İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Müslim ibn Əqilin həyatı

    Müslim ibn Əqilin həyatı
    2012-05-11, 7:28 AM
    KUFƏ DAXİLİNDƏ KƏRBƏLA
    Gəzir haqq elçisini
    Ali-Süfyan qoşunu,
    Zülmün keşikçiləri
    Düyünləmiş qaşını.
    Nur zülmətdən qaçaqda,
    Batil haqqın dalınca,
    Dayanmazlar günəşin
    Son işığın alınca.
    Atların ayaq səsi İbn Ziyad silahlılarının hücumundan xəbər verirdi. Hədəf Müslimin sığınacağı, məqsəd onun həbsi idi. Qanlı savaş meydanlarında böyümüş Müslim mühasirə halqasını yarmaq üçün öz şücaətindən istifadə etdi. İbadətini başa vurub, zirehini geyindi. Silahını götürüb, hücumçulara həmlə etdi və onları evdən bayıra çıxardı.("Biharül-ənvar”, 44, s. 352.) Vəfalı qadının evini onu yandırmaq, daş-qalaq etmək istəyənlərdən qorumaq üçün Müslim bayırda döyüşməyə çalışırdı. O, İbn Ziyad məmurlarına dedi: "Bütün bu hay-küylər Əqil oğlunu öldürmək üçündürmü? Ey nəfs! Əlindən qurtuluş olmayan ölümə doğru get!”("Nəfsul-məhmum”, 6, 51.) Əlində qılınc, qəlbində böyük iradə və güc, damarlarında qeyrət, zərrəcə çəkinmədən Müslim onlara ikinci dəfə hücum etdi və onları pərakəndə saldı.
    Müslim Hüseynin (ə) naibi və nümayəndəsi idi. Onu "əslə bərabər nüsxə” adlandırmaq olardı. O, Kufədə Kərbəla yaratmaq əzmindəydi. Müslim əzəmətli Kərbəla dərsi olan bir qəhrəmanlığı tarixə yazırdı. O, İbn Ziyadın bir bölük döyüşçüsü ilə üzbəüz dayanıb cəsarətlə döyüşürdü. Öz qılıncı ilə hücumları dəf edir, düşmənə sarsıdıcı zərbələr endirirdi. Bu bir aşura idi. Haqla batilin döyüşü Müslimin savaşında təcəlla edirdi. Müslimin zərbələri qarşısında özünü aciz görən düşmən ətrafdakı evlərin damına dırmanıb, onun başına alov və daş yağdırırdı. Müslim hələ də döyüşür və qorxaq imansızların hücumlarına cavab verirdi.(Şeyx Müfid, "İrşad”, c. 4, s. 56.)
    Bu barədə nəql edirlər ki, Müslim düşmən əsgərlərini qaldırıb evlərin damına atır və rəcəz oxuyurdu:
    Bu ölümdür, çəkinmə istəyindən,
    Ölüm camın çəkəsisən başına.
    Ümidli o, yaradanın fərmanı
    Yarıyası bəndələrin işinə.
    Kufə valisi Müslimin şücaətini etiraf etməsə də, onun verdiyi böyük itkilər bu şücaətin aşkar sübutudur. Müslim hələ də İbn Ziyad qoşunu ilə döyüşür və dodaqlarında zümzümə edirdi: "Hətta ölümü xoşagəlməz görsəm də, and içirəm ki, yalnız azad kişi kimi öləsiyəm. Qorxum ondandır ki, mənə yalan deyib, aldatmış olsunlar. Nəhayət, bu sərin su dəryanın qaynar suyuna qarışasıdır. Yayğınlığı bir kənara qoy, diqqət və əzmlə döyüş. Hər kəs bir gün pisliklə görüşəcəkdir.(Əbdül-Fərəc İsfəhani, "Məqatilət-talibin”, (tərcümə) s. 103.)
    Göndərilmiş qüvvələrə 500 nəfər əlavə olunsa da, bu şücaətli qəhrəman hələ də təkbaşına döyüşür, qarşısına çıxanı qanına qəltan edirdi.("Nəfsul-məhmum”, s. 51.) Məhəmməd ibn Əşəs Müslimi diri tutmaq istəyirdi. Döyüşlər bu məqsədlə uzadılsa da, onlar məqsədlərinə çata bilmədilər. Müslimin həbsinin yubanmasından narahat olan İbn Ziyad İbn Əşəsə xəbər göndərdi. İbn Əşəs onun cavabında dedi: "Ey əmir, yoxsa düşünürsən ki, bizi Kufə baqqallarından birinin ardınca göndərmisən?! Bizə Məhəmməd ibn Abdullahın qılınclarından biri ilə savaş əmr olunub.” Bu cavabdan sonra İbn Ziyad İbn Əşəsin silahlılarının sayını daha da artırdı.(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 183)
    İbn Ziyad sonda Müslimə aman verilməsini əmr etdi. O, bu yolla Müslimi ələ keçirmək istəyirdi. Amma Müslim ibn Əqil bu əqidəsiz və xain insanların vədinə inana bilməzdi. Ona görə də mübarizə davam edirdi. Nəhayət, Müslim çoxsaylı zərbələrdən sonra bir divara söykəndi və dedi: "Nə üçün məni daşlayırsınız? Axı kafirlərlə belə rəftar olunur! Mən isə Peyğəmbər (s) ailəsindənəm. Nə üçün ailəsinə münasibətdə Peyğəmbərin haqqına riayət etmirsiniz?”(Nəfsul-məhmum”, s. 52.)
    Uzun və çətin döyüş, ağır yaralar Müslimi zəiflətmişdi. Onun qanlı çöhrəsi böyük bir cihaddan danışırdı. O, şəhadətə yetənədək döyüşmək əzmindəydi. Amma onu mühasirəyə alıb nizələrlə yaraladılar və yerə yıxdılar. Beləcə, Müslim əsir düşdü.(Muqərrəm, "Məqtəlul-Hüseyn”, s. 186.)Bəzi mənbələrdə bildirilir ki, Müslim düşmənin qazdığı çalaya düşdü, sonra əsir götürüldü. Bəli, əsirləri azad etmək arzusunda olan Müslim özü əsir düşdü. Onu saraya apardılar və qəhrəmanlıq tarixinə yeni bir səhifə əlavə olundu.
    AZAD ƏSİR
    Əzəmətli qəhrəman alçaq düşmənə əsir oldu və valinin iqamətgahına aparıldı. Ağır yaralar, şiddətli yorğunluq onu taqətdən salmışdı. O, şəhadətin labüdlüyünü hiss edir və bundan sevinc duyurdu.
    Bu gün şəhadəti dadasıyam mən,
    Labüddür, amma ki, könüldə yox qəm.
    Həqiqət yolunda, Quran yolunda
    Şəhadətdən üstün nədir dünyada?!
    Batil qarşısında bükülməz bu diz,
    Bu qamət zalıma əyilməz hərgiz.
    Səcdə qılmamışam vara-dövlətə,
    Nə var qurban olsun bir həqiqətə.
    Ağlamasın anam, bacım, əzizim,
    Bu ölüm, inanın, fəxrimiz bizim.
    Qəfildən Müslimi ağlamaq tutur və o deyir: "İnna lillahi və inna iləyhi raciun.” İbn Ziyadın qoşun başçılarından biri tənə ilə deyir: "Bu sayaq işlər dalınca gedən insan belə sonluqlara ağlamamalıdır.” Müslim cavab verir: "And olsun Allaha, ölüm qorxusundan ağlamıram. Məni ağladan ailəmin, Hüseynin sizə doğru hərəkətdə olmasıdır.”("Nəfsul-məhmum”, s. 52.)
    Çoxsaylı atlılar Müslimi saraya gətirdilər. Susuzluq, güclü qanaxma onu haldan salmışdı. Divara söykənmiş Müslim su qabını götürüb su istəyir. Amma alçaq xislətlilərdən biri ona su verməkdən imtina edib, zəhərli sözlər deyir. Qarşısındakı insanın rəzilliyindən heyrətə gələn Müslim ona nifrin edir.("Biharül-ənvar”, c. 44, s. 55.) Bu səhnəni müşahidə edən Əmmarə ibn Üqbə adlı biri öz qulamına göstəriş verir ki, Müslimə su versin. Müslim suyu dodaqlarına yaxınlaşdırarkən dodağının qanı suyun rəngini dəyişir və o, suyu içmir. Bu səhnə ikinci, üçüncü dəfə də təkrar olunur. Nəhayət, su içmək fikrindən daşınan Müslim deyir: "Həmd olsun Allaha! Bu su qismətim olsaydı, içərdim!("Nəfsul-məhmum”, s. 53.)
    Bu azad əsir nizələrin işığı altında saxlanılırdı. O həm öz iftixarlı taleyi, həm də Kufəyə doğru hərəkət edən karvan haqqında düşünürdü. Bu karvanın rəhbəri Əba-Əbdillah Hüseyn (ə) idi.
    Müslim ibn Ziyadın yanına gətirildiyi vaxt ona salam vermədiyindən vali və onun ətrafındakılar qəzəblənmişdilər. Onlar öz aralarında əsəbi-əsəbi pıçıl-daşırdılar.
    Onlar Müslimi ölümlə hədələdilər. Hansı ki, Müslim bu ölümlə fəxr edirdi. Şübhəsiz ki, onu öldürəcəkdilər. Müslim vəsiyyət üçün orada olanlardan Ömər Sədi seçdi. O üç vəsiyyət etdi: "Zireh və qılıncımı satıb, Kufədəki borclarımı ödə; cəsədimi İbn Ziyaddan al və torpağa tapşır; Hüseyn ibn Əlini xəbərdar et ki, Kufəyə gəlməsin.”(Şeyx Müfid, "İrşad”, c. 2, s. 61.)
    Ömər Səd bu vəsiyyətləri gizli saxlayacağı haqqında Müslimə söz versə də, xəbislik və xəyanət vücuduna hopduğundan elə həmin məclisdə İbn Ziyadı Müslimin vəsiyyətindən xəbərdar etdi. İbn Ziyadla Müslim ibn Əqil arasında olan söhbətlərdən birində o, Müslimə dedi: "Ey Əqil oğlu, gəldin ki, xalqın birliyini aradan götürəsən. Xalqı nəzərdən keçirdin, bir qrup arasında təfriqə saldın, adamları bir-birlərinin üzərinə qaldırdın.” Müslim cavab verdi: "Xeyr, heç vaxt belə etməmişəm. Əksinə, şəhər əhli gördü ki, atan yaxşıları öldürdü, qanlar axıtdı, İran və Rum padşahları kimi rəftar etdi. Biz onları ədalətə və Allah qanunlarına riayət edilməsinə çağırdıq.” İbn Ziyad daha da qızışdı: "Bu işlərdən sənə nə?! Sən Mədinədə şərab içəndə biz yaxşı işlər görüb, Allahın kitabına əməl etmirdikmi?!” Müslim dedi: "Məgər mən şərab içirəm? Allah bilir ki, sən yalan deyirsən, bilmədiyin şeyləri danışırsan. Mən sən deyən adam deyiləm. Şərab içmək başqalarının qanını nahaqdan axıdanlara yaraşır. Onlar nahaq qan tökür, qəzəb və düşmənçilik əsasında adam öldürür, eyni zamanda bu çirkin işlərdən şadlanırlar, sanki yaxşı iş görmüşlər.” İbn Ziyad: "Bəlkə güman edirsən ki, hökumət işlərində sizin üçün də pay var? Müslim: "And olsun Allaha, bu güman yox, aşkar həqiqətdir.” İbn Ziyad: "Səni öldürməsəm, Allah məni öldürsün! Elə bir ölüm ki, hələ kimsə İslamda bu sayaq öldürülməyib.” Müslim: "Bəli, sən müsəlmanlar arasında bidət yaratmağa və çirkinliyə daha layiqsən.”
    Müslimin məntiqi və sarsıdıcı cavabları İbn Ziyadın ağlını başından çıxardı. O xain, həzrət Əli (ə), Hüseyn (ə), Əqilin ünvanına təhqirlər yağdırdı. Doğrudan da, zülmün ədalət tərəfindən mühakiməsi heyranedicidir. Səbr kasası dolmuş Müslim dedi: "Ey Allahın düşməni, nə istəyirsənsə et.”(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 189.) İbn Ziyad Müslim ibn Əqilin qətlinə göstəriş verdi.
    Həqiqət düşmənlərinin yeganə silahı öldürməkdir. Əgər həqiqətpərəst və imanlı bir insan şəhadətə hazır olarsa, ölümdən qorxmazsa, həqiqətən də, düşməni tərk-silah etmiş olur. Müslimin də arzusu ən zalım adamların əlində, Allah yolunda öldürülmək idi. Müslimin ibn Ziyada belə cavab verməsi təbii idi: "Ölümdən nə qorxu − bir halda ki, səndən də pisi məndən də yaxşısını öldürmüşdür.”
    Belə bir müqəddəs taleyin, sonluğun arzusunda olan Müslim üçün ölüm hökmü bir müjdə idi. Şəhadətdən qabaqkı anlar ən gözəl ruhiyyə ilə müşayiət olunurdu. İştiyaq görüşdən qabaqdır.
    QIRMIZI ÖLÜM
    Müslimin qətlə yetirilməsini Bəkr ibn Həmran Əhməriyə tapşırdılar. Bu şəxs savaş zamanı Müslimin qılıncı ilə yaralanmışdı. Ona əmr olundu ki, Müslimi qəsrin damına qaldırıb boynunu vursun və bədənini yerə atsın. Müslimi imarətin damına qaldırdılar. O, dodaqlarında Allahı zikr edir, təkbir deyir, Allaha həmd oxuyur, Peyğəmbər və mələklərə salam göndərirdi: "Pərvərdigara, özün bizimlə bu hiyləgərlər arasında hökm et!”
    Qəsrin ətrafında toplanmış böyük bir cəmiyyət bu hökmün icrasını gözləyirdi. Müslim əzəmətli dağ kimi əmin halda, böyük bir ürəklə xəyanət qəsrinin yüksəkliyində dayanmışdı. Onun nəzərləri minlərlə şəhidin keçibgetdiyi pak və qanlı yola dikilmişdi. Onlar öz canlarını Allah yolunda hədiyyə etmişdilər.
    Şəhadət və merac məqamında Müslimin əzəməti heyranedici idi. Zalımlar qolları bağlı qəhrəman əsiri təhqiramiz şəkildə öldürmək üçün qəsrin damına qaldırsalar da, haqq yolda şərəfli ölüm yalnız bəsirətlilərin görə biləcəyi bir böyüklük idi. Müslimi üzü ayaqqabı bazarına oturtdular. Qılınc zərbəsi ilə başını bədənindən ayırdılar. Bu azad və şücaətli şəhidin bədənini damdan yerə atdılar. Bu səhnələrə şahid olan izdiham səs-küy qaldırdı.(Şeyx Müfid, "İrşad”, c. 2, s. 64.)
    ŞƏHADƏTDƏN QABAQ
    Müslim şəhid oldu və əbədiyyətə qatıldı. Onun şəhadətindən sonrakı hadisələrə də nəzər salaq. Müslimin qatili öz işini başa çatdırıb aşağı düşdü və ibn Ziyadın yanına getdi. İbn Ziyad soruşdu: "Müslim qəsrin pillələri ilə qaldırılarkən nə edirdi, nə danışırdı?” Qatil dedi: "Allaha həmd oxudu, Ondan bağışlanmaq və bəxşiş istədi.”("Nəfsul-məhmum”, s. 54.)
    Böyük şəhid tənini qəsrin damından atdıqdan sonra göstəriş verdilər ki, başsız bədən dar ağacından asılsın. Müslimin şəhadətindən sonra Haninin ardınca getdilər. Hani qolları bağlı halda zindanda saxlanılırdı. Onu izdihamın içinə gətirdilər. Hani öz tərəfdarlarını köməyə çağırdı. Amma onun səsinə səs verən olmadı. O güc vurub əllərini açdı və ətrafdakılardan birinin silahını almaq istədi. Amma məmurlar onu tutub, yenidən əllərini bağladılar. Sonra iki zərbə ilə Haninin başı bədənindən ayrıldı. Hani cəlladın qılıncı altında deyirdi: "Qayıdış Allaha doğrudur. Pərvərdigara məni öz rəhmət və razılığına doğru apar!”(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 190.) Bu rəzil insanlar Haninin də bədənini kəndirlə bağlayıb, küçə boyu sürüdülər. Bu xəbər Haninin qəbiləsinə çatdı. Qəbilənin süvariləri hücum edib, İbn Ziyadın dəstəsi ilə döyüşdən sonra Hani və Müslimin cəsədlərini aldılar. Hər iki şəhidə qüsl verib, onlar üçün namaz qıldılar. Müslimin bədəni başsız olsa da, hər ikisi torpağa tapşırıldı.(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 190.)
    Həmin gün bir neçə başqa mücahid də həbs olundu və şəhadətə yetirildi. Onların da bədənləri həmin iki qəhrəmanla yanaşı dəfn olundu. Zilhiccənin 9-cu günü Kufədə kiçik bir Kərbəla quruldu və bu hadisə tarixdə əbədi imzasını qoydu.
    Söylə, xoş səs varmı eşqin səsindən?
    Bu səs fələklərlə uçuşda həmdəm.
    Xirqə bağlayanlar ötüşdü rahat.
    Bizim əhvalımız hələ ki bərbad.
    Bu şəhadətlərdən sonra böhranlı vəziyyətə düşmüş Kufəyə doğru imam Hüseyn (ə) karvanı hərəkət edirdi. Məkkə ilə Kufə arasındakı dayanacaqlardan birində imam Hüseyn (ə) öz vəfalı elçisinin şəhadət xəbərini eşitdi. Müslim ibn Əqil, Hani ibn Ürvə, Əbdüllah Yəqtərin şəhadəti imamı çox narahat etdi və o buyurdu: "İnna lillahi və inna iləyhi raciun.” Gözləri yaşla dolmuş imam (ə) bu insanlar üçün Allahdan rəhmət dilədi: "Pərvərdigara, bizim üçün və bizim ardıcıllarımız üçün uca mənzillər qərar ver. Bizi öz mərhəmət qərargahında topla. Sən hər şeyə qadirsən!”
    Sonra bu üç şəxsin şəhadətini və Kufədəki vəziyyəti açıqlayan naməni çıxardı, öz yoldaşları üçün oxudu və dedi: "İstənilən biriniz gedə bilər və bizim tərəfdən kimsənin boynunda əhd yoxdur.”(Şeyx Müfid, "İrşad”, c. 2, s. 75.)
    Bu insanların şəhadətindən sonra imamın buyurduqları onların ucalığını, məsuliyyətini və vəfadarlığını göstərirdi. İmam (ə) Müslim haqında buyurdu: "Allah Müslimə rəhmət etsin. O Allahın razılığına və mərhəmətinə doğru tələsdi, öz vəzifəsini yerinə yetirdi. Bizim çiynimizdəki yük isə hələ qalır.”
    Sonra Müslimin şəhadət xəbəri karvandakı qadınlara da çatdırıldı. İmam (ə) Müslimin kiçik qızını yanına çağırdı. Nəvazişlə onun başını sığalladı. Qız atasının şəhadətini hiss edirdi. İmam buyurdu: "Mən sənin atanın yerindəyəm.” Qız ağladı, qadınlar da ona qoşuldular. İmamın da gözləri yaşla doldu. Kufə və Kufədəki şəhidlərdən xəbərdar olan yolçular imamın Kufəyə getməsini istəmirdilər. İmam (ə) onların istəklərinə cavab olaraq buyurdu: "Onlardan sonra bu həyatda bir xeyir yoxdur.” İmam öz sözləri ilə getmək qərarında olduğunu bildirmək istəyirdi.("Nəfsul-məhmum”, s.91. )
    MÜSLİM İBN ƏQİLİN ÖVLADLARI
    Əvvəldə qeyd etmişdik ki, Müslimin övladlarından bir neçəsi Aşura hadisəsində iştirak edib, şəhadətə yetişdilər. Onun bu əsirlər karvanında olan digər iki kiçik oğlu Übeydullah ibn Ziyadın göstərişi ilə zindana salındı. Onları zindanda çox incidirdilər. Bir il zindanda qaldıqdan sonra zindanın Əhli-beyt (ə) aşiqi olan bir işçisi onları xəlvəti şəkildə qaçırdı.
    Müslimin övladları bir qoca qadına pənah gətirdilər. Qadının İbn Ziyad tərəfdarı olan kürəkəni həmin vaxt İbn Ziyaddan hədiyyə almaq üçün qaçmış uşaqları axtarırdı. Gecələmək üçün qadının evinə gələn şəxs evdə iki uşaq olduğunu gördü. Uşaqların kimliyini bildikdən sonra amansızcasına onların qollarını bağlayıb, qulamı və öz oğlu ilə birlikdə Fərat çayı kənarına gətirdi. Kişinin niyyətini anlayan qulam və oğlan Fərata atılıb, bu cinayətdə iştirakdan qaça bildilər. İki məsum körpə daş ürəkli kişinin əlində qaldı. Uşaqlar dörd rükət namaz qılıb, Allahla raz-niyaz etdilər və dedilər: "Pərvərdigara, özün onunla bizim aramızda hökm çıxar.” Cəllad xislətli kişi hər iki uşağın boynunu vurub, bədənlərini Fərata atdı və kəsili başları götürüb, İbn Ziyadın görüşünə getdi. Bəli, dünya və var-dövlət hərisliyi insanların gözünü bağladıqda onlar bir dirhəm üçün istənilən vəhşi rəftara yol verirlər.
    Allahın, mələklərin, pakların salamı olsun Müslim ibn Əqilin uca ruhuna! O, vəfa və comərdlik şərtlərini yerinə yetirdi, canını öz sevgili rəhbəri Seyyidüş-şühədaya (ə) fəda etdi. Salam olsun bu yolu davam etdirən bütün insanlara. Bu yol həqiqət və azadlıq yoludur!
    Category: Müslim ibn Əqilin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 923 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024