İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-10, 4:48 AM

    BEŞINCI HISSƏ

    HƏZRƏT ƏLİ (Ə) HAQQINDA BAŞQALARININ NƏZƏRİ

    Böyük mö’təzilə alimi «Nəhcül-bəlağə»nin şərhində deyir: «Fəziləti və üstünlüyü alimlər tərəfindən e’tiraf olunmuş bir şəxs haqqında nə deyim? Kimsə onun fəzilətini pərdələyə bilmədi. Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar. Ona görə də həqiqətləri təhrif etdilər, onda eyb axtardılar. Hətta minbərlərdən ona lə’nət oxudular. Onu dustaq edib, şəhadətə yetirdilər.».
    Həzrət Əlinin (ə) fəzilətini düşmənlər də inkar edə bilməmişdir. Hətta hiyləgər Əmr As da həzrətin tə’rifində qəsidələr yazmışdır:Ona çəkdiyimiz dağlar üzündən
    Cəhənnəmdə yanasıyıq sən və mən.

    Ən məşhur sünni təfsirçilərindən olan Carullah Zəməxşəri yazır: «Qüdsi hədisdə Allah-təala buyurur: «Əliyə (ə) itaət edən şəxs mənə itaət etməmiş olsa da, onu behiştə daxil edərəm. Əliyə (ə) itaətsizlik göstərən şəxs mənə itaət etsə də, onu cəhənnəmə ataram». Hənbəli firqəsinin qabaqcılı olan Əhməd ibn Hənbəl deyir: «Həzrət Əliyə (ə) nəsib olan fəzilətlər Peyğəmbər səhabələrindən kimsəyə nəsib olmamışdır».

    Məşhur ingilis tədqiqatçısı Karlayl deyir: «Bizim onu dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur».


    ƏLİDƏN (Ə) QEYRİLƏRİNİN İMAMƏTİNİN İNKARI
    Həzrət Peyğəmbərdən sonrakı üç xəlifənin İslamdan qabaqkı dövrdə kafir olması kimsədə şübhə doğurmur. Həzrət Əli (ə) isə fitrətən müvəhhid olmuş, həzrət Peyğəmbərə (s) birinci iman gətirmişdir. Bu onun fəzilətini o birilərindən qat-qat üstün edir. Abdullah ibn Məs’uddan belə bir rəvayət nəql olunur: «Həzrət Peyğəmbər buyurmuşdur: «İbrahimin» Pərvərdigara, məni və övladlarımı bütpərəstlikdən uzaq et» duası mənim və Əlinin (ə) halına şamildir. Heç birimiz heç vaxt bütpərəst olmamış, bütə səcdə etməmişik. Nəticədə Allah-təala məni Peyğəmbərliyə, Əlini (ə) isə canişinliyə seçmişdir.(«Mənaqibe-İbn Məğazi» səh. 276.)
    İkincisi, həmin üç xəlifə İslamı qəbul etdikdən sonra da zülmə yol vermişdir. Xəlifələr xilafət məsələsində Allahın göstərişinə açıq-aşkar müxalif çıxaraq, həmin məqamı qəsb etmişlər. Mö’təbər sünni kitabları sayılan «Səhihe-Müslim»də və «Səhihe-Buxari»də nəql olunur ki, həzrət Peyğəmbər dünyasını dəyəşdikdən sonra onun qızı Fatimə (s) Əbu-Bəkrin yanına gedib atasının irsini tələb etdi. Əbu-Bəkr dedi: «Peyğəmbər buyurub ki, biz peyğəmbərlərdən irs qalmır və hər nə qalırsa, sədəqədir». Bu rəvayətdə Əbu-Bəkrin Fatiməni irsdən məhrum etməsi açıq-aydın görünür. Hansı ki, onun bu hərəkəti Qur’ana zidd idi. Çünki Qur’anda peyğəmbərlərin övladlarına irs qoyması aşkar təsdiq edilən bir həqiqətdir. Qur’ani-Kərimdə buyurulur: «Süleymana atası Davuddan irs qaldı». («Nəml» surəsi, ayə 16.) Əbu-Bəkr öz mövqeyini sübuta yetirmək üçün yalançı şahidlər tutdu. Hansı ki, həzrət Fatimə (s) «Təthir» ayəsinə əsasən mə’sum idi. Onun iddiasının rədd olunması Allah sözünün rədd olunması sayılırdı.
    Başqa bir tərəfdən həzrət Fatimənin (s) şahidi həzrət Əli (ə) idi. Hansı ki, həzrət Əli (ə) Fatimənin əri olduğu üçün Əbu-Bəkr tərəfindən qəbul edilmədi. Əbu-Bəkr zəkatın Qur’anda göstərilmiş tə’yinatına da əl qatdı. Bu məsələ ilə yaxından tanış olmaq üçün «Əl-Cəvahiratun-nəyyirə» hənəfi kitabına müraciət edin.
    Ömər də eynən Əbu-Bəkr kimi Allahın qoyduğu hədləri pozurdu. Qur’ani-Kərimdə müvəqqəti nikah halal sayıldığı halda Ömər öz xilafəti dövründə onu haram bildirdi. Peyğəmbər (s) dövründə halal olmuş bir iş Ömərin dövründə haram sayılmağa başladı. Hansı ki, dində dəyişiklik etmək açıq-aşkar bid’ət idi. Ömərin şəriət hökmlərində apardığı dəyişikliklərdən biri də dəstəmazla bağlı idi. Onun göstərişi ilə adamlar məsh çəkmək əvəzində ayaqlarını yumağa başladılar.
    Osmanın ilahi göstərişlərlə müxalifətçiliyini isə sübut etməyə ehtiyac yoxdur. Bu insan işi elə bir yerə çatdırdı ki, müsəlmanlar onun evinə hücum edib, qətlə yetirdilər. Hər üç xəlifənin Qur’an və Peyğəmbər sünnəsi ilə müxalifətçiliyi haqqında yetərincə mə’lumat vardır. Amma kimsə həzrət Əlinin (ə) ilahi göstərişlərə əl qatdığını iddia edə bilməz. Xəlifələrin özlərinin də dini mübahisəli məsələlərdə Əliyə (ə) üz tutması, ondan yardım istəməsi deyilənlərin əyani sübutudur.
    SÜNNƏ ƏHLİNİN DƏLİLLƏRİNİN İNKARI
    Birinci dəlil: Sünni alimləri iddia edirlər ki, Əbu-Bəkr hicrət zamanı fədakarlıq göstərdiyi üçün xəlifəliyə daha layiqli idi.
    Birinci dəlilin inkarı: Hicrət zamanı Əbu-Bəkrin Peyğəmbərlə (s) birlikdə Məkkədən çıxması onların təsadüfi görüşü nəticəsində olmuşdur. Təbəri öz tarix kitabının üçüncü cüz’ündə bu görüşün təsadüfi olduğunu bildirir. Bundan əlavə, ünsiyyət, yoldaşlıq fəzilət əlaməti deyil. Həzrət Yusif zindanda iki kafirlə birlikdə qalmışdı. Göründüyü kimi, əqidəcə düşmən olan insan da yoldaş ola bilər.
    İkinci dəlil: Sünni alimləri iddia edirlər ki, Peyğəmbər xəstələndiyi vaxt Əbu-Bəkr pişnamaz dayandığından onu daha fəzilətli hesab etməliyik.
    İkinci dəlilin inkarı: Əgər müsəlmanlara pişnamaz dayanmaq xəlifəlik me’yarı sayıla bilərsə, onda xəlifəliyə İtab ibn Üsəyd seçilməli idi. Çünki Məkkənin fəthi zamanı həzrət Peyğəmbər Məkkədə olduğu halda İtab camaat namazında imam dayanmışdı. Bundan əlavə, Peyğəmbər (s) xəstələndiyi vaxt pişnamaz dayanmaq üçün Əbu-Bəkri göndərməmişdi. Əbu-Bəkr özbaşına olaraq Bilalın azan səsindən sonra namazda pişnamaz durmuşdu. Hansı ki, Əbu-Bəkrin pişnamaz dayandığını eşidən Peyğəmbər (s) yataqdan qalxıb məscidə tələsmişdi.
    Üçüncü dəlil: Sünni mənbələrində nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Məndən sonra bu iki nəfərə (Əbu-Bəkr və Ömərə) iqtida edin».
    Üçüncü dəlilin inkarı: Əgər bu hədisi düzgün saysaq, sünni mənbələrində həzrət Əli (ə) haqqında nəql olunmuş hədislərin taleyi necə olmalıdır? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) həm Əbu-Bəkri, həm də Əlini (ə) özü üçün canişin tə’yin etsin? Əgər Peyğəmbər (s) bu iki nəfəri rəhbər tə’yin etmişdisə, nə üçün Səqifədə altı nəfərdən ibarət şura toplandı? Doğrudan da, Peyğəmbərin belə buyurduğu vardısa, nə üçün Əbu-Bəkr ətrafdakı adamlar tərəfindən seçilməli idi?

    Sünni alimlərinin söhbətlərində və yazılarında bu sayaq dəlillər kifayət qədərdir. Bütün bu yanlış dəlillər şiə alimləri tərəfindən yetərincə cavablandırılmışdır.

    HƏZRƏTİN İMAMƏTİ HAQQINDA
    Həzrət Peyğəmbərin vəfatından sonra onun canişini olaraq İslam ümmətinə rəhbərlik üçün imamın mövcudluğu bütün firqələrin qəbul etdiyi bir həqiqətdir.Çünki heç bir qurum və cəmiyyət rəyasətsiz və rəhbərsiz yaşaya bilməz. Amma belə bir sual yaranır ki, Peyğəmbərin canişini kim ola bilər? Bu şəxsdə hansı xüsusiyyətlər olmalıdır? Sünnə əhli belə qəbul etmişdir ki, Peyğəmbərdən sonra müsəlmanlara rəhbər xalq tərəfindən seçilməlidir. Xalq tərəfindən seçilmiş xəlifənin isə mə’sumluğundan günahsızlığından danışmağa dəyməz. Beləcə sünni əqidəsinə görə İslami xilafət dünyəvi hakimiyyətlə bir sırada dayanır. Sadəcə, xalq tərəfindən seçilmiş rəhbər Quran pirinsiplərinə əsaslanır.
    Şiə əqidəsinə görə isə Peyğəmbərdən sonra imamət məqamı ilahi bir məqamdır. Həzrət Peyğəmbər Allah tərəfindən göndərildiyi kimi, imam da Allah tərəfindən tə’yin olunmalıdır. Rəhbər əxlaqi fəzilətlərə malik olmaqla yanaşı, həm də pak olmalıdır. Onun paklığı və günahsızlığı ilkin şərt sayılır. Pak adamı tanımaq isə xalqın işi deyil. Ona görə də xəlifə seçimində müsəlmanların iştirakı şərt sayılmır. Hətta xalqın bir şəxsə tabe olması da həmin şəxsin imamət dəlili deyil.
    İmam sözünü lüğət mə’nasında hər bir rəhbərə aid etmək olar. Məsələn, cəmiyyət namazında pişnamaz dayanan şəxs də imam adlanır. Hətta küfür başçılarına da imam demək olar.
    Amma kəlam elmi baxımından imamət dedikdə Peyğəmbərin (s) ilahi canişininin rəhbərliyi nəzərdə tutulur. Belə bir rəhbərə itaət etmək hamının vəzifəsidir. Belə ki, Peyğəmbərin (s) canişini Qur’an pirinsipləri əsasında hakimlik etməli, maarif və dini əhkamı xalqa çatdırmalı, mə’nəvi həyatın dirçəlişinə başçılıq etməlidir.
    Şiələrin imamət məsələsində başqa bir dəlili Allahın lütfüdür. Allah bəşəriyyətə lütf göstərərək Peyğəmbərini göndərmişdir. Allah heç zaman yaratdığı bəşəri ilahi rəhbərsiz qoymur. Allah-təala Qur’ani-kərimdə buyurur: «Allah mö’minlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər».("Ali-İmran" 164)
    Lütf dəlilini sünnə əhli Peyğəmbərə (s) münasibətdə qəbul edir. Allahın lütfü kamil olmasına baxmayaraq, onlar imama münasibətdə bu həqiqəti inkar edirlər. Hansı ki, ilahi lütfə əsasən, Peyğəmbərdən sonra imam Allah tərəfindən tə’yin edilməlidir. Peyğəmbər (s) öz həyatı dövründə imamı xalqa tanıtdırmalıdır. Bu məsələ Qədire-Xumda nazil olmuş təbliğ ayəsi vasitəsi ilə də təsdiqlənir. Xacə Nəsirəddin Tusi «Təcridul-e’tiqad» kitabında imamət məsələsinin bir lütf olduğunu təsdiqləyir.
    Lütf dəlilindən savay bir çox Qur’an ayələri də ilahi imamət və xilafətin gerçəkliyini təsdiq edir. Məsələn, ayələrdən birində belə buyurulur: «Sənin Rəbbin mələklərə «Mən yer üzündə bir xəlifə yaradacağam» dedi».("Bəqərə" 30)Başqa bir ayədə Allah həzrət İbrahimə belə buyurur: «Səni insanlara imam tə’yin edəcəyəm». ("Bəqərə" 124)
    Ayənin davamında isə belə buyurulur: «Zalımlar mənim imamlığıma nail olmazlar». Ayədən göründüyü kimi Allah yalnız mə’sum insanları imamət, rəhbərlik məqamına seçir. Əllamə Təbatəbai «Əl-mizan» təfsirində yazır: «Qur’anın müxtəlif ayələrindən bu mövzu ilə bağlı aydın olur ki, harada imam adı çəkilirsə, təfsir ünvanında onun ardınca hidayət sözü də zikr olunur. Qur’anda buyurulur: «Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik». ("Ənbiya" 73)
    Başqa diqqət yetiriləsi bir mövzu Allahın imamət məqamı haqqında belə buyurmasıdır: «Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini göstərdik ki, tam qənaətlə inananlardan olsun». ("Ənam" 75) Ayədən göründüyü kimi imam yəqin məqamına sahib olmalıdır.
    Şiə əqidəsinə görə, mə’sum imamlar həzrət Məhəmmədə (s) qədər olan peyğəmbərlərdən fəzilətlidirlər. Belə bir sual yarana bilər ki, yalnız imamət məqamına malik olan həzrət Əli (ə) İbrahim kimi həm peyğəmbər, həm də imamət məqamına malik olan peyğəmbərdən fəzilətli ola bilərmi? Bu sualın cavabında deyə bilərik ki, imamət məqamının müxtəlif dərəcələri vardır. Peyğəmbərlər də peyğəmbərlikdə eyni dərəcədə olmamışlar. Həzrət Əli (ə) ən kamil imamət məqamına malik olan şəxsdir. Qeyd olunduğu kimi imam yəqin məqamına da sahib olmalıdır. Allah-təala belə insanlara səmaların sirrini açdığını bəyan edir. Həzrət Əlinin (ə) yəqinliyi həzrət İbrahimin yəqinliyindən üstün olmuşdur. Məhz yəqin məqamının üstünlüyü səbəbindən həzrəti İbrahim peyğəmbərdən fəzilətli saya bilərik. Məsələn, İbrahim öz Allahından diləyir ki, ölüləri necə diriltdiyini ona göstərsin. Həzrət Əli (ə) isə belə buyurur: «Əgər bütün hicablar aradan qaldırılsa, mənim yəqinliyimə bir zərrə də əlavə olmaz».
    Bu da mə’lumdur ki, İslam Peyğəmbəri (s) bütün ilahi elmlərin tərcümanı olmuşdur. Qur’anda onun haqqında buyurulur: «Ona çox qüvvətli olan öyrətdi». ("Nəcm" 5) Şübhəsiz ki, bu sayaq elmə malik olmayan şəxs həzrət Məhəmmədin (s) yerində otura bilməzdi. Bir sözlə, imamın da Peyğəmbər kimi qüdsi ruhu olmalıdır.
    Fərz edin ki, çoxlu xəstəsi olan vicdanlı bir həkim bir müddət səfərə çıxmalı olur. Mə’lum məsələdir ki, o səfərə çıxdığı müddətdə bu xəstələrin həkimə ehtiyacı olasıdır. Ona görə də həmin həkim səfərə çıxmazdan qabaq yerində inandığı bir həkimi qoyur. Həzrət Peyğəmbər (s) ruhların həkimi idi. Necə ola bilərdi ki, o rehlət edəcəyini bildiyi halda yerində başqa bir ləyaqətli canişin qoymayaydı?!
    İmam dinin mühafizi, müsəlmanlar arasında nizamın əsası, dünyanın islah səbəbi, mö’minlərin izzətidir. İmamət çiçəklənməkdə olan İslamın köküdür. İmam Allahın halalını halal, haramını haram bilir. O, ilahi hədlərin icrası üçün ayağa qalxır və dini müdafiə edir. İmam nuru bütün yer üzünü bürümüş günəş kimidir. Onun olduğu üfüqə əl çatmır. İmam on dörd gecəlik ay tək nuranidir. O, qaranlıqlarda yol göstərən hidayət ulduzudur. İmam təşnələr üçün şirin sudur. İmam xalq arasında Allahın əmini, qalibidir!


    HƏZRƏT ƏLİ (Ə) HAQQINDA NAZİL OLMUŞ QUR’AN AYƏLƏRİ
    1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». ("Maidə" 67) Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Qur’an ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sə’ləbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər.
    2. «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir». ("Maidə" 55)Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər təsdiqləyirlər.
    3. «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».
    «Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara Allahdan lə’nət istəyək». (Ali-İmran" 61)Tarixçilər və təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur.
    4. «Təthir» ayəsi: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir». ("Əhzab" 33) Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər.
    5. «Bəraət» surəsi: Müxtəlif firqə alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü.
    6. «Məvəddət» ayəsi: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm». ("Şura" 23) Zəməxşəri, Gənci Şafei və başqa alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə), Fatimə və onların iki oğlu mənim əhli-beytimdir».
    7. «Rə’d» surəsinin 43-cü ayəsi: «Onlara belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım Əli (ə) ibn Əbi-Talibdir».("Şəvahidud-tənzil" c.1, səh.307)
    Bəli, həzrət Əli (ə) haqqında nazil olmuş ayələrin sayı üç yüzü keçir.


    HƏZRƏT ƏLİ (Ə) HAQQINDA PEYĞƏMBƏR (S) HƏDİSLƏRİ
    1. «Qədir» hədisi: «Bütün firqələrdən olan məşhur alimlər təsdiq edirlər ki, vida həccindən qayıdan zaman həzrət Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».
    2. «Mənzələt» hədisi: «Əhməd ibn Hənbəl, Şeyx Süleyman Bəlxi, İbn Səbbağ Maliki və bir başqa alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».
    3. «Yəvmul-inzar» hədisi: «Əksər mö’təbər kitablarda nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».("Tarixe-təbəri" c.2, səh. 217)
    4. «Səqələyn» hədisi: «Əksər firqələrin mö’təbər kitablarında nəql olunmuşdur ki, həzrət Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».
    5. «Səfinə» hədisi: İbn-Abbas və başqa rəvayətçilər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».
    6. «Haqq» hədisi: «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqda Əli (ə) ilə».
    Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik.

    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 815 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024