İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:46 AM
    ŞİƏLƏRİN ƏN AĞIR DÖVRANI
    Şiəlik tarixində onların keçirdiyi ən ağır və acınacaqlı şərait Müaviyənin 20 illik hakimiyyət dövrü idi. Bu illərdə əksəriyyəti tanınmış şəxsiyyətlər olan şiələrin təhlükəsizliyini təmin edə biləcək heç bir qanun və şərait yox idi. Şiələrin iki böyük rəhbəri (ikinci və üçüncü imam) Müaviyənin dövründə yaşayırdı; onlar xoşagəlməz və acınacaqlı vəziyyəti islah etmək üçün azacıq imkanlara belə, malik deyildilər. Hətta Yezidin hakimiyyətinin ilk altı ayında öz köməkçiləri və övladları ilə qiyam edərək şəhid olan imam Hüseyn (ə)-ın da Müaviyənin xilafətdə olduğu 10 il müddət ərzində qiyam etməyə heç bir imkanı yox idi.
    Sünnülərin əksəriyyəti səhabələrin, xüsusilə Müaviyənin və onun məmurlarının əli ilə baş verən bu qədər cinayətlərə və qanunsuz hərəkətlərə bəraət qazandırırlar. Onların fikrincə Müaviyə və onun yaxın adamları səhabə idi və Peyğəmbərdən nəql olunan hədislərə əsasən səhabələrin hamısı müctehiddirlər; onlar, baş verən xətalara və törətdikləri cinayətlərə görə heç bir məsuliyyət daşımırlar; təsəvvür olunması mümkün olan hər bir günah qarşısında üzürlü sayılırlar; Allah onlardan razıdır, onların törətdikləri hər növ cinayət və təqsir əfv olunub!!! Lakin şiələr bir neçə səbəbə görə bu bəhanələri qətiyyətlə rədd edirlər.
    Əvvəla: Peyğəmbəri-Əkrəm (s) kimi bir rəhbərin, haqq-ədalət və azadlığın dirçəldilməsi üçün qiyam edib böyük bir kütləni özü ilə həmməslək etdikdən, bu müqəddəs məqsəd yolunda bütün varlığını verdikdən və onu həyata keçirib öz məqsədinə çatdıqdan sonra, xalq və müqəddəs qanunlar qarşısında öz səhabələrinə mütləq şəkildə azadlıq verməsini necə qiymətləndirmək olar?! Onların haqqı tapdalamasını, törətdikləri cinayətləri əfv etməsi o həzrətə yaraşan bir iş deyildi; əks halda belə çıxırdı ki, o həzrət öz əlləri ilə qurub düzəltdiyi bir binanı sonradan öz əli ilə də viran etdi?!
    İkincisi: Səhabələrin müqəddəsliyini qoruyan, onların yaramaz və qanunsuz işlərinə bəraət qazandıran, onların bağışlandığını və bütün yaramaz işlər və cinayətlər qarşısında toxunulmazığını göstərən rəvayətlər məhz səhabələrin özləri tərəfindən gəlib çatmışdır və bunların hamısı onların özlərinə mənsub edilir. Tarixi sənədlərin verdiyi şəhadətə əsasən səhabələrin özləri də bir-birləri ilə "toxunulmazlıq” və "əfv olunmaq” əsasında rəftar etmirdilər. Onların özləri də bir-birinin qanını tökür, söyür, lənətləyir və rüsvay edirdilər; bir-birlərinə qarşı azacıq da olsa etinasızlığı rəva görmürdülər.
    Qeyd olunanları nəzərə almaqla demək olar ki, səhabələrin öz şəhadətinə əsasən bu rəvayətlər düzgün ola bilməz. Onların düzgün olması fərz edilsə belə, məqsəd tamamilə başqa sözdür və səhabələrin müqəddəslik və toxunulmazlığını çatdırmır.
    Allah-taala Öz kəlamında nə vaxtsa Onun fərmanın icrasında etdiyi xidmətlərə əsasən səhabələrdən razı olduğunu bildirmişsə belə, ("Tövbə” surəsi, ayə:100) onun mənası gələcəkdə də ürəkləri istəyən itaətsizliyə icazə verilməsi deyildir; sadəcə olaraq burada onların keçmişdə olan itaətkarlıqlarına təşəkkür edilir.
    BƏNİ-ÜMƏYYƏ SƏLTƏNƏTİNİN MÖHKƏMLƏNMƏSİ
    Hicri-qəməri tarixi ilə 60-cı ildə Müaviyə öldü və oğlu Yezid atasının camaatdan onun üçün aldığı beyət əsasında islam hökumətinin idarəçiliyini öz öhdəsinə aldı.
    Tarixi məlumatlara əsasən, Yezidin heç bir dini şəxsiyyəti yox idi. O, hətta atasının sağlığında belə, islam qanunlarına əsla əhəmiyyət vermir, əyyaşlıqdan, şəhvətpərəstlikdən başqa bir şeylə məşğul olmurdu. Yezid hakimiyyətinin üçüncü ilində islam tarixində misli görünməmiş faciələr törətdi.
    Birinci il Peyğəmbərin (s) nəvəsi əziz olan Hüseyn ibni Əli (ə)-ı övladları, qohumları, köməkçiləri və dostları ilə birlikdə faciəli şəkildə öldürdü, qadınlarını, uşaqlarını və Peyğəmbər Əhli-beytini şəhidlərin kəsilmiş başı ilə birlikdə şəhərbə-şəhər gəzdirdi.("Tarixi Yəqubi”, 2-ci cild, səh-216 ) İkinci ildə isə Mədinə əhalisini kütləvi şəkildə qırdı və üç gün ərzində camaatın qanını, malını və namusunu öz ordusunda olanlara halal etdi.(Tarixi Yəqubi”, 2-ci cild, səh-243 ) Üçüncü ildə isə müqəddəs Kəbəni dağıtdı və oranı yandırdı!!("Tarixi Yəqubi”, 2-ci cild, səh-224)
    Yeziddən sonra Mərvan və Üməyyə övladları islam hökumətini idarə olunmasını əllərinə aldı. Yetmiş ilə qədər davam edən on bir nəfərin hökmranlığı islam və müsəlmanlar üçün çox ağır və acınacaqlı vəziyyətlər qarşıya çıxardı. Bu dövrdə islam cəmiyyətinə xilafət adı altında ərəb imperatorluğunun istibdad və zülmündən başqa heç bir şey hökmranlıq etmirdi. Onların hakimiyyəti dövründə iş o yerə çatmışdı ki, dövrün xəlifəsi Vəlid ibni Yəzid Peyğəmbəri-Əkrəmin (s) canişini, dinin yeganə himayəçisi sayılırdı; halbuki o, heç kəsdən çəkinmədən qərara almışdı ki, Kəbə evinin üstündə bir otaq tiksin və həcc mərasimində orada eyş-işrətlə məşğul olsun!!("Tarixi Yəqubi”, 3-cü cild, səh-73 )
    Dövrün xəlifəsi Vəlid ibni Yezid Qurani-Kərimi oxlatdırdı; Qurana xitabən söylədiyi şerdə isə belə deyirdi: "Qiyamət günü öz Allahının hüzurunda hazır olanda de ki, xəlifə məni cırdı!!”
    Əlbəttə, əksəriyyət təşkil edən sünnülərlə, islam xilafəti və dini mərcəiyyət kimi iki əsaslı məsələdə köklü ixtilafları olan şiələr tarixin bu qaranlıq və irticaçı dövründə çox ağır vəziyyətdə idilər. Lakin hökumətlərin törətdiyi cinayət və zülmlər, Əhli-beyt (ə)-dan olan rəhbərlərin paklığı, təqvası və məzlumluğu onları günbəgün öz əqidələrində möhkəmlədirirdi; xüsusilə (şiələrin üçüncü imamı) həzrət Hüseyn (ə)-ın faciəli şəhadəti şiəliyin, xüsusilə xilafət mərkəzindən uzaqda olan məntəqələrdə, o cümlədən İraqda, Yəməndə və İranda yayılıb genişlənməsinə səbəb oldu.
    Müddəamızın şahidi budur ki, şiələrin beşinci rəhbərinin imaməti dövründə Üməyyə hökumətində yaranan zəiflik nəticəsində şiələr islam ölkələrinin müxtəlif yerlərindən sel kimi Mədinəyə gələrək beşinci imamın ətrafına yığışdılar, ondan hədis və dini elmləri öyrənməyə başladılar.(Bu kitabın imamət barəsində bölməsinə müraciət edin. ) Hələ birinci hicri əsri tamam olmamışdı ki, bir neçə nəfər dövlət əmiri İranda Qum şəhərinin bünövrəsini qoydu və şiələri oraya köçürdülər. Amma eyni halda şiələr öz rəhbərlərinin göstərişinə əsasən təqiyyə şəraitində yaşayır və öz əqidələrini gizlədirdilər.
    Ələvi seyyidləri dəfələrlə hökumətin zülmkarlıq hərəkatlarına qarşı çıxaraq qiyam etdilər, lakin məğlub olub bu yolda öz canlarından keçdilər. Dövrün amansız hökuməti onları məhv etmək üçün əlindən gələni əsirgəmədi. Zeydiyyə şiələrinin rəhbəri olan Zeydin cəsədini qəbirdən çıxarıb dar ağacından asdılar, üç il darda asılı vəziyyətdə saxladıqdan sonra yerə endirib yandırdılar və külünü göyə sovurdular.("Murucuz-zəhəb”, 3-cü cild, səh 217-219; "Tarixi Yəqubi”, 3-cü cild, səh-66. ) Əksər şiələrin inancına görə dördüncü və beşinci imam da Bəni-üməyyənin əli ilə zəhərləndirilərək şəhid edilmişdir.("Biharul-ənvar”, 12-ci cild. ) İkinci və üçüncü imamın da dünyadan getməsinə onlar səbəb olmuşlar.
    Əməvi hakimləri faciə törətməkdə o qədər həddi aşmışdılar ki, sünnülərin əksəriyyəti xəlifələrə itaət etməyin ümumi halda vacib olmasını dediklərinə baxmayaraq, xəlifələri iki dəstəyə bölməyə məcbur olmuşlar: Birincisi raşidi xəlifələri, yəni Peyğəmbərin (s) vəfatından sonra ardıcıl olaraq gələn dörd xəlifə (Əbu Bəkr, Ömər, Osman, Əli), ikincisi isə qeyri-raşidi xəlifələrdir ki, bu silsilə Müaviyədən başlanır.
    Əməvilərin törətdikləri zülm və cinayətlər nəticəsində camaatın onlara qarşı nifrəti özünün son həddinə çatmışdı; axırıncı əməvi xəlifəsinin öldürülməsindən və əməvilərin məğlu-biyyəti qətiləşdikdən sonra xəlifənin iki oğlu öz ailə-uşaqları ilə birlikdə darul-xilafədən qaçdılar. Hər yerə pənah apardılarsa da heç kəs onlara sığınacaq vermədi; nəhayət onlar uzun müddət Nobə, Həbəşə və Becavə çöllərində sərgərdan qaldılar; əksəriyyəti aclıq və susuzluqdan tələf olduqdan sonra Yəmənin cənubuna gəlib çıxdılar. Onlar bir müddət buralarda dilənçilik edib pul topladıqdan sonra hambal sifətində Məkkəyə yola düşüb camaat arasında gizləndilər.("Tarixi Yəqubi”, 3-cü cild, səh-84.)
    ŞİƏLƏR - İKİNCİ HİCRİ ƏSRİNDƏ
    İkinci hicri əsrinin axırıncı üçdə birində Bəni-üməyyənin zülmləri nəticəsində yaranan qanlı müharibələrin ardınca islam ölkələrinin hər bir yerində qiyamlar baş verirdi; məhz bu illərdə "Peyğəmbər Əhli-beyti” adı ilə İranın Xorasan nahiyəsində bir hərəkat başlandı. Bu hərəkatın başçısı İran sərkərdəsi Əbu Müslüm Mərvəzi idi. O, mövcud hakimiyyət əleyhinə qiyam edərək əməvi dövlətini devirmək üçün inqilabi iş aparırdı.(Tarixi Yəqubi”, 3-cü cild, səh-79 )
    Bu inqilabi hərəkat şiələrin dərin təbliğatlarından qaynaqlandığına, Əhli-beyt şəhidlərinin intiqamını almaq adı ilə baş verdiyinə, hətta Əhli-beytdən olan layiqli və bəyənilmiş bir şəxsiyyət üçün camaatdan gizli şəkildə beyət alındığına baxmayaraq, birbaşa şiə rəhbərlərinin göstərişi ilə olmamışdır. Çünki, Əbu Müslüm xilafəti Mədinədə imamiyyə şiələrinin altıncı imamına təqdim edəndə, o həzrət bunu ciddi şəkildə rədd edib buyurdu: "Sən bizim adamlardan deyilsən, dövran da mənim dövranım deyildir.”("Tarixi Yəqubi”, 3-cü cild, səh-86 )
    Nəhayət, Abbasilər sülaləsi Əhli-beyt adından istifadə edərək xilafəti ələ keçirdilər.("Tarixi Yəqubi”, 3-cü cild, səh-86 ) Əvvəlcə bir neçə gün camaatla və ələvilərlə xoş rəftar etdilər, hətta ələvi şəhidlərinin intiqamını almaq adı ilə Bəni-üməyyə tayfasını kütləvi şəkildə qırdılar, onların xəlifələrinin qəbirlərini açaraq tapdıqları hər bir şeyi yandırdılar.("Tarixi Yəqubi”, 3-cü cild, səh-91-96 )Amma çox keçmədi ki, Bəni-üməyyənin üslublarını özlərinə örnək kimi götürərək zülm və azğınlıq etməkdə heç nəyi əsirgəmədilər.
    Dörd sünnü məzhəbindən biri olan hənəfi məzhəbinin rəisi Əbu Hənifə Mənsurun zindanına göndərildi. Ona çoxlu işgəncələr verildi. Sünnülərin digər bir məzhəb rəisi Əhməd ibni Hənbələ şallaq vuruldu.("Tarixi Yəqubi”, 3-cü cild, səh-198 ) İmamiyyə şiələrinin altıncı imamı da çoxlu əzab-əziyyətlərə və ağır işgəncələrə məruz qaldıqdan sonra zəhərləndirilib şəhid edildi.("Biharul-ənvar”, 12-ci cild, imam Sadiqin əhvalat-ları ) Abbasilər ələviləri dəstə-dəstə öldürür, diri-diri dəfn edir və ya divarların arasına qoyub hörürdülər.
    Abbasi xəlifəsi olan Harunun dövründə islam xilafəti öz qüdrətinin zirvə nöqtəsinə çatmışdı. Bəzi vaxtlar xəlifə günəşə xitab edərək deyirdi: "Hər yerə saçırsan saç, heç vaxt mənim ölkəmdən kənara çıxa bilməzsən!”(Bu onun ölkəsinin ərazisinin böyüklüyünə bir işarədir. )Onun orduları şərqə və qərbə doğru irəlilədiyi halda, guya onun xəlifə qəsrinin bir neçə addımlığında yerləşən Bağdad körpüsündə icazəsiz təyin olunmuş məmurdan xəbəri yoxmuş; o, yoldan keçənlərdən yol haqqı alırdı, hətta bir gün xəlifənin özü də oradan keçmək istəyəndə qabağını kəsərək ondan da vergi tələb etmişdi.
    Bir müğənni eyş-işrət barədə iki beyt şer oxuyaraq, Abbasi xəlifəsi Əminin ehtiraslarını coşdurdu. Əmin ona üç milyon dirhəm gümüş pul bağışladı! Müğənni sevincindən özünü xəlifənin ayaqları altına atıb dedi: "Ey möminlərin əmiri! Bu qədər pulu mənə bağışlayırsanmı?” Xəlifə cavabında dedi: "Bu elə də yüksək bir məbləğ deyildir! Biz bu pulları ölkənin ucqar nahiyələ-rinin birindən alırıq!!”
    İslam ölkələrinin hər bir yerindən müsəlmanların beytul-malı adı ilə xilafət sarayına sel kimi axıb gələn külli miqdarda mal-dövlət xəlifənin nəfsani istəklərinə və haqqın tapdalanmasına sərf olunurdu. Abbasi xəlifələrinin sarayında minlərlə gözəl kənizlər, oğlan və qızlar var idi!!
    Əməvi dövləti süquta uğradıqdan və Abbasilər sülaləsi hakimiyyətə gəldikdən sonra da şiələrin vəziyyətində dəyişiklik baş vermədi; onların qəddar düşmənləri sadəcə olaraq öz adlarını dəyişmişdilər.
    ŞİƏLƏR - ÜÇÜNCÜ HİCRİ ƏSRİNDƏ
    Üçüncü hicri əsrinin başlanması ilə şiələr bir neçə səbəbə görə nisbətən rahat nəfəs almağa başladılar:
    Əvvəla, bir çox elmi və fəlsəfi kitablar yunan, siryani və s. dillərdən ərəb dilinə tərcümə olunmuşdu; camaat əqli və istidlali elmləri öyrənməyə həddən artıq maraq göstərməyə başlamışdılar. Bundan əlavə, Abbasi xəlifəsi Məmun (195-218) mötəzilə məzhəbindən olduğuna görə, məzhəbdə əqli istidlalların aparılmasına xüsusi əhəmiyyət verirdi. Buna görə də dinlərdə və məzhəblərdə istidlali bəhslər aparılmasına tam azadlıq verdi. Şiə alimləri bu azadlıqdan istifadə edərək elmi fəaliyyətlərə başladılar, Əhli-beyt məzhəbinin təbliğ olunması üçün yaranan münasib fürsətdən lazımınca istifadə etdilər.(Tarixlər. )
    İkincisi, Məmun Abbasi öz siyasətinin tələbinə uyğun olaraq, vəliəhdlik məqamını şiələrin səkkizinci imamına vermişdi; bunun sayəsində ələvilər və Əhli-beyt ardıcılları müəyyən qədər dövlət valilərinin təzyiqlərindən amanda idilər. Lakin çox keçmədi ki, iti qılınclar yenidən şiələrə tərəf tuşlandı və keçmiş xəlifələrin unudulmuş üslubu bir daha təkrarlandı. Xüsusilə, Mütəvəkkil Abbasi Əli şiələrinə qarşı qatı düşmənçilik hissi bəsləyirdi; buna görə də onun dövründə (232-247) şiələrin üçüncü imamı Hüseyn (ə)-ın Kərbəladakı qəbri yerlə yeksan edilmişdi.(Tarixi Əbil Fida” və sair tarixlər)
    ŞİƏLƏR - DÖRDÜNCÜ HİCRİ ƏSRİNDƏ
    Dördüncü hicri əsrində şiəliyin genişlənməsi və güclənməsi üçün münasib şərait yaranmışdı ki, Bəni-Abbas xilafətinin zəifləməsi və Ali-bəveyh padşahlarının zahir olmasını buna misal göstərmək olar.
    Əslən şiə olan Ali-bəveyh padşahları Bağdadda yerləşən xilafət mərkəzinə nüfuz edərək xəlifənin özünə də təsir göstərə bilmişdilər. Nəzərə çarpacaq dərəcədə əldə olunan bu qüdrət şiələrə öz məzhəblərini azad şəkildə təbliğ etməyə imkan verirdi.
    Tarixçilərin qeyd etdiyi kimi, bu əsrdə Ərəbistan yarımadası bütövlükdə, yaxud böyük şəhərlər istisna olunmaqla, onun əksər hissələrini şiələr təşkil edirdilər; bundan əlavə bəzi şəhərlərdə, o cümlədən Həcər, Əmman, Sədə də şiələr var idi. Daim sünnü mərkəzi hesab olunan və Kufə ilə rəqabət edən Bəsrə şəhərində, həmçinin Trablos, Nablos, Təbəriyyə və Həratda da çoxlu şiələr var idi. Əhvaz əyaləti və İranın Fars körfəzi sahillərində də şiələr yaşayırdılar.
    Həmin illərdə Nasir Ətruş İranın şimalında uzun illər təbliğat apardıqdan sonra Təbəristanı ələ keçirdi və orada öz hakimiyyətini elan etdi; bu hökumət bir neçə nəsil davam gətirə bildi. Ətruşdan əvvəl də Həsən ibni Zeyd Ələvi uzun illər Təbəristanda hakimiyyətdə olmuşdu.
    Bu əsrdə İsmaili məzhəbindən olan fatimilər sülaləsi Misri ələ keçirərək orada güclü bir hökumət təşkil etdilər (296-527).("Tarixi Əbil Fida”, 2-ci cild, səh-63 və 3-cü cild, səh-50 )
    Bir çox hallarda Bağdad, Bəsrə, Nişapur kimi böyük şəhərlərdə şiələrlə sünnülər arasında ciddi toqquşmalar baş verirdi; bu qarşıdurmalarda şiələr bəzən qələbə çalır, bəzən də məğlub olurdular.
    ŞİƏLƏR - DOQQUZUNCU HİCRİ ƏSRİNDƏ
    Beşinci əsrdən doqquzuncu əsrin axırlarına kimi şiələr dördüncü əsrdə malik olduqları imkanlarını davam etdirir, şiə məzhəbindən olan rəhbərlər də şiəliyi genişləndirirdilər.
    5-ci hicri əsrinin axırlarında İsmailiyyə firqəsinin çağırışı ilə bu firqə ardıcılları Ələmut qalasında məskən saldılar; onlar İranın mərkəzi hissəsində bir əsr yarım davam edən bir müddət ərzində tam istiqlaliyyət şəraitində yaşadılar. Mazandaranda mərəşi seyyidləri uzun illər boyu hakimiyyətdə oldular.("Tarixi Əbil Fida” 3-cü cild. )
    Monqol padşahlarından olan Şah Xudabəndə şiəliyi qəbul etdi; onun ardınca monqollar uzun müddət İranda hakimiyyətdə oldular və şiəliyi yaydılar. Ağqoyunlu və qaraqoyunlu dövlətinin padşahları (Onların mərkəzi Təbrizdə yerləşsə də, sərhədləri Fars və Kerman əyalətinə qədər gedib çatırdı.), eləcə də (Misirdə) fatimilər hökuməti də uzun illər hakimiyyətdə olmuşdular.
    Əlbəttə, sıravi insanların bu məzhəbə bağlılığı iqtidarda olan hakimlərin əqidəsi ilə fərqlənirdi. Belə ki, fatimilər hökuməti tənəzzülə uğradıqdan və Ali-əyyub sultanları hakimiyyətə gəldikdən sonra tarix bir daha təkrar-landı; Misir və Şam şiələri dini azadlıqlardan tamamilə məhrum edildi və şiələrin böyük bir qrupu qılıncdan keçirildi.("Tarixi Əbil Fida” və sair tarixlər. )
    O cümlədən, şiə fiqhinin böyük və görkəmli şəxsiyyətlərindən olan Şəhidi Əvvəl Məhəmməd ibni Məhəmməd Məkki şiə olduğuna görə 786-cı hicri ilində Dəməşqdə qətlə yetirildi; Şeyxi-işraq Şəhabuddin Söhrəvərdi fəlsəfəyə meyl göstərdiyinə görə Hələb şəhərində edam olundu.("Rövzat” və "Kitabu-məcaniz” )
    Bu beş əsr ərzində şiələrin sayı ümumi şəkildə artmaqda idi; qüdrət və məzhəbi azadlıq məsələsi isə sultanların şiələrlə müxalif və ya müvafiq olmalarından asılı idi. Bu müddət ərzində şiə məzhəbi heç bir yerdə rəsmi məzhəb kimi elan edilməmişdir.
    ŞİƏLƏR - ON-ON BİRİNCİ HİCRİ ƏSRLƏRİNDƏ
    906-cı hicri ilində Şeyx Səfiyəddin Ərdəbilinin sülaləsindən olan 13 yaşlı bir cavan(Şeyx Səfiyəddin Ərdəbili şiə aləmində böyük şəxsiyyətlərdən sayılırdı və 735-ci ildə vəfat etmişdir. ) ata-babalarının müridlərindən təşkil olunmuş üç yüz nəfərlik bir dəstə ilə müstəqil və iqtidarlı bir şiə dövləti qurmaq üçün Ərdəbildən qiyama başladı; o, öz ətrafında qoşun toplayaraq İranın ayrı-ayrı xanlıqlardan təşkil olunmuş şahlıq üsul idarəsini devirmək fikrində idi. Şah İsmayıl Səfəvi xanlıqlar arasında, xüsusilə osmanlı imperatorluğu tərəfindən ələ alınmış Ali-Osman padşahlarının apardıqları qanlı müharibələrdə parçalanmış İranı vahid bir ölkə halına salaraq, bu ölkədə şiəliyi rəsmi məzhəb elan etdilər.
    Şah İsmayılın vəfatından sonra səfəvi şahları 12-ci hicri əsrinin ortalarına qədər hakimiyyətdə oldular və biri digərindən sonra on iki imamçı şiə məzhəbinin rəsmiyyətini təsdiq etdilər; hətta qüdrətin ən yüksək zirvəsində olduqları dövrdə (Şah Abbas Kəbirin dövründə) ölkə ərazisini və əhalinin sayını iki dəfə artıra bildilər. Bu iki əsr yarımlıq dövrdə şiələr sair islam ölkələrində əvvəlki kimi və öz təbii hallarında qalmaqda idilər.
    ŞİƏLƏR - ON İKİ- ON DÖRDÜNCÜ ƏSRLƏRDƏ
    Son üç əsrdə şiə məzhəbinin inkişafı öz təbii formasında davam etmiş, on dördüncü hicri əsrinin axırları olan müasir dövrdə şiəlik İranda rəsmi və ümumi bir məzhəb kimi tanınmışdır. Yəmən və İraqda da əhalinin əksəriyyətini şiələr təşkil edir. Dünyanın müsəl-manlar yaşayan bütün ölkələrində şiələr vardır, artıq onların sayı yüz milyonlarladır.
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 1260 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024