İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:03 AM
    MÜAVİYƏ KİMDİR?
    Müaviyə iki çirkin vücuddan dünyaya gəlmiş varlıq idi. Bu şəxs irsiyyət qanuna əsasən, öz ata-anasının çirkin xüsusiyyətlərinin daşıyıcısı idi. Atası Əbu-Süfyan Qüreyş müşriklərinin və bütpərəstlərinin başçısı olmuşdu. Allah-təala Qur’anda bu şəxs haqqında buyurur: «Küfr başçıları ilə döyüş, onların andları möhtərəm deyil ki, ona riayət edilsin!» ("Tövbə" 12)
    Peyğəmbərin əksər qəzavatlarında Əbu-Süfyan bütpərəst və müşrik qoşununun başçısı olurdu. Əslində Ühüd, Bədr və Əhzab döyüşlərini bu adam qızışdırmışdı. Əbu-Süfyan həzrət Peyğəmbərlə bir il düşmənçilik etdi. Məkkənin fəthi zamanı qılınc qorxusundan İslamı qəbul etdi. Daxilində kafir və bütpərəstliyində qaldı. Müaviyənin anası isə Ütbə ibn Rəbiənin qızı Hind idi. Bu qadının həzrət Peyğəmbərlə dərin düşmənçiliyi vardı. Bu qadın Məkkədə həzrətə olmazın əzab-əziyyətini verirdi. Ühüd savaşında isə başqa qadınlarla birlikdə kişilərin ardınca hərəkət edir, dəf çalmaqla onları döyüşə həvəsləndirirdi. Həmin döyüşün sonunda Peyğəmbərin əmisi Həmzənin ciyərini çıxartdırıb dişlərinə çəkdi. Həmin vaxtdan Hində «ciyərxar» deməyə başladılar. Hindin göstərişi ilə Həmzəni qətlə yetirmiş Vəhşi sonradan İslamı qəbul etdi və həzrət Peyğəmbər onu bağışladı.
    Cahiliyyət dövründə Hind öz əxlaqsızlığı ilə məşhur idi. Müaviyə də həmin vaxtlarda dünyaya gəlmişdi. Zəməxşəri «Rəbiül-əbrarda» nəql edir ki, həmin vaxtlar dörd kişi Müaviyənin atası sayılırdı: Əbu-Əmr ibn Müsafir, Abbas ibn Əbdül-Müttəlib, Əmarə ibn Vəlid, Səbbah adlı bir qara şəxs. Bu məsələyə İbn Əbil-Hədid də «Nəhcül-bəlağənin» şərhində toxunmuşdur. «Ən-nəsayehul-kafiyyə» kitabının müəllifi Məhəmməd ibn Əqil yazır ki, Həssan ibn Sabit Hind və onun ərini həcv edər, Peyğəmbər və səhabələri isə bu şe’rləri dinləyib e’tiraz etməzdilər. Bəli, Müaviyə belə ata və anadan dünyaya gəlmişdi. O həm ata, həm də anasının çirkin əxlaqını daşıyırdı. O da müsəlmanlara qarşı döyüşlərdə iştirak edib, nəhayətdə, qorxusundan İslamı qəbul etdi. Həzrət Əli (ə) Müaviyə və onun atasının qılınc qorxusundan iman gətirməsi barədə Müaviyəyə belə buyurmuşdur: «Babanı (Ütbəni), dayını (Vəlidi), qardaşını (Hənzələni) Bədr döyüşündə öldürən mən oldum. Həmin qılınc yenə əlimdədir. Mən həmin cür’ətlə düşmənlərimlə üzbəüz gəlirəm. Başqasının dinini qəbul etməmişəm, təzə Peyğəmbər seçməmişəm. Mən elə bir yoldayam ki, siz həmin yolu ixtiyari olaraq tərk etmiş, məcbur qalaraq qəbul etmisiniz».
    Məhəmməd ibn Cərir Təbəri nəql edir ki, həzrət Peyğəmbər buyurmuşdur: «Əgər Müaviyəni mənim minbərimdə görsəniz, onu öldürün». Təbərinin yazdığına görə, Əbu-Süfyan ulağa süvar, Müaviyə onun cilovundan tutmuş, qardaşı isə arxalarınca gələn halda Peyğəmbər onların haqqında buyurdu: «Allah hər üçünə lə’nət etsin».
    Məsihi alimi Corc Cordaq «İmam Əli (ə)» əsərinin dördüncü hissəsində yazır: «Üməyyənin bütün çirkin sifətlərinə malik olan şəxs Müaviyə ibn Əbu-Süfyandır. Müaviyənin ilkin nəzərə çarpan sifəti onun insaniyyət və İslamdan xəbərsiz olmasıdır. Onun əməlləri İslamdan uzaq olduğunu sübut edir».
    ƏMR AS
    Bu hiyləgər ərəb də əsil-nəsil baxımından Müaviyə kimi çirkin bir şəxsdir. Zəməxşərinin yazdığına görə onun anası əvvəlcə kəniz olmuş, günahda məhşurluğuna görə ağası tərəfindən azad edilmişdir. Qadın öz azadlığından istifadə edərək azğınlığını daha da artırmış və belə bir məqamda Əmr Asa hamilə olmuşdur.
    Əvvəllər Əmr beş atası ilə tanınırdı: Əbu-Ləhəb, Üməyyə ibn Xələf, Əbu-Süfyan, As, Hişam ibn Muğəyrə. Cahiliyyət dövrünün ən’ənələrinə uyğun olaraq Əmr dünyaya gəldikdən sonra bu beş nəfərin hər biri onun atası olduğunu iddia etmişdir. Nəhayət, uşağa ata seçimi anaya tapşırılmışdır. O da Ası daha sərvətli görüb, onu öz uşağına ata seçmişdir. Hansı ki, Əmr Əbu-Süfyana daha çox oxşamışdır. Həssan ibn Sabit bu barədə belə bir şe’r oxumuşdur:Şəksiz, Əbu-Süfyan onun atası,
    Əmr oxşarlıqla ona çatası.

    Əmr As da Müaviyə kimi Peyğəmbər və onun Əhli-beyti ilə düşmən olmuşdur. O həzrət Peyğəmbəri həcv edən qəsidələr yazmışdır. Peyğəmbər onunla bağlı demişdir: «Pərvərdigara, mən şair deyiləm ki, onun şe’rinə cavab verim. Onun beytlərindəki həriflərin sayı qədər ona lə’nət et».
    Əmr As daim Peyğəmbərə müxalif cəbhədə olmuşdur. O Həbəşəyə hicrət edənləri geri qaytarmaq üçün Qüreyş tərəfindən nümayəndə kimi göndərilmişdir. Cə’fər ibn Əbu-Talib Nəcaşinin hüzurunda onu məhkum edən vaxt düşmənçiliyə başladı. Ömərin dövründə Misir hakimi olduğu vaxt müsəlmanların beytül-malını dağıdırdı. Onun Müaviyə ilə həmkarlığa qatıldıqdan sonra etdiyi cinayətlər haqqında söhbətimizin davamında danışacağıq.
    Bir sözlə, ərəblər arasında hiyləgərliyi ilə məşhur olan bu iki şəxs əl-ələ verərək dünya məqsədləri naminə həzrət Əliyə qarşı bayraq qaldırdılar. Müaviyə böyük bir qoşunla Şamdan çıxıb Siffeyn adlı məhəldə, Fəratın kənarında düşərgə qurdu və həzrətə müharibə e’lan etdi.
    Həzrət Əli (ə) öz qoşununu Nuxəylədə nizama salıb ən ləyaqətli insanları sərkərdə tə’yin edirdi. Hicri 36-cı il, şəvvalın beşində həzrətin qoşunu Mədain yoluna üz tutdu.
    Onlar Mədainə çatdıqdan sonra bir neçə gün orada qaldılar. Mədaində olduqları vaxt xalqın bə’zi istəklərini yerinə yetirdilər, sonra isə Siffeynə yola düşdülər. Nəhayət, Əlinin (ə) qoşunu Müaviyənin qoşunu ilə üzbəüz mövqe tutdu.
    Malik Əştər, Qeys ibn Sə’d, Əmmar Yasər, Məhəmməd ibn Əbu-Bəkr, Uvəys Qərəni, Ədi ibn Hatəm, Əbu Əyyub Ənsari, Haşim ibn Ütbə (Mirqal), Xuzəymə ibn Sabit həzrət Əlinin sərkərdələri sırasında idilər.
    Həzrət Əli (ə) bu döyüşdə də Cəməl döyüşündə olduğu kimi düşmənə öyüd-nəsihət verdi, Müaviyəyə yenidən məktub yazıb onu döyüşün ağır nəticələrindən agah etdi. Həzrət öz əsgərlərinə buyurdu: «Nə qədər ki, onlar sizinlə döyüşmür, siz də döyüşməyin. Şükr olsun Allaha ki, möhkəm dəlillərimiz var. Onlar döyüşə başlamamış sizin döyüşə girməməyiniz də haqlı olmağınızın dəlilidir. Əgər döyüş başlasa, Allahın iradəsi ilə onlar qaçsalar, qaçanları öldürməyin, geri qalanları yaralamayın, yaralıları qətlə yetirməyin. Qadınları sizi təhqir etsələr də, onları incitməyin».
    Müaviyə nəinki həzrətin məktublarına, nəsihətlərinə əhəmiyyət vermədi, hətta öz qoşununu bir az da qızışdırdı. O qoşunu qarşısında xütbə oxuyub dedi: «Bu döyüşdə süstlük göstərməyin. Canınızdan keçin, çünki siz haqsınız, sizin üçün dəlil var. Siz elə bir kəslə döyüşürsünüz ki, Osmanla bey’əti sındırıb və nahaq olaraq onun qanını töküb. Allahın yanında onun heç bir üzrü yoxdur». Əmr As da şamlılarla eynən Müaviyə kimi danışdı və onları döyüşə təhrik etdi. Müaviyə və Əmr Asın qoşuna müraciətindən xəbər tutan həzrət Əli (ə) öz qoşununu şamlılarla döyüşə hazırlamaq üçün Allaha həmd-səna oxuduqdan sonra buyurdu: «Ey Allahın bəndələri, Allahdan qorxun. Döyüş zamanı sizi qorxudası şeylərə göz yumun. Səsinizi yavaşıdıb, az danışın. Düşmənlə üzbəüz gəlmək, onunla döyüş, qılınc çalmaq və nizə atmaq, düşmənin yaxasından yapışmaq üçün qəlbinizi gücləndirin və sabitqədəm olun. Allahı daha çox zikr edin ki, xilas olasınız. Allaha və onun rəsuluna itaət edin və bir-birinizlə didişməyin ki, süst olarsınız və gücünüz azalar. Səbirli olun, çünki Allah səbirlilərlədir. Pərvərdigara, bunların qəlbində səbr qərar ver, onlara yardımçı ol və mükafatlarını böyük buyur».
    Siffeynə Əlidən (ə) qabaq çatmış Müaviyə suya yaxın yerdə düşərgə qurmuş və Fərata yolu bağlamışdı. Amma Malik Əştər Əlinin (ə) göstərişi ilə Fəratın qabağını kəsmiş, şamlılara hücum edib, onları pərən-pərən saldı və fərata yol açdı. Həzrət Əli (ə) Fərat ətrafını tutduqdan sonra düşmən qoşununun suya yolunu kəsmədi.
    Müaviyə şamlıların ruhiyyəsindəki sınıqlığı aradan qaldırmaq üçün ən məşhur cəngavər Səhmi çağırıb onu Maliklə döyüşə göndərdi. Böyük bir ata minmiş, polad zirehə bürünmüş Səhm Kufə qoşununun qarşısına çıxıb Maliki mübarizəyə çağırdı. Bir çox ərəb qəhrəmanlarını qılıncı ilə ikiyə bölmüş Malik qəzəbli şir tək meydana çıxdı. Səhm o qədər heybətli idi ki, hətta Kufə əsgərləri də Malikə görə narahat oldular. Şamlı cəngavər əvvəlcə Maliki təhqir etdi, sonra isə hücuma keçdi. Malik düşmənin hücumlarının qarşısını məharətlə aldı və ilkin fürsətdə qılıncını onun sinəsinə sancdı. Bu vaxt başqa iki şamlı Malikin üzərinə hücuma keçdi. Amma Malik bu qəfil hücumun qarşısında özünü itirməyib hər iki şamlını qətlə yetirdi və öz düşərgəsinə qayıtdı.
    Bu zəhimli cəngavərin ölümündən sonra Müaviyə Übeydullah ibn Öməri bir dəstə döyüşçü ilə kufəlilərin üstünə göndərdi. Übeydullah meydanda rəcəz oxuyub özünü tə’rif etdi və mübariz çağırdı. Həzrət Əli (ə) onunla döyüşə Məhəmməd ibn Əbu-Bəkri göndərdi. Məhəmməd bir dəstə döyüşçü ilə Übeydullahın dəstəsinin üzərinə yeridi. Günün sonunadək bu iki dəstə meydanda qanlı savaş apardı. Nəhayət, Müaviyə Übeydullahın köməyinə Şərhəbili göndərdi. Kufə ordusundan Malik Məhəmmədin köməyinə tələsdi. İki qoşun arasında qanlı savaş hicri 36-cı il, zilhiccənin sonunadək davam etdi.
    Həzrət Əli (ə) əvvəlki döyüşlərdə olduğu kimi, bu döyüşdə də çalışırdı ki, imkan həddində az qan axıdılsın. Müaviyə isə heç bir vəchlə danışığa getmək istəmir və döyüşü davam etdirirdi. Nəhayət, hicri 37-ci il yetişdi. Hər iki qoşun məhərrəm ayında savaşı saxlamaq qərarına gəldi. Həzrət Əli (ə) bu fasiləni daha çox arzulayır və hansısa bir razılığa gəlinəcəyinə ümid edirdi. Həzrət qanlı savaşa son qoymağa cəhd göstərsə də, inadkar Müaviyə sülhlə razılaşmırdı. Nəhayət, məhərrəm ayı başa çatdı. Səfər ayının ilk günündən döyüş başladı və səfərin on yeddisinədək davam etdi. Belə ki, bu döyüş ardıcıl şəkildə on iki və ya on səkkiz ay çəkdi.
    Bu döyüş ərəb arasında ən qanlı daxili savaş idi. Döyüşün ilk günlərində həzrət Əli (ə) təkbətək döyüşə üstünlük verirdi. Amma Əmmar Yasər, Üveys Qərəni kimi səhabələrin şəhadəti döyüşü qızışdırırdı. Həzrət Əlinin (ə) qulamı Müaviyənin döyüşçüsü Əcir tərəfindən şəhadətə yetirildi. Həzrət Əli (ə) öz qulamının şəhadətindən narahat olub özü meydana çıxdı. Əlini (ə) tanımayan Əcir qılıncını qürurla onun üzərinə endirdi. Əcirin zərbəsini ötürən Əmirəl-mö’minin, əli ilə yapışıb onu göyə qaldırdı və yerə elə çırpdı ki, sümükləri qırıldı. Həzrət düşmən qoşununa baş vurub xeyli qılınc çaldıqdan sonra düşərgəyə qayıtdı.
    Səfər ayının dördündə Əbu-Əyyub Ənsari bir dəstə döyüşçü ilə Şam qoşununa doğru hərəkət etdi. O bir başa Müaviyənin çadırı üzərinə hücuma keçdi və qarşısına çıxanı qılıncdan keçirdi. Əbu-Əyyubu çadırının yaxınlığında görən Müaviyə qaçıb şamlılar arasında gizləndi. Nəhayət, Əbu-Əyyub öz düşərgəsinə qayıtdı. Əbu-Əyyubun hücumundan xofa düşmüş Müaviyə öz döyüşçülərini məzəmmət edib xeyli danladı. Bu vaxt Mərqə ibn Mənsur adlı bir döyüşçü qabağa gəlib Əlinin çadırına hücum etmək üçün icazə istədi. Müaviyənin əmri ilə Mərqə atına süvar olub Kufə qoşununa üz tutdu. O, yolu açıb Əliyə yaxınlaşmaq fikrində idi. Amma ilk sırada dayanmış Əbu-Əyyub Ənsari onu görüb bir zərbə ilə başını bədənindən ayırdı. Bu hadisə Müaviyəni daha da qəzəbləndirdi. Bütün Şam qoşununa hücum əmri verildi. Həzrət Əli (ə) də öz qoşununa hücum əmri verdi.
    Bu ilk ümumi hücum idi. Həzrət Əlinin (ə) cəngavərləri həmin gün böyük şücaət və rəşadət göstərərək bir çox düşmən qüvvələrini fənaya uğratdılar. Bütün bu qanların günahkarı Müaviyənin həvəsbazlığı idi. Əlbəttə ki, o, həzrət Əlinin nəsihətlərini qəbul etsəydi və Şam xalqını müxtəlif hiylələrlə aldatmasaydı, vəziyyət belə olmazdı. Həzrət Əli (ə) Müaviyə ilə üzbəüz gəlmək fikrində idi. Ona görə də Şam qoşununun qabağına çıxıb «haradasan, ey Hind oğlu» deyə soruşdu. Düşmən qoşunundan cavab çıxmadığını görüb yenidən Müaviyəni səslədi və buyurdu: «Ey Müaviyə, sən ki xəlifəlik iddiasındasan və xalqın qanının tökülməsinə səbəbkar olmusan, indi özün mənimlə meydana çıx. Hansımız qalib gəlsək, xilafət də onun olsun. Gəl mühakiməni qılıncların öhdəsinə buraxaq».
    Müaviyənin qorxudan səsi çıxmadı. Şamlılar arasına pıçhapıç düşdü. Vəziyyəti belə görən Şam cəngavəri Əbrəhə Əssəbah ibn Əbrəhə qoşuna üzünü tutub dedi: «Ey camaat, and olsun Allaha, əgər vəziyyət belə davam etsə, biriniz də sağ qalmayacaqsınız. Nə üçün özünüzü ölümə verirsiniz?! Həzrət Əli (ə) Əbrəhənin sözünü eşidib buyurdu: «Hələ Şam qoşunundan Əbrəhənin sözü tək sevindirici söz eşitməmişdim».
    Amma Müaviyə Əlinin (ə) zülfüqarının qorxusundan öz qoşununun axır sıralarında dayanmışdı. O, yaxınlığında olan adamlara dedi: «Əbrəhənin ağlı çaşıb». Şam böyükləri isə bir-birlərinə belə dedilər: «And olsun Allaha, Əbrəhə din və elmdə bizdən biliklidir. İş budur ki, Müaviyə həzrət Əli (ə) ilə vuruşmaqdan qorxur».("Nasexut-təvarix" səh.401)"
    Həzrət Əli (ə) Müaviyəni bir neçə dəfə mübarizəyə çağırdı. Amma Müaviyədən cavab çıxmadı. Nəhayət, Ürvə ibn Davud Müaviyənin qoşunu arasından fəryad çəkdi ki, Müaviyə Əli ilə döyüşdən çəkinirsə, mən onunla vuruşa gedirəm. Ürvə nərə çəkdi: «Ey Əbu Talib oğlu, gözlə gəlirəm». Amma həzrət Əli ona yaxınlaşan Ürvəyə elə bir qılınc zərbəsi endirdi ki, o atının üstündə ikiyə bölündü. Bu vaxt Ürvənin əmisi oğlu onun qanını almaq üçün meydana çıxdı. Amma o da həzrətin bir zərbəsi ilə başını torpağa qoydu. Həzrət Əli (ə) öz düşərgəsinə qayıtdı.
    Bu savaşda Əmr Asın həzrət Əli (ə) ilə üz-üzə gəlməsi də maraqlı oldu. Əmr As hiyləgər və ehtiyatlı adam idi. O nəinki Əli ilə, hətta başqa cəngavərlərlə döyüşə çıxmazdı. Amma Əmr As qorxaq da görünmək istəmirdi. Bir gün həzrət Əli (ə) qiyafəsini dəyişib, döyüş meydanına çıxdı və Şam ordusuna çatdıqda bir dövrə vurdu. Həzrət qəsdən qorxaq döyüşçülər kimi hərəkət edirdi. Özünü göstərmək üçün qorxaq bir döyüşçü axtaran Əmr As fürsəti qənimət bilib meydanda dövrə vuran döyüşçüyə hücum etdi. Əmr Asın ağlına da gəlmirdi ki, bu döyüşçü Əlidir. Əmr As ona yaxınlaşıb bir rəcəz oxudu. Əmri yaxınlığında görən həzrət Əli (ə) onun üstünə şir tək şığıyaraq bir rəcəz oxuyub özünü tanıtdırdı. Həzrətin bir zərbəsi ilə nizəsini itirmiş Əmr onu tanıyıb ölümü gözlərinin qabağına gətirdi. Belə bir vəziyyətdə Əmr As yeganə çıxış yolu kimi Əlinin nəcabətin və uca şəxsiyyətini gördü. Dərhal libasını soyunub çılpaq vəziyyətdə qaçmağa başladı. Bu Əmr Asın əsil sifəti idi. Həyada misli olmayan həzrət Əli (ə) üzünü yana çevirib buyurdu: «Allah sənə lə’nət etsin, ayıb yerinin hesabına azad oldun». Həzrət Əlinin uzaqlaşdığını görən Əmr yıxılıb dura-dura öz düşərgəsinə qaçmağa başladı. Yalnız Müaviyənin çadırına girdikdən sonra Əmr rahat nəfəs aldı.
    Müaviyə ürəkdən gülüb dedi: «Ey Əmr, bu hiyləgərlik səndən başqa birinin ağlına gəlməzdi. Get öz ayıb yerinə «sağ ol» de. Afərin o şəxsin əxlaqına ki, səni rahat buraxdı. And olsun Allaha, Əlidən (ə) başqa biri səndən keçməzdi». Müaviyə danışa-danışa qəh-qəhə çəkir və Əmri məsxərəyə qoyurdu. Əmr As da dilini saxlamayıb Müaviyənin qorxaqlığını ona xatırlatdı və dedi: «Məgər Əli mübarizəyə səni çağırmırdımı?!» Nə üçün özünü alçaldıb ona cavab vermədin?» Müaviyə dedi: «Mən e’tiraf edirəm ki, Əli kimi şücaətli şəxslə vuruşmaq mümkünsüzdür. Amma sənin bugünki işin çox gülməli oldu». Müaviyənin məsxərəsi Əmr Ası qəzəbləndirdi. O, Müaviyəni söyə-söyə oradan uzaqlaşdı.
    Döyüşün əvvəllərində Əlinin cəngavərləri ardıcıl qələbələrlə geri dönsələr də, həzrət yenə də sülhə ümid edir, nəsihət və moizəyə üstünlük verirdi. Onu bu savaşa vadar edən nəsihətlərin cavabsız qalması idi.
    Həzrət Əli (ə) öz döyüşçülərinə atəşin xütbələr buyurdu, öz tə’sirli sözləri ilə qoşunun iman və mübarizə qüdrətini gücləndirdi. Həzrətin qəlbdən gələn ilahi buyuruqları dinləyicilərin könlünə oturur, onları silkələyirdi.
    Həzrət öz qoşununa üz tuturaq buyururdu: «Ölüm qorxusu ilə müharibədən qaçmağın nəticəsi yoxdur. Bir kəsin əcəli çatmayınca ölməyəcək. Allah-təala buyurur: «Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, qaçmaq sizə heç bir fayda verməz». ("Əhzab" 16) Həzrət öz döyüşçülərini səbr və dözümə çağıraraq onlar üçün Qur’andan belə bir ayə oxudu: «Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səd çəkib döyüşənləri sevər». ("Səff" 4) Həzrət öz ardıcıllarına haqq və batili tanıtdırır, onların daxili əzmini gücləndirirdi. Həzrətin səhabələri və köməkçiləri də onun səsinə səs verib öz fədakarlıqlarını nümayiş etdirirdilər.
    Müaviyə də öz qoşununu məkr və hiylə yolu ilə həvəsləndirir, çalışırdı ki, bu yolla Əli (ə) qoşununun da arasına ixtilaf salsın.
    Ərəblərin adlı-sanlı qəhrəmanlarından olan və həzrət Əlinin (ə) qoşununda döyüşən Xalid ibn Muəmmər Müaviyənin hiylələrinin qurbanı oldu. Xalid həzrət Əlinin göstərişinə əsasən on min nəfərlik bir dəstə ilə Müaviyənin qoşununa hücum etdi. Qoşun arasından yol açıb Müaviyənin qərargahınadək irəli getdi. Müaviyənin ən yaxın keşişçiləri qətlə yetirildi.
    Məcburiyyətin labüd olduğunu görən Müaviyə Xalidin yanına adam göndərib onu tovlamaq qərarına gəldi. Həmin şəxs Xalidə yaxınlaşıb dedi: «Bu döyüş, bu qan nəyə lazımdır? Xalqı qırmaq əvəzinə Müaviyənin xəlifəliyinə yardımçı ol, o da sənə Xorasan hakimliyini versin». Xalidin qılınc çalan qolu süstləşdi. Sakitcə öz düşərgəsinə qayıtdı. Xalidin qəlbindəki hisslər Əli sərkərdələrinin arasında Müaviyənin səpdiyi ilk nifaq toxumu idi. Sonra Əş’əs ibn Qeysə də əmirlik və’d edildi. Məhz bu şəxslər həzrətin ardıcıllarını ona qarşı qaldırdılar.
    Siffeyn döyüşü günbəgün şiddətlənirdi. Hamı anlayırdı ki, iki qoşun arasında son sözü qılınclar deyəcək. Hər gün meydanda qanına qəltan olanların sayı artırdı. Xüsusi ilə şamlılar arasında ölənlər çox idi. Həzrət Əlinin (ə) əlində qətlə çatmış Müaviyə qəhrəmanlarından biri də Muğariq idi. Savaşın qızğın günlərindən birində bu şəxs meydana çıxıb mübariz tələb etdi və həzrət Əlinin döyüşçülərindən dördünü ardbaard şəhadətə yetirdi. O qətlə yetirdiyi şəxslərin başlarını kəsdi və ayıb yerini göstərdi. Onun bu hərəkəti həzrət Əlini (ə) narahat etdi. Həzrət qiyafəsini dəyişib tanınmayan bir görkəmdə meydana çıxdı. Əmirəl-mö’mininin bir zərbəsi ilə Muğariq atı qarışıq ikiyə bölündü. Muğariqin ardınca meydana çıxan daha yeddi şam mübarizi həzrətin əlində dünyasını dəyişdi.
    Şam qoşunundakı adlı-sanlı qəhrəmanlardan biri də Bosr ibn Ərtat idi. Müaviyə həzrət Əlinin (ə) də’vəti qarşısında acizliyini nümayiş etdirdikdən sonra Bosr ad-san qazanmaq naminə həzrətlə vuruşmaq qərarına gəldi. Beləcə, o, Şam qoşunundan aralanıb, Kufə qoşununa yaxınlaşdı. Amma həzrət Əli (ə) ilə göz-gözə gəldikdə canını üşütmə bürüdü, ürəyinin çırpıntısı qulaqlarını batırdı.
    Həzrət Əli (ə) dərhal meydana çıxıb Bosra hücum etdi. Özünü ölüm ayağında görən Bosr Əmr As kimi ayıb yerini açmaqla həzrətin qılıncından amanda qaldı. Həzrət üzünü yana çevirib buyurdu: «Əmr Asa lə’nət olsun, bu çirkin əməli adətə çevirdi». Bosr fürsətdən istifadə edib özünü Şam qoşununa çatdırdı, ucalmaq əvəzində daha da alçaldı.
    Bunun ardınca Kufə əsgərləri şamlıları həcv edir və deyirdilər ki, mərdlikdən danışır, amma döyüş meydanında ayıb yerinizin arxasında gizlənirsiniz. Həzrət Əli (ə) Əmr Asın bu əxlaqsızlığına «Nəhcül-bəlağə»də də toxunmuşdur.
    Siffeyndə şəhadət şərbətini içənlərdən biri də həzrət Peyğəmbərin (s) böyük səhabəsi Əmmar Yasər oldu. Doxsana yaxın yaşı olan bu böyük insan döyüş meydanına çıxıb şirin bir məntiqlə Peyğəmbər (s) və onun övladını mədh etdi və Müaviyə ilə ardıcıllarını qınadı. Əmmar meydanda belə bir şe’r oxudu:Bir zaman vuruşduq Qur’ana görə
    Bu gün qılınc çəkdik yanlış tə’birə.

    Əmmar uzun-uzadı döyüşdən sonra Əbül-Adiyə tərəfindən şəhadətə yetirildi. Həzrət Əli onun şəhadətinə çox qəmgin oldu və buyurdu: «Əmmarın şəhadətinə qəmlənməyən İslamdan bəhrə götürməz». Amma Əmmarın şəhadəti Şam qoşununun ruhiyyəsini tamam sarsıtdı. Çünki hamının bildiyi məşhur bir hədisdə həzrət Peyğəmbər Əmmara buyurmuşdu: «Səni azğın və zalım bir qövm öldürəcək». Əmmarın şəhadətindən sonra şamlılar bir-birlərinə dedilər: «Belə çıxır ki, həmin azğın və zalım qövm bizik. Müaviyə isə həmişəki hiyləgərliyindən qalmayıb dedi: «Əmmarı o şəxs öldürdü ki, onu evindən çıxarıb döyüşə gətirdi». Müaviyə yenə də diqqəti Əliyə (ə) yönəldirdi. Əmr As astaca Müaviyəyə dedi: «Sənin deməyindən belə çıxır ki, Həmzənin qatili müşriklər yox, onu Ühüd meydanına gətirən Peyğəmbərdir». Müaviyə dedi: «Zarafat yeri deyil, bu sözləri başqa yerdə danışma».
    Həzrət Əlinin (ə) fədakar döyüşçüləri olan Haşim ibn Ütbə (Mirqal), Əmr ibn Möhsin, Xuzəymə ibn Sabit də bu döyüşdə şəhadət dərəcəsinə çatdılar. Bu döyüşdə Malik Əştərin rolunu xüsusi qeyd etmək lazımdır. Siffeyndə böyük rəşadətlər göstərən Malik dəfələrlə Şam qoşununu pərən-pərən salmışdı. Bir gün Malik döyüş meydanına çıxıb özünü tanıtdırmadan mübariz tələb etdi. Müaviyə tərəfindən Übeydullah ibn Ömər irəli çıxdı. Uzaqdan rəcəz oxumaqla özünü öyən bu şəxs Malikə yaxınlaşıb onu tanıdıqdan sonra üşütməyə düşdü və dedi: «Ey Malik, əgər bilsəydim ki, meydandakı sənsən, heç vəchlə qabağa çıxmazdım. İcazə ver, geri qayıdım». Malik dedi: «Nə üçün bu alçaqlığı qəbul edirsən? Şamlılar deyərlər ki, Übeydullah rəqibin qarşısından qaçdı». Übeydullah dedi: «Mənim canımdan söhbət gedən yerdə xalqın nə deyəcəyi mühüm deyil». Malik dedi: «Səni görməməzliyə vurdum, qayıt. Amma bundan sonra tanımadığın adamla döyüşə çıxma». Übeydullah düşərgəyə qayıtdı və «Allah məni bu gün bir şirin əlindən xilas etdi» dedi. Müaviyə dedi: «Ey qorxaq, qaçmağın bəs deyil, hələ qoşununun ruhiyyəsini də zəiflədirsən? Malik də bir kişidir, sən də bir kişi. Nə üçün bir bu qədər qorxursan?» Übeydullah dedi: «Ey Müaviyə, bu döyüşü qızışdıran sən olmusan. Yaxşı olar ki, özün çıxıb onunla döyüşəsən. Niyə çıxmırsan? Axı sən də bir kişisən, Malik də bir kişidir!»
    Müaviyənin döyüşçülərindən bir neçəsi öz qəbilələri ilə Əmr Asın rəhbərliyi altında Maliklə döyüşə çıxdılar. Malik də öz adamları ilə birlikdə onlara ağır zərbələr vurdu və səksənə yaxın düşmən döyüşçüsünü qanına qəltan etdi. Malik Əmr Asın özünü ələ keçirmək istəyirdi. Amma Malikin məqsədini anlayan düşmənlər Əmr Ası meydandan qaçıra bildilər.
    Malik öz qəbiləsi ilə meydana çıxmış başqa düşmən cəngavərlərinə də diz çökürdü. Yezid ibn Ziyad, No’man ibn Cəbələ kimi bir çox cəngavərlər öz qəbilələri ilə birlikdə tar-mar edildi.
    Əvvəlcə qeyd etdiyimiz kimi, Siffeyn döyüşü İslamın ən qanlı daxili döyüşlərindən idi. Həzrət Əlini (ə) bu ixtilaf və pərakəndəlik çox narahat edirdi. O dəfələrlə Müaviyəni nəsihət edir, onu islah etməyə çalışırdı. Bütün bunlar nəticə vermədikdə həzrət Əli (ə) Müaviyəni meydana çağırsa da, o qoşunun arxa cərgələrində gizlənirdi. Həzrət Əli (ə) Müaviyədən heç bir müsbət cavab ala bilmədiyindən düşmən qoşununa hücum edirdi.
    Döyüşün son günlərində Şam qoşununun məğlubiyyəti şübhə doğurmurdu. Həzrətin rəhbərliyi altında Kufə döyüşçülərinin göstərdiyi qəhrəmanlıq Müaviyə ordusunun sütunlarını uçurmuşdu. Amma ətrafındakı adamları min bir və’dlə şirnikləşdirən Müaviyə hələ də məqsədindən daşınmırdı.
    Tarixçilərin rəvayət etdiyinə görə, Kufə qoşunu iki ümumi həmləyə keçdi. Birinci hücum həzrət Əlinin Əmmar Yasər, Üveys Qərəni kimi səhabə və yaxınlarının şəhadətindən sonra baş verdi. Həmin vaxt həzrətin öz komandanlığı altında düşmən üzərinə yürüş edildi və bütün Şam döyüşçüləri, eləcə də, Müaviyə özü qaçmağa üz tutdu. Müaviyə ağır sarsıntı içində əsgərlərinə və’dlər verir, onları döyüşə şirnikdirməyə çalışırdı.
    İkinci döyüş isə Ləylətul-hərirdə baş verdi. Soyuq qış gecələrində itlər, adətən, hürmək əvəzinə ulaşırlar. Ərəb dilində bu sayaq ulaşma və zingiltiyə «hərir» deyilir. Ləylətul-hərir döyüşündə o qədər yaralı vardı ki, gecənin qaranlığındakı zarıltılar qış gecələrindəki it ulaşmalarını xatırladırdı. Yaralıların əksəri Müaviyənin qoşunundan idi.
    Siffeyn döyüşünün axır mərhələsi olan Ləylətul-hərir qarşılaşmasından qabaq həzrət Əli (ə) ilə Müaviyə arasında məktublaşma oldu. Bu döyüşdən bir neçə gün qabaq Müaviyə həzrət Əliyə (ə) məktub yazıb Şam əyalətinin onun ixtiyarına verilməsini istədi. İbn Əbil-Hədid «Nəhcül-bəlağə»nin şərhində yazır ki, Müaviyə məktub yazarkən Əmr Ası öz məqsədindən xəbərdar etdi. Əmr gülüb dedi: «Ey Müaviyə, necə də sadəsən. Məgər sənin hiylən Əliyə (ə) tə’sir edərmi?!»
    Müaviyə dedi: «Məgər həm həzrət Əli (ə), həm də mən Əbdül-Mənafın övladları deyilikmi?» Əmr dedi: «Dediklərin düzdür. Amma o Peyğəmbər ailəsindəndir, sənə isə həmin məqamdan pay düşməyib. Məktub yazmaq istəyirsənsə, yaz!»
    Müaviyə həzrət Əliyə (ə) belə bir məzmunda məktub yazdı: «Əgər bilsəydik ki, müharibədə bir bu qədər itki verəcəyik, döyüş meydanına çıxmazdıq. İndi isə gələcəyi fikirləşmək lazımdır. Mən əvvəllər də sənə tabe olmamaq şərti ilə Şam əyalətini istəmişdim. Sən qəbul etmədin. Mən bu gün də həmin istəyimdə qalıram. And olsun Allaha ki, saysız-hesabsız döyüşçülər həlak olub. Qalanlarının fikrini çəkmək lazımdır. Hər ikimiz Əbdül-Mənaf övladlarıyıq və hər birimizdən heç bir üstünlüyümüz yoxdur ki, birimiz o birinə tabe olsun».
    Həzrət Əli (ə) Müaviyənin məktubunu oxuduqdan sonra ona belə bir məzmunda cavab yazdı: «Sən məndən Şamı istəyirsən. Mən o kəs deyiləm ki, dünən səndən aldığımı bu gün sənə verəm. Sən ölənlərin çoxluğundan danışır və qalanlar haqqında düşünməyi lazım bilirsən. Bil ki, haqq yolda öldürülmüş hər bir kəs behiştə, batil yolda öldürülənlər isə cəhənnəmə düşmüşdür. Düz deyirsən ki, biz Əbdül-Mənaf övladlarıyıq. Amma Üməyyə Haşim kimi, Hərb Əbdül-Müttəlib kimi, Əbü-Süfyan Əbu-Talib kimi və mühacir də azad olmuş kimi deyil. Əsli-kökü pak olan kəs başqasına aid edilən kəs kimi olmaz. Haqq yolda gedən də batil yolda gedənlə eyni deyil. İman gətirmiş adamı hiyləgər və dığal adamla bir tutmaq olmaz. Əlbəttə ki, pis o övladdır ki, sənin tək, cəhənnəmə düşmüş babalarının yolunu gedir. Bundan əlavə, Peyğəmbərlik şərəfi bizim ailəmizdədir. Bu yolla asi şəxs xar olur, itaət edən ucalığa çatır. Allah ərəbləri öz dininə dəstə-dəstə daxil etdiyindən bir dəstə öz meyli ilə dini qəbul etdi, başqa dəstə isə çarəsizlik ucbatından təslim oldu. Siz dinə qılınc qorxusundan, dünya eşqi ilə gələnlərsiniz. Amma imanda qabaqda gedənlər qalib oldu, hicrət edənlər fəzilət qazandı. Şeytanın ardınca getmə, özündə ona yol açma».
    Həzrət Əlinin (ə) cavabını aldıqdan sonra Müaviyə məktub yazmasına peşiman oldu. Əlinin cavabını bir neçə gün Əmr Asdan gizlədi. Nəhayət, onu yanına çağırıb məktubu ona oxudu. Əmr As Müaviyəni məsxərəyə qoydu və Əlinin Müaviyəni məzəmmət etməsindən sevindi.
    Həzrət Əli (ə) Müaviyəyə cavab məktubu yazdıqdan sonra qərar gəldi ki, işi başa çatdırsın. Çünki Siffeyn döyüşü artıq bir ili ötməkdə idi. Bu müddət ərzində həzrətin öyüd-nəsihətlərinin heç bir faydası olmamışdı. Nə təkbətək döyüşlər, nə də ümumi həmlələr nəticə verməmişdi. Belə ki son döyüş üçün həzrət Əlinin (ə) göstərişi ilə hərbi şura toplandı. Nəhayət, belə bir qərar çıxarıldı ki, bütün qoşunun qəti hücumu ilə müharibənin son nöqtəsi qoyulsun.
    Bu planın hicri otuz səkkizinci ilin səfər ayının gecələrindən birində həyata keçirilməsi müəyyənləşdirildi. Həzrət Əli (ə) tə’yin olunmuş gündən bir gün qabaq öz döyüşçülərinə savaş əmri verərək belə buyurdu: «Ey müsəlmanlar, özünüzə Allah qorxusunu şüar götürün, əyninizə vüqar və aramlıq libası geyinin, dişlərinizi bir-birinə bərk sıxın ki, bu iş qılıncları başlardan yan keçirir. Döyüş geyimini tam geyinin, qılıncları qınından çəkməzdən qabaq silkələyin, düşmənə gözünüzün yanı ilə baxın, sola-sağa nizə vurun, addımlarınızı irəli atmaqla qılınclarınızı düşmənə çatdırın. Bilin ki, siz Allahın nəzərində olub, Peyğəmbərin əmisi oğlu ilə birlikdəsiniz. Dayanmadan həmlə edin, qaçmaqdan utanın, çünki qaçmaq nəsil və övladlarınızda çirkinlik yaradar və hesab günü oda çevrilər. Ruhunuzun bədəninizdən ayrılmasından xoşhal olun. Ölümə doğru rahat gedin. Həmlə edin bu qara qoşuna, bu hündür xeyməyə. Onu döyəcləyin. Çünki şeytan onun bir guşəsində gizlənmişdir. O, üstünüzə sıçramaq üçün əlini uzatmış, qaçmaq üçün ayağını geriyə atmışdır. Məqsədiniz onunla və onun yoldaşları ilə döyüş olsun. Bu yolla həqiqət aydınlaşar. Siz üstün və ucasınız, Allah sizinlədir və heç vaxt əməllərinizi mükafatsız qoymaz».("Nəhcül-Bəlağə" xütbə:65)
    Gecə düşəndə hücum əmri verildi. Bütün İraq (Kufə) döyüşçüləri şamlıların üzərinə yürüşə keçdilər. Sübh açılanadək hücumlar davam etdi. Kufə əsgərləri həmin gecə şamlıların qəlbinə elə bir qorxu saldılar ki, kimsədə qurtuluş ümidi qalmadı. Şam qoşununun cərgələri dağıldı və düşmən sıralarında ruhi bir sarsıntı hakim oldu.
    Müaviyə qoşununun əsgərləri komandanların nəzarətindən çıxdı. Ən zəruri şərt olan hərbi intizam pozuldu. İraq döyüşçülərinin fədakarlığı ən yüksək nöqtəyə çatmışdı. İbn-Şəhr Aşubun yazdığına görə həmin gecə həzrət Əlinin qoşunundan dörd min, Müaviyənin qoşunundan isə otuz iki min əsgər həlak oldu. («Kəşful-ğəmmənin» müəllifi həmin gecədəki təlafatın otuz altı minə çatdığını yazır).
    Malik Əştər öz fəryadları ilə İraq qoşununa qələbə ümidi verir, qızğın mə’rəkənin içində onları öyürdü. Qoşuna komandanlığı həzrət Əli (ə) öz üzərinə götürmüşdü. Qoşunun ayrı-ayrı bölmələri arasında ciddi nizam-intizam yaradılmışdı. Döyüş zamanı bir hissə də süstlük gördükdə onların arasından hücuma keçib əsgərləri ardınca aparırdı.
    Müaviyənin qoşunu çoxsaylı olmasına baxmayaraq, pərən-pərən düşmüş, ölümü gözlərinin önünə almışdı. Müaviyənin qatı tərəfdarları qətlə yetirilmiş, bir çoxları isə qaçmışdı.
    Hava işıqlananda həzrət Əlinin (ə) qoşunu Müaviyənin düşərgəsində qərar tutmuşdu. Qaçmaqda olan Müaviyə həzrət Əlinin (ə) öz döyüşçülərinin düşməni tə’qibə rəğbətləndirdiyini eşitdi. Həzrət buyururdu: «Ey mö’minlər, düşmənlə müharibənin hansı yerə gəlib çatdığını gördünüz. Qələbə əlamətləri görünür və iş başa çatmaqdadır». Bu sözləri eşidən Müaviyə Əmr Asa xitabən dedi: «Eşitdinmi Əli nə dedi? İndi bir tədbir gör».
    Əmr dedi: «Ey Müaviyə, bizim döyüşçüləri Əlinin (ə) döyüşçüləri ilə bir tutmaq olmaz. Sən özün də Əliyə (ə) tay ola bilməzsən. Digər bir tərəfdən həzrət Əli (ə) bu döyüşdə şahədəti özünə səadət sayır, sən isə dünya mətahı istəyirsən. Kufə camaatı qorxur ki, əgər sən qalib gəlsən onları əsarət altına alıb incidəcəksən. Hansı ki, Şam xalqı Əlinin qələbəsini özü üçün qurtuluş sayır. Onlar əmindir ki, Əli qalib gəlsə, düşmənlərini incitməyəcək. Bu vəziyyətdə sən heç vəchlə Əliyə qalib gələ bilməzsən».
    Müaviyə dedi: «Ey Əmr, mən səni yanıma gətirməmişəm ki, məni qorxudasan, Şam qoşununun ruhunu zəiflədəsən, İraq qoşununu tə’rifləyəsən. Bu bəla girdabından çıxmaq üçün tədbir tök. Misir hakimliyini istəmirsən?»
    Əmr dedi: «Ey Müaviyə, mən ilk gündən bilirdim ki, sən Əliyə savaşla qalib gələ bilməzsən. Ona görə də belə bir gün üçün qurğu qurmuşam. Dərhal göstəriş ver ki, kimin yanında Qur’an varsa, öz nizəsinin başına sancıb, İraq qoşununa göstərsin. Qoy desinlər ki, müsəlmanların qanını nahaq yerə axıtmayın, bizimlə müsəlman kimi rəftar edin. Bu yolla İraq döyüşçüləri arasına təfriqə düşər və hücumdan əl çəkərlər».
    Müaviyə dedi: «Ey Əmr, yaxşı hiylə qurmusan». O dərhal göstəriş verdi ki, Qur’anlar bir yerə yığılsın. Bir qrup şəxs onu əsgərlərin nizələrinə sancmağa başladı. Şamlılar İraq döyüşçüləri qarşısında uca səslə fəryad çəkib dedilər: «Ey ərəb qəbiləsi, bu qədər ölüm nə üçündür? Qoy aramızda Allah kitabı mühakimə yürütsün!»
    Öz şücaətli həmlələri ilə başqalarından seçilən Malik Əştər dedi: «Ey camaat, onların hiyləsinə aldanmayın. Onlar Allah kitabına inanmırlar. Biz bu vaxtadək onlara öyüd-nəsihət verdik, Qur’an və Peyğəmbər hədislərinə də’vət etdik. Amma nəticəsi olmadı. Onlar yalnız canlarının qorxusundan bu hiyləyə əl atıblar. Natiq (danışan) Qur’an Əlidir».
    İraq əsgərləri arasında olan Əş’əs ibn Qeys dedi: «Artıq qarşımızdakı qövmlə döyüşmək olmaz. Çünki onlar bizi Qur’anın mühakiməsinə də’vət edirlər. Əş’əsin ardınca Müaviyədən Xorasan əmirliyi və’dini almış Xalid ibn Muəmmər eyni sözləri təkrarladı. Döyüşdən yorulmuş xalq aldanaraq, onların sözünü qəbul etdi. Qoşun arasında belə bir fikir yarandı ki, şamlılarla döyüşmək artıq haramdır.
    Gündə bir rəng alan Əş’əs ibn Qeys İslamı qəbul etdikdən sonra bir dəfə dindən çıxıb mürtəd olmuşdu. Əbu-Bəkrin dövründə o yenidən İslamı qəbul etdi. Osman onu Azərbaycan hakimliyinə tə’yin etmişdi. Həzrət Əli (ə) xilafətə çatdığı vaxt Əş’əs də zahirən bey’ət etdi. Amma Əlidən istədiyini ala bilməyən Əş’əs daxilən həzrətə müxalif idi və zərbə vurmaq üçün fürsət gözləyirdi. Bəli, Əş’əsin əlinə fürsət düşmüşdü. Onun sözləri qələbə astanasında olan İraq qoşununun ruhiyyəsini qırmışdı. Artıq il yarımlıq zəhmətlər hədərə getmək üzrə idi.
    Malik Əştəri ön sırada döyüş vəziyyətində görən Əş’əs xalqı döyüşməməyə çağırırdı. O, zahirdə qardaş qırğınına, nifaqa, artıq qan axıdılmasına qarşı çıxır, daxildə isə öz məqsədini izləyirdi. Nəhayət, Əş’əsin səsinə səs verənlər qılınclarını qınına qoyub bir ağızdan fəryad çəkdilər ki, onlar sülh istəyirlər.
    Amma Malik Əştər onun sözlərinə qulaq asmır və öz işini görürdü. Onun əsas məqsədi Müaviyənin çadırına çatmaq idi. Maliki bu vəziyyətdə görən Əş’əs hədələyici tərzdə Əliyə (ə) dedi: «Ya Əli (ə), Maliki saxla, döyüşə son qoy!» Həzrət Əli (ə) çarəsiz qalıb Yezid ibn Hanini Malikin yanına göndərib onu vəziyyətdən xəbərdar etdi. Malik dedi: «Sən öz gözünlə vəziyyəti görürsən. Əliyə çatdır ki, mənə bir saat möhlət versin, Müaviyəni onun hüzuruna gətirim».
    Yezid geri qayıdıb Malikin sözlərini həzrətə çatdırdı. Bu sözləri eşidən Əş’əs fəryad çəkdi: «Ya Əli (ə), Maliki saxla, yoxsa qayıdıb səni sağ görməyəcək!»
    Həzrət buyurdu: «Məgər ona xəbər göndərdiyimi görmədinizmi?» Sonra həzrət Əli (ə) Yezidi yenidən Malikin yanına göndərdi və ona Əş’əsin müxalifliyi barədə xəbər çatdırdı. Malik qəzəb içində geri dönüb həzrət Əlinin (ə) xidmətinə gəldi. Həzrətin yanına çatan Malik vəziyyəti qatışıq gördü. Haray çəkib dedi: «Ey İraq qoşunu, nə oldu ki, döyüşdən əl çəkib imamınıza qarşı çıxdınız? Axı bu gün qələbə qəti idi». Əş’əs dedi: «Ey Malik, bu sözlərdən əl götür. Qur’an tutanlarla döyüşmək olmaz!» Malik dedi: «Ey axmaq, biz bir ildir ki, onları Qur’ana də’vət edirik, qulaq asmırlar. Onların bugünkü işi Əmr Asın hiyləsindən başqa bir şey deyil. Mənə fürsət verin, onlara elə bu gün bey’ət etdirim». Əş’əs dedi: «Biz onlara bir ox da atılmasına razı deyilik». Malik dedi: «Siz gedin, bizi azad buraxın. Qoy işimizi görək». İkiüzlü dəstə dedi: «Yox, belə bir günah heç cür bağışlanmaz. Əgər sizi azad buraxsaq, biz də sizin günahınıza şərik olarıq».
    Malik pərişan halda dedi: «Axı bu işdən sizə nə var? Siz elə əvvəldən vəfasız olmusunuz. Sizi öldürmək şamlıları öldürməkdən də yaxşıdır». Əş’əs uca səslə Maliki təhqir etdi. Malik əlindəki qamçı ilə Əş’əsin başına vurdu. Əş’əsin tərəfdarları qılınclarını çəkib Malikə hücum etdilər. Malik də əlini qılınca apardı. Fitnə yaranacağını görən həzrət Əli (ə) bu işə mane oldu. Hansı ki, təəssüf hissi həzrəti üzürdü. O, Malikə nəvaziş göstərərək buyurdu: «Ey Malik, artıq iş bizim əlimizdən çıxdı. Allah lə’nət etsin bizi Qur’ana də’vət edib, özü Qur’ana inanmayan qövmə». Sonra həzrət İraq əsgərlərinə buyurdu: «Siz öz işinizlə İslamın qüdrətini sarsıtdınız. Qüdrət əldən çıxdı, onun yerini zillət tutdu. Qələbəyə yaxın olduğunuz və düşmənin öz həlakından qorxduğu vaxt onlar hiylə işlədərək Qur’anları qaldırıb sizi Qur’an hökmlərinə çağırdılar. Məqsədləri sizin əlinizdən qurtarmaq və müharibəni saxlamaq oldu. Onlar öz hiylələri ilə sizi ruzgarın gedişatına tapşırdılar. Əgər onların istəklərini yerinə yetirsəniz, yalnız aldadılmış bir qövm olacaqsınız. And olsun Allaha, bundan sonra güman etmirəm ki, bir işdə möhkəm dayanasınız və ya uzaqgörənliyiniz sizi savaba çatdıra».
    Həzrət Əli (ə) məzlumanə bir halda döyüşdən əl çəkdi və zahirən müharibə alovunu söndürdü. Artıq sülh və həkəmiyyətdən söz gedirdi. Çünki başqa bir çarə yoxdu və həzrətin qoşununun əksəri Əş’əsin tərəfinə keçmişdi.
    Əş’əs ibn Qeys dedi: «Ya Əli (ə), bir halda ki, hər iki tərəf Qur’anın mühakiməsinə (həkəmiyyətə) razıdır, icazə verin Müaviyənin yanına gedib onun nəzərini öyrənim». Həzrət Əli (ə) buyurdu: «Artıq iş mənim əlimdən çıxıb. Bir halda ki, öz istəklərinizə əməl edirsiniz, mən bu işə qatılmıram». Əş’əs Müaviyənin yanına getdi və Müaviyə onu tərəflərdən nümayəndələrin seçilməsinə vadar etdi. Əş’əs geri qayıdıb dedi: «Şamlılar bu fikirdədirlər ki, hər tərəfdən bir hakim, nümayəndə tə’yin olunsun və onlar bir müddət məsələni mütaliə etsinlər. Onlar nə hökm etsələr, hamı onlarla razılaşsın».
    Müaviyə özü də belə bir məzmunda həzrət Əliyə (ə) məktub göndərdi. Müaviyə yazırdı: «Aramızdakı çəkişmələr uzun çəkdi. Hər birimiz özünü haqlı sayıb, o birinə itaət göstərmir. Bir çox adamlar qətlə yetirildi. Mən qorxuram ki, bu böyük bəla bundan sonra da davam etsin və qiyamət günü ikimizdən başqası bunun məs’uliyyətini daşımasın. Əqidəm budur ki, ixtilaf aradan götürülsün və bundan artıq qan axıdılmasın. Yaxşı yol budur ki, bizdən və sizdən iki həkəm (nümayəndə, hakim) seçilsin və onlar Qur’an əsasında mühakimə yürütsünlər. Allahdan qorx, əgər Qur’an əhlisənsə, Qur’anın hökmünə razı ol».
    Müaviyənin cavabında həzrət Əli (ə) belə bir məktub yazdı: «İnsan üçün ən yaxşı iş yaxşılıqlara üz tutub, nöqsanları dəf etməkdir. Zülm-sitəm insanın dinini və dünyasını puça çıxarır, bəd dili açır. Ey Müaviyə, dünyadan həzər qıl və bil ki, dünya müvəqqətidir. Dünyadan nəsibin olan şeylərdən bəhrələnməyəcəksən. Yaxşı bilirsən ki, əldən çıxmış fürsəti geri qaytarmaq olmur. O gündən qorx ki, yaxşı əməl sahibinə xalq həsəd aparsın və nəfsinin cilovunu şeytana verən peşiman olsun, özünə dünyanın yalanları ilə toxdaqlıq versin. Məni Qur’anın hökmünə də’vət edirsən. Yaxşı bilirsən ki, özün Qur’an əhli deyilsən və Qur’an hökmlərinə tabe olmursan. Mən sənin də’vətini yox, Qur’anın hökmünü qəbul edirəm. Qur’anın hökmünə razılıq verməyən kəs zəlalət girdabından salamat çıxmaz».
    Məktubların məzmunundan xəbər tutan İraq əhli şadlandı. Əş’əs yenidən Müaviyənin yanına getdi və iraqlıların həkəmiyyət haqqındakı razılığını ona çatdırdı. Müaviyə öz tərəfindən Əmr Ası tə’yin etdi. Əş’əs və onun tərəfdarları isə sadəlövh və axmaq bir adam olan Əbu-Musa Əş’ərini seçdilər. Həzrət Əli (ə) bu xəbəri eşidib buyurdu: «Sübhanəllah! Bu ikiüzlü qövm hökm ixtiyarını da mənə vermir. İş ki bu yerə gəlib çatdı, heç olmaya, həkəm seçmək ixtiyarını mənə verin. Bu iş üçün ya Əbdüllah ibn Abbas, ya da Malik Əştər seçilsin. Əbu-Musa mənimlə yaxşı münasibətdə olmamasından əlavə, avam və küt bir adamdır. O, Əmr As kimi hiyləgər bir adamla danışa bilməz». Əş’əs və onun tərəfdarları dedilər: «Ya Əli, Əbdüllah ibn Abbas sənin əmin oğludur və yalnız sənin razılığını güdür. Malik Osmanın qətlində ittiham olunur və bu döyüşün də alovunu o qızışdırıb. Belə bir savaş adamı Əmr Asla müdara edə bilməz. Əbu-Musa isə həm Peyğəmbər səhabəsidir, həm də bu işə münasibdir».
    Həzrət Əli (ə) nə qədər israr etdisə də, faydası olmadı. İraq camaatı həzrətin istəyinin ziddinə olaraq həkəmiyyət üçün Əbu-Musanı seçdi. Hicri 38-ci il səfər ayının 17-də həzrət Əlinin (ə), Müaviyənin, hər iki tərəfdən olan şahidlərin imzası ilə belə bir sülh müqaviləsi yazıldı: «Həkəmlər (hakimlər) hicri 38-ci il, ramazan ayınadək (altı ay ərzində) tərəflər arasındakı ixtilafları Qur’ani-Kərim əsasında həll edəcək və ilahi göstərişlərin pozulmasına yol verilməyəcək. Bu iki şəxsin İraq və Şam dövlətləri tərəfindən siyasi toxunulmazlığı var. Müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra həkəmələrin hökmü Qur’an əsasında olsa, xalq onu dəlil kimi qəbul edəcək, Allahın hökmünün ziddinə olsa, xalq həmin qərara təslim olmayacaq. Əgər tə’yin olunmuş vaxt çatmamış həkəmələrdən biri ölsə, onu göndərmiş dövlət başqasını tə’yin edəcək və bu tə’yinatda şərtlər əsas götürüləcək. Əgər həkəmələr razılaşa bilməsələr, İraq və Şam arasında yenidən savaş başlayacaq».
    Müharibənin mühakimə yolu ilə həll olunması məsələsi zahirən aqilanə bir iş idi. Amma xalq bir işdən xəbərsizdi ki, Əbu-Musanın hakimliyinə Əli, Malik, ibn Abbas və başqaları e’tiraz etdiyindən onun heç bir səlahiyyəti yoxdur. Əvvəldən mə’lum idi ki, Əmr As Əbu-Musanı öz tə’siri altına salacaq və hiylə işlədib aldadacaq. Bu mühakimənin Müaviyənin xeyrinə tamamlanacağına heç bir şübhə yox idi.
    Sülh müqaviləsindən sonra Müaviyə Şama getdi. Həzrət Əli (ə) şəhadətə yetən əsgərlərinə namaz qıldı, onları torpağa tapşırdıqdan sonra səfər ayının axırlarında Kufəyə qayıtdı.
    Əvvəldə qeyd olunduğu kimi, bu döyüş ərəblərin ən qanlı döyüşü idi. Bu döyüşdə ölənlərin sayının doxsan beş minə çatdığı bildirilir. «Nasexut-Təvarix» müəllifinin yazdığına görə, Süffeyn döyüşündə ölənlərin sayı yüz on min nəfər idi. Doxsan min Şam qoşunundan, iyirmi min Kufə qoşunundan həlak olmuşdu.
    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 574 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019