İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:20 AM
    PEYĞƏMBƏRLƏR – NÜBÜVVƏTİN İSMƏTİ
    İnsanlar arasında ilahi peyğəmbərlərin zahir olması əvvəlki fəsildə qeyd olunan vəhy nəzəriyyəsini bir daha təsdiqləyir. Çünki ilahi peyğəmbərlər vəhy və nübüvvət iddiası edərək öz risalətləri üçün qəti və yetərli höccətlər gətirmişlər; ilahi dinin "ilahi xoşbəxtlik qanunu”ndan ibarət olan maddələrini xalqa təqdim etmiş və onların ixtiyarında qoymuşlar. Vəhy və nübüvvət qüvvəsi ilə yaraqlanan peyğəmbərlər hər bir zamanda zahir olmuşlarsa, onların sayı bir, yaxud bir neçə nəfərdən artıq olmamışdır; Allah sair insanların hidayətini Öz peyğəmbərlərinə verdiyi təlim və dəvət məmuriyyəti ilə təkmilləşdirib sona çatdırmışdır.
    Buradan aydın olur ki, ilahi peyğəmbərlər ismət sifətinə malik olmalıdırlar. Yəni, Allah tərəfindən vəhyin alınmasında, onun saxlanılmasında və xalqa çatdırılmasında səhvdən, xətadan uzaq olub günah etməməlidir (qanunu pozmamalıdır). Çünki qeyd olunduğu kimi, vəhyin alınması, qorunması və xalqa çatdırılması təkvini hidayətin üç əsas sütunudur və təkvin aləmində xətaya yol verilməsinin heç bir mənası yoxdur.
    Qeyd etmək lazımdır ki, öz təbliğ və dəvətlərinin əksinə gedərək günah etmələri onların dəvət və məqsədlərinin ziddinə olan bir əməl olardı; camaat arasında etibar və etimadın əldən verilməsi ilə nəticələnər, bundan əlavə dəvətin düzgün olmasını, onun hədəf və məqsədini puça çıxarardı.
    Allah-taala Öz kəlamında peyğəmbərlərin ismət məqamına işarə edərək buyurur:
    "Biz peyğəmbərləri Öz tərəfimizə doğru topladıq (onlar Bizdən başqasına sitayiş etmir, Bizdən başqasının əmrinə tabe olmurdular) və Biz onları düz yola çatdırdıq.” ("Ənam” surəsi, ayə-87 )
    Başqa bir ayədə isə belə buyurur:
    "Qeybi bilən yalnız Odur və Öz qeybini peyğəmbərlərindən – bəyəndiyi şəxslərdən başqasına agah etməz. Bu halda onun (peyğəmbər, yaxud vəhyin) arxasından və önündən kamil nəzarət qoyur ki, onlar öz ilahi peyğamlarını çatdırsanlar.”("Cin” surəsi, ayə-26-28) 
    PEYĞƏMBƏRLƏR VƏ ASİMANİ DİN
    İlahi peyğəmbərlərin vəhy yolu ilə əldə etdikləri və ilahi tövsiyələr kimi insanlara çatdırdıqları şeylərin məcmusu din adlanır. Din, insanların həqiqi xoşbəxtliyini təmin edən vəzifələr və yaşayış üsullarıdır.(Kitabın müqəddiməsinə müraciət edin. )
    Asimani din ümumi şəkildə iki hissədən - etiqadi və əməli hissələrdən təşkil olunur. Etiqadi hissə bir sıra əsasi və gerçək etiqadlardan ibarətdir ki, insan öz həyatının əsasını onun üzərində qurmalıdır. Onlar tövhid, nübuvvət və məad kimi üç əsas prinsipdən ibarətdir ki, onların hər hansı birinə olan etiqada xələl gəldikdə artıq onun daşıyıcısı din ardıcılı sayılmır.
    Əməli bölmə isə bir sıra əxlaqi və əməli vəzifələrdən ibarətdir; bu da insanın həm aləmlərin pərvərdigarı olan Allah qarşısında, həm də cəmiyyət qarşısında malik olduğu vəzifələri göstərir. Buradan aydın olur ki, asimani şəriətlərdə insan üçün tənzim olunan fərdi vəzifələr iki qismdir: Əxlaq və əməllər. Onların hər biri də öz növbəsində iki hissəyə bölünür:
    a) Birinci qism: Allah ilə əlaqədar olan əməl və əxlaqlar, o cümlədən gözəl əxlaq, iman, ixlas, bəndəçilik, Allahın əmrinə razı olmaq, təzim, oruc, namaz, qurbanlıq kimi əməllər. Bu qismdən olan əməllər "ibadətlər” adlandırılır, insanın Allah dərgahında olan bəndəçiliyini isbat edir.
    b) Cəmiyyətlə əlaqədar olan layiqli əməllər və əxlaq. Məsələn, əxlaq, insanları sevmək, xeyirxahlıq, ədalət, səxavət, ticarət və s. ictimai əlaqələr. Bu qism isə "müamilələr” adlanır.
    Digər tərəfdən, insan həmişə kamala diqqət yetirir və bəşər cəmiyyəti zamanın keçməsi ilə daha da kamilləşir. Asimani şəriətlərdə də bu cür təkamülün zahir olması zəruridir. Qurani-Kərim də həmin tədrici təkamülü (əql yolu ilə əldə edildiyi kimi) təkid edir. Quran ayələrindən məlum olduğu kimi, sonradan gələn hər bir din və şəriət əvvəlkindən daha kamildir. Allah-taala belə buyurur:
    "Biz kitabı (Quranı) haqq olaraq sənə nazil etdik. Halbuki, öz qarşısında olan (Tövrat və İncil kimi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi nazil etdik.”("Maidə” surəsi, ayə-48 )
    Əlbəttə, elmi nəzəriyyələrin göstərdiyi və Quranın aşkar buyurduğu kimi insan cəmiyyətinin dünya həyatı əbədi deyildir və təbii ki, onun təkamülü də sonsuz olmayacaqdır. Buna görə də insanın etiqad və əməl baxımından olan vəzifələrinin külliyyatı hökmən müəyyən bir mərhələdə dayanacaq və bunun ardınca etiqadın kamalı və əməli qayda-qanunların genişlənməsi baxımından mərhələnin axırına çatan şəriət və nübuvvət də xətm olunacaqdır.
    Məhz buna görə də Qurani-Kərim islam dininin Həzrət Məhəmməd (s)-in dini kimi asimani dinlərin axırıncısı və ən kamili olduğunu bəyan etməklə yanaşı, özünü nəsx olunmayan (qüvvədən düşməyən) asimani kitab, Peyğəmbəri-Əkrəmi (s) peyğəmbərlərin sonuncusu, islam dinini isə bütün vəzifələrin göstəricisi olan bir din kimi təqdim edərək buyurur:
    "Və şübhəsiz Quran əziz və öz sərhəddini qoruyan bir kitabdır. Nə öndən, nə də arxadan batil ona yol tapa bilməz.” ("Səcdə” surəsi, ayə-41-42 )
    Başqa bir ayədə buyurulur:
    "Məhəmməd sizlərdən heç kəsin atası deyildir, əksinə o, Allahın peyğəmbəri və peyğəmbərlərin sonuncusudur.” ("Əhzab” surəsi, ayə-40 )
    Başqa bir ayədə isə buyurulur:
    "Sənə kitab nazil etdik, halbuki o, hər bir şeyin bəyanedicisidir.” ("Nəhl” surəsi, ayə-89 )
    PEYĞƏMBƏRLƏR, NÜBUVVƏT VƏ VƏHYİN HÖCCƏTİ
    Vəhy və nübuvvət barəsində tədqiqat aparan müasir alimlərdən çoxu vəhy, nübuvvət və eləcə də onlarla əlaqədar olan sair məsələləri ictimai-psixoloji qaydalar əsasında izah edərək deyirlər: İlahi peyğəmbərlər pak fitrətli, böyük himmətli və bəşəriyyəti sevən insanlar olmuşlar. Buna görə də onlar maddi və mənəvi cəhətdən inkişaf edərək, ictimaiyyətdəki fəsad və eybəcərlikləri islah etmək üçün müəyyən qayda-qanunlar tənzim etmiş və xalqı ona doğru dəvət etmişlər. O dövrdə insanlar əql və məntiqi qəbul etmədiklərindən, camaatı bu qanunlara tabe etdirmək məqsədi ilə özünü və öz fikirlərini qeyri-maddi (mücərrəd) aləmlə əlaqələndirir, öz pak ruhlarını Ruhul-Qüdüs hesab edir, ondan yaranan fikirləri (vəhy və nübüvvəti), ondan nəticə kimi alınan vəzifələri (asimani şəriəti) və onları özündə əhatə edən bəyanları "asimani kitab” adlandırırdılar.
    Hər kəs asimani kitablara diqqətlə baxsa, xüsusilə Qurani-Kərimə və peyğəmbərlərin şəriətinə nəzər salsa, heç bir şəkk-şübhə olmadan yuxarıdakı nəzəriyyənin düzgün olmadığını başa düşəcəkdir. İlahi peyğəmbərlər siyasətbaz deyil, haqq insanlar olmuşlar; onların bütün vücudları doğruçuluq, səfa-səmimiyyətlə birgə yoğrulmuşdur. Dərk etdikləri şeyi artırıb-azaltmadan deyir, dediklərinə də əməl edirdilər; onların iddia etdikləri məsələlər qeyb aləmindən onlara bəxş olunan rəmzli bir şüur idi; onlar məhz bu yolla xalqın etiqadi və əməli vəzifələrini Allahdan alıb camaata çatdırırdılar.
    Buradan aydın olur ki, nübuvvət iddiasını isbat etmək üçün güclü dəlil və höccət lazımdır. Peyğəmbərin şəriətinin sadəcə olaraq "əql ilə uyğun olduğunu” demək, peyğəmbərlik iddiasının doğru olmasının isbat edilməsində kifayət deyildir. Çünki peyğəmbərçilik iddiası edən hər bir şəxs öz şəriətinin doğruluğu ilə yanaşı, başqa bir şeyi də iddia edir; o, maddi aləmin fövqündə dayanan başqa bir aləmlə vəhy və nübuvvət rabitəsinə malik olduğunu və Allah tərəfindən (risalətə) məmur olunduğunu deyir. Bu da öz növbəsində dəlil-sübut tələb edir. Məhz buna görə də (Quranın xəbər verdiyi kimi) insanlar həmişə özlərinin sadə zehnləri ilə ilahi peyğəmbərlərdən öz iddialarını isbat etmək üçün möcüzə istəyirdilər.
    Bu düzgün və sadə məntiqin mənası bundan ibarətdir ki, ilahi peyğəmbər başqa insanlarda mövcud olmayan bir şeyi iddia edir. Bunun üçün də hökmən qeybi bir qüvvə olmalıdır. Allah-taala onu xariqül-adə surətdə Öz peyğəmbərinə verməlidir ki, onun vasitəsilə Allahın kəlamını eşidərək müəyyən göstəriş və tapşırıqlar əsasında camaata çatdırsın. Bu halda peyğəmbər, xalq onun nübuvvətinin doğruluğuna inansın deyə, öz Allahından başqa bir xariqül-adə iş yaratmasını istəyəcəkdir.
    Aydındır ki, peyğəmbərdən möcüzə istənilməsi məntiqi qanunlara uyğundur; öz nübuvvətini başlanğıcda və ya camaatın istəyinə əsasən isbat etmək istəyən peyğəmbərə möcüzə göstərmək vacibdir. Qurani-Kərim də bu məntiqi təsdiqləyərək bir çox peyğəmbərlərin öz risalətlərinin əvvəllərində, yaxud camaatın istəyi ilə sonradan möcüzə göstərmələrini nəql etmişdir.
    Əlbəttə, tədqiqatçıların bir çoxu möcüzənin gerçəkləşməsini inkar etmişlər; lakin onların sözləri etina olunacaq dərəcədə əsaslı deyildir. İndiyə qədər təcrübə, yaxud axtarış yolu ilə hadisələr üçün gəlib çatan səbəblər arasında onların daimi olmasına heç bir dəlilimiz yoxdur və heç bir hadisə öz adi səbəb və amillərindən başqa bir şeylə gerçəkləşmir; ilahi peyğəmbərlərə mənsub edilən möcüzələr də qeyri-mümkün və (üç ədədinin cüt olması kimi) əqlin xilafına deyildir; sadəcə olaraq qeyri-adidir. Qeyri-adi işlər ruhi məşğələlərlə məşğul olan şəxslərdən (yoqlardan) də müşahidə olunmuş və eşidilmişdir.
    İLAHİ PEYĞƏMBƏRLƏRİN SAYI
    Nəql edildiyinə görə, tarixdə çoxlu peyğəmbərlər gəlmişdir. Quran da onların çox olduğunu buyurmuş, bəzilərinin əlamət və adlarını da qeyd etmişdir; lakin onların sayının dəqiq şəkildə nə qədər olduğunu bəyan etməmişdir.
    Peyğəmbərdən (s) qəti sənədlərə nəql olunan sair hədislərdə onların sayı məlum olmamış, yalnız məşhur səhabə Əbuzər Ğifarinin Peyğəmbərdən nəql etdiyi hədisdə onların 124 min olduğu qeyd edilmişdir.
    ULUL-ƏZM VƏ ŞƏRİƏT SAHİBİ OLAN PEYĞƏMBƏRLƏR
    Quran ayələrindən məlum olur ki, ilahi peyğəmbərlərin hamısı yeni şəriət gətirməmişlər; onlardan yalnız beş nəfəri - həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) ulul-əzm və şəriət sahibidir, sair peyğəmbərlər isə ulul-əzm peyğəmbərlərə tabe olmuşlar. Allah-taala Öz kəlamında belə buyurur:
    "Allah Nuha tövsiyə etdiyini, eləcə də sənin özünə vəhy etdiyimizi, İbrahim, Musa və İsaya tövsiyə edilənləri sizin üçün şəriət qanunları təyin etdi.”("Şura” surəsi, ayə- 13. Bu şərif ayə imtinan məqamındadır və məlumdur ki, əgər ayədə qeyd olunan bu beş nəfərdən başqa, şəriət sahibi olan digər bir peyğəmbər olsaydı, mütləq qeyd olunmalı idi. )
    Digər bir ayədə isə buyurulur:
    "Peyğəmbərlərdən əhd-peyman aldığımız, səndən, İbrahimdən, Musa və İsadan əhd-peyman aldığımız zaman... Onlardan möhkəm əhdi-peyman aldıq.”
    HƏZRƏT MƏHƏMMƏDİN (S) NÜBUVVƏTİ
    Həzrət Məhəmməd (s) ilahi peyğəmbərlərin sonuncusu, kitab və şəriət sahibidir; müsəlmanlar ona iman gətirmişlər. Həzrət Məhəmməd (s) hicri qəməri tarixinin başlanmasından 50 il qabaq Hicazın Məkkə şəhərində, Qüreyş qəbiləsinin Bəni-haşim sülaləsində dünyaya gəlmişdir; atasının adı Əbdüllah, anasının adı isə Amənə idi; o həzrət uşaq ikən öz valideynlərini itirmiş və babası Əbdülmüttəlibin himayəsinə keçmişdir. O da tez bir zamanda dünyasını dəyişdiyi üçün əmisi Əbu Talib onu öhdəsinə alaraq öz evinə gətirmişdir. O həzrət həmin ailədə böyüyüb boya-başa çatmış, həddi-büluğa çatmamış-dan qabaq əmisi ilə ticarət üçün Şama səfər etmişdir.
    O həzrət heç bir yerdə elm öyrənmədiyi üçün yazıb-oxumağı bacarmırdı. Həddi-büluğa çatdıqdan sonra ağıl, ədəb-ərkan və əmanətdarlıq kimi insani keyfiyətlərlə məşhurluşmışdır. Buna görə də sərvətli Qüreyş qadınlarından biri olan Xədicə öz mal-dövlətini onun ixtiyarında qoymuş və ticarət işlərini ona həvalə etmişdi.
    O həzrət ticarət məqsədilə Şama bir daha səfərə getmiş, öz fərasət, istedad və bacarığı sayəsində çoxlu qazanc əldə etmişdi. Çox çəkmədən Xədicə Peyğəmbərlə evlənmək təklifi irəli sürdü, həzrət də qəbul etdi və 25 yaşında ikən onunla ailə həyatı qurdu. Bu evlənmədən sonra 40 yaşına qədər həmin halda idi, əql və əmanətdarlıqda şöhrəti hər yerə yayılmışdı. O, heç vaxt bütə pərəstiş etməmişdi; halbuki o zaman ərəblərin rəsmi dini bütpərəstlik idi. O, bəzən camaatın gözündən yayınaraq xəlvətə çəkilər, Allahla razi-niyaz edərdi. Nəhayət 40 yaşında Həra mağarasında(Məkkə yaxınlığında yerləşən Təhamə dağındakı mağarının adıdır. ) raz-niyaza məşğul ikən Allah tərəfindən peyğəmbərliyə seçildi və dinin təbliğ olunmasına əmr olundu. Quranın ilk surəsi ("Ələq” surəsi) ona nazil oldu və həmin gün öz evinə qayıtdı. Yolda əmisi oğlu Əli ibni Əbu Talibi gördü. Hadisəni bəyan etdikdən sonra Əli (ə) ona iman gətirdi, evə daxil olduqdan sonra isə həyat yoldaşı Xədicə də iman gətirdi.
    Peyğəmbəri-Əkrəm (s) camaatı ilk dəfə dinə aşkar şəkildə dəvət etdiyi zaman onların çox kəskin əks-əməlləri ilə qarşılaşdı və bundan sonra məcburiyyət qarşısında qalıb gizli fəaliyyət və dəvətə başladı. Yenidən ona əmr olundu ki, ən yaxın qohum-əqrəbalarını dinə dəvət etsin. Lakin bu dəvətin də heç bir müsbət nəticəsi olmadı və Əli ibni Əbu Talibdən başqa heç kəs ona iman gətirmədi. (Əhli-beyt imamlarından nəql olunan hədislərə, eləcə də Əbu Talibin öz şerlərinə istinadən şiələr inanırlar ki, Əbu Talib elə ilk vaxtlarda islama iman gətirmişdi. Lakin Peyğəmbəri-Əkrəmin (s) yeganə himayəçisi olduğundan öz imanını camaatdan gizlədirdi ki, Qüreyşin yanında öz zahiri nüfuz və qüvvəsini qoruyub saxlaya bilsin.) Bundan sonra Peyğəmbəri-Əkrəm (s) Allah tərəfindən verilən əmr əsasında aşkar şəkildə təbliğə başladı. Məkkə əhalisi o həzrətə ən ağır əzab-əziyyət və işgəncələr verməyə başladı. Təzə müsəlman olan şəxslərə qarşı Qüreyş tayfasının göstərdiyi işgəncə və təzyiqlər elə həddə çatmışdı ki, müsəlmanlardan bəziləri öz ev-eşiklərini tərk edərək Həbəşistana köçməyə məcbur oldular. Peyğəmbər (s) öz əmisi Əbu Talib və Bəni-haşimdən olan qohum-əqrəbası ilə birlikdə Əbu Talib dərəsində (Məkkə dərələrindən birində olan hasar idi) iqtisadi mühasirədə, həm də son dərəcə ağır və acınacaqlı vəziyyətdə yaşayırdılar; heç kəs onlarla qaynayıb-qarışmır və alver də etmirdi; onların oradan çıxmağa da imkanları yox idi.
    Məkkə bütpərəstləri Peyğəmbərə (s) rəva gördükləri hər növ təzyiq, işgəncə, həmçinin vurmaq, döymək, təhqir etmək, istehza və məsxərə və işində maneçilik törətmələrinə baxmayaraq, bəzən də onu məramından və tutduğu yoldan qaytarmaq üçün özlərini zahirdə mehriban göstərir, çoxlu mal-dövlət, rəyasət vədəsi verirdilər. Lakin o həzrətin nəzərində onların yağlı vədələri ilə əzab vədələri eyni səviyyədə idi və bunların hamısının Peyğəmbərin (s) səy və fəailyyətlərinin genişlənməsindən, əzminin güclənməsindən başqa bir nəticəsi olmadı. Qüreyş başçıları çox vaxt o həzrətə müraciət edib ona mal-dövlət və rəyasət vədəsi verirdilər. Bir dəfə o həzrət onlara dedi: "Əgər günəşi sağ əlimə, ayı sol əlimə qoysanız belə, yeganə Allaha itaət etməkdən və öz risalətimi yerinə yetirməkdən əl çəkməyəcəyəm.”
    Besətin təqribən onuncu ilində o həzrət "Əbu Talib” dərəsindən çıxdıqdan bir müddət sonra yeganə himayəçisi olan əmisi Əbu Talib dünyadan getdi; onun vəfalı həyat yoldaşı da vəfat etdi. Artıq o həzrətin canı heç bir təhlükə qarşısında əmin-amanlıqda deyildi və sığınacaq yeri də yox idi. Nəhayət Məkkə bütpərəstləri gizlin və məkrli bir tədbir töküb onu öldürmək qərarına gəldilər, gecə ikən evini hər tərəfdən mühasirəyə aldılar. Onlar qəfildən həzrətin üstünə tökülüb onu tikə-tikə doğramaq istəyirdilər.
    Lakin Allah-taala o həzrəti bu məkrli tədbirdən agah etdi və ona Yəsribə köçmək əmri verildi. Bu zaman həzrət Əlini (ə) öz yatağında yatırdaraq gecə ikən Allahın mühafizəsi ilə öz evindən çıxdı, düşmənlərin içindən keçdi və Məkkənin bir neçə kilometrliyində yerləşən mağaraya sığındı. Düşmənlər üç gün hər yeri axtarıb onu tapmaqdan ümidsiz olduqdan sonra Məkkəyə qayıtdılar. Bu zaman Peyğəmbər (s) mağaradan çıxıb Yəsribə yola düşdü.
    Mədinə əhalisi əvvəldən o həzrətə iman gətirib beyət etdikləri üçün onu yüksək rəğbətlə qarşıladılar, öz canlarını və mallarını onun ixtiyarında qoydular.
    O həzrət Yəsrib şəhərində ilk dəfə olaraq kiçik islami cəmiyyət təşkil etdi, şəhərdə və onun ətraf məntəqələrində olan yəhudi tayfaları və o nahiyədə yerləşən güclü ərəb qəbilələri ilə də müqavilə bağlayıb islam dinini yaymağa başladı. Bundan sonra Yəsrib şəhəri Mədinətur-Rəsul adı ilə tanındı.
    İslam dini günbəgün genişlənib yayılırdı. Məkkədə Qüreyş zalımlarının əlində əsir olan müsəlmanlar tədrici olaraq öz ev-eşiklərini buraxaraq Mədinəyə köçüb pərvanə kimi Peyğəmbərin (s) ətrafına yığışırdılar. Onlara "mühacirlər”, Peyğəmbərin (s) Yəsribdə olan yerli köməkçilərinə isə "ənsar” deyilirdi.
    İslam dininin çox sürətlə inkişaf edib yayılmasına baxmayaraq, Qüreyş bütpərəstləri və Hicazdakı yəhudi tayfaları bacardıqları qədər maneçilik törədir, müsəlmanların içərisində olan və batində heç bir əmrə tabe olmayan münafiqlərin əli ilə hər gün müsəlmanlar üçün yeni-yeni müsibətlər, çətinliklər yaradırdılar. Nəhayət iş müharibə ilə nəticələndi. Müsəlmanlarla ərəb bütpərəstləri və yəhudilər arasında çoxlu müharibələr baş verdi ki, onların əksəriyyətində islam ordusu qələbə çaldı. Bu müharibələrin sayı 80-a çatır. Bədr, Ühüd, Xəndək, Xeybər və s. böyük müharibələrin hamısında Peyğəmbər (s) şəxsən iştirak edirdi. Böyük müharibələrin hamısında, eləcə də kiçik müharibələrin əksəriyyətində qələbə Əli (ə)-ın əli ilə baş verirdi. O həzrət müharibələrin heç birində bir addım olsun belə geri çəkilmirdi. Hicrətdən sonrakı on il ərzində baş verən bütün müharibələrdə müsəlmanlardan 200 nəfərdən az, kafirlərdən isə 1000 nəfərə qədər öldürüldü. O həzrətin fəaliyyətləri, həmçinin mühacir və ənsarın göstərdiyi on illik səylər nəticəsində islam dini Ərəbistan yarmadasının hər yerini bürüdü. İran, Roma, Misir, Həbəşistan və s. ölkə başçılarının islama dəvət olunması üçün məktublar yazılırdı.
    O həzrət fəqirlər kimi yaşayır, maddi cəhətdən aşağı sinfə mənsub olması ilə fəxr edir(Peyğəmbər (s) məşhur bir rəvayətdə buyurur: "Fəqirlik mənim iftixarımdır.” (Bu fəslin mətləbləri barədə əlavə məlumat almaq üçün "Sireyi İbni Hişam”, "Sireyi Hələbi”, "Biharul-ənvar” (6-cı cild) və s. mötəbər kitablara müraciət edə bilərsiniz) və öz vaxtını bir an olsun belə, boş və əbəs işlərə sərf etmirdi. O həzrət vaxtını üç yerə bölmüşdü: bir hissəsində Allahla raz-niyaz edir, ibadətlə məşğul olur, Allahı yad edirdi; bir hissəsini ailəsinə və əhl-əyalına sərf edir, mənzil üçün lazım olan avadanlıqları təmin edirdi; digər bir hissəsini isə camaat üçün ayırmışdı ki, bu vaxtda dini təlimlərin və maarifin yayılması, islam cəmiyyətinin idarə olunması, mövcud çatışmazlıqları, əxlaqi və qanun pozuntularını aradan qaldırmaq, müsəlmanların ehtiyaclarını təmin etmək, daxili və xarici rabitələri möhkəmləndirmək və s. işlərlə məşğul olurdu. O həzrət Mədinədə on il qaldıqdan sonra yəhudi qadının yeməyinə qatdığı zəhər nəticəsində ağır xəstəliyə düçar oldu və bir neçə gün əziyyət çəkdikdən sonra vəfat etdi. Rəvayətdə qeyd olunduğu kimi, o həzrətin dilindən eşidilən son söz qullar və qadınlar barəsində söylədiyi tövsiyələr olmuşdur.
    PEYĞƏMBƏRİ-ƏKRƏM (S) VƏ QURANİ-KƏRİM
    Sair peyğəmbərlərin dövründə olduğu kimi, həzrət Məhəmmədin (s) dövründə də xalq ondan möcüzə istəyirdilər. O həzrət də möcüzənin (əvvəlki) peyğəmbərlərdə olmasını təkid edirdi. Qurani-Kərim bu mətləbi açıq-aşkar şəkildə bəyan etmişdir.
    O həzrətin barəsində çoxlu möcüzələr qeyd olunmuşdur ki, onların bəziləri qəti və etimad olunasıdır; lakin o həzrətin hazırkı vaxta qədər qalan əbədi möcüzəsi onun asimani kitabı olan Qurani-Kərimdir. Qurani-Kərim asimani bir kitabdır və onun altı mindən artıq ayəsi vardır. O, 114 böyük və kiçik surədən təşkil olunub. Qurani-Kərimin ayələri Peyğəmbərin (s) 23 ildən ibarət olan besət və təbliği dövründə tədrici olaraq nazil olmuşdur. Bir ayədən tutmuş tam bir surəyə qədər hamısı o həzrətin müxtəlif hallarında - gecə və gündüz, səfərdə və qeyri-səfərdə, müharibə və sülh şəraitində, ağır günlərdə və asudə vaxtlarında ona vəhy olunmuşdur.
    Qurani-Kərim bir çox ayələrdə öz aşkar bəyanı ilə özünü möcüzə kimi təqdim edir və tarixin verdiyi şəhadətə əsasən, dövri fəsahət və bəlağətin ən yüksək mərhələsində olan ərəbləri, eləcə də gözəl və səlis danışıqla söz ustadlığının önündə gedən alim və xətibləri mübarizəyə dəvət edərək buyururdu: Əgər Qurani-Kərimin bəşər sözü olduğunu, yaxud Peyğəmbərin onu kimdənsə öyrəndiyini güman edirsinizsə onun oxşarını(Belə ki, buyurulur: "Əgər düz deyirsinizsə, Quranın oxşarı olan bir söz gətirin!” "Tur” surəsi, ayə-34. ), yaxud on surə("Hud” surəsi, ayə-13 ), yaxud heç olmasa Quran surəsi kimi bir surə gətirin("Yoxsa deyirlər ki, (bu Quran) Allaha bağladığı bir yalandır?! De: Əgər belədirsə, onda Quran kimi bir surə gətirin.” "Yunis” surəsi, ayə-38 )və bu yolda mümkün olan hər bir vasitədən istifadə edin. Ərəblərin məşhur söz ustadlarından Quranla mübariztələblik qarşısında eşidilən söz "Quran sehrdir və onun oxşarını gətirmək bizim qüdrətimizdən kənardır” olmuşdur.(Ərəb söz ustalarından biri olan Vəlidin dilindən belə deyilir: "(Vəlid çox fikirləşdikdən sonra haqqa arxa çevirdi və inadkarlıq edərək) dedi: "Bu Quran (çox cazibəli) sehrdən başqa bir şey deyildir, bu Quran bəşər sözündən başqa bir şey deyildir.” "Müddəssir” surəsi, ayə 24-25. )
    Qurani-Kərim təkcə fəsahət və bəlağət yolu ilə mübarizə etmirdi, bəzən məna baxımından da mübarizə tələbini irəli sürür, cinlərin və insanların hamısının fikri qüvvəsi ilə mübarizə tələb edirdi. Çünki bəşər həyatının bütün proqramlarını əhatə edən bir kitab barəsində diqqətlə araşdırma aparsaq, aydın olar ki, o, insaniyyətin saysız-hesabsız etiqad, əxlaq və əməllərini geniş bir səviyyədə əhatə etmiş, onun bütün incəliklərinə və mətləblərinə nəzər yetirmişdir; bunları haqq qərar vermiş, haqq din adlandırmışdır. (İslam dinindəki mövcud olan qayda-qanunların mənşəyi xalqın əksəriyyətinin istəyi və meylləri, yaxud zorakı bir şəxsin ürəyinin istəyi deyil, həqiqi islahat və haqdan ibarətdir).
    Bu geniş proqramların əsasını yeganə Allaha imandan ibarət olan haqq kəlməsi kimi yenilməz bir kəlmə təşkil edir və bütün prinsip və maariflər tövhiddən nəticə kimi alınır; daha sonra insani əxlaqın ən bəyənilən maarif prinsiplərindən nəticə kimi alınaraq proqramlarının tərkib hissəsi qərar verilir.
    Daha sonra sonsuz insani əməllər, eləcə də bəşərin ictimai və fərdi əməlləri cüzi və külli şəkildə araşdırılmış, onların yeganəpərəstlikdən qaynaqlanan vəzifələri tənzim edilmişdir.
    İslam dinində üsulidin və füruidin arasında qarşılıqlı əlaqə elə bir şəkildədir ki, hər hansı bir bölmədə olan əməli hökm diqqətlə araşdırılsa yeganə tövhid kəlməsinə qayıdır və tövhid kəlməsi də qayda-qanun və hökmlərlə birgə yoğrulmuş halda olur.
    Əlbəttə, yekun tənzimdən əlavə, belə bir geniş miqyaslı ayin, özünün bu qədər vəhdət və sıx əlaqəsi ilə, hətta onun ibtidai siyahısının tənzim olunması belə, nəinki qısa müddət ərzində minlərlə çətinlik və giriftarçılıq arasında çalışan, öz canını, malını daxili və xarici düşmənlərin törətdikləri maniələr və qanlı müharibələr yolunda qoyan bir insanın, hətta dünya hüquqşünaslarından olan adi bir şəxsin qüvvəsindən belə, xaricdədir.
    Bunu da nəzərə almalıyıq ki, Peyğəmbəri-Əkrəm (s) heç bir müəllim görməmişdi, yazıb-oxumağı öyrənməmişdi və öz dəvə-tindən əvvəl həyatının üçdə ikisini(Belə ki, Peyğəmbəri-Əkrəm (s)-in öz dilindən buyurulur: "Mən nübuvvətimdən və Quranın nazil olmasından öncə, bir ömür sizin aranızda yaşamışam, əqlinizi işə salmırsınızmı?!” Yenə buyurulur: "Sən, Quranın nazil olmasından əvvəl heç bir yazını oxuya bilmirdin, öz əlin ilə də yaza bilmirdin.” "Ənkəbut” surəsi, ayə-48 Həmçinin buyurulur: "Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizdə (Quranda) şəkk-şübhədə olsanız, onda (yazıb-oxumamaq, heç bir müəllim görməmək kimi) vücud şəraitlərində Məhəmməd kimi olan bir şəxsdən bir surə gətirin ki, Quranın Allah kəlamı olmamasını isbat edə biləsiniz.” "Bəqərə” surəsi, ayə- 23. ) heç bir mədəniyyət görməyən, ot-ələfi, münasib iqlim şəraiti olmayan, ən ağır şəraitdə iqtisadi şəraitdə yaşayan və hər gün istismarçı dövlətlərdən birinin işğalı altında olan bir qövm arasında keçirmişdi.
    Bunlardan əlavə, Qurani-Kərim başqa bir yolla da öz müxaliflərini mübarizəyə çağırır; o da bundan ibarətdir ki, bu kitab bir-biri ilə fərqlənən tam müxtəlif şəraitlərdən, o cümlədən çətinlik-asudəçilik, müharibə-sülh, qüdrət-zəiflik və s. şəraitlərdən ibarət olan 23 il ərzində tədricən nazil olmuşdur. Əgər Allah tərəfindən nazil olan deyil, bəşərin düzəltdiyi bir kitab olsaydı, onda tədrici təkamülün tələb etdiyinə görə çoxlu təzad və ziddiyyətlər yaranar, axırı əvvəlindən daha möhkəm və mütərəqqi olardı. Halbuki, bu kitabın Məkki ayələri Mədəni ayələri ilə eyni səviyyədədir; axırı əvvəlindən fərqlənmir, elə bir kitabdır ki, onun cüzləri və hissələri bir birinə oxşayır, onun heyrətə salan bəyan qüdrəti də hər yerində eyni bir səviyyədədir.(Belə ki, buyurulur: "Quranda dərindən düşünüb tədəbbür etmirlərmi?! Əgər o, Allahdan başqasının tərəfindən olsaydı, onda çoxlu ixtilaf tapardınız.” "Nisa” surəsi, ayə-82. )
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 645 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024