İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:42 AM
    ÜÇÜNCÜ YOL: KƏŞF
    (Mənəvi müşahidə)
    İnsan və irfani idrak
    İnsan fərdlərinin əksəriyyəti gündəlik tələbatını və məişət ehtiyaclarını təmin etməklə məşğul olduqları üçün mənəviyyatla maraqlanmırlar. Halbuki, insanın batinində "həqiqət görənlik” adlı bir hiss vardır ki, bəzən müəyyən şəxslərdə fəallaşaraq onları bir sıra mənəvi idraklara vadar edir.
    Hər bir insanın (həqiqətləri və real gerçəklikləri sırf təsəvvür və xurafat hesab edən şəkkakların əksinə olaraq,) sabit gerçəkliklərə imanı vardır. O, bəzən saf və aydın bir zehnlə, pak bir batinlə yaradılış dünyasının sabit gerçəkliklərinə tamaşa edir, digər tərəfdən dünyanı təşkil edən zərrəciklərin fani olduğunu başa düşür, dünyanı və onda olan varlıqları gözəl və sabit gerçəklikləri əks etdirən bir güzgü hesab edir. Belə ki, bu idrakın ləzzəti başqa ləzzətləri onun nəzərində çox dəyərsiz və əhəmiyyətsiz göstərir. Bununla o, təbii olaraq maddi həyatın müvəqqəti və şirin nümunələrindən əl çəkir.
    Bu da məhz irfanda izah olunan "cəzb” halətidir; bu hal Allahı tanıyan insanı yüksək aləmlərə doğru seyr etdirir, pak və münəzzəh Rəbbinin höccətini insanın qəlbinə yerləşdirir, nəticədə ona hər bir şeyi unutdurur; bu məqam həmin şəxsi öz uzun-uzadı və puç arzularından birdəfəlik əl çəkməyə vadar edir, onu hər bir görülməli və eşidilməli şeylərdən uzaqlaşaraq aşkar şəkildə başa düşülən, eyni zamanda gözə görünməz Allaha sitayişə gətirib çıxarır. Həqiqətdə bəşər aləmində ilahi dinləri vücuda gətirən də məhz bu batini qüvvədir.
    Arif insanlar Allaha savaba nail olmaq, yaxud cəhənnəm əzabından qorxduğu üçün deyil, Ona məhəbbət bəslədiyi üçün sitayiş edir.(İmam Sadiq (ə) buyurub: "İbadət üç növdür: Bəziləri Allaha, cəhənnəm odunun qorxusundan ibadət edir, bu, qulların ibadətidir. Bəziləri behişt nemətlərinə çatmaq üçün Allaha pərəstiş edir, bu da muzdurların pərəstişidir. Bir qrup isə Allaha məhəbbət bəslədikləri üçün Ona ibadət edirlər, bu da azad insanların ibadəti və pərəstişlərin ən gözəlidir.” "Biharul-ənvar”, 15-ci cild, səh-208 )Buradan da aydın olur ki, irfan sair məzhəblər qarşısında müstəqil bir məktəb sayılmamalıdır; o, sadəcə olaraq, pərəstiş (ümid, yaxud qorxu üzündən deyil, məhəbbət əsasında olan sitayiş) yollarından biridir. Bu yol əqli təfəkkür və dini zahirlər müqabilində dinlərin həqiqətini dərk etmək üçün bir yoldur.
    Təkallahlı dinlərin hər birinin, hətta bütpərəstliyin belə, bu yolla seyri-süluk edən ardıcılları vardır. Bütpərəstlərin, yəhudilərin, məsihilərin, məcusilərin və islamın həm arifləri, həm də qeyri-arifləri vardır.
    İSLAMDA İRFANIN MEYDANA GƏLMƏSİ
    İslam Peyğəmbərinin (s) səhabələri arasında(Rical elmində onlardan 12000 nəfərinin adı qeyd olunmuşdur. ) yalnız Həzrət Əli ibni Əbitalib (ə)-ın yetərli və gözəl bəyan üslubu irfani həqiqətlərdən, mənəvi həyatın mərhələlərindən ibarət olan böyük və sonsuz ehtiyatlara malikdir. Sair səhabələrdən yadigar qalan əsərlərdə bu kimi məsələlər barədə əsla söhbət getmir. O həzrətin köməkçiləri və şagirdləri arasında Salman Farsi, Üveys Qərəni, Kumeyl ibni Ziyad, Rəşid Hicri və Meysəm Təmmar kimi şəxsiyyətli insanlar yetişmişdir ki, islam aləmində məşhur olan ariflərin hamısı Əli (ə)-dan sonra onları öz silsilələrinin başlanğıcı hesab etmişlər. Bu təbəqədən sonra ikinci hicri əsrində Tavus Yəmani, Malik ibni Dinar, İbrahim Ədhəm və Şəqiq Bəlxi kimi böyük şəxsiyyətlər də yaranmışlar ki, irfan və sufilik izhar etmədən zahidlər cərgəsində olmuş, xalq arasında haqq övliyalar, görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Amma onlar eyni halda özlərindən qabaq olan təbəqə ilə tərbiyəvi əlaqələrini də gizlətmirdilər.
    Bu təbəqədən sonra ikinci əsrin axırlarında və üçüncü əsrin əvvəllərində digər bir təbəqə – Bayəzid Bəstami, Məruf Kərxi və Cüneyd Bağdadi və sair şəxsiyyətlər yarandı. Onlar seyri-süluk yolunu gedərək irfan və sufilik məsləkində zahir oldular, kəşf və şühud anlamını xatırladan bəzi sözlər deməyə başladılar; bu ifadələr zahirdə xoşagəlməz mənalara malik olduqlarına görə dövrün fəqih və mütəkəllimləri etiraz və qiyam edərək onlar üçün müəyyən çətinliklər yaratdılar. Onların çoxu ev dustağına çevrildi, yaxud işgəncə verilərək dar ağacından asıldı.
    Bütün bunlara baxmayaraq, onlar öz yol və əqidələrinə müxalif olanlarla çox ciddi şəkildə rəftar edirdilər. Təriqət cərəyanı günbəgün genişlənərək yeddinci və səkkizinci hicri əsrində öz qüdrət və genişliyinin son həddinə çatdı. Bundan sonra da bəzən irəliləyişdə, bəzən isə tənəzzüldə olmaqla, indiki dövrə qədər öz varlığını davam etdirmişdir.(Şəxsiyyətlərin tərcümeyi-hallarını qeyd edən kitablara, "Təzkirətul-övliya”, "Təraiq” və s. kitablara müraciət edin)
    Adları "Təzkirə” kitablarında qeyd olunan irfani şəxsiyyətlər zahirdə sünnü məzhəbli idilər. Bu gün müşahidə olunan təriqətlər də onların yadigarlarıdır.(Bu cərəyanlarda Allahın kitabı və Peyğəmbər (s) sünnəsində mövcud olan təlim və qayda-qanunlardan əsər-əlamət yoxdur.) Onların bəzi adət-ənənələri hətta şiələrə də sirayət etmişdir.
    Qeyd olunduğu kimi, sünnülər inanırdılar ki, islamda irfani seyri-süluk üçün heç bir proqram və tədbir nəzərdə tutulmamışdır, nəfs barədə mərifət kəsb etmək yolunu müsəlmanların özləri dərk etmişlər və məhz bu da Haqqın nəzərində qəbul olunan yoldur; rahiblik də (tərki-dünyalıq) eynilə belədir. Belə ki, İsa (ə)-ın dəvətində belə bir məsələ və əqidənin olmamasına baxmayaraq, məsihilər onu özləri icad edərək məqbul hesab etmişlər.(Allah-taala buyurur: "Nəsranilərin özlərindən uydurub çıxartdıqları rahibliyi Biz onların haqqında yazma-mışdıq; yalnız onlar bu işlə Allahın razılığını nəzərdə tuturdular.” "Hədid” surəsi, ayə-27 ) Buna görə də təriqət şeyxlərindən hər biri məsləhət gördükləri qayda-qanunları özlərinin seyri-süluk proqramlarında yerləşdirmiş, müridlərinə də bu göstərişləri vermiş, nəticədə tədrici olaraq geniş və müstəqil proqramlar yaranmışdır. O cümlədən, baş yellətmək mərasimi, zikrin təlqin olunması, xirqə, musiqidən istifadə olunması, ğina, zikr deyərkən vəcdə gəlmək və s.-ni qeyd etmək olar. Bu işlər bəzən elə bir həddə çatırdı ki, şəriət bir tərəfdə, təriqət isə digər bir tərəfdə qərar tuturdu. Bu üslubun tərəfdarları əməli olaraq batiniyyəyə qoşulmuşlar. Lakin şiəliyin nəzəri meyarlarını mülahizə etməklə aydın olur ki, islamın əsl mənbələrindən (kitab və sünnə) əldə olunanlar yuxarıdakıların tam əksinədir. Dini göstərişlərin insanı bu həqiqətlərə doğru sövq etməməsi, yaxud onun müəyyən proqramlarının bəyan edilib açıqlanmasında etinasızlığa yol verilməsi, yaxud da müəyyən bir şəxsin barəsində (kimliyindən asılı olmayaraq) öz vacib və haramlarını qüvvədən salması heç vaxt mümkün deyildir.
    KİTAB VƏ SÜNNƏNİN NƏFS HAQDA MƏRİFƏT ƏLDƏ ETMƏYƏ DAİR GÖSTƏRİŞİ
    Allah-taala Öz kəlamının bir neçə yerində insanları Quran barəsində dərindən təfəkkür etməyə, sadə, səthi idrakla qənaətlənməməyə əmr edir. Bir çox ayələrdə yaradılış dünyası və onda olan varlıqlar (istisnasız olaraq) Allahın ayə, əlamət və nişanələri kimi təqdim olunur.
    Ayə və nişanə sözlərinin mənasında azacıq düşünməklə aydın olur ki, onlar özlərini deyil, məhz başqasını göstərdikləri üçün belə adlandır-ılmışlar. Məsələn, yol kənarında "ehtiyatlı olmaq” əlamətini göstərən qırmızı işıq qoylur və insan onu görməklə qarşıda təhlükə olduğunu başa düşür; bu zaman o, hadisə və xətərdən başqa heç bir şey düşünmür, həmin işığın özü haqda dərindən fikirləşmir. Əgər sürücü qırmızı işığın quruluşu və forması, şüşənin mahiyyəti və rəngi barədə fikirləşsə, bu halda onun təfəkkür qüvvəsində təhlükənin məhfumu deyil, şüşənin, yaxud çırağın surəti və ya rəngi qalacaqdır.
    Dünya və onda mövcud olan varlıqlar da hamılıqla və hər bir cəhətdən Allahın əlamət və nişanələridirsə, deməli onların özlərinin heç bir müstəqillikləri yoxdur; hər tərəfdən görünsələr belə, yalnız pak olan Allahın göstəricisi olacaqdır. Quranın belə bir təlim və hidayətinə əsasən, dünya və onun simasına məhz bu nəzərlə baxan hər bir şəxs Allahdan başqa heç bir şey dərk etməyəcəkdir. O, başqalarının dünyanın ürəkoxşayan gözəlliklərindən dərk etdikləri şeyi bu dünyanın dar pəncərəsindən təcəlli edən sonsuz gözəlliklərə açılan bir qapı olduğunu görəcək; məhz belə olan surətdə öz varlığını əldən verərək ilahi məhəbbətə ürək bağlayacaqdır.
    Məlum olduğu kimi bu cür idrak göz, qulaq və sair duyğu üzvləri, yaxud xəyal və əql qüvvəsi ilə həyata keçmir. Çünki bu vasitələrin həm özləri, həm də işləri ilahi ayə və nişanələrdir; Allahın varlığına dəlalət etmək, Ona doğru yol göstərmək məqamında bunların özləri unudulur.(Əli (ə) buyurur: "Mərifət əhatəsinə gələnlər Allah deyildir. Dəlili özünə tərəf hidayət edən məhz odur.” "Biharul-ənvar”, 2-ci cild, səh-186 )
    Allahı yad etməkdən, Ondan başqa hər bir varlığı unutmaqdan başqa bir iradə və əzmi olmayan bu şəxs Allahın buyurduğu: "Ey iman gətirənlər! Öz nəfsinizi tapın, siz (düz) yolu tapdığınız zaman yollarını azanlar sizə ziyan çatdıra bilməz”("Maidə” surəsi, ayə-105 ) – kəlamını eşidəndə anlayacaqdır ki, kamil və real hidayətə şamil olan ən böyük yol onun nəfsinin yoludur; "Həqiqi Yol Göstərən” (Allah) da ona özünü tanımağı, bütün yolları arxada qoyaraq öz nəfsinin yolunu getməyi, Allahına öz nəfsinin pəncərəsindən baxmağı, bununla da özünün həqiqi istəyinə nail olmağı əmr etmişdir. Buna görə də Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hər kəs özünü tanısa Rəbbini də tanıyacaq.” ("Ğürərül-hikəm”, 2-ci cild, səh-665 )Başqa bir hədisdə buyurulur: "Sizlərdən o kəs Allahı daha yaxşı tanıyır ki, özünü (nəfsini) daha yaxşı tanımış olsun.”
    Bu yolun proqramları və seyri-süluku barəsində insanı Allahı yad etməyə əmr edən çoxlu Quran ayələri vardır. Belə ki, buyurulur: "Məni yad edin ki, Mən də sizi yad edim.” (Bəqərə” surəsi, ayə-152 ) Bu barədə sair ayələri də misal göstərmək olar. "Allahı yad etmək” dedikdə məqsəd Quran və sünnədə ətraflı şəkildə bəyan olunan saleh əməllərdir və bunun axırında da buyurulur: "Öz Peyğəmbərinizə itaət edin.” ("Əhzab” surəsi, ayə-21 )
    İslam dininin bu yolu ilahi yol kimi müəyyənləşdirməsi, amma bəndələrə o yolla getməyə tövsiyə etməməsi, yaxud onu tanıtdırıb, lakin onun proqramlarını bəyan etməkdə qafil qalması, yaxud da bu barədə etinasızlıq göstərməsi necə mümkün və ya təsəvvür oluna bilər; halbuki, Allah-taala Öz kəlamında buyurur:
    "Biz Quranı sənə nazil etdik ki, hər bir şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə qaynağı olsun.”(Nəhl” surəsi, ayə-89 )
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 665 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024