İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:40 AM
    1. ALLAHŞÜNASLIQ
    GERÇƏKLİKLƏRƏ VƏ VARLIQ ALƏMİNƏ NƏZƏR YETİRMƏK – ALLAHIN VARLIĞININ ZƏRURƏTİ
    İnsanın yaranışı ilə yanaşı olan şüur və idrak, özünün ilk baxışında dünya və onda olanların Yaradanının varlığını onun üçün bəyan edir. Çünki həm öz varlıqları, həm də sair şeylər barədə şəkk-tərəddüddə olan, varlıq aləmini xəyal və təsəvvür hesab edənlərin əksinə olaraq, bilirik ki, hər bir insan yaranışının əvvəllində ona əta olunan şüurla özünü və dünyanı dərk edir. Yəni o, nə öz vücudu və nə də başqa şeylərin varlığına şəkk etmir. İnsan, nə vaxta qədər ki, insandır, onun bu idrakı və elmi də mövcud olacaqdır, bu barədə heç bir şəkk-şübhə yoxdur və burada hər hansı bir dəyişiklik də yol verilməzdir.
    Şəkkakların iddiasının əksinə olaraq, insanın isbat etdiyi varlıq və gerçəklik sabitdir, onda heç vaxt puçluq ola bilməz. Yəni, onların mövcud həqiqətlərin inkarı barədə söylədiyi sözlər heç vaxt düzgün ola bilməz; deməli, varlıq aləmi də sabit gerçəkliyə malikdir.
    Lakin həqiqət hesab etdiyimiz bu varlıqlardan hər biri gec-tez öz gerçəkliyini əldən verərək məhv olur. Aydın olur ki, müşahidə olunan dünya və onun hissələri (batilin yolverilməz olduğu) gerçəkliklə eyniyyət təşkil etmir, əksinə onlar sabit bir həqiqətə arxalanaraq məhz onun sayəsində gerçəklik tapmışlar; onun vasitəsilə varlığa malik olmuşlar, onunla əlaqəli olduqları vaxta qədər var olacaqlar və ondan ayrılan kimi dərhal məhvə məhkumdurlar.[127]Biz sabit və batilin yolverilməz olduğu bu gerçəkliyi "Vacibəl-vücud”, yəni "Allah” adlandırırıq.
    İNSAN VƏ DÜNYANIN RABİTƏSİ YOLU İLƏ BAŞQA BİR NƏZƏR
    Keçən fəsildə Allahın varlığının isbat edilməsi üçün gətirilən yol çox sadə və aydın bir yoldur ki, insan öz fitrəti ilə onu qət edir və burada heç bir müəmma, anlaşılmazlıq yoxdur. Lakin insanların əksəriyyəti daim maddi işlərlə məşğul olduğundan, maddi və hissi ləzzətlərdə qərq olduğundan, adətən Allahın onlara verdiyi sadə və pak fitrətə müraciət edə bilmirlər.
    Buna görə də öz pak ayinini bütün dünyaya təqdim edən, dini məqsədlər müqabilində hamını bərabər hesab edən islam dini Allahın varlığını bu kimi insanlar üçün başqa yolla isbat edir; sadə fitrəti camaatın diqqətindən uzaq saxladığı həmin yolla danışaraq Allahı tanıtdırır.
    Qurani-Kərim Allahı tanımağı müxtəlif yollarla ümum camaata öyrədir, hər şeydən artıq onların nəzər diqqətini yaradılış aləminə, onda hakim olan dəqiq qanunauyğunluqlara yönəldir, asimanlarda və insanın öz nəfsində dərindən düşünməyə dəvət edir. Çünki insan öz qısa həyatında hər bir yolu seçsə və dünyəvi maddi ləzzətlərə nə qədər qərq olsa belə, yaradılış aləmi və ona hakim olan qanunlardan kənarda qalmayacaq, onun şüur və idrakı asimanın və yerin heyrətamiz səhnələrinə tamaşa etməkdən doymayacaqdır.
    Gözümüz önündə olan ucsuz-bucaqsız yaradılış aləminin[128] hər bir hissəsi ayrı-ayrılıqda, eləcə də məcmu halında daim dəyişilir, hər an özünə yeni-yeni şəkil və cilvələr alır.
    Heç bir istisna qəbul etməyən qanunların təsiri altında gerçəklik libası geyən varlıqların hamısının – ən uzaq qalaktikalardan tutmuş, dünyanın elementar hissələrini təşkil edən ən kiçik zərrəciklərə qədər hər bir varlığın özünəməxsus və heyrətamiz qanunauyğunluqları vardır; onlar öz qanunauyğunluqları əsasında cərəyan edir, öz əməli şüalarını ən ibtidai vəziyyətdən başlayaraq ən kamil nöqtəyə doğru sövq etdirir və nəticədə kamal dərəcəsinə çatırlar.
    Xüsusi nizamlardan yüksəkdə dayanan daha ümumi nizamlar və nəhayət dünyanın heç bir qanunauyğunluqlarına sığmayan varlıqların ümumi sistemlərini bir-biri ilə əlaqələndirən nizamlar vardır ki, cüzi sistemləri bir-birinə qovuşdurur və özünün davamlı cərəyanında heç vaxt istisnaya yol vermir; bu qanunlar heç bir vaxt pozulmur.
    Yaradılış dünyası hər hansı bir varlığa yer üzündə yer verirsə onun vücud və quruluşunu elə xüsusiyyətlərə malik edir ki, onun öz yaşayış mühiti və həyat tərzi ilə uyğun olsun; yaşadığı mühiti də elə tənzim edir ki, nəvazişli və mehriban bir dayə kimi onu böyüdüb tərbiyə etsin. Günəş, ay, ulduzlar, su, torpaq, gecə, gündüz, fəsillər, buludlar, küləklər, yağışlar, yeraltı xəzinələr və yerüstü ehtiyatlar hamılıqla öz sərmayə və qüvvələrini insanın asayişi və xatircəmliyi üçün sərf edir. Biz belə bir qanunauyğunluğu və əlaqəni bütün varlıqların arasında, onun uzaq-yaxın qonşuları və onun "yaşadığı evdə” belə görürük.
    Bu cür sıx bağlılıq və qırılmaz qanunauyğunluq dünya varlıqlarının hər birinin daxili aləminin təchiz olunmasında da mövcuddur. Yaradılış insan üçün çörək verirsə, onun əldə edilməsi üçün ayaq, onu götürmək üçün əl, onu yemək üçün ağız, çeynəmək üçün diş də vermişdir; zəncir halqaları kimi bir-birinə birləşən bir sıra vasitələr bu varlığı onun əbədi kamal hədəfi ilə əlaqələndirir.
    Dünya alimləri etiraf edirlər ki, neçə min illik elmi fəaliyyət və səylər nəticəsində əldə olunan saysız-hesabsız rabitələr sonsuzluq təşkil edən yaradılış sirlərindən yalnız cüzi miqdarıdır və bu məlum məlumatların hər biri bəşəriyyətə sonsuz məchullardan bir növ xəbər verir.
    Belə isə, tək-tək üzvləri bir-birindən ayrı olmaqla eyni zamanda həm də vəhdət şəklində olan, öz heyrətamiz bağlılıq və müttəfiqliyi ilə sonsuz elm və qüdrət mənbəyindən xəbər verən bu aləmin heç bir yaradan olmadan təsadüfi olaraq meydana gəldiyini iddia etmək olarmı?!
    Görəsən möhkəm və saysız-hesabsız əlaqələr, qanunlar yaratmaqla dünyanı böyük bir vahid şəklində qərar verən, istisnaya yol verilməyən və dəqiq qanunları ilə cərəyanda olan kainatın ümumi nizamlarının, eləcə də cüzi və külli nizamlarının heç bir məqsəd və tədbir olmadan, sadəcə təsadüf üzündən yarandığını iddia etmək olarmı? Yaxud demək olarmı ki, bu varlıqlardan hər biri, dünyanın böyüklü-kiçikli bütün mühitləri yaranmamışdan qabaq özləri üçün bir nizam və sistem qurmuş, müəyyən yollar seçmiş və yarandıqdan sonra da onları icra etməyə başlamışlar?!
    Yaxud bu dünya malik olduğu kamil vəhdətdə, bir vahiddən başqa bir şey olmadığı halda, müxtəlif səbəblər tərəfindən yaranıb müxtəlif qayda-qanunlarla hərəkət edirmi?!
    Əlbəttə, hər bir hadisə və varlıq üçün müəyyən bir səbəbin olduğunu qəbul edən, bəzən naməlum bir səbəbi tapmaq üçün uzun müddətlər tədqiqat aparan, elmi nailiyyətlər ardınca gəzən bir şəxs, dəqiq nəzm və qayda ilə bir-birinin üzərinə düzülmüş bir neçə kərpici müşahidə etməklə onun elmli və qüdrətli bir şəxs tərəfindən icad edildiyini deyir, onların təsadüf üzündən belə bir tərtiblə hörülməsini inkar edir. O, bu işdə müəyyən tədbir və hədəfin olmasına qətiyyətlə hökm edir. Belə bir şəxs heç vaxt dünyanın səbəbsiz olaraq yarandığını, ona hakim olan qayda-qanunların təsadüf üzündən olduğunu fərz edə bilməz.
    Deməli, dünya ona hakim olan dəqiq qayda-qanunlar və nəzm əsasında, böyük bir Xaliq tərəfindən yaradılmışdır; O, Özünün sonsuz elm və qüdrəti ilə bu aləmi yaratmış və müəyyən bir hədəfə doğru hərəkət etdirmişdir; dünyada cüzi hadisələri yaradan cüzi səbəblərin hamısının mənşəyi Odur və hər bir cəhətdən Onun tədbiri və təqdiri altındadır; hər bir şey öz varlığında Ona möhtacdır, Onun isə heç bir şeyə ehtiyacı yoxdur. O, heç bir səbəb və şərtdən qaynaqlanmır.
    ALLAHIN VAHİD OLMASI
    Dünyada olan gerçəkliklərdən hər birini fərz etsək, o, məhdud bir reallıqdır. Yəni bir fərz və təqdir əsasında (səbəb və şərtin varlığının fərz olunması ilə) "varlığa” malikdir və digər bir fərz və təqdirə əsasən (şərt və səbəbin olmadığını fərz etdikdə) yox olur. Həqiqətdə onun vücudunun müəyyən sərhəddi vardır ki, o sərhədlərdən kənarda mövcud olmur. Heç bir hədd-hüdudun və sonluğun təsəvvür olunmadığı yeganə varlıq yalnız Allahdır. Çünki Onun gerçəkliyi mütləqdir, hər bir təqdirdə mövcuddur və heç bir səbəb və şərtlə rabitəli və onlara ehtiyaclı deyildir.
    Aydındır ki, qeyri-məhdud və sonsuz varlıq barəsində hər hansı ədəd fərz oluna bilməz. Çünki fərz olunan hər bir "ikinci” əvvəlkindən tam başqa (qeyri) olacaqdır və nəticədə hər ikisi məhdud olacaq, biri digərinin gerçəkliyinə məhdudiyyət yaradacaq. Misal üçün, hər hansı bir həcmi qeyri-məhdud, sonsuz fərz etsək onun müqabilində ikinci bir həcm təsəvvür və fərz etmək olmaz. Əgər fərz etsək belə, ikincisi eynilə birincisi olacaqdır. Deməli, Allah yeganədir və heç bir şəriki yoxdur.(Cəməl” müharibəsində bir kişi Əli (ə)-a yaxınlaşıb dedi: "Ya Əmirəl-möminin, sən deyirsən Allah birdir?” Camaat hər tərəfdən onun üzərinə qışqırıb dedilər: "Görmürsən ki, Əmirəl-mömininin başı nə qədər qarışıqdır?” Əmirəl-möminin Əli (ə) buyurdu: "Onunla işiniz olmasın; çünki bu ərəbin istədiyi şey elə bizim bu camaatdan istədiyimizdir.” Sonra ərəbə dedi: "Allah birdir” dedikdə dörd növ "bir olmaq” təsəvvür oluna bilər ki, onun iki mənası düzgün deyil, iki mənası isə düzgündür: Düzgün olmayan mənalardan biri budur ki, bir kəs "Allah birdir” deyərək ədəd nəzərdə tutsun. Bu düzgün deyildir. Çünki "ikincisi olmayan” heç vaxt ədədin içinə daxil olmayır. Görmürsənmi ki, "Allah üçün üçüncüsüdür” deyənlər (məsihilərin üçlük əqidəsinə işarədir) kafir olmuşlar? Digəri də budur ki, bir kəs misal üçün, "filankəs camaatdan biridir” desin. Yəni bu cinsdən olan bir növdür (yaxud bu növdən olan bir vahiddir). Bu məna da Allahın barəsində düzgün deyildir. Çünki bu təşbihdir, Allah isə təşbihdən çox-çox uzaqdır. Amma Allah barəsində düzgün olan mənalara gəldikdə isə, biri budur ki, bir şəxs "Allah birdir” desin, məqsədi də əşyalar arasında Onun oxşarı olmadığını çatdırmaq olsun. Allah belədir. Digəri isə belədir: "Allah birdir” (Əhəd – yəni Onda nə xaricdə, nə əql və nə də fəhm qüvvəsində heç növ çoxluğa və bölgüyə yer yoxdur). Allah məhz belədir. "Biharul-ənvar”, 3-cü cild, səh-207 Əli (ə) yenə buyurur: "Allahı tanımaq – Onu yeganə bilməkdir.” (Biharul-ənvar, 2-ci cild, səh-186). Yəni varlığı qeyri-məhdud, sonsuz olan Allahın varlığının isbat olunması üçün Onun vəhdaniyyətinin isbat olunması kifayətdir. Çünki qeyri-məhdud və sonsuz varlıq üçün heç vaxt "ikinci” təsəvvür oluna bilməz. )
    ZAT VƏ SİFƏT
    Əgər əqli cəhətdən hər hansı bir insanı araşdırsaq, onun şəxsi insaniyyətindən ibarət olan bir zata malik olduğunu görəcəyik. Onun müəyyən sifətləri də vardır ki, zatı həmin sifətlərlə tanınar. Məsələn, "filan şəxsin oğludur”, "çox biliklidir”, "qüdrətlidir”, "uca boyludur”, "gözəldir”; bu kimi sifətlərin əksini də deyə bilərik.
    Bu sifətlərdən bəzilərinin (birinci və ikinci sifət kimi) zatından ayrıla bilmədiyinə, bəzilərinin isə (bilikli və qüdrətli olmasının) ondan ayrılmasının və dəyişilməsinin mümkün olmasına baxmayaraq, hər bir halda bu sifətlər onun zatından ayrıdır, öz aralarında da bir-birlərindən fərqlənir.
    Bu mətləb (zat ilə sifətin, eləcə də sifətlərin öz aralarında fərqli olması) sifətə malik olan zatın, eləcə də zatın təqdimedicisi olan sifətin – hər ikisinin məhdud olmasına ən yaxşı dəlildir. Çünki əgər zat qeyri-məhdud olsaydı sifətləri də əhatə edərdi. Həmçinin əgər sifətlər qeyri-məhdud olsaydı bir-birini əhatə edər və nəticədə hamısı bir şey olardı. Məsələn, fərz olunan insanın zatı elə həmin qüdrət olar, həmçinin bacarıqlı, elimli, uca boylu olması, gözəlliyi və s. hamısı bir-birində eyniyyət təşkil edər və artıq bu mənaların hamısı birdən artıq məna kəsb etməzdi.
    Qeyd olunanlardan aydın olur ki, Allahın zatı üçün sifət (yuxarıda qeyd olunan mənalara olan sifət) olduğunu isbat etmək olmaz. Çünki (bu halda) qeyri-məhdud, sonsuz sifət baş vermir və Onun müqəddəs zatı hər bir məhdudiyyətdən (hətta hər hansı bir sifətin isbat olunması sayılan "tənzih”dən belə) pakdır.
    İLAHİ SİFƏTLƏRİN MƏNASI
    Yaradılış aləmində sifətlər şəklində zahir olan çoxlu kamallar mövcuddur. Bunlar müsbət sifətlər olub zahir olduqları hər yerdə özlərini daha kamil edir və ona daha artıq varlıq dəyəri verirlər. İnsan kimi canlı bir varlığın daş kimi cansız bir əşya ilə müqayisə olunmasında qeyd olunanlar aydın olur.
    Şübhəsiz bu kamalları Allah xəlq edərək varlıqlara əta etmişdir. Əgər Allahın Özü bu kamallara malik olmasaydı onu başqalarına verə və onları təkmilləşdirə bilməzdi. Buradan sağlam əqli mühakiməyə əsasən hökm edərək demək lazımdır ki, Allahın elmi, qüdrəti vardır; O, bütün real kamallara malikdir. Bundan əlavə elm və qüdrətin nişanələri və nəticədə həyat əsərləri bütün yaradılış aləmində zahir olur.
    Lakin Allah-taalanın müqəddəs zatının qeyri-məhdud və sonsuz olduğuna nəzər yetirdikdə Allah üçün sifətlər şəklində isbat olunan bu kamalların Onun zatı ilə eyni olması, eləcə də bir-birləri ilə eyniyyət təşkil etməsi məlum olur.(İmam Sadiq (ə) buyurur: "Allahın sabit varlığı vardır və Onun elmi elə Özüdür, heç bir məlum olmadığı vaxtda belə; həmçinin heç bir eşidilən şey olmadığı halda belə eşitmək Onun Özü, heç bir görünən şey olmadığı bir zamanda görmək onun Özü, qüdrət tapılan şey olmadığı dövrdə belə qüdrət Onun Özü ilə idi. ("Biharul-ənvar”, 2-ci cild, səh-125). Bu məsələ ilə əlaqədar Əhli-beyt (ə)-dan nəql olunan hədislər olduqca çoxdur. "Nəhcül-bəlağə”, "Tövhid”, "Üyun” və "Biharul-ənvar”, 2-ci cild. ) Zat ilə sifət, eləcə də sifətlərin öz aralarında olan fərqlər isə yalnız məfhum mərhələsindədir, həqiqətdə isə bölgüyə yer olmayan vahiddən başqa bir şey deyildir.
    İslam bu yersiz səhvin (vəsf etməklə zatın məhdudlaşdırılması, yaxud ümumiyyətlə kamalın inkar edilməsinin) qarşısını almaq üçün öz ardıcıllarının əqidəsini inkar ilə isbat arasında saxlayır.(İmam Baqir (ə), imam Sadiq və imam Riza (ə) buyurur: "Allah-taala zülmətlə qarışmayan nur, cəhaləti olmayan elm, ölüm olmayan bir həyatdır.” (Biharul-ənvar, -ci cild, səh-129. İmam Riza (ə) buyurur: "(İlahi) sifətlərlə əlaqədar camaat üç qrupa bölünür: Bəziləri sifəti Allah üçün, başqalarına təşbih etmək yolu ilə isbat edir, digər bir qrup bu sifətləri inkar edirlər. Haqq olan üçüncü yol bundan ibarətdir ki, başqalarına təşbihi inkar etməklə sifətləri Allah üçün isbat etsinlər. "Biharul-ənvar”, 2-ci cild, səh-91 ) O, öz ardıcıllarına etiqadlarının belə olmasını tövsiyə edir: Allahın elmi var, amma başqalarının elmi kimi deyil; qüdrəti var, amma başqalarının qüdrəti kimi deyil; eşidəndir, amma qulaqla yox; görəndir, amma gözlə yox. Başqa sifətlər də belədir.
    SİFƏTİN MƏNASI BARƏDƏ ƏLAVƏ İZAH
    Sifətlər iki qismdir: kamal sifətləri, qeyri-kamal sifətləri. Əvvəldə qeyd olunduğu kimi, kamal sifətləri isbati mənalar olub vəsf olunan şeyin daha artıq vücud dəyərinə malik olmasına və vücud əsərlərinin artmasına səbəb olur. Bu məsələ hər hansı bir canlı, elimli və bacarıqlı varlığı ölü, elimsiz, qüdrətsiz bir varlıqla müqayisə etdikdə məlum olur. Qeyri-kamal sifətlərində isə məsələ tam əksinədir.
    Qeyri-kamal sifətlərinin mənası barədə dəqiq fikirləşdikdə, onun mənfi mənaya malik olduğu üçün kamaldan məhrum olmasından, bir növ vücud dəyərinə malik olmamasından danışıldığı məlum olar. Cəhalət, acizlik, çirkinlik, sağlam olmamaq və s.-ni buna misal göstərmək olar. Deməli, qeyri-kamal sifətlərinin inkar olunması kamal sifətlərinin mənasını aşılayır. Məsələn, nadanlığın inkar olunması elimli olmaq mənasını, zəifliyin inkar olunması isə qüdrətli olmaq mənasını çatdırır.
    Buna görə Qurani-Kərim hər bir kamal sifətini birbaşa Allah üçün isbat edir, hər bir qeyri-kamal sifətlərini Ondan uzaq bilir, həmçinin nöqsan sifətinin mənfiləşmiş mənasını Allah üçün isbat edib buyurur:
    "O, elimli, qüdrətli və diridir; O, yuxulamaz və mürgüləməz; və bilin ki, siz Allahı aciz edə bilməzsiniz.”
    Mühüm məsələlərdən biri də budur ki, Allah-taala mütləq bir gerçəkliyə malikdir, Onun heç bir həddi-hüdudu və sonu yoxdur.(İmam Sadiq (ə) buyurub: "Allah-taala zaman, məkan, hərəkət, bir yerdən başqa yerə nəql olunma, yaxud sükunət halında olmaqla vəsf edilməz, əksinə O zamanın, məkanın, hərəkətin, sükunətin yaradanıdır.” "Biharul-ənvar”, 2-ci cild, səh-96 ) Buna görə də Allah barəsində isbat olunan hər növ kamal sifətində məhdudiyyət mənası olmayacaqdır. O, maddi və cismani şeylərlə, məkan və zamanla məhdudlaşmaz, hər hansı bir dəyişiklik, yenilik və hali sifətlərdən pakdır. Onun üçün həqiqətən isbat olunan hər bir sifət məhdudiyyət mənasından uzaqdır. Belə ki, buyurulur:
    "Heç bir şey Onun oxşarı və misli deyildir.”(Şura” surəsi, ayə-11. )
    FELİ SİFƏTLƏR
    Sifətlər (yuxarıda qeyd olunanlardan əlavə) digər bir bölgüyə əsasən zat və fel sifətləri olaraq iki yerə bölünür. Belə ki, sifət, məsələn, həyat, elm, qüdrət bəzən təyini söz birləşməsinin ikinci tərəfi ilə (sifət sahibinin) birlikdə olur. Belə ki, bu sifətlər diri, bilikli və bacarıqlı insanla yanaşıdır və biz insanı, hətta ondan başqa bir şeyi fərz etməsək belə, onlarla vəsf olunmadan fərz edə bilmərik. Bəzən də təkcə ikinci tərəflə birgə deyildir; o, sifətlərlə vəsf edilmək üçün başqa bir şeyin gerçəkləşməsinə ehtiyac duyur. Məsələn, yazıçılıq, nitq söyləmək və s. kimi şeylər. Çünki insan o zaman yazıçı ola bilər ki, onun kağızı, qələmi, mürəkkəbi olsun; o vaxt xitab edə bilər ki, onun üçün müəyyən eşidənlər fərz olunsun; o zaman istəyə bilər ki, istənilən bir şeyi olsun. İnsanın özünün fərz edilməsi bu sifətlərin gerçəkləşməsinə kifayət etmir.
    Buradan aydın olur ki, Allahın həqiqi sifətləri (yuxarıda da qeyd olunduğu kimi Onun zatı ilə eynidir və) yalnız birinci qismdəndir. Amma onların gerçəkləşməsində başqa şeyin varlığına ehtiyac duyulan ikinci qismə gəldikdə isə, Ondan başqa olan hər bir şey Onun məxluqudur, yaranışda Ondan sonradır. Öz yaranışı ilə vücuda gətirdiyi sifətləri də zati sifəti və Allahın zatı ilə eyni hesab etmək olmaz.
    Allah-taala barəsində yaradılışın gerçəkləşməsi üçün sübut olunan sifətlər, o cümlədən yaradan, hərəkət etdirən, təlim-tərbiyə verən, dirildən, öldürən, ruzi verən və s. kimi sifətlər zat ilə eyni deyildir; onlar fel sifəti olub zata əlavə edilir.
    "Fel sifəti” dedikdə bir felin gerçəkləşməsindən sonra zatdan deyil, məhz həmin feldən başa düşülən müəyyən bir sifət nəzərdə tutulur. Məsələn, yaradılış gerçəkləşdikdən sonra yaradılan varlıqlardan Allahın yaradan olması sifəti düşünülür. Bu sifət də Allahın-taalanın müqəddəs zatı ilə deyil, yaradılanların özü ilə birgədir ki, bir sifətin yaranması ilə zatın bir haldan başqa hala çevrilməsi lazım gəlməsin.
    Şiələr iradə və kəlam kimi iki sifəti bu sözlərin özündən başa düşülən mənaya götürərək fel sifəti(İmam Sadiq (ə) buyurur: "Allah həmişə Öz zatında alim olmuşdur, halbuki heç bir məlum mövcud deyildi, heç bir məqdur olmadığı halda da qadir idi.” Ravi soruşdu: "Mütəkəllim idimi?” İmam (ə) buyurdu: ”Kəlam hadisdir (sonradan yaranan), Allah var idi, amma mütəkəllim deyildi, bundan sonra kəlamı icad etdi.” Biharul-ənvar”, 2-ci cild, səh-147 ) hesab edirlər (iradə istəmək, kəlam isə kəlmənin mənasını kəşf etmək). Amma sünnülərin əksəriyyəti onu elm mənasına götürərək zati sifətlərdən hesab etmişlər.
    QƏZA VƏ QƏDƏR
    Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur:
    1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri "naqis (natamam) illət” adlandırılır) "imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti "vücudun zərurətini” deyil, yalnız ona "vücud imkanı” verir.
    Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində "imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır.
    Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü "ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır.
    Allah-taala buyurur:
    "...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...”("Əraf” surəsi, ayə-54 )
    Başqa bir yerdə buyurur:
    "(Allah) bir işi hökm edəndə ona "ol!” deyər, o da dərhal vücuda gələr.”(Bəqərə” surəsi, ayə-117 )
    "Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.” ("Rəd” surəsi, ayə-41 )
    2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir.
    Qurani-Kərim öz təlimlərində bu həqiqəti "qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur:
    "Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.” ("Qəmər” surəsi, ayə-49. )
    Başqa bir ayədə buyurulur:
    "Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.” ("Hicr” surəsi, ayə-21 İmam Sadiq (ə) buyurur: "Allah-taala bir şeyi iradə etdikdə onu müqəddər edir, müqəddər etdikdə qəza edir, qəza etdikdə imza (icra) edir.” "Biharul-ənvar”, (Kompani çapı) 3-cü cild, səh-34 )
    İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır.
    İNSAN VƏ İXTİYAR
    İnsanın gördüyü hər bir iş yaradılış aləminin varlıqlarından biridir və onun vücuda gəlməsi sair dünya varlıqları kimi tam mənada illət və səbəbə bağlıdır. İnsanın yaradılış aləminin bir hissəsi olduğunu, dünyanın sair varlıqları ilə əlaqədə olduğunu nəzərə almaqla, başqa varlıqları onun fellərində təsirsiz hesab etmək olmaz. Məsələn, insanın yediyi bir tikə çörəyi götürək. Bu felin yerinə yetirilməsində əl, ayaq, ağız, elm, qüdrət, iradə lazım olduğu kimi, çörəyin xaricdə varlığı, əl çatan yerdə olması, heç bir maneənin olmaması və s. zaman və məkan şərtləri də bu felin yerinə yetirilməsində lazımdır. Belə ki, onlardan hər hansı birinin olmaması ilə fel gerçəkləşə bilmir. Onların hamısının da gerçəkləşməsi ilə (tam illətin gerçəkləşməsi ilə) felin baş verməsi zəruri olur.
    Deməli, bir felin, tam illətin hissələrinin məcmusuna nisbətən zəruri olmasının tam illətin hissələrindən biri olan insan felinin nisbətinin imkan nisbətində olması ilə heç bir ziddiyyəti yoxdur.
    İnsanda imkan, yəni felin ixtiyarı vardır və felin illətin hissələrinin məcmusuna nisbətən zəruri olması felin insandan ibarət olan hissələrin bəzilərinə nisbətən zəruri olmasına səbəb olmaz.
    İnsanın sadə idrakı da bu nəzəriyyəni təkid edir. Çünki gördüyümüz kimi, insanlar Allah verən fitrət əsasında yemək, içmək, getmək, gəlmək kimi işlərlə bədənin səhhəti, xəstəliyi, böyüklüyü, kiçikliyi və uzunluğu arasında fərq qoyurlar. İnsanın iradə və istəyi ilə birbaşa əlaqədə olan birinci qism onun şəxsən öz ixtiyarında olub əmr, nəhy, tərif və məzəmmətə layiq görülə bilər. Amma ikinci qismdə insanın heç bir vəzifəsi yoxdur.
    İslamın əvvəllərində sünnülər arasında insanın felləri barədə iki məşhur məzhəb yaranmışdır. Onlardan bir qrupu insanın gördüyü işləri heç bir qanundan çıxma halı – təxəllüf olunmayacaq dərəcədə Allaha aid edir, insanı isə öz işlərində məcbur hesab edir və bu barədə insanın ixtiyar və iradəsinə heç bir dəyər vermirdilər. Bir qrup isə insanı öz işlərində tam müstəqil hesab edərək deyirdilər ki, onun işləri ilə Allahın iradəsi arasında heç bir əlaqə yoxdur. Onlar bu işləri qədər hökmündən xaric hesab edirdilər.
    Lakin Quranın zahiri təlimləri ilə müvafiq olan Əhli-beyt (ə) təlimlərinə əsasən insan öz əməllərində ixtiyar sahibidir, amma müstəqil deyildir. Allah-taala onlara ixtiyar və iradə əsasında iş görmək imkanları vermişdir. Əvvəldə gətirilən təbirlə desək, Allah-taala insana ixtiyar və iradə verməklə, ona tam illətlərin məcmusu yolu ilə bir işi istəyərək həyata keçirmək zərurəti vermişdir. Bu cür ilahi istəyin nəticəsi də zəruri feldir. İnsan da onu görməkdə ixtiyar sahibidir. Öz illətinin hissələrinin məcmusuna nisbətən zəruri, insan olan hissələrə nisbətdə isə ixtiyari və mümkündür.
    İmam Sadiq (ə) buyurur: "Nə cəbr (mütləq məcburiyyət) və nə də təfviz (mütləq azadlıq); bunların arasında olan (orta bir mövqe) bir işdir.”("Biharul-ənvar”, 3-cü cild, səh-5. İmam Baqir, imam Sadiq və imam Riza (əleyhimussalam) buyurmuşlar: "Allah Öz yaratdıqlarına o qədər mehribandır ki, onları heç vaxt günaha icbar edərək sonra da onlara əzab verməz. Allah o qədər əzizdir (izzətlidir) ki, bir işi istəsə hökmən vücuda gələr (bir işi istədiyi halda o işin vücuda gəlməməsi mümkün deyil.)” "Biharul-ənvar”, 3-cü cild, səh-6 İmam Sadiq (ə) buyurur: "Allah o qədər kəramətlidir ki, insanları qüdrətləri olmayan, gücləri çatmayan işlərə vəzifəli etməz. O izzət sahibidir və Onun mülkündə Onun istəmədiyi bir şey heç vaxt vücuda gəlməz.” "Biharul-ənvar”, 3-cü cild, səh-15. )
    Bu hədislərdə cəbr və təfviz məsələlərinə işarə olunmuşdur.
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 682 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024