İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:42 AM
    İKİNCİ YOL: ƏQLİ BƏHSLƏR
    Əqli, fəlsəfi və kəlami təfəkkür:
    Əvvəldə qeyd olundu ki, Qurani-Kərim əqli araşdırmaları təsdiq edərək onu dini təfəkkürün bir hissəsi qərar vermişdir. Əlbəttə, bunun əksi də mövcuddur; yəni əqli təfəkkür Peyğəmbəri-Əkrəmin (s) nübuvvətini və haqq olmasını təsdiq etdikdən sonra asimani vəhy olan Qurani-Kərimin, Peyğəmbəri-Əkrəmin (s) və onun Əhli-beytinin (ə) kəlamlarının zahiri mənalarını əqli höccətlərlə bir sırada qərar vermişdir. Ümumbəşəri nəzəriyyələri ilahi fitrətlə isbat edən əqli höccətlər də iki qismdir: "Bürhan” və "cədəl”.
    Bürhan o höccətlərə deyilir ki, onun maddələri hətta məşhur, yaxud aksioma olmasa belə, haqq və aşkar müqəddimələrdən təşkil olunsun. Başqa sözlə desək, elə qəziyyələr olmalıdır ki, insan öz ibtidai şüuru ilə çətinlik çəkmədən onları dərk və təsdiq edə bilsin. Məsələn üçün dörddən kiçik olması əqli təfəkkür hesab olunur. Əgər varlıq aləminin külliyyatında olarsa, yaradılış aləmini icad edən, dünya və onda olanların işinin axırı barədə fikirləşmək də fəlsəfi təfəkkür adlanır.
    Cədəl elə bir höccətdir ki, onun maddələrinin hamısı, yaxud bəzisi məşhur və aksiom məsələlərdən götürülmüş olsun. Belə ki, din və məzhəb ardıcılları arasında mövcud olan bir qaydaya görə onlar daxildə öz etiqadi nəzəriyyələrini həmin məktəbin inkarolunmaz prinsipləri ilə isbat edirlər. Qurani-Kərim hər iki üslubdan istifadə etmişdir və bu asimani kitabın bir çox ayələrində hər iki üslub nəzərə çarpır:
    Əvvəla: Varlıq aləminin külliyyatında, aləmin ümumi qanunlarında, eləcə də onun xüsusi sistemlərində, o cümlədən asiman, ulduzlar, gecə-gündüz, yer, bitkilər, heyvanlar, insan və s. barədə dərindən fikirləşməyə əmr edir, azad əqli araş-dırmaları ali dərəcədə tərif və təşviq edir.
    İkincisi: Adətən kəlami bəhslər adlandırılan əqli, cədəli araşdırmaların ən gözəl tərzdə aparılmasına əmr edir (məqsəd, gözəl əxlaqla yanaşı və inadkarlıqdan uzaq olmaqla haqqın izhar olunmasıdır). Belə ki, buyurulur:
    "Öz Rəbbinin yoluna hikmət və gözəl moizə ilə dəvət et, onlarla gözəl olan mücadilə ilə mübahisə et.”("Nəhl” surəsi, ayə-125 )
    ŞİƏLƏRİN İSLAMİ KƏLAM VƏ FƏLSƏFƏ TƏFƏKKÜRÜNDƏ ÜSTÜNLÜKLƏRİ
    Tamamilə aydındır ki, ilk gündən azlıq təşkil edən şiələr çoxluq təşkil edən sünnülərdən ayrılaraq, öz müxalifləri ilə daimi olaraq, xüsusi nəzəriyyələr barədə mübahisələr aparmışlar. Elmi mübahisələrin qarşılıqlı olmasına və münaqişə tərəflərinin hər ikisinin ondan bəhrələnməsinə baxmayaraq, şiələr həmişə hücum, digərləri isə müdafiə mövqeyində dayanmışlar. Həqiqətdə münaqişə tərəflərindən kifayət qədər vasitə əldə etməkdə irəli düşənlər həmləyə başlayan şəxslərə məxsusdur.
    Həmçinin, kəlami bəhslərin rövnəqləndiyi ikinci və üçüncü əsrdə mötəzilə məzhəbinin yayılması ilə öz inkişaf mərhələlərinin zirvə nöqtəsinə çatan şiə alimləri (onlar Əhli-beyt (ə) məktəbinin şagirdləri idi) mütəkkəllimlər cəbhəsinin öncülləri idilər. Sünnülərin əşəriyyə, mötəzilə və s. mütəkəllimlər silsiləsi də Əli (ə)-a gedib çatır.("Şərhi İbni Əbil Hədid”, 1-ci cildin əvvəlləri )
    Amma Peyğəmbər (s) səhabələrinin əsərləri ilə tanış olanlar bilirlər ki, sayı on iki mindən artıq olan məşhur və məlum səhabələrdən nəql olunan bu qədər əsərlər içərisində hətta bircə dənə də olsun belə, fəlsəfi təfəkkürə malik olan bir mətləb tapmaq olmaz. Yalnız Əli (ə) özünün son dərəcə elmi və cazibədar bəyanları ilə ilahiyyat elmində ən dərin fəlsəfi təfəkkürləri təqdim etmişdir.
    Səhabələrin və onların ardınca gələn alimlərin, habelə o dövrdə yaşayan ərəbdilli elm xadimlərinin azad fəlsəfi təfəkkür barədə heç bir məlumatları yox idi; ilk iki əsrin alimlərinin sözlərində fəlsəfi təfəkkürə aid olan heç bir mətləb müşahidə olunmur. Yalnız şiələrin birinci və səkkizinci imamlarının kəlamlarında fəlsəfi təfəkkür əsasında buyurulmuş kəlamlar mövcuddur; öz şagirdlərindən bir qrupunu bu təfəkkürlə tanış edənlər də məhz onlar olmuşdur.
    Ərəblər fəlsəfi təfəkkürdən tamamilə uzaq idilər; nəhayət ikinci əsrin əvvəllərində onun bir nümunəsi bəzi yunan fəlsəfi kitablarından ərəb dilinə tərcümə olundu. Bundan sonra üçüncü hicri əsrinin əvvəllərində yunan, siriyani və başqa dillərdən bəzi kitablar ərəb dilinə tərcümə olundu və fəlsəfi təfəkkür üslubu hamının ixtiyarına verildi. Bununla belə fəqih və mütəkəllimlərin əksəriyyəti islam aləminə yenicə daxil olmuş fəlsəfəyə və eləcə də sair elmlərə yaxşı münasibət bəsləmirdilər. İlk vaxtlarda dövlət tərəfindən himayə olunduğuna görə onların müxalifətləri bu elmlərə əsaslı təsir göstərə bilmirdi. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişildi, fəlsəfi kitabları ciddi şəkildə qadağan edərək dənizə tökdülər. Adı bəlli olmayan bir qrup müəllifin təfəkkürünün məhsulu olan "İxvanus-səfa” risalələri həmin günlərin yadigarıdır; bu əsərlərdə o dövrdə hakim olan irticaçı şərait gözəl şəkildə bəyan olunur.
    Bu dövrdən sonra dördüncü hicri əsrinin əvvəllərində fəlsəfə elmi Əbu Nəsr Farabinin vasitəsilə dirçəldildi, beşinci əsrin əvvəllərində məşhur filosof Əbu Əli ibn Sinanın göstərdiyi səylər nəticəsində tam sürətlə genişləndi; altıncı əsrdə Şeyx Şəhabüddin Söhrəvərdi İşraq fəlsəfəsinin əsaslarını yaratdı və məhz buna görə də təqsirkar hesab olunaraq sultan Səlahəddin Əyyubinin vasitəsilə edam edildi. Artıq bundan sonra fəlsəfə elmi xalq arasında rəsmi şəkildə qadağan edildi və o dövrlərdə məşhur filosoflar yetişmədi. Yalnız yeddinci əsrdə islam ölkələrinin kənarında yerləşən ispaniyalı İbni Rüşd Əndolosi fəlsəfənin yayılmasına çalışdı.(Qeyd olunan mətləblər "Əxbaru üləma”, "Vəfəyat” və sair kitablardan əxz edil-mişdir. )
    ŞİƏLƏRİN FƏLSƏFƏ VƏ SAİR ƏQLİ ELMLƏRDƏ ARDICIL SƏYLƏRİ
    Şiələr ilk əvvəldə fəlsəfi təfəkkürün yaranmasında təsirli bir amil olduqları kimi, bu təfəkkür tərzinin inkişaf etməsi və əqli elmlərin yayılmasında da əsas etibarı ilə onlar səy göstərirdilər. İbni Rüşdün dünyadan getməsi ilə fəlsəfə elmi əksəriyyət təşkil edən sünnülərin arasında yığışdırıldı; amma bu elm heç vaxt şiələrin arasından götürülmədi. Ondan sonra da Xacə Nəsirəddin Tusi, Mirdamad və Sədrul-Mütəəllihin kimi məşhur filosoflar yetişdi, dünya səviyyəli şiə filosofları biri digərindən sonra fəlsəfənin inkişaf edib yayılmasında misilsiz xidmətlər göstərdilər.
    Digər əqli elmlərdə də Xacə Tusi, Bircəndi və sair böyük şəxsiyyətlər yarandı. Bu elmlərin hamısı, xüsusilə ilahiyyat fəlsəfəsi şiələrin yorulmaz səyləri nəticəsində çox sürətlə yayılıb inkişaf etdi. Nəsirəddin Tusinin, Şəmsəddin Türkənin, Mirdamadın və Sədrül-Mütəəllihinin əsərlərini keçmiş alimlərin kitabları ilə müqayisə etdikdə qeyd olunan məsələ aydın olur.
    NƏ ÜÇÜN FƏLSƏFƏ ŞİƏLƏRİN ARASINDA QALDI?
    Şiə rəhbərlərindən yadigar qalan fəlsəfi təfəkkür və əqli elmlərin şiələrin arasında yaranmasının və eləcə də onların vasitəsilə başqalarının arasında elmi xəzinə olmasında təsirli səbəb olduğu kimi bu təfəkkürün şiələr arasında qalmasının ən təsirli amili də həmişə bu məktəb ardıcılları tərəfindən müqəddəs sanılaraq ehtirama layiq görülən elmi ehtiyatlardır. Bu mətləbə aydınlıq gətirmək üçün Əhli-beyt (ə)-ın elm xəzinələrini tarix boyu yazılmış fəlsəfi kitablarla müqayisə etməyimiz kifayətdir. Çünki bu halda həmin elmi ehtiyatlarla fəlsəfə arasında günbəgün yaxınlaşma və uyğunlaşmanın baş verdiyini əyani şəkildə müşahidə edəcəyik. Belə ki, hicri tarixi ilə on birinci əsrdə bu proses təqribən başa çatdı, onların arasında söz və ifadə ixtilaflarından başqa bir fərq qalmadı.
    ŞİƏLƏRİN ELMİ ŞƏXSİYYƏTLƏRİNDƏN BİR NEÇƏ NÜMUNƏ
    Siqətul-İslam Məhəmməd ibni Yəqub Kuleyni; (H.Q.329.)
    O, şiə rəvayətlərini əsas mənbələrdən (üsul)(Mühəddislərin hər biri Əhli-beyt imamlarından əxz etdikləri hədisləri bir kitabda yazmış və onu "əsl” adlandırmışlar; "üsul” sözü "əsl” kəlməsinin cəm formasıdır) istixrac edən və onları fiqhi bablar və etiqad prinsipləri əsasında tərtibə salan ilk şəxsiyyət idi. Onun yazdığı kitab "Kafi” adlanır və üç hissədən – üsul, füru və rövzə (müxtəlif məsələlər) olaraq üç yerə bölünür. Bu kitabda 16199 hədis vardır və şiə aləmində tanınan ən mötəbər və məşhur hədis kitabıdır.
    "Kafi”nin ardınca gələn digər üç kitab – Şeyx Səduq Məhəmməd ibni Babəveyh Quminin (H.Q.381) yazdığı "Mən la yəhzuruhul-fəqih” və Şeyx Tusinin (H.Q.460) yazdığı "Təhzib” və "İstibsar” kitablarıdır.
    Əbul Qasim Cəfər ibni Həsən ibni Yəhya Hilli; (H.Q.660) Mühəqqiq adı ilə məşhur olan mərhum Hilli şiə aləminin görkəmli fəqihlərindən, fiqh elmində dərin biliyə malik olan şəxsiyyətlərdəndir. Onun fiqhdə yazdığı şah əsərlərindən "Müxtəsərun-nafe” və "Şəraye” kitablarını qeyd etmək olar. Bu kitablar 700 ildir ki, fəqihlərin arasında istifadə olunur və ona çox əzəmətlə baxılır.
    Mühəqqiqdən sonra Şəhidi Əvvəl ləqəbi ilə tanınan Şəmsəddin Məhəmməd ibni Məkkini qeyd etmək olar. O, 786-cı hicri qəməri ilində Dəməşqdə məhz şiə olduğu üçün qətlə yetirildi. Onun fiqhdə yazdığı şah əsərlərindən "Lümətud-Dəməşqiyyə”ni qeyd etmək olar ki, edamdan qabaq həbsdə olduğu yeddi gün ərzində yazmışdır. Həmçinin 1227-ci ildə vəfat edən Şeyx Cəfər Kaşiful-Ğita Nəcəfini və onun fiqhdə şah əsəri olan "Kəşful-ğitanı” qeyd etmək olar.
    Şeyx Mürtəza Ənsari Şüştəri; (H.Q.1281.)
    O, üsuli-fiqh elmini yazmış və üsul elminin ən mühüm hissələri olan üsuli-əməliyyəni qələmə almışdır. Yüz ildən artıqdır ki, onun məktəbi şiə fəqihləri arasında tədris olunur.
    Xacə Nəsirəddin Tusi; (H.Q.676.)
    O, kəlam elmini klassik şəkildə ixtisaslı formaya salmışdır. Onun şah əsəri sayılan "Tədricul-kəlam” kitabı 700 ildən artıqdır ki, mütəxəssislər arasında öz etibarını qoruyub saxlayır. Sünnü və şiə alimlərindən bir çoxu onun şərh və izahında müxtəlif kitablar yazmışlar. Xacə Nəsirəddin Tusi kəlam elmində malik olduğu dərin ixtisasla yanaşı, fəlsəfə və riyaziyyatda da öz əsrinin dahi şəxsiyyəti sayılırdı. Müddəamızın ən mühüm şahidi onun bütün əqli elmlərdə yazdığı əsərlər, eləcə də Marağada təsis etdiyi rəsədxanadır.
    Sədruddin Məhəmməd Şirazi. (H.Q.979-1050.)
    O, əsrlər boyu islamda tədrici və pərakəndə inkişafda olan fəlsəfi məsələləri yenidən işləyərək təkmilləşdirən, eləcə də onları riyazi məsələlər kimi tərtibə salan ilk filosofdur.
    Buna görə də əvvəla: Onun elmi nailiyyətləri sayəsində bu vaxta qədər fəlsəfədə işıqlandırılması və həlli mümkün olmayan yüzlərlə məsələnin həll edilməsinə imkanlar yarandı. İkincisi, bir sıra irfani məsələlər çox asan səpgidə həll edildi (o dövrə qədər bu məsələlər əqldən yüksəkdə, onun məlumatları idrak olunmayan səviyyədə hesab olunurdu). Üçüncüsü, Əhli-beyt (ə)-ın rəhbərlərinin uzun əsrlər boyu həllolunmaz bir müəmma şəklində qalan, çox hallarda isə mütəşabihlərdən sayılan dərin və mürəkkəb fəlsəfi bəyanlarından və dinin zahiri mənalarından çoxu həll edilərək aydınlaşdırıldı. Beləliklə də dinin zahiri mənaları ilə irfan fəlsəfi arasında tam uyğunluq yaradıldı və onların hər ikisi bir istiqamətdə düşünülməyə başlandı. Mərhum Şirazidən qabaq da Şeyx Söhrəvərdi(O, Hikmətul-işraq kitabının müəllifi və altıncı hicri əsrinin filosofların-dandır. ) və Şəmsuddin Məhəmməd Türkə(O, səkkizinci hicri əsrinin filosof-larındandır. ) bu barədə əsaslı irəliləyişlərə nail olmuşlar. Kamil müvəffəqiyyət isə Sədrul-Mütəəllihin Məhəmməd Şiraziyə nəsib olmuşdur.
    Sədrul-Mütəəllihin bu üslubu davam etdirərək "cövhəri hərəkət” nəzəriyyəsini isbat etdi, dördüncü yön və nisbiyyət nəzəriyyəsini (əlbəttə zehn və təsəvvür aləmində deyil, tarixdə) kəşf etdi, əlliyə yaxın kitab və risalə yazdı. Onun fəlsəfədə yazdığı şah əsərlərindən biri dörd cildlik "Əsfar” kitabıdır.
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 794 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024