İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı

    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı
    2012-05-13, 1:58 PM
    YEDDİNCİ FƏSİL
    PAKLARIN AQİBƏTİ
    Düşmənlərin qorxusu
    İmam Musa Sədrin Livandakı iyirmi illik davamlı səyləri şərqdə böyük dəyişikliklərə səbəb oldu. Afrika və Avropa ölkələrinə səfərləri, elmi, mədəni və dini konfranslarda iştirakı onu dünya nüfuzlu şəxsiyyət etdi. O, dəyərli düşüncələrini işə salmaqla İslam və qeyri-İslam ölkələrində milyonlarla insanın qəlbində özünə xüsusi yer tutdu. O, dünyada vahid İslam ümmətinin bünövrəsini qoyub, müsəlmanları qərb və şərq istismarçılarının cəngindən qurtarmaq üçün səy göstərirdi.
    Həmin vaxtlar həzrət imam Xomeyninin (r) səmavi nidası Nəcəf şəhərindən dünyaya yayıldı. İmam Musa Sədr bu tanış səsi eşitdikdə "Lumond” qəzetində (1979-cu ildə, oğurlanmazdan bir həftə öncə) İslam inqilabını rəsmi şəkildə peyğəmbərlər hərəkatının davamı adlandırdı. O, imam Xomeynini (r) bu inqilabın böyük rəhbəri kimi dünyaya tanıtdırdı. Beləliklə, şərq və qərb nəhəngləri təhlükə hiss etdilər. Onlar bilirdilər ki, əgər imam Musa Sədrin qüdrətli biləngləri həzrət imam Xomeyninin (r) dəmir yumruqları ilə birləşərsə, daha onlar üçün qarətçilik etməyə heç bir fürsət qalmayacaq. Onlar bundan öncə bir neçə dəfə imam Musa Sədrə sui-qəsd hazırlamışdılar, lakin hər dəfə rüsvay olmuş və oxları daşa dəymişdi. Lakin bu dəfə çarəsizlikdən başqa bir köklü plan cızdılar. Onlar regiondakı məxfi əllərindən birinin vasitəsi ilə imam Musa Sədri İslam ümmətindən alıb, siyasi tarix səhnəsindən kənarlaşdırmaq qərarına gəldilər.
    Aşkar adam oğurluğu
    İmam Musa Sədrin Livana gəldiyi ilk günlərdə Liviya dövləti və prezidenti onun ən qatı düşmənlərindən hesab olunurdu. Livanda bu ölkəyə məxsus çox güclü təşkilatlar və qəzetlər mövcud idi. Onlar daim imam Musa Sədrə qarşı namərdcəsinə hücumlar edir, töhmətlər vururdular. Liviya dövlətinin imam Musa Sədrlə əlaqələri o qədər soyuq və qərəzli idi ki, cənab Əbdüs-Səlam Cəlvəd 1976-cı ildə Livana qırx beş günlük səfərində müxtəlif partiya və təşkilatların rəhbərləri ilə görüşərkən imam Musa Sədrlə adicə üzləşməkdən boyun qaçırmışdı. 1975-ci il iyul ayının 12-də iclaslardan birində təsadüfən onunla rastlaşdıqda söz verdi ki, yaxın gələcəkdə Beyruta qayıdıb onunla görüşəcək. Lakin o yenidən Beyruta iki həftəlik səfərində öz vədəsinə əməl etmədi.("İmam Musa Sədrin oğurlanmasının sirləri”, s.15)
    İmam Musa Sədr İsrailin Livanın cənubuna təcavüzlərinin qarşısını almaq üçün Ərəb-İslam ölkələrinə səfərlərindən birində Hicri-Şəmsi 1358-ci ilin mordad ayında (1979. m.) Əlcəzairdə olmuşdu. O orada prezidentlə, milli azadlıq cəbhəsinin rəhbərlərindən olan Həvari Bumdin və Məhəmməd Səlah Yəhyavi ilə görüşüb söhbət etmişdi. Bu görüşdə ona təklif olundu ki, Liviya ölkəsinə də səfər edib öz səfər planını təkmilləşdirsin. İmam Musa Sədr müsəlman millətlər və ölkələr arasında vəhdət yaratmaq istədiyi üçün bu düşmənçiliyi davam etdirməyə heç bir dəlil görməyib təklifi qəbul etdi. O Hicri-şəmsi1357-ci ilin şəhrivər ayının üçündə, cümə günü (hicri-qəməri, 1398, ramazanın 22-si; miladi, 1978 avqustun 25-i) Əlcəzairdən Liviyaya daxil oldu. Liviyanın informasiya vasitələri öz rəsmi qonaqlarının gəlişi və onun səfər proqramı haqqında heç bir məlumat vermədilər. İmam Musa Sədr Liviyada qaldığı günlərdə heç kəslə, hətta ailə üzvləri, ali məclis nümayəndələri və Livanın xarici işlər nazirliyi ilə də əlaqə saxlamadı. Bu onun daimi adətinin ziddinə idi. Livan şiələrinin ali məclisi Liviyanın Livandakı konsulundan bu haqda məlumat istədi. Lakin o cavabdan boyun qaçırdı. Sonra Livanın baş naziri cənab Səlim əl-Hüssə bu haqda məlumat verildi. O dərhal Liviyanın konsulunu çağırtdırıb rəsmi və təcili cavab istədi. Bir gün sonra Liviyanın konsulluğu tərəfindən cavab gəldi ki, imam Musa Sədr və onun yoldaşları (Şeyx Məhəmməd Yəqub və Əbbas Bədrüddin) 1398-ci il ramazanın 28-i günorta, 881 nömrəli İtaliya hava xətti ilə Romaya getmişdir. Sonra Livanın prezidenti cənab İlyas Serkis məsələni Müəmmər Qəzzafinin özü ilə araşdırmaq qərarına gəldi. Lakin o bu işə müvəffəq olmadı. Çünki telefonda bildirilirdi ki, bu nömrə vasitəsi ilə Qəzzafi ilə əlaqə saxlamaq olmaz, başqa bir nömrə yığın. Amma başqa nömrə ilə də əlaqə saxlamaq mümkün deyildi...
    Bu müəmmalı hadisə baş verdikdən sonra Liviya dövləti suallar qarşısında sükut etdi. Cavab verməyə məcbur olduqdan sonra Liviya dövlət nümayəndələrinin bütün cavabları ziddiyyətli idi. Hətta Qəzzafinin cavablarında və 1978-ci il sentyabrın 18-ində Liviya dövlətinin rəsmi bəyanatında da ziddiyyətlər gözə dəyirdi. Bizim burada həmin mövzu barədə geniş söhbət etmək imkanımız yoxdur. (Geniş məlumat almaq üçün müraciət edin: "İmam Musa Sədrin oğurlanma sirləri”, s.15) Başqa bir tərəfdən, İtaliyanın bütün mühakimə orqanları baş vermiş hadisənin aydınlaşması üçün 1978-ci il sentyabrın üçü öz araşdırma vasitələrindən geniş şəkildə istifadə edir və belə bir nəticəyə gəlir: İmam Musa Sədr və onun yoldaşları Liviyadan nə hava xətti ilə və nə də başqa heç bir nəqliyyat vasitəsi ilə bu ölkəyə gəlməmişdir. İtaliya dövləti rəsmi şəkildə bu mövzunu Livan dövlətinə və şiələrin ali məclisinə bəyan etdi. Livanın təhlükəsizlik orqanlarının araşdırmaları da bu nəticəyə gəlmişdi. 1980-ci il fevral ayının 15-də Liviya rəhbərləri öz təhlükəsizlik orqanlarının saxta məlumatlarına istinad edərək İtaliya məmurlarından bu istiqamətdə araşdırmalar aparılmasını istədilər. İtaliyanın məhkəmə orqanları növbəti dəfə geniş araşdırmalar aparıb, öncəki qərarlarını bir daha təsdiqlədilər. Onlar Liviya təhlükəsizlik orqanlarını saxtakarlıqda ittiham etdilər.
    Livan şiələrinin ali məclisinin rəis müavini mərhum Şeyx Muhəmməd Mehdi Şəmsuddin ilk mətbuat konfransında bu tarixi cinayətin məsuliyyətini Qəzzafinin öhdəsinə qoydu. Livan şiələrinin ali məclisi müxtəlif bəyanatlarla həmin fikri bildirirdilər. Həmçinin bəzi ərəb ölkələrinin başçıları da bu hadisənin məsuliyyətinin Qəzzafinin üzərində olduğunu bildirdilər.
    Əks-əməllər
    İmam Musa Sədrin oğurlanma səbəbi dünyaya yayılarkən İslam dünyasını nigarançılıq və iztirab bürüdü. Onu azacıq tanıyan millətlər kədərləndilər. Məsihilər və müsəlmanlardan ibarət Livan xalqını həyəcan bürüdü, bu ölkənin bütün şəhər və qəsəbələrində etiraz aksiyaları başlandı. Livanın müxtəlif nöqtələrində, o cümlədən Bəəlbək, Sur, Seyda, Beyrut, Trablos kimi şəhərlərdə mitinqlər və yürüşlər başlandı. Belə yürüş və mitinqlər bu ölkədə çox az görünmüşdü. Təkcə Sur şəhərində yürüşlərdə 100 min nəfərdən çox iştirakçı var idi. Qadın və kişi, qoca və cavan, yaşlı gözlərlə və kədərli simalarla öz imamlarından ayrı düşdükləri üçün çox narahat idilər. Onlar heç cür sakitləşə bilmirdilər.
    Həzrət imam Xomeyni (r) həmin vaxtlar Nəcəfi-Əşrəf şəhərində olurdu. O bu acı xəbəri eşidən kimi yubanmadan Yasir Ərəfata teleqraf vurdu. Teleqrafın mətni belədir:
    Rəhman və rəhim Allahın adı ilə.
    Fələstin azadlıq təşkilatının icraçı komitəsinin rəisi cənab Yasir Ərəfat!
    Livan şiələri məclisinin rəisi cənab höccətul-İslam seyid Musa Sədrin vəziyyəti haqqında heç bir məlumatım yoxdur. Bu mənim nigarançılığıma səbəb olur. Sizdən xahiş edirəm ki, mümkün qədər tez onun harada olmasından xəbər tutasınız. İslam hədəflərinə çatmaqda tövfiq əldə etməyinizi istəyirəm.
    Ruhullah Musəvi Xomeyni.” ("Səhifeye-imam”, c.3, s.458)
    Həmin vaxtlar Suriyada Fələstin məsələsi ilə bağlı Hafiz Əsədin başçılığı ilə "Səmud” konfransı keçirilirdi. Həzrət imam Xomeyni (r) cənab Hafiz Əsədə də teleqram vurdu. Uyğun teleqramın mətni belədir:
    Rəhman və rəhim Allahın adı ilə.
    Salamımı təqdim etdikdən sonra!
    Mən cənab höccətul-İslam Musa Sədrin itməsindən nigaranam. Sizdən xahiş edirəm ki, bu məsələni Fələstin hadisəsi ilə bağlı toplanmış ölkə başçıları ilə müzakirəyə qoyasınız və onların səylərini bu məsələyə yönəldəsiniz. Biz və İran xalqı bu əsrdə Amerikaya arxalanaraq milləti diktatorluq alovunda yandıran, kütləvi qırğınlar edərək, bütün azadlıqlardan məhrum edən bir rejim altındayıq. Biz İslam dövlətlərinin başçılarından günahsız İran millətinin azadlığı üçün kömək istəyirik. Sizin müsəlman qardaşlarınız şahın zülümkar məmurlarının ayaqları altında əzilmişlər. İranın əksər mühüm şəhərlərində mövcud olan hərbi hökumət milləti cana gətirmişdir.
    İslam peyğəmbərindən (s) nəql olunmuş hədisə əsasən məzlum milləti müdafiə etmək gücündə olan bütün insanlar və rəhbərlər məsuliyyət daşıyırlar.”
    Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.”
    Ruhullah Musəvi Xomeyni (Həmin mənbə, c.2, s.479)
    Qum, Nəcəf və Məşhədin əzəmətli təqlid mərcələri, islami təşkilatlar, xaricdə təhsil alan tələbələr, siyasi, mədəni, dini və məzhəbi şəxsiyyətlər tərəfindən bütün dünya boyunca müxtəlif teleqraflar Liviya, Əlcəzair və Suriyaya sel kimi axmaqda idi. Həzrət imam Xomeyni (r) hər bir fürsətdə uyğun məsələyə qayıdırdı. Liviya dövləti imamı bu ölkəyə dəvət etdikdə o bu dəvəti qəbul etmir və hər şeyi imam Musa Sədrin itməsi ilə izah edir.("Şəfəq rəngi ilə təmas”, s.234)Həmçinin Qəzzafi İrana gəlmək istəyərkən bəziləri onun imam Xomeyni (r) ilə görüşü üçün zəmin yaratmağa çalışırdılar. Lakin imam onu qəbul etməyib belə buyurdu: "Hələ cənab Musanın məsələsi aydınlaşmayıb, mən onu necə qəbul edim?!” Buna görə də Qəzzafi İrana gedə bilmədi.("Nameye-mufid”, nömrə 16, s.26)
    Höccətül-İslam Seyid Kazim Xansari Liviya dövlətinə İran İslam respublikasının ilk səfiri kimi ezam olunarkən həzrət imam Xomeyni (r) onu çağırıb, təkidlə bildirdi ki, əgər cənab Musa haqqında məlumat əldə edərsə dərhal, bilavasitə mənə xəbər versin. İmam ona bildirdi ki, bu haqda heç kəslə, hətta Əhmədlə də söhbət etməsin.("Şiənin izzəti”, s.15)Amerikanın Tehrandakı səfirliyi ələ keçirildikdə Livanın tanınmış məsihilərindən olan Ğəssan Toini girovların imam Musa Sədrlə əvəz olunmasını təklif edir. İmam Xomeyni (r) onun təklifini qəbul edir. Lakin...(Həmin mənbə)
    Həyat müjdəsi
    İmam Musa Sədr və onun iki yoldaşı h.q. 1357-ci il iyun ayının doqquzu günortadan sonra (hicri-şəmsi, 1398, ramazanın 25-i; miladi, 1978 Avqustun 31-i) Qəzzafinin görüşünə getmək məqsədi ilə Liviya dövlət maşınlarına minmək üçün Əş-şati mehmanxanasından xaric olarkən bir neçə an mehmanxananın qarşısında göründükdən sonra oğurlandılar. Bu tarixdən təxminən otuz ilə yaxın bir vaxt keçir. Bu otuz il ərzində imam Musa Sədrin şəhadət və ya vəfatını bildirən heç bir sənəd yoxdur. Əksinə, bu mücahid fəqihin ərəb dünyasının İslam mübarizləri və alimləri ilə birgə Liviya zindanlarında əsirlik həyatı yaşaması haqda dəlillər var. Burada uyğun dəlillərdən bir neçəsinə işarə edirik:
    1. Hicri-şəmsi 1357-ci ilin bəhmən ayında Monte-karlo radiosu Amerikanın xarici işlər nazirliyinin orqanları tərəfindən bildirdi ki, imam Musa Sədr yaşayır və Liviyada həbsdədir.
    2. Hicri-şəmsi 1358-ci il tir ayında Küveytin "Əl-qəbz” qəzetində elan olundu ki, imam Musa Sədr sağdır və səhrada yerləşən Sirət şəhərinin 200 kilometrliyindəki Buhadi hərbi hissəsində həbsdə saxlanılır.
    3. Həmin ayda Küveytin "Əs-siyasət” qəzetində xəbər verildi ki, imam Musa Sədr Liviya və Çad sərhədlərinin yaxınlığındakı hərbi hissədə saxlanılır.
    4. Yenə də həmin vaxtlar "Əl-vətənul-ərəbi” jurnalı bəzi ərəb diplomatlarının açıqlamalarına əsaslanaraq imam Musa Sədrin diri olması xəbərini təsdiqləyib, onun Çad sərhəddinin yaxınlığında və Səbhanın cənub qərbində yerləşən hərbi hissədə həbsdə saxlandığını bildirdi.
    5. Hicri-şəmsi 1358-ci ilin azər ayında Fələstinin "Əs-surə” qəzeti Yasir Ərəfatın sözlərinə və başqa on dörd dəlilə əsaslanaraq İmam Musa Sədrin Liviyada saxlanılmasını elan edərk bu işdə Qəzzafini ittiham etdi.
    6. Hicri-şəmsi 1359-cu ilin şəhrivər ayında İspaniyanın "Əl-faiz” qəzeti Suriya və Əlcəzairin bəzi orqanlarına əsaslanaraq belə yazmışdı: İmam Musa Sədr bu ilin fərvərdin ayında Əlcəzair sərhəddinin yaxınlığındakı hərbi hissədə saxlanılırdı. Qəzetdə bildirilirdi ki, Livanın "Ən-nəhar” qəzetinin rəisi və bu ölkənin BMT-dəki daimi nümayəndəsi Ğəssan Toini amerikalıların imam Musa Sədrlə Tehrandakı amerikalı girovların dəyişdirilməsi təklifini İslam respublikasının orqanlarına xəbər verib.
    7. Həmin ay Fransanın Luksenburq radiosu imam Musa Sədrin Əlcəzair sərhədləri yaxınlığındakı hərbi hissədə saxlandığını xəbər verdi.
    8. Hicri-şəmsi 1359-cu il azər ayında Küveytin "Əl-ənba” qəzetində xəbər verildi ki, imam Musa Sədr yaşayır və Liviyada həbsdə saxlanılır.
    9. Hicri-şəmsi 1361-ci ilin isfənd ayında "Əd-dəstur” jurnalında İranın Liviyadakı konsulunun adından bildirilirdi ki, Afrika ölkəsi olan Qana vətəndaşlarından bəziləri 1359-cu ilin isfənd ayında imam Musa Sədri Çad sərhəddinin yaxınlığında və Səbha məntəqəsində yerləşən hərbi hissədə görmüşlər.
    10. Hicri-şəmsi 1361-ci ilin fərvərdin ayında Səudiyyə Ərəbistanının "Əl-mədinə” və "Ukkaz” qəzetlərində bildirilirdi ki, İmam Musa Sədr ən azı h.q. 1360-cı ilin ortalarına qədər Liviyada həbsdə olmuşdur.
    11. 1364-cü ilin fərvərdin ayında "Əl-vətənul-ərəbi” jurnalının baş redaktoru jurnalda bildirirdi ki, ərəb diplomatları və Liviyanın bəzi müxalif şəxsiyyətlərinin bəyanatlarına əsasən, imam Musa Sədr h.q. 1359-cu ilin ortalarında Liviyanın mərkəzindəki "Fəzan” səhrasından Trablos şəhərindəki "Babul-əziziyyə” hərbi hissəsinə aparılmışdı.
    12. Hicri-şəmsi 1365-ci ilin tir ayında "Əş-şərqul-ovsət” qəzetində Livanın Seneqaldakı səfiri tərəfindən nəql olunurdu ki, bu ölkənin rəhbərlərinin dediyinə görə imam Musa Sədr diridir və Liviyada həbsdədir.
    13. Hicri-şəmsi 1366-cı ildə amerikalı müxbir Piter Sereva "İmam Musanın sirli şəkildə itməsi” adlı kitabında Mişel Karin adlı ingilis müxbirinin verdiyi məlumatların üzərindən pərdə götürərək bildirir ki, imam Musa Sədr h.q. 1360-cı ilin axırlarında Liviyanın cənub şərqində, Kəfra şəhərində yerləşən bir məhəllədə saxlanılırmış. O Liviya dövlətinin bəzi vəzifəli şəxslərinin bəyanatlarına əsasən yazmışdır ki, cinayətin faş olmaması üçün onun yeri tez-tez dəyişdirilirdi.
    14. Hicri-şəmsi 1367-ci ilin qış aylarında Avropa və Livan mətbuatı yazırdı ki, Fransada yaşayan əksinqilabçı İran vətəndaşı Mehdi Ruhani adlı bir şəxsin Avropanın bəzi agentliklərindən aldığı məlumatlara görə, İmam Musa Sədr diridir və o yaxın gələcəkdə azad olunacaqdır. O İmam Musa Sədrin qardaşı mərhum Ayətullah Seyid Rza Sədr üçün qısa bir film göndərdi. Bu qısa kadrda imam Musa Sədr ruhani libasında, saqqalı ağarmış halda, zindan qoruyucularının arasından keçərkən lentə alınmışdı.
    15. Hicri-şəmsi 1371-ci ilin şəhrivər ayında "Əl-həyat” qəzeti Liviya mənbələrinə əsaslanaraq belə yazırdı: İmam Musa Sədr diridir. O Kəfra hərbi hissəsində həbsdə saxlanılır.
    16. Liviyanın insan hüquqları müdafiəsi təşkilatı h.q. 1379-cu ildə keçirdiyi illik hesabatında Ərəb, Afrika və Avropa dövlətlərinin beynəlxalq təşkilatlarını imam Musa Sədrin oğurlanma məsələsini araşdırmağa və onun aqibətinin təyin olunması üçün səy göstərməyə çağırdı.
    17. H.q. 1380-cı ilin ordibehişt ayının 13-də Liviyanın Milli Nicat Cəbhəsi dünyanın internet şəbəkələrində belə elan etdi: h.q. 1376-cı ilin axırlarında Trablos şəhərindəki Əbu-Səlim zindanının məhbuslarından bəziləri imam Musa Sədri görmüşlər; imam Musa Sədr ötən ramazan ayından bir az əvvəl başqa yerə aparılmışdır...
    İmam Musa Sədrin qüdrətli vücudu Livanın və İslam dünyasının ictimai-siyasi səhnəsində İslam məzhəbləri və İslamla məsihiyyət arasında vəhdət simvolu oldu. Buna görə də daim ixtilaf, təfriqə səbəbi olanlar onu İslam ümmətindən aldılar. Onların mühüm hədəflərindən biri də bu idi ki, yenidən, əvvəlcə Livanda, sonra İslam dünyasında parçalanma və ixtilaf yaratsınlar. Sonda Allahdan istəyirik ki, tarixin bu böyük insanını yenidən ümmətə qaytarsın ki, İslam və bəşəriyyətin düşmənləri arzularını özləri ilə qəbrə aparsınlar. "Vəllahu əla kulli şəyin qədir.”
    Son söz
    Təxminən otuz ildir ki, imam Musa Sədrin faydalı və dəyərli vücudu İslam ümmətindən alınmışdır. Hələ də müsəlmanlar, hətta pakfitrət məsihi və yəhudilər də mübariz şiə ruhanisinin ayrılığında əzab çəkirlər. Onlar hələ də möhkəm qamətini görmək, vəhdət yaradan və hikmət dolu səsini eşitmək arzusu ilə saniyələri sayırlar. Lakin bir şey bu böyük müsibətin ağırlığına dözməyi ümmət üçün asanlaşdırır: Tarixin böyük insanının düşüncə və amalları bu gün müxtəlif İslam cəmiyyətlərində gerçəkləşməkdədir. Onun məktəbinin övladları bu gün Livanda həqiqi yetkinliyə çatmışlar. Onlar müqəddəs hizbullah qiyafəsində fəaliyyət göstərirlər. Bütün bunlar imam Musa Sədrin istədikləri idi.
    Bu yazının son sözü kimi öz yerini tutan, İslam respublikasının banisi həzrət imam Xomeyninin (r) dürrəfşan kəlamı imam Musa Sədr məktəbinin övladlarına və İslam ümmətinə qəlb aramlığı verə biləcək həqiqətlərdəndir. İmam Xomeyni (r) bu kəlamları İmam Musa Sədrin möhtərəm ailəsinin hüzurunda buyurmuşdur. Biz burada uyğun kəlamın bir hissəsini nəzərdən keçiririk:
    "...Bütün məsələlərə asanlıq gətirən budur ki, biz, bizim millətimiz və cənab Sədr məktəb yolunda bir çətinliyə düçar olmuşuq... Söhbət vəzifədən getdiyi vaxt bilirik ki, vəzifəmiz İslama xidmət göstərməkdir. Bu vəzifənin icrasında azca müvəffəq olsaq, bu əsil xeyirin fövqündə olan bir xeyirdir. Müvəffəq olmasaq yenə əsil xeyirə çatmışıq. Xeyrimiz budur ki, biz İslama xidmət və məktəb yolundayıq... Hələ də deyirlər ki, cənab Sədr Liviyadadır. Deyirlər şahidlər var. Bu işin özü məktəb və İslama xidmətdir. Onun hər dəqiqəsi ibadət sayılır. Bizim üçün də gördüyümüz işlər və baş vermiş hadisələr asan gəlməlidir. Çünki bütün bu işlər İslam yolundadır və biz xəbərdarıq ki, həzrət Peyğəmbər (s) başda olmaqla Allahın övliyaları bütün ömürlərini əziyyətdə keçirmişlər. Ondan sonrakı məsum imamlar da əzab-əziyyətə düçar olmuşdur. Onların bir günü də xoş keçməmişdir.
    Hər halda bu həyat tərzi İslam övliyalarının öncədən yaşadığı bir ənənədir. Onlar əqidələri yolunda həbsə düşmüş, öldürülmüş, əzab-əziyyət çəkmişlər. O yol elə bir yoldur ki, Allahın bütün övliyaları o yolu gedə bilər. İslamdan əvvəlki övliyalar da belə olmuşlar. Onlar rifah içində yaşamamışlar. Əgər peyğəmbərlərin tarixini dəqiq izləsəniz, onların ağır bir mücahid yolu keçdiyini görəcəksiniz. Lakin öz məqsədləri uğrunda çalışdıqları üçün bütün ağrılar onlara xoş idi...”("Səhifeyi-Nur”, c.13, s.49)
    Vəssəlam.
    Dövrün musalarının zamanın fironlarına qalib gəlməsi ümidi ilə!
    Əbdür Rəhim Əbazəri
    Category: Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 500 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019