İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:47 AM
    BİRİNCİ BÖLMƏ
    ŞİƏLİYİN YARANMASI VƏ İNKİŞAF ETMƏSİ
    *Şiəliyin yaranması;
    *Azlıq təşkil edən şiələrin çoxluqda olan sünnülərdən ayrılması və ixtilafın səbəbləri;
    *İki məsələ: Canişinlik və elmi mərcəiyyət;
    *Seçki yolu ilə olan xilafət məsələsi və onun şiəlik nəzəriyyəsi ilə zidd olması;
    *Xilafətin Əli (ə)-a verilməsi və o həzrətin bu barədə mövqeyi;
    *Əli (ə)-ın beş illik xilafət dövründə şiələrin əldə etdiyi nailiyyətlər;
    *Xilafətin Müaviyənin əlinə keçməsi və onun padşahlıq və varislik üslubuna çevrilməsi;
    *Şiələrin ən ağır günləri;
    *Bəni-üməyyə sülaləsinin hakimiyyəti;
    *Şiəlik - 2-ci hicri əsrində;
    *Şiəlik - 3-cü hicri əsrində;
    *Şiəlik - 4-cü hicri əsrində;
    *Şiəlik - 5-ci hicri əsrində;
    *Şiəlik - 7-11-ci əsrlərdə;
    *Şiəlik - 12-14-cü əsrlərdə;
    *Şiələrin firqələrə bölünməsi;
    *Firqələrə parçalanma və bəzi cərəyanların aradan getməsi;
    *Zeydiyyə şiələri;
    *İsmailiyyə firqəsi və onun parçalanması;
    *Nəzariyyə, müstəliyyə, dəruziyyə və muqniə;
    *On iki imamçı şiələr, onun zeydiyyə və ismailiyyə ilə olan fərqləri;
    *On iki imamçı şiələrin tarixi.
    ŞİƏLİYİN YARANMASI
    Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi.(Əli (ə)-dan qabaq iki xəlifənin haqq olmasını isbat etmək istəyən, fiqhdə Əbu Hənifəyə əməl edən zeydiyyələrə də şiə deyilir. Çünki, onlar Bəni-üməyyə və Bəni-abbas xəlifələri qarşısında xilafətin Əli və onun övladlarına məxsus olduğuna inanırdılar)O hadisələr aşağıdakılardır:
    a) Besətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu.(Peyğəmbərin (s) dövründə yaranan ilk ad "şiə” idi; belə ki, Salman, Əbuzər, Miqdad, Əmmar bu adla məşhurlaşmışdı. ("Hazirul-alimil-islamiyy”, 1-ci cild, səh-188) ) Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim dəvətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü.("(Ya Peyğəmbər,) ən yaxın qohum-əqrəbalarını (Allahdan) qorxut.” ("Şüəra” surəsi, ayə-214))
    Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.
    b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.(Bu hədislə əlaqədar Əli (ə) buyurur: "Mən hamıdan kiçik olduğuma baxmayaraq dedim: "Mən sənin vəzirin olaram.” Peyğəmbər əlini mənim çiynimə qoyaraq buyurdu: "Bu şəxs mənim qardaşım, vəsim və canişinimdir, ona itaət edin.” Camaat gülüb Əbu Talibə dedilər: "Sənə əmr etdi ki, öz oğluna itaət edəsən!” ("Tarixi Təbəri”, 2-ci cild, səh-321; "Əbil Fidanın tarixi”, 1-ci cild, səh-116; "Əl-bidayətu vən-nihayə”, 3-cü cild, səh-39; "Həyatul-məram”, səh-320) ) Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.(Ümmü Sələmə deyir ki, Peyğəmbər belə buyurdu: "Əli həmişə haqq və Quran ilədir, haqq və Quran da həmişə onunladır və qiyamətə qədər bir-birindən ayrılma-yacaqlar”, (Bu hədis sünnülərdən 15 yol ilə, şiələrdən isə 11 yolla nəql olunmuşdur.) )
    v) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.(Peyğəmbər (s) buyurmuşdur: "Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur.” ("Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359) )
    Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.(Məkkə kafirləri həzrət Məhəmmədi (s) qətlə yetirmək məqsədi ilə onun evini mühasirəyə aldıqları zaman Peyğəmbər (s) Mədinəyə hicrət etməyi qərara aldı və Əli (ə)-a buyurdu: "Bu gecə mənim yatağımda yatmağa razısanmı? Qoy mənim yatdığımı güman etsinlər və onların təqibindən amanda qalım?” Əli (ə) bu təhlükəli vəziyyətdə bu təklifi cani-dildən qəbul etdi.)
    q) "Qədir-Xum” hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə təyin edərək, onu da özü kimi ümmətin rəhbəri elan etdi.("Təvarix və cəvameu hədis” )
    Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar("Qədir-xum” hədisi sünnü və şiələr arasında danılmaz hədislər sırasındadır, səhabələrdən yüzdən artığı müxtəlif sənədlər və ibarələrlə onu nəql etmişlər. Şiə və sünnülərin mötəbər kitablarında da qeyd olunmuşdur. Əlavə məlumat üçün "Ğayətul-məram”ın 79-cu səhifəsinə, "Əbəqat”ın Qədir bölməsinə və "Əl-Qədir” kitabına müraciət edə bilərsiniz. ) və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.
    Bundan əlavə, "Əli şiəsi”, "Əhli-beyt şiəsi” kimi ifadələr Peyğəmbəri-Əkrəmin (s) sözlərində də çox görünmüşdür.("Tarixi Yəqubi” (Nəcəf çapı), 2-ci cild, səh-137 və 140; "Əbil Fidanın tarixi”, 1-ci cild, səh-156; "Səhihi Buxari”, 4-cü cild, səh-107; "Murucuz-zəhəb”, 2-ci cild, səh-437; "Nəhcül-bəlağənin şərhi”, (İbni Əbil Hədid,) 1-ci cild, səh 127 və 161. )
    AZLIQ TƏŞKİL EDƏN ŞİƏLƏRİN ÇOXLUQ TƏŞKİL EDƏN SÜNNÜLƏRDƏN AYRILMASI VƏ İXTİLAFIN YARANMA SƏBƏLƏRİ
    Peyğəmbərin (s), səhabələrin və bütün müsəlmanların nəzərində Əli (ə)-ın yüksək məqamına nəzər salmaqla, onun ardıcılları Peyğəmbərin (s) vəfatından sonra o həzrətin xilafət məqamına çatacağına şübhə etmirdilər. Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən baş verən hadisələr istisna olmaqla, mövcud şərait və zahiri əlamətlər də bu nəzəriyyəni təsdiq edirdi.(Cabir deyir: Peyğəmbərin (s) yanında idim, Əli uzaqdan göründükdə o həzrət buyurdu: "Canım qüdrət əlində olan Allaha and olsun! Bu şəxs və onun şiələri qiyamətdə nicat tapacaqlar.” İbni Abbas deyir: "İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” ayəsi nazil olduqda Peyğəmbər Əliyə buyurdu: "Bu ayədə buyurulan şəxslər sən və sənin şiələrindir ki, qiyamətdə razılıq və sevincdə olacaqsınız və Allah da sizdən razı olacaqdır”. Bu iki hədis, eləcə də çoxlu başqa hədislər "Əd-durrul-mənsur” təfsirinin 6-cı cildinin 379-cu səhifəsində və "Ğayətul-məram” kitabının 326-cı səhifəsində nəql olunmuşdur.)
    Amma Peyğəmbəri-Əkrəm (s) vəfat edəndən sonra gözlənilməz hadisələr baş verdi; onun ailə üzvləri və səhabələrdən bir çoxu dərin hüzn və matəm içində dəfn mərasimi ilə məşğul olduqları zaman, sonralar əksəriyyət təşkil edən bir qrup son dərəcə özbaşınalıq və tələskənliklə bir qərar çıxardılar. Onlar Peyğəmbərin Əhli-beyti, onun yaxın adamları və tərəfdarları ilə məşvərət etmədən, hətta onlara xəbər vermədən "xoşməramlı” bir tədbir keçirib müsəlmanlara xəlifə təyin etdilər. Əli (ə) və onun köməkçilərini qanunsuz olaraq baş vermiş bir iş qarşısında qoydular. Əli (ə) və digər tanınmış səhabələr, o cümlədən İbni Abbas, Zübeyr, Salman, Əbuzər, Miqdad, Əmmar və digərləri dəfn mərasimini tamamladıqdan sonra bu işdən xəbərdar oldular. Onlar bu üslubla və tələmtələsik xəlifə təyin etmək məsələsinə qarşı öz etirazlarını bildirmək məqsədi ilə ümumi yığıncaq keçirdilər. Lakin cavabında "belə məsləhət oldu” sözlərini eşitdilər.
    Məhz bu tənqid və etirazlar azlıq təşkil edənləri çoxluq təşkil edənlərdən ayırdı; Əli (ə)-ın ardıcıllarını "Əli şiəsi” adı ilə cəmiyyətə tanıtdırdı. Xilafət məqamında əyləşənlər də dövrü siyasətin tələblərinə uyğun olaraq, azlıqda olanların bu adla tanınmamasına, cəmiyyətin parçalanmamasına çalışırdılar. Onlar xilafətin fikir birliyi əsasında olduğunu iddia edir, etiraz edənləri və beyətdən boyun qaçıranları "müsəlman icmasından ayrılanlar” adlandırır, bəzən onların haqqında nalayiq ifadələr də işlədirdilər.(Həzrət Məhəmməd (s) ölüm yatağında yatarkən Üsamə ibni Zeydin başçılığı ilə bir qoşun təşkil etdi, hamının bu müharibədə iştirak edərk Mədinədən çıxmasına israr edirdi. Bəziləri, o cümlədən Əbu Bəkr və Ömər Peyğəmbərin (s) göstərişindən imtina etdilər. Bu hadisələr Peyğəmbəri (s) çox narahat etdi. ("Şərhi-Nəhcül-bəlağə” (İbni Əbil Hədid), Misir çapı, 1-ci cild, səh-53.) Peyğəmbəri-əkrəm (s) vəfatından bir az əvvəl buyurdu: "Mənim üçün kağız-qələm gətirin, sizin üçün bir məktub yazım ki, sizin hidayətinizə və yoldan azmamağınıza kömək olsun.” Ömər bu işə mane olub dedi: "Onun xəstəliyi şiddətlənmişdir və sayaqlayır!!!” ("Tarixi Təbəri”, 2-ci cild, səh-436; "Səhihi Buxari”, 3-ci cild, "Səhihi Müslüm”, 5-ci cild, "Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh-227; "Şərhi-Nəhcül-bəlağə” (İbni Əbil Hədid), 1-ci cild, səh-133. Həmin hadisə birinci xəlifənin ölümü ilə nəticələnən xəstəliyində də təkrar olundu və o, xilafəti Ömərə verdi və vəsiyyət edərkən huşdan getdi, lakin Ömər birinci xəlifənin sayaqladığını iddia etmədi. Halbuki, vəsiyyətin yazıldığı zaman huşdan getmişdi, lakin Peyğəmbər (s) məsum və onun duyğu üzvləri öz yerində idi. (Rövzətus-səfa, 2-ci cild, səh-260 ) Əlbəttə, şiələr ilk dövrlərdə hakim qüvvə tərəfindən kəskin təzyiqlərə məruz qaldıqlarından, sadəcə etiraz etməklə öz müxalifətçiliklərini bildirməkdən əlavə, hər hansı bir tədbir görməyə müvəffəq olmadılar. Əli (ə) da islamın və müsəlmanların ümumi mənafeyini nəzərə almaqla və kifayət qədər köməkçi olmadığına görə silahlı qiyama qalxmadı. Lakin etiraz edənlər əqidə baxımından əksəriyyət təşkil edənlərə tabe olmadılar; onlar bilirdilər ki, Peyğəmbəri-Əkrəmin (s) həqiqi canişini və elmi mərcəiyyət məqamı Əli (ə)-dır.(Ömər ibni Həris, Səid ibni Zeydə dedi: Bir kəs Əbu Bəkrə beyətə müxalifət etdimi? Cavab verdi: Heç kəs müxalif deyildi, yalnız mürtəd olanlar, yaxud mürtəd olmaq ərəfəsində olanlar müxalifət etmişdilər. ("Tarixi Təbəri”, 2-ci cild, səh-447))
    Peyğəmbər (s) buyurmuşdur: "Mən elmin şəhəri, Əli onun darvazasıdır. Hər kəs elm axtarırsa, gərək onun qapısından varid olsun.”(Peyğəmbəri əkrəm (s) məşhur "Səqəleyn” hədisində buyurur: "Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyub gedirəm, əgər onlara sarılsanız heç vaxt yolunuzdan azmazsınız. O iki əmanət Quran və Əhli-beytimdir, onlar qiyamət gününə qədər bir-birindən ayrılmazlar.” Bu hədis yüzdən artıq yol ilə Peyğəmbər səhabəsindən nəql olunmuşdur. Əlavə məlumat almaq üçün "Səqəleyn” hədisinin təbəqatına müraciət edə bilərsiniz. ("Ğayətul-məram”, səh-211) )
    Azlıq təşkil edən dəstənin üzvləri elmi və mənəvi cəhətdən yalnız o həzrətə müraciət etməyi rəva görür və başqalarını da ona doğru dəvət edirdilər.
    İKİ MƏSƏLƏ: CANİŞİNLİK VƏ ELMİ MƏRCƏİYYƏT
    Şiələr əldə etdikləri islami təlimlər əsasında inanırdılar ki, cəmiyyət üçün ilk növbədə əhəmiyyət kəsb edən məsələ – islam təlimlərinin və dini mədəniyyətin aydın olması,("Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359 ) sonrakı mərhələdə isə bu iki dəyərin cəmiyyət arasında kamil cərəyan etməsidir.
    Başqa sözlə desək, əvvəla cəmiyyət üzvləri dünyaya və insana real nəzərlə baxmalı, öz insani vəzifələrini bilməli və onlar şəxsi mənafelərinə uyğun olmasa belə, yerinə yetirməlidirlər.
    İkincisi, dini hökumət cəmiyyətdə islamın həqiqi nəzm və inzibatını elə bir şəkildə qoruyub saxlamalı və icraya qoymalıdırdır ki, insanlar Allahdan başqa heç bir məbuda sitayiş etməsinlər, eləcə də fərdi və ictimai ədalətdən, kamil azadlıqdan bəhrələnsinlər. Bu iki məsələ Allah tərəfindən paklaşdırılan və günahdan uzaq olan bir şəxsin əli ilə icra edilməlidir; əks halda, elmi məqamda və hakimiyyət kürsüsündə elə şəxslər oturacaqlar ki, öz üzərlərinə düşən vəzifələr qarşısında belə, fikri azğınlıq və xəyanətdən amanda deyillər; nəticədə islamın ümumbəşəri azadlıq, ədalətli vilayəti tədrici olaraq zülmkarlıq və istibdad əsasında olan səltənətə, padşahlığa çevriləcək; dinin pak və mütərəqqi maarifi sair dinlərin təlimləri kimi xudbin və yaltaq alimlər tərəfindən təhrif olunacaqdır.
    Peyğəmbərin (s) dəfələrlə buyurub təsdiq etdiyi kəlamlara əsasən, əməl və sözlərində doğruçu, tutduğu yol Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə uyğun olan şəxs yalnız Əli (ə) idi.(Allahın kitabı, Peyğəmbərin (s) və onun Əhli-beytindən olan imamların (ə) kəlamlarında elm öyrənməyə dair çoxlu təkidlər edilmişdir. Belə ki, Peyğəmbər (s) buyurur: "Elm öyrənmək hər bir müsəlmana vacibdir.” ("Biharul-ənvar”, 1-ci cild, səh-172) )
    Əgər əksəriyyət təşkil edən dəstənin üzvləri Qüreyş tayfasının Əlinin haqq xilafəti ilə müxalif olduğunu desəydilər, onda onların haqqa məcbur edilməsi, boyun qaçıranları və inadkarları yerində oturtmaq lazım gələrdi. Necə ki, onlar zəkat verməkdən imtina edən şəxslərlə vuruşub onların etirazlarına fikir vermədilər; aydındır ki, onlar istəsəydilər belə bir təqdirdə də Qüreyş tayfasının müxalifətçiliklərinə etina etməz və qorxudan haqqı tapdalamazdılar.
    Bəli, şiələri seçki yolu ilə olan xilafətlə razılaşmaqdan çəkindirən məsələ onun xoşagəlməz nəticələrindən törənən qorxu, yəni islam hökumətinin düzgün olmayan üslubu və ali-dini təlimlərin məhv edilməsi idi. Hadisələrin inkişafı da bu əqidəni günbəgün aşkar edir, şiələr də öz əqidələrində daha da möhkəmlənirdilər. İlk əvvəldə saylarının çox az olduğuna görə əksəriyyətin içərisində görünməz olduqlarına baxmayaraq, onlar batində islam təlimlərini Əhli-beytdən əxz edir, öz yollarının həqiqətinə dəvət məsələsində israr edirdilər; eyni zamanda islam hökumətinin qüdrət, izzət, təhlükəsizlik və inkişafını qoruyub saxlamaq üçün aşkar şəkildə müxalifətçilik etmirdilər. Hətta onlar sünnülərlə çiyin-çiyinə cihada gedir, ümumi işlərdə qaynayıb-qarışırdılar; Əli (ə) şəxsən özü zəruri hallarda islamın ümumi mənafeyinə uyğun olan işlərdə yaxından iştirak edir, əksəriyyət təşkil edənlərə lazımi məsləhətlər verir və köməklik göstərirdi.(Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-360 "Tarixi Yəqubi”, səh-111, 126, 129 )
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 882 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024