İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:02 PM
    BEŞİNCİ FƏSİL
    Məhəmməd Nəcdi ilə çox səmimi və yaxın olmuşduq. Bu günlərdə şiələrin dini-elmi mərkəzi olan Kərbəla və Nəcəf şəhərlərinə getmək üçün Londondan əmr gəlmişdi. Məhəmmədlə görüşüb Bəsrədən ayrılmaq məcburiyyətində qaldım. Lakin bu cahil və yolunu azmış şəxsin gələcəkdə yeni bir firqə yaradacağını və onun İslam dinini daxildən parçalayıb dağıdacağını düşünəndə hədsiz dərəcədə sevinirdim. Yaranacaq bu azğın firqənin inanclarını şəxsən özüm hazırladığıma görə fərəhlənirdim.
    Əli ibn Əbutalib Nəcəfdə dəfn edilmişdir. Nəcəfdən bir neçə kilometr aralıda Əlinin xilafət mərkəzi olan Kufə şəhəri yerləşir. Həzrəti Əli öldürüldükdə, oğlanları Həsən və Hüseyn onu Kufədən kənarda, hal-hazırdakı Nəcəf şəhərində dəfn etmişdilər. Bundan sonra Nəcəf inkişaf edib böyüməyə başlamışdı. Şiə alimləri Nəcəfə toplaşmış, orada mədrəsələr qurub ali-dini təhsil ocaqları yaratmışdılar. İstambuldakı xəlifənin onlara münasibəti bir neçə səbəbə görə pis idi:
    İrandakı şiə hökuməti Nəcəfdəki şiələri dəstəkləyirdi. Xəlifə də onların işlərinə qarışırdı. Hər iki dövlətlər arasında münasibətlər gərginləşmiş, hətta hər dəqiqə belə müharibə baş verə bilərdi.
    Nəcəf ətrafında şiələri dəstəkləyən çoxlu silahlı tayfalar var idi. Silahları və dəstələri nizamlı ordu şəkilində olmasa da, xəlifənin ordusu ilə döyüşmək imkanında idilər.
    Nəcəfdəki şiə alimləri Hindistan, Afrika və bütün dünyadakı şiələrin ən ali dini müraciət yerləri idi. Bütün dünya şiələri bu şəhərdə yerləşən müctehidlərin bircə fətvası ilə ayağa qalxıb üsyana başlaya bilərdilər.
    Peyğəmbərin qızı Fatimənin oğlu Hüseyn ibn Əli Kərbəlada şəhid edilmişdir. İraq əhalisi Mədinəyə məktub yazaraq imam Hüseyni özlərinə xəlifə seçmək üçün bu şəhərə dəvət etmişdilər. O, ailəsi ilə birlikdə Kərbəla torpağına yetişdikdə, iraqlılar öz vədlərinə xilaf çıxaraq, Şamda oturan Əməvi xəlifəsi Yezid ibni Müaviyənin əmri ilə ona qarşı vuruşmuşdular. Hüseyn (ə) ailəsi ilə birlikdə İraq ordusuna qarşı şəhid oluncaya qədər qəhrəmancasına döyüşmüşdü. O gündən sonra şiələr Kərbəlanı ruhani bir mərkəz olaraq, qəbul etmiş və hər yerdən oraya gəlib toplaşmışdılar. (Təəssüflər olsun ki, xristian aləmində belə bir mərkəzin bənzəri yoxdur). Kərbəla da Nəcəf kimi şiələrin dini-elmi mərkəzlərindən sayılır və orada çoxlu sayda mədrəsələr vardır. Bu iki şəhər həmişə bir-birinə yardımçı olurlar.
    Kərbəlaya getmək əmrini aldıqdan sonra Bəsrədən Bağdada, oradan da Fərat çayının kənarındı yerləşən Hillə şəhərinə getdim. Dəclə və Fərat çayları Türkiyədən gələrək, İraqdan keçir və sonda Bəsrə körfəzinə tökülür. Bu çaylar İraq üçün həyati əhəmiyyət daşıyır. Mən Londona döndükdən sonra MNN-ə getdiyim zaman İraqla bağlı təkliflərimizi qəbul etdirmək məqsədilə, bu çayın istiqamətini dəyişmək üçün plan hazırlanmasını təklif etdim. Əgər su İraqdan kəsilərsə, təkliflərimizi qəbul etməyə məcbur olacaqlar - dedim. Hillədən Nəcəfə azərbaycanlı tacir qiyafəsində getdim. Şiə alimləri ilə dostluq və səmimiyyət qurdum və onları aldatmaq üçün dərslərdə iştirak etməyə başladım.
    Şiələrlə sünnilərin fərqi aşağıdakılardan ibarətdir:
    Şiələr Osmanlı hökumətinə qarşı düşmən mövqeyi tutmuşdular. Çünki onlar şiə, türklər isə sünni idilər.
    Şiə alimləri bizim durğunluq dövrümüzdəki keşişlərimiz kimi özlərini tamamilə dini elmlərə həsr etmiş, dünyavi elmlərlə çox az maraqlanırdılar. Dünyada baş verən ictimai-siyasi hadisələrdən xəbərsiz idilər. Bir gün öz-özümə fikirləşirdim ki, şiələr nə zavallı insanlardılar. Bütün dünya oyaq ikən onlar hələ də yatırlar. Bir gün gələcək bir sel onları yuyub aparacaq.
    Onları xəlifəyə qarşı üsyana yönəltmək istəyirdim. Məni bu mövzuda dinləyən olmadı. Bəziləri də bu təklifi eşitdikdə mənə istehza ilə yanaşırdı. Sanki onlara, dünyanı yıxın - deyirdim. Onlar Osmanlı xilafətini fətholunmaz bir qala kimi görürdülər. Şiələrin fikirincə, bu işi ancaq zühurunun intizarı gözlənilən Mehdi görə bilər və onları xəlifənin zülmündən qurtara bilərdi. Onlara görə, Mehdi İslam peyğəmbərinin nəslindən olan və hicri-qəməri tarixi ilə 255-ci ildə qeybə çəkilən on ikinci imamdır. Onlar deyirdilər: "O indi həyatda mövcuddur, bir gün zühur edəcək, zülm və haqsızlığın baş alıb getdiyi dünyanı ədalətlə dolduracaq”. Onların bu cür inanclarına lap heyrət edirdim. Bu bizim xristianların inandığı, "İsa Məsih gələcək, dünyanı ədalətlə dolduracaq” əqidəsinə bənzəyirdi. Bir gün onların birinə belə dedim:
    İslam peyğəmbəri zülmə qarşı çıxdığı kimi, sizin də zülmə qarşı mübarizə aparmağınız vacib deyildirmi?
    Allah ona yardım edirdi. Ona görə də zülmü məhv etməyi bacardı.
    Quranda belə buyurulmuşdur: "Siz Allahın dininə yardım edərsinizsə, O da sizə yardım edər”. Şahların zülmünə qarşı çıxsanız, Allah sizə də yardım edər.
    Sən bir tacirsən, bunlar sənin işin deyil. Bu elmi bir mövzudur ki, sən bu elmi dərk edə bilməzsən.
    Əli ibn Əbu Talibin məqbərəsi çox gözəl bir layihə əsasında tikilmişdir; qızıldan qapıları, böyük bir gümbəzi və iki böyük minarəsi vardır. Hər gün bu türbəyə çoxlu sayda şiə zəvvarları gəlir, ziyarət edir və camaat namazı qılırlar. Ziyarətçilərin hər biri məzara salam verdikdən sonra içəri daxil olurlar. Kərbəlada da Həzrəti Əlinin məqbərəsinə bənzər iki məqbərə vardır.
    Birincisi, Həzrət Hüseynə, ikincisi isə, onunla bərabər şəhid olan qardaşı Həzrət Abbasa məxsusdur. Şiələr Nəcəfdə etdikləri ziyarət qaydalarını eynən Kərbəlada da edirdilər. Kərbəlanın görünüşü Nəcəfdən daha gözəldir. Ətrafında gözəl bağçalar və axar sular vardır.
    İraq səfərində bir çox fərəhləndirici mənzərələrlə qarşılaşdım. Bəzi hadisələr Osmanlı imperatorluğunun sonunun yaxınlaşdığından xəbər verirdi. İstambul hökuməti tərəfindən təyin edilən vali zalım və cahil bir adamdır. Özü istədiyi kimi hərəkət edirdi. Xalq ondan razı deyildi. Sünnilər hüquqlarının tapdalandığından, onlara qiymət verilmədiyindən şikayətlənir, şiələr isə Peyğəmbərin nəslindən rəhbərliyə layiq olan seyyid və fəqihlər olduğu halda, xəlifəni və onun yerli valisini qeyri-qanuni hesab edirdilər. Şiələrin vəziyyəti həddən artıq dözülməz idi. Zülm və əziyyət içində yaşayırdılar. Yol kəsənlər karvanları daima talan edirdilər. Hökumət onlara bir mühafizə əsgəri vermədikdə səfərə çıxa bilmirdilər. Şiə tayfaları arasında da düşmənçilik çox idi. Hər gün bir-birini öldürürdülər. Şiələrin bu vəziyyəti mənə kilsənin Avropanı istila etdiyi zamanları xatırladırdı. Nəcəf və Kərbəladakı ruhanilərdən başqa hər min nəfərdən biri yazmaq və oxumaq bacarırdı. İqtisadi həyat çökmüş, insanlar fəqirlik və zəlalət içində məşəqqət çəkirdilər. Dövlət çıxılmaz bir vəziyyətdə idi. Şiələr hökuməti rəsmi şəkildə tanımırdılar. Dövlət ilə xalq arasında etimadsızlıq hökm sürürdü; onlar bir-birinə şübhə ilə yanaşırdılar. Ona görə də aralarında yardımçı əlaqə yox idi.
    Kərbəla və Nəcəfdə dörd ay qaldım. Nəcəfdə olduğum müddətdə ağır xəstəliyə tutuldum. Hətta əlimi həyatdan üzmüşdüm. Üç həftə yataqda qaldım. Həkimdən müalicə aldıqdan sonra səhhətim yaxşılaşmağa başladı. Ev sahibi xəstə olduğum müddətdə mənə çox yaxşı xidmət göstərdi. Bu işlə savab qazandığını deyirdi. Onlara deyirdim ki, həzrəti Əlinin ziyarətçisiyəm. Müalicəmin birinci günü həkim mənə toyuq ətinin suyunu içməyi söylədi. Daha sonra ətindən də yeməyi məsləhət gördü. Sağaldıqdan sonra Bağdada getdim. Nəcəf, Hillə və Bağdad yolunda müşahidələrimlə bağlı yüz səhifəlik məlumat hazırlayıb MNN-nin Bağdad şöbəsinə təqdim etdim.
    İraqda qalacağım və ya Londona dönəcəyim haqqında əmr gözləyirdim. Uzun zaman idi ki, qürbətdə idim. Vətənim və ailəm üçün çox darıxmışdım; həyata yenicə göz açmış oğlum Rasputini görmək istəyirdim. Onun üçün də MNN-ə yazdığım məktubda az bir müddətə olsa da, Londona qayıtmaq üçün izn istədim. Üç illik İraq səfəri ilə əlaqədar müşahidələrimi şifahi anlatmaq və bir qədər də istirahət etmək istəyirdim. Nazirliyin İraqdakı nümayəndəliyi şübhə doğurmamaq üçün Dəclə çayının kənarındakı evlərin birində yerləşməyimi məsləhət gördü. Londondan cavab gələnədək orada qalmalı oldum. Burada qalarkən xilafət mərkəzi olan İstambulla Bağdad arasındakı mənəvi uyğunsuzluğu müşahidə edirdim.
    Bəsrədən Kərbəla və Nəcəfə getdiyim müddətdə Məhəmməd Nəcdidən çox nigaran qalmışdım. Onun göstərdiyim yoldan aza biləcəyindən ehtiyatlanırdım; aylarla çəkdiyim zəhmətin hədər olacağından qorxurdum. Ayrılanda o, İstambula getmək haqqında düşünürdü. Mən onu bu fikirdən daşındırmaq üçün çox çalışdım və ona, İstambulda fikirlərini duysalar, səni öldürə bilərlər, -dedim. Əlbəttə məqsədim başqa bir şey idi. Orada savadlı sünni alimləri ilə görüşüb, öz etiqadına qayıda bilərdi. Çünki, İstambulda İslamın yüksək ruhiyyəsi vardır. Məhəmmədin Bəsrədə qalmaq istəmədiyini anladıqda, İsfahan və Şiraza getməsini təklif etdim. Çünki bu iki şəhər çox gözəl, xalqı da şiə idi. Şiələrin də ona təsir etmək ehtimalı çox az idi. Beləliklə, onun hazırladığım yoldan dönməyəcəyinə əmin oldum. Ayrılanda soruşdum:
    Təqiyyəyə inanırsanmı?
    Bəli, inanıram. Müşriklər səhabələrdən birinin ata-anasını öldürdükdə təqiyyə edib, şirki izhar etmişdi. Peyğəmbər buna qarşı çıxmamış və ona heç nə deməmişdi.
    Şiələr arasında təqiyyə ilə davran, sünni olduğunu söyləmə ki, başına bəla açarsan. Onların ölkəsindən və alimlərindən istifadə et, məzhəblərini öyrən! Onlar çox cahil və inadkar insanlardır.
    Ona zəkat (imkansızlara paylanılan vergi növü) adı ilə bir miqdar pul verdim. Bir də minik üçün heyvan aldım. Ayrılarkən Bəsrəyə dönməyi qərara aldıq. Razılaşdıq ki, kim birinci gəlsə və gözləməyə imkanı olmasa, Əbdürrizaya məktub yazıb versin.
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 975 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024