İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:03 PM
    ÜÇÜNCÜ FƏSİL
    Əməkdaşlarım məndən əvvəl Londona dönərək, MNN-dən yeni əmrlər almışdılar. Doqquz əməkdaşımdan yalnız beş nəfəri geri dönə bilmişdi. Katiblərin dediyinə görə, qalan dörd nəfərdən biri müsəlman olub Misirdə qalmışdı; lakin sirri açmamışdı. İkincisi Rusiyaya gedərək orada qalmışdı; o, əslən Rusiyalı idi və onun Rusiya casusu olduğu güman olunurdu. Üçüncüsü Bağdadda vəba xəstəliyinə tutularaq vəfat etmişdi. Dördüncüsü Yəmənin Cəna şəhərindən bir ilə qədər məlumat göndərmiş, sonradan əlaqə kəsilmişdi. Nazirlik dörd nəfərin aradan getməsini fəlakət kimi qəbul edirdi. Biz əslən vəzifələri böyük, sayı az bir millətik. Hər bir nəfərimiz gərəklidir.
    Məlumatlar katibliyə təqdim edildikdən sonra nəticələri araşdırıb şərh etməkdən ötrü iclas çağırıldı. İclasda mənim məlumatlarım tənqid olundu. Lakin ümümi nəticəyə görə üçüncü yerdə idim. Birinci yeri əməkdaşım Georgi Bilqaydi, ikinci yeri isə Henri Fansi qazanmışdı. Mən türk və ərəb dillərini, Qurani-Kərimi və şəriəti mükəmməl şəkildə öyrənmişdim. Lakin Osmanlı dövlətinin zəif nöqtələrini göstərən məlumat hazırlaya bilməmişdim. İki saat qədər davam edən iclasdan sonra bu bacarıqsızlığımın səbəbini soruşanda, mən onlara belə dedim:
    Mənim əsl vəzifəm Quranı, şəriəti və dili öyrənmək idi. Başqa işlər üçün vaxt tapa bilməmişdim. Ancaq növbəti səfərimdə mütləq sizi razı salacağam.
    Katib:
    Şübhəsiz sən müvəffəq olacaqsan! Amma sənin birinci olmanı istərdim. Hemfer, gələcək səfər üçün iki mühüm məsələdə məsuliyyət daşıyırsan:
    1. Müsəlmanların zəif nöqtələrini müəyyən edib, qarşıdurma yaratmaq üçün onları qruplara bölmək...! Düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur!
    2. Bunları etdikdən sonra ümumi proqramı mərhələ-mərhələ həyata keçirmək.
    Bu işləri bacarıb yerinə yetirsən, nazirlik tərəfindən xüsusi mükafatlara layiq görüləcəksən.
    Londonda altı ay qalıb əmim qızı Mariya ilə evləndim. O zaman mənim iyirmi iki, onun isə iyirmi üç yaşı var idi. Mariya orta savadlı, mədəni və çox gözəl bir qız idi. Həyatımın ən unudulmaz anlarını onunla keçirdim. Yoldaşım hamilə idi; onun azad olmasını gözləyirdik ki, elə bu vaxt İraqa getmək əmrini aldım. Övladımın dünyaya gəlməsini gözləyərkən, bu əmrin gəlməsi məni çox sarsıtdı. Ancaq vətənə xidmət üçün verdiyim and, əməkdaşlarımı ötüb keçərək məhşurlaşmaq həvəsi atalıq hisslərimi üstələdi. Buna görə də tərəddüd etmədən əmri qəbul etdim. Mariya uşağın dünyaya gəlməsi üçün qayıtmağımı istədi; lakin onun sözlərinə əhəmiyyət vermədim. Vidalaşdığımız gün ikimiz də ağladıq. Yoldaşım mənə - əlaqəni kəsmə, mən də sənə qızıl kimi qiymətli, yurdumuzla əlaqədar məktublar yazacağam - dedi. Bu sözlər qəlbimdə fırtına yaratdı, az qala səfəri təxirə salacaqdım. Lakin hisslərimi cilovlaya bildim. Mariya ilə vidalaşıb son təlimat almaq üçün nazirliyin binasına getdim.
    Artıq altı ay idi ki, İraqın Bəsrə şəhərində idim. Bu şəhər əhalisinin bir hissəsi sünni, digər bir hissəsi isə şiə idi. Müxtəlif tayfaların məskunlaşdığı Bəsrə şəhərində ərəblər və farslar əksəriyyət təşkil edirdi; burada xristianlar da var idi. Həyatımda ilk dəfə şiə və farslarla burada qarşılaşmışdım. Sözə başlarkən, az da olsa sünni və şiələrdən danışmaq yerinə düşərdi. Mənim gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim məlumatlara əsasən deyə bilərəm ki, Əli xəlifə olmaq üçün tələb olunan yüksək sifətlərə malik bir dahi şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm. Ancaq Hüseynin övladlarının Məhəmməd (ə) tərəfindən necə xəlifə təyin olunması mənim üçün şübhəlidir. Ona görə ki, Məhəmməd (ə) peyğəmbər idisə, gələcəkdən xəbər verməsi yalnız Allah-Taalanın bildirməsi ilə mümkündür (İsa Məsihin zühur edəcəyini deməsi kimi). Lakin Məhəmmədin peyğəmbərliyi biz xristianlara görə şübhəlidir. Müsəlmanların onun peyğəmbərliyinə dəlil və sübutları çoxdur. Bunlardan biri də Qurandır; Quranı oxudum, həqiqətən çox yüksək bir kitabdır. Hətta Tövrat və İncildən də yüksəkdir. Bəhs olunduğu mövzular, qanunlar, nizamlar, əxlaq və s. çox dolğun şəkildə ifadə olunub. Məhəmməd kimi yazıb-oxumaq bacarmayan bir şəxsin belə bir uca kitabı necə gətirdiyinə heyrət edirəm. Görəsən o, bu cür düşüncə, zəka və əxlaqa necə malik olmuşdur? Məhəmmədin peyğəmbərliyi barədə olan həqiqətləri əldə etmək üçün daim araşdırmalar aparırdım. Bir dəfə Londonda keşişlərdən birinə bu mövzu ilə əlaqədar sual verdim. Cavab təəssübkeşlik və qərəzli mövqedən verildiyi üçün qane olmadım. Türkiyədə olduğum müddətdə Əhməd əfəndiyə də bu sualı vermişdim. Lakin o da qənaətbəxş cavab verməmişdi. Məndən şübhələnərək casus olduğumu bilməsinlər deyə, əlavə sual da verə bilməmişdim. Mən Məhəmmədə məhəbbət bəsləyirəm. Şübhəsiz o, kitablardan oxuduğumuza görə, Allahın peyğəmbəridir. Lakin mən xristian olduğuma görə, hələ də onun peyğəmbərliyinə iman gətirməmişəm. Sözsüz o, mənim tanıdığım dahilərin ən dahisidir.
    Sünnilər isə peyğəmbərin vəfatından sonra xilafətə Əbu Bəkr, Ömər, Osman və Əlini layiq görməkdədirlər. Bu ixtilaflar bütün dinlərdə, xüsusən də xristianlıqda çoxdur. Sünnilərin nəzərlərinə görə, xəlifələrin vəfatında sonra xilafət mövzusunda mübahisə aparmağın heç bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə müsəlmanlar keçmiş günlərini yox, bu günü fikirləşməlidirlər.
    Bir gün MNN-də sünni və şiə ixtilaflarından söz açaraq dedim: "Müsəlmanlar həyatdan bir şey anlasaydılar, aralarındakı sünni-şiə ixtilaflarını aradan aparıb, birləşərdilər”. Əməkdaşlarımdan biri sözümü kəsərək, sənin vəzifən bu ixtilafları qızışdırmaqdır. Onları birləşdirmək haqqında düşünmək yox! -dedi.
    İraq səfərindən əvvəl katib mənə ixtilaflar mövzusunda öz fikirlərini izah edərək dedi: "Cənab Hemfer, unutma ki, Allah-Taala Habil və Qabili yaratdıqdan sonra insanlar arasında təbii ixtilaflar vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam edəcəkdir. Növbəti səfərdəki vəzifən bu ixtilafları mükəmməl şəkildə öyrənib, topladığın məlumatları nazirliyə ötürmək və çalışıb bu ixtilafları qızışdırmaqdır. Bu işləri görə bilsən, İngiltərəyə ən böyük xidməti etmiş olarsan. Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dünya dövlət-lərində və xüsusilə müsətəmləkələrimizdə bu cür fitnə-fəsad və təfriqələr salmaq məcburiyyətindəyik. Osmanlı dövlətini də yalnız bu üsullarla yıxa bilərik. Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə müsəlmanların zəif nöqtələrini araşdır və tap! Bil ki, Osmanlı və İran dövləti hal-hazırda ən zəif dövrlərini yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı ədalətlə idarə edənlərə qarşı üsyana sövq etdirməkdir. Tarix boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata keçmişdir. Müsəlmanların vəhdətini pozub zəiflət-dikdən sonra onları asanlıqla məğlub edə bilərik”.
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 982 | Downloads: 0 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024