İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Əmmar Yasirin həyatı

    Əmmar Yasirin həyatı
    2012-07-18, 12:35 PM

    SIFFEYN DÖYÜŞÜNDƏ
    Cəməl döyüşü haqq cəbhəsinin xeyirinə tamamlandı. Amma qarşıda daha çətin bir döyüş vardı. Hakimiyyət istəyində olan qiyamçı Müaviyə Həzrət Əlinin (ə) qanuni və ilahi hakimiyyətinə qarşı çıxaraq, Şam məntəqəsini özünə tabe etdi. Həzrət Əli (ə) Şam fitnəsinin də qarşısını almaq fikrində idi.
    Dünya həyatı ardınca qaçan bir qrup vəfasız yaxasını kənara çəkdi, bəziləri də şübhədən çıxa bilmədi. Hansı ki, Həzrət Əlinin (ə) və Əmmar Yasir kimi bəzi səhabələrin mövqeləri Müaviyə ilə mübarizənin zəruriliyini açıq-aşkar göstərirdi. Xüsusi ilə, Əmmarın haqq meyarı olan sözləri tərəddüdlərdən qurtarmaq üçün çox təsirli idi. Əmmar qılıncı ilə haqq müxaliflərini cəhənnəmə göndərən və haqtələblərin qəlbinə qüvvə verən bir qəhrəman idi. Əmmar haqq mizanı olduğundan onunla çiyin-çiyinə döyüşənlər əmin idilər ki, öldürüləcəkləri təqdirdə şəhid olacaqlar və behiştə gedəcəklər. Onunla vuruşanların da cəhənnəmə qovuşacağına heç bir şübhə yox idi. Çünki Əmmar haqla, haqq isə Əmmarla idi. Haqq yalnız Əmmarın dayandığı cəbhədə ola bilərdi.
    Deyildiyi kimi, bu mizan və meyar müsəlmanlar arasında yaxşı tanınırdı. Haqq və batil cəbhələrini tanımaq üçün Əmmarın mövqeyinə istinad etmək yetərdi.
    Nəql olunur ki, həmin Siffeyn döyüşündə Şam əhlindən olan Zulkəla Həmiri adlı bir şəxs Əli (ə) döyüşçülərinə xitabən Əbu-Nuhu tələb etdi. Onlar bir kənara çəkilib xeyli söhbət etdilər. Zilkəla həzrət Peyğəmbərin (s) İraq və Şam qoşunları arasındakı döyüşündən danışan hədisini xatırladı. Həzrət (s) bildirmişdi ki, Əmmar hansı cəbhədə olsa, həmin cəbhə də haqlıdır. Əbu-Nuh Allaha and içdi ki, Əmmar bizim aramızdadır və bu döyüş hamıdan çox o israrlıdır. Əbu-Nuh dedi: " Mənim arzum sizinlə döyüşmək və sizi öldürməkdir. Hətta sən mənim əmim oğlu olmuş olsan da! Çünki İslam vasitəsi ilə uzaq qohumlar yaxın, yaxınlar isə uzaq olar. Biz haqq və siz nahaq olduğunuz üçün sizinlə döyüşəcəyik...”
    Sonra Əbu-Nuh Zilkəlanın istəyi ilə şam qoşununun qarşısına çıxıb, Əmr Ası da Əmmar mövqeyindən, onun həzrət Əli (ə) ilə olmasından xəbərdar etmək istədi. O, düşməni bu məsələdən xəbərdar etməklə onların vicdanını oyatmaq və qan tökülməsinin qarşısını almaq məqsədində idi.
    Bu iki şəxslə Əmr As arasında söhbət uzun çəkdi. Hətta Əmr As etiraf etdi ki, həzrət Peyğəmbər (s) Əmmarın haqdan dönənlər tərəfindən öldürüləcəyini, heç vaxt haqdan uzaq düşməyəcəyini və atəşin onun bədənini yandırmayacağını buyurmuşdur.
    Əmr As Əmmarın Əli (ə) qoşununda olduğunu eşidib, onunla görüşmək istədi. Əmmar Həzrət Əlinin (ə) qoşunundan on iki nəfərlə və Əmr As Müaviyə qoşunundan on iki nəfərlə birlikdə bir məhəldə görüş keçirdilər. Əvvəlcə, Əmr As Əmmarı moizə edərək onu döyüşdən çəkindirməyə çalışdı. Bir Allahdan, müştərək qiblədən, Qurandan və Peyğəmbərin buyuruqlarından danışdı. Əmmar dedi: "Həmd olsun Allaha ki, səni bu etiraflara sövq etdi. Bizim siz beyət sındıranlarla savaşımız Peyğəmbərin (s) göstərişi ilədir. O buyurmuşdur: "Zalımlarla və haqdan üz döndərənlərlə savaşın...”
    Uzun söhbətlərdən sonra Əmr As Əmmarın sözlərinin onun ətrafındakılara təsir edəcəyindən qorxaraq, ayağa qalxdı və öz qoşununa doğru hərəkət etdi. Amma həqiqət axtarışında olan Zulkəla hələ də götür-qoy edirdi.
    Əmmarın bu savaşda şəhadətə çatması Həzrət Əlinin (ə) haqq olduğunu və Müaviyənin zalımlığını sübut edən mötəbər bir sənəd idi. Əmmardan qabaq qətlə yetirilən Zulkəlanın ölümü Əmr Ası narahat etdi və o, Müaviyəyə dedi: "Bilmirəm Zulkəlanın ölümünə çox sevinək, yoxsa Əmmar Yasirin? Əgər Zulkəla Əmmardan sonra sağ qalsaydı, bütün qoşunumuzu Əliyə (ə) yönəldərdi və qoşunumuz dağılıb gedərdi.”["Əl-Kamil”, c. 2, s. 381 ]
    Danışıqlardan heç bir nəticə çıxmadı və nəhayət, qanlı Siffeyn döyüşü başladı. Nur və zülmət, haqq və batil qoşunları üzbəüz gəldi. Döyüşün üçüncü günü Əmmar Yasir öz dəstəsi ilə düşmənlə qarşılaşdı. Qarşı tərəfdə Əmr As və onun dəstəsi dayanırdı. İman, təqva, fəzilət təcəssümü olan Əmmar bütün ömrü boyu haqq məktəbinin müdafiəçisi və təbliğçisi olmuşdu. O, döyüş səhnəsində də belə idi. Bu döyüşdə müsəlmanlara xitabən dedi: "Ey müsəlmanlar! Allahın və Onun rəsulunun düşmənini görmək istəyirsinizmi? Müsəlmanlara zülm, müşriklərə yardım edənlərə baxmaq istəyirsinizmi? İslamın qüdrətinə qorxu və ikrahla baxan, çarəsizlikdən təslim olan, Peyğəmbərin vəfatından sonra düşmən kimi tanıdığımız, günahkarların dostu kimi bildiyimiz şəxsi görmək istəyirsinizmi? Agah olun! Bu şəxs Müaviyədir. Ona lənət oxuyun, ona Allahın lənəti olsun. O daim Allah nurunu söndürməyə çalışmış, Allah düşmənləri ilə həmahəng olmuşdur.”
    Bu vaxt Əmr Asın bayrağına gözü dəyən Əmmar dedi: "And olsun Allaha! Biz bu bayraqla üç dəfə vuruşmuşuq. Onlar bu döyüşdə də hidayət olası deyillər və əvvəlki küfrlərində batıb qalarlar...”[Əl-ixtisas, s. 14 ]
    Əmmar şəhadəttələb bir dəstə ilə, Allah yolunda qırmızı ölümün öncülləri ilə Ziyad ibn Nəzirin bayrağı altında hücuma keçdi. Onlar qəhrəmancasına vuruşaraq, Əmr As və onun qüvvələrini geriyə oturtdular.
    Bəziləri həzrət Peyğəmbərin (s) müsəlmanlarla döyüşü qadağan edən buyuruğunu yada salaraq, canlarını qurtarmağa çalışırdılar. Əmmar onlara müraciətlə dedi: "Bəli... Amma bunlar İslama təslim olmamışlar. Onların təslimçiliyi zahirdədir və öz küfrlərini gizlətmişlər. Bununla özləri və küfr üçün dostlar tapmaq istəyirlər. And olsun Allaha, əgər bizim qoşunumuzu məğlub etsələr, yenə onlar haqsızdırlar və biz haqlıyıq.”
    Bu sözlər Əmmar Yasirin əqidəsinin dərinliyini göstərir. Məlum olur ki, mübarizə zamanı Əmmar zahirə aldanmır, düşmənin riyakarlıqlarına məftun olmur. Əmmarın bu sayaq agahlığı bütün haqq tərəfdarları üçün nümunə olmalıdır. Əmmardan ibrət götürərək, həqiqət libası geymiş batili tanımalı və onunla vuruşa qalxmalıyıq.
    Döyüşdən bir müddət keçsə də, hələ ümumi həmlə başlamamışdı. İmam (ə) hücumdan qabaq öz fədakar döyüşçülərini hərb qaydaları, zəiflər və yaralılarla rəftar hədləri ilə tanış edirdi. O öz komandanlarına hərbi təlimatlar verir, döyüş qaydalarını aydınlaşdırırdı. Həzrət (ə) döyüşçülərə Allahın zikrini xatırladaraq, Allah-təaladan qələbə və mükafat diləyirdi.
    Savaş başladı. Uzun müddət fədakarlıq üçün meydan axtaran haqsevərlər çox münasib fürsət əldə etmişdilər. Əmmar Yasirin başçılığı və Haşim Mirqalin bayrağı altında olan bir qrup mücahid öz döyüş hazırlıqlarını bildirdilər. Hücumdan qabaq Əmmar Yasir həzrət Əliyə (ə) yaxınlaşıb, ərz etdi: "Ey Allah rəsulunun (s) qardaşı! Meydana çıxıb, döyüşməyimə icazə verirsənmi?” həzrət (ə) buyurdu: "Səbr et! Allah sənə rəhmət etsin.”
    Bir saat ötür. Əmmar yenidən imama (ə) yaxınlaşıb meydan icazəsi istəyir. İmam (ə) isə əvvəlki cavabını təkrarlayır.
    Əmmar üçüncü dəfə imama (ə) müraciət etdikdə imamın (ə) gözləri yaşla dolur. Bu göz yaşları Əmmarın şəhadətindən danışır. Əmmar bunu hiss edib deyir: "Ya Əmirəl-möminin! Bu gün Peyğəmbərin (s) mənə xəbər verdiyi gündür” İmam (ə) miniyindən düşüb, Əmmarı ağuşuna alır və onunla vidalaşıb buyurur: "Ey Əbul Yəzqan! Allah-təala özü və Peyğəmbəri (ə) tərəfindən sənə mükafat versin. Sən yaxşı qardaş və dost oldun.”
    Əmmar deyir: "And olsun Allaha, açıq gözlə sənə ardıcıl oldum. Hüneyn döyüşü günü həzrət Peyğəmbər (s) mənə buyurdu: "Ey Əmmar! Məndən sonra fitnə qopar. Həmin vaxt Əlinin (ə) ardınca get. Çünki o haqladır, haqq isə onunla. Allah sənə İslamdan ən üstün mükafat əta etsin. Vəzifəni tam yerinə yetirdin və xeyirxahlıq etdin.”
    Bu vaxt Əmmar su istəyir. Amma içməyə su olmur. Ənsardan bir kişi ayağa qalxıb ona bir kasa süd gətirir. Əmmar südü içir və bir anlıq fikrə gedir. Birdən üzündə təbəssüm peyda olur və deyir: "Peyğəmbər (s) mənə xəbər vermişdi ki, axırda içdiyin süd olacaq.”
    Əmmar meydana yola düşür. Şəhadət ümidi onu sevindirir. Belə bir rəcəz oxuyur:Şükür, çatdı gün ki, görüşəcəyəm
    Məhəmmədlə (s), onun dostlarıyla mən!

    Haqla batilin, döyüşü başlayır. Əmmar Yasir qoşununun arasından fəryad çəkərək deyir: "Ey insanlar! O kimdir ki, təşnə suya tələsdiyi kimi behiştə doğru tələssin? Behişt nizələrin kölgəsindədir, ey xalq! Qarşınızdakılar dinə həvəssiz gəldilər, qılınc qorxusundan müsəlman olduqlarını bildirdilər. Bu gün isə dindən çıxmaq üçün fürsət tapıblar...”[Əl-ixtisas, s. 13]
    İslamın şücaətli döyüşçüləri Əmmarın sözlərini eşidib yerlərindən qalxdılar və düşmən qoşununa hücum çəkdilər. Əmmar daim Haşimi döyüşə təşviq edirdi. Haşim nizə ilə döyüşürdü. O misilsiz bir şücaətlə arxadakılar üçün yol açır və nizəsi sınan kimi Əmmar ona yeni bir nizə verirdi. Mücahidlərin hücumu Əmr Ası elə qorxuya saldı ki, dedi: "Əgər əldə qara bayraq, hücuma belə davam olunsa, bütün Ərəb məhv edilər...”
    Əmmar Yasir qoşun başçısı idi. O, bayraqdar Haşim Mirqal ilə Həzrət Əlinin dostlarından və İslam qoşununun qəhrəmanlarından idi. Əmmarın yaşı doxsanı adlasa da, onun qəlbi cavan, ümidli və alovlu idi. Əmmarın ixlası, şəhadət şövqü, haqqa itaəti misilsiz idi.
    O, Müaviyə qoşunu ilə döyüşə getmək istəyərkən başını qaldırıb dedi: "Pərvərdigara! Əgər bilsəm ki, Sənin razılığın özümü Fərata atmaqdadır, bunu edərəm. Əgər bilsəm ki, Sənin razılığın qılıncı sinəmə sancıb, kürəyimdən çıxarmağımdadır, yerinə yetirərəm.”[Əyanüş-şiə”, c. 8, s. 374 ]
    Bu döyüşdə Haşim Mirqal o qədər vuruşdu ki, nəhayət, taqətdən düşdü, qarnı yırtıldı, yaralar vücudunu bürüdü. Amma bayraq hələ də əlində idi.
    Bayrağın bir yerdə dayandığını görən Əmirəl-möminin (ə) Haşimin yanına adam göndərdi ki, bayraq qabağa aparılsın. İmamın (ə) göndərdiyi şəxs Haşimi çox ağır vəziyyətdə gördü. Haşim dedi: "Mənim salamımı Əmirəl-mömininə çatdır. De ki, Allahın rəhməti və bərəkəti olsun ona!...” nəhayət, Haşim Mirqal gözlərini dünyaya əbədi qapadı.
    Həzrət Əli öz qoşununu həmin qanlı mövqedən aralı bir meydana çəkdi. Haşimin şəhadətindən sonra da Əmmar Yasir vuruşur, Şam qoşununa müraciətlə fəryad çəkirdi: "Behişt qılıncların kölgəsində və ölüm nizələrin girovundadır.”["Əyanüş-şiə”, c. 8, s. 374 ]
    Döyüş boyu insanları şücaətləndirən, düşmən qəlbinə xof salan rəcəzlər oxunurdu:

    Necə ki döyüşürdük
    Quran nazil olanda,
    Bu gün də deyilsiniz
    Zərbəmizdən amanda.
    Necə də uzaq düşüb
    Başlar bədənlərindən,
    Pərdələnmiş həqiqət
    Bu gün güləsi hökmən.


    Haşim Mirqalın şəhadəti İslam döyüşçülərini məyus etsə də ali məqsədlərə doğru səfər qurbansız ötüşmür. Haqqın qələbəsi üçün Haşim və Əmmar kimi şəhidlərin qanına ehtiyac duyulur. Onlar öz canlarını böyük bir fəxrlə İslama hədiyyə etdilər. Amma mükafatları daha böyük oldu: əbədi həyat!


    ƏMMARIN ŞƏHADƏTI

    Görüş məqamının əzəməti vəsvə gəlmir! Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq, şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şerlər oxuyurdu:Allah doğruçudur, əzəmətlidir!

    Ya Rəbb, bu intizar çoxmu çəkəcək?
    Şəhadətdən keçir Sənə gedən yol,
    Bu qanlı meydanda doğranam gərək.


    Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı. Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür məbud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət, şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox təsir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi.["Əyanüş-şiə”, c. 8, s. 375 ]
    Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmöminin (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. O yerə oturur bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və onun xatirəsini yad edərək belə deyir:
    Ölüm, əl çəkəsi deyilsən məndən,
    Bütün dostlarımı varmişəm əldən.
    Yaxşı tanıyırsan dostları bir-bir,
    Qapı-qapı gəlib alırsan əsir.

    Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı.[Əsədul-ğabə, c. 4, s. 47 ]
    Böyük Peyğəmbər (s) səhabəsi, imamın fədakar köməkçisi, həqiqətin və Quranın güclü müdafiəçisi Əmmarın şəhadəti imamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da, Şam qoşununun da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s) Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu. Əbdüllahın bu hərəkəti Müaviyə cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən xəbər tutan Əmirəlmöminin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: "Bu hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni meydana o gətirmişdir!”["Əyanüş-şiə”, c. 8, s. 375 ]
    Bir sözlə, Əmmarın vücudu əvvəlcə qeyd olunduğu kimi, həqiqət meyarı, imam (ə) qoşununun haqlı olmasının sübutu idi. Əmmarın şəhadətindən sonra onun döyüş yoldaşları dünyanı özləri üçün dar gördülər və düşmən qoşununa hücum edib, ona sarsıdıcı zərbələr endirdilər. Müaviyə fədakar şirlərin nərəsini xeyməsinin yaxınlığında eşidib canını qurtarmaq üçün yeni bir hiyləyə əl atdı. Onun göstərişi ilə Quran nizələrin başına keçirildi. Həzrət Əlinin (ə) qoşunundakı bəzi sadəlövh insanlar bu hiyləyə aldanaraq, hücumdan əl çəkdilər. Həzrət Əlini (ə) vadar etdilər ki, müharibənin taleyi mühakimə yolu ilə həll edilsin.
    Əmmar Yasir Həzrət Əlinin (ə) güclü qolu idi. Malik Əştərin şəhadətindən sonra Müaviyə belə deyir: "Əli ibn Əbutalibin iki əli vardı. Onlardan biri Siffeyn döyüşündə kəsildi və o, Əmmar Yasir idi. O biri əli isə bu gün kəsildi və o Malik Əştərdir.”[Əl-ixlas, s. 81 ] Müaviyə bu sözləri Malik Əştərin şəhadət xəbərini eşitdiyi vaxt demişdi.
    Oxuduqlarınız İslam məktəbinin tərbiyəsini görmüş, vəhy çeşməsindən sirab olmuş, Məhəmmədi və Ələvi ruhundan qidalanmış bir insanın həyatından parçalar idi. Bu insanın həyatı onun əqidəsinin tərcüməçisi idi. Onun dərin imanı, ilahi etiqadı ömrünün ayrı-ayrı səhifələrində anbaan əks olunmuşdur. Adı və xatirəsi tarix səhifələrini zinətləndirən, haqtələblərə ilham verən insanlar məhz bu zümrədən olanlardır.
    Əmmarın iman və səbri, bəsirət və şücaəti, fədakarlıq və haqqı müdafiəsi "necə olmaq” sualına cavab axtaranlar üçün ilahi bir göstərişdir.

    Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq meracına tələsdiyi günə!


    Category: Əmmar Yasirin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 608 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019