İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:14 AM
    İKINCI HISSƏ
    PEYĞƏMBƏRDƏN SONRA
    PEYĞƏMBƏRİN REHLƏTİ (DÜNYASINI DƏYİŞMƏSİ)

    Həzrət Peyğəmbər həccətul-vida (son həcc) səfərindən qayıtdıqdan sonra Üsamə ibn Zeydin komandanlığı altında qoşun hazırlayıb Şama, din düşmənləri üzərinə göndərdi. Həzrət öz həyatının son günlərini yaşadığını bildiyindən həzrət Əlinin (ə) Qədire-Xumda e’lan olunmuş canişinliyinə müxalifəti zərərsizləşdirmək üçün mühacir və ənsarları, eləcə də, Əbu-Bəkr, Ömər və Əbu-Übeydəyə Üsamənin qoşunu ilə getmək əmri verdi. Həzrət istəyirdi ki, bu adamlar onun vəfatı zamanı Mədinədə olmasınlar. Amma tarixçilərin yazdığına görə, adı çəkilən şəxslər həzrətin göstərişindən çıxıb, Üsaməyə qoşulmadılar.
    Həmin günlərdə həzrət xəstələndi, əvvəlcə Ümmü-Sələmənin, sonra isə Aişənin evində yataq xəstəsi oldu. Müsəlmanlar həzrətin görüşünə gəlir və o da görüşə gələnlərə nəsihət verirdi. Həzrət xüsusi ilə öz itrəti, ailəsini müsəlmanlara tapşırırdı.
    Həmin günlərdən birində həzrət xəstə halda məscidə namaza getdiyi vaxt Əbu-Bəkr və Öməri gördü və onların Üsamə ilə getməməlirinin səbəbini soruşdu. Əbu-Bəkr dedi: «Mən Üsamənin qoşununda idim. Qayıtdım ki, sizin halınızdan xəbər tutum». Ömər isə belə dedi: «Mən sizin halınızı başqalarından soruşmayıb, özüm xəbər tutmaq üçün qoşunla getmədim».
    Həzrət Peyğəmbər (s), onlara Üsamənin qoşununa çatmağı tapşırdı və bu göstərişini üç dəfə təkrarladı. Bununla belə həmin iki şəxs həzrətin göstərişini yerinə yetirmədilər.(«İrşad» 1-ci cild, 2-ci bab, 52-ci fəsil.)
    Həzrətin xəstəliyi günbəgün ağırlaşırdı. Müsəlmanlar öz Peyğəmbərlərinin vəziyyətinə görə narahat idilər. Həmin günlərdən birində səhabələr Peyğəmbərin xidmətində olarkən həzrət buyurdu: «Mürəkkəb və kağız gətirin, məndən sonra yolunuzu azmamağınız üçün bir şey yazım». Ömər dedi: «O sayaqlayır, özündə deyil. Allahın kitabı bizim üçün bəsdir». Bu vaxt məclisdəkilər səs-küy qaldırdılar. Həzrət Peyğəmbər buyurdu: «Qalxın və bayıra çıxın. Mənim hüzurumda mübahisə etməyiniz yaxşı deyil».(«Əl-bəqayə vən-nəhayə», 5-ci cild, səh. 227.)
    Şübhəsiz ki, Ömər Peyğəmbərin Əlinin canişinliyi haqqında göstəriş verəcəyini bilirdi. Buna görə də mürəkkəb və kağız gətirilməsinə mane oldu. İbn-Abbasın nəql etdiyi hədisə əsasən Ömər e’tiraf etmişdir ki, Peyğəmbərin Əlinin (ə) canişinliyi haqqında yazacağını hiss edibmiş. («Şərhe-nəhcül-bəlağə» İbn Əbül Hədid 1-ci cild, səh. 134).
    Həmin vaxt Ömərdən soruşan olmadı ki, mə’sum bir şəxsin sayaqlamasını dilinə necə gətirir?! Yalnız Allahın dediklərini insanlara çatdıran Peyğəmbər haqqında belə sözlər demək olardımı? Axı Allah-təala Qur’ani-Kərimdə buyurur ki, o öz könül istəyi ilə danışmır. İkincisi, Ömər xalqın xeyrini Peyğəmbərdən yaxşımı bilirdi?! Onun bütün bu hərəkətlərindən mə’lum olur ki, həzrətin məqamını düzgün tanımamışdır. Böyük sünni alimi Qütbəddin Şafii Şirazi «Kəşful-ğüyub» kitabında yazır ki, həmin gün Ömərin Peyğəmbərlə bağlı dediyi sözlər təəccüb doğurur; onun Qur’an olan yerdə rəhbərə ehtiyac olmadığını iddia etməsi tibbi kitab olan yerdə həkimə ehtiyac olmaması kimi bir şeydir. Əlbəttə ki, belə bir məntiqi qəbul etmək olmaz.
    Qur’ani-Kərimə hər kəs öz düşüncə tərzi ilə yanaşa bilməz. Bu işdə mütəxəssislərin rə’yi əsas götürülməlidir.(«Bəqərə» surəsi, ayə 83.) Həqiqi kitab elm əhlinin köksüdür. Bu məsələ «Ənkəbut» surəsinin qırx səkkizinci ayəsində də təsdiqlənilir. Bu səbəbdən də Əli buyurur: «Mən Allahın natiq kitabıyam».(«Şəbhaye-pişavər», səh. 667.)
    Həzrət Peyğəmbərin xəstəliyi gücləndi və o hicri on birinci il səfər ayının axırlarında (bə’zi mənbələrin bildirdiyinə görə rəbiül-əvvəl on ikisində) bir ömür mücahidələrdən sonra altmış üç yaşında dünyasını dəyişdi. Həzrət Əli (ə) Abbas və başqa bir neçə haşimi ilə həzrətin cənazəsinə qüsl verib, onu kəfənlədilər. Həzrət Peyğəmbər dünyasını dəyişdiyi yerdə dəfn olundu.

    SƏQİFƏ QOVĞASI
    Həzrət Əli (ə) və bir neçə başqa Haşimi həzrətin dəfni ilə məşğul olduqları vaxt ənsar və mühacirlərdən ibarət bir qrup müsəlman Mədinənin Sayiban məhəllində toplaşdılar. Bu məhəl həmin gündən İslam tarixindəki dönüş məhəlli oldu.
    Ənsar xətiblərindən olan Sabit ibn Qeys Sə’d ibn İbadə, eləcə də, Ovs və Xəzrəc qəbilələrindən bir neçə başçını götürüb bəni-Saidənin səqifəsinə (mənzilinə) üz tutdular. Həmin yerdə iki tayfa arasında xəlifə seçimi ilə bağlı ixtilaf düşdü və bu ixtilaf mühacirlərin xeyirinə tamamlandı.
    Digər bir tərəfdən mühacirlərdən biri ənsarın toplantısı haqqında Ömərə xəbər verdi. Ömər özünü dərhal Əbu-Bəkrə çatdırdı və ona həmin məsələ barədə mə’lumat verdi.
    Əbu-Bəkr də öz növbəsində Əbu-Übeydəni xəbərdar etdi. Bir sözlə, bu üç şəxs ətrafdakı adamlarla birlikdə səqifəyə doğru tələsdilər. Ənsardan olanlar Sə’d ibn İbadə haqqında danışdıqları vaxt onlar məclisə daxil oldular.
    Sünni alimlərinin əlində bəhanəyə çevrilmiş səqifə toplantısı haqqında ətraflı danışsaq məsələ daha aydın olar.
    Həmin məclisdəki məşhur adamların adlarını sadalayaq: Əbu-Bəkr, Ömər, Əbu-Übeydə, Əbdür-Rəhman ibn Ovf, Sə’d ibn İbadə, Sabit ibn Qeys, Osman Əfvan, Haris ibn Haşim, Həssan ibn Sabit, Bişr ibn Sə’d, Hübab ibn Mənzər, Müğeyrə ibn Şö’bə, Üseyl ibn Xuzəyr. Bu adamlar bir yerə toplandıqdan sonra Sabit ibn Qeys ayağa qalxdı və mühacirlərə müraciətlə dedi: «Artıq Peyğəmbərlərin üstünü və Allahın rəhməti olan peyğəmbərimiz aramızdan getmişdir. Əlbəttə ki, özümüz üçün xəlifəni biz seçməliyik. Bu xəlifə həm də ənsardan olmalıdır. Çünki ənsar həzrət Peyğəmbərə xidmətdə mühacirlərdən irəli olmuşlar. Həzrət əvvəlcə Məkkədə olmuşdu. Siz mühacirlər onun mö’cüzə və kəramətlərini gördüyünüz halda onu incitmişdiniz. Beləcə, o hicrət etməyə məcbur olmuşdu. Peyğəmbər Mədinəyə daxil olan kimi biz ənsar onu himayə etdik, əziz tutduq. Şəhərimizi və evlərimizi siz mühacirlərin ixtiyarına verdik. Əgər bu dəlillər qarşısında bir dəliliniz varsa deyin. Ya da bizim fəzilət və fədakarlıqlarımıza baş əyib, vəhdətimizin qırılmasına səbəbkar olmayın».
    Bu sözlərdən çox narahat olan Ömər qalxdı və cavab vermək istədi. Amma Əbu-Bəkr Ömərə mane olub ənsarın cavabını özü verdi: «Ey Qeys oğlu, Allah sənə rəhmət etsin, dediklərin həqiqətdir. Sənin dediklərini qəbul edirik. Amma bir qədər də mühacirlərin fəzilətlərinə qulaq asın. Həzrət Peyğəmbərin (s) bizim haqqımızda dediklərini yada salın. Əgər siz bizə sığınacaq vermisinizsə, unutmayın ki, biz də Peyğəmbər və Allah dininə xatir evlərimizi, güzaranımızı qoyub gəlmişik. Allah öz kitabında bizim başımızı ucaldıb və buyurub ki, mühacirlər Allahın razılığını əldə etmək xatirinə hicrət etmişlər. Gəlin siz də bizə tabe olun. Keçmişdə də ərəblər yalnız Qüreyşə tabe olmuşlar. Həzrət Peyğəmbər (s) özü də Qüreyşə itaəti əmr etmişdir. Sizi Qüreyşə itaətə də’vət etməkdə heç bir qərəzim yoxdur. Xilafəti özüm üçün yox, bütün müsəlmanların faydası üçün istəyirəm. İndi Ömər və Əbu-Übeydə buradadırlar. Onlardan birinə bey’ət edin».
    Sabit ibn Qeys bu sözləri dinlədikdən sonra mühacirlərə ikinci dəfə müraciət edib dedi: «Əbu-Bəkrin bu iki nəfərə bey’ət haqqındakı fikri ilə razısınız, yoxsa onun özünü xilafətə seçirsiniz?» Mühacirlər dedilər: «Əbu-Bəkr Siddiq hər nə deyirsə, biz qəbul edirik».
    Sabit ibn Qeys onların bu sözündən istifadə edib dedi: «Siz deyirsiniz ki, Peyğəmbər (s) Əbu-Bəkri müsəlmanlara xəlifə tə’yin edib, özü xəstələndiyi vaxt onu namaza göndərib. Əgər belədirsə, onda Əbu-Bəkr Peyğəmbərin (s) göstərişindən boyun qaçırır və xilafət kürsüsünü Ömər və ya Əbu-Übeydəyə tapşırır. Yox əgər Peyğəmbər belə bir göstəriş verməyibsə, nə üçün onun adından yalan danışırsınız?» Sabit ibn Qeys bu bir neçə iti sözlə Əbu-Bəkrin cavabını verdi. O, mühacirin sözlərinə uymadı. Ənsar da Sabit ibn Qeysin sözlərindən ruhlanıb, öz əqidələrində daha da möhkəm dayandı. Bu vaxt Hübab ibn Mənzər ayağa qalxıb dedi: «Ənsarın xidmətləri hamıya aydındır və heç bir izahata ehtiyac yoxdur. Əgər mühacirlər bizi qəbul etmirlərsə, biz də onlara tabe olmuruq. Bu halda sizin öz, bizimsə öz əmirimiz olar». Sə’d ibn İbadə haray çəkdi ki, bir dində və bir hökumətdə iki əmirin olması əqli və məntiqi iş deyil». Bu məqamda ənsarın iki qəbiləsi arasında (Ovs-Xəzrəc) ixtilaf yarandı. Ovs qəbiləsi, xüsusi ilə Bişr ibn Sə’d, Sə’d ibn İbadənin xəlifə olmaması üçün mühacirlərlə razılığa gəldi. Amma Xəzrəc tayfası da asanlıqla təslim olmadı. Nəticədə səs-küy ətrafı bürüdü, əllər qılınclara uzandı. Az qala böyük bir fitnə qopacaqdı. Ovs tayfasının başçısı da Xəzrəclə əlaqəsini kəsdi.
    Ömər ənsar arasındakı bu ixtilafdan istifadə etdi. O dedi: «Bişr ibn Sə’d və Üseyd ibn Xuzəyr razılığa gəldikləri üçün xəlifə yalnız Qüreyşdən ola bilər. Müxtəlif ərəb qəbilələrinin birləşməsi üçün Hübab ibn Mənzərin dediyi kimi, iki xəlifə ola bilməz. Bunun nəticəsi yalnız fitnə-fəsad olar. Demək, siz hamınız mühacirlərə itaət etsəniz, yaxşı olar. Belə olsa, fitnə-fəsad yaranmaz, müsəlmanlar da vəhdət yolunu tutarlar».
    Ömərin danışığı və Ovsla Xəzrəc arasındakı ixtilaf ənsarın ruhiyyəsini sarsıtsa da, ənsardan bir qrupu ayağa qalxıb o birilərini Ömərin tə’siri altına düşməməyə çağırdılar.
    Ömər yenidən mühacirlərin fəzilətləri haqqında danışdı. Ənsarı qorxu ilə ümid arasında qoydu. Sonra Əbu-Bəkrin əlindən tutub dedi: «Ey camaat, budur Peyğəmbərin mağara yoldaşı və sirlərinin sahibi. Bu şəxsə bey’ət üçün tələsin. Allahın və onun rəsulunun razılığını qazanın». Qədire-Xum əhvalatında qeyd olunduğu kimi, Peyğəmbər Allahın razılığını Əlinin canişinliyində görürdü. Qədire-Xum günü ilə səqifə günü arasında cəmi yetmiş günlük bir fasilə vardı. Səqifədəkilər necə də unutqandılar!
    Ənsardan bir qrupu Ömərlə razılaşdı və öz qohumlarına dedi: «Ömər insafla danışdı. Ona qarşı çıxmaq yaxşı deyil». Ənsar artıq anladı ki, bəxt quşu mühacirlərin başı üzərinə kölgə salır. Çünki çoxları mühacirlərin xəlifəliyi ilə razılaşmışdı.

    İŞİN SONU
    Bir sözlə, Ömər yubanmağı məsləhət bilmədi. Ayağa qalxdı və Əbu-Bəkrin əlini tutub dedi: «Bir halda ki, müsəlmanlar sənin xəlifəliyinə razıdırlar, əlini ver sənə bey’ət edim». Əbu-Bəkr isə xəlifəliyi Ömərə təklif etdi. Amma Ömər qabağa düşüb, Əbu-Bəkrə bey’ət etdi. Ovs qəbiləsi də Xəzrəc qəbiləsinin əksinə olaraq Ömərlə həmkarlıq edib, Əbu-Bəkrə bey’ət etdi. Beləcə, işin sonu Əbu-Bəkrin xeyirinə tamamlandı.(«Tarixe-Təbəri».)
    Bəli, sünnilərin istinad etdiyi icma və onların Əbu-Bəkrin xəlifəliyini şuranın nəticəsi bilmələrini əsil mahiyyəti bu idi. Yə’ni şura adlandırılan toplantının qərarında Xəzrəc qəbiləsinin, bəni-Haşimin, Səlman, Əbuzər, Miqdad, Əmmar, Xəzimə ibn Sabit, Səhl ibn Hənif, Osman ibn Hənif, Əbu Əyyub Salmani kimi səhabələrin, eləcə də, Məkkə, Yəmən Nəzran müsəlmanlarının heç bir rolu olmamışdır.
    Ömər bir an olsun belə sakitləşmirdi. Xalqı Əbu-Bəkrə bey’ətə də’vət edirdi. Səqifədən çıxdıqdan sonra da küçə və bazarda müsəlmanları məscidə göndərirdi ki, Əbu-Bəkrə bey’ət etsinlər. İşin mahiyyətindən xəbərsiz xalq da dəstə-dəstə Əbu-Bəkrlə görüşə gedib ona bey’ət edirdilər.
    Əbu-Bəkr məsciddə minbərə çıxıb dedi: «Ey camaat, mənim xəlifəliyim sizdən fəzilətli olmağım demək deyil. Mən sizin behtəriniz yox, mehtərinizəm. Bütün işlərdə sizdən məsləhət və kömək istəyərəm. Peyğəmbərin sünnəsi əsasında rəftar edərəm. Əgər mənim insafdan kənara çıxdığımı görsəniz məndən üz döndərib başqasına bey’ət edin. Yox əgər ədalətlə rəftar etmiş olsam, mənə arxa durun».
    Səbəbiyyət qanununa əsasən hər bir səbəbdən nəticə yaranır. Səbəb və nəticə arasındakı oxşarlıq labüddür. Yanlış müqəddimədən doğru nəticə almaq mümkünsüzdür.Me’mar əyri qoysa birinci daşı
    Ulduzadək əyri ucalar başı.

    Bu baxımdan səqifə əhvalatı İslama böyük bir zərbə oldu. Sonradan baş verən bütün acı hadisələr, həzrət Əlinin (ə) şəhadətə çatması, Kərbəla hadisəsi, Əhli-beytin əsarəti səqifə zərbəsinin acı nəticələri idi. Höccətül İslam Nəyyir deyir:Şura bey’ətinə plan cızan kəs
    Aşura qətlinə vermiş oldu səs.
    Zeynəb əsir düşdü həmin zaman ki,
    Şura qəsb elədi ilahi mülkü.


    ƏBU-BƏKRİN XƏLİFƏLİYİ


    Həzrət Əli (ə) Peyğəmbərin qüsl və kəfənlənməsini başa çatdırmamış bir şəxs gəlib dedi: «Ya Əli (ə), tələs, müsəlmanlar bəni-Saidənin səqifəsində toplanıb, xəlifə seçirlər». Həzrət Əli (ə) buyurdu: «Sübhanəllah! Bunlar necə müsəlmandır ki, Peyğəmbərin cənazəsi dəfn olunmamış rəyasət haqqında düşünürlər?!» Həzrət Əli (ə) sözünü başa çatdırmamış başqa bir şəxs daxil olub dedi: «Rəyasət məsələsi başa çatdı. Əvvəlcə mühacirlər və ənsar arasında mübahisə düşdü. Nəhayət, xəlifəlik Əbu-Bəkrə çatdı. Xəzrəc tayfasından bir qrup istisna olmaqla, hamı Əbu-Bəkrə bey’ət etdi». Həzrət Əli (ə) buyurdu: «Ənsar haqlı olduğunu necə sübut edirdi?» Ərz etdilər: «Onlar deyirdilər ki, əgər Peyğəmbərlik Qüreyşə məxsus olubsa, onlar da Peyğəmbəri (s) himayə edib əziyyət çəkdiklərindən imamət və xəlifəlik onların olmalıdır». Həzrət Əli (ə) buyurdu: «Mühacirlər ənsara qənaətbəxş cavab verdilərmi?» Ərz etdilər: «Ənsarı hansı cavab qane edə bilərdi?!» Həzrət Əli (ə) buyurdu: «Məgər ənsar unudubmu ki, Peyğəmbər dəfələrlə mühacirlərə ənsarla mehriban olub onlarla müdara etməyi tapşırıb?! Peyğəmbərin (s) bu buyuruğu ənsarın mühacirlərə tapşırılması dəlildir. Əgər onlar xəlifəliyə layiq olsaydılar bir başqasına tapşırılmazdılar.»
    Sonra həzrət buyurdu: «Bəs mühacirlər öz haqlarını necə sübuta yetirdilər?» Ərz edildi: «Çox söz danışdılar. Sözlərinin canı bu oldu ki, onlar Peyğəmbər (s) sülaləsindəndirlər və xəlifəliyə ənsardan daha yaxındırlar». Həzrət Əli (ə) buyurdu: «Nə üçün mühacirlər öz sözlərinin üstündə dayanmırlar? Əgər onlar Peyğəmbər nəslindəndirlərsə, mən o nəslin meyvəsiyəm. Əgər xəlifəlik Peyğəmbərə (s) yaxınlıqla ölçülürsə, mən Peyğəmbərə (s) bütün cəhətlərdən daha yaxınam».
    Əlinin (ə) xilafəti haqqında Qur’an ayələri və Peyğəmbər hədislərindən əlavə onun özünün uyğun buyuruğu da Səqifədə toplananlara cavab üçün kafi görünür.
    Bəli, həzrət Peyğəmbərin cənazəsi torpağa tapşırılmamış Əbu-Bəkr xəlifə oldu. Əbu-Bəkrin xəlifəliyi əslində sübuta yetirilməmişdi. Ənsarın bir qrupu və başqaları, xüsusi ilə də haşimilər ona bey’ət etməmişdilər. Ömər Əbu-Bəkrə dedi ki, Peyğəmbərin əmisi və haşimilərin başçısı Abbas ibn Əbdül-Müttəliblə görüşüb onu bey’ət etməyə şirnikdirsin. Əbu-Bəkr dərhal Abbasla görüşdü və öz məqsədini ona açıqladı. Amma Abbas ona qəti cavab verdi və dedi: «Əgər sən özünü Peyğəmbərə aid etməklə xəlifəliyi haqqın sayırsansa, onda bizim haqqımızı puça çıxarırsan. Çünki Peyğəmbər (s) bizdəndir və biz ona hamıdan yaxınıq. Yox əgər müsəlmanların rə’yi əsasında xəlifə olduğunu düşünürsənsə, biz daha öncül müsəlmanıq və sənə belə bir icazə verməmişik. Mənə və’d etdiyin var-dövlət bizə məxsusdursa, onu sən nə üçün sərf etməlisən?! Yox əgər öz malından və’d edirsənsə, bizim ona ehtiyacımız yoxdur. Mö’minlərin malından verməyi nəzərdə tutursansa, sənin belə bir haqqın yoxdur».
    Həzrət Əli (ə) baş verənləri son incəliyinədək anlayırdı. O başa düşürdü ki, səqifədə toplananlar sadəlövh xalqı aldatmışlar. Həzrət həqiqəti bəni-Haşim və öz səhabələrinə anlatmaq istəsə də, onun də’vətini yalnız kiçik bir hissə qəbul etdi.(İbn Əbil-Hədid, «Şərhe-nəhcül bəlağə» 1-ci cild, səh. 153.)
    Əksər tarixçilər yazırlar ki, Əli üç gecə ardıcıl şəkildə müsəlmanların mənzillərində oldu. O öz haqqını bəyan edərək bu adamları bey’ət etməyə çağırdı. Həzrət müraciət etdiyi adamlardan cavab almadığı üçün öz evinin bir küncünə çəkildi.
    Digər bir tərəfdən Ömər daim Əbu-Bəkrə deyirdi: «Nə qədər ki, Əlidən bey’ət almamısan, xilafətinin sütunları zəif olacaq. Yaxşı olar ki, onu bey’ətə məcbur edəsən. Belə etsən o biri haşimilər də sənə bey’ət edərlər».
    Əbu-Bəkrin göstərişi ilə Xalid ibn Vəlid bir neçə nəfərlə, eləcə də, Əbdür-Rəhman ibn Ovf və Ömərlə Əlinin (ə) evinə gedib onun qapısını döydülər. Bildirdilər ki, onun Əbu-Bəkrə bey’ət etməsi məqsədi ilə gəliblər. Həzrət Əli (ə) onları qəbul etmədi və evə daxil olmalarına icazə vermədi.
    Xalid ibn Vəlid yanındakılara göstəriş verdi ki, məcburi şəkildə evə daxil olsunlar. Onlar qapının bir hissəsini sındırıb evə daxil oldular.
    Bu vaxt Əlinin (ə) yanında olan Zübeyr ibn Əvvam qılıncını çəkib onlara müqavimət göstərmək istədi. Amma iki nəfər Zübeyrin arxasını kəsdi və o birilər Əlini əhatəyə aldılar. Onu qolları bağlı halda Əbu-Bəkrin yanına gətirdilər. Həzrət Əli Əbu-Bəkrə müraciətlə buyurdu: «Ey Əbu-Quhafə oğlu, bu nə göstərişdi vermisən ki, bizi bu şəkildə yanına gətirsinlər və Peyğəmbər ailəsi ilə belə rəftar etsinlər?! Yoxsa Peyğəmbərin göstərişlərini yaddan çıxarmısan?» Əbu-Bəkrdən qabaq Ömər cavab verdi və dedi: «Səni bura gətirmişik ki, Peyğəmbərin xəlifəsinə bey’ət edəsən». Əli buyurdu: «Məntiq və dəlillə danışsaq daha yaxşı olar. Əvvəlcə mənə deyin ki, səqifədə ənsara qalib gəlməyinizin səbəbi nə oldu və hansı dəlillərlə onları qane etdiniz?» Ömər dedi: «Qüreyşin başqa qəbilələrdən və mühacirin ənsardan üstün olması dəlilləri ilə. Ən əsası isə mühacirlər həzrət Peyğəmbərə (s) daha yaxındırlar».
    Həzrət Əli (ə) buyurdu: «Mən də elə sizin öz məntiqiniz əsasında rəftar edirəm. Başqa dəlillərim olsa da sizin öz dilinizlə danışıram. Əgər siz özünüzü Peyğəmbərə yaxın olduğunuz üçün haqlı sayırsınızsa, əgər xilafətin me’yarı Peyğəmbərlə yaxınlıqdırsa, hamı bilir ki, mən Peyğəmbərə bütün ərəbdən daha yaxınam. Mən onun əmioğlusu, yeznəsi və iki nəvəsinin atasıyam». Ömər məntiqi cavab verməkdə aciz olduğundan dedi: «Əgər bey’ət etməsən səndən əl çəkməyəcəyik».
    Həzrət Əli (ə) buyurdu: «Bir-birinizin işinizə yaxşı yarıyırsınız. Bu gün ona yardım edirsən ki, sabah xəlifəliyi sənə ötürsün. And olsun Allaha, mən ona bey’ət etmərəm. Çünki o mənə bey’ət etməlidir». Sonra həzrət üzünü ətrafdakılara tutub buyurdu: «Ey mühacirlər, Allahdan qorxun, Peyğəmbərin hakimiyyət və qüdrətini onun ailəsindən almayın. And olsun Allaha, biz Əhli-beyt uyğun məqama hamınızdan daha layiqik. Nəfsinizə itaət etməklə haqdan uzaq düşürsünüz». Beləcə, həzrət Əli (ə) bey’ət etmədən evinə qayıtdı və Fatimə (ə) dünyasını dəyişənədək evdə oldu. Yalnız Fatimənin vəfatından sonra bey’ət etməyə məcbur qaldı.

    BƏ’Zİ SƏHABƏLƏRİN ƏBU-BƏKRƏ E’TİRAZI
    Əbu-Bəkrin xəlifəliyi müəyyənləşdikdən sonra, Peyğəmbərin vəfatından beş gün ötmüş bə’zi səhabələr məsciddə toplandılar. Onlar Əbu-Bəkri nəsihət etməyə başladılar. Əvvəlcə Əbuzər Qəffari Əbu-Bəkrə xitabla dedi: «Ey Əbu-Bəkr, xilafət mənsəbini Əlidən almaq Allaha və onun rəsuluna itaətsizlikdir. Ağıllı və dərin düşüncəli insan əbədi axirət dünyasını ötəri dünyaya satmaz. Sizin bu hərəkətiniz özünüzün və müsəlmanların zərərinə olacaq. Ey Əbu-Bəkr, mən İslamın mənafelərinə əsasən bu sözləri deyirəm. Dediklərimi qəbul edib-etməməkdə azadsan».
    Əbuzərdən sonra Salman və Xalid ibn Sə’d həzrət Əlinin (ə) fəzilətlərindən və onun xilafət məqamına daha layiq olduğundan danışdılar. Onlar Əbu-Bəkri bu məqamı qəsb etdiyi üçün qorxutdular. Sonra mühacir və ənsara üz tutaraq dedilər: «Müsəlmanların birliyini qarşıdurmaya çevirməyin, öz nəfs istəklərinizə xatir din və məzhəblə oyun oynamayın».
    Sonra Xalid ibn Sə’d Əbu-Bəkrə dedi: «Ənsar sənə Ömərin təhriki və Ovsla Xəzrəc arasındakı ixtilaflara görə bey’ət etdi. Belə bir bey’ətin heç bir dəyəri yoxdur».
    Əbu-Əyyub Ənsari, Osman ibn Hənif və Əmmar Yasər ayağa qalxaraq hər biri Əlinin fəziləti və üstünlüyü haqqında danışdılar. Əlinin (ə) qəzəvatlardakı fədakarlıqlarını yada saldılar. Əbu-Bəkri səhabələrin dedikləri pərişan etdi. Məsciddən çıxdı və öz evinə getdi. Müsəlmanlara belə bir xəbər göndərdi: «Sizin mənə rəğbətiniz yoxdur, bir başqasını xəlifə seçin».
    Əbu-Bəkrin tərəddüdə düşdüyünü görən Ömər onun evinə gedib məcburi şəkildə məscidə gətirdi. Ömərin göstərişi ilə silahlı adamlar Əbu-Bəkri mühasirəyə aldı və kimsənin onunla danışmasına imkan vermədi. Ömərin bu işindən sonra kimsə Əbu-Bəkrlə danışa bilmədi.
    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 543 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019