İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Kərbəlada çaxan bir şimşək

    KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
    2012-06-26, 6:56 PM
    Aşura məsələsi ətrafında yaranmış şübhələr (1)

    1. Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?

    2. Nə üçün Kərbəla faciəsini elmi seminarlar və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

    3. Aşura hadisəsi nəyə görə əzadarlıq mərasimi keçirməklə yad edilməlidir?

    4. İmam Hüseynin (ə) düşmənləri nə üçün lə᾿nətlənməlidirlər?
    Bismillahir-rəhmanir-rəhim

    Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!

    Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və mə`lumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək.

    Ümid edirik, bu kimi araşdırmalarla imam Hüseyn (ə) və onun böyük qiyamı haqda mə`lumatlarımızı artıraq, gənclərin mühüm tarixi hadisələrlə tanışlıq səviyyəsini genişləndirək və bu mə`rifət dəryasına baş vurmaqla həm dünyamız, həm də axirətimiz üçün faydalı nəticələr əldə edək. İnşallah!

    Mə`lum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların səbəblərini öyrənmək və bu məsələlər barədə aydın təhlil aparıb, düzgün nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara bayraqların dalğalandığı və insanların dəstə-dəstə yığışıb əzadarlıq etdiyini müşahidə edirlər. Sinə döyən kim, zəncir vuran kim, dizinə vurub ağlayan kim... O başqa günlərdə, eləcə də digər cəmiyyətlərdə buna bənzər hadisələrin şahidi olmadığından, təbii olaraq, bə`zi suallarla rastlaşır: Görəsən bu mərasim hansı məqsədlə keçirilir? Nəyə görə insanlar qara paltar geyinməli və bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər? Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır? və s.

    Gənclərin və yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə cavablandırılır: Şəhidlər sərvəri imam Hüseyn (ə) Allah yolunda, İslami dəyərlər uğrunda şəhid olmuşdur; bu səbəbdən də biz onun xatirəsini yad edib, göz yaşı axıtmalıyıq; imam Hüseynə (ə) matəm saxlamağın savabı vardır; o həzrət bu əzadarlıqların əvəzində Qiyamət günü bizə şəfaət edəcəkdir və s.

    Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.

    Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ barədə olan mə᾿lumatlarını artırmaq və bu hərəkat haqda baxışlarını aydınlaşdırmağa çalışacağıq.


    Görəsən nəyə görə məhərrəmliyi əziz tutmalıyıq?

    Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?

    Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Mə`lum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.

    Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, "haqqı tanımaq hissi”nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda tə᾿sirli olubsa, digər tə᾿sirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.

    Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.

    Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bə᾿zi hadisələrin yenidən dirçəldilməsi tam mə`nada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük tə᾿sir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və tə᾿sirli ola bilər.


    Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

    Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də təşkil etmək olar.

    Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və mə᾿lumatı olmayan bir yeniyetmə belə fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq, iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət etməlidir?

    Aşura hadisəsi və imam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət tə᾿sir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir?

    Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir?

    Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına tə᾿sir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq.

    Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ tə`siredici amil mühüm rol oynayır. Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük tə᾿siri vardır. Amma e`tiraf etmək lazımdır ki, bu üsul yeganə tə᾿sirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox tə᾿sirli olan digər amillər də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə və ya instinkt adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı tə᾿sir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, tə`sirinə daha çox mə`ruz qaldığımız amillər əsas e`tibarı ilə təhrikedici amillərdir.

    Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. "Bu işin faydası nədir?”, "Necə görülməlidir?” və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və tə`siredici amillərin bəlli olması kifayət etmir.

    İmamın da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə, yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya mə᾿lumat əldə etməklə, insanda belə bir meyl yaranmır. İnsandan yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır. Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri tə᾿min edə bilər; yə᾿ni lazım olan bilik və mə᾿lumatı çatdırmaqda bizə yardımçı olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Mə`lum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz mə`lumatın sizdə yaratdığı tə`sir ilə, həmin hadisəni öz gözlərinizlə görəcəyiniz zaman yaradacağı tə`sir arasında fərq olacaqdır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.

    Buna misal olaraq, Qur᾿ani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı qeyd etmək istərdim:

    "Bildiyiniz kimi, həzrət Musa əleyhissəlam Allah tərəfindən, ibadət etmək üçün Tur dağına də᾿vət edilir. Əhaliyə də əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq. Allah-taala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə tutulmuş bir imtahan idi. Müddət başa çatan kimi Bəni-İsrail qövmü həzrət Musa əleyhissəlamın canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib çıxmadığını soruşur. Harun isə cavabında belə deyir: "Gözləyirik, tezliklə gələr”. Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən soruşurlar: "Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə mə᾿lum olur ki, bizi tək qoyub, özü çıxıb gedibdir”. Samiri isə fürsətdən istifadə edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə də᾿vət edir: " Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür”. Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş etməyə başlayır. Allah-taala Musa əleyhissəlama vəhy göndərir ki, sənin qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də, narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır, özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini soruşur”.

    Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə olaraq, hər hansı bir şey haqda mə᾿lumat və anlayışa malik olmaqla, onu müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah-taala həzrət Musa əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir şəkk-şübhəsi yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə, dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz e᾿tirazını bildirir.

    Allah-taala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu tə᾿sir və təəssürat, deyilənlər, eşidilənlər və mə᾿lumatlarla yaranan tə`sirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu tə᾿sir digər üsullardan qat-qat üstündür. Aşura günü imam Hüseyn əleyhissəlamın necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük tə᾿siri vardır. Bu səhnələrin nümayişi imam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq.

    İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi tə᾿sir oyadır, ürəklərini riqqətə gətirir. Aşura gününün yaratdığı əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik.

    Tarixdə bu hadisənin tə᾿siri ilə zalım rejimlərə qarşı neçə-neçə qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İmam Xomeyni (r) dəfələrlə buyurmuşdur: "Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir.”

    Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?

    Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur. Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə vuruşması nəticəsində olmuşdur. Bunun tə᾿siri az deyildir; cəmiyyətdə belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin, millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə hazırlayan ikinci bir məktəb vardırmı?

    Beləliklə, mə᾿lum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda müəyyən mə`lumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol ifa edir. Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.


    Aşura hadisəsi görə nə üçün əzadarlıq etməliyik?

    Cəmiyyətin imam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə tə᾿sir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına tə᾿sir edilməsi mümkündür. Biz imamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik.

    Üçüncü sual budur ki, duyğuların təhrik edilməsində bu kimi şən mərasimlərdən istifadə olunurmu? Niyə ağlamalıyıq, sinə vurmalıyıq? Gəlin bunların əvəzinə bayram məclisləri keçirək, şirni, noğul paylayaq, mədhnamə oxuyaq və s.

    Cavabı budur ki, insanların qəlbi, duyğu və hissləri fərqli xüsusiyyətlərə malikdir. Hər növ hiss və duyğunu ona müvafiq mövzu ilə təhrikə gətirmək olar.

    İslam tarixində ən böyük rol ifa edən hadisə Kərbəla faciəsi olmuşdur. İslam tarixinə istiqamət verən də imam Hüseyn (ə) olmuşdur. İnsanları Qiyamətə qədər haqq yoluna istiqamətləndirən, müqavimət göstərməyi öyrədən, mübarizə məktəbini quran da o olmuşdur. Həmin xatirələrin yenidən yaşanması üçün ancaq şənlik məclisləri, bayram tədbirləri yetərmi? Bunun üçün o hadisəyə münasib tədbirlər görülməlidir. Yə᾿ni, xalqı o hadisəyə uyğun hüzndə saxlayan işlər görülməli və bu xatirələrə təsəlli və təskinlik gətirən göz yaşları axıdılmalıdır. Bu hadisədə belə bir rolu ifa edəcək vasitə də həmin əzadarlıq mərasimləridir. Gülmək və şənlənməklə heç vaxt bu təəssüratı yarada bilmərik. Gülmək, heç vaxt insanı şəhidlik ruhunda saxlaya bilməz. Heç vaxt insanı Qarabağın azadlığı uğrunda döyüşə səsləmir. Gülmək, heç vaxt xalqa müharibənin yaratdığı ağrı-acıya, müsibətlərə dözməkdə təskinlik ola bilməz. Belə fədakarlıqlar üçün göz yaşlarında suvarılan, sızlayan qəlblərdən qol-budaq atan ilahi eşq lazımdır. Bütün bunlar Aşura məktəbində yetişir.


    İmam Hüseyn əleyhissəlamın düşmənlərini niyə lə`nətləməliyik?

    Bu sualın ardınca digər bir sualla da qarşılaşa bilərik. Hal-hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu mübahisələr yaranır. Bu söhbətlərin əksəriyyəti də münafiqlər tərəfindən qızışdırılır. Əlbəttə, zəmanəmizin münafiqlərini nəzərdə tuturam. Onlar deyirlər: "Çox gözəl, bura qədər biz sizinlə razılaşır, imam Hüseyn tarixinin tə᾿sir və faydalarını və bu xatirənin yaşadılması üçün lazım olan mərasimlərin keçirilməsinin vacibliyini də qəbul edirik. Amma belə əzadarlıqlarda siz başqa işlər də görürsünüz. İmam Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq və şəhadətinə acımaqla yanaşı, imamın düşmənlərinə də lə᾿nət deyirsiniz. Bu iş nəyə lazımdır? Niyə imam Hüseyn əleyhissəlamın düşmənlərini lə᾿nətləyirsiniz? Sizin bu işiniz bir növ kobudluqdur, bədbinlikdir. Bir növ mənfi hisslərdəndir və «modern insan» xisləti ilə uyuşmur. Sizin qəlbiniz riqqətə gəlir və kövrəlirsə, nə qədər istəyirsiniz ağlayın, əzadarlıq edin. Daha imamın düşmənlərini niyə lə᾿nətləyirisiniz? Niyə deyirsiniz: "Mən sənin düşmənlərinin cövrü-cəfasından Allaha pənah aparıram. Aşura ziyarətində imamın düşmənlərinə yüz dəfə lə᾿nət deməyi niyə tə᾿kid edirsiniz? Elə ziyarətdə olan yüz salamı verməklə kifayətlənmək olmazmı? Axı nə üçün bu lə᾿nətləri deməklə camaatı da başqalarına qarşı bədbin edir və ya onlara qarşı mənfi hisslər aşılayırsınız? Müasir dövrümüzdə mümkün qədər camaatla xoş, mehriban rəftar etməliyik. Bu günlər biz yaşamaqdan dəm vurmalı, deyib-gülməli, sülhdən, barışıqdan danışmalıyıq. Qarğış yağdırmaq, lə᾿nət demək, küsüb-küsüşmək insana yaraşmayan kobud işlərdəndir. Bunlar imam Hüseyn əleyhissəlamın şəhid edildiyi bir tarixdə, 1400 il bundan əvvəl baş verib. Bunlar o zamanın tərzi-təfəkkürünə bağlıdır. Artıq bu günlər cəmiyyət belə şeyləri qəbul etmir. Gəlin bunların yerinə barışıqdan danışın, düşmənlərinizə də məhəbbət göstərin, onlarla da deyin gülün. Məgər, İslam dini dostluq, məhəbbət dini deyilmi?”.

    Əgər bir insan doğrudan da bunları bilmədən soruşarsa, onun suallarına cavab vermək o qədər də çətin bir iş deyildir. Amma güman edirik ki, bu sözləri deyənlərin məqsədləri tamam başqadır. Çox ehtimal ki, onlar ya başqalarının cızdığı plan əsasında bu sualları ortaya çıxardırlar, ya da özlərinin bu işdə güddükləri başqa bir siyasət vardır. Əgər bu suallar əqli və elmi şəkildə verilərsə, cavablarını da uyğun şəkildə təhlil edəcəyik.

    Fərz edin ki, bu sualları bizdən yeniyetmə soruşur. Deyir: "İmamın düşmənlərinə niyə lə᾿nət edirsiniz? Bunların yerinə ziyarətdə salam verməklə kifayətlənmək olmazmı? Kifayət etməsə, yenə də təkrar olaraq yüz salam göndərin. Axı qarğış yağdırmaq, lə᾿nət demək nəyə lazımdır?

    Bu sualın elmi cavabı budur ki, insanın xisləti təkcə dərketmə ünsüründən ibarət olmadığı kimi, onun qəlbi, duyğusu və hissləri də yalnız müsbət hisslərdən yaranmamışdır. İnsan həm müsbət, həm də mənfi duyğuya malik olan bir məxluqdur. Vücudumuzda sevinib-şənlənmək hissi olduğu kimi, qüssələnmək hissi də mövcuddur. Allah bizləri bu xislətlər üzrə yaratmışdır. Yaradan bizlərə gülmək qabiliyyəti verdiyi kimi, ağlamaq qabiliyyəti də vermişdir. Biz münasib şəraitə görə həm gülə, həm də ağlaya bilərik. Bu qüvvələrdən birini dayandırmaqla, Allahın bizə əta etdiyi ne᾿mətdən məhrum olur, nəticədə, fiziki və ruhi böhranlarla qarşılaşırıq. Belə bir xüsusiyyətin olmasına dəlil, bizlərin yeri düşəndə ağlaya bilməyimizdir. Görəsən, Allahın bizim vücudumuzda bu duyğunu qoymaqda məqsədi nə olmuşdur? Bu hiss nə üçün bizdə hüzn yaradır, gözlərimizi yaşardır? Mə`lum məsələdir ki, ağlamağın da insanın həyatında müəyyən rolu vardır. Allahın verəcəyi əzabın qorxusundan kövrələn qəlb və ya Allahın mərhəmətinə qovuşmaq üçün çırpınan ürəyin çeşməsindən qaynayan göz yaşları, insanın ilahi təkamülə çatmasında mühüm rol oynayır. İnsan öz məhbubunun hüzünlü halını gördükdə, qəlbi riqqətə gəlir. İnsanın şəraitə uyğun haldan-hala düşməsi, onun təbiətindən irəli gəlir.

    Allah-taala bizlərdə məhəbbət və şəfqət hissi də yaradıb. Biz təbii olaraq insanlığa xidmət göstərir, həmçinin müxtəlif kamal sahiblərinə, istər fiziki olsun, istərsə də ruhi, əqli məhəbbət və ya hörmət izhar edirik. Bir yerdə mə᾿rifət və ya kamal sahibinin mövcudluğu haqqında xəbər eşitdikdə, qəlbimizdə təbii olaraq, ona qarşı məhəbbət hissi yaranır. Bundan başqa, insanın vücudunda məhəbbətlə ziddiyyət təşkil edən nifrət və kin vardır. İnsan ona xidmət göstərmiş hər hansı bir şəxsə məhəbbət izhar etdiyi kimi, fitri olaraq da ona zərər vuran insana nifrət bəsləyir. Əlbəttə, mö᾿min şəxs üçün maddi, dünyəvi zərərlərin elə bir əhəmiyyəti yoxdur. Amma insan dinini, əbədi səadətini ondan almış şəxsin əməllərinə göz yuma bilərmi?

    Qur᾿ani-Kərim buyurur: "Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz”.

    Şeytanın üzünə gülmək və onunla qol-boyun olmaq olmaz. Əks təqdirdə, insan şeytana çevrilər. Allah dostları ilə dost oluruqsa, gərək düşmənləri ilə də düşmən olaq. Belə bir mövqe insanın fitrətindən qaynaqlanır və insanı təkamülə, səadətə çatdırır. Əgər Allah düşmənləri ilə düşmənçilik olmasa, tədricən insan onlarla ünsiyyət tapar və bu əlaqələrin nəticəsində onların davranış və fikirlərini qəbul edər. Yavaş-yavaş onlardan biri kimi şeytana çevrilər.

    Əgər bir kimsə bu sözü qəbul etməsə, onda Qur᾿ana müraciət etsin. İlahi kəlamda şəkk-şübhə yoxdur.

    Qur᾿ani-Kərim buyurur: "Elə ki, gördün biri din haqqında pis danışır, istehza, məsxərə edir, onlara yaxınlaşma... Söhbətlərini dəyişməyənə qədər dediklərinə qulaq asma!”.

    Başqa bir ayədə belə buyurur: "Əgər bu nəsihətə qulaq asmasalar, bilsinlər ki, sonda onlara qovuşacaqlar.”

    Dinə istehza, məsxərə edənlərə məhəbbət, şəfqət göstərən, onlara xoş üzlə baxan kəslərin aqibəti onların tə᾿siri altına düşməsi ilə nəticələnəcək. Elə ki, tə᾿sir altına düşdülər, ürəklərində şəkk-şübhə yaranacaqdır. Ürəkdə şəkk yarandısa, imanda nifaq və ikiüzlülük edəcəklər. İnsanın qəlbində imanı olmayıb, müsəlman olduğunu desə, münafiq sayılır.

    Qur᾿an buyurur: "Dünyada kafirlərlə həmsöhbət olanlar nəhayətdə münafiq, axirətdə də cəhənnəm odunda bir yerdə olarlar”.

    Başqa ifadə ilə desək, düşmənlərin qarşısında düşmənçilik, təhlükə və zərər müqabilində müdafiə sistemini yaradır. İnsanın orqanizmi ona faydalı olan maddə və vitaminləri cəzb etdiyi kimi, onun digər müdafiə sistemi də sağlamlığına zərərli mikroblar və qalıqları də`f edir. İnsan bədəninin müdafiə sistemi zəifləsə, mikroblar üçün artıb inkişaf etməyə şərait yaranar. Bu, insanın xəstələnmə və hətta ölümü ilə nəticələnə bilər. Əgər biz mikrobların inkişafına şərait yaratsaq, bu vəziyyətdə bədənimizin sağlam qalacağına tə`minat verə bilərikmi? Mikrobla mübarizə aparmaq lazımdır. Bu ilahi bir qanun, ilahi hikmət və tədbirin hər bir canlı varlıq üçün qoyduğu sistemdir. Biri cəzbetmə, digəri isə, dəfetmə sistemidir. Hər bir canlı varlığın inkişafı üçün zəruri maddələrin lazımi orqanlara cəzb edilməsi vacib olduğu kimi, zərərlərin də`f edilməsi də zəruridir. İnsanın bə᾿zi orqanları bu vəzifələri adi şəkildə icra edirlər. Məsələn, böyrək, mə`də, qan dövranı sistemi və s. Bə᾿zən də xarici mühitdən bədənə hücum çəkən mikroblara qarşı bu sistem mübarizəyə başlayır. İnsanın ruhunda da belə bir xüsusiyyət olmalıdır. Psixoloji cəzbetmə amilinin vasitəsi ilə insanlara qarşı ehtiramla yanaşıb, məhəbbət izhar etməliyik. Biz onlardan elm, əxlaq, mə᾿rifət öyrənirik.

    Görəsən, nə üçün insanlar tərbiyəli, əxlaqlı və savadlı şəxsləri sevirlər? Çünki, onlarla ünsiyyətdə olmaq insanlara xeyir gətirir. Cəmiyyətin tərəqqisində rolu olmuş, hikmət, kamal mənbəyi olan belə şəxslərə qayğı və ehtiram göstərmək bizim borcumuzdur. Bunun müqabilində cəmiyyəti bədbəxtliyə, rəzalətə sürükləyən şəxslərlə də düşmənçilik edilməlidir.

    Qur᾿ani-Kərim buyurur: "Siz gərək İbrahim peyğəmbər və onun dostlarının yolunu tutasınız.”

    Bildiyiniz kimi, İbrahim əleyhissəlamın İslam mədəniyyətində tutduğu mövqe həddən artıq yüksək və mühümdür. Peyğəmbərimiz Məhəmməd (s) da belə buyurmuşdur: "Mən İbrahim əleyhissəlama tabeyəm. İslam adını da bu dinə verən İbrahim (ə) olmuşdur”.

    Allah-taala buyurur: "Siz gərək İbrahim əleyhissəlamın yolu ilə gedəsiniz”.

    Görəsən, İbrahim (ə) nə iş görmüş və hansı yolla getmişdir? İbrahim (ə) və tərəfdarları, onlara düşmən kəsilmiş bütpərəstlərə, yurdundan, şəhərlərindən didərgin salanlara deyirdilər: "Biz sizdən bizarıq, sizin işlərinizdən uzağıq”. Sonra buna da qane olmayıb buyurmuşdu: "Bizimlə sizin aranızda olan düşmənçilik qiyamət gününə kimi davam edəcəkdir. Bir şərtlə ki, xəyanətdən əl çəkib, doğru yola qayıdasınız”.

    Bizim də İslam düşmənləri və İmam Hüseyn əleyhissəlamın qatillərinə olan kin və qəzəbimiz İbrahimin tutduğu yolu davam etməyimizdən irəli gəlir. Qur᾿ani-Kərimdə bu barədə belə buyurulur: "Gərək sizlər İbrahim əleyhissəlamın yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e᾿lan edəsiniz”.

    Hər vəziyyətdə xoşrəftar olub, xoş üz göstərmək olmaz. Bə᾿zi şəraitdə gərək cəsarətli olub, bəli, mən səninlə düşmənəm, öz xəyanətindən əl götürməyincə barışıq, danışıq yoxdur, deyə biləsən.

    Görəsən günahsız, müdafiəsiz bir xalqı qanına qəltan edən, on minlərlə insanı evsiz-eşiksiz qoyan erməni quldurlarına məhəbbət izhar edib, onlarla bir araya gəlmək olarmı? Görəsən, tutduğu alçaq mövqe və xəyanətindən bir addım da geri dönmək niyyətində olmayan xalq düşmənlərinə xoş üz göstərib, bəşəri əxlaqdan danışmaq nə dərəcədə məqsədəuyğundur?! Və ya bunlarla sazişə can atan, daim barışıqdan dəm vuran şəxslər nə kimi müsbət nəticələr əldə etmişlər?! (Mütərcim)

    Əvvəllər dinin şaxələri on idi. Sonra bunlara yeni bir qol da əlavə edildi. Əmr be mə᾿ruf, nəhy-əz münkərdən sonra iki şaxə də artırılıb; təvəlla və təbərra məsələsi də dinin əsas məsələlərindən hesab edildi. Yə᾿ni, müsəlmanlara əməli olaraq, vacib olan işlərdən biri də Allah dostları ilə dost olub, düşmənləri ilə düşmənçilik etməkdir.

    Əsas məsələ bizim cəzb və dəfetməni yerində tətbiq edə bilməyimizdir. Bə᾿zən biz bunların yerini dəyişik salırıq. Cəzb edəcəyimiz yerdə də`f edirik. Bir kimsə səhvən bir söz söyləyərək, sonradan öz peşmançılığını bildirərsə, onu o dəqiqə düşmən e᾿lan etmək olmaz. Biz səbrlə onu başa salsaq, yəqin ki, öz səhvini başa düşüb günahını e`tiraf edəcəkdir. Bir günah işə görə həmin şəxsi cəmiyyətdən təcrid etmək olmaz. Biz onun islahına çalışmalıyıq. O, diqqətə ehtiyacı olan xəstə kimidir. Belə yerdə düşmənçilik yaramaz. Amma bir kimsə bilərəkdən hər hansı günahı cəmiyyətdə yaymaq istəsə, o xəbis və xəyanətkar bir insandır. Belə adamla düşmənçilik edilməlidir. Amma bilmədən günah iş tutmuşsa, onunla mehribanlıqla rəftar edilməli, səhvini başa salıb doğru yola qaytarmaq lazımdır. Belə şəxslərə kömək etməliyik, yardım əli uzatmalıyıq. Onun hansısa bir problem ucbatından belə bir iş tutmasını nəzərə almalı və islah edilməsinə çalışmalıyıq.

    Düşmənçiliyinə and içmiş qəddar, kinli adam haqqında Allah-taala belə buyurur: "Siz öz haqq yolunuzdan əl götürmədiyiniz kimi, onlar da öz düşmənçiliklərindən əl çəkən deyillər”.

    Bəli, biz öz haqq mübarizəmizdən əl çəkməyincə, ermənilər də bizdən əl çəkməyəcəklər. Hər gün dözməli və mübarizə aparmalıyıq. Bu cür xəbislərlə şiddətli qəzəblə, sərt şəkildə davranmalıyıq. Belələrinin başına ölüm şüarı yağdırılmalıdır. Çünki onlar bizim üçün ölümdən başqa heç nəyə razı deyillər. (Mütərcim)

    Burada belə bir nəticəyə gəlmək olar ki, şəhidlər sərvərinə keçirilən mərasimlərin mahiyyəti, Hüseyn əleyhissəlamın məktəbinin yenidən dirçəldilməsidir. Bu məktəbdən daha yaxşı bəhrələnə bilməyimiz üçün sadəcə elmi bəhslər kifayət deyil. Çünki insan, öz duyğularının yaşadılmasına ehtiyac duyur. Bundan əlavə, biz ancaq şən və müsbət duyğularımızla qane ola bilmərik. Şəhidlər sərvərinin xatirəsini və məzlumiyyətini yaşadıb dirçəltmək, məhərrəmlik ayının öz ruhuna uyğun hüznlə, müsibət səhnələrinin canlandırılması ilə mümkündür. Biz bu mərasimlərdə Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq, ona salam göndərib məhəbbət izhar etməklə yanaşı, İmamın və eləcə də Allahın düşmənlərinə lə᾿nət yağdırıb, nifrətimizi bildirməliyik. Ancaq salam verməklə işlər həll olmur; əvvəlcə düşmənlərə qarşı qəzəb hissimizi izhar etməli, sonra dostlara salam göndərməliyik!

    Qur᾿an belə buyurur: "Əşiddau ələl kuffar." (Yə`ni, kafirlərə qarşı kəskin.) "Ruhəmau beynəhum.” (Bir-birlərinə qarşı isə mehriban olarlar.)

    Deməli, salamın yanında lə᾿nət, vilayətin yanında İslam düşmənlərinə qarşı düşmənçilik də olmalıdır. Məhz bu şəkildə həqiqi İmam Hüseyn ardıcılı hesab olunarıq.
    Category: Kərbəlada çaxan bir şimşək | Added by: Islam_Kitabxanasi
    Views: 608 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019