İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:06 PM
    MÜQƏDDİMƏ
    Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur xristian casusunun öz etiraflarından məlum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək olar:
    Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə çatdırmaq;
    Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi;
    Mənəvi cəhətdən zəif olan müsəlman dövlət məmurları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək;
    Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların təlim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək;
    Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində kəskin qarşıdurmalar yaratmaq;
    Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi etiraz yaratmaq;
    Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s. adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti onlara doğru yönəltmək və müsəlmanların öz dini məlumatlarını məhz onlardan əxz etməsinə şərait yaratmaq;
    Dinin həqiqi və əsas etiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq;
    Dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq;
    İslahat, tərəqqi və müasirlik iddiaları ilə müsəlmanların mədəniyyət, mənəviyyat, tarix və gələcəyini məhv etmək.
    Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi "misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yəni Vəhhabi məzhəbini təsis etməsini misal göstərmək kifayət edər.
    Bu barədə ətraflı məlumatı kitabın Məhəmməd Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz.
    Qeyd etmək lazımdır ki, bu məzhəbin yaranmasından yüz illər keçməsinə baxmayaraq, hələ də o, imperializmin əlində paslanmayan bir silah kimi öz acı təsirlərini buraxmaqdadır. Düşmən qüvvələr bu məzhəb təbliğatçılarını müsəlman cəmiyyətlərinin içərisinə istiqamətləndirərək, onları hərtərəfli himayə edir, gücləndirirlər; istədikləri vaxt onları silahlı qiyama, təxribat yönlü işlərə təhrik edir və nəhayət gözlənilən vaxt gəlib çatdıqda həmin cəmiyyəti terrorçuluqda ittiham edərək, havadan, qurudan hücuma keçir; qəzəbdən od püskürür, dünyanı lərzəyə gətirirlər. Yəqin ki, bu sətirləri oxuyan hər bir şəxs son illərdə baş verən Əfqanıstan hadisəsini unutmamışdır. Heç kəsə gizli deyildir ki, "Vəhhabi Taliban” qrupu Əfqanıstana məhz Amerika, İngiltərə, İsrail və digər dövlətlərin himayəsi ilə daxil oldu; bir neçə il ən ibtidai və insani məsələlərə qarşı ifrat mövqe tutaraq müsəlmanları bütün dünyaya güldürdü; nəhayət günlərin bir günü "11 sentyarb” adlı beynəlxalq bir tamaşa hazırlamaqla öz mövqeyini kəskin şəkildə dəyişdi. Bu dəfə Əfqanıstana xilaskar ordu kimi daxil olaraq, öz əli ilə böyüdüb boya-başa çatdırdığı qanunsuz övladını (vəhhabiləri) qırıb məhv etməyə başladı; çox keçmədi ki, həmin ölkənin fatehinə çevrildi və məzlum əfqan xalqına sülh, azadlıq və demokratiyanı ərməğan gətirdi.
    Tarixdə nə qədər hemferlərin olması və onların törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə məlum deyildir. Dəhşətlisi budur ki, onlar bu gün də müsəlmanların içərisinə soxularaq didib-parçalamaq, parçalayıb istismar etməklə məşğuldurlar. Qeyd olunan düşmənlər heç bir vaxt bizim ölkəmizi də gözdən qaçırmayıblar. Vətənimiz tarix boyu bu namərdlərin mənfur niyyətlərinin, hiylə və məkrlərinin qurbanı olmuşdur.
    Qeyd olunan xəyanətlərin ən sonuncusu isə Qarabağ adlı dərdimiz, bütün vətən övladlarından öz həllini gözləyən ən ağır problemimizdir. Təcavüzkar erməni quldurları torpaqlarımızı işğal edib, xalqımıza, vətənimizə sağalmayan yaralar vurublar.
    Başda Amerika və Avropa ölkələri daxil olmaqla bir çox dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar guya neçə illərdir ki, bu məsələnin həlli yollarını arayıb-axtarırlar. Amma həqiqətdə onlar bu hadisəni xalqımıza unutdurmaq və faktiki olaraq işğal olunmuş ərazilərin qanuni şəkildə ermənilərə bağışlanması yollarını araşdırırlar.
    Böyük qüdrətlər vasitəçi missiyası ilə hər dəfə danışıqlar stoluna əyləşdikdə hər iki tərəfin sözünü eşitməkdə, qərar çıxarmaqda son dərəcə "ehtiyatlı” olurlar; heç bir dövlətin daxili işlərinə qarışmaq istəmirlər. Amma lazım gəldikdə, müsəlman Əfqanıstan, İraq və digər dövlətlərdə "demokratiyanı” bərpa etmək üçün təpədən-dırnağadək silahlanırlar; bir dövlətin daxili işinə qarışmaq nədir, onun köksündə od qalayırlar. Görəsən təcavüzkar və işğalçı bir dövlətlə, öz ölkəsində diktatorluq edən hakimiyyətlərin məntiqi fərqi nədədir?! Əlbəttə, onlardan birincisinin xristian, ikincisinin isə müsəlman dövləti olmasında!!!
    Əziz həmvətənlilər! Artıq qəflət yuxusundan ayılmaq vaxtıdır. Düşmənlər daxildən və xaricdən ayağımızın altını qazmaqda və bizi sonu görünməyən quyuya doğru yuvarlamaqdadırlar. Hər gün öz din və mədəniyyətimizə qarşı xaricdə hazırlanıb ölkəmizdə icraya qoyulan qadağan və məhdudiyyətləri müşahidə etməkdəyik. Bir tərəfdən ardı-arası kəsilməyən missioner hücumları, digər tərəfdən isə İslami inkişafı boğmaq üçün hazırlanmış qanun layihələri, müxtəlif təşkilat və qurumlar. Qəbul olunmuş hər hansı bir qanunun missioner hərəkatına təsir edəcəyi və ya onların fəaliyyətini donduracağı çox gülünc bir məsələdir. ABŞ səfirinin bircə ultimatumu ilə nəinki məmurlarımız onlara yaxınlaşa bilməz, hətta öz səhvlərini düzəltmək üçün kilsəyə gedib boyunlarından xaç da asarlar.
    Görəsən Ermənistan dövləti bir müsəlman ruhanisinin Yerəvana daxil olub bircə, təkrar edirəm, yalnız bir ermənini müsəlman etməsi halına dözə bilərmi?! Əlbəttə yox! Bəs bizdə olan bu "humanistlik” və "insanpərvərlik” haradan qayanaqlanır? Dəfələrlə sübut olunub ki, Azərbaycanda fəaliyyət göstərən missioner keşişlər Ermənistanın kəşfiyyat orqanları ilə gizli əlaqə saxlayır, onlar üçün casusluq edirlər; hətta xristianlığı qəbul etmiş həmvətənlilərimizdən bir çoxlarının dolayı yollarla Ermənistana göndərildiyi, Eçmiadzin xristian məktəblərində dini təhsil alması faktı da aşkarlanıb. Başa düşmək olmur ki, bu qədər dəhşətli faktlardan sonra, qapıları taybatay açıb keşişləri ölkəmizə buraxan məmurlar nə fikirləşirlər?! Belə çıxır ki, biz torpaqlarımızın işğal olunmasına dözməliyik, düşmənlərimizin yurdumuza ayaq açmasına dözməliyik, ağzımızın, gözümüzün içinə girib təşkilat qurmalarına dözməliyik və nəhayət dözməliyik və yenə də dözməliyik...
    İ.Əliyev
    Moskva - 2003
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 1153 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019