İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:44 AM
    DİNİ TƏFƏKKÜRÜN MƏNASI
    Öz dini təlimlərində əsas maddələrdən birini nəticə kimi götürən axtarış və araşdırma təfəkkürünə dini təfəkkür deyilir; Məsələn, riyazi təfəkkür, bir riyazi nəzəriyyə ilə nəticələnən, yaxud riyazi bir məsələni həll edən bir təfəkkürə deyilir.
    İSLAMDA MƏZHƏBİ TƏFƏKKÜRÜN ƏSAS MƏNBƏLƏRİ
    Əlbəttə, dini təfəkkürün də sair təfəkkürlər kimi müəyyən mənbəyi vardır ki, ondan qaynaqlanır və ona arxalanır. Məsələn, riyazi bir məsələni həll etmək üçün aparılan təfəkkürdə bir sıra riyazi məlumatlardan istifadə etmək lazımdır ki, aparılan əməliyyatlar düzgün nəticə versin. İslamın, asimani bir din kimi istinad etdiyi yeganə mənbə Peyğəmbərin (s) əbədi nübüvvətinin qəti dəlili olan Qurandır. Əlbəttə, qeyd edəcəyimiz kimi, Qurani-Kərimin yeganə mənbə olması sair düzgün təfəkkür və höccətləri etibardan salmır.
    QURANIN DİNİ TƏFƏKKÜR ÜÇÜN GÖSTƏRDİYİ YOLLAR
    Qurani-Kərim öz təlimlərində islam maarifini və dini məqsədləri dərk edib anlamaq üçün öz ardıcıllarına üç yol göstərmiş və bəyan etmişdir ki, dini zahirlər, əqli höccət və mənəvi dərk ixlas və bəndəlik yolu ilə mümkün ola bilər.
    İzah: Məlum olduğu kimi, Qurani-Kərim öz bəyanlarında bütün insanlara xitab edir; bəzi hallarda öz müddəasına höccət və bürhan gətirmədən, özünün ilahi rəhbərliyinə arxalanaraq tövhid, nübüvvət, məad kimi etiqad üsullarının, eləcə də namaz, oruc və s. əməli hökmlərin qəbul edilməsini onlara əmr edir və onları bəzi işlərdən çəkindirir. Əgər sözlə ifadə olunan bu bəyanları höccət hesab etməsəydi, heç vaxt insanlardan onlara itaət etməyi tələb etməzdi. Deməli, qəbul etməliyik ki, Quranın bu kimi sadə bəyanları islam maarifini və dini məqsədləri başa düşmək üçün bir yoldur. Biz bu şəkildə buyurulan "aminu billahi və rəsulih”, "əqimussəlatə” və s. bəyanları dini zahirlər adlandırırıq.
    Digər tərəfdən görürük ki, Qurani-Kərim bir çox ayələrdə insanı əqli höccətə doğru hidayət edir, insanı kainatda və onun öz daxili aləmində mövcud olan nişanələr barəsində əql və təfəkkür qüvvəsini işə salmağa dəvət edir, lazım gəldikdə həqiqətlərin işıqlandırılması üçün əqli sübutlar gətirir. Doğrusu, heç bir asimani kitab insanlara Quran kimi bürhanı, mərifəti və elmi təqdim etməmişdir.
    Qurani-Kərim bu bəyanlarla əqli höccətin, istidlalın və azad bürhanın etibarını şübhəsiz və danılmaz hesab edir. Quran heç vaxt demir ki, əvvəlcə islam maarifinin haqq olmasını qəbul edin, sonra əqli yollarla dəlil gətirərək qeyd olunan həqiqətləri əldə edin; əksinə, öz həqiqət və gerçəkliklərinə kamil etimadla belə buyurur:
    Əqli dəlillər gətirərək qeyd olunan maarifin haqq olmasını dərk edin; islami dəvətdən eşitdiyiniz sözlərin təsdiqini yaradılış dünyasından əldə edin; soruşun, eşidin və nəhayət dəlilin nəticəsindən əqidə və iman qazanın. Buyurmur ki, əvvəlcə iman gətirin, sonra onun müvafiq olmasına dair dəlil gətirin. Deməli, fəlsəfi təfəkkür də Qurani-Kərim tərəfindən təsdiq edilən bir yoldur. Qurani-Kərim aydın və gözəl bir bəyanla aydınlaşdırır ki, bütün həqiqi maariflər tövhid və allahşünaslıqdan qaynaqlanıb əldə edilir. Özlərini hamıdan kənara çəkərək hər bir şeyi unudan, ixlas və bəndəçilik sayəsində bütün qüvvələrini təbiətin fövqündə dayanan aləmə yönəldən bu şəxslər öz gözlərini pak Pərvərdigarın nuru ilə işıqlandırmışlar; onlar həqiqət görən gözləri ilə əşyaların həqiqətlərini, asimanların və yerin mənəvi simasını görmüşlər. Çünki ixlas və bəndəçilik sayəsində yəqin mərhələsinə çatmışlar; yəqin sayəsində yerin və asimanların mələkuti çöhrəsi, əbədiyyət aləmi onlar üçün kəşf olunmuşdur. Aşağıda göstərilən Quran ayələri bu müddəanı tamamilə sübuta yetirir:
    a)”Ənbiya” surəsi, 25-ci ayə:
    "Biz, səndən qabaq elə bir peyğəmbər göndərmədik ki, ona "Məndən başqa heç bir məbud yoxdur, yalnız Mənə ibadət edin” - deyə vəhy etməyək.”(Bu ayədən başa düşülür ki, ilahi dinlərdə pərəstiş tövhiddən doğur və onun əsasında qurulur. )
    b)"Saffat” surəsi, 159-160-cı ayələr:
    "Allah, (müşriklərin) Onu aid etdikləri sifətlərdən tamamilə uzaqdır.
    Allahın müxlis (mömin) bəndələri isə istisnadır..."
    v) Başqa bir ayədə buyurulur:
    "De: Mən yalnız sizin kimi bir insanam, (mənim imtiyazım budur ki,) mənə vəhy olunur ki, sizin məbudunuz vahid olan Allahdır; hər kəsin öz Rəbbi ilə görüşəcəyinə ümidi vardırsa, gərək yaxşı işlər (saleh əməllər) görsün və ibadətdə Rəbbinə şərik qoşmasın.” ("Kəhf” surəsi, 110-cu ayə)(Ayədən başa düşülür ki, Haqq-taalanın görüşü üçün tövhid və əməli salehdən başqa heç bir yol yoxdur. )
    q) Başqa bir ayədə isə belə buyurulur:
    "Və (əcəlin gəlib çatana qədər) Rəbbinə ibadət et!” ("Hicr” surəsi, 99-cu ayə)(Ayədən başa düşülür ki, Allaha həqiqi pərəstiş yəqinlə nəticələnir. )
    ğ) Allah-taala buyurur:
    "Beləlcə Biz, İbrahimə asimanların və yerin mələkutunu göstərdik ki, yəqin əhlindən olsun.” ("Ənam” surəsi, 75-ci ayə)(Ayədən belə başa düşülür ki, yəqinin ardınca asimanların və yerin mələkutunu müşahidə etmək gəlir. )
    d) Yenə buyurulur:
    "Xeyr! (Onlar məad barəsində düşünmürlər) Həqiqətən yaxşı insanların kitabı İlliyyindədir. Sən İlliyyinin nə olduğunu haradan bilərsən?! (O) yazılmış bir kitabdır ki, onu müqərrəblər müşahidə edərlər.” ("Mütəffifin” surəsi, 18-21-ci ayələr)(Bu ayələrdən başa düşülür ki, yaxşı insanların taleyi "İlliyyin” adlanan (çox uca məqamlı) kitabdadır ki, Allah dərgahına müqərrəb olanlar onu müşahidə edirlər. "Yəşhəduhu” kəlməsindən aydın olur ki, məqsəd yazılı şəkildə olan kitab deyil, Allah dərgahına qürb və yüksəliş aləmidir. )
    e) "Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız).
    (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz.” ("Təkasur” surəsi, 5-6-cı ayələr.)(Ayədən belə başa düşülür ki, elmi-yəqin bədbəxtlərin cəhənnəmdən ibarət olan son vəziyyətlərinin müşahidə olunmasına səbəb olur. )
    Deməli, ilahi maarifin dərk olunma yollarından biri də nəfsin rəzil sifətlərdən və aludəliklərdən paklaşdırılması, həmçinin bəndəçilikdə xalis niyyət və ixlasa nail olmaqdan ibarətdir.
    BU ÜÇ YOL ARASINDAKI FƏRQLƏR
    Yuxarıda qeyd olunan məsələrdən məlum olur ki, Qurani-Kərim dini maarifin dərk olunması üçün üç yol göstərmişdir: Dini zahirlər, əql, bəndəçilikdə ixlas və mənəvi saflıq. Sonuncu yol həqiqətlərin aşkar olunmasına və onların batini müşahidəsinə səbəb olur. Lakin qeyd etmək lazımdır ki, bu üç yol bir-biri ilə müəyyən cəhətlərdən fərqlənir:
    Əvvəla: Dini zahirlər ləfz, ifadə və bəyanlardan ibarət olduğundan və ən sadə dillə çatdırıldığından hamı tərəfindən dərk edilir, hər bir şəxs öz dərrakə və tutumu qədər ondan faydalanır.(Məhz buna görə də Peyğəmbəri-Əkrəm (s) sünnü və şiələr tərəfindən nəql olunan bir rəvayətdə buyurur: "Biz peyğəmbərlər camaatla, onların əqllərinin səviyyəsində danışırıq.” "Biharul-ənvar”, 1-ci cild, səh-37. ) Amma qalan iki yol xüsusi təbəqələrə məxsusdur və ümumi kütlə ondan istifadə edə bilmir.
    İkincisi: Dini zahirlər elə bir yoldur ki, onu qət etməklə islam maarifinin əqidəvi və əməli prinsiplərini anlamaq olar. Amma yerdə qalan iki yol belə deyildir. Əql yolu ilə əxlaqi, etiqadi və əməli məsələlərin külliyyatını (füruidini) əldə etmək mümkün olsa da, hökmlərin xüsusiyyatını, incəlik və təfərrüatını dərk etmək olmaz. Nəfsin saflaşdırıl-ması yolu ilə də həqiqətlərin kəşf olunmasına və onun Allah tərəfindən göndərilməsinə heç bir şübhə yerinin qalmamasına baxmayaraq, onlara da hədd-hüdud təyin etmək, yaxud onu meyar götürmək olmaz. Onlar hər bir yerdən əlaqələrini kəsdiyinə, Allahdan başqa hər bir şeyi unutduqlarına görə birbaşa ilahi vilayətin nəzarətində olur; onlar öz istədiklərini deyil, Allahın iradə etdiyi şeyləri müşahidə edirlər.
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 631 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024