İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Müslim ibn Əqilin həyatı

    Müslim ibn Əqilin həyatı
    2012-05-11, 7:30 AM
    GİZLƏNMƏ ZƏRURƏTİ
    Öncə nəql etdiyimiz əhvalatlar baş verdiyi vaxt Müslim Muxtarın evindəi idi. İbn Ziyad mümkün qiyamı yatırmaqdan ötrü Müslimin axtarışına başladığı andan Müslim yerini dəyişərək Haninin evinə köçdü.
    Hani ibn Ürvə havadarları, silahlıları, süvarilərinin sayı min nəfərə çatan nüfuzlu şiə şəxsiyyətlərdən idi. Hadisələr baş verən zaman Haninin doxsana yaxın yaşı vardı. O, peyğəmbərin hüzurunda olmuş, Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində Həzrət Əlinin (ə) başçılığı altında vuruşmuşdu. O, Əhli-beytə (ə) münasibətdə ixlaslı və vəfalı idi.(Həmin mənbə, s. 173.) İndi isə Hani növbəti dəfə öz sədaqət və şücaətini sübuta yetirməli idi. Kufə hakimi tərəfindən təqib olunan, şiə qüvvələrin başında dayanan Müslimin qəbul edilməsi çox ağır bir yük altına girmək idi.
    Hani Müslimi öz evində, etibarlı bir yerdə saxladı. Yenə də şiələr məxfi şəkildə onun görüşünə gəlirdilər. Hələ ki, Übeydüllah ibn Ziyad Müslimin təzə sığınacağından xəbərsiz idi.(Şeyx Müfid, "İrşad”, c. 2, s. 45.)
    Müslimin Haninin evində gizləndiyi dövrə aid hadisələrdən biri İbn Ziyadın öldürülməsi planı idi. Bu plan isə baş tutmadı. Hadisə belə baş verdi:
    Əmirəl-mömininin xalis şiələrindən olan Bəsrə böyüklərindən biri Şərik ibn Əvər Siffeyn döyüşündə Əlinin (ə) başçılığı altında, Əmmar Yasirlə çiyin-çiyinə Müaviyəyə qarşı vuruşanlardan idi. İbn Ziyad Kufəyə gələrkən Şərik də məcburi şəkildə onu müşayiət edən dəstəyə qatılmışdı. O, xəstələnib, karvandan dala qalmışdı. Şərik Kufəyə çatdıqdan sonra Haninin evinə getdi. İbn Ziyad Şərikin xəstələndiyini eşidib, onu yoxlamaq üçün Haninin evinə getmək qərarına gəldi. Şərikin təklifi ilə belə bir qərar çıxarıldı ki, Müslim pərdənin arxasında dayansın və Şərik su istəmək işarəsi ilə daxil olub, İbn Ziyadı qətlə yetirsin. Bəzi mənbələrdə bildirilir ki, bu planın həyata keçirilməsində daha 30 şiə Müslimə kömək etməli imiş.
    İbn Ziyad Haninin evinə gəlir və onlar əyləşib söhbət edirlər. Amma Şərik işarə versə də, Müslim otağa daxil olmur. İşarə təkrar olunsa da, Müslimdən xəbər çıxmır. İbn Ziyad bu işarələrdən şübhələnib, Hanidən soruşur ki, o nə deyir? Hani Şərikin qızdırmadan sayıqladığını bildirir. Übeydullah ibn Ziyad cəld qalxıb oranı tərk edir. İbn Ziyad getdikdən sonra Müslimdən nə üçün nəzərdə tutulmuş planı yerinə yetirmədiyini soruşurlar. O deyir: "Bunun iki səbəbi oldu. Biri budur ki, həzrət Əlinin (ə) nəql etdiyinə görə, Peyğəmbər (s) "iman arxadan, qəfil hücuma mane olur” buyurmuşdur. Digər səbəb isə Haninin arvadının ağlayıb, bu evdə qan tökülməməsini istəməsi oldu.” Hani dedi: "Vay olsun o qadına ki, həm özünü, həm də bizi məhv etdi, qorxduğu şey başına gəldi.” Şərik dedi: "Əgər onu öldürmüş olsaydın bir fasiqi, bir hiyləgəri aradan götürmüş olardın.”(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 175.)
    DÜŞMƏNİN İNQİLABI TƏŞKİLATA NÜFUZU
    Müslimin və onun tərəfdarlarının hərəkatı məxfi şəkil almışdı. Bütün əlaqələr gizli şəkildə saxlanılırdı. Şərait dəyişdiyindən Kufə şiə inqilabçılar üçün təhlükə mərkəzinə çevrilmişdi. Kiçik bir ehtiyatsızlıq böyük zərərlərlə sonuclana bilərdi.
    İbn Ziyadın siyasəti Müslim və onun inqilabının məhv edilməsinə yönəlmişdi. Bu məqsədlə iki plan həyata keçirilirdi: 1.Müslim və onun tərəfdarlarının axtarışı və təqibi; 2.Şəhər böyüklərinin və tanınmış simaların ələ alınması.
    Müslimin sığınacağının aşkarlanması və onun planları haqqında məlumat toplanması üçün İbn Ziyad casuslardan istifadə edirdi. Casuslar hərəkat haqqında topladıqları məlumatları hökumətə çatdırırdılar. İbn Ziyad bu işdə Məqil adlı hökumət məmurundan istifadə etdi. Məqul üç min dirhəm alıb, öhdəsinə götürdü ki, Müslimin tərəfdarı adı ilə onun ətrafındakılarla əlaqə saxlasın, əlindəki pulları inqilab yolundan sərf etmək bəhanəsi ilə Müslimə yol tapsın, onun sığınacağı və işləri barəsində ibn Ziyada məlumat versin.
    Məqil məscidə gəlib, namaz qıldı və oradakılarla söhbətə başladı. O, Müslimin təşkilatındakı mübariz şəxslərdən biri olan Müslim ibn Övsəcə ilə görüşməyə və onu aldatmağa nail oldu. Məqil əvvəlcədən hazırlanmış plan üzrə özünü belə təqdim etdi: "Mən Şam əhlindən, Zil-Kəla qəbiləsindənəm. Allah-təala mənə Əhli-beytlə (ə) dostluq nemətini əta etmişdir. Eşitmişəm ki, Əhli-beytdən olan bir şəxs Kufəyə gəlib, xalqı Peyğəmbərin nəvəsinə yardıma dəvət etmiş və onlardan beyət almışdır. Onu yaxından görmək və bir qədər pul çatdırmaq istəyirəm. Pulu məndən al və məni onun yanına apar ki, beyət edim.” Müslim Məqilin sözlərinə inanıb, vəd aldı ki, bütün bu əhvalatları gizli saxlayacaq. Məqul onun bütün şərtləri ilə razılaşdı. Məqilin dediklərinə inanan Müslim dedi: "Bir neçə gün mənim evimə gəl, səni axtardığın adamla görüşdürmək üçün şərait yaradım.”
    Beləcə, İbn Ziyadın bu casusu Müslimin sığındığı Haninin evinə yol tapdı və onunla görüşdü. Özünü bu hərəkatın tərəfdarı kimi tanıtdırıb, gətirdiyi pulları ona təqdim etdi. O, sübh hamıdan tez gələr və axşam hamıdan sonra gedər, topladığı bütün məlumatları İbn Ziyada çatdırardı.(Şeyx Müfid, "İrşad”, c. 2. s. 46.)
    O, hərəkat haqqında bütün məlumatları hökumətə çatdırırdı. Digər tərəfdən Müslim ibn Əqilin Əbdüllah Yəqtər vasitəsi ilə imama yazdığı məktub İbn Ziyadın əlinə keçir. Məktubu aparan şəxsi Übeydullahın yanına gətirirlər. Həmin şəxs məktub sahibinin adını bildirmədiyi üçün İbn Ziyadın göstərişi ilə şəhadətə yetirilir.
    Müslimin sığınacağından, inqilabi mərkəzdən və bu hərəkatdakı aparıcı şəxsiyyətlərin kimliyindən xəbərdar olan İbn Ziyad daha çox təhlükə hiss etməyə başladı. O, bu hərəkatı nəzarətdən çıxmamış, beşikdəcə boğmaq qərarına gəldi. Hərəkata, onun öncüllərinə və tanınmış simalarına qarşı hücum planı hazırlandı. İlk addım Haninin həbsi oldu.
    İNQİLAB TƏHLÜKƏDƏ
    Bu inqilabda Haninin böyük rolu vardı. Kufə valisi Hanini həbs etmək yolu ilə Müslimi ələ keçirmək fikrinə düşdü. O bilirdi ki, Hani öz evində qaldıqca Müslim ibn Əqilin həbsi mümkün olmayacaq. Şübhəsiz ki, Haninin başçılığı altında olan qüvvələr müqavimət göstərəcəkdilər. Ona görə də Hanini bir yolla valinin sarayına gətirmək və oradaca həbs etmək lazım idi. Hanini Müslimdən yalnız bu yolla ayırmaq mümkün idi.
    Hani xəstəlik bəhanəsi ilə Übeydullah İbn Ziyadın yanına getmirdi. Nəhayət, İbn Ziyad Hanini görmək bəhanəsi ilə bir neçə nəfər göndərib, onu saraya dəvət etdi.(Şeyx Müfid, "İrşad”, c. 2. s. 47.)
    Übeydullah Hani ilə çox tünd danışdı. Hani məclisə daxil olarkən İbn Ziyad dedi: "Xəyanətkar öz ayağı ilə gəldi.” İbn Ziyadın tikanlı sözləri, kinayələri Hanini dilə gətirdi və o bu sözlərin səbəbini soruşdu. İbn Ziyad dedi: "Evində əmirəlmöminin Yezidin əleyhinə qurduğun nə qovğadır? Müslimə evində yer verib, onun üçün adam, silah toplayırsan! Yoxsa bütün bunlardan xəbərsiz olduğumu güman edirsən?!”
    Hani deyilənləri inkar etdi. Amma İbn Ziyad Hanini Məqillə üzləşdirdi. Yalnız bu məqamda Hani Məqilin casus olduğunu başa düşdü. Məlum oldu ki, Məqil özünü Əhli-beyt (ə) tərəfdarı kimi qələmə verib, Müslimə beyət etmək bəhanəsi ilə təşkilata daxil olmuşdur.
    Bu görüşdə çox mübahisələr oldu. Xeyli sərt danışdıqdan sonra İbn Ziyad öz qulamı Mehranın əsasını götürüb, Haninin başına və üzünə o qədər vurdu ki, onun alnı və burunu partladı. Hani əl atıb yanındakı keşikçinin qılıncını götürmək istədi. Amma onu tutub, İbn Ziyadın göstərişi ilə zindana atdılar.(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 178.)
    Hökumət üçün müvəffəqiyyət sayılan bu həbs ilə İbn Ziyad böyük bir maneəni aradan qaldırdı və bir çox inqilabçıları süstləşdirdi.
    VAXTINDAN ƏVVƏL PARTLAYIŞ
    Hani Übeydüllah ibn Ziyadın həbsində idi. Valinin əsgərləri Haninin evinə hücuma hazırlaşırdı. İnqilabın əvvəlcədən hazırlanmış planı real olmadığından Müslim hücumu tezləşdirmək qərarına gəldi. Şəhərdən kənarda olan əsas qüvvələr təyin olunmuş vaxtı gözləyirdi. Onlar hücum vaxtının dəyişməsindən xəbərsizdilər. Müslim yaxınlarından birinə göstəriş verdi ki, inqilabın başlanması işarəsi verilsin. Şövq və qəhrəmanlığa çağıran "ya Mənsur, əmit” ("ey yardım almış və qalib gəlmiş, öl və öldür) şüarı göylərə ucaldı. Qəlblər bir-birlərinə və əllər qılıncların dəstəsinə sıxıldı. Haqq ardıcılları, din mücahidləri və Müslimə beyət edənlər hər tərəfdən ona yardıma gəldilər. Hərəkatın ürəyi Haninin evi idi. Ətraf evlərdə də dörd min nəfərədək silahlı ehtiyatda saxlanılmışdı. Mövcud qüvvələr düşmənin hücum edən qoşunu ilə üzləşməli idi. Qüvvələr bir o qədər çox olmasaydı da, Müslim ibn Əqil bu qüvvələri aşağıdakı qaydada hissələrə bölmüşdü: Əbdürrəhman ibn Əziz Kəndi Rəbiə əmir və süvarilərin ön hissəsinin komandanı; Müslim ibn Ovsəcə Məshəc və Bəni-Əsəd qəbilələrinin əmiri və piyadaların komandanı; Əbu-Səmamə Sadidi Təmim və Həmdan qəbilələrinin əmiri; Abbas ibn Cödət Cədəli Mədinə qüvvələrinin komandanı.
    Bu hərbi düzümdə Übeydullah ibn Ziyadın komandanlıq mərkəzinə hücum göstərişi verildi.(İbn Əsir, "Kamil”, c. 4, s. 30.) Müslim ibn Əqil bu anlarda yalnız həqiqət haqqında, haqpərəstlərin məzlumiyyəti haqqında düşünürdü. O, zülm, fəsad mücəssəmələri ilə mübarizəni özü üçün müqəddəs və ilahi vəzifə bilirdi. Onun öz vəzifəsinə qarşı məsuliyyəti özünü unutmasına və yalnız Allah haqqında düşünməsinə səbəb olmuşdu.
    Müslim dünyapərəstlərin və zora güvənənlərin hay-huylarının yerində haqqın sədasını ucaltmağa hazır idi. Onun fikri möminlərin iradələrini, qollarını, qılınclarını Allah yolunda və Hüseyn ibn Əlinin (ə) rəhbərliyi altında birləşdirmək idi. Qarşıya çıxmış çətin şəraitdə böyük bir cihad, qanla dolu fədakarlıq, əbədi qəhrəmanlıq zəruri olmuşdu. Müslim bu amallarla meydana girirdi.
    İbn Ziyad Hanini həbs etdikdən sonra daha çox təhlükə duyduğu üçün məsciddə çıxışlar edir və xalqa hədə-qorxu gəlirdi. Bu vaxt xəbər verildi ki, Müslim və onun tərəfdarları artıq qiyam qaldırmışlar. İbn Ziyad minbərdən düşüb cəld öz qəsrinə gedir. Göstəriş verir ki, qapıları bağlasınlar və özü qəsrə sığınır. Çox keçmir ki, qəsr Müslimin tərəfdarları tərəfindən mühasirəyə alınır. Kufə məscidi həqiqət yolunun aşiqləri ilə dolur və bu say anbaan çoxalır.(Xarəzmi, "Məqtəlul-Hüseyn”, c. 1, s. 206.)
    Übeydullah bu böhrandan qurtarmaq üçün öz satqın muzdurlarından istifadə etmək qərarına gəlir. Digər tərəfdən Müslimə beyət edənlər arasında ikitirəlik yaratmağa çalışır. Eləcə də, bəzi adamlara əmr olunur ki, Müslimə qarşı etimadsızlıq yaradılsın. Onlar bu yolla mühasirə halqasını yarmaq və Müslimi tənha qoymaq istəyirlər. Satqınlar Übeydüllahın razılığını qazanmaq üçün Müslim tərəfdarlarının arasına girib, şayiə yaymağa başlayırlar ki, burada qalanlar üçün böyük təhlükə gözlənilir və onlar öz canlarını qorumaq üçün buradan dağılışmalıdırlar. Bu müzdurlardan biri olan Kəsir ibn Şəhab xalqa xitabla deyir: "Tələsin! Evinizə və ailənizin yanına qayıdın, özünüzü ölümə verməyin. Yezidin Şamdan göndərdiyi qoşun Kufəyə çatmaqdadır... Sizin əmiriniz Übeydullah qərara gəlmişdir ki, kim axşamadək evinə qayıtmasa, müqavimət göstərsə, onun məvacibi kəsiləcək və şəhərin döyüşçüləri heç bir muzdsuz Şam sərhəddinə müharibəyə göndəriləcək. Günahsızlar günahkarlara, burada olmayanlar olanlara qatılacaq və kimsə salamat qalmayacaq.” Bu sözlər insanların qəlbini qorxuya saldı. Zəif imanlıların bir hissəsi Müslimi tədricən tərk etməyə başladılar.("Biharül-ənvar”, c. 44, s. 349.) Müslim ibn Ovsəcənin və Həbib İbn Məzahirin tayfası da qorumaq məqsədi ilə bu iki şəxsi həbsə aldı.("Əyanüş-şiə”, c. 4, s. 554.)
    Müslim ibn Əqilin əməliyyata vaxtından əvvəl başlaması bir tərəfdən, düşmənlərin və münafiqlərin zəhərli təbliğatı və hədə-qorxuları, digər tərəfdən Müslimin müvəffəqiyyət imkanını zəiflətdi. Onun qüvvələrinin bir çox hissəsi ümumiyyətlə əməliyyat planına malik deyildi. Otuz min beyətçidən yalnız dörd min nəfəri meydanda iştirak edirdi. Müslim dörd min nəfərlik qoşunla həm mühasirəni saxlamalı, həm də digər bir cəbhədə düşmən təbliğatı ilə mübarizə aparmalı idi. Kufə şəhərinin müxtəlif tərəflərində iki cəbhənin nümayəndələri arasında savaş gedirdi. Müslim vəziyyətin çətinliyinə baxmayaraq, ona tabe olan qüvvələrlə birlikdə dilavərliklə döyüşürdü. Onların qəlbi Allaha və haqq yola imanla dolu idi. Kufənin daxilində bir Kərbəla yaranmışdı. Müslimin tərəfdarlarının bir hissəsi şəhadətə yetişdi, özü isə qızğın döyüşlərdə yaralandı.(Xarəzmi, "Məqtəlul-Hüseyn”, c. 1, s. 207.) Həmin gün başa çatdı. Mübarizənin çətinliyi bir çoxlarını meydanlardan kənarlaşdırdı. Hökumətin hədə-qorxuları bəzilərini öz beyətindən üz döndərib, evdə oturmağa sövq etdi. Ümumiyyətlə, şəhərdə aparılan təbliğat inqilabçıların ruhiyyəsinə mənfi təsir göstərdi. İş o yerə çatdı ki, Müslim məsciddə şam namazını cəmi otuz nəfərlə qıldı. Namazdan sonra bu otuz nəfər də azalıb, on nəfər oldu. Müslim məsciddən çıxanda isə tamamilə tənha idi.("Biharül-ənvar”, c. 44, s. 350.)
    Onunla əhd bağlamış
    Minlərlə məğrur kişi
    Bəla qapı döyəndə
    Yerə qoydular işi.
    Kimi qorxdu itirsin
    bir tikə çörəyini,
    Kimi zərə aldanıb,
    döndərdi ürəyini.
    Beyət üçün uzanmış
    İsti əllər harada?!
    Müslim − o sadiq elçi
    Tənha qalda arada!
    MÜSLİMİN MƏZLUMANƏ QƏRİBLİYİ
    Müslim üçün inqilabın vətəni olmuş Kufə artıq qürbətə çevrilmişdi. Müslim isə bu vətəndə qərib idi. Gecələmək üçün bir yer axtaran Müslim küçələrdə qərib tək gəzir, haraya gedəcəyini bilmirdi. O, bəni-büeyla məhəlləsində tək-tənha dolanırdı. Məhəllədə bütün qapılar bağlı idi və hər kəs öz əmin-amanlığı haqqında düşünürdü. Küçə qapısında dayanmış Tuəb adlı qadın oğlunun yolunu gözləyirdi. Bu qadın Müslimin tərəfdarı olan şiələrdən olsa da, onu tanımadı. Müslim ona yaxınlaşıb salam verdi və su istədi. Qadın su gətirdi. Müslim suyu içdi, qabı qaytardı. Qadın qabı evə qoyub, geri dönəndə onun hələ də qapıda dayandığını gördü. "Suyu içdin, indi dur get”, dedi. Müslim susdu. Qadın təkrar dedi: "Dedim ki, dur evinə get. Sənin burada dayanmağın mənim üçün yaxşı deyil.” Müslim cavab verdi: "Mənim bu şəhərdə nə evim, nə də bir kimsəm var.” Qadın onun kimliyini, haradan olduğunu soruşdu. Müslim özünü təqdim edib dedi: "Mən Müslim ibn Əqiləm. Əgər mənə yaxşılıq etsən, bəlkə də, bir gün əvəzini çıxdım.” Qadın Müslimi tanıyıb, onu evə apardı və böyük ehtiram göstərdi.(Şeyx Müfid, "İrşad”, c. 2. s. 55.)
    Bu fədakar qadın Kufənin vəfasız və qorxaq kişilərinə şücaət dərsi verir. O, Hüseyn (ə) məktəbinə və yoluna öz borcunu qaytarır, imamın səfirinə ehtiram göstərməklə vəzifəsinə əməl edir. O, Müslimə heç nəyi əsirgəmir. Müsliminsə xəyalından bambaşqa şeylər ötüşür. Bir tərəfdən şəhər əhlinin vəfasızlığı, digər tərəfdən Hüseynə (ə) yazılmış məktubun çatıb-çatmaması onu narahat edir. Axı o, imama yazmışdı ki, şərait münasibdir və özünü tezliklə Kufəyə çatdırsın. Həm də Müslim öz şəhadətini labüd görür və sabahkı hadisələr haqqında düşünür.
    Müslim süfrəyə əl uzatmır və gecəni dua, ibadətlə keçirir. Yalnız sübhə yaxın gözünə bir qədər yuxu gedir və Əmirəl-möminini (ə) yuxuda görür. Bu şəhadət və Əlinin (ə) qonağı olmaq yuxusudur.(Şeyx Abbas Qummi, "Nəfsul-məhmum”, s. 50.) Bu anlar Müslim üçün çox dəyərlidir. Bu gecə qədr gecəsi, son gecədir. O, indicə həbs olunacağını gözləyir.
    Tuəbin oğlu isə anasının əksinə olaraq, İbn Ziyadın tərəfdarıdır. O, gecə evə gəlib, baş verən hadisələrdən heyrətlənir. Nəhayət, anlayır ki, evlərinin qonağı Müslim ibn Əqildir. O sevinir ki, Müslimi şəhər valisinə təhvil verib, hədiyyə alacaq. Anasına bu barədə susacağına söz versə də, sübh tezdən Übeydullah ibn Ziyada xəbər çatdırır. Bu həmin gecə Kufədə və məsciddə baş verən hadisələrdən sonra baş tutdu. Həmin gecə Kufədə ciddi axtarışlar gedirdi. Şəhərə giriş-çıxış tam nəzarət altına alınmışdı. Həbs olunanlar vardı. Übeydullah əmin idi ki, Müslimin ətrafında kimsə qalmamış, qiyam mərkəzi dağıdılmışdır. İbn Ziyadın göstərişi ilə hamı məscidə toplanır. Vali odlu-alovlu danışaraq camaatı qoxudur, həm də şirin vədlər verir. Onun danışığından qəzəb yağır. Ən çox Müslimə sığınacaq verənləri hədələyir və onun yerini bildirəcək şəxsə qiymətli hədiyyə vəd edir. Şəhərin asayişinə cavabdeh olan Həsin ibn Nəmirə göstəriş verir ki, şəhərdə ciddi şəkildə axtarış aparılsın və Müslimin həbsi üçün müvafiq tədbirlər görülsün. Sonra minbərdən düşüb, qəsrinə gedir. Səhəri gün ibn Ziyad ümumi görüşlər keçirir. O, Məhəmməd ibn Əşəsi yanında oturdub, haqqında təriflər deyir. Tuəbin oğlu Məhəmməd ibn Əşəsin oğluna məlumat verir. O da bu xəbəri atasına çatdırır. İbn Ziyad əhvalatdan xəbər tutduqdan sonra Məhəmməd ibn Əşəsə Müslimin həbsi göstərişini verir.(İbn Əsir, "Kamil”, c. 4, s. 32.)
    Amma Müslimin həbs olunması o qədər də asan iş deyildi. Ona görə də İbn Ziyad Qeys qəbiləsindən 60-70 silahlı ayırıb, Məhəmməd ibn Əşəsin tabeçiliyinə verir və Müslimin həbs olunmasını əmr edir.
    Category: Müslim ibn Əqilin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 740 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024