "Şəban ayı daxil olduqda İmam Zeynul-abidin (ə) səhabələrini yanına çağırıb buyurardı: "Ey mənim səhabələrim! Bu ayın necə ay olduğunu bilirsiniz. Həzrət Peyğəmbər (s) buyurardı ki, bu mənim ayımdır. Siz də Şəbanda Peyğəmbərin (s) məhəbbətinə görə oruc tutun....”
    Əmirəl-möminin İmam Əli (ə) buyurardı: "Hər kəs Şəban ayında Peyğəmbərin (s) məhəbbətinə görə və Allaha yaxınlaşmaq üçün oruc tutarsa, Allah da onu sevər, Qiyamət günündə onu Öz kəramətinə yaxınlaşdırar və Behişti ona vacib edər.”
    İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur: "Allah bu ayda mənə kömək edənə - yəni bu ayda oruc tutana – rəhm etsin...”
    Şəban ayının əməlləri
    Şəban ayının əməlləri iki hissəyə bölünür: müştərək və məxsusi əməllər.
    Müştərək əməlləri:
    Müştərək əməllər aşağıdakılardan ibarətdir:
    1-Hər gün yetmiş dəfə "Əstəğfirullahə və əs’əluhut-tövbə” sözünü demək;
    2-Hər gün yetmiş dəfə "Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu iləyh” sözünü demək;
    3-Sədəqə vermək;
    4-Bu ay әrzindә min dəfə "La ilahə illəllah və la nəbudu illa iyyahu muxlisinə ləhuddin və ləv kərihəl-muşrikun” demək;
    5-Bu ayda Məhəmməd və Ali Məhəmmədə (səlləllahu ələyhi və Alihi və səlləm) çoxlu salavat göndərmək;
    6-"Məfatihul-cinan” kitabında qeyd olunmuş məxsus namazı qılmaq;
    7-"Məfatihul-cinan” kitabında imam Zeynul-abidindən (ə) nəql olunmuş məxsus salavatı məğrib və habelə, bu ayın yarısının gecəsi çağlarında oxumaq;
    8-"Məfatihul-cinan” kitabında İbn Xaləveyhin imam Əlidən (ə) nəql etdiyi münacatı oxumaq.
    Məxsusi əməlləri
    Şəban ayının məxsusi əməlləri "Məfatihul-cinan” kitabında ətraflı şəkildə bəyan olunmuşdur. Burada isə onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
    1- Bu ayın birinci günündə oruc tutmaq; (Bu günün orucunun fəziləti və faydaları barədə hədis və rəvayətlər də mövcuddur)
    2- Bu ayın üçüncü günündə imam Hüseyn (ə) dünyaya gəlmişdir və hәmin gün oruc tutmaq daha fəzilətlidir;
    3- Şəban ayının on dördüncü gününün gecəsi çox fəzilətli sayılır. Hətta, bəzi hədislərə əsasən, bu gecə Qədr gecəsindən sonra üstün sayılan bir gecə kimi adlanmışdır. Bu müqəddəs gecədə qüsl etmək və səhərədək oyaq qalıb namaz, istiğfar və dua ilә məşğul olmaq, həmçinin, Kumeyl duasını oxumaq tövsiyə olunmuşdur.
    4-Şəban ayının оn bеşinci günü imam Mehdi Sahibəz-Zamanın (ə) anadan olduğu müqəddəs bir gündür. Bu gündə O həzrəti (ə) ziyarət etmək, Onun üçün dua etmək və Allahdan Onun tezliklə zühurunu diləmək müstəhəb sayılır.
    5-Şəban ayının son üç günündə oruc tutmaq. İmam Rza (ə) buyurmuşdur: «Hər kəs Şəban ayının son üç günündə oruc tutub onu Ramazan ayına çatdırarsa, Allah-təala ona iki ardıcıl ayın oruc savabını verər.»
    6-Həmçinin, bu ayda çoxlu tövbə və istiğfar etmək də tövsiyə olunmuşdur. Bu haqda ətraflı məlumat üçün Şeyx Abbas Quminin (r) "Məfatihul-cinan” kitabında "Şəban ayının əməlləri” bölməsinə baxa bilərsiniz.
    Category: Nur sırası | Added by: Islam_Kitabxanasi
    Views: 801 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024