İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı

    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı
    2012-05-14, 4:28 AM
    BİRİNCİ FƏSİL
    HƏYAT TARİXÇƏSİ
    Təvəllüd və ailə
    İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin Eşqəli məhəlləsində ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi.
    Şərafətli Sədr ailəsi şiələrin yeddinci imamı imam həzrət Musa Kazim nəslindən, ələvi seyidləri silsiləsindən sayılır. Bu pak nəsil uzun əsrlər Sədr və Şərəfüddin silsilələri ilə davam etmişdir. Bu nəsildən böyük elmi, siyasi, ictimai şəxsiyyətlər ərsəyə gəlmiş, onların hər biri İran, İraq və Livanda elm və cihad öncülü olmuşdur. Seyid Saleh, Seyid Şərəfüddin imam Musa Sədrin babalarındandır. Bu mücahid alim Hicri-qəməri tarixi 1112-ci ildə Livanın cənubunda Sur şəhərinin tabeçiliyində olan Şəhur kəndində dünyaya göz açmış və orada yaşamışdır. Osmanlı sərkərdə Əhməd Cərrar Cəbəl-Amildə şiə alimlərini qətliam edərkən Seyid Şərəfüddin onunla mübarizəyə qalxmışdır. Cərrarın adamları Seyid Şərəfüddinin Seyid Hibtullah adlı cavan oğlunu onun gözü qarşısında öldürdülər. Seyid Şərəfüddin özü həbs olunub uzun müddət Əkka şəhərində zindanda saxlanıldı. Zindandan çıxan alim İraqa hicrət etdi və Nəcəf şəhərində həmişəlik məskunlaşdı. O, Hicri-qəməri tarixi 1198-ci ildə dünyasını dəyişmişdir.
    Seyid Salehin digər bir oğlu Ayətullah Seyid Sədrəddin Sədr (h.q. 1193-1262) öz dövrünün Nəcəf alimlərindən, müctəhidlərindən biri idi. O böyük müctəhid Şeyx Cəfər Kaşiful-Ğitanın qızı ilə evlənmişdi. Seyid Sədrəddin Nəcəfdən İsfahana hicrət etmiş, həmin şəhərdə məskunlaşmışdır. Bu böyük alimin İsfahanda beş oğlu dünyaya gəlmiş və onların hər biri dəyərli alim olmuşdur. Onların kiçiyi Ayətullah Seyid İsmail Sədr idi. O beş yaşında ikən atasını itirir. Seyid İsmaili qardaşı Seyid Məhəmməd, "Ağa Müctəhid” adı ilə tanınmış şəxs himayəyə götürür. O, Seyid İsmailə sərf-nəhv, məntiq və bəyan elmlərini öyrədir. Seyid İsmail on dörd yaşında olarkən qardaşını da itirir. Həmin vaxtdan onun təlim-tərbiyəsi ilə Şeyx Məhəmməd Baqir İsfahani adlı alim məşğul olur. Seyid İsmail vaxtı fövtə vermədən təhsilə məşğul olur, qısa bir müddətdə tanınmış din alimlərindən, təqvalı şəxslərdən biri kimi tanınır. O, Hicri-qəməri 1339-cu ildə Kazimeyndə dünyasını dəyişmişdir. Bu böyük müctəhidin dörd oğlu olmuşdur: Seyid Sədrəddin, Seyid Məhəmməd Mehdi, Seyid Heydər, Seyid Məhəmməd Cavad. Bu dörd övladın hər biri Nəcəf və Kazimeyn şəhərinin tanınmış elmi şəxsiyyətlərindən, təqlid mərcələrindən olmuşdur(Seyid Möhsin Əmin, "Əyanuş-şiə”, c.3, s.403)
    Seyid Sədrəddin Sədr, yəni İmam Musa Sədrin atası Hicri-qəməri, 1298-ci ildə Kazimeyndə dünyaya gəlmişdir. O, elə həmin şəhərdə də müqəddimə elmləri atasından öyrənmişdir. Sonradan Kərbəlaya getmiş, Şeyx Həsən Kərbəlayinin hüzurunda elmin yüksək dərəcələrinə yiyələnmişdir. Sonra atasının tövsiyəsi ilə Nəcəfə hicrət etmiş, Axund Xorasani və Seyid Kazim Yəzdinin "xaric” dərslərində iştirak etmiş və nəhayət ictihad dərəcəsinə çatmışdır. Bu alim öz dövründə Nəcəfdə mütərəqqi hərəkatlara rəhbərlik etmişdir. Onun adı hələ də İraqın ədəbi hərəkatında hörmətlə yad olunur. Bu şəxs İrana hicrət edib Məşhəddə məskunlaşdıqdan sonra Ayətullah-üzma Hacı Ağa Hüseyni Qumminin qızı ilə evlənmişdir. Qum elmi hövzəsinin təsisçisi Şeyx Əbdül Kərim Hairi Yəzdinin dəvəti ilə o Qum şəhərinə hicrət etmiş, mərhum Hairi dünyasını dəyişdikdən sonra Ayətullah Xansari və Ayətullah Höccət ilə birlikdə Qum elmi hövzəsini idarə etmişdir.(Musa Sədr, "Livan”, müqəddimə) Mərhum Ayətullah Bürucerdi Quma gəldiyi vaxt böyük alicənablığa malik Ayətullah Sədr xanım Məsumənin hərəmində öz pişnamaz yerini Ayətullah Bürucerdiyə vermişdir. Həmin vaxtdan sonra bir daha orada pişnamaz dayanmamışdır.(Əli Dəvani, "Ayətullah Bürucirdinin həyatı”, s.119) Ayətullah Seyid Sədrəddin Sədr Qum elmi hövzəsində fiqh, üsul dərslərini tədris etməklə yanaşı şagirdlər tərbiyə etmiş, elmi, mədəni və tibbi xidmətlər göstərmişdir. Bu şəxs məzhəblər arasında vəhdət üçün çalışan öncüllərdən olmuşdur. Bu məqsədlə "Əl-Mehdi” kitabını tərtib etmiş, bütün dəlilləri sünni kitablarından iqtibas etmişdir. Nəhayət, uzun illər fəaliyyətdən sonra Hicri-qəməri 1373-cü ildə dünyasını dəyişmiş, həzrət Məsumənin hərəmi civarında dəfn olunmuşdur.
    Şəhidin əmisi övladları
    Böyük filosof və fəqih Ayətullah şəhid Seyid Məhəmməd Baqir Sədr və bacısı Amənə mərhum Ayətullah Seyid Heydər Sədrin övladlarındandır. Şəhid Sədr Hicri-qəməri 1353-cü ildə Kazimeyn şəhərində dünyaya göz açmışdır. Müqəddimat və ali səth təhsilindən sonra Nəcəfə yola düşmüş, dayısı Ayətullah Şeyx Məhəmməd Riza Ali-Yasindən "xaric”, Ayətullah Xoidən fiqh və üsul elmini öyrənmişdir. İctihad dərəcəsinə çatmış bu şəxs fəlsəfə dərslərini Ayətullah Şeyx Sədra Badikubidən əxz etmişdir.(Mustafa Qulizadə, "Şəhid Sədr”, c.21-29) İmam Xomeyninin (r) təbirincə, elm və əxlaq ustadı olan Amənə Bintil-Huda qardaşı Ayətullah Seyid Məhəmməd Baqir Sədrlə birlikdə Hicri-qəməri 1400-cü il cəmadiəl-ula ayının iyirmi üçündə İraq rejimi tərəfindən şəhadətə çatdırıldı. Bu iki şəhidin al-qana qəltan olunmuş cəsədləri Vadiussəlam qəbristanlığında İmam Musa Sədrin digər bir əmisi olan Ayətullah Seyid Məhəmməd Sadiq Sədrə təhvil verilmişdir. Alim qüsül, kəfən və namazdan sonra onları məxfi şəkildə imam Əlinin (ə) qəbri civarında, Şərəfüddinin ailə məzarlığında dəfn etmişdir. Şəhid Seyid Məhəmməd Baqir Sədr imam Musa Sədrin bacısı ilə izdivac etmişdir. Bu izdivacdan üç qız, bir oğlan dünyaya gəlmişdir. Hazırda bu böyük şəhidin üç qızı Ayətullah şəhid Məhəmməd Sədrin gəlinləridir. Ayətullah şəhid Seyid Məhəmməd Sədr (Seyid Məhəmməd Sadiq Sədrin oğlu, imam Musa Sədrin əmioğlusu) Nəcəfdə mühüm elmi şəxsiyyətlərdən sayılmışdır. Ondan çox dəyərli əsərlər qalmışdır. Bu şəxs Hicri-qəməri1362-ci ildə dünyaya göz açmış, h.q. 1419-cu ildə İraq rejimi tərəfindən şəhadətə yetirilmişdir. ("Şəhid Sədr”, s.142)
    Livanda Sədr və Şərəfüddin ailələri bir kökdəndir və əmioğludurlar. Seyid Salehin dövrünədək Seyid Şərəfüddin "Şərəfüddin” adı ilə tanınırdı. Amma onun övladı mərhum Seyid Sədrəddin şiə dünyasının rəhbərliyi məqamına çatdıqdan sonra bu ailə Sədr adı ilə tanınmağa başladı. Məzhəblərarası vəhdət hərəkatının öncüllərindən olan mücahid alim Ayətullah Seyid Əbdül Hüseyn Şərəfüddin həm Sədr ailəsi ilə əmioğludur, həm də onun anası, Ayətullah Seyid Hadi Sədrin qızı xanım Zəhra Sədr ailəsindən sayılır.("Müasir mədəniyyət tarixi”, s.25)
    Ana babası
    İmam Musa Sədrin anası, bibi Səfiyyə, pak peyğəmbər sülaləsindən olan bu qadın fədakar həyat yoldaşı, övladları üçün mehriban ana olmuşdur. Qum elmi hövzəsinin əksər böyük alimləri bu qoca ananı ehtiramla yad edirlar. Bu xanım bir əsrə yaxın ömür sürdükdən sonra Hicri-qəməri1419-cu ildə Qum şəhərində dünyasını dəyişmişdir. Onu həzrət Məsumənin pak hərəmi civarında dəfn etmişlər. Onun qəbri Pərvin Etisaminin məqbərəsinin cənubundadır.
    Bu xanımın atası təqvalı alim, böyük mücahid Ayətullah-üzma hacı ağa Şeyx Qummi olmuşdur. Onun kökü iyirmi səkkiz vasitə ilə imam Həsən Müctəbaya çatır. Bu şəxs Hicri-qəməri 1282-ci ildə Qum şəhərində anadan olmuş, Qumda müqəddimə elmləri başa vurduqdan sonra Tehrana, Samirraya və Nəcəfə hicrət etmişdir. Həmin şəhərin elmi hövzələrində təhsilini davam etdirmiş, Mirza Məhəmməd Həsən Şirazi, Mirzə Əbülhəsən Cəlbə, Ağa Əli Müdərris, Mirzə Əli Əkbər Hökmi Yəzdi, Mirzə Həbibullah Rəşti, Axund Xorasani, Seyid Məhəmməd Kazim Yəzdi, Seyid Əhməd Kərbəlayi kimi böyük ustadlardan fiqh, üsul, fəlsəfə, irfan, əxlaq öyrənmişdir. O yüksək ictihad məqamına çatmışdır. Ayətullah Mirzə Məhəmməd Təqi Şirazinin tövsiyəsi ilə Hicri-qəməri 1331-ci ildə müqəddəs Məşhəd şəhərinə hicrət etmiş, elmi hövzənin rəhbərliyini və şəhər camaatına rəyasəti öz öhdəsinə götürmüşdür. Bu mübariz müctəhid Rza xanın hicab və ruhanilərə qarşı proqramları ilə mübarizə aparmış, Məşhədin Gövhərşad məscidində tarixi qiyamda iştirak etmiş və Kərbəlaya sürgün olunmuşdur. Rza xan qaçan vaxt mücahid alim sürgündə yeddinci ili başa vururdu. Ayətullah Qummi imam Rizanı (ə) ziyarət qəsdi ilə İrana gəlir, bütün şəhərlərdə onu izdiham qarşılayır. O, beş maddədən ibarət bəyannaməsini elan edərək qeyri-islami qanunlara qarşı mübarizəsini davam etdirir. Ayətullah Qummi Hicri-qəməri 1366-cı ildə dünyasını dəyişmişdir. Bu yorulmaz mücahidin cənazəsi həzrət Əlinin (ə) hərəmi yaxınlığında Şeyxuş-şəriə İsfəhaninin məqbərəsində torpağa tapşırılmışdır.
    Təhsil
    İmam Musa Sədr ibtidai və orta təhsilini Qum şəhərinin "Həyat” ibtidai mədrəsəsi və "Sənam” məktəbində başa vurmuş, Hicri-qəməri1361-ci ildə Qum elmi hövzəsinə daxil olmuşdur. Orta və ali təhsili başa vurduqdan sonra fiqh və üsul üzrə xaric dərslərində iştirak etmiş, böyük ustadlardan bəhrələnmişdir. Həmin ustadlardan bəzilərini xatırlayaq: Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai, Şeyx Əbdül Cəvad Cəbəl-Amili, Ayətullah Muhəqqiq Damad, Ayətullah Seyid Məhəmməd Təqi Xansari, Ayətullah Höccət Kuhkəməri, Ayətullah Seyid Sədrəddin Sədr (atası), Əllamə Təbatəbai, Ayətullah Seyid Kazim Şəriətmədari, Ayətullah Seyid Rza Sədr (qardaşı).
    İmam Musa Sədr hövzədə təhsil almaqla yanaşı 1379-cu ildə Tehran universitetinə daxil olmuşdur. Ustad universiteti müvəffəqiyyətlə başa vurub iqtisadi-hüquq ixtisası üzrə diplom almışdır.
    İmam Musa Sədr öz uca ruhundan və yüksək təlaşından faydalanaraq fars və ərəb dilləri ilə yanaşı ingilis və fransız dillərini öyrənmiş və bu istiqamətdə yüksək müvəffəqiyyət əldə etmişdir.
    Təlim-tərbiyə
    O öncə Qum elmi hövzəsində bir neçə tələbəyə "Şərhi-lümə” kitabını tədris etmişdir. Bu kitabın mürəkkəb mövzularını öz aydın bəyanı ilə tələbələrə çatdıran ustad Qum elmi hövzəsinin tanınmış müəllimləri cərgəsində yer tutmuşdur. O fiqh, üsul, məntiq, fəlsəfə dərslərini ən ali səthdə tədris etmişdir. "Mütəvvəl”, "Qəvanin”, "Vəsail”, "Məkasib” kitabları onun tədris etdiyi kitablardandır. İmam Musa Sədrin tanınmış şagirdləri olmuşdur. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani, Ayətullah Şeyx Yusif Saneyi, Ayətullah Şeyx Məhəmməd Rza Təvəssüli, Ayətullah Şeyx Əli Əsğər Müslimi Kaşani, höccətül-İslam Məhəmməd Cavad Höccəti Kirmani, höccətül-İslam Məhəmməd Hüseyn Behcəti, Ayətullah Zeynəl-Abidin Qurbani, höccətül-İslam Seyid Məhəmməd Ğərəvi, höccətül-İslam Seyid İsa Təbatəbai ustadın tanınmış şagirdlərindəndir.
    Nəcəfə hicrət
    Atasının vəfatından sonra imam Musa Sədr öz fiqhi-üsuli biliklərini dərinləşdirmək, Nəcəf elmi hövzəsinin böyük fəqihlərinin elmi və əxlaqi bərəkətindən faydalanmaq üçün oraya hicrət edir. Hicri-qəməri1377-ci ilədək, təqribən dörd il müddətində Ayətullah Seyid Möhsün Həkim, Ayətullah Seyid Əbdülhadi Şirazi, Ayətullah ağa Şeyx Hüseyn Hilli, Ayətullah ağa Şeyx Sədra Badikubi, Ayətullah Seyid Mahmud Şahrudi, Ayətullah Seyid Əbülqasim Xoyi kimi dünya şöhrətli alimlərdən faydalanır. O bərəkətli fiqh bəhslərində iştirak etməklə yanaşı öz əmisi oğlu şəhid Seyid Məhəmməd Baqir Sədr və Ayətullah Seyid Məhəmməd Əli Müvəhhid Əbtəhi ilə üsul və fəlsəfə sahəsində araşdırmalara məşğul olur. Bütün bunlarla yanaşı "Rəsail”, "Məkasib”, "Şərhi-mənzumeyi-səbzivari” kitablarının tədrisinə məşğul olub.(Ayətullah Əbtəhi İsfəhani və Ayətullah Müslim Kaşaninin söhbətlərindən)İmam Musa Sədr Qum elmi hövzəsində olduğu kimi, Nəcəf elmi hövzəsində də həmkarları arasında öz elmi üstünlüyünü qoruyub saxlayır, heyrətamiz istedadı ilə hamının diqqətini cəlb edir. Nəcəf elmi hövzəsinin böyük alimləri və müctehidləri imam Musa Sədrin hərtərəfli şəxsiyyətinə xüsusi hörmətlə yanaşmış, ümidlə baxmışlar. Mərhum Ayətullah Xoyi dərsin gedişatında kimsəyə irad icazəsi vermirdi. Amma böyük ustad imam Musa Sədrin iradlarını diqqətlə dinləyirdi. ("Elm nuru” dərgisi) O deyirdi: "Mən Musa Sədrə o qədər ümid edirəm ki, onun daha üç il Nəcəfdə qalacağı təqdirdə şiə elmində böyük şəxsiyyətlərdən olacağını düşünürəm.”("Müasir tarix və mədəniyyət”, s.130) Ayətullah Xoyi imam Musa Sədrin Livana hicrət xəbərini eşidəndə çox təəssüf etmiş və demişdi: "Ey kaş onu tanımamış olaydım.”("Namei-Müfid)
    İmam Musa Sədr Nəcəfə hicrət etməzdən öncə Qum elmi hövzəsində yüksək ictihad dərəcəsinə çatmışdı. O müctəhid üçün zəruri olan ixlas, zöhd və təqva ilə yanaşı fövqəladə yaddaş, fərasət, agahlıq kimi səciyyələrə malik idi. Bu xüsusiyyətlər onu öz dövründə nadir insanlardan etmişdi. Bu barədə Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai belə söyləyir: "Musa Sədr Nəcəfin bariz elmi şəxsiyyətlərindən idi. O əvvəla, gənc idi, ikincisi onun Livan kimi dərdi vardı. Əgər cənab Musa Livana getməyib daha bir neçə il Nəcəfdə qalsaydı Nəcəfin tanınmış müctəhidlərindən olardı. O Nəcəf elmi hövzəsində o qədər diqqəti özünə çəkmişdi ki, haqqında belə danışılırdı: "Qum alimləri Nəcəf alimlərindən üstündürlər.” Ustad bu günün bir çox müctehidlərindən daha güclü idi. Mən bu günkü ictihad mənasını nəzərdə tutmuram. O, şübhəsiz, müctəhid idi. "Müctəhid” sözünü lap qədim mənasında ona aid etmək olardı. Cənab Musa çox fəzilətli bir insan idi. Heyf ki, ondan lazımınca bəhrə götürülmədi. Zənnimcə cənab Musa böyük qardaşı mərhum hacı ağa Rzadan da yuxarı qalxmışdı. Əgər qalsaydı, şübhəsiz önə keçərdi. Cənab Musa Qumda qalıb Nəcəfə gəlməsəydi belə, hazırda böyük şiə mərcələrindən olardı...”("Müasir tarix və mədəniyyət”, s.55)
    "İslam məktəbi” dərgisinin təsisi
    İmam Musa Sədr Hicri-qəməri1377-ci ilin qışında Nəcəfdən Quma qayıtdı. O ötən illərdə öz dostları və həmfikirləri ilə Qum elmi hövzəsində elmi bir dərgi hazırlamağa çalışırdı. Öz yoldaşlarına bu barədə vəd vermişdi. Onlar belə bir qərara gəlmişdilər ki, xalqla daha yaxın rabitə, gənc nəsil və universitet tələbələrinin hidayəti üçün yeni bir üsula əl atılmalıdır. Faydalı mövzuların əks olunduğu, hamının diqqətini özünə çəkə biləcək həftəlik və ya aylıq dərginin nəşri onların son qərarı olmuşdu. Amma həmin vaxt elmi hövzədə belə bir fəaliyyət üçün münasib şərait yox idi. Bu iş bəlkə də mümkünsüz idi. Çünki həmin vaxt hövzə tələbəsinin sadəcə qəzet oxuması təqvasızlıq və zəif iman əlaməti sayılırdı. Belə bir mühitdə ruhani şəxsin qəzet yazıb, qəzet çap etməsi barədə danışmağa dəyməz. Bu istiqamətdə fəaliyyət göstərən ruhaniləri böyük problemlər gözləyirdi. Bu istiqamətdə polad iradəyə, fövqəladə şücaətə ehtiyac vardı. Nəhayət, Musa Sədrin və onun dostlarının ciddi təlaşları sayəsində Hicri-qəməri 1377-ci ildə Qum elmi hövzəsində "İslam məktəbindən dərslər” adı altında dərginin ilk nömrəsi çap olundu. Bu dərgi uzaq görən müctəhid Ayətullah-üzma Bürucerdinin razılığı ilə qarşılandı. "İslam məktəbi” dərgisində çap olunan məqalələrin hər biri hövzənin və İranın mövcud fəzasında yenilik kimi qarşılanırdı. Dərgidə əqidələr, məzhəbər, dinlər, İslam tarixinin araşdırılması mövzusunda yazılar, tərcümələr, iqtisad və əxlaqla bağlı məqalələr əsas yer tuturdu. "İslam məktəbi” dəyərli bir dini mənbə olmuşdur. Amma imam Musa Sədrin "İslam məktəbində iqtisad” məqaləsi xüsusi bir təravətə malik idi. Bu məqalə diqqətli mütəxəssis və alimləri məftun etmişdi. Ustad şəhid Mürtəza Mütəhhəri məqalə ilə bağlı münasibətini bildirib buyurmuşdu: "Bu məqalələrdə təravət var, hazırkı vəziyyətdə onlar çox zəruri görünür.”(Əli Dəvani, "Mürtəza Mütəhhəri”, s.26) İmam Musa Sədr uyğun məqalədə rəvan qələm və yüksək baxışla bir sıra mühüm iqtisadi məsələləri nəzərdən keçirmiş, iqtisadi amillərin (iş, sərmayə, alət) hər birinin istehsaldakı rolunu müxtəlif və dünyanın iqtisadi sistemlərinə uyğun prizmalardan araşdırmışdı. Sonra İslam iqtisadi məktəbində istehsalçının yerini aydınlaşdırmış, sonda İslam məktəbini dünyanın ən inkişaf etmiş məktəbləri ilə müqayisə edib belə bir nəticəyə gəlmişdir ki, İslam iqtisadi nizamı cəmiyyətdəki reallıqlara əsaslanır. Materialist məktəblərdə isə iqtisada münasibət reallıqdan uzaqdır.
    Bu məqalələr dərginin on sayında (3-12) ardıcıl şəkildə çap olundu. Sonra onlar müstəqil kitab şəklində ərsəyə gəldi. Uyğun məqalələr imam Musa Sədrin "İslam məktəbində” birinci və sonuncu yazısı idi.
    Milli mədrəsələr hərəkatı
    Müstəbid şah rejimi zamanı üzdəniraq qərb mədəniyyəti müxtəlif yollarla müsəlman İran gəncləri arasında yayılırdı. Belə bir təbliğat üçün mədəniyyət mərkəzləri, təhsil müəssisələri münasib hədəf olmuşdu. Bəzi ziyalınüma müəllimlər qərbin təsiri altında dinsizliyi təbliğ edib düşmən dəyirmanına su tökür, millətin övladlarını azğınlığa sürükləyirdi. Bu səbəbdən də mömin və etiqadlı ailələr övladlarını dövlət məktəblərindən çıxarırdı. Ölkənin gələcəyi üçün belə bir münasibət çox təhlükəli idi. Belə bir vəziyyət savadlı və mömin gənc nəslin tərbiyəsinə imkan vermirdi. Dövlət aparatındakı ən mühüm kürsülərdə ən azı millətin talehinə biganə adamlar oturmuşdu. Məhz bu məqamda özünü məsul sayan imam Musa Sədr şəhid doktor Behişti kimi dostlarla həmkarlıq edib düşmən qarşısında cəbhə açdı. O, dövlət məktəbləri müqabilində milli məktəblər açmaqla Qum gənclərinin İslami tərbiyəsinə başladı. Ustad "Sədr məktəbi” adı ilə öz müdiriyyəti altında təhsil ocağı təsis etməklə Hicri-qəməri1377-ci təhsil ilində Qumda milli mədrəsə hərəkatını gücləndirdi. Bu məktəb öncə İrəm küçəsində fəaliyyətə başladı. Sonra Səfaiyyə xiyabanının başlanğıcındakı dörd yol ayrıcında yerləşən binaya köçdü. Bu bina mərhum Kamkarın sərmayəsi ilə tikilmişdi. İmam Musa Sədr Livana hicrət etdikdən sonra məktəb Əhməd Övhədinin müdiriyyəti altında öz işini davam etdirdi.
    Category: Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 513 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019