İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-05, 8:38 PM
    İKİNCİ HİSSƏ
    İngilislərin İslamla düşmənçilikləri
    İngilis casusunun birinci hissədəki etiraflarını oxuyanlar, ingilislərin dünya müsəlmanları üçün nələr düşündükləri haqqında müəyyən qədər də olsa, məlumata malik oldular. Bu hissədə qısa şəkildə MNN-nin casuslara verdiyi əmrlərin dünya müsəlmanları üzərində necə tətbiq edildiyindən və missioner fəaliyyətindən danışacağıq.
    İngilislər çox məğrur və təkəbbürlüdürlər. Onlar öz şəxsiyyətlərini və vətənlərini nə qədər üstün və yenilməz görürlərsə, digər insanlara və ölkələrə də bir o qədər yuxarıdan aşağı baxırlar. İngilislərə görə, insanlar üç qismə ayrılırlar: Birinci qismə aid olanlar məhz ingilislərin özləridir. Onlar özlərini Allahın insan olaraq yaratdığı ən gözəl məxluq hesab edirlər. İkinci qismə Amerika və Avropanın digər ağ dərili xalqları aid olunur. Bunları da insan hesab edərək lazımi ehtirama layiq bilirlər. Yerdə qalanlar isə üçüncü növdən olan insanlardır ki, ingilislərə görə, bunlar insanla heyvan arasında olan məxluqdurlar. Hörmətə layiq olmadıqları kimi, hürriyyət, istiqlal və vətən məfhumu da onlara şamil olunmur. Bu insanlar bilavasitə ingilislər tərəfindən idarə olunmaq üçün yaradılmışdır.
    İngilislər bu gözlə baxdıqları müstəmləkələrdə yerli əhali ilə bir yerdə yaşamazlar. Müstəmləkələrin hər bir yerində ingilislərə məxsus klublar, kazinolar, hamamlar, hətta mağazalar da vardır. Yerli əhalinin bu kimi yerlərdən istifadə etməsi qadağandır.
    XX əsrdə hindistan səyahətləri ilə məhşur olan Marsello Perneal "hindistan səyahəti xatirələri” kitabında belə yazır: "Avropada şöhrət tapmış, hətta bəzi universitetlərin fəxri professor adını almış bir hind alimi ilə Hindistandakı ingilis klublarının birində görüşmək üçün vədləşdik. Hindli alim kluba gələn zaman, onun hətta dünya şöhrətli bir şəxsiyyət olmasını da nəzərə almayaraq, içəri buraxmamışdılar. Uzun sürən isrardan sonra onun kluba buraxılmasına nail oldum”. İngilislər özlərindən olmayanlara heyvanlardan da pis münasibət bəsləyirlər. Ən böyük müstəmləkələri olan, illərcə istismar və talan etdikləri Hindistanın Amritsar şəhərində 1919-cu ildə dini ayin səbəbi ilə bir yerə toplaşan hindlilər yaxınlıqlarından keçən bir ingilis qadınına diqqətsizlik edərək, ehtiram göstərməmişdilər. Missioner qadın, o zaman Hindistanda hərbi komandan vəzifəsində çalışan ingilis generalı Dyeri Reqinolda bu haqda şikayət etmişdi. General dərhal əsgərlərinə məbədə yollanmağı əmr etmiş və bunun ardınca dəhşətli faciə törənmişdi. Əsgərlər məbədə yollanaraq, on dəqiqə ərzində ibadətlə məşğul olan müdafiəsiz xalqa atəş açmış, yeddi yüz nəfər həlak olmuş, min nəfərdən artıq insan isə yaralanmışdı. General bununla kifayətlənməyərək, qalan əhalini üç gün əlləri və ayaqları üzərində heyvan kimi yeriməyə məcbur etmişdi. Bu hadisə ilə bağlı Londona şikayət edilir. İngiltərə hökuməti tədqiqat aparılması üçün fərman verir. Tədqiqat üçün Hindistana gələn müfəttiş dinc əhaliyə atəş açmağın səbəbini soruşanda, general belə cavab vermişdi:
    Buranın komandanı mənəm, lazım olan əmri də vermişəm!
    Bəs, əhalini əlləri üzərində süründürməyin səbəbi nədir?
    Hindlilər öz tanrılarının qarşısında da bu cür sürünürlər. Bu işi görməkdə məqsədim, bir ingilis qadınının da hindu tanrısı qədər müqəddəs olduğunu onlara anlatmaq idi.
    Cənab General, əhali alış-veriş üçün küçəyə çıxmağa qorxur. Niyə imkan vermirsiniz?
    Çünki bunlar insan olsaydı, əlləri üstə sürünməzdilər. Onsuz da bunların evləri bir-birinə bitişik, damları da düzdür; damlarının üstündə yerisinlər.
    * * * *
    Generalın bu sözləri qəzetlərdə nəşr olunduqdan sonra Dyeri Reqinold qəhrəman elan edildi. Dünya tarixində 13 aprel 1919-cu il ingilis zülmünə məruz qalan hindlilərin qanından meydanda gölməçə əmələ gəlmişdi. Bu qan gölməçəsi general Reqinoldun vəhşiliyinin nəticəsi idi. Bu hadisədən sonra Hindistanın hər bir yerində böyük üsyanlar başlandı. Bu səbəbdən o, general vəzifəsindən azad edilərək təqaüdə göndərildi. Ancaq Londonda onu Lordlar Palatası təmtəraqla qarşıladı. Hələ mükafatlandırmaq qərarına da gəldilər. İngilis lordlarının başqa millətlərə necə baxdıqları burada tam aydın olur.
    İngilislər öz müsətəmləkələrini idarə etmək üçün onları iki qrupa bölmüşdülər. Birincisinə, Dominon adı vermişdilər. Bu qrupa ağ dərili avropa xalqları daxildir. Onlar üstün imtiyazlara malik, hətta mədəni muxtariyyata sahib idilər. Ölkədaxili idarəçilik özlərinə məxsus idi. Yalnız xarici əlaqələrdə İngiltərəyə tabe idilər. Misal olaraq Kanada, Avstraliya, Yeni Zellandiya. İkinci qrupa isə ağ dərili olmayan xalqların müstəmləkələri daxil idi. Bu xalqalar daima zülm altında inildəməkdə idilər.
    MNN-nin daxilində Hindistana nəzarət üçün ayrıca bir bölüm var idi. Bu nazirliyin əsas məsul şəxsi nazirin özü idi. Onun iki müşaviri və dörd müavini var idi. İqtidar dəyişsə də nazirliyin məsulları dəyişməzdi. Dörd müavinin biri Kanada, Avstraliya və bəzi adalar, ikincisi Cənubi Afrika, üçüncüsü Şərqi və Qərbi Afrika, dördüncüsü Hindistanla məşğul olurdu. Düşmənçilik, zülm, istibdad, hiylə və xəyanət üzərində qurulan ingilis imperatorluğu, özünə "üzərində günəş batmayan” ölkə adı vermişdi. Konqo, Kipr, Kanada, Atən, Avstraliya, Fici, Şimali Afrika, Yeni Zellandiya, Tonqa, Pasifik adaları, Paniya, Somali, Saravak, Biruno, Bruney, Banqladeş, Birma, Hindistan, Pakistan, Malta, Malayziya, İndoneziya, İngilis Bəlcustanı, Çinin bir hissəsi, 1882-ci ildən Bostamina, Misir, Sudan, Sinqapur, Siyero-Leone, Niceriya, Uqanda, Quyan, Qambiya, Qana və Tanzaniya kimi dövlətlər ingilislərin hegemonluğu sayəsində alındı. Bu dünya dövlətləri həm dinlərini, həm dillərini, həm də adət-ənənələrini itirdilər. Yeraltı-yerüstü sərvətləri ingilislər tərəfindən talan edildi. XIX yüzilliyin sonunda onlar dünya torpaqlarının ¼-nə, dünya xalqlarının isə ¼-dən çoxuna sahib oldular. İngilis müstəmləkələrinin ən mühümü, strateji məqsəd daşıyan Hindistan idi. İngilislər dünyada hakimiyyətlərini təmin etmək üçün üç yüz milyondan artıq əhalisi olan (hal-hazırda bir milyarda yaxındır) tükənməz sərvətlərə sahib olan Hindistandan I Dünya Müharibəsində bir milyondan artıq əsgər və bir milyard rupi nəğd pul almışdılar. Bu pulların çoxunu Osmanlı dövlətini parçalamağa sərf etmişdilər. Sülh şəraitində də ingilis iqtisadiyyatını yaşadan və maliyyəsini dövr etdirən Hindistan idi. Hindistana çox əhəmiyyət verilməsinin əsas iki səbəbi var idi:
    İslamın hindistanda yayılıb genişlənməsi və bu ərazilərdə onun hakim olmaq təhlükəsi;
    Hindistanın təbii sərvətləri.
    Hindistan üzərində müstəmləkəçilik siyasətini qoruyub saxlamaq üçün ingilislər bu ölkənin yolunun üstündə olan bütün İslam ölkələrinə soxularaq fəsad toxumları səpmiş, qardaşı qardaşa düşmən etmişdilər. Bu yolla təbii sərvətləri öz ölkələrinə daşımış və müsəlmanlara hakim olmuşdular.
    Osmanlı imperatorluğunu müxtəlif siyasi oyunlarla Rusiya ilə müharibəyə cəlb etdilər ki, bu dövlət zəifləyib Hindistana əl uzada bilməsin. Parçalayıb işğal etmək ingilis siyasətinin əsasını təşkil edir.
    Avropadan ilk dəfə Hindistana ayaq açan, h.q-904, m-1498-ci ildə portuqaliyalılar olmuşdu. Kalkuta şəhərinə gələn portuqaliyalılar ticarətlə məşğul olmuş və tədricən Hindistan ticarətini əllərinə keçirmişdilər. Daha sonra portuqaliyalıları hollandlar, hollandları isə fransızlar üstələdilər və nəhayət, ingilislər meydana çıxaraq nəzarəti ələ keçirdilər.
    Hindistanın müsəlman alimlərindən olan əllamə Məhəmməd Fəzli Haqq Hərəbədinin ”Əs-sərvətül Hindiyyə” kitabında yazdığına görə, ingilislər ilk dəfə h.q-1008, m-1608-ci ildə Hindistanın Kalkuta şəhərində ticarət mərkəzləri açmaq üçün Əkbər şahdan izn aldılar. Elə bu illərdə kraliça Yelizavetta Şərqi Hindistan kompaniyasının nizamnaməsini təşkil etdi. Bu nizamnaməyə görə, kompaniya İngiltərədə könüllü əsgər toplayaraq, öz hesabına silahlandırıb donanma təşkil etmək, hərbi və ticarət məqsədi ilə səfərlər etmək imtiyazı aldı. Əkbər şah azğın bir adam idi, bütün dinlərə eyni gözlə baxırdı. Hətta müxtəlif dinlərin alimlərini bir yerə toplayaraq, müştərək bir din qurdu. Onun "İlahi Din” adlandırdığı bu ayin h.q-990, m-1582-ci ildə rəsmi əqidə elan edildi. Bu tarixdən başlayaraq onun ölümünə qədər bütün Hindistanda, xüsusilə də Seylonda İslam alimlərinin etibarı azalmışdı. Əkbər şahın dininə mənsub şəxslər isə hər yerdə önə keçmişdilər. Məhz bu zamandan ingilislər Hindistana daxil oldular.
    İngilislər I Şahi-aləmin zamanında Kalkutiyada torpaq sahələrini satın aldılar. Onları mühafizə etmək üçün ordu gətirdilər. H.q-1126, m-1714-cu ildə Sultan Fərruh Şir şahı taxtdan saldılar. Bundan sonra bütün Hindistanda torpaq sahələrinin satılmasına izn verildi. 1803-cü ildə ingilislər Şahi-aləm Sanini hakimiyyətləri altına aldılar. 1760-cı ildə taxta çıxan Şahi-aləm Saninin zamanında ingilislər öz müstəmləkələrini Benqaldan mərkəzi Hindistana və Rasputaniyaya (İndiki Pakistan) qədər genişləndirdilər. Dehlidə gördükləri bütün işləri şahın adına çıxartdılar. Müsəlman Hind şahlarının adlarının pulların üzərindən götürülməsi ilə ilk dəfə olaraq, Şahi-aləmi Sani ilə İngiltərənin Hindistandakı valisi arasında qarşıdurma yarandı. 1837-ci ildə hakimiyyətə gələn II Şah Bahadır, ingilislərin zülmünə dözməyərək, 1857-ci ildə onlara qarşı ordunun və xalqın birliyi ilə qiyama başladı. İlk mərhələyə öz adına pul kəsdirib, xütbə oxutmaqla başladı. Şahın bu hərəkətinə qarşı ingilislərin reaksiyası çox şiddətli oldu. İngilis əsgərləri Dehliyə daxil olaraq evləri, dükan və mağazaları talan etdilər. Qarşılarına çıxan bütün qoca, cavan, uşaq və qadınları qılıncdan keçirdilər. Dözülməz bir vəziyyət yarandı. II Şah Bahadırın ordu başçılarından olan Batı xan, sultanı ordu ilə birlikdə geri çəkilməyə razı etdisə də, ingilislərin rəğbətini qazanmaq istəyən xain Mirzə İlahi Baxış adlı başqa bir başçı şaha ordudan ayrılıb, təslim olmağı təklif etdi. Onu inandırmaq üçün - ingilislər səninlə yaxşı rəftar edəcəklər və ailənə də toxunmayacaqlar - dedi. Bahadır Şah da ona inanaraq ordunun əsas cinahından ayrılaraq, Dehlinin içərisindəki Kalyayi Müəlladanın 10 km.-də yerləşən Humayun şahın türbəsinə sığındı.
    Zalımlığı ilə məşhur olan ingilis zabiti, keşiş Hudson bu məsələni xain Rəcəb Əli adlı birindən öyrənərək, ordu komandanı Vilsona bildirir. O, Bahadır Şahı tutmaq üçün yardımçı qüvvələr istəyir. Vilson verə biləcəyi muzdlu əsgəri olmadığını söylədikdə, Hudson sultanın təslim olması üçün, canına və ailəsinə toxunulmayacağı təminatının verilməsi təklifini edir. Vilson bu təklifi əvvəlcədən qəbul etməsə də, sonradan razılaşır. Bundan sonra Hudson 90 nəfərlik əsgər heyəti ilə Humayun şahın türbəsinə gələrək, sultana təslim olmağı təklif edir və təslim olduğu təqdirdə ailəsinə toxunulmayacağı təminatını da verir. Hudsona aldanan Bahadır Şah təslim olur. Hudson sonradan sultanın iki oğlunu yaxalamaq istəyir. Lakin sultanın oğlanları qalada mühafizə olunduqlarından onlara yaxın düşə bilmir və nəticədə onları da canlarına təminat vermək yolu ilə aldadır. Sultanın oğlanları da aldanaraq, təslim olurlar. Onları tutan kimi elə oradaca zəncirləyərək, əli bağlı Dehliyə gətirir. Mərkəzi meydanların birində soyundurub, sinələrinə qurğuşun tökərək şəhid edir. Deyilənlərə görə Hudson onların qanından bir qədər şüşəyə töküb içmişdi. Bu gənclərin cəsədlərini xalqı qorxutmaq üçün qala qapısından asırlar. Bir gün sonra başlarını kəsərək, İngiltərə valisi Henri Bernarda göndərir, ətlərindən isə şorba bişirərək, sultan və xanımının saxlandığı zindana göndərirlər. Onlar ac olduqları üçün əti yeməyə başlayırlar. Lakin çeynəyə bilmirlər. Ətdən şübhələnərək yediklərini də qusur və qabları yerə çırpıb sındırırlar. Bu vəziyyətdə Hudson onlara yaxınlaşaraq, niyə yemədiniz? – deyə iztehza ilə şorbanın onun oğlanlarının ətindən hazırlandığını söyləyir.
    1858-ci ildə hiylə ilə hakimiyyətdən uzaqlaşdırılan II Bahadır avropalıları qarşı qiyam və qətldə günahlandırılaraq mühakimə edilir. Həmin ilin mart ayının 29-da ömürlük həbs cəsazına məhkum edilərək, Konqona sürgünə göndərilir. Sultan II Bahadır 1862-ci ildə vətənindən uzaq bir ölkədə vəfat edir. Daha sonra Əllamə Fəzli Haqq 1861-ci ildə Andaman adalarındakı zindanların birində ingilislər tərəfindən şəhid edilir. İngilislər 1877-ci ildə Osmanlı-Rusiya müharibəsi ərəfəsində Hindistanı İngiltərənin ərazisi kimi elan etdilər.
    İsveç Masson Lojasına bağlı olan Midhad Paşanın əli ilə Osmanlı dövlətinin müharibəyə sürüklənməsi İslama dəyən ən böyük ziyanlardan biri oldu. Sultan Əbdül Əziz xanın öldürülməsində də, ingilislərin əli var idi. İngilislər xüsusi məqsədlərlə yetişdirdikləri şəxsləri yüksək vəzifələrdə əyləşdirmişdilər. Bu dövlət adamlarının adları osmanlı, fikirləri isə ingilis psixologiyası idi. Bu kadrlar içərisində ən tanınmış sima Mutafa Rəşid Paşa olmuşdur. O, Baş Nazir olduğu vaxt 28 oktyabr 1837-ci ildə ingilisləri Hindistan müsəlmanlarına qarşı Dehlidə törətdiyi qətl hadisələri münasibəti ilə rəsmi şəkildə təbrik etmişdi. Hələ bu hadisədən əvvəl Hindistanda ingilis zülmünə qarşı qiyama qalxan müsəlmanları yatırtmaq üçün İngiltərədən gələn yardımın Misirdən keçirilməsi üçün icazə istəmişdi. Onlara massonların vasitəsi ilə icazə verildi.
    Hindistanda ingilislər yeni məktəblər açdıqları halda, İslam şəriətini öyrədən bütün mədrəsələri bağladılar. Xalqa rəhbərlik edə biləcək bütün alimlər və din adamlarını şəhid etdilər. Hətta tələbələri də qətlə yetirdilər.
    Burada sizlərə, 1971-ci ildə Hindistana və Pakistana səfər edən (adı çəkilməsi məsləhət olmayan) şəxsiyyətlərdən birinin kiçik bir xatirəsini nəql etmək istərdim: ”Hindistanın sərhəd şəhərlərində yerləşən İmam Rəbbani və digər övliyaların məzari-şəriflərini ziyarət etdik. Sonra Paniputi şəhərinə, oradan da Dehliyə getdim. Paniputinin ən böyük məscidində cümə namazını qıldıqdan sonra məscidin imamı bizi evinə qonaq apardı. Yolda, zəncirlə bağlanıb kilidlənmiş böyük bir qapı gördüm. Üzərindəki kitabəni oxuduqda bu yerin həmin əyalətdə ilk məktəb olduğunu anladım və imamdan qapının nə üçün bağlı olduğunu soruşdum. O, cavabında bu məktəbin 1947-ci ildən bağlı olduğunu söylədi. Onun sözlərindən aydın oldu ki, ingilislər hinduları qızışdıraraq, Paniputidəki bütün müsəlmanları – kişi-qadın, qoca-cavan, hətta uşaqları belə, elə buradaca qətlə yetirdilər. Bu zəncir və qıfıl bizə ingilis zülmünü xatırladır. Bizlər isə bu şəhərə sonradan mühacirət etmişik”.
    İngilislər hakim olduqlar bütün İslam ölkələrində alimləri, dini ədəbiyyatları və məktəbləri məhv etdilər. Əvəzində, tamamilə cahil, öz dinindən, mədəniyyətindən xəbərsiz olan gənc bir nəsil yetişdirdilər. 1837-ci ildə Kalkutaya gələn bir ingilis məmuru Lord Makauley fars və ərəb dillərində dini kitabların nəşr olunub yayılmasını qadağan edən bir əmr vermişdi. Onun bu əmri İngiltərə hökuməti tərəfindən bəyənilib təsdiq edilmişdi. Bu qanun ilk dəfə olaraq müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdə, xüsusilə də Benqalda qüvvəyə minmişdi.
    İngilislər Hindistanda 8 yaşlı qızlara məxsus 165 kollec açmışdılar. Bu kolleclərdə yetişdirdikləri şagirdələri xüsusi təlimlərlə öz din və mədəniyyətlərinə düşmən etmişdilər. İngilis ordusunun 2/3-ni beyinləri yad düşüncələrlə doldurulmuş, öz millətinə düşmən kəsilmiş, xristianlaşdırılmış və ya pulla satın alınmış yerli əhali təşkil edirdi. İngilislərin səyləri nəticəsində 1833-cü ildə çıxarılan qanun casusların missionerlik fəaliyyətinin genişləndirilməsi və protestant dininin Hindistanda qüvvətlənməsinə şərait yaratmışdır. Hindistan tam şəkildə ingilislərin müstəmləkəsinə çevrilməmişdən əvvəl, orada yaşayan ingilislər müsəlman alimlərinə hörmətlə yanaşırdılar. Məscid və mədərəsələrin təmirinə yardım göstərir, hətta dini komplkeslərin tikintisinə aid olan inşaat müəssisələrində çalışırdılar. 1838-ci ildə İngiltərədən gələn əmrlərdən sonra ingilislərin bu fəaliyyəti qadağan olundu. Onların İslam dininə olan hücumlarında tətbiq etdikləri siyasətin iç üzü göründü. Onlar əvvəlcə yardım edərək müsəlmanları sevindirir, İslama xidmət göstərərək gördükləri bu kimi işləri ölkənin hər bir tərəfinə yayırlar. Dünya müsəlmanlarını bu yolla aldadaraq, öz niyyətlərinə müvəffəq olduqdan sonra, İslamın əsaslarını, kitablarını, məktəblərini və alimlərini yavaş-yavaş məhv etməyə başlayırlar. Bu ikiüzlü siyasətlər müsəlmanlar üçün ən böyük düşmənçilik və öldürücü zərbə metodu olmuşdur. İngilislər Hindistanda hakim din və qüdrət olan İslamı həddən artıq acınacaqlı bir vəziyyətə gətirib çıxardılar. Onlar ingilis dilini rəsmi dil elan etdikdən sonra, yerli gənclərin xristianlaşdırma prosesinin yeni mərhələsinə başladılar. Bu fəaliyyətləri əsas etibarı ilə missionerlərin nəzarəti altında olan məktəblərdə həyata keçirirdilər. Hətta İngiltərənin Baş Naziri Lord Palmerson və bir çox ingilis lordları bu məramlarını açıqcasına bildirirdilər: ”Allah Hindistanı ingilislərə, onların xristianlıqdan faydalanmaları üçün vermişdir”. Lord Makley Hindistanda qan və rəng baxımından hindli, zövq, düşüncə, inanc, əxlaq və zəka baxımından ingilis bir cəmiyyət yetişdirilməsi üçün çox çalışmışdı. Bu işə görə də öz ölkəsinin lazımi dəstəyinə nail olmuşdu. Ona görə də missionerlər tərəfindən açılan məktəblərdə ingilis ədəbiyyatı, dili və xristianlığın öyrədilməsinə xüsusi əhəmiyyət verilirdi. Dəqiq elmlərə - riyaziyyat, kimya, fizika və başqa sahələrə heç bir maraq yox idi. Bu şəkildə ingilislər tərəfindən Hindistanda xristianlaşdırılmış bir nəsil yetişdirilir, sonradan onlar öz ölkələrinin yüksək məmur kürsülərində əyləşdirilirdi.
    Hindistanda öz dinindən çıxan müsəlmanlar mürtəd hesab olunurdular. Hindulara görə isə, öz dinini tərk edənlər dinsiz hesab edilirdi. Buna görə də, ingilislər tərəfindən xristianlaşdırılan yerli gənclər öz ailələrindən onlara çatacaq hər hansı bir pay və ya mirasdan məhrum olurdular. Missionerlər buna mane olmaq üçün 1832-ci ildə Benqala aid bir qanun çıxararaq, xristian olan yerli mürtəd və dinsizlərin mirasdan pay almalarını təmin etdilər. Bu səbəbdən, hindlilər Hindistandakı ingilis məktəblərinə "şeytan mərkəzi” adını vermişdilər. 1925-ci ildə Hindistana səfər edən fransız Marsello Pernau nəşr etdiyi kitabında belə yazır: ”Hindistanın birinci şəhəri olan Kalkudadakı səfalətli həyat Paris və Londonun ətrafındakı bataqxana məhəllələri ilə belə müqayisə edilməyəcək səviyyədə idi. Küçələrdə insanlar və heyvanlar bir-birinə qarışmış, uşaqlar ağlayır, xəstələr inildəyirdi. Onların yanında spirtli içki içib məst olmuş insanlar ölü kimi yerdə uzanıb qalmışdılar. İnsan bu qədər ac, zəlil, və zəif vücudları seyr edərkən, istər-istəməz öz-özünə bunların nə iş görə biləcəyini fikirləşir. Nicatlarını fabriklərdə işləməkdə görən insanların ağır iş şəraiti müqabilində aldıqları məvacib, ehtiyaclarının cüzi hissələrini belə ödəmirdi. Dünyanın heç bir yerində insan həyatına qarşı olan diqqətsizlik burada olduğu qədər deyildi. Fəhlə öldükdə, nə olsun? sabah yerinə başqa birisi gələr-deyirdilər. İngilislərin burada düşündükləri yeganə şey istehsalı çoxaltmaq, maksimum mənfəət əldə etmək və bütün qazancları İngiltərəyə yönəltmək idi”.
    ABŞ-ın keçmiş Xarici İşlər Naziri Vilyam Cenninq Brayn ingilis hökumətinin Rusiyadan daha zalım və daha alçaq olduğunu bildirmişdi. O, "Hindistanda ingilis hakimiyyəti” adlı kitabında belə qeyd etmişdir: ”Hindistan əhalisinə rifah və saədət bəxş etdiyini iddia edən ingilislər, hakim olduqları müddət ərzində milyonlarla hindilini məzara göndərmişlər. Məhkəmə və inzibati orqanlarını təsis etdiklərini hər yerdə öyünərək söyləyən bu millət, rəsmi bir soyğunçuluqla Hindistanı talan etmişdir. ”Soyğunçuluq” kəlməsi bir az ağır səslənsə də, ingilis idarə üsulunun rəftarını başqa cür izah etmək mümkün deyildir. Xristianlıq adından çıxış edən ingilis qansoranları əsarət zinciri altında inildəyən hind müsəlmanlarının fəryad səsini eşitmək istəmirdi”.
    Mister Hodbert Kambton "Hindlinin həyatı” adlı kitabında belə yazır: ”Ağaları (ingilislər) hindliyə zülm edir, o isə hər şeyi yox oluncaya, ölüncəyə qədər işləməkdə, ona xidmət etməkdə davam edir". Bu sözlər insaflı xristianların ingilis vəhşiliyini aşkar edən yazılardan bir nümunədir. İngilislərin digər müstəmləkələrində işlədilən hindli müsəlman fəhlələrin vəziyyəti daha dözülməz idi. 1834-cü ildən ingilis istehsalçıları afrikalı zəncilərin yerinə hindli işçiləri işlətməyə başladılar. Hindistandan Şimali Afrika müstəmləkələrinə minlərlə hindli müsəlman aparıldı. Qul adı verilən bu işçilərin vəziyyəti kölələrin vəziyyətindən daha ağır idi. Bunlar "razılaşdırılmış iş rejimi” deyilən bir üsul ilə hindliləri işlədirdilər. Buna görə də qul adlanan insanlar beş il müddət ərzində nə evlənə, nə də iş yerlərini tərk edə bilərdilər. Gecə-gündüz qırmanc altında işləmək məcburiyyətində idilər. Bundan əlavə, hər il vergi qismində üç ingilis qızılı verməli idilər. Bu deyilənlər "Labour in India” "Post-Lecturer in the University of New-York” yazıları ilə bütün dünyaya elan edilmişdi.
    Qandi öz təhsilini İngiltərədə bitirərək, Hindistana dönmüşdü. O, xristianlaşmış bir hindli, Porbandar şəhərinin baş keşişinin oğludur. 1893-cü ildə Hindistandakı bir ingilis şirkəti onu Şimali Afrikaya göndərmişdi. Qandi oradakı hindlilərin nə qədər ağır və dözülməz şəraitdə işlədiklərini müşahidə etdikdən sonra ingilislərlə mübarizəyə başlamışdı. İngilislər tərəfindən yetişdirilmiş, hətta xristianlaşdırılmış bir şəxsin oğlu olduğu halda, ingilis zülmünə qarşı mübarizə aparmaq ona şöhrət qazandırmışdı.
    İngilislərin bütün İslam aləmində tətbiq etdikləri siyasətin təməli və əsli bu üç kəlmədən ibarətdir-parçala, dinlərini məhv et və hakim ol! Onlar bu siyasəti həyata keçirmək üçün heç nədən çəkinməmişlər. İngilislərin Hindistanda başladığı ilkin proses özlərinə xidmət göstərə biləcək şəxsləri axtarmaq olmuşdu. Onlar bu şəxsləri tapdıqdan sonra yavaş-yavaş fitnə alovunu alışdırmağa başlamış və müsəlmanların hakimiyyəti altında yaşayan hindulardan istifadə etmişdilər. Hindulara Hindistanın həqiqi sahibi olduqlarını, hindu torpaqlarının müsəlmanlara qurban verildiyini və buna qarşı çıxmaq lazım gəldiyini təlqin edərək, bu yolla onları öz tərəflərinə çəkmişdilər. Onların içərisindən muzdlu əsgərlər götürürdülər. Kraliça Yelizavettanın əmri ilə orduda quruculuq işləri aparılarkən, hindu cəhaləti ilə ingilisləri birləşdirən ümumi bir maraq İslama olan düşmənçilik və sərvət hərisliyi idi. Müsəlman valiləri ilə hindu başçıları arasında döyüşlər başlandı. Müsəlmanların içərisindən mənəvi cəhətdən zəif olanlar müxtəlif yollarla satın alındı. Krallıqda müşavir işləmiş (Hindistan təşkilatı üzərində) məsul olan ingilis Sir Con Straçey müsəlman-hindu münaqişəsi barəsində bunları demişdir: ”Hakim olmaq və təfriqə salmaq üçün lazım olan hər bir şey hökumətimizin siyasətində mövcuddur. Hindistandakı siyasətimizin ən böyük yardımçısı qarşı-qarşıya duran iki düşmənin mövcud olması idi. Bu düşmənçiliyi qızışdıran ingilislər 1750-ci ildən 1870-ci ilə qədər davamlı olaraq, hinduları dəstəklədilər və onlarla bərabər müsəlmanların kütləvi şəkildə qırılmasında iştirak etdilər. 1858-ci ildə isə hinduları müsəlmanların üzərinə qaldıraraq, bu mənzərəni kənardan yüksək zövqlə izləməyə başladılar. Hindistanda o vaxta qədər inək kəsmək üstündə heç vaxt qanlı hadisələr baş verməmişdi; amma bu hadisədə minlərlə müsəlmanın nahaq qanı axıdıldı, minlərlə ev, məscid və mədrəsələr yandırıldı. Bu qarşıdurmanı qızışdırmaq üçün ingilislər müsəlmanların arasında "Bir inək kəsmək yeddi qoyun kəcməkdən daha üstündür”, hindlilər arasında isə "tanrını (inək) ölümdən qurtarmağın savabı var” fikirini yaymağa başdılar. Bu ixtilaflar ingilislər Hindistandan çəkiləndən sonra da davam etdirilmişdir. Buna misal olaraq, İranda Müsəddiq hərəkatı zamanı nəşr olunan "İttilaat” jurnalından oxuduğum bir məqaləni nəzərinizə çatdırmaq istərdim. "Qurban bayramı günü əmmaməli, əbalı iki müsəlman qurban kəsmək üçün bir inək alırlar. Hinduların məhəlləsindən keçərkən, bir hindu onların qarşısına çıxaraq, inəyi hara apardıqlarını soruşur. Müsəlmanlar isə qurban kəsəcəklərini söyləyirlər. Bunu eşidən hindu tez hay-küy salmağa bşlayır; qışqıraraq əhalini köməyə çağırır: ”Ey camaat! Müsəlmanlar tanrımızı qurban kəsməyə aparırlar”. Müsəlmanlar isə: ”Ey müsəlmanlar hindular qurbanlarımızı əlimizdən alırlar”. Sonra isə daş, ağac və bıçaqla bir-birini qətlə yetirirlər. Bu hadisə zamanı hindu məhəlləsindən olan bir neçə nəfər bəzi əlamətlərdən bu fitnənin ingilislər tərəfindən hazırladığını başa düşürlər. Sonradan da hamıya məlum oldu ki, fitnə salan ingilislərdir”.
    Məqaləni yazan müxbir ingilislərə xitabən deyir: ”Biz sizin, qurban bayramında müsəlmanlara necə zəhər içirtdiyinizi çox yaxşı bilirik”. İngilislər bu cür saysız-hesabsız fitnə və zülmlərlə müsəlmanları məhv etməyə çalışırlar.
    İngilislər daha sonra, silahlı cihadın vacib olmadığını iddia edən, İslam pərdəsi altında müsəlmançılığa qarşı mübarizə aparan yeni-yeni düşmənlər yetişdilər. Bunlardan Sir Seyid Əhməd, Qulam Əhməd Qudiyani, Abdulla Qəznəvi, İsmayıl Dehləvi, Nazir Hüseyn Dehləvi, Sadiq Həsən xan Pehunalı, Rəşid Əhməd Kəpkuhi, Ustad Vahid Heydər Abidi, Əşrəf Əli Tehnəvi və Şah Əbdul Əzizin nəvəsi Məhəmməd İshaq kimi şəxsləri dəstəkləyərək, yeni firqələr qurdular və bu firqələrə müsəlmanları cəlb etməyə başladılar. Bu firqələrin ən məşhuru 1879-cu ildə qurulan "Qudiyani”lik cərəyanı oldu. Bu cərəyanı təsis edən Qulam Əhməd Qudiyaninin nəzərinə görə, top, tüfəng və qılıncla cihad etmək vacib deyildir; əsl cihad dillə, tövsiyə və nəsihətlə olmalıdır.
    Qulam Əhməd, İsmaili firqəsindən dönmüş bir dinsiz idi. O, 1908-ci ildə vəfat etmişdir. İngilislər onu pulla satın alaraq əvvəlcə müctehid, sonra Mehdi imam zaman, sonra İsa Məsih və nəhayət peyğəmbər olduğunu iddia etməsinə şərait yaradaraq, onun yeni bir din gətirdiyini elan etdilər. O, Hindistan xalqına "mənim ümmətim” deyə müraciət edirdi. Hər yerdə Qurani-Kərimdəki bir çox ayələrin ona aid olması, onun Məhəmməd peyğəmbərin möcüzələrindən daha çox möcüzəyə malik olması haqda təbliğat aparılırdı. Ona inanmayanları isə, kafir adlandırırdılar. Onun fikirləri Rəcəb və Bombey şəhərlərində cahil xalq arasında yayılırdı. Bu gün də Avropa və Amerikada Əhmədiyyə adı altında Qudiyanilik cərəyanı açıq-aşkar yayılmaqdadı.
    İngilislərə xidmət etməyin günah və kafirlərə qarşı silahlı cihadın vacib olduğunu söyləyən müsəlmanlar təqib olunaraq cəzalandırılırdı. Bu mövzuda olan kitablar toplanaraq yandırılırdı. Ələ ala bilmədikləri alimləri, müsəlmanların yaddaşlarında qəhrəman kimi qalacaqlarından ehtiyat edərək edam etmirdilər. And-aman adasındakı zindanda müddətsiz olaraq, azıdlıqdan məhrum edirdilər.
    I-ci Dünya Müharibəsindən sonra İstanbulu işğal etdikləri zaman osmanlı alim və paşaları Malta adasına sürgün etmişdilər. İslama qarşı olan düşmənçiliklərini müsəlmanlar başa düşməsin deyə, Hindistanın "Darül-hərb” yox, "Darül-İslam” olduğuna dair fitvalar vermiş və bu fitvaları hər yana yaymışdılar. Alim adı ilə yetişdirdikləri münafiqlərin əli ilə "osmanlı sultanlarından xəlifə olmaz, xəlifə Qureyş tayfasından olmalıdır” fikrini yayır, dəlil olaraq, bu hədisi əsas gətirdilər: "Xəlifə Qureyş qəbiləsindən, onların övladlarından olacaqdır”.
    Dini tədrisi ləğv etmək, İslamı daxildən parçalayıb dağıtmaq üçün Əliqərhdə İslam elmlərinin öyrənildiyi "Əliqərh” universitetini açdılar. Burada dinlə mübarizə aparmaq və İslama arxadan zərbə vurmaq üçün zahirdə müsəlman, həqiqətdə isə düşmən kadrlar olan din adamları yetişdirirdilər. Tələbələrin içərisindən dinsizliyinə, şöhrətpərəstliyinə, satqınlığına və ingilislərin mənafeyinə sadiq olmalarına arxayın olduğu şəxsləri seçib İngiltərəyə göndərirdilər. İslamı sarsıdıb zəiflətdikdən sonra, müsəlmanlara rəhbərlik etmək üçün həmin şəxsləri iş başına gətirirdilər. Əyyub xan da bunlardan biri idi. O, Əli Çinnahın yerinə Pakistan dövlət başçısı oldu.
    İngilislər II-ci Dünya Müharibəsindən qalib çıxmış kimi görünsələr də, həqiqətdə məğlub olmuşdular. Çünki özlərinə "üzərində günəş batmayan ölkə” adı verdikləri halda, "üzərində günəş doğmayan ölkə” halına düşmüşdülər. Müstəmləkələrinin çoxunu itirmiş, tükləri yolunmuş toyuq kimi görsənirdilər.
    Pakistanın dövlət başçısı təyin etdikləri Əli Çinnah məzhəbcə şiə, həqiqətdə isə ingilis tərəfdarı idi. 1972-ci ildə vəfat etdikdən sonra yerinə masson Əyyub xan, onun yerinə isə qızılbaş Yəhya xan gəldi. O, Hindistan-Pakistan müharibəsində məğlub oldu, Pakistan torpaqları əldən getdikdən sonra isə həbs edildi. Yəhya xandan sonra hakimiyyəti Zülfüqar Əli Buhutto təhvil aldı. O da İngiltərədə təhsil almış casus idi. 1974-cu ildə müxaliflərin öldürülməsinə əmr verildiyi üçün edam edildi. Zülfüqar Əli Buhuttonu devirərək, yerinə keçən Ziya-ül Həqq İslam düşmənlərinin müsəlmanlar üçün nələr düşündüklərini, İslamı məhv etmək istəklərini anlayaraq, onların əmrlərin icra etməkdən imtina etdi; ölkəsinin inkişafı üçün çalışdı; millətin həqiqi rifah və səadətə mənbəyinin İslam olduğunu çox yaxşı bildiyi üçün qanunların şəriətə uyğun təsis edilməsi üçün Pakistan əhalisinə müraciət etdi. Keçirilən referondumda Pakistan əhalisi bu çağırışa yekdilliklə müsbət rəy verdi. İngilislərin yetişdirdiyi canilər Ziya-ül Həqqi terror vasitəsilə qətlə yetirdilər. Sonra hakimiyyətə gələn Əli Buhuttonun qızı Binəzir Buhutto dövlətinin, millətinin və İslamın əleyhinə etdiklərindən əlavə, Ziya-ül Həqqin hakimiyyəti dövründə həbs olunmuş bütün cani və xainləri azad etdi. Onları məsul vəzifələrə təyin etdikdən sonra Pakistanda qarşıdurmalar başlandı. İngilislərin müsəlmanlar üçün gördükləri yuxular yenidən çin çıxmağa başladı. I və II-ci Dünya Müharibələrindən sonra bir çox ölkələrdə xain planlarını yerinə yetirmək üçün, öz mənafelərindən çıxış edən şəxsləri iş başına gətirdilər. Bu dövlətlərin müstəqil dövlət atributları- himni, gerbi, bayrağı və milli pul vahidləri olsa da, dini azadlıqları olmadı. Son üç əsrdə İslam aləmi harada tənəzzülə uğramışsa, orada ingilislərin əli vardır.
    Osmanlı dövləti dağıdıldıqdan sonra onun hakimiyyəti altında ərazilərdə böyüklü-kiçikli 23 dövlət quruldu. Səbəbi də müsəlmanların güclü bir dövlətə malik olmasının qarşısını almaq idi. İslam ölkələri adlanan bu dövlətlərin arasında müntəzəm olaraq, düşmənçilik və qarşıdurmalar yaratdılar. Bu kimi ixtilaflar həmin ərazilərdə bu günə kimi davam etməkdədir. Böyük qüdrətlər dünya ictimaiyyətinin diqqətini hər hansı bir nöqtəyə cəlb etmək üçün bu münaqişələr ara-sıra qızışdırılır və ya onlar öz imperialist siyasətlərini həyata keçirməkdən ötrü güclü bir ölkəni zəif bir dövlətin canına salaraq, əzilən tərəf üçün beynəlxalq kömək, vasitəçi və s. adlarla zahir olurlar. Bir növ dovşana qaç, tazıya tut deyirlər və ya yetimin papağını oğurlayıb yenidən özünə qaytarmaqla ona dayı olurlar.
    Xristian və yəhudi təşkilatlarının müsəlmanlara qarşı daimi olaraq, hazırlayıb həyata keçirdikləri siyasətlərdən biri də hər bir məntəqədə İslami şəxsiyyətlər yetişdirərək, onları genişmiqyaslı təbliğat üsulları ilə xalqa tanıtdırmaqdır. Onlar "dinşünas”, "şərqşünas”, "islamşünas” və s. adlarla zahir olaraq, müsəlmanların dini məsələlərinə cavab verməyə çalışır, şəriət məsələlərini, əqidə və ayinləri təhrif edirlər. Hər hansı bir dini mərasim yaxınlaşdıqda radio-televiziya və ya mətbuat səhifələrində peyda olaraq, öz mənfur niyyətlərini və düşmən siyasətlərini həyata keçirmək məqsədi ilə islamla heç bir şəkildə uyğun gəlməyən fikirlər yaymağa çalışırlar. İslamın heç bir hökmünə əməl etməyən, onun heç bir etiqadi əsasına əqidə bəsləməyən bu kafir və münafiq şəxslər dindən xəbəri olmadığı halda ən savadlı dinşünas kimi göstərilir, illərlə dini mərkəzlərdə təhsil alan, ömrünü İslama, dininə-məktəbinə həsr edən savadlı və imanlı din xadimləri isə savadsız və məlumatsız mollalar adı ilə hər yerdə təhqir olunaraq gözdən salınır. Nümunə olaraq ingilislərin İslam alimləri kimi tanıntdırdıqları, kafirlikləri ilə məhşur olan bir neçə şəxs haqda danışmaq yerinə düşərdi.
    1. Sir Seyid Əhməd Hindi; o, 1818-ci ildə Dehlidə anadan olmuşdur. Babası Əkbər şahın dövründə Hindistana gəlmişdi. Əhməd Hindinin əmisi Dehlidəki ingilis məhkəməsində hakim idi. 1837-ci ildə əmisi onu özünə katib götürdü. Bu işdə fəallıq göstərən Əhməd Hindi 1841-ci ildə sıravi hakim, 1855-ci ildə isə ali hakim kürsüsünə qədər yüksəldi.
    2. Həmidullah; Hindistanda ingilislərin yetişdirdiyi din xadimlərindən biridir ki, 1806-cı ildə Heydərabadda anadan olmuşdur. O, əvvəllər İsmailliyyə firqəsinə mənsub idi. Əhli sünnə camaatına düşmən mövqeyi tutaraq fitnə-fəsad salmış, Parisdə çalışdığı CNRS Elmi Araşdırmalar Mərkəzində Məhəmməd Peyğəmbərin (s) yalnız ərəblərin olduğunu sübut etməyə çalışmışdır. O, bu fikirləri söyləməklə İslam Peyğəmbərinin ümumbəşəri bir peyğəmbər olmasını inkar etmək istəmişdir. Bu kimi şəxslərin sayını hədsiz dərəcədə sadalamaq olar; əsas məsələ odur ki, sapı özündən olan bu kimi baltalar hal-hazırda da hər bir müsəlman məmləkətində mövcuddur və müqəddəs dinimizi gecə-gündüz baltalamaqdadır. Dinşünas kimi tanınan bu düşmən kadrları tanımaq heç də çətin deyildir. Onlar xarakterik olaraq adətən bir neçə xüsusiyyətə malik olurlar:
    1. Bu kadrlar daimi olaraq dinin əsil və dəyişməz qanunlarına qarşı çıxır, müntəzəm olaraq dində "yenilik” və təhrif etmə məsələsinə diqqət yetirirlər;
    2. Bu kimi şəxslər həqiqi dini təhsilə malik olmurlar və adətən onların hər hansı bir mötəbər dini təhsil ocaqlarında təhsil almaları haqda məlumat yoxdur.
    3. Din adından danışan bu şəxslərin etiqadi əsaslara əqidə və imanı yoxdur və şəriət qanunlarına əməl etmirlər.
    4. Kütləvi informasiya vasitələrində tez-tez çıxış edir və qarşıya çıxan hər hansı bir dini məsələdə məhz onlara müraciət olunur.
    İslamı məhv etmək mübarizəsində vətəninə, millətinə, dininə xidmət etmək istəyən müsəlmanları aldatmaq üçün istifadə edilən ən təsirli silah İslamı modernləşdirmək (yeniləşdirmək) fikri olmuşdur. Geriliyin səbəbini dinlə əlaqələndirib, İslamı aradan aparmaq, yerinə isə dinsizlik gətirmək istəyirdilər. Bu çox incə bir məsələ idi və hər kəs bunu duya bilmirdi. Böyük İslam alimi Şeyx-ül İslam Mustafa Səbri bu hiyləni çox gözəl anlamışdı. Ona görə də o, "məzhəbsizlik dinsizliyə qurulan körpüdür” şüarı ilə çıxış edir, bu mövzuda müsəlmanları ayıq olmağa çağırırdı.
    İslam düşmənləri irfan yolunu da təhrif etmək üçün çox çalışmışlar. Daha sonra şəriətin qorunması üçün ən güclü zəmanət olan ixlası məhv etməyə başlamışlar. İrfan və seyri-süluk ağılla qəlbin, elmlə imanın müştərək şəkildə əldə etdiyi mənəvi dəyərlər məcmuəsidir. Lakin, uzun zamanlar ingilis casusları öz alçaq məqsədlərinə yetişmək üçün mürşidlərin adlarından istifadə edərək, müxtəlif ocaqlar yaratdılar və şəriəti məhv etmək üçün təriqətçilik cərəyanını ən təsirli alətə çevirdilər. Sufi yığıncaqları təşkil edərək musiqi və çal-çağırdan istifadə etdilər, rəqs etməyə başladılar. Bu əxlaqsızlıq yuvalarında qadın-kişi bir yerdə açıq-saçıq, əl-ələ tutaraq, dövrə vurub rəqs vasitəsilə ibadət edir, türk musiqisini təsəvvüf musiqisi kimi qələmə verir, ibadət adı altında günah işlər görürdülər. Əslində, zikr - Allah-Taalanı xatırlamaq deməkdir. Bu da yalnız qəlb vasitəsilə olur. İnsan Allahı zikr etdikcə, mənəvi bir təskinlik tapır, qəlbi təmizlənir. Yəni qəlbi dünya sevgisini tərk edir, yerinə Allah sevgisi daxil olur. Qadın və kişilərin bir yerə toplaşaraq, hay-küy salması zikr demək deyildir. Bu gün müsəlman ölkələrində irfan alimləri yox dərəcəsindədir. Lakin sadəlövh müsəlmanları aldadan saxta mürşidlər nə qədər istəsən mövcuddur. Məhz bu günümüzdə içki içən və açıqca günah işlədən bəzi üzdəniraq təriqət ardıcılları Mövlana Cəlaləddin Ruminin "Qudsi-sirruh” anlama mərasimində əba geyinərək, ilahələr oxuyurlar. Bunları görən cahil kimsələr İslamın yalnız bu işlərdən ibarət olduğunu zənn edirlər. İngilis missionerləri yetişdirdikləri casusların əli ilə elm, irfan və ədəb yuvası olan bu mübarək yerləri dağıtdılar və sonra da onların yerində əxlaqı və mənəviyyatı pozulmuş azğınları yerləşdirdilər. Məhz ingilislər tərəfindən təsis edilən vəhhabiliyin şüarı İslamda olan bidətləri məhv etmək olduğundan, bu şüarın "azğınlar” əleyhinə istifadə edilməsi, vəhhabilərin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. İslam düşmənləri xüsusilə də, ingilislər bütün vasitələrdən istifadə edərək, müsəlmanları elm və texnikada geridə qoydular. Müsəlmanların ticarət və sənaye inkişafına mane oldular. İslam ölkələrində mövcud olan gözəl əxlaq və İslam mədəniyyətini aradan aparmaq üçün əyləncə məclisləri təşkil edərək, bu məclislərdə spirtli içkiləri, əxlaqsızlığı, qumarı və s. pozğun əməlləri erməni, yunan və digər qeyri-müsəlman qadınlarının əli ilə yaydılar. Onlar, bu qadınlardan casus kimi istifadə edərək, moda evləri, rəqs kursları açdılar. Maniken və artist yetişdirmək üçün gənc müsəlman oğlan və qızları öz çirkin əməllərinə cəlb etdilər və İslam əxlaqını bu yollarla aradan aparmağa çalışdılar. Gənclərin pozğun yollara düşməmələri üçün valideyinlər daha ayıq və diqqətli olmalıdırlar.
    Osmanlı dövləti son zamanlar tələbə və dövlət adamlarını təhsil almaq üçün Avropa ölkələrinə göndərirdilər. Bu tələbələr və dövlət adamlarından bəziləri aldanaraq, massonların hazırladığı tələlərə düşür, ömürlük olaraq onların siyasi hiylələrinin icraçısına çevrilirdilər. Texniki elmlər əvəzinə, onlara İslamı, xüsusən də, Osmanlı xilafətini yıxmağın üsulları öyrədilirdi. Çünki Osmanlı xilafəti o dövr üçün müsəlmanların ən qüdrətli dövləti və mərkəzi idi. Bu tələbələrin içərisindən imperatorluğa və müsəlmanlara ən böyük zərbə vuran, Mustafa Rəşid Paşa olmuşdur. Sultan Mahmud xan onun xəyanətlərindən xəbər tutaraq, edam olunması haqqında əmr vermişdi. Lakin sultanın vəfatı əmrin icra olunmasına mane oldu. 1839-cu ildə 18 yaşlı Əbdül Məcid xanın hakimiyyətə gəlməsi ilə qüdrətli Osmanlı dövlətinin tənəzzül dövrü başladı. Əbdül Məcidin gənc təcrübəsizliyi, massonların mühüm dövlət vəzifələrini tutmasına gətirib çıxartdı. Əbdül Məcidin sadəlöhvlüyü, ətrafında onu baş verən hadisələrin əsl mahiyyətini anlada biləcək adamların olmaması, massonları öz fəaliyyət dairələrini genişləndirməyə və daha sürətlə irəli addımlamaqlarına rəvac verdi. İngiltərə hökuməti tərəfindən Osmanlı imperatorluğuna təcrübəli masson Lord Radinq səfir təyin edildi. Lord Radinq Mustafa Rəşid Paşanın Baş Nazir vəzifəsinə təyin olunması üçün çox çalışdı. Onlar iddia edirdilər ki, Mustafa Rəşid Paşa Avropada təhsil almış və dövlət işlərində daha çox təcrübəyə malik bir şəxsdir. Əgər o, Baş Nazir vəzifəsinə gələrsə, Osmanlı dövləti iqtisadi, siyasi, hərbi və başqa sahələrdə irəliləyər və dünya dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq etməyə başlayar. Beləliklə də, İngiltərə ilə osmanlı arasındakı anlaşılmazlığa son qoyular; Nəhayət o, 1846-cı ildə Baş Nazir vəzifəsinin icrasına başlayır. O, hələ Xarici İşlər Naziri vəzifəsində işləyərkən hazırlamış olduğu "Təzimat Qanunu”na istinad edərək, Lord Radinq ilə birlikdə bu dövlətin bütün vilayətlərində masson lojalarını açdı. Casusluq və xəyanət ocaqları bu dövlətin ərazisində rəsmi fəaliyyətə başladı. Londonda hazırlanan planlarla dövlət idarələrində və orduda köklü dəyişikliklər etdilər. Elə həmin illərdə Avropada fizika və kimya sahələrindəki irəliləyişlər, ETT-nin inkişafı, yeni kəşflər, üstəlik sənayeləşmə dövrünün başlanması müqabilində Osmanlı dövlətində bu işlərin heç biri görülmürdü. Hətta fateh dövründən bəri mədrəsələrdə keçirilən cəbr, həndəsə və astranomiya elmlərinin tədrisi belə dayandırılmış və bununla müsəlmanların dünyəvi elmlərə yiyələnməsinin qarşısı alınmışdı. Sonradan isə müsəlmanları cahillik, savadsızlıq, dünyəvi elmlərdən xəbərsizlikdə ittiham etdilər.
    Qüvvəyə minən yeni qanunlar müsəlmanların mənafelərinin tam əleyhinə idi. Məsələn, əsgəri xidmət barəsində çıxarılan qanunların tələblərinə əsasən müsəlmanlar külli, qeyri-müsəlmanlar isə cüzi miqdarda cərimə ödəməli idilər.
    İngilislər Rus çarı I Nikolayı və Fransa imperatoru III Bonapartı türk-rus (Krım) hərbinə yönəltdilər. Sülh müqaviləsi ilə nəticələnən bu müharibəni Rəşid Paşanın diplomatik zəfəri kimi qələmə verdilər. Onun hiylələrini gec də olsa başa düşən sultan, düşdüyü çıxılmaz vəziyyətdən nicat yolunu Rəşid Paşanı hakimiyyətdən uzaqlaşdırmaqda gördü. Lakin daha hiyləgər olan Rəşid Paşa rəqiblərini bir-birinin ardınca məğlub edərək, yenidən öz vəzifəsinə qayıtmağa nail oldu. Sultan Məcid isə gənc ikən vərəm xəstəliyindən vəfat etdi. Bundan sonra dövlət orqanları, ali tədris müəssisələri, məhkəmə və nazirliklərə təyin olunanlar Rəşid Paşanın yetişdirdikləri kadrlar idi. Onların vasitəsi ilə tənəzzülə uğramaqda olan Osmanlı dövləti ingilislər tərəfindən "xəstə qoca” adlandırıldı.
    1989-cu ildə "Türkiyə”qəzetində çap edilən məqalədə iqtisad elmləri doktoru Ömər Aksu belə qeyd etmişdir: ”Bizdə qərbləşmə hərakatının başlanğıcı 1839-cu ildə Təzimat qanunundan sonra oldu. Dövlətə, Avropadan lazım olan texnika və avadanlıq əvəzinə xristianlıq gətirildi. Rəşid Paşanın ingilislərlə ticarət əlaqəsi qurması, Osmanlı dövlətinin sənayeləşməsinə ən böyük zərbəni vurdu”.
    Osmanlı imperatorluğunda massonların hakimiyyəti davam edirdi. Sultanlar şəhid edilir, vətən və millətin xeyrinə olan hər bir əməlin qarşısı alınırdı. Lakin üsyanlar və etirazlar davam etməkdə idi. Bu mübarizədə sultan Həmid Hadi Saninin böyük rolu olmuşdur. O, gördüyü işlər müqabilində "qızıl sultan” ləqəbini almışdır. İmperatorluğun iqtisadiyyatını yüksəltmiş, abadlaşdırma işləri aparmış, məktəb və universitetlər, hətta qızlar üçün litseylər də açmışdır. O illərdə "Siyasi Elmlər”, "Hüquq” və Avropanın heç bir yerində olmayan yüksək səviyyəli "Tibb” fakültələrini açmışdır. Daha sonra isə "Mühəndislər məktəbi”ni təsis etmişdir. Avropaya təhsil almaq üçün gedən tələbələrin massonlar tərəfindən aldadılmasının qarşısını almaq məqsədilə, Avropa elm adamlarını yüksək məvaciblə təmin edərək, onların İstambul univesitetlərində müəllim vəzifəsində çalışmaları üçün şərait yaratmışdı. Bu dərslərdə qız tələbələr də iştirak edirdilər. Onun quruculuq fəaliyyətinə aşağıdakılar aiddir:
    Terkos gölünün suyunun İstambula çəkilişi;
    İstambul-Əskişəhər-Ankara, Əskişəhər-Adana-Bağdad, Adana-Şam-Mədinə dəmir yolu xətlərinin çəkilişi;
    Ərəkli və Zonquldağ kömür mədənləri;
    Osmanlı sığorta şirkəti;
    Ruhi xəstələr üçün Həmidiyyə xəstəxanası;
    Beyrut limanı;
    Həmidiyyə kağız fabriki;
    Bursa ipəkçilik məktəbi;
    İstambul baytarlıq məktəbi;
    Bu sadaladıqlarımızdan əlavə, hərbi qüvvələrin gücləndirilməsi, ordunun müasir silahlar, donanmanın yeni hərbi gəmilərlə təchiz edilməsi, məhz onun gərgin əməyinin bəhrəsi olmuşdur.
    Yəhudilər ingilislərlərin himayəsi ilə Fələstin torpaqlarında yəhudi dövləti qurmaq istəyirdilər. Sionistlərin fəaliyyət və məqsədlərindən xəbərdar olan Əbdül Həmid Fələstin torpaqlarının yəhudilərə satılmaması barədə xüsusi fərman vermişdi. Dünya Sionizm Təşkilatının sədri Teador Hertzel və Hamam Mane Levi sultanla görüşəndə yəhudilərə torpaq almaları istəklərini bildirdikləri zaman, Əbdül Həmid təklifə cavab olaraq, bunları demişdir: ”Dünyanın bütün dövlətləri ayağıma gəlsələr, bütün xəzinələri qarşıma qoysalar da, sizə bir qarış belə torpaq vermərəm! Əcdadlarımın qanları bahasına aldıqları bu torpaq pulla satılmaz!”. Yəhudilər Əbdül Həmidin qərarının ciddi olduğunu başa düşdükdən sonra, "İttihad” və "Tərəqqi” partiyaları ilə əlaqə yaradaraq, 1909-cu ildə onu hakimiyyətdən saldılar, massonları dövlət vəzifələrinə təyin etdilər. Hətta onların Şeyx-ül İslamlıq vəzifəsinə yüksəltdikləri Xeyrullah və Musa Kazım da masson idi. Əbdül Həmidin min bir zəhmət bahasına yaratmış olduğu dünyanın "I Qara Ordu”su Balkan, Çanaqqala, Rus və Fələstin cəbhələrində məhv edildi. Yüz minlərlə vətən övladları şəhid oldu. Vətənin ən çox birliyə və müdafiəyə ehtiyacı olduğu bir vaxtda xainlər milləti sahibsiz qoyaraq qaçdılar. Böyük üsyanlar oldu. Osmanlı imperatorluğunda açılan missioner məktəb və kilsələrində aldadılan qeyri-müsəlmanlar müsəlmanlara qarşı üsyana qaldırıldı. Erməni, bolqar və yunanlar osmanlılara təcavüz etdilər. Yunanları İzmirə gətirənlər də məhz ingilislər idi. Allah-Taala uzun sürən əzmli bir mübarizənin nəticəsi olaraq, türk müsəlmanlarını düşməndən xilas etdi. Osmanlı dövləti parçalandıqdan sonra dünya bir-birinə qarışdı. Sultan Əbdül Həmiddən sonra heç bir məmləkət rahatlıq tapmadı. Avropa dövlətlərində də qətillər və qarşıdurmalar səngimədi. I və II Dünya Müharibələri, daha sonra isə kommunizm istilası. İngilislərlə birləşib, osmanlıları arxadan vuranlar sonradan peşiman oldular. Hətta, xütbələrini belə xəlifənin adına oxudular. Osmanlıların qədri Fələstin torpaqlarında İsrail dövləti qurulduqdan sonra bilindi. İsrailin fələstinlilərə necə zülm və əzab verməsi qəzetlərdə yazılır, bütün dünya bu hadisələri televizor vasitəsilə izləyirdi. 1990-cı ildə Misirin Xarici İşlər Naziri Əhməd Əbdülməcid belə demişdi: ”Misir ən rahat və əmin-amanlı günlərini osmanlıların hakimiyyəti dövründə yaşamışdır”. Amerika və Avropa dövlətlərinin mənafelərinin olduğu yerdə, mütləq xristian mənafei də olmalıdır. Onlar "Tanrının oğlu” adlandırdıqları İsa Məsih (ə)a xidmət, əmin-amanlıq, sülh və sevgi kimi sözlərin arxasında gizlənən mənfəət ovçuları, fəsad mənbəyidirlər. Daha mühüm vəzifələri isə, başqa dövlətləri xristian dövlətlərinə bağlamaqdır. Missionerlər getdikləri dövlətlərin dil, adət-ənənə, siyasi və hərbi işlərini mükəmməl şəkildə öyrənərək, topladıqları məlumatları öz dövlətlərinə ötürürlər. Hər yerdə həmfikir axtarıb taparaq, onları satın alırlar. Onlar ezam olunması qabaqcadan planlaşdırılmış dövlətlərə missioner kimi göndərəcəkləri adamları, elə həmin ölkələrin daxilində, daha təcrübəli casuslar tərəfindən yetişdirirlər.
    Masson Rəşid Paşanın hazırladığı "Gülxanə” fərmanından sonra Osmanlı dövlətində missioner fəaliyyəti daha da artdı. Anadolunun ən gözəl yerlərində kolleclər açıldı. Fərmandan iyirmi bir il sonra 1859-cu ildə Harputda Firat kolleci açdılar. Bu ən böyük kollec idi. Onun tikilməsi üçün nə lazım idisə, etmişdilər. Harput bölgəsində 62 xristian mərkəzi açılmış və 21 kilsə tikilmişdi. 66 erməni kəndinin 62-də missioner təşkilatı qurulmuş, yerdə qalan hər 3 kənddə kilsələr tikilmişdi. Yeddi yaşından yuxarı bütün ermənilər müsəlmanlara düşmən elan edilmişdi. Missoner qadınları da erməni uşaq və qadınlarının bu istiqamətdə hazırlanması üçün böyük səylər göstərirdilər. Tanınmış missioner Mariya A.Vest sonralar nəşr etdiyi "Romence of Missongn” kitabında yazır: ”Ermənilərin zehnlərində inqilab edərək, onları ayağa qaldırdıq”. Bu çevriliş ermənilərin yaşadığı bütün ərazilərdə baş verdi. Onların hazırlandığı kolleclər bunlar idi: Qaziantəpədə Antep Kobert kolleci; Merzifonda Anadolu kolleci; İstambulda Robert kolleci; Bu kolleclərdə bir nəfər belə türk oxumurdu. Erməni və yunanlardan ibarət olan şagirdlər Anadolunun hər yerində toplanmışdı. Bütün kolleclərin müdirləri rahiblər idi.
    Beləliklə, erməniləri silahlandıraraq, onları müsəlmanların üstünə qaldırdılar. Ermənilərin silahlı dəstələri müsəlman kəndlərinə soxularaq evləri yandırır, əhalini qətlə yetirirdilər. Ermənilərin son təcavüzü 1893-cü ildə olmuşdu. Bu təcavüz planlarına rəhbərlik edənlər kollec müdirləri, Qayayan və Tumayan adlı şəxslər idi. Bu iki xain erməni həbs olunduqda, onların azad olunması üçün bütün xristian aləmi ayağa qalxmış, Amerika və İngiltərədə böyük nümayişlər təşkil edilmişdi. Bu hadisədən sonra İngiltərə hökuməti ilə Osmanlı dövlətinin münasibətləri korlandı. 1893-cü ildə Londonda təşkil olunan nümayişlərdə Merzifon Anadolu kollecinin müdiri də iştirak edirdi. Elə həmin il missionerlər ermənilər arasında üç milyon İncil və dörd milyon xristianlığa aid digər kitablar yaydılar. Hesablamalara görə, gələcəkdə doğulacaq hər erməni uşağına yeddi kitab düşürdü. Bu iş üçün təkcə Amerika missionerləri iki yüz səksən beş min Amerika dolları xərcləmişdilər. (Bu məbləğ həmin dövr üçün dəhşətli bir rəqəmdir.) Missionerlərin bu fəaliyyəti dini yaymaq məqsədi güdmürdü. Bu pullar Osmanlı dövlətini və İslamı yıxmaq məqsədi üçün sərf edilirdi. Sonra onlar ermənilərə yardım göstərilməsi məqsədi ilə, geniş təbliğat mərkəzləri açdılar. Elə həmin illərdə Atina və Yenişəhərdə yunanların üsyanı başladı. Onlar yüz minlərlə müsəlmanı vəhşicəsinə qətlə yetirdilər. Bu üsyan 1895-ci ildə Əthəm Paşanın komandanlığı altında olan ordunun köməkliyi ilə yatırıldı.
    * * *
    İngiltərə dövlətini əsas üç orqan idarə edirdi: kral; parlament; kilsə (yəni, vest minister); 1512-ci ildə Parlament və kralın sarayı Vest Ministerin idarəsində yerləşirdi. 1512-ci ildə baş verən böyük yanğından sonra krallıq Bunkinqham kilsəsinin himayəsi altında qalmışdı. İngiltərədə kilsə ilə dövlət birdir. Kral və kraliçalara baş keşiş tərəfindən kilsədə tac qoyulur.
    İngiltərə Mərkəzi Statistika Komitəsi tərəfindən yayılan "cəmiyyət təmayülləri” raportuna görə doğulan hər yüz ingilis uşağından iyirmi üçü qeyri-qanuni dünyaya gəlir. İstambul qəzetinin 7 May, 1990-cı il tarixli məqaləsində belə yazılmışdır: İngilis polis qurumu Scotland Yard tərəfindən nəşr edilən statistik mənbənin verdiyi məlumata görə, Londonda əmin-amanlığın olmadığı bildirilir. Xüsusən də, qadınlar üçün təhlükəli vəziyyət alınmışdır. Son iki ay ərzində zorlama və soyğunçuluq halları xeyli artmışdır. Bütün dünya ölkələrində "Ailə” haqqında qanuna əsasən kişi və qadınların hüquqları bərabərdir. İngiltərə də isə kişi ilə kişi və qadınla qadının cinsi yaxınlıq etməsi rəsmi qanun olaraq qəbul edilmişdir. "İstambul” qəzetinin 12 Fevral 1987-ci il tarixli nömrəsində verilən "İngiltərə ordusunda” adlı məqalədə, kraliça II Yelizavettanın mühafizə alayına yeni xidmətə götürülən əsgərlərin cinsi təcavüzə məruz qaldığı və müxtəlif mənəvi işgəncələrə düçar olduqları yazılmışdı.
    "Türkiyə” qəzetinin 20 iyun, 1990-cı il tarixli nömrəsində araşdırma xarakterli bir məqalədə belə yazılmışdı: ”İngilis kilsələrində homoseksualistlərin sayı 15%, Lordlar Palatasında isə bu göstərici daha yüksəkdir. Əxlaqsızlıq nazirliklərə qədər irəliləmiş, "Profima” rüsvayçılığı meydana gəlmişdir”
    Homoseksualistlərin ilk təşkilatlandığı ölkə İngiltərədir. Bu ölkədə ləvatın, fahişəliyin və hər cürə əxlaqsızlığın baş alıb getdiyi yerlərdə də ingilislərin İslam düşmənçiliyi açıq-aşkar görünməkdədir. Bu düşmənçiliyin əlaməti olaraq, onların əxlaqsızlıq yuvalarının qapısında müqəddəs Kəbə şəklinin asılmasıdır.
    İngiltərənin "Quardidian” qəzetinin yazdığına görə, həddi-büluğ yaşına çatmış yüz min qız öz ata-qardaşları tərəfindən cinsi təcavüzə məruz qaldıqları üçün məhkəməyə müraciət etmişlər. BBC-nin yaydığı məlumata görə isə, müraciət etməyənlərin sayının beş milyona qədər olduğu güman edilir.
    İngiltərənin torpaq bölgüsü siyasəti də ədalətsizliklə aparılmışdır. Ərazinin 80%-i "imtiyazlı sinif” adlandırılan lordların əlində cəmlənmişdir.
    İngiltərə dövləti başqaları üçün qazdığı quyulara özü düşməkdədir. Buna misal olaraq, İrlandiyanı göstərmək olar.
    * * *
    Kitabın II hissəsini Seyyid Əbdülhakim Arvasinin bu sözləri ilə bitirmək istərdik: ”İngilislər çox hiyləgərdirlər. Onların hiyləsini daha aydın təsəvvür etmək məqsədilə, sizə bir təşbih (bənzətmə) deyim. İslam bir barlı ağaca bənzəyir ki, onun sahibi müsəlmanlardır. Onlar bu ağacı bəsləyər və qoruyarlar. Kafirlər fürsət axtararlar ki, bu ağacı dibindən kəssinlər, müsəlmanlar da onlara düşmən olsunlar. Ancaq ingilislər belə deyillər. Onlar da müsəlmanlar kimi bu ağaca qulluq edər, müsəlmanlar da onları sevər. Müsəlmanların etibarını qazandıqdan sonra hamıdan xəbərsiz, bar verəcəyi vaxtda dibinə zəhər tökərlər. Ağac da belcə quruyar. Sonra bu vəziyyətə təəssüfləndiklərini və kədərləndiklərini bildirərək, "ah-vay” edərlər. Müsəlmanlar da bu işin onlar tərəfindən görüldüyündən xəbərsiz olarlar”.
    Allah-Taala bütün müsəlmanları hər bir tərəfdən bürümüş xristian və yəhudi fəlakətindən qorusun! Dövlət adamları və din xadimlərini ingilis hiylələrindən hifz etsin!
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 873 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019