İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:24 AM



    BE’SƏT - HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYƏ ÇATDIĞI DÖVR
    Bu fəsildəki söhbətlərə başlamazdan qabaq həzrət Peyğəmbərin be’sətinə nəzər salmaq lazım gəlir. Yalnız bundan sonra be’sət məsələsində mühüm payı olan həzrət Əlinin (ə) həyatını araşdırmaq olar.
    Həzrət Peyğəmbər (s) gənclik dövründən başlayaraq, adətən, həmin dövrün çirkin cəmiyyətindən kənarlaşıb, təklikdə düşüncə və ibadətə məşğul olardı. Həzrət yaranış nizamı, təbiətin ümumi qanunları, varlıq aləminin sirlərini mütaliə edərdi. Qırx yaşına çatdıqda özünə ibadət yeri seçdiyi Həra dağında əbədiyyət şö’lələri onun daxilini işıqlandırdı və onun üçün varlıq aləminin sirlərinə pəncərə açıldı. Dili həqiqətlərin açıqlanması üçün hərəkətə gəldi və həzrət xalqın hidayəti üçün əmr aldı. Həzrət Məhəmməd (s) gördüyü hər şeydən həqiqət qoxusu duyur, harada olurdusa həqiqət axtarırdı. Qəlbində fəryad qopmuş bu insanın dili sükuta qərq olmuşdu. Amma onun ilahi siması belə bir həqiqətdən danışırdı.Könlümün qatında bilməm olan nə,
    Mən aram durmuşkən o ağlar yenə.

    Həzrət arabir sirrini Xədicəyə açar, başqalarındansa gizləyərdi. Xədicədə öz növbəsində ona ürək-dirək verərdi. Bir müddət belə ötüşdü. Nəhayət, bir gün həzrət Həra dağında bir avaz eşitdi: «Ey Məhəmməd oxu!» Həzrət: «Nə oxuyum», deyə soruşdu. Deyildi: «Yaradan Rəbbinin adı ilə oxu; o insanı laxtalanmış qandan yaratdı; oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir; O Rəbbin ki, qələmlə öyrətdi; o Rəbbin ki, insana bilmədiklərini tə’lim etdi.»(«Ələq» surəsi, ayə 1-5.) İlahi nur qeyb aləmindən onun könül fəzasına süzüldüyü vaxt həzrətin vücudu lərzəyə gəldi və o, dağdan uzaqlaşdı. Hara baxırdısa həmin nurun cilvəsini görürdü. İztirablı və heyran vəziyyətdə evə gəldi. Bədəni yarpaq tək əsirdi. Xədicəyə «məni bürü», dedi. Xədicə onu bürüdü və həzrət yuxuya getdi. Yuxudan oyandıqda həzrətə belə bir ayə nazil oldu: «Ey libasına bürünmüş; qalx (qövmünü) qorxut; öz Rəbbini uca tut; libasını pak et; əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş; etdiyini çox bilib bir kəsə minnət qoyma; Rəbbinin razılığını qazanmaq üçün səbr et.»(«Müddəssir» surəsi, ayə 1-7.)
    Amma belə bir də’vəti aşkarlamaq asan iş deyildi. Çünki bu də’vət ərəb və sair millətlərin e’tiqadlarına zidd idi. Bu də’vət dünya xalqlarının, ən əsası isə ərəblərin ictimai, dini və ideoloji müqəddəsliklərini təhqir edirdi. Bu səbəbdən də yaxından-uzaqdan bu barədə eşidənlər, hətta yaxın qohum-əqrəba həzrətə qarşı müxalifət bayrağı qaldırıb, ona tə’nə vurmağa, istehza etməyə başladılar.
    Bütün bu müddət ərzində həzrətin ilahi cazibəyə bürünmüş mübarək vücudu bu misilsiz və böyük əta müqabilində Allah dərgahına sitayiş edirdi. Əlinin (ə) iri və dolu gözləri Peyğəmbərin (s) halını heyranlıqla müşahidə edirdi. Həzrət Məhəmməd (s) Peyğəmbərliyə çatdığı ilk andan on yaşlı həzrət Əli (ə) İslamı qəbul etmiş, Peyğəmbərə (s) müt’i olmuşdu. Həzrət Əli (ə) Peyğəmbərin də’vətini qəbul etmiş ilk kişidir. Bütün sünni tarixçiləri və mühəddisləri bu həqiqəti təsdiq edirlər. Mühibbəddin Təbəri «Zəxairul-üqba» əsərində Ömərin dilindən yazır: «Əbu-Übeydə, Əbu-Bəkr və başqaları ilə birlikdə olduğum vaxt həzrət Peyğəmbər (s) əlini həzrət Əlinin (ə) çiyninə qoydu və buyurdu: «Ya Əli, mö’minlər arasından iman gətirmiş ilk şəxs sənsən. Müsəlmanlardan birincisisən ki, İslamı seçdin. Harun Musa üçün hansı məqamda idisə, sən də mənim üçün həmin məqamdasan». («Zəxairul-üqba» səh. 58) Təbəri öz əsərində belə bir qeyd edir: «Həzrət Peyğəmbər (s) bazar ertəsi günü peyğəmbərliyə məb’us oldu və Əli bir gün sonra İslamı qəbul etdi. Süleyman Bəlxi «Yənabiul-məvəddət» əsərinin on ikinci fəslində Ənəs ibn Malikdən nəql edir ki, həzrət Peyğəmbər (s) belə buyurdu: «Mələklər yeddi il mənə və Əliyə (ə) salam göndərdilər. Çünki həmin yeddi ildə yalnız mənim və Əlinin (ə) dilindən Allahın birliyinə şəhadət kəlmələri səmaya ucalırdı».
    Həzrət Əli (ə) Müaviyənin qürrələnməsinə cavab olaraq ona göndərdiyi şe’rdə İslama ilkin gəlişin ona məxsus olduğuna işarə edir.(«Füsulul-mühimmə» səh. 16)Körpə olmağıma baxmayaraq mən
    İslama üz tutdum hamıdan öndən.

    Həzrət Peyğəmbər Allahın əmri ilə öz qohum-əqrəbasını bir yerə yığıb, onları İslama də’vət etdiyi vaxt on yaşlı həzrət Əlidən (ə) savay kimsə bu də’vətə müsbət cavab vermədi. Həzrət Peyğəmbər elə həmin məclisdə Əlinin (ə) imanını qəbul etdi və məclis əhlinin hüzurunda onun canişinliyini təsdiqlədi. Hadisə belə baş verdi:
    «Ən yaxın qohumlarını qorxut» («Şüəra» surəsi, ayə 214.) ayəsi nazil olduğu üçün həzrət Peyğəmbər (s) Əbdül-Müttəlibin övladlarını Əbu-Talibin evində bir yerə topladı. Məclisdə qırxa yaxın adam vardı. Həzrət öz də’vətinin həqiqət olduğunu sübuta yetirmək üçün onlara mö’cüzə göstərməli idi. Həzrət məclisdəkilər üçün bir qoyun budu, on sir (1 sir=75 qram) buğda və üç litr süddən qida hazırlanmasını göstəriş verdi. Hansı ki, məclisdəkilərdən bə’ziləri bütün bu deyilənləri bir dəfəyə yeyərdi.
    Süfrə açıldığı vaxt məclisdəkilər gülüşüb, «Məhəmməd heç bir nəfərlik də yemək hazırlamayıb» dedilər. Həzrət buyurdu: «Yeyin Allahın adı ilə». Qonaqlar süfrədə olan təamlardan yeyib doydular. Əbu-Ləhəb dedi: «Məhəmməd bu yeməklərlə sizi sehrlədi».
    Həmin vaxt Həzrət (s) ayağa qalxdı və sözünə giriş verib buyurdu: «Ey Əbdül-Müttəlib övladları, Allah-təala məni bütün xalqlar, xüsusi ilə də sizin üçün göndərmişdir. Mən sizi iki sözə də’vət edirəm. Bu sözləri demək asan, əməl etmək isə çətindir. Bu sözləri deməklə ərəb və əcəmə hakim olursunuz və bütün millətlər sizə tabe olur. Həmin iki söz vasitəsi ilə behiştə daxil olur, cəhənnəm odundan qurtulursunuz. Bu iki söz Allahın birliyinə və mənim Onun rəsulu olmağıma şəhadət verməyinizdir. Mənim bu də’vətimi qəbul edib peyğəmbərliyimə yardım göstərən və ayağa qalxan hər bir kəs mənim qardaşım, canişinim, vəzirim, varisimdir».
    Məclisə toplanmış böyük ailədən kimsə həzrətin də’vətinə müsbət cavab vermədi. Yalnız həddi-büluğ olmamış on yaşlı həzrət Əli (ə) Peyğəmbərin də’vətini qəbul etdi.
    Bəli, həzrət Peyğəmbər (s) həmin məclisdə danışdığı vaxt onun istəyinə bəsirət gözü ilə baxan, bu sözləri qəlbən dinləyən həzrət Əli (ə) ayağa qalxdı, şəhadət kəlmələrini izhar edərək dedi: «Də’vətini qəbul edirəm və çağırışına qəlbən cavab verirəm».
    Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli (ə), əyləş». Peyğəmbər (s) öz sözlərini üç dəfə təkrarladı. Amma həzrət Əlidən (ə) başqa onun də’vətinə cavab verən olmadı. Həmin an həzrət camaata müraciətlə buyurdu: «Bu (Əli), sizin aranızda mənim qardaşım, canişinim və xəlifəmdir». Bə’zi mənbələrdə bildirilir ki, həzrət Peyğəmbər (s) Əlinin (ə) özünə belə buyurdu: «Sən mənim qardaşım, vəzirim və varisimsən. Məndən sonra xəlifəm də sənsən». Əbdül-Müttəlib övladları ayağa qalxdılar, həzrətin peyğəmbərlik məsələsini məsxərəyə qoyub gülüşlə qarşıladılar. Əbu-Ləhəb Əbu-Talibə dedi: «Bundan sonra sən qardaşın oğluna və öz oğluna tabe olmalısan». Peyğəmbərin öz qohum-əqrəbasını Allah əmri ilə İslama də’vət etdiyi gün «Yəvmul-inzar» adlandırılmışdır.(«Tarixe-Təbəri» 2-ci cild, səh. 217.)
    Bə’zi sünnülər həzrət Əlinin (ə) yəvmul-inzar, eləcə də, həmin gündən qabaq iman gətirməsi məsələsini gözdən salmaq üçün deyirlər: «Həqiqətən də, Həzrət Əli (ə) hamıdan qabaq müsəlman oldu və iman gətirdi. Əbu-Bəkr və başqaları isə Əlidən sonra iman gətirdilər. Amma Əli iman gətirdiyi vaxt uşaq olduğundan, heç bir vəzifə daşımadığından, onun imanı ağıl və məntiq əsasında olmamışdır. Əli uşaqcasına təqlid edərək İslama üz tutmuşdur. Hansı ki, Əbu-Bəkr, Ömər və başqaları yaş və ağılca kamal həddində olmuş, həzrət Peyğəmbərə (s) düşüncə yolu ilə iman gətirmişlər. Şübhəsiz ki, ağıl və araşdırma yolu ilə iman gətirilməsi uşaqcasına təqlid yolu ilə iman gətirilməsindən üstündür».
    İman məsələsində Əlini başqaları ilə müqayisə etmək məntiq alimlərinin tə’birincə «Məəl-fariq» müqayisədir. Bu sayaq iradların irəli sürülməsinin səbəbi Mövləvi demişkən, insanın öz işini pakların işi ilə müqayisə etməsindən irəli gəlir. Əvvəla, yaş baxımından həddi-büluğ məsələsi əqli işlərə yox, şər’i hökmlərə aiddir. Allaha iman, Onun yeganəliyinin və risalət məsələsinin təsdiqi şər’i təklif yox, əqli işlərdəndir. İkincisi, ağıl qüvvəsinin yaş artdıqca çoxalması ümumi qanun deyil. Az yaşlı bir insanın ağıl və məntiqi qırx-əlli yaşlı insanın ağıl və məntiqindən güclü də ola bilər. Xüsusi ilə müqəddəs ruha malik olan və Allah tərəfindən yardım olan insanın ağıl və məntiqi başqaları ilə müqayisə edilə bilməz. Necə ki, həzrət İsa yeni doğulmuş körpə olduğu halda buyurdu: «Mən Allahın bir quluyam ki, mənə səmavi kitab verib və məni Peyğəmbər seçib».(«Məryəm» surəsi, ayə 30.) Allah-təala Qur’anda həzrət Yəhya haqqında buyurur: «Biz uşaq ikən ona hikmət verdik».(«Məryəm» surəsi, ayə 12.)
    Seyyid Həmiri həzrət Əlini (ə) mədh edərkən bu məsələyə toxunur:Körpəykən Yəhyaya hikmət gələn tək
    Əliyə (ə) vilayət endirdi fələk.

    Qur’ani-Kərimdə Yusifin dastanında buyurulur: «Bir şahid belə şəhadət verdi: «Əgər Yusifin köynəyi öndən cırılmışsa, qadın doğru deyir. O isə yalançılardandır».(«Yusif» surəsi, ayə 26.) Təfsirçilərin qeyd etdiyinə görə Yusifin paklığına şəhadət verən şəxs azyaşlı bir uşaq imiş.
    Üçüncüsü, həzrət Əlinin (ə) imanı başqalarının imanı kimi olmamışdır. Onun imanı pak fitrətindən qidalanmışdır. Hansı ki, başqalarının imanı küfrdən keçmiş bir imandır. Həzrət Əli (ə) hələ Məhəmmədin (s) peyğəmbərliyindən qabaq fitrətən təkallahçı olmuşdur. Həzrət özü «Nəhcül-bəlağədə» buyurur: «Mən tövhid fitrəti ilə dünyaya gəldim. İmanla və Peyğəmbərlə hicrətlə başqalarından üstün oldum».
    Həzrət Hüseyn (ə) aşura günü atasının məqamı ilə fəxr edərək Ömər ibn Sə’din qoşununa buyurur:Fatimeyi-Zəhra anamdır mənim,
    Atam döyüşlərdə düşmənə qənim.
    Qüreyş Lat-Üzzaya tapındığı vaxt,
    Atam üstün tutmuş Allahın dinin.

    Məhəmməd ibn Yusif Gənci və digər alimlər həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: «Ümmətlər arasında üç şəxs iman baxımından başqalarından irəlidədir. Onlar bir göz qırpımında Allaha müşrik olmadılar. Bu üç nəfər Əli ibn Əbu Talib, Yasin sahibi və Ali-Fir’on mö’minidir. Onlar öz imanlarında doğruçudurlar».(«Kifayətut-Talib» 24-cü bab, səh. 123)
    Dördüncüsü, həzrət Peyğəmbərin sözü və əməli bizim üçün, dəlil olmuşdur və heç bir nə üçün niyəyə yer qalmır. Çünki Allah-təala həzrət haqqında buyurmuşdur: «O, könlü, istəyəni danışmır; bu ancaq nazil olan bir vəhydir». («Nəcm» surəsi, ayə 3-4.) Əgər həzrət Əli (ə) uşaqyana bir təqlidlə iman gətirmiş olsaydı, həzrət Peyğəmbər (s) hələ həddi-büluğa çatmadığını onun nəzərinə çatdırardı. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imanını nəinki qəbul etmiş, hətta onun varisliyini, canişinliyini və xəlifəliyini xalq arasında bəyan etmişdi. Əlinin (ə) ilkin iman gətirməsi məsələsini şübhə altına alanlar əslində nə Peyğəmbəri tanımışlar, nə də Əlini!
    Eləcə də, Əlinin imanının dəyərini Allah daha yaxşı bilir. Qur’ani-Kərimdə onun imanı haqqında xoş sözlər buyurulmuşdur. Əgər tarixçilərin və təfsirçilərin bildirdiyinə görə, Abbas ibn Əbdül-Müttəlib, Şeybə ərəb adətlərinə əsasən fəxr etdiyi vaxt həzrət Əli (ə) onlardan nəyin fəxr sayılması haqqında soruşur. Abbas deyir: «Mən hacılara su vermiş, onların işlərini idarə etmişəm». Şeybə deyir: «Mən Allah evinin xadimiyəm, onun açarları məndədir». Bu məqamda həzrət Əli (ə) buyurur: «Fəxr mənə məxsusdur. Çünki mən sizlərdən çox-çox qabaq iman gətirmiş və qibləyə doğru namaz qılmışam». Bu üç şəxsin heç biri o birilərin sözünü qəbul etmədiyindən həzrət Peyğəmbərin (s) yanına gedirlər ki, kimin haqlı olduğu barədə hökm verilsin. Həmin məqamda Cəbrail ayə gətirir: «Məgər siz hacılara su verməyi və Məscidül-həramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib, bu yolda cihad etməklə eynimi tutursunuz?!» («Tövbə» surəsi, ayə 19.)
    Əksər tarixçilər təsdiq edirlər ki, Peyğəmbərin (s) də’vətinə ilk müsbət cavab vermiş və Allaha iman gətirmiş şəxs həzrət Əli (ə) olmuşdur. Sünni və şiə tarixçilərinin bildirdiyinə görə, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Mənim də’vətimi ilkin qəbul edən kəs məndən sonra canişinim olacaq». Bu məsələni sünnə əhlinin nə üçün qəbul etmədiyini onların özündən soruşmaq lazımdır. Biz söhbətimizin beşinci hissəsində bu barədə daha ətraflı danışacağıq.
    Ən əhəmiyyətli və maraqlı budur ki, Əlinin (ə) müsəlmanlığı və imanını başqalarının müsəlmanlığı ilə müqayisə etmək olmaz. Çünki həzrət yalnız zahirən və ya Peyğəmbərlə qohum olduğu üçün iman gətirməmişdi. Həzrət Əli (ə) lap uşaq çağlarından həqiqət aşiqi olmuşdu. O, haqla üzbəüz dayandığı vaxt hər şeyi unudardı. Bu səbəbdən də haqqın zühur yeri olan Peyğəmbər (s) qarşısında fani olmuş, onun dinini yaymaq yolunda öz fədakarlığını son həddə çatdırmışdı.
    Çəkinmədən deyə bilərik ki, həzrət Peyğəmbərin Əlidən (ə) fədakar yaxını olmamışdı. Həzrət Əlinin (ə) İslam yolundakı fədakarlıqlarını kimsə inkar edə bilməz. O ən çətin məqamlarda canını Peyğəmbərə (s) sipər etmiş və belə bir fədakarlığı qəlbən qəbul etmişdir.
    İslamın tülu etdiyi ilk gündən həzrət Peyğəmbər hər gün Qüreyş müxaliflərinin maneələri ilə üzbəüz olmuşdur. Qüreyş hər vasitə ilə Peyğəmbərə əzab-əziyyət verməyə çalışırdı. Be’sətdən sonra Məkkədə olduğu on üç ildə Əbu-Ləhəb kimi yaxın qohumları tərəfindən də olmazın əziyyətlərinə mə’ruz qalan Peyğəmbəri həzrət Əli (ə) kölgə tək izləyərək qorumuş, onu müşriklərin, Məkkə bütpərəstlərinin fitnələrindən uzaqlaşdırmışdır. O, Peyğəmbərlə olduğu vaxtlarda isə Allah rəsulunu incitməyə cür’ət etməzdilər.
    Gizli və aşkar də’vət dövrlərində həzrət Əli (ə) heç bir fədakarlıqdan çəkinməzdi. Həzrət Peyğəmbər (s) də öz də’vətini günbəgün itiləşdirir və xalqı açıq-aşkar Allaha doğru çağırır, bütpərəstlikdən çəkinməyə də’vət edirdi. Nəticədə Qüreyşin bə’zi qadın və kişiləri doğru yolu tutub, müsəlman oldular. Bir neçə Qüreyşinin İslamı qəbul etməsi o birilərinə ağır gəldi və Peyğəmbəri incitməkdə daha çox sə’y göstərməyə başladılar.
    Əbu-Cəhl, Əhnəz ibn Şəriq, Əbu-Süfyan, Əmr As, Ömər ibn Xəttab, Əbu-Ləhəb həzrət Peyğəmbərin (s) ən böyük düşmənlərindən idilər. Onlar açıq-aşkar Əbu-Talibdən tələb edirdilər ki, Peyğəmbəri himayə etməsin və onu Qüreyşin ixtiyarına versin. Amma Əbu-Talib ömrünün son günlərinədək Peyğəmbəri himayə etdi və onun əqidəsinin genişləndirilməsi yolunda əlindən gələni əsirgəmədi.
    Sərt tə’qiblər sayəsində həzrət Peyğəmbər (s) öz qohumları və yaxınlarından bir qrupu ilə üç il Şi’be Əbu-Talibdə ((Bir dərə adı)) gizləndilər və özlərini aşkar etmək, açıq ibadət imkanından məhrum oldular.
    Bütün bu çətin mərhələlərdə həzrət Əli (ə) həzrət Peyğəmbərlə birlikdə idi. Bu iki insan bir-birinə ruhən və əxlaqi baxımdan o qədər bağlanmışdılar ki, onları ayrılıqda təsəvvür etmək mümkünsüz olmuşdu.
    İslamın zühuru Məkkədə bu sayaq maneələr və problemlərlə üzləşdiyindən ilk on üç ildə elə bir inkişaf əldə olunmadı. İslamın inkişafı üçün yol tapmaq, münasib mühit axtarmaq zəruri olmuşdu. Bütün bu axtarışlar nəhayətdə həzrət Peyğəmbərin (s) hicrəti ilə nəticələndi. Həzrətin hicrəti haqqında növbəti fəsillərdə danışacağıq.


    HİCRƏTDƏ ƏLİNİN (Ə) ROLU

    Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti üçün şərait yaradan səbəblərdən biri həmin şəhərdə İslamın yayılması idi. Ərəb qəbilələri Mədinədən Məkkəyə ticarət üçün gəldikləri vaxt həzrət bu adamlarla görüşüb, onları İslama də’vət edirdi. Həzrətin təbliğatı müsbət nəticələr verirdi. Əbu-Talibin vəfatından sonra Mədinədən Məkkəyə gəlmiş Ovs qəbiləsindən bir dəstə adam həzrət Peyğəmbərlə görüşdü. Onlardan altısı İslam dinini qəbul etdi, Mədinəyə qayıtdıqdan sonra şəhər əhlini İslama də’vət etməyə başladı.
    Bir müddət sonra Mədinənin yetmişdən çox qadın və kişisi Məkkəyə gəlib, müsəlmanlığı qəbul etdilər. Beləcə, Mədinədə İslam dini sür’ətlə yayılmağa başladı. Mədinə mühitində Qüreyşin müxalifliyi, əzab-əziyyəti kimi maneələr olmadığından bu şəhər İslamın yayılması üçün daha münasib görünürdü. Həzrət Peyğəmbər ardıcıllarından bir qrupuna göstəriş verdi ki, Məkkə müşriklərinin şərindən qurtarmaq üçün Mədinəyə mühacirət etsinlər. Onlar da aşkar və gizli şəkildə Mədinəyə üz tutdular və həmin şəhər əhli tərəfindən mehribanlıqla qarşılandılar.
    Digər bir tərəfdən həzrət Peyğəmbər (s) özü də Mədinəyə köçməyə meyl göstərirdi. Amma o məs’uliyyət daşıdığı bir yeri Allahın icazəsi olmadan tərk edə bilməzdi. Elə bu məqamda baş vermiş hadisə həzrət Peyğəmbərin (s) Mədinəyə hicrəti üçün şərait yaratdı. Bu səbəbi Mədinəyə mühacirətin əsas səbəbi saymaq olar.
    Mədinədə İslam dininin yayılmasından, eləcə də, bir qrup müsəlmanın həmin şəhərə hicrət etməsindən xəbər tutan Qüreyş qorxurdu ki, İslam dini həmin şəhərdə qüvvətlənib, sonradan onlar üçün təhlükə mənbəyinə çevrilə. Ona görə də bütün ehtimal olunan təhlükələri aradan qaldırmaq üçün həzrət Peyğəmbərin (s) işini bitirmək və ondan birdəfəlik yaxa qurtarmaq qərarına gəldilər.
    Amma bu məqsədi həyata keçirmək bir o qədər də asan deyildi. Çünki həzrət Peyğəmbər Əbdül-Müttəlib ailəsindən idi və onun həyatına qəsd edilsəydi, haşimi cavanları qılınca sarılıb intiqam alası idilər. Bəs nə etmək olardı?
    Qüreyş başçıları xəlvəti görüşüb uzun-uzadı müzakirələrdən sonra belə bir nəticəyə gəldilər ki, hər qəbilədən yaxşı bir döyüşçü seçilsin və bu dəstə gecə yarı həzrət Peyğəmbərin (s) evinə hücum edib onu yatağındaca qətlə yetirsin. Əgər belə olsaydı, bəni-Haşim bütün ərəb qəbilələri ilə savaşa qalxa bilməzdi. Beləcə, həzrət Peyğəmbərin qanı yerdə qalardı.
    Bu şeytani plan Peyğəmbərin məxfi şəkildə aradan götürülməsi üçün cızılmış qəti bir qərar idi. Amma Həra dağında öz camal nurundan həzrət Məhəmmədin (s) vücuduna pay vermiş, onu heyrət işığında qərq etmiş Allah-təala həzrətin işıqlı həqiqət axtarışında olan qəlbini Qüreyşin bu qərarından xəbərdar etdi. Allahın izni ilə həzrət gecə Məkkədən Mədinəyə üz tutdu.(«Ənfal» surəsi, ayə 30.)
    Amma Qüreyş kafirlərinin bu hicrətdən qəflətdə qalması üçün bir tədbir görmək lazım idi. Bundan ötrü Həzrətin yatağında kimsə yatmalı, onun yerini boş qoymamalı idi. Peyğəmbərin yatağına uzanıb, özünü Qüreyş təcavüzkarlarının şəmşiri qarşısında kim qoya bilərdi?
    Məhz bu məqamda uyğun hadisənin qəhrəmanı özünü göstərməyə başlayır. Bu şir ürəkli qəhrəman yalnız həzrət Əli (ə) ola bilər. Tarix onun oxşarını görməmiş və gələcəkdə də görməyəsidir.
    Həzrət Peyğəmbər Əlini (ə) tanıyırdı və onun imanından, ixlasından xəbərdar idi. Həzrət üzünü ona tutub buyurdu: «Ya həzrət Əli (ə), Allahın əmri budur ki, Məkkəni tərk edək və Mədinəyə üz tutaq. Amma bu hicrət adi bir səfər deyil. O məhrəmanə və gizli olmalıdır ki, Qüreyş kafirləri bundan xəbər tutmasınlar. Onlar qərara gəliblər ki, bu gecə məni yatağımda qanıma qəltan etsinlər. Onları qəflətdə qoymaq üçün mənim yatağım boş olmamalıdır. Yatağımı boş görüb məni tə’qib edə bilərlər. Allahın əmri budur ki, mənim yatağımda yatasan və mən gizli şəkildə mühacirət edim».
    Həzrət Peyğəmbər (s) sözünü bitirməmiş həzrət Əli (ə) onun də’vətini can-dildən qəbul etdi və dedi: «İtaət edirəm, ya Rəsuləllah. Bu işə görə çox şadam və şükr edirəm».
    Həzrət buyurdu: «Sənə olduqca təhlükəli bir iş tapşırılıb. Çünki Qüreyş kişiləri gecə mənim evimə tökülüşəcək və yatağımı yalın qılınclarına tutacaqlar. Sən isə həmin yataqda yatmaq istəyirsən!»
    Həzrət Peyğəmbər mövcud təhlükə barədə nə qədər xəbərdarlıq edib bu təhlükənin ciddiliyini Əlinin (ə) nəzərində canlandırmaq istəsə də, Əmirəl-mö’mininin (ə) şadlığı daha da artdı. Nəhayət, o dilləndi: «Ya rəsuləllah, məgər ölüm və öldürülməkdən savay bir şey varmı? Bundan böyük səadət ola bilərmi ki, mən Allahın əmri ilə öz canımı sənin dininin yayılması yolunda fəda edim?»
    Əlinin (ə) haqq və həqiqət yolundakı canfəşanlığını görən Peyğəmbərin mübarək gözləri yaşardı. Elə bu halda da Əlini (ə) qucaqlayıb öpdü, onunla vidalaşıb ayrıldı. Həzrət Peyğəmbər Məkkədən mühacirət etdi. Bu hicrət be’sətin on üçüncü ili, rəbiül-əvvəl ayına təsadüf etmişdir.
    Həzrət getdikdən sonra iyirmi üç yaşlı Əli Peyğəmbərin yataq paltarını geyib onun yerində uzandı və təhlükəli hadisənin baş verəcəyi anı gözlədi.
    «Füsulul-muhimmə», «Kifayətut-Talib» və digər kitablarda yazılır ki, həzrət Əli (ə) həzrət Peyğəmbərin (s) yatağına uzandığı vaxt Allah-təala Cəbrail və Mikail mələklərinə buyurdu: «Mən sizi bir-birinizə qardaş etdim. Birinizin ömrünü o birinin ömründən uzun qərar verdim. Hansınız hazırsınız ki, ömrünüzün artıq hissəsini o birinizə bağışlayasınız?» Ərz etdilər: «Pərvərdigara, bu işdə azadıq, yoxsa məcbur?!» Allah buyurdu: «Azadsınız». Mələklərdən heç biri ömrünün artıq hissəsini o birinə bağışlamaq istəmədi. Allah-təala buyurdu: «Mən öz imamın həzrət Əli (ə) və Peyğəmbərim Məhəmməd (s) arasında qardaşlıq qərar verdim. O, Peyğəmbərin (s) yatağında uzanmışdır. Baxın görün, o öz canını qardaşı yolunda necə fəda edir! Peyğəmbərin (s) həyatını öz həyatından üstün tutur. Yerə nazil olun və onu düşmənin şərindən hifz edin!»
    Həmin iki mələk Əlinin (ə) yanına gəldilər. Cəbrail onun başı üzərində, Mikail isə ayaqları tərəfdə dayandı. Cəbrail dedi: «Bəh-bəh, ey Əbu-Talib oğlu, səndən başqa Allahı öz mələkləri qarşısında iftixara gətirəcək birisi varmı?!»
    Qüreyş cəngavərləri həzrət Peyğəmbəri aradan götürmək üçün əvvəlcə Darun-Nədvə adlanan yerdə toplaşdılar, gecə oranı tərk edib yalın qılınclarla həzrətin evini mühasirəyə aldılar.
    Sübh səhər Məkkəyə sakitlik hakim olan an həzrət Peyğəmbərin evinə soxuldular. Həzrət Əli (ə) başını balıncdan qaldırıb fəryad çəkərək «Kimsiniz və nə istəyirsiniz», deyə sordu. Peyğəmbərin yatağında Əlini (ə) görən Qüreyşlər yerlərində quruyub qaldılar. Nəhayət, sükutu pozub Peyğəmbərin harada olduğunu soruşdular. Həzrət Əli (ə) soyuqqanlılıqla buyurdu: «Mən onun keşikçisi deyildim, siz də onu mənə tapşırmamışdınız ki, indi məndən soruşasınız». Hücum edənlərdən biri dedi: «Əli Məhəmmədin arxasıdır. Yaxşı olar ki, onun əvəzində Əlini (ə) qanına qəltan edək!»
    Həzrət Əli (ə) buyurdu: «Əfsus ki, Peyğəmbər mənə hücum etmək icazəsi verməyib. Yoxsa həzrətin evinə soxulduğunuz üçün sizi qılıncdan keçirərdim». Bir sözlə, həzrət onları qovaraq buyurdu: «Uzaqlaşın, siz yolunu azmış bir qövmsünüz. Səadət və qurtuluşdan da məhrum olacaqsınız».
    Peyğəmbərin hicrətindən xəbər tutan Qüreyş onu tə’qib etməyə başladı və Peyğəmbərin Əbu-Bəkrlə birlikdə gizləndiyi «Sur» mağarasının ağzınadək gəldi. Amma Allah-təala həzrəti öz pənahında hifz edib Qüreyşin arzusunu gözündə qoydu.
    Hicrət hadisəsində Əlinin (ə) fədakarlığı vəsfəgəlməzdir. İyirmi üç yaşlı bu cavan böyük şücaət və ürəklə İslam dininin yayılması üçün özünü qaçılmaz ölümün ağuşuna atdı və Peyğəmbərə sipər oldu. Həzrət bu barədə buyurur:Bütün yer üzünün ən üstün kəsin
    Canımla qorudum özün, kölgəsin.

    Qüreyş Allahın rəsulunu qətlə yetirmək üçün hiylə qurduğu vaxt fəzl və kəramət sahibi olan Allah onların məkrini puça çıxardı.
    Həzrət Əlinin (ə) bu fədakarlığı müqabilində həzrət Peyğəmbərə belə bir ayə nazil oldu: «İnsanların eləsi vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edir». («Bəqərə» surəsi, ayə 207.) Əksər təfsirçi və tarixçilərin rə’yinə əsasən, ayədə həzrət Əli (ə) nəzərdə tutulmuşdur.(«Şəvahidut-tənzil», 1-ci cild, səh. 96)
    Hicrət əhvalatında həzrət Əlinin (ə) fədakarlığı təkcə Peyğəmbərin yatağında yatması deyildi. Peyğəmbərin Məkkədə olmadığı vaxtlarda həzrət Əli (ə) müsəlmanların işləri ilə məşğul olur, onların həzrət Peyğəmbərin yanında qoyduğu əmanətləri yerbəyer edirdi.
    Həzrət Peyğəmbər Mədinəyə daxil olduqdan bir neçə gün sonra (bə’ziləri bildirirlər ki, həzrət Peyğəmbər Qobada dayanıb, həzrət Əlinin (ə) gözlədi və yalnız o gəlib çatdıqdan sonra Mədinəyə daxil oldu) həzrət Əli də öz anası, Peyğəmbərin qızı, iki başqa qadın və zəif düşmüş müsəlmanları götürüb Mədinəyə üz tutdu. Həzrət Peyğəmbər çətin yolda ayaqları yaralanmış Əlini (ə) qucaqlayaraq sevincindən ağladı.
    Mədinədə də həzrət Əli (ə) daim həzrət Peyğəmbərlə olar, onu düşmənlərdən qoruyardı. Hicri tarixi ilə birinci ildə səhabələr, mühacirlər və ənsar arasında qardaşlıq peymanı bağlandığı vaxt həzrət Peyğəmbər Əlini (ə) özünə qardaş seçdi.(«Füsulul-muhimmə» səh. 22.)
    Hicri ikinci ildə həzrət Peyğəmbər (s) öz qızı Fatiməni (s) Əliyə ərə verdi. Həmin vaxt Peyğəmbər (s) buyurdu: «Ya Əli, Allah-təala mənə göstəriş vermişdir ki, Fatiməni (s) sənə ərə verim. Mən onu sənə dörd yüz misqal gümüş mehriyyə müqabilində verirəm». Həzrət Əli (ə) ərz etdi: «Bəyəndim, ya rəsuləllah. Bu işdə Allahın və onun girami Peyğəmbərinin lütfünə görə razıyam». Sonra həzrət Əli (ə) Allah dərgahına şükr olaraq səcdəyə düşdü.
    Həmin il Allah tərəfindən müşriklərlə döyüş əmri verildi. Həzrət Peyğəmbər düşmənlər, müxaliflərlə savaşa məşğul oldu. Bu döyüşlərdə qələbənin əsas səbəblərindən biri həzrət Əlinin vücudu idi. Həmin vaxtdan Həzrətin həyatında yeni bir dövr başladı. Bu dövrü onun hərbi xidməti dövrü adlandırmaq olar. Söhbətlərimizin davamında həzrətin bə’zi hərbi xidmətlərini nəzərdən keçirəcəyik.

    ƏLİNİN HƏRBİ XİDMƏTLƏRİ
    Həzrət Peyğəmbərin on dörd illik də’vəti dövründə onun məntiqi və əsaslı moizələri azğın və bütpərəst ərəb qəbilələrinə tə’sir etmədiyindən Allah-təala tərəfindən cihad hökmü gəldi. Həzrət Peyğəmbərin hicrətin ikinci ilindən doqquzuncu ilinədək olan həyatı dövründə kafirlər, müşriklər, Ərəbistan yəhudiləri ilə səksəndən çox döyüş və qital oldu. Bu döyüşlərdən bə’zilərində həzrət özü şəxsən iştirak edirdi. Həzrətin iştirak etdiyi döyüşlər «ğəzavat» adlanırdı.
    Bu döyüşlərdə həzrət Əlinin (ə) fədakarlığı və canından keçməsi kimsəyə sirr deyil. Döyüşlərdə göstərdiyi misilsiz rəşadətlər və şücaətlərə görə həzrətə «Zəyğəmul-ğəzavat» (savaşlar şiri) deyərdilər. Həzrət Əli (ə) yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin göstərişi ilə Mədinədə qalmışdı. Qalan bütün döyüşlərdə qələbə bayrağı daim onun əlində olardı.
    Həzrət Peyğəmbərin müşriklər və İslam düşmənləri ilə apardığı savaşlarda həzrət Əli (ə) bir çox ərəb qəhrəmanlarını öz qılıncı ilə diz üstə çökürdü. Bu savaşlara misal olaraq Bədr, Ühüd, Bəni-Nəzir, Əhzab (Xəndək), Xeybər, Məkkənin fəthi, Hunəyn və Taif döyüşlərini göstərmək olar.
    Kitabın bu fəslində məqsədimiz həzrət Əlinin (ə) fədakarlıqları və hərbi xidmətləri haqqında danışmaq olduğundan müharibələr haqqında ətraflı danışmayacaq, yalnız həzrətin döyüş səhnələrindəki mübarizələrini nəzərdən keçirəcəyik. Çünki həzrətin döyüş meydanlarındakı qəhrəmanlıqlarını xatırlamadan onun həyatı haqqında danışmaq yetərsiz olardı. Həzrətin mübarizə əzmi ilə yaxından tanış olmaq üçün bə’zi döyüşləri nəzərdən keçirmək zəruridir.

    BƏDR DÖYÜŞÜ
    Bədr döyüşündən qabaq müsəlmanlarla müxaliflər arasında kiçik qarşıdurmalar baş versə də, yalnız Bədr döyüşünü birinci mühüm savaş saymaq olar. Bu döyüşdə müşriklərdən çəkinən, onlarla qarşılaşmaq istəməyən müsəlmanlar sınağa çəkildilər. Bu barədə Allah-təala Qur’anda buyurur: «Mö’minlərdən bir dəstəsinin xoşuna gəlmədiyi halda, Rəbbin səni müşriklərlə döyüş üçün evindən bayıra çıxardı». («Ənfal» surəsi, ayə 5.) Bu döyüşdə müşriklərin minə yaxın döyüşçüsü yaxşı silahlanmış və təchiz olunmuş halda Əbu-Süfyanın başçılığı altında hərb meydanına girmişdilər. Hansı ki, müsəlmanlar yalnız üç yüz on üç nəfər idi. Onların çoxu silahsız idi. Düşmən yeyin atlara süvar olduğu halda müsəlmanların cəmi yetmiş dəvəsi və bir neçə atı vardı. Bir sözlə, hicri ikinci ildə, ramazan ayının on yeddisində bu iki qrup Məkkə və Mədinə arasında yerləşən «Bədr» adlı quyunun kənarında üz-üzə gəldilər. Allah-təala mö’minlərə öz mələkləri ilə yardım göstərdi. Qur’anda oxuyuruq: «Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda, Allah sizə yardım etdi». («Ali-İmran» surəsi, ayə 123.) Əvvəlcə müşriklərdən üç nəfər Ütbə, Şeybə və Vəlid ibn Ütbə meydana çıxıb qarşı tərəfdən mübariz istədi. Həzrət Peyğəmbərin göstərişi ilə müsəlmanlar tərəfdən Əli, Peyğəmbərin əmisi Həmzə və Übeydə ibn Haris ibn Əbdül-Müttəlib düşmənlə savaş üçün meydana daxil oldu. Həzrət Əli (ə) Vəlidlə üzbəüz gəlib onu qətlə yetirdikdən sonra yoldaşlarının da köməyinə çatdı. Düşmənin hər üç cəngavərinin həyatına son qoyuldu. Öz qəhrəmanlarının qətlə yetirildiyini görən müşriklər qorxuya düşdülər. Sonradan düşmən tərəfindən kim meydana çıxdısa, həzrət Əlinin (ə) qılıncını ağuşuna almalı oldu. Həzrət Əlinin (ə) qəhrəmanlıqları sayəsində Bədr döyüşü müsəlmanların qələbəsi ilə başa çatdı. Düşmənin yetmişdən çox döyüşçüsü qətlə yetirildi, yetmişdən çoxu isə əsir alındı. Abbas ibn Əbdül-Müttəlib və Əqil ibn Əbu-Talib də əsirlər arasında idi. Onlar fidyə verməklə azad oldular və İslamı qəbul etdilər. Tarixçilərin yazdığına görə düşmənlərin yarıdan çoxu həzrət Əlinin (ə) qılıncı ilə dünyasını dəyişmişdi. Həzrətin qətlə yetirdiyi düşmənlər arasında As ibn Səid, Hənzələ ibn Əbu Süfyan, Uməyr ibn Osman kimi Qüreyş başçıları vardı.(Şeyx Müfid, «İrşad».)
    Nəhayət, müharibə müsəlmanların xeyirinə və müşriklərin məğlubiyyəti ilə başa çatdı. Müsəlmanlar Mədinəyə qələbə ilə döndülər. Əlinin (ə) adı misilsiz bir şücaətə malik şəxs kimi dildən dilə gəzdi. Onunla düşmənçilik etmək hətta düşüncələrdən də ötüşmürdü.

    ÜHÜD SAVAŞI
    Ühüd Mədinənin təqribən 6 kilometrliyində yerləşən böyük və məşhur dağın adıdır. Ühüd savaşı hicri 3-cü ildə, şəvval ayında Ühüd dağının ətəyində baş verdi. Qüreyşin hörmət-izzətinin aradan getməsi ilə nəticələnmiş Bədr məğlubiyyəti yeni bir döyüş üçün şərait yaratmışdı. Çünki Bədrdə qətlə yetirilənlərin ailələri, Əkrəmə ibn Əbu-Cəhl, Səfvan ibn Üməyyə kimiləri hələ də Məkkədə əzadarlıq içində idilər. İntiqam hissi ilə alışıb yanan bu adamlar Məkkə camaatını müsəlmanlarla döyüşə təhrik edirdilər. Qüreyş kafirlərinə başçılıq edən Əbu-Süfyan ibn Hərb xalqı ətrafına toplayıb onları müharibəyə səsləyirdi. O hətta öz var-dövlətini bu müharibəyə sərf etmək üçün hazrılığını bildirirdi.(«Tarixe-təbəri».)
    Ütbənin qızı və Əbu Süfyanın arvadı Hind bir qrup başqa qadınlarla yanaşı xalqı Bədrdə öldürənlərin qanını almağa çağırırdı. Bu yolla Əbu-Süfyan beş min süvari toplayıb onları silahlandırdı və Mədinəyə üz tutdu.
    Bu məsələdən xəbər tutan Peyğəmbər dərhal səhabələrini toplayıb əhvalatı onlara danışdı. Həzrət bildirdi ki, şəhərdə qalıb müdafiə olunmaq lazımdır. Amma bə’ziləri düşmənlə şəhərdən kənarda savaşmaq, hətta onlara hücum etmək əzmində idilər. Nəhayət, müsəlmanlar döyüşə hazır oldular. Həzrət Peyğəmbər (s) şəxsən özü döyüş libası geydi və yeddi yüzə yaxın döyüşçü ilə birlikdə savaşa hazır oldu. Həzrət Peyğəmbər (s) Əlini (ə) bayraqdar tə’yin etdi. Həzrət Ühüdə çatdıqda qəfil və arxadan hücumların qarşısını almaq üçün əlliyə yaxın döyüşçünü Əbdüllah ibn Cubəyrin başçılığı altında münasib bir mövqedə gizlədi. Bunu öncədən görməsi çox düzgün bir qərar idi. Çünki Əbu-Süfyan da Xalid ibn Vəlidi Əbdüllahın dəstəsindən dörd qat artıq qüvvə ilə pusquda qoymuşdu. Pusquda duran dəstə qoşunlar vuruşa başladığı vaxt arxadan müsəlmanlara hücum etməli idi.
    Döyüş başladı və Qüreyş döyüşçülərinin çoxu həzrət Əlinin (ə) qılıncı ilə dünyasını dəyişdi. Əbu-Süfyanın bayraqdarı Təlhə ibn Əbu Təlhə olduqca güclü bir adam idi və ona Nəbşul-Kəsibə (döyüşçülərin qoçu) deyirdilər. Bu şəxs həzrət Əli (ə) ilə qarşı-qarşıya çıxdı. Həzrət Əli (ə) onun başından elə bir zərbə vurdu ki, gözləri hədəqəsindən çıxdı. Təlhə nərə çəkib həlak oldu. Sonra müşriklərin bayrağını Təlhənin qardaşı götürdü. O da öldürüldü. Həzrət Peyğəmbərin əmisi Həmzə də öz növbəsində böyük rəşadətlə vuruşur, sıraları pərən-pərən salırdı. Qüreyş döyüşçülərinin ardıcıl qətlə yetirilməsi düşmən qoşununda çaxnaşma saldı. Müsəlmanlar düşməndən çox-çox az olmalarına baxmayaraq onlara qalib gəldilər. Müşriklər qaçmağa üz tutdular. Müsəlmanlardan bir qrupu düşməni izləyir, digər bir qrupu isə meydandan qənimət toplayırdı.
    Bu vaxt həzrət Peyğəmbərin (s) pusquda qoyduğu dəstə onun göstərişinə zidd olaraq Əbdüllahın əmrindən çıxdı və döyüşün başa çatdığını güman edib öz mövqelərini boş qoydu.
    Belə bir fürsət gözləyən Xalid ibn Vəlid öz süvariləri ilə müsəlmanların pusqusuna hücum edib orada qalan bir neçə nəfəri qətlə yetirdi. Daha sonra düşmənin bu dəstəsi müsəlmanlara arxadan hücum etdi. Qaçmaqda olan Qüreyşilər Xalidin sədasını eşidib yenidən döyüş meydanına döndülər. Müsəlmanlar iki tərəfdən hücuma mə’ruz qaldı. Onlar sayca az olduqlarından və araya təfriqə düşdüyündən əldə olunmuş qələbəni qoruyub saxlaya bilmədilər. Bir sözlə, müsəlmanlar qaçmağa üz tutdu. Döyüşdə Peyğəmbərin (s) əmisi Həmzə şəhadətə çatdı. Əbu-Süfyanın arvadı, Müaviyənin anası Hindin göstərişi ilə Həmzənin ciyərini bayıra çıxardılar. Həmin məl’un qadın Həmzəyə olan nifrəti səbəbindən onun ciyərlərini dişlərinə salıb gəmirməyə başladı. Həmin gündən Hində «ciyəryeyən» adı verildi. Bu döyüşdə həzrət Peyğəmbər özü başından yaralandı, dişi sındı. Həmin döyüşdə həzrət Əli (ə) və başqa iki nəfərdən savay həzrəti qoruyan yox idi.
    Həzrət Əli (ə) müşriklərin Peyğəmbərə (s) hücumlarının qarşısını şir tək alır, onları pərən-pərən salırdı. Pərvanə şəm’in başında dolandığı tək həzrət Əli (ə) də Peyğəmbərin (s) ətrafında dövrə vururdu.
    Əlinin (ə) Ühüd döyüşündəki fədakarlığı onun həyat tarixçəsində parlaq bir səhifədir. Bu səhifənin qızılı sətirlərindən Cəbrailin Əli haqqındakı nidaları ucalır: «Zülfüqardan başqa qılınc, Əlidən başqa kişi yoxdur».(«Sireye-ibn Hişam», 2-ci cild, səh. 100.)
    Şeyx Müfid Əkrimədən, o da öz növbəsində Əlidən (ə) belə nəql edir ki, həzrət buyurmuşdur: «Ühüd savaşında həzrət Peyğəmbərin (s) ətrafındakı adamlar qaçdılar. Özümdə həmin vaxtadək hiss etmədiyim bir hal gördüm. Onun qarşısında dayanıb qılınc çalırdım. Bir dəfə geri çevriləndə onu görmədim. Öz-özümə dedim ki, Peyğəmbər (s) qaçmaz. Onu öldürülənlər arasında da tapmadım. Mənə elə gəldi ki, o bizim aramızdan səmaya qalxıb. Qılıncımın qının sındırıb özümə dedim ki, Peyğəmbərin müdafiəsi üçün bu qılıncla öldürülənədək vuruşacam. Düşmənə hücum etdim, onlar mənim qılıncımın qarşısından qaçdılar. Qarşımda açılan yolda həzrət Peyğəmbərin huşsuz halda yerə yıxıldığını gördüm. Başının üstündə dayandım. Mübarək gözlərini açdı, mənə tərəf baxıb buyurdu: «Ey Əli, camaat nə etdi?» Ərz etdim ki, ya rəsuləllah, onlar kafir oldular və düşmənə arxa çevirib səni tənha buraxdılar. Həzrət Peyğəmbər baxıb, düşmən qoşunundan bir dəstəsinin ona doğru gəldiyini gördü. Mənə buyurdu: «Ya Əli (ə), onları məndən uzaqlaşdır». Mən həmin dəstəyə hücum edib sağa-sola qılınc çaldım. Onlar qaçmağa üz tutdular. Həzrət buyurdu: «Ya Əli (ə), səmadan öz tə’rifini eşidirsənmi? Rizvan adlı mələk nida edir: «La səyfə illa Zulfuqar və la fəta illa Əli». Sevincimdən gözlərim yaşardı və bu ne’mətə görə Allaha şükr etdim.(Şeyx Müfid «İrşad», 1-ci cild, 2-ci bab, 22-ci fəsil, 6-cı hədis)
    Əlinin (ə) və bir neçə nəfər başqasının sabitqədəmliyi və dözümü səbəbindən müşriklər gözlərini Mədinədən çəkib Məkkəyə döndülər. Həzrət Əli (ə) özü ağır yaralanmışdı. Bununla belə Peyğəmbəri gözdən qoymurdu. Həzrətin əlini və üzünü yumaq üçün sipərində su hazırladı. Peyğəmbər (s) əl-üzünü yuduqdan sonra buyurdu: «Öz Peyğəmbərinin üzünü qana bulaşdıran qövm Allahın qəzəbinə gəlsin».(«Tarixe-Yəqubi».)
    Nəhayət, müharibə qovğası yatdı. Müsəlmanlardan yetmiş nəfər həlak oldu, qalanları qaçdı. Bu döyüşdə öz misilsiz fədakarlıqlarına görə yalnız həzrət Əli (ə) qəhrəman sayıla bilərdi. Həzrətin bədənindəki sarsıdıcı zərbələrin hər biri bir qəhrəmanın qəddini sındıra bilərdi. Həzrətin bədənindəki çoxsaylı yaralar hamını heyrətə salmışdı. Qılıncların doğradığı iyirmi altı yaşlı bu gənc hələ də sağ idi. Əlbəttə ki, həzrəti diri saxlayan onun böyük ruhu və xalis imanı idi. Həzrət bu döyüşün bütün çətinliklərinə razılıqla səbr edirdi.
    Həzrət Peyğəmbər (s) Mədinəyə qayıtdı. Həzrət Zəhra əlində bir qab su atasını qarşıladı. Həzrət Əli (ə) isə qolları dirsəyədək qana batmış halda gəlib çatdı. Zülfüqarı Fatiməyə verdi və buyurdu: «Bu gün məni təsdiq etmiş bu qılıncı al».Götür bu qılıncı saxla Fatimə
    Onun günahı yox, mənimsə qorxum.
    Çalışdım Peyğəmbər, Allah yolunda,
    Əbdud-Dar qanıdır qılıncda baxın.

    Həzrət Peyğəmbər (s) Fatiməyə buyurdu: «Ey Fatimə, götür qılıncı, ərin öz borcunu əda etdi. Allah-təala onun qılıncı vasitəsi ilə Qüreyş böyüklərini məğlubiyyətə uğratdı».(«Kəşful-Ğəmmə» səh. 54.) Bu döyüşdə müsəlmanların məğlubiyyətinin səbəbi kiçik bir intizamsızlıq, həzrət Peyğəmbərin (s) göstərişinə diqqətsizlik oldu. Amma böyük və acı bir təcrübə əldə olunmuşdu. Gələcək üçün bu təcrübə böyük bir ibrət idi. Qur’anda da bu məsələyə işarə olunur: «Siz onları Allahın izni ilə qırdığınız zaman Allah sizə verdiyi və’dinə sadiq çıxdı. Lakin o sevdiyiniz şeyi sizə göstərdiyi vaxt zəiflik büruzə verdiniz və əmr haqqında bir-birinizlə mübahisə edərək Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri isə axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün geri döndərdi. Əlbəttə, o sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı mərhəmətlidir». («Ali-İmran» surəsi, ayə 152)
    Ühüd döyüşü başa çatdıqdan sonra Mədinə əhlinin bəni-Nəzir və bəni-Qurəyzə kimi bə’zi qrupları bu hadisədən xoşhal oldular. Bə’ziləri isə həzrət Peyğəmbərlə dostluq peymanı bağladıqları halda bu peymanları pozdular.
    Demək, Qüreyşlə döyüşdən qabaq Mədinədə əmin-amanlığı və nüfuzu bərpa etmək lazım idi. Yalnız bundan sonra Qüreyşlə mübarizəyə başlamaq olardı. Bu səbəbdən də hicri dördüncü ildə bəni-Nəzirlə döyüşə hazır müsəlmanlar rəbiül-əvvəl ayında Mədinədən bayıra çıxdılar.
    E’zam olunmuş qoşunun komandanı həzrət Əli (ə) idi. Həzrət öz rəşadət və şücaəti ilə onları təslim olmağa vadar etdi. Belə bir peyman bağlandı ki, həzrət Peyğəmbər (s) onların qanından keçir, onlar isə Mədinədən çıxaraq Şama gedirlər.(«Tarixe-Təbəri».)
    Həzrət Peyğəmbər bu şərti qəbul edib göstəriş verdi ki, hər üç nəfər bir dəvə və bu bir dəvənin götürəcəyi qədər yük apara bilər. Bəni-Nəzir Mədinədən çıxdıqdan sonra onların qalan yükləri müsəlmanlara nəsib oldu.
    Ühüd döyüşündən sonra baş vermiş bu hadisə müsəlmanların mövqelərinin möhkəmlənməsi üçün çox münasib oldu. Həzrət Peyğəmbər (s) itirilmiş nüfuzu böyük məharətlə geri qaytara bildi. Müsəlmanlar daha da qüdrətləndi, din düşmənləri isə zəlalətə düçar oldu.
    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 734 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019