İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Kərbəlada çaxan bir şimşək

    KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
    2012-06-26, 6:58 PM
    Ön söz yerinə

    Böyük ustadlardan biri belə deyir: Bir gün dərs əsnasında şagirdlərdən bə᾿ziləri sözlərimə irad tutaraq, imam Hüseyn əleyhissəlamın qiyamətdə öz əzadarlarına şəfaət edəcəyinə dəlil və sübut gətirməyimi istədilər. Nə qədər dəlil gətirdimsə də, sözümü qəbul etməyib başqa dəlillər tələb etdilər. Çarəsiz qalıb fürsət istədim və bir müddətdən sonra onlara qənaətbəxş cavab verəcəyimə və᾿d etdim. Məqsədim Kufəyə gedib «Səhlə» məscidində bir müddət ibadət etmək və Allah-taaladan bu sualın cavabını qəlbimə ilham etməsini diləmək idi. Nəcəfi-əşrəfdən Kufəyə tərəf yollandım. Təzəcə yola düşmüşdüm ki, bir nəfər seyyidin mənimlə yanaşı addımladığını gördüm və deyəsən o da Kufəyə gedirdi. Yol boyu həmən seyyid tez-tez suallar verir və sanki mənimlə həmsöhbət olmaq istəyirdi. Qəlbimdə Allahla razi-niyaz etdiyim üçün onun suallarına çox qısa cavab verir, bununla da söhbətdən yayınmaq istəyirdim. Amma bir qədər sonra başa düşdüm ki, bu seyyid həddindən artıq mə᾿lumatlı adamdır və ömrümdə eşitmədiyim elmi söhbətlər edir. Seyyid Kufəyə nə üçün getdiyimi soruşdu və mən də əhvalatı olduğu kimi danışdım. O, bir qədər fikirləşdikdən sonra – Bir əhvalat danışmaq istəyirəm, mümkündür sualının cavabı aydınlaşsın – deyə söhbətə başladı:

    –Bir gün cavan bir şah öz vəzir-vəkillərini toplayıb ova çıxmaq istədiyini bildirdi. Hamı şahın fikrini bəyənib ov tədarükü görməyə məşğul oldular. Ertəsi gün onlar təbiətin qoynuna çıxıb ov üçün münasib yer axtarmağa başladılar. Şah ətrafındakılara onu, qarşılaşdıqları ilk ovla tək buraxmalarını tapşırdı. Bir qədər sonra yamacında dayandıqları təpənin üstündə bir ceyran gördülər, əmrə əsasən hamı yerində dayandı və şah öz ovunu qovmağa başladı. Günün ikinci yarısınadək şah ceyranın dalınca at qovdu və nəhayət bir də ayılıb gördü ki, hava qaralmağa başlayır, ətrafındakı adamlardan səs-sorağ yoxdur, özü də ac-susuz və yorğundur. Nə etməli? Hansı istiqamətə getməli? Harada gecələməli? Bu fikirlərlə bir qədər gəzib-dolandıqdan sonra uzaqdan alaçıqlar görünməyə başladı və şah atını oraya sürüb bir alaçığın qapısında dayandı. Burada yaşlı qadınla bir kişi yaşayırdı. Onlar yorğun atlını görcək tez irəliyə gəlib atın cilovundan yapışdılar, qonağı içəri gətirib ona qulluq etməyə başladılar. Qonaq həddindən artıq ac və taqətsiz olduğundan ona şam hazırlamaq lazım idi. Lakin bu miskin ailənin dünya malından var-yoxları yalnız südü ilə dolandıqları bir keçiləri var idi və yemək hazırlamaq üçün ondan başqa heç bir şeyə gümanları gəlmirdi. Ər-arvad öz aralarında götür-qoy etdikdən sonra kimliyindən xəbərləri olmadığı və lakin Allah qonağı hesab etdikləri bu qəribə qonağa lazımınca xidmət etməyi hər şeydən üstün tutub, yeganə ümidləri olan keçini kəsdilər və ətindən kabab bişirib qonağı yetərincə yedirtdilər. Bütün söhbətləri eşidib, işləri diqqətlə müşahidə edən şah bu yüksək qonaqpərvərliyə, xalislik və insaniyyət tamaşasına baxırmış kimi bu səhnələrdən mə᾿nəvi zövq alır, onların sadəliyinə məftun olurdu. Nəhayət səhər açıldı, şahın adamları uzun axtarışdan sonra gəlib onu burada sağ-salamat tapıb çox sevindilər. Şah əmr verdi ki, bu ər-arvadı mənim sarayıma gətirin.

    Ertəsi gün sarayda böyük ziyafət təşkil edildi, bütün ə᾿yan-əşraf, vəzir-vəkil, münəccim və alimlər orada iştirak edirdi. Məclisin yuxarı başında şahla yanaşı həmin kişi ilə qadın da oturmuşdu. Şah üzünü məclis iştirakçılarına tutub əhvalatı olduğu kimi danışıb soruşdu: – Mən bunların yaxşılığının müqabilində nə etməliyəm? Hansı bir iş bunların mənə göstərdikləri xidmətin əvəzini ödəyə bilər? Bir nəfər «yeddi qoyun versən kifayət edər» – deyə dilləndi. Şah qəbul etmədi. İkincisi yetmiş qoyun, üçüncüsü yeddi sürü, kimisi yeddi kənd deyə təklif edirdi, amma şah hər dəfə – «olmadı» deyib başını e᾿tirazla yelləyirdi? Nəhayət onlar təəccüblə şahın üzünə baxıb bir söz demədilər. Saray alimi məclisdə toplaşanların təəccübünü izhar etmək üçün dilləndi: Şahım, olmaya bircə keçiyə görə bütün xəzinəni bunlara vermək istəyirsən?!

    –Şah təmkinlə sözə başlayıb dedi:

    –Həqiqəti bilmək istəsəniz, bütöv bir xəzinə də bunların yaxşılığını ödəməz. Çünki, onlar Allah qonağına xidmət etmək üçün hər bir şeylərindən keçiblər. Bunların var-yoxu təkcə bir keçi idi və onu da qurban ediblər və əgər mən də onun əvəzini vermək istəsəm, gərək bütün var-yoxumu və şahlığımı onlara təqdim edim.

    Ustad deyir: Seyyid bu əhvalatı danışıb qurtardıqdan sonra söhbətini imam Hüseyn əleyhissəlamla əlaqələndirdi. O, sözlərini davam etdirib buyurdu: Bəşəriyyət içərisində Allah aşiqləri az deyildir. Onların hər biri öz səviyyəsi və eşqi dərəcəsində öz mə᾿şuqları yolunda fədakarlıq etmiş və tarixin ən şirin sətirlərini öz qanları ilə yazmışlar. Amma Rəbbimiz – bu Böyük Mə᾿şuq öz aşiqləri arasında sanki özgə bir şey arayır, Onun yolunda hər bir şeyindən keçməyə hazır olan öz aşiqini görmək istəyir. Bəli, belə bir səadət yalnız imam Hüseyn əleyhissəlama qismət olmuş, bu böyük və ağır imtahandan yalnız o həzrət alnıaçıq və üzüağ çıxmışdır. Allah yolunda malından, canından, əhli-əyalından, keçmişindən, gələcəyindən və ümumiyyətlə hər bir şeyindən keçmiş bu ilahi şəxsiyyət – mə᾿sum imam hansı məşəqqətləri görmədi! Dünyada hansı bir dərd-bəla vardır ki, o həzrətin müsibətində onun mütləq nümunəsini tapmayaq!

    –Seyyid kövrələrək qəhər içində məndən soruşdu: Allah-taala imam Hüseyn əleyhissəlamdan Onun yolunda hər bir şeyindən keçməsini istədi və o həzrət də tam xalisliklə bütün varlığını öz Pərvərdigarına təqdim etdi. İndi söylə görüm, Allah-taala da onun bu misilsiz fədakarlığının əvəzini vermək istəsə nə etməlidir?

    Ustad deyir: Mən bir anlığa duruxdum, dilimə gətirmək istədiyim sözün məs᾿uliyyətindən qorxub sükut etdim. Seyyid təbəssümlə dilləndi: Bilirəm qorxursan ki, deyəcəyin söz küfr və nasəza olsun. Amma mən deyim: Allah-taala da onun əvəzini vermək istəsə, öz mütləqiyyət və ilahi qüdrətini ona verməlidir. Lakin bu, qeyri-mümkün bir işdir və Allah heç kəsə öz ilahiyyətini verməz. Şəfaət necə? Pərvərdigari-aləm üçün imam Hüseyn əleyhissəlamın həqiqi mö᾿minlərə, öz aşiqlərinə şəfaət izni verməsi çətin bir işdirmi? Allah-taala İmam Hüseyn əleyhissəlam üçün şəfaət iznini əsirgəyərmi? Əlbəttə yox!

    Ustad deyir: Mən buradaca dayandım, çünki sualımın cavabını tapmışdım. Seyyidlə xudafizləşib geri döndüm və sonralar o seyyidin kim olmasını anladım...

    Bəli, əzizlərimiz və Hüseyn aşiqləri!

    Allah-taala Həzrət İbrahim əleyhissəlamdan öz övladını qurbangaha gətirməsini və onu Allah yolunda fəda etməsini istədi. O həzrət də bu əmri qəbul etdi, amma üçüncü əmrdən sonra və özü də yalnız bircə övladını...

    Bu müqayisə ilə biz həzrət İbrahim xəlilüllahın məqamını kiçiltmək istəmirik (bizim ruhumuz o həzrətə fəda olsun!), əksinə imam Hüseyn əleyhissəlamın məqamının böyüklüyünü çatdırmaq istəyirik. O həzrət öz Mə᾿budu üçün zülm və zalımla mübarizədə, azadlıq və hürriyyət yolunda, İslam dininin inhiraf və azğınlıqlardan qorunması uğrunda öz cavan oğlanlarının tikə-tikə olunmuş bədənlərini əbasının arasına yığıb xeyməgaha gətirdi, gözləri önündə dilavər qardaşlarının necə amansızcasına şəhid edildiyinin, qolları üstə südəmər körpəsinin oxlandığının şahidi oldu! Bu səhnələr o həzrətin aşiqlərini daim yandırıb-yaxmışdır. Lakin bir səhnə daim o haqq aşiqinin ardıcıllarının qəlbini odlayır. İmam (ə) bilirdi ki, şəhadətindən sonra bu vəhşi qoşun onun xeyməgahına hücum çəkəcək, orada olan qız-gəlinlər yanan çadırlardan çıxıb hər tərəfə səpiləcək, atların ayağı altında o tərəf bu tərəfə qaçacaq və əsir götürülərək şəhərbə-şəhər gəzdiriləcək. Görəsən imam Hüseyn əleyhissəlam kimi mə᾿sum və qeyrətli bir kişini belə bir müsibəti qəbul etməyə nə vadar etdi?! Bu sualın cavabı çox genişdir və bu haqda kitablar yazmaq olar. Lakin qısaca demək lazımdır ki, o həzrət bu ağır və dözülməz müsibətləri qəbul etməklə bəşəriyyətə ən böyük dərsi öyrətdi. Zülmə, düşmənə, təcavüzkarlara qalib gəlmək üçün hər bir şeydən keçməyə hazır olmaq dərsi!

    Əbəs deyildir ki, Hindistan azadlıq hərəkatının başçısı öz xalqına müraciətlə deyir:

    –Mən bütün dünyanı gəzib-dolandım, müstəmləkə caynağından qurtarmaq üçün sizə böyük bir ərməğan gətirdim. Bu ərməğan İraqın Kərbəla şəhərində azadlıqsevərlərin qibləsinə çevrilmiş imam Hüseyn əleyhissəlamın böyük şəhidlik məktəbidir! Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq.

    Əziz həmvətənlilər! Xalqımız neçə ildir ki, erməni işğalçılarının təcavüzünə mə᾿ruz qalıb, torpaqlarımız işğal olunub, qız-gəlinlərimiz əsir aparılıb. Neçə illərdir ki, çarə axtarır, dünyanın böyük qüdrətlərindən, beynəlxalq təşkilatlardan kömək umuruq. Amma unutmuşuq və ya unutdurulmuşuq ki, bu xalq imam Hüseynçi xalqdır. Xalqımızın bu böyük sərmayəsindən lazımınca bəhrələnməliyik. Əgər həqiqi mə᾿nada «Hüseynçi» olmaq istəyiriksə, təkcə ağlamaq və əzadarlıqla kifayətlənməməli, o həzrət kimi öz dinimiz, azadlığımız, torpaqlarımız və insani dəyərlərimiz yolunda canımızı qurban verməyə hazır olmalıyıq!

    İmam Hüseyn əleyhissəlam ömrünün son anlarında, saysız-hesabsız yaralar alıb düşmənlərin mühasirəsində olduğu zaman qoşunun xeymələrə hücum çəkdiyini, çadırlardan atəşin şö᾿lələndiyini, körpə uşaqların nalə-şivənlərini gördü. Döyüşü tərk edib xeyməgaha getmək istərkən ağır zərbəyə mə᾿ruz qalıb atdan yıxıldı, taqətsiz halda çadırlara tərəf bir qədər süründü və nəhayət başını isti qumlar üstə qoydu...

    İlahi! Səni and veririk imamın o ağır və çətin anlarına! Millətimizin bütün çətinliklərini öz qüdrətinlə asan et! Cavanlarımıza qeyrət, qızlarımıza iffət nəsib et! Hüseyn bayrağı altında torpaqlarımızın azad olunması gününü bizlərə qismət et! Amin.
    Category: Kərbəlada çaxan bir şimşək | Added by: Islam_Kitabxanasi
    Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024