İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:49 AM
    ÖN SÖZ
    Əziz oxucular, qarşınızda olan bu kitab şiəliyin qərb ölkələrində tanıtdırılması məqsədilə yazılan müxtəsər bir əsərdir. Keçən əsrdə qərb alimləri İslamın müxtəlif sahələri, islam mədəniyyəti və məzhəbləri barədə geniş mütaliə və araşdırmalar aparmışlar. Lakin görülən tədbirlərin və yazılan əsərlərin əksəriyyətində son dərəcə təəssübkeşlik və qərəzçilik hissi müşahidə olunur, hər bir sahədə İslamın təhrif olunması istiqamətində məqsədyönlü işlərin aparıldığı nəzərə çarpır.
    Avropalıların İslam dini barədə apardıqları tədqiqatların və istifadə etdikləri kitabların demək olar ki, hamısı əhli-sünnət mənbələridir. Onların əsərlərində rast gəldiyimiz Quran, hədis, Peyğəmbər sirəsi, fiqh və kəlam məfhumları da bütünlüklə sünni məzhəbinə aiddir. Hətta əhli-sünnət mənbələrindən gətirilən məlumatlar da əksər hallarda təhrif olunmuş və qərəzçiliklə yazılmışdır.
    Avropa dillərində mövcud olan əsərlərdə şiəlik qeyri-mötəbər bir firqə kimi tanıtdırılmış, bütün nəzərləri təhrif olunmuş şəkildə göstərilmiş, yaranma səbəbləri ictimai-siyasi çəkişmələrin nəticəsi kimi izah olunmuş və onun meydana gəlməsinin əsas amili olan dini köklərə çox az diqqət yetirilmişdir. Hətta şiəlik barəsində aparılan tədqiqatlarda İsmailiyyə firqəsinin onun əsas və özək hissəsini təşkil etdiyi iddia olunur. On iki imamçılıq əqidəsinə əsaslanan şiəliyə, hətta İsmailiyyə qədər də olsa, əhəmiyyət verilməmişdir!!
    Bəlkə də qərb ölkələrinin şiəliyə qarşı tutduqları bu qeyri-obyektivliyin əsas səbəbi onların müsəlmanlarla bağlı olan tarixi keçmişləridir. Qərb ölkələri bu vaxta qədər müsəlmanlarla iki dəfə birbaşa ünsiyyətdə olmuşlar; onlar birinci dəfə (İspaniyada) Andolosda ərəblərlə və ikinci dəfə isə Avropanın şərqində türklərlə qarşı-qarşıya gəlmişlər. Hər iki təmasda onların müşahidə etdiyi İslam sünnilik formasında olmuş və şiəliklə olan əlaqələr nisbətən sirli rabitələrlə məhdud-lanmışdır. Bəlkə də səlib yürüşləri zamanı onların rastlaşdıqları şiə məzhəbi yalnız Fələstində və İspaniyanın mərkəzində olan bəzi İsmailiyyə hövzələri olmuşdur.
    Qərb ölkələri yaxın keçmişə qədər heç vaxt şiə aləmi ilə, xüsusilə İran şiələri ilə təmasda olmamışlar və İran İslam mədəniyyəti ilə də ilk dəfə Hindistanda rastlaşmışlar.
    Mümkündür ki, qərblilər İslamın əqli elmlərdə və bu kimi digər məsələlərdə güclü olan məzhəblərini üzə çıxarmamaq, bu dini bütövlükdə təhqir etmək məqsədi ilə bilərəkdən şiəliyə heç vaxt diqqət yetirməmişlər. Bir reallıq kimi onun yüz milyonlarla iranlı, ərəb, hindli, pakistanlı, azərbaycanlı və s. ardıcıllara malik olmasına göz yummuşlar... Bu məktəbin ardıcılları dünyanın bir çox ölkələrində də tanınmaz qalmışdır. Qərb ölkələrində keçən əsrin şiələri İslamı daim təhrif etməyə çalışan şərqşünasların təqdim etdiyi kimi qəbul olunmuşdur və hətta bəziləri bu məzhəbin son dövrlərdə İslam düşmənləri tərəfindən ixtira edildiyini də iddia etmişlər. Qeyd olunan bu məsələlərin həqiqətini yoxlamaq üçün şiəliklə əlaqədar, yaxud şiəliyə cüz᾽i işarələr edilmiş bir neçə məşhur kitabı nəzərdən keçirmək kifayət edər.
    Əvvəldə qeyd olunduğu kimi, dünyanı idarə etmək istəyən və ya dünya xalqları üzərində nəzarəti gücləndirməyə çalışan böyük dövlətlər ayrı-ayrı ölkə xalqlarının etiqad bəslədiyi din və məzhəbləri, adət-ənənələri və ümumi psixologiyanı yenidən araşdırmaq zərurətində idilər. Bu siyasətin davamı olaraq, qərb ölkələrində, xüsusilə ingilisdilli ölkələrdə tədrici olaraq İslam və şiəlik barəsində bir sıra əsaslı tədqiqatlar və elmi axtarışlar hərəkatı başlanmışdı.
    Böyük dünya müharibəsindən sonra Amerikada, daha sonra isə İngiltərədə belə bir məsələ qarşıya çıxmışdı ki, hər hansı bir din və ya məzhəb barədə o əqidənin ardıcılı olmayan və ya ona ürəkdən etiqad bəsləməyən şəxslərin apardığı araşdırmalar, mülahizələr və yazılan kitablar yetərli deyildir. Bu vaxta qədər hər hansı bir əqidə üçün əcnəbilərin yazdıqları əsərləri heç bir vəchlə əsaslı hesab etmək olmaz.
    Qərb ölkələrində dinə qarşı aparılan uzun müddətli mübarizələr nəticəsində çox qorxunc bir mə᾽nəvi boşluq yarandığından Amerika və Avropa ölkələri çarə fikrinə düşmüş, həmin ölkələrdə dinlər barəsində əsaslı tədqiqat aparmaq məqsədilə müəyyən mərkəzlər tə᾽sis edilmişdi. Bu proseslərdə mümkün qədər hər bir dinin öz mənbələrindən və alimlərindən istifadə etməyə çalışır, məqsədə çatmaqda bu yolu daha məqsədəuyğun hesab edirdilər. Əlbəttə, belə bir cərəyanda İslam dini ümumi şəkildə və şiəlik xüsusi şəkildə diqqət mərkəzində idi və ümumi tədbirlər silsiləsindən istisna oluna bilməzdi.
    Bu hərəkatda ilk addım atan şəxslərdən biri də professor Kenneth Morgan idi. Colgate unversitetinin professoru, amerikalı alim Morgan ömrünün müəyyən bir hissəsini şərq ölkələrində keçirmiş, şərq dinlərinin tanınmış alim, ustad və şəxsiyyətləri ilə birbaşa əlaqə yarada bilmişdir.
    İslam dünyasında əsas e᾽tibarı ilə «İslam sirati müstəqim» kitabının tərtibatçısı kimi məşhurlaşan bu alim bir neçə il bundan qabaq Colgate unversitetində dünyanın məşhur dinlərinin nümayəndələrini bir yerə toplamaq məqsədi ilə bir mərkəz tə᾽sis etmişdi. Kenneth Morgan bu mərkəzdə geniş tədqiqat işləri aparmaq məqsədi ilə müxtəlif sahələr üzrə, alim və tələbələrdən təşkil olunmuş ayrı-ayrı qruplar yaratmış, onların işlərinə nəzarəti şəxsən öz öhdəsinə götürmüşdü. O, son dərəcə mühüm hesab edilən şərq dini mənbələrini çap etdirərək onları qərb xalqlarına təqdim etmiş, bununla da həmin dinlərin həqiqi mahiyyətini çatdırmağa çalışmışdır.
    Mən həmin mərkəzlə ilk dəfə səkkiz il bundan qabaq yaxından tanış olmuşam. O zaman həmin mərkəzin elmi heyəti şiəlik barəsində araşdırmalar aparmaq üçün mütəxəssis kadrların çatışmazlığından söhbət açdı və bu sahədə əsaslı tədbirlər görməyi məsləhət bildilər. Əlbəttə, professor Henri Korbəni Sorben unversitetində şiə təfəkkürünün tanıtdırılması sahəsində dəyərli xidmətlər göstərmişdir. Lakin əvvəla, onun əsərləri ümumi oxucu kütləsinin qavraya bilməyəcəyi bir yüksək səviyyədə və fransız dilində yazıl-mışdır. İkincisi isə bu əsər şiəliyin ümumi mahiyyətini deyil, onun irfan, hikmət və bu kimi xüsusi yönlərini aydınlaşdırır. İngilis dilində mövcud olan bir neçə kitab və risalələr də uzun illər boyu şiəliyə arxadan zərbə vurub onu tamamilə məhv etmək üçün çalışan xristian misiyonerlərinin əsərləridir.
    Təsadüfən bir-iki il sonra 1964-cü ilin yayında professor Morgan İrana gəldi. Artıq o zaman, əziz ustadım Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbainin tələbəsi olmaq kimi böyük şərəfə nail olmuşdum. Həftədə bir neçə dəfə ustadın Dərəkədə yerləşən bağ evinə gedir və onun elm dəryasından öz məhdud iste᾽dadım qədərində bə᾽zi şeyləri əxz edirdim.
    Bir gün cənab Morqanla birlikdə Əllamə Təbatəbainin hüzuruna getdik. Professor ilk anlardan ustadın mə᾽nəvi və ruhani şəxsiyyətinə məftun oldu və hiss etdi ki, elm və hikməti fikir və düşüncə mərhələsindən əməl mərhələsinə çatdırmış və öz elminin həqiqi mahiyyətinə varmış bir insanın hüzurundadır. O, Dərəkənin dar və torpaq yolları ilə geri qayıdarkən Əllamə Təbatəbainin qərb ölkələrində yaşayan insanlar üçün şiəlik barədə bir kitab yazmasını xahiş etdi. Bir müddətdən sonra əməli proqramlar hazırlandı. Ustad üç il ərzində iki dəyərli kitab yazdı ki, onlardan biri qarşınızda olan "İslamda şiəlik”, digəri isə "Şiəlik nəzərindən Quran” adlı əsərlərdir. Bu iş doğrudan da İslam maarifinə yüksək bir xidmət oldu.
    Mən bu kitabı ingilis dilinə tərcümə etdim və o, bir müddət Amerikanın ali məktəblərində tədris edildi. Bu praktiki mərhələ başa çatdıqdan və tələbələrin böyük islam aliminin qələmi ilə yazdığı mətləblərin necə düşünülməsi ilə əlaqədar aparılan tədqiqatın nticələri məlum olduqdan sonra onun yekun çapı nəşr olunacaqdır.
    Quran barəsində olan kitabın ikinci cildinin tərcüməsi də başlanmışdır. Dünyada şiəliyin tanıtdırılması məqsədi ilə yazılan üçüncü kitab da çapa hazırlanır; bu əsər şiə imamlarının kəlamlarından toplanmış və bu vaxta qədər sirli bir xəzinə kimi tanınmaz qalmış bir məcmuə olacaqdır.
    Qeyd olunduğu kimi, "İslamda şiəlik” adlı kitab yeni məqsədlə yazılmış tədqiqat əsəridir. Bu kitabda əsas məqsəd şiəliyi tanıtdırmaq, İslam dünyasında şiəliyin ideoloji əsaslarını açıqlamaq, eləcə də bu məzhəb barədə ümumi və hərtərəfli məlumat əldə etmək istəyənlərə yardım etməkdir.
    Müəllif bu kitabda əhli-sünnətə azacıq da olsa, hörmətsizlik göstərməmiş, eyni zamanda şiəliyin yaranma səbəblərini mötəbər sənədlərlə bəyan edərək, onun İslamda köklü bir məzhəb olduğunu göstərməyə çalışmışdır. Bu əsər şiəliyin əsalətini müdafiə etməklə yanaşı, sünnülərlə şiələr arasında təfriqə yaradılmasına yol verməmiş, əksinə İslam dininin iki əsas məzhəbi arasında yarana biləcək anlaşmanı asanlaşdırmışdır. Çünki bu məzhəblər arasındakı həqiqi yaxınlıq yalnız hər iki tərəfin əsalətinin qorunub saxlanması ilə mümkün ola bilər.
    Müasir dövrün qəribəliklərindən biri də budur ki, bu kitabın ərəb-farscasına (və ya azəri dilinə) olan ehtiyac ingiliscəsinə olan ehtiyacdan heç də az deyildir. Bəlkə də yüz minlərlə şiə cavan hal-hazırda öz din və məzhəbləri barədə məlumatsızlığa, cəhalətə düçar olmuşlar və onunla yaxından tanış olmağa kəskin ehtiyac hiss edirlər. Onlar adi dini kitablardan istifadə etməklə kifayətlənmir, İslam maarifi haqda daha elmi məlumatlar əldə etmək istəyirlər.
    Keçən illərdə cəmiyyətin müxtəlif təbəqələri arasında dini təlimat məsələsi qəribə bir vəziyyətə düşmüşdü. İranda yaşayan qeyri-müsəlman xalqlar, eləcə də xarici vətəndaşlar ev və ya məktəb şəraitində öz mədəniyyət və dinlərini öyrənmək üçün müəyyən tədbirlər gördükləri halda, İran cəmiyyətinin əksəriyyətini təşkil edən müsəlmanlar arasında dini təlimlər tamamilə unudulmuşdu. Valideynlər bu məsuliyyətin öz üzərlərindən götürüldüyünü zənn edərək, məktəblərin bu ağır vəzifəni möcüzəli bir şəkildə həyata keçirəcəyini fikirləşirlər. Məktəblər də öz növbəsində adi dərslərin tədrisi üçün müəllim çatışmazlığı ilə üzləşdikləri halda, təbiidir ki, bu "möcüzəni” həyata keçirmək imkanında olmayacaqdır. Bu istiqamətdə tədrici olaraq yaranan bir qrupa hər növ vəsait verilmiş, lazım olan imkan yaradılmışdır; onlar necə hərəkət etməyi bacarır, lakin hara getməyi bilmirlər.
    İnsan hədəfli, məqsədyönlü bir varlıq olduğundan, ömrünü bütünlüklə ötəri hisslərdə, puç və maddi işlərdə keçirmək səlahiyyətinə malik olmadığından belə bir vəziyyətlə barışa bilmir; bəziləri doğrudan da konkret olaraq nə etmək lazım olduğunu bilmədikləri üçün vicdan əzabı çəkir, ruhi narahatlıqlara düçar olurlar. Həqiqətən dini-mənəvi təlimlər axtarışında olan bir çoxları onlara yol göstərə biləcək alim, müəllim və hətta bəzən bir kitab belə tapa bilmədikləri üçün əcnəbi din və məzhəblərə üz tutur, həqiqəti ayrı bir yerdə arayıbaxtarır.
    Bu kitab qərb ölkələrində yaşayan tələbə və tədqiqatçılar üçün nəzərdə alınsa da, müsəlmanlar üçün də mühüm əhəmiyyət kəsb edir və hətta demək olar ki, bu kitab öz növbəsində misilsizdir.
    Mərhum Əllamə Təbatəbai sadə qələmlə tarix, hikmət, irfan və sair bölmələrdə şiəliyin təqribən bütün yönlərini izah etmiş və islam maarifinin ən mühüm həqiqətlərini aydınlaşdırmışdır.
    Bu kitabın mütaliə edilməsi şiə təfəkkürünün əsasları barədə məlumat əldə etmək və ali mətləblərə çatmaq yolunda düzgün istiqamətlənmək üçün kifayət edər. Hal-hazırda bu nəfis əsərin yol göstərməsi ilə şiəliyin mənəvi dünyasına yad olan hər bir şəxs geniş bir aləmə qədəm qoymuş olur. Bu mötəbər yolgöstərənə istinad etməklə yoldan sapmayacağına, "möhkəm ipə” sarılmaqla son məqsədə nail olacağına əmin ola bilər.
    Bu kitabda şiəliyin bütün elmi mərhələləri, o cümlədən yaranma tarixi, fiqhi, şəriəti, mənəvi həqiqətlərin ən lətif və incə nümunələri o qədər sadə dildə yazılmışdır ki, onun yalnız həqiqi bir ustadın qələminin məhsulu olmasında şübhə etmək olmur.
    USTADIN TƏRCÜMEYİ-HALI
    Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai 1904-cü ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq, on dörd nəsli Təbrizin məşhur seyyid və alim sülaləsindəndir. O, Təbrizdə mövcud olan ibtidaidini məktəbi bitirdikdən sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəf şəhərinə yola düşmüş və on il bu yüksək elmi-dini mərkəzdə öz elmini təkmilləşdirməyə, müxtəlif İslam elmlərinə yiyələnməyə başlamışdır. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyyid Hüseyn Badkubeyidən,(Nəcəfi-əşrəfin ən böyük fəlsəfə ustadı olan Seyyid Hüseyn Badkubeyi əslən Bakının Xırdalan qəsəbəsindən idi.)riyaziyyatı Ağa Seyyid Xonsaridən və əxlaq elmini isə Hacı Mirza Əli Qazidən(Hacı Mirza Əli Qazi dövrünün ən böyük hikmət və irfan ustadı, yüksək mənəviyyatlı bir arif idi. "...Allah zalımlara lənət eləsin! O kəslərə ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyir və axirəti də inkar edərlər.” ("Əraf” surəsi, ayə 44-45) "Hansı din bir şəxsin özünü Allahın hökmünə təslim edib yaxşı əməl sahibi olmasından, İbrahimin pak və mötədil dininə tabe olmasından yaxşı ola bilər?!” ("Nisa” surəsi, ayə-125) "Kitab əhlinə de: Gəlin bir müştərək sözdə bir-birimizlə həmkarlıq edək: "Allahdan başqasına ibadət etməyək, Onun üçün heç nəyi şərik qoşmayaq, bizlərdən bəzimiz bəzi digərini özünə rəbb qərar verməsin.” Əgər bu sözdən üz çevirsələr, de: şahid olun ki, mən Haqqa təsliməm.” ("Ali-imran” surəsi, ayə-64) "Ey iman əhli! Hamılıqla təslim məqamına daxil olun!” ("Bəqərə” surəsi, ayə-208) "(İbrahim və İsmail dedilər:) Pərvərdigara! Bizi Öz fərmanına təslim et və bizim övladlarımızdan da müsəlman ümmət qərar ver!” ("Bəqərə” surəsi, ayə-128) "Bu, sizin atanız İbrahimin dinidir, sizi müsəlman (təslim olan) adlandıran məhz odur.” )öyrənmişdi. Ustad 1935-ci ildə təhsilini başa vurub öz vətəninə qayıtmışdır.
    Əllamə Təbatəbai təkcə fiqh və üsul elmi ilə kifayətlənməmiş, ərəb dilinin qrammatikasında çox yüksək nailiyyətlər əldə etmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmiş, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur.
    İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə cənubi Azərbaycanda vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və ruhanilərə qarşı başladığı amansız repressiyaların nəticəsində ustad məcburiyyət qarşısında qalıb öz doğma şəhəri olan Təbrizi tərk edərək Qum şəhərinə köçmüş, bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və tədrislə məşğul olmuşdur.
    O, 1946-cı ildə Qum şəhərində məskunlaşaraq, orada təfsir və hikmət dərslərinin tədrisinə başlamış, Tehrana etdiyi ardıcıl səfərlərdə İslam maarifi və hikmət teşnələri ilə əlaqələr yaratmışdır. Ustad uzun illər boyu yorulmaq bilmədən din və hikmət müxalifləri ilə elmi mübahisələr təşkil etmiş, qərb və şərqdən məqsədyönlü şəkildə müsəlmanları azdırmaq üçün göndərilən ideoloji məktəblərlə elmi mübarizələr aparmışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə qapılmış bir çox alim və ziyalıların doğru yola hidayət olunmasında müstəsna rol oynamış, həqiqət axtarışında olanları dini həqiqətlərlə yaxından tanış etmişdir. O, həyatının son 20 ilində təkcə ruhani təbəqəsinə deyil, ziyalı sinfinə və qərbdə təhsil alan alim və tələbələrə də əvəzsiz bir təsir mənbəyi olmuşdur.
    Neçə illər idi ki, payız fəslində ustadla professor Henri Korben arasında, bir çox alim və tələbələrin iştirakı ilə elmi mübahisələr təşkil edilirdi. Yüksək mənəviyyatlı bir şəxsiyyətlə həqiqət axataran elm xadimi arasında təşkil olunan dini-fəlsəfi, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan elmi mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər daimi olaraq çox mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də islamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər qərb ölkələri ilə müsəlmanlar arasında belə bir rabitə yaradılmamışdı.
    Əllamə Təbatəbai Qum elmiyyə hövzəsinə böyük xidmətlər göstərmiş, bu elm ocağında əqli elmləri, o cümlədən Quran təfsirini yenidən dirçəltmişdir; ustad bu mərkəzlərdə tədrici olaraq hikmətin əsas bünövrələrini qoymuş, "Şifa”, "Əsfar” və sair fəlsəfi kitabların tədrisinə başlamışdır.
    Ustadın yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun elm dəryasından bacardıqları qədər faydalanırdılar. Ustadın iyirmi illik zəhməti artıq öz bəhrəsini vermiş, onun əkdiyi gül-çiçəklərin ətri hər yeri bürümüşdür; hal-hazırda elə bir islami mərkəz və elm ocağı tapmaq olmaz ki, orada ustadın şagirdlərindən və ya onların əsərlərindən biri öz əvəzsiz xidmətini göstərməmiş olsun. Demək olar ki, hikmət alimlərinin əksəriyyəti birbaşa və ya bir və bir neçə vasitə ilə ustadın şagirdi hesab olunurlar. Əllamə Təbatəbainin nəzarəti altında əqli elmlər sahəsində ictihad dərəcəsinə çatan alimlərin dəqiq sayı məlum deyildir, amma qətiyyətlə demək olar ki, onun islam fəlsəfəsi üzrə hazırladığı alimləri, yazdığı dəyərli kitabları və göstərdiyi digər mühüm xidmətləri heç bir şeylə müqayisə etmək olmaz.
    Əllamə Təbatəbai tələbə və alim hazır-lamaqda təkcə elmi inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və əxlaqi məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad bu iki məsələni bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir.
    ƏLLAMƏ TƏBATƏBAİNİN ƏSƏRLƏRİ
    Ustad Əllamə Təbatəbainin bir çox qiymətli əsərləri vardır. O cümlədən aşağıdakıları qeyd etmək olar:
    1."Təfsirul-mizan”; (20 cild)
    2."Fəlsəfə üsulları və realizm metodu”; (5 cild)
    3.Sədruddin Şirazinin "Əsfar” kitabına haşiyə; (5 cild)
    4."Professor Korbenla mübahisələr”; (2 cild)
    5."İslam hökuməti” risaləsi;
    6."Haşiyeyi-Kifayə”;
    7."Qüvvə və fel” risaləsi;
    8."İsbati-zat” risaləsi;
    9."Risalə dər sifat”;
    10."Risalə dər əfal”;
    11."Risalə dər vəsait”;
    12."Əl-insanu qəbləd-din”;
    13."Əl-insanu fid-din”;
    14."Əl-insanu bədəd-din”;
    15."Risaleyi dər nübüvvət”;
    16."Risalə dər vilayət”;
    17."Risalə dər müştəqqat”;
    18."Risalə dər bürhan”;
    19."Risalə dər müğalitə”;
    20."Risalə dər təhlil”;
    21."Risalə dər tərkib”;
    22."Risalə dər etibarat”;
    23."Risalə dər nübüvvət və məqamat”;
    24."Mənzumə dər rəsmi xətte nəstəliq”;
    25."Əli vəl-fəlsəfətul-ilahiyyə”;
    26."Quran dər islam”;
    27."Şiə dər islam”.
    Ustad bunlardan əlavə bir çox risalə və məqalələr də yazmışdır. "Məktəbi təşəyyö”, "Dərshayi əz məktəbi islam”, "Rəhnomai kitab” və s. jurnallarda çap edilmiş müxtəlif həcimli yazıları buna misal göstərmək olar.
    Ustadın ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı "Əl-mizan” kitabıdır. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyindən, ustad belə bir əsər yazaraq islam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə aşkar hədislərə əsaslanan yeni metoddan – bir ayənin sair ayələr vasitəsilə təfsir olunmasından istifadə etmişdir.
    Əziz oxucular, qarşınızda olan bu kitab ilk dəfə olaraq gənc nəsl, eləcə də qərbdə yaşayan iranşünas, şərqşünas və islamşünaslar üçün yazılmışdır. Buna görə də Əllamə Təbatəbainin haqqında bəzi məsələləri qeyd etməyi, əsrin elm və hikmət korifeyini təqdim etməyi lazım bilirəm.
    Əlbəttə, qələmimiz belə bir vəsfolunmaz şəxsiyyətin təqdim olunmasında yetərli deyildir və dillə onun mənəvi-ruhani məqamını, fəzilət və kamal dərəcələrini izhar etmək olmaz. Bu səhifələr uzun illər tanınmaz bir şəxsiyyət kimi islam cəmiyyətinə böyük xidmətlər göstərən bir insan haqda dərya müqabilində bir damlaya bənzəyir. Ustadın özü həqiqət məqamına çatdığından, daim şölələnməkdə olan bir məşəl kimi öz ətrafında olanların, şagirdlərinin və onun əsərlərini oxuyanların yolunu işıqlandırmış, onların fikir və mənəvi həyatına ruh, istiqamət və məna vermişdir.
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 998 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024