İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı

    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı
    2012-05-14, 4:22 AM
    BEŞİNCİ FƏSİL
    ŞƏXSİYYƏTLƏRİN NƏZƏRİNDƏ
    Bu hissədə imam Musa Sədr şəxsiyyətinin müxtəlif yönümləri ilə daha yaxşı tanış olmaq üçün elmi, dini, siyasi və ictimai şəxsiyyətlərin nəzərlərinə müraciət edəcəyik. Qeyd edək ki, imam Musa Sədrin imam Xomeyni (r) ilə əlaqələrinin başlanğıcı onun Qum şəhərində təhsil dövrünə təsadüf edir. Böyük İslam inqilabının əvvəllərində imam Musa Sədr inqilaba xidmət göstərən dəyərli hövzə şəxsiyyətlərindən idi. Hicri-Şəmsi 1342-ci il xordad ayının 15-də, İmam Xomeyni (r) həbs olunarkən imam Musa Sədr onun azad olması üçün beynəlmiləl addımlar atmağa başladı. O cümlədən, Vatikanda papanın xarici işlər üzrə müavini ilə görüş keçirdi. O bu yolla məzlum İran xalqının səsini dünyaya çatdırdı. 1979-cu ildə, İslam inqilabı genişləndiyi vaxt imam Musa Sədr (müəmmalı şəkildə yoxa çıxmazdan bir həftə öncə) Fransanın "Lumond” qəzetində bu inqilabı peyğəmbərlər hərəkatının davamı kimi təqdim etdi. O, İmam Xomeynini "Əl-imamul-əkbər” adı ilə tanıtdırdı.(İmam Musa Sədr, "Məhrumların ümidi”, 10-cu fəsil)
    Həzrət İmam Xomeyni (r)
    "...Cənab Sədr elə bir insandır ki, mən onu böyütdüyümü deyə bilərəm. O bir övlad kimi mənə əzizdir. Ümid edirəm ki, o inşaallah sağ-salamat qayıdacaq. Çox təəssüf ki, indi onu öz aramızda görmürük...”("Səhifei-imam”, c.12, s.318)
    "...Mən uzun illər cənab Sədri görmüşəm, deməliyəm ki, onu mən böyütmüşəm. Mən onun fəzilətlərini, Livana getdikdən sonra göstərdiyi xidmətlərini və Livanın ona olan ehtiyacını yaxşı bilirəm. Ümid edirəm ki, inşaallah o qayıdacaq və müsəlmanlar ondan istifadə edəcəkdir...”("Səhifei-imam”, c.13, s.166)
    Ayətullah Seyid Əli Xamenei
    "...O şad və fəal alimin iyirmi ilə yaxın müddətdə Livanın siyasi və ictimai səhnəsində Livana və şiələrə təqdim etdiyi bir sıra xidmətlərinə işarə edək:
    Livan şiələrinə şəxsiyyət bəxş etmək, onları vəhdətə çatdırmaq; bu ölkədə siyasi tayfalar və müxtəlif dinlərin ardıcılları arasında birlik yaradıb, onları bir-birinə hörmət etməyə dəvət etmək; qəsbkar sionist rejimini mütləq şər qüvvə kimi tanıtdırıb onlarla həmkarlıq etməyin haramlığını açıqlamaq.
    Şiə dünyasının alim ailələrindən birinin yadigarı və Qum elmi hövzəsinin övladı olan bu böyük alim İran mübarizləri ilə həmkarlıqla və mədəniyyət sahəsindəki fəaliyyətləri ilə İslam inqilabının rəhbərinə öz səmimiyyət və hörmətini göstərdi. O Hərtərəfli bir şəxsiyyət ərsəyə gətirmişdi. Alicənab İmam (r) inqilabın qələbəsinin əvvəllərində müxtəlif bəyanatlarla öz hörmətini bu əziz şəxsiyyətə bildirirdi...”("İran İslam resbublikası” qəzeti, 5783-cü nömrə, s.4)
    Ustad şəhid Mürtəza Mütəhhəri
    Əgər cənab Musa Sədr hal-hazırda olsaydı, dünya haqqında dəqiq məlumata malik olduğu üçün dünyanın durumunu imam Xomeyniyə açıqlaya bilərdi. O güclü mütəxəssis kimi, mövzuları və ehtiyacları təyin edə bilərdi...
    Hökmlər aşkardır, bizim hamımızın problemi mövzuları tanımamağımızdır. Bu gün mövzuları izah etmək üçün ən layiqli şəxslərdən biri cənab Musa idi... Təəssüf ki, siz hələ də necə bir insanı itirdiyimizi bilmirsiniz. Biz inqilabımızın ən böyük elmi və fikri köməkçilərindən birini əldən verdik. Cənab Musa əməl dünyasında ehtiyacları dərk etmişdi. İcraçılığa aid məsələləri və yaranmış problemləri bilir, hiss edirdi. Əksər mövzularla bağlı fiqhi hökümlərə malik idi. Onu bizdən çox planlaşdırılmış şəkildə aldılar... O çox dərin məsələləri asanlıqla həll edirdi. Cənab Sədr molla Sədranın kəlamlarını düzgün anlamış nadir şəxsiyyətlərdən idi...(Doktor Sadiq Sultani Təbatəbaidən nəql olunub)
    Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani
    ...1948-ci ildə təxminən on dörd yaşım var idi. Həmin vaxtlar onunla tanış oldum... O xoş bəyanlı, xoş simalı insan idi və gözəl şəxsiyyətə malik idi. Həmin vaxtlar o mənim daim fikrimdə hörmət bəslədiyim fəzilətli alimlərdən idi. Mən onun "Mütəvvəl” dərsində iştirak edib faydalanırdım... Həmin vaxtlar onu bir İslam mütəfəkkiri kimi tanıyırdım...
    ..."Şiə məktəbi” jurnalında elmi və İslami rəngdə olan birinci dərəcəli şəxsiyyətlərdən istifadə etməyə çalışırdıq. Məsələn, mərhum mühəndis Bazərqan, doktor Səhabi, mərhum şəhid Mütəhhəri, mərhum şəhid Behişti və bu kimi şəxslər...("Nameyi Müfid”, nömrə 16, s.31)
    Ayətullah Seyid Musa Şübeyri Zəncani
    Cənab Musa yüksək elmi, əxlaqi və mənəvi xüsusiyyətə malik idi. O çox sürətlə işləyirdi...Fitrətə uyğun və saf düşüncəyə malik idi. Onda həqiqət axtarışında olan ruh mövcud idi. Güclü diqqət baxımından birincilərdən idi...Onun başqa bir səciyyəsi də aydın bəyana malik olması idi... Onun səs tonu çox münasib idi. Dərslərdə heç kəs onun söhbətlərindən yorulmurdu. O həmçinin çox ədəbli idi... Biz heç vaxt onun səsini qaldırdığını, kobud danışdığını və kiminsə haqqında təhqiramiz kəlmələr işlətdiyini görmədik. Onun üstün və dəyərli cəhətlərindən biri də insaflı olması idi. O çox yüksək insafa malik idi. Həqiqətsevər ruhu onun vücuduna qələbə çalmışdı. Heç zaman öz sözünü yeritmək istəməzdi... Qarşı tərəfin haqq olmasını etiraf etmək onun üçün çox adi bir iş idi.
    ...O İran və Livanda təcrübəli siyasətçilərin iştirak etdiyi iclaslarda olur və cavan olmasına baxmayaraq, onlarla ayaqlaşırdı. Lazımınca müzakirə aparır və hamının öhdəsindən gəlirdi. Bütün bunlar onun zati istedadının tələbləri idi. Zatən ayıq-sayıq idi. Həm elmi, həm də siyasi sayıqlıq əldə etmişdi...("Besət həftənaməsi”, 12-ci il, nömrə 26, s.4)
    Ayətullah Mirza Əli Meşkini
    ...Əvvəlcə deməliyəm ki, hər kəs onun haqqında xeyir danışsa, öz səviyyəsini artırmışdır. Biz imam Musa Sədrin məqamını çox uca bilirik. O ilahi dinə möhkəm bağlanmış dindar bir insan idi. O həm siyasəti, həm də dini anlayırdı... Gərək deyim ki, cənab Sədr şiə aləminin zəruri ehtiyaclarından idi. O dünyanın ən dahilərindən idi!
    İrana səfərində onun görüşünə getdik. İmam Musa Sədr həmin iclasda o dövrün tələbələri üçün o qədər də aydın olmayan bir söhbət etdi. Lakin İran İslam inqilabının qələbəsindən sonra onun uyğun söhbətində nə demək istədiyi aydın oldu...(Həmin mənbə, s.8.)
    Ayətullah Seyid Əbdül-Kərim Musəvi Ərdəbili
    ...Cənab Musa öz düşüncə və xarakterinə xas bir çox yeni sözlər deyir və bu sözləri izah edirdi. Bəli, yeni sözün nəticəsində xüsusi böhran yaranır... Yəni, ümumi təfəkkür mövzunu dərk etmir... Cənab Musa da təfəkkürü zamanı ötmüş şəxslərdən idi. Onun təfəkküründə yüz və ya iki yüz il sonra adiləşəcək, başa düşüləcək mövzular var idi... Əlbəttə bəziləri bütün elmi, dini və siyasi şəxsiyyətlər kimi onun haqqında da şayiə yayırdılar. İmam Musa ona qarşı olan kin-küdurətlərdən amanda deyildi. Bəzən onun haqqında şayiələr deyilirdi. Lakin o bu növ sözlərlə təsirlənəcək insan deyildi...
    ...Cənab Musa planlı şəkildə düşünür və nə etdiyini tam dəqiqliklə bilirdi. Fikrimcə əgər o indiyədək qalardısa çox qiymətli ehtiyaclarımızdan hesab olunar, İslam inqilabında başqa əziz qardaşlarla yanaşı həzrət İmamın xidmətində hədsiz faydalar verərdi...(Həmin mənbə, s.20.)
    Şəhid doktor Mustafa Çəmran
    ...Bu böyük şəxs 1400 ildən sonra şiəliyə təkan verəcək hərəkat yaratmağa qadir oldu. O şiəliyi hərəkətə gətirdi. Elə bir hərəkat yaratdı ki, bu hərəkat Livanın hakim təbəqəsini titrətdi, İsraili dəhşətə saldı və zalım ərəb rejimləri qorxuya düşdülər. Bizim İslam inqilabımız qələbəyə çatmazdan illərcə öncə bu böyük insan plan cızırdı...
    ...Hadisələrin əvvəlindən indiyədək bir söz deyib bir yol gedən yeganə şəxs idi. Hətta Fəth kimi hər gün sözlərini dəyişənlərdən fərqli olaraq. Onun şüarları və proqnozları həqiqətə bağlıdır. Heç bir xarici dövlətdən pul almayan, heç kəsə nökərlik etməyən və heç kəsin sözü ilə oturub-durmayan yeganə şəxsdir. O yalnız və yalnız xalqın xeyiri üçün və öz ideyaları əsasında çalışırdı. Bilirəm ki, Sədr haqqında bu qədər danışdığım üçün bəzilərinin mənə irad tutub, hissə qapıldığımı düşünməsi mümkündür. Lakin, əslində belə deyil. Mənim bütün gördüklərim, vücudumla hiss etdiklərim, başqaları ilə, hətta Yasir Ərəfatla müqayisələr, ona qarşı bu qədər ədalətsiz töhmətlər və onun bu yolda fədakarlığı və sabitqədəmliyi çətin ki, məni sakit buraxsın. Mən bütün bunlarla yanaşı, kimlərsə hissə qapılacağımı düşünəcək deyə, həqiqəti gizlədə bilmərəm. Bir cümlə ilə deyim ki, paklıq, fədakarlıq, iman və şəxsiyyətdə rəhbərliyə iddialı tanıdığım şəxslər ilə Sədr arasında yerlə göy qədər fərq var...("Livan”, Şəhid Çəmran, s.91)
    Fuad Şəhab (Livanın keçmiş prezidenti)
    ...Əgər məsihilərin belə bir şəxsiyyəti olsaydı, onu müqəddəslik məqamına çatdırardılar. Bu insana bütün vasitə və imkanlarla kömək etmək lazımdır...(Şiənin izzəti”, s.18)
    Camal Əbdun-Nasir (Misirin prezidenti)
    Ey kaş Əl-əzhər universitetinin cənab Musa kimi rəisi olaydı...("Yadnameye-imam Musa Sədr”, s.268)
    Əmir Əbdüllah (Ərəbistanın kralı)
    ...Mən həyatım boyu imam Musa Sədr kimi ayıq-sayıq, geniş məlumatlı, gözəl xasiyyətli, insan və cazibəli şəxsiyyət görməmişəm...(Şiənin izzəti”, s.15)
    Fələstinin tanınmış vətəndaşlarından biri
    ...And olsun Allaha, əgər imam Musa Sədr şiə olmasaydı Fələstinin təşkilatları, sünnilər və sairləri onu Allahlıq məqamına çatdırardılar. Çünki tutduğu mövqeyi, fədakarlıqları, şücaətləri bəşər taqətindən üstün idi. O iman qüvvəsi ilə qalib oldu...("Livan”, şəhid Çəmran, s.321)
    Seyid Həsən Nəsrullah (Hizbullahın baş katibi)
    ...İmam Musa Sədr yalnız müqavimət hərəkatının yox, bir çox atılmış addımların və əldə edilmiş nailiyyətlərin bünövrəsini qoymuşdu. Bütün bunlardan xəbərsiz qalacağımız halda zəmanə karvanından geri qalmış olacağıq. İmam Musa Sədrin Livanda olması ruhaniyyətin bir daha yenidən öz insani, şəri və mədəni məsuliyyətinə öhdədar olmağına səbəb oldu. Onun Livanda olması ruhaniyyətin güc və intiqam yox, insani, ilahi və şəri üsulların siyasət səhnəsinə daxil olması ilə nəticələndi. Bütün bu işlər imam Sədrin bir çox fədakarlıqlar edib, töhmətlərlə razılaşmasına səbəb oldu. İmam dini siyasətə və siyasəti dinə qaytardı. Əlbəttə uyğun mövzu bu gün bizə adiləşib. Lakin imam Livana gələrkən bütün bu işlər çox təəccüblü və qeyri- adi idi. Belə bir dəvətçini çox rahatlıqla mürtədlik, fasiqlik və dindən çıxmaq kimi töhmətlərlə ittiham edirdilər. Siyasətçilər belə bir ixlaslı, üstün, ayıq-sayıq və pak insanın onların fəaliyyət dairəsinə daxil olmasına dözə bilmirdilər. Başqa bir tərəfdən bəzi ruhanilər də belə bir şəxsi qəbul edə bilmirdilər...
    ...İmam Musa Sədrdən öyrəndik ki, qəsbkarlar tərəfindən işğal olunmuş əraziləri sülh yolu ilə geri qaytarmaq olmaz. Ondan öyrəndik ki, qəsb olunmuş torpaqları yalnız cihad, şəhadət, fədakarlıq, daş və qan vasitəsi ilə qaytarmaq olar. Biz öyrəndik ki, bu torpaqları Əhməd Qəsir, Bilal Fəhs və bu kimi şəhadəttələb insanların canfəşanlıqları ilə geri qaytarmaq mümkündür... İmam Musa yalnız məhdud bir sahədə yox, ölkənin müxtəlif iş yönümlərində bünövrəçi hesab olunurdu... ("İslam respublikası” qəzeti, nömrə 6229, s.15)
    Category: Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 720 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024