İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:19 AM
    3. MƏADŞÜNASLIQ
    İNSAN, RUH VƏ BƏDƏNDƏN TƏŞKİL OLUNMUŞDUR
    İslam maarifi ilə müəyyən qədər tanış olanlara məlum olduğu kimi, kitab və sünnə içərisində ruh və cism, yaxud nəfs və bədən barəsində çoxlu söhbətlər edilmişdir. Belə ki, hiss orqanları vasitəsilə dərk olunan cism və bədənin təsəvvür olunması nisbətən az, ruh və nəfsin təsəvvür olunması isə çox mürəkkəb və müəmmalıdır.
    Şiə-sünnü mütəkəllim və filosofları arasında olan tədqiqatçılar ruhun həqiqət və mahiyyəti barəsində müxtəlif nəzəriyyələr söyləmişlər. Lakin müəyyən qədər də olsa, məlumdur ki, islam nəzərindən ruh və bədən bir-birinə müxalif olan iki gerçəklikdən ibarətdir. Bədən ölüm vasitəsilə həyat xüsusiyyətlərini itirir və tədricən çürüyüb aradan gedir, lakin ruh nəinki belə deyildir, üstəlik həyat əsalətən və ilk növbədə ruha məxsusdur. Ruh bədənlə əlaqəli olmayınca bədən də ondan həyat kəsb edə bilmir; ruh bədəndən ayrılıb onunla əlaqəsini kəsdikdə (öldükdə) bədən öz fəaliyyətini dayandırır, amma ruh öz həyatını əvvəldə olduğu kimi davam etdirir.
    Quran ayələrində və Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytindən olan imamların kəlamlarına diqqət yetirdikdə məlum olur ki, insanın ruhu qeyri-adi bir varlıqdır; bədənlə bir növ ittihad və və yeganəliyə malikdir. Allah-taala Öz kəlamında buyurur:
    "Həqiqətən Biz insanı palçıqdan alınmış olan xülasədən yaratdıq, sonra onu aram bir məkanda nütfə qərar verdik, sonra onu laxta qan şəklinə saldıq, laxta qanı çeynənmiş ətə çevirdik, çeynənmiş əti sümüyə döndərdik, sümükləri ətlə örtdük, bundan sonra onu misli görünməmiş başqa bir varlığa döndərdik.”(Muminun 12-13. )
    Ayənin bəyan tərzindən aydın olur ki, onun əvvəli insanın maddi və tədrici yaradılışını bəyan edir, sonda isə ruhun, yaxud iradə və şüurun yaranması vurğulanaraq əvvəlki yaranışla tamamilə fərqli olan tam başqa bir yaradılışı bəyan edir.
    Başqa bir yerdə məadı inkar edənlərin "insan öldükdən, çürüyüb torpağa qarışdıqdan, bədəni itib batdıqdan sonra yerin tərkibində necə bir yaradılış tapacaqdır?” - deyə verdikləri sualın cavabında buyurur:
    "De: Ölüm mələyi sizi bədənlərinizdən alacaq, ondan sonra öz Allahınıza tərəf qayıdacaqsınız.”(Səcdə” surəsi, ayə-11.) Yəni, öldükdən sonra çürüyən, torpağın içinə qarışan məhz sizin bədənlərinizdir, lakin sizin özünüz (ruhlarınız) ölüm mələyinin əli ilə bədənlərinizdən alınaraq Allah yanında qorunub saxlanır.
    Bu kimi ayələrdən əlavə, Qurani-Kərim ətraflı və hərtərəfli bir bəyanla mütləq ruhu qeyri-maddi bir şəkildə bəyan edərək buyurur:
    "Səndən ruhun həqiqəti barəsində soruşurlar: De: Ruh mənim Allahımın əmri qəbilindən olandır.” ("İsra” surəsi, ayə- 85. )
    Başqa bir yerdə isə Öz əmrini təqdim edərək buyurur:
    "Allahın əmri (budur ki,) bir şeyi istədiyi (iradə etdiyi) zaman ona "ol!” dedikdə heç bir fasilə olmadan vücuda gəlir və hər bir şeyin mələkutu da elə budur.” ("Yasin” surəsi, ayə- 83. )
    Bu ayələr göstərir ki, əşyaların yaranışında Allahın fərmanı tədrici deyil, zaman və məkanın əhatəsindən xaricdədir. Deməli, Allahın fərmanından başqa bir həqiqəti olmayan ruh da maddi deyildir, onun vücudunda tədricilik, eləcə də zaman və məkandan asılı olan maddi xüsusiyyətlər yoxdur.
    BAŞQALARININ NƏZƏRİNDƏN RUHUN HƏQİQƏTİ
    Əqli tədqiqatlar da Qurani-Kərimin ruh barəsindəki nəzəriyyəsini təsdiq edir. Bizim hər birimiz öz həqiqətimizi dərk edərək onu "mən” təbiri ilə ifadə edirik. Bu idrak insanda həmişə mövcuddur. Hətta bəzən insan özünün başını, əlini, ayağını və sair üzvlərini, hətta bütün bədən üzvlərini unudur, lakin "mən”, yaxud "öz”lüyün mövcud olduğu vaxta qədər "mən”in özü onu dərrakəsindən xaricə çıxmır və müşahidə olunduğu kimi bunda bölgü və hissələrə bölünmək də təsəvvürə sığmır. İnsan bədəni həmişə dəyişikliyə məruz qaldığına, özü üçün müxtəlif məkanlar seçdiyinə və müxtəlif zamanlar keçirdiyinə baxmayaraq, "mən” adlı həqiqət həmişə sabitdir və onun həqiqəti heç vaxt dəyişilmir. Deməli, bu anlam maddi olsaydı bölgü, zaman və məkan şəraitini, eləcə də dəyişilmə kimi maddi xüsusiyətləri qəbul edərdi.
    Amma bədən bu kimi xüsusiyyətlərin hamısını qəbul edir və ruhla əlaqəli olduğuna görə bu xüsusiyyətlər ruha da aid edilir. Lakin azacıq diqqət yetirməklə aydın olur ki, "o vaxt” və "bu vaxt”, "bura” və "ora”, "bu şəkil” və "o şəkil”, "bu tərəf” və "o tərəf” və s. hamısı bədənin xüsusiyyətləridir və ruh bu kimi xasiyyətlərdən uzaqdır və bu nisbi dəyişikliklər yalnız bədən vasitəsilə ruha aid edilir.
    Bu bəyanın oxşarını ruhun xüsusiyyətlərində olan elm, şüur və idrak və s. xüsusiyyətlər barədə də demək olar. Aydındır ki, əgər elm maddi xüsusiyyətə malik olsaydı maddəyə tabe olaraq bölünər, zaman və məkanı qəbul edərdi.
    Əlbəttə, bu əqli bəhsin miqyası çox genişdir və bunun ardınca çoxlu suallar yaranır ki, bu kitabın həcminə uyğun deyildir. Onun barəsində yuxarıda qeyd olunanlar sadəcə işarə xarakteri daşıyırdı; əlavə məlumat almaq üçün islami fəlsəfə kitablarına müraciət etmək lazımdır.
    İSLAM NƏZƏRİNDƏN ÖLÜM
    Səthi bir baxışla ölüm insanın məhv olduğunu xatırladır və həyatın yalnız doğulduğu vaxtla öldüyü vaxt arasında yerləşən qısa bir zaman məhdudəsini əhatə etdiyini çatdırır. İslam isə ölümü insanın həyatın bir mərhələsindən digər bir mərhələsinə nəql olunması kimi təfsir edir. İslam nəzərində insanın əbədi bir həyatı vardır ki, onun üçün heç bir son təsəvvür olunmur, ruhun bədəndən ayrılmasından ibarət olan ölüm onu həyatın digər bir mərhələsinə daxil edir ki, orada xoşbəxt və ya bədbəxt olması ölümdən qabaqkı həyat mərhələsində yaxşı və ya pis əməl sahibi olmasından asılıdır.
    Peyğəmbəri-Əkrəm (s) buyurur: "Ölməklə məhv olduğunuzu heç vaxt güman etməyin, əksinə bir evdən başqa bir evə nəql olunursunuz.”("Biharul-ənvar”, 3-cü cild, səh-161. (Şeyx Səduqun "Etiqadat” kitabından.) )
    BƏRZƏX
    Quran və sünnədən məlum olur ki, insan ölüm ilə ümumi Qiyamət arasında məhdud və müvəqqəti bir həyata da malikdir; bu, dünya həyatı ilə axirət həyatı arasında vasitə və bərzəx hesab olunur. İnsan öldükdən sonra malik olduğu etiqadlar, bu dünyada gördüyü yaxşı və ya pis əməllər xüsusi şəkildə araşdırılır, qısa şəkildə mühasibə aparıldıqdan sonra alınan nəticəyə əsasən şirin və yaxud acı bir həyata məhkum edilir; bu həyat da ümumi Qiyamət gününə qədər davam edir. İnsanın bərzəx aləmindəki həyatı eynilə müəyyən əməllərin araşdırılması üçün məhkəmə orqanına çağırılan, istintaq aparılıb müəyyən suallar soruşulan və sənədləri tənzim olunan şəxslərin vəziyyətinə oxşayır. Bundan sonra o, məhkəmənin vaxtı gəlib çatana qədər müvəqqəti olaraq zindanda saxlanılır. İnsanın bərzəxdəki ruhu dünyada yaşadığı surətdə olur; yaxşı əməl sahibləri xoşbəxtlik və nemət içərisində Allah dərgahına yaxın olan pak insanların qonşuluğunda ilahi nemətlərdən bəhrələnir, pis əməl sahibləri isə bədbəxtliyə, əzaba düçar olur, şeytanlar və zəlalət başçıları ilə yoldaş olur. Allah-taala xoşbəxtlik və səadət əhlinin vəziyyətini belə bəyan edir:
    "Allah yolunda öldürülən şəxslərin əsla ölü olduğunu güman etmə! Onlar öz Rəbblərinin yanında (qürb məqamında) ruzilərdən bəhrələnirlər, Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeylər səbəbi ilə şadlıq və sevinc içərisindədir, onların ardınca gələn və hələ onlara qovuşmayan möminlərə müjdə verib deyirlər ki, onlar üçün heç bir qəm-qüssə və qorxu yoxdur. Həm də onlara Allahın (vəsfə sığmayan) fəzl və mərhəmətini müjdələyib deyirlər ki, Allah möminlərin əcr və savabını heç vaxt zay etmir.”("Ali-İmran” surəsi, ayə-169.)
    Dünya həyatında mal-dövlətlərindən və sərvətlərindən qanuni yolla istifadə etməyən başqa qrupu isə belə vəsf edir:
    "Nəhayət, onlardan birinin ölümü çatar və deyər: Pərvərdigara! Məni (dünyaya) qaytarın, bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görəm. Xeyr, əsla! Bu onun dediyi bir sözdür (onun sözlərinə əhəmiyyət verilməz), onların qarşısında Qiyamət gününə qədər davam edən bərzəx vardır.”("Muminun” surəsi, ayə-99-100.)
    QİYAMƏT GÜNÜ
    Asimani kitablar içərisində Quran Qiyamət barəsində müfəssəl şəkildə danışan yeganə kitabdır. Tövrat bu gün barəsində əsla söhbət açmamış, İncil isə cüzi işarədən başqa bir şey bəyan etməmişdir. Quranın yüzlərlə ayəsində Qiyamət günü müxtəlif adlarla yad edilmiş, bu gündə dünya və onun əhalisinin malik olduqları tale barəsində bəzən qısa şəkildə, bəzən isə geniş şəkildə izahlar verilmişdir.
    Quran dəfələrlə xatırladır ki, Qiyamət gününə iman Allaha imanla yanaşı olub islamın üçlük təşkil edən etiqadi prinsiplərindən biridir ki, ona malik olmayan şəxs (məadı inkar edən şəxs) islam dinindən xaric olub, əbədi həlakətə düçar olanlar sırasındadır.
    Həqiqət də məhz belədir. Çünki əgər Allah tərəfindən insanların əməl və işlərinin hesabı, cəza və mükafat məsələsi olmasaydı, Allahın fərman, əmr və nəhylər məcmuəsindən ibarət olan dini dəvət heç bir təsirə malik olmazdı; təsir baxımından təbliğ və nübuvvətin olub-olmaması eyni səviyyədə olacaq, hətta onun olmaması olmasından daha üstün sayılacaqdı. Çünki dini qəbul edib, şəriət qayda-qanunlarına tabe olmaq hökmən özü ilə müəyyən mükəlləfiyyətlər gətirir və azadlığın alınmasına səbəb olur. Halbuki, əgər dinə tabe olmağın heç bir nəticəsi olmasaydı, camaat onu heç vaxt qəbul etməz və öz təbii azadlıqlarından əl çəkməzdi.
    Buradan aydın olur ki, Qiyamət gününün xatırladılmasının əhəmiyyəti dini dəvətin öz əhəmiyyətinə bərabərdir.
    Eləcə də aydın olur ki, Qiyamət gününə iman insanın təqvalı olub çirkin və bəyənilməz əxlaqdan, böyük günahlardan çəkinməsinin ən mühüm amilidir. Belə ki, ona imanlı olmamaq və yaxud unutmaq da hər növ günahın mənşəyi sayılır. Allah-taala Öz kitabında belə buyurur:
    "Həqiqətən Allah yolundan çıxaraq azğınlığa düşənlər üçün ağır bir əzab vardır, çünki onlar Qiyamət gününü unutmuşlar.”("Sad” surəsi, ayə-26.)
    Aydın olduğu kimi, bu şərif ayədə Qiyamət gününün unudulması azğınçılıq hesab olunur. İnsan və dünyanın yaradılışında, eləcə də asimani şəriətlərin hədəf və məqsədində dərindən diqqət yetirilməsi ilə belə bir günün (Qiyamət gününün) irəlidə olduğu tamamilə aşkar olur.
    Biz yaradılış aləmində gerçəkləşən işlərə diqqətlə yanaşsaq məlum olar ki, heç bir iş (belə ki, zəruri olaraq müəyyən qədər hərəkətə də şamil olur) sabit bir hədəf olmadan yerinə yetirilmir; heç vaxt bir işin özü müstəqil şəkildə insanın məqsədi və istədiyi şey deyil, əksinə bunların hamısı müəyyən bir hədəfin müqəddiməsidir və məhz ona görə istənilir. Hətta səthi nəzərlə yanaşdıqda məqsədsiz sayılan müəyyən işlərə, o cümlədən təbii işlərə, uşaq oyunlarına və s. diqqətlə nəzər saldıqda onun növünə uyğun olan məqsəd və hədəflərin olduğu aydınlaşır. Belə ki, ümumi halda hərəkət qəbilindən olan təbii işlərdə hərəkət hansı istiqamətə gedirsə, həmin istiqamət onun məqsədi və hədəfidir. Uşaqlara xas olan oyunlarda isə oyunun növünə münasib olan xəyali bir hədəf vardır ki, oyunda istənilən şey həmin xəyali məqsədə çatmaqdan ibarətdir.
    İnsanın və dünyanın yaradılışı Allahın işidir və Allah heç vaxt əbəs və hədəfsiz bir iş görməz. O, yaradılışda sabit bir məqsəd güdmədən və sabit bir hədəfi izləmədən daim yaradıb ruzi verdikdən sonra öldürməsi və yenidən dirildib ruzi verib sonra yenidən öldürməsi, həmçinin bir şeyi düzəldib sonra bir-birinə qarşıdırması və s. işlərdən çox-çox pak və münəzzəhdir.
    Deməli, insan və dünyanın yaradılışı üçün hökmən sabit bir hədəf və məqsəd vardır. Əlbəttə, onun faydası hər şeydən ehtiyacsız olan Allaha deyil, yaranmışlara qayıdır. Deməli, insan və dünya sabit bir yaradılışa, daha kamil vücuda doğru irəliləyir ki, onda heç bir fanilik və puçluq yoxdur. Həmçinin dini tərbiyə baxımından camaatın vəziyyətinə diqqətlə yanaşsaq görərik ki, insanlar bu tərbiyə və ilahi hidayət nəticəsində yaxşı və pis əməl sahibləri olaraq iki qrupa bölünürlər. Bununla belə, bu həyat nəşəsində ayrıseçkilik və imtiyaz yoxdur. Əksinə, əksər hallarda müvəffəqiyyət və inkişaf zalımlara və bəd əməl sahiblərinə nəsib olur, yaxşı əməl sahibləri həmişə giriftarçılıqda, çətin məişətdə, ağır həyat şəraitində yaşayır və cürbəcür məhrumiyyətlərə, zülmlərə düçar olurlar.
    Belə olan halda ilahi ədalət tələb edir ki, başqa bir həyat da mövcud olsun; onda qeyd olunan iki dəstədən hər biri öz əməlinin cəzasını və əvəzini görsünlər; hər biri öz halına münasib olaraq həyat sürsün. Allah-taala Öz kitabında bu iki höccətə işarə edərək buyurur:
    "Biz asimanları, yeri və onların arasında olanları əbəs yerə yaratmamışıq (onları yalnız haqq əsasında hikmət və məsləhətə uyğun xəlq etmişik), lakin camaatın əksəriyyəti agah deyillər.” (Ağıldan uzaq olan bu ehtimal Allaha qarşı kafir olan şəxslərin etdiyi gümandır, vay olsun bu kafirlərin halına! Onlara vədə verilən atəş...! Məgər Biz iman gətirib yaxşı iş görənləri yer üzündə fitnə-fəsad törədənlər kimi qiymətləndirərikmi? Yaxud pəhrizkarları günah əhli kimi qərar verərikmi?)
    Başqa bir ayədə iki höccəti cəm edərək buyurur:
    "Yoxsa cinayət törədib pis iş görənlər güman edirlər ki, Biz onları iman gətirib yaxşı iş görənlər kimi qərar verəcəyik ki, onların ölümləri və həyatları bərabər olsun? Onların etdiyi hökm necə də pis hökmdür! Allah asimanları və yeri haqq olaraq yaratdı (əbəs yerə yaratmadı) ki, hər nəfsə öz əməli ilə kəsb etdiyi şeylər əvəz olaraq verilsin və camaata zülm olunmasın.”
    BAŞQA BİR İZAH
    Bu kitabın ikinci bölməsində Quranın zahiri və batini mənaları izah edilərkən qeyd olundu ki, müqəddəs kitabımızda islami maariflər müxtəlif yollarla bəyan olunmuşdur. Həmin yollar ümumi şəkildə iki qismə - zahir və batinə bölünür.
    Zahir yolu ilə bəyan olunanlar sadə olub, ümumi kütlələrin düşüncə səviyyəsi ilə uyğundur. Amma batin yolu ilə çatdırılan izahlar xüsusi şəxslərə aiddir və mənəvi həyat ruhu ilə dərk olunur.
    Zahir yolundan qaynaqlanan bəyan Allah-taalanı yaradılış dünyasının mütləq rəhbəri və fərman verəni hesab edib buyurur ki, bütün mülk aləmi Ona məxsusdur, Allah-taala saysız-hesabsız mələklər yaratmışdır. Onlar Allahın əmrlərinə itaət edərək fərmanlarını icra edirlər. Allah dünyanın hər bir tərəfinə, hər bir yerinə əmr verir, dünyanın hər bir qisminin yaradılışı və nizam-intizamı mələklərdən olan xüsusi bir qrupa aiddir ki, onlar həmin hissənin vəkilləri sayılırlar. İnsan növü də Allahın yaratdıqlarından və bəndələrindəndir ki, Onun əmr və fərmanlarına qulaq asmalı, Allaha itaət etməlidir. Peyğəmbərlər də ilahi çağırışları, Allahın qanun və şəriətlərini gətirən insanlardır ki, Allah onları insanlara doğru göndərmiş və bu qanunların icra olunmasını tələb etmişdir.
    Allah-taala iman və itaətə savab və mükafat vədəsi, küfr və günaha isə cəza və əzab vədəsi verdiyinə, digər tərəfdən də vədəsinə xilaf çıxmayacağını buyurduğuna və adil olduğuna görə Öz ədalətinin tələbi ilə başqa bir dünyada yaxşı əməl və pis əməl sahiblərinin bu dünyada öz (yaxşı və ya pis) əməllərinə müvafiq yaşamadıqları üçün o dünyada bir-birindən ayırmalı, yaxşılara yaxşı həyat, pis əməl sahiblərinə isə pis və xoşagəlməz həyat əta etməlidir.
    Allah Öz ədalətinin tələbi ilə vədə verdiyinə uyğun olaraq, bu dünyada olan insanları istisnasız şəkildə ölümdən sonra yenidən dirildəcək, onların etiqad və əməllərini incəliklərinə qədər araşdıracaq, onların arasında haqq əsasında mühakimə edəcək və nəticədə hər bir haqq sahibinin haqı özünə qaytarılacaq, hər bir məzlumun haqqı zalımdan alınacaq, hər kəsin əməlinin mükafatı (əvəzi) özünə veriləcək, bəziləri əbədi behiştə, digər bir qrup isə əbədi cəhənnəmə məhkum olunacaqdır.
    Bu, Quranın zahiri bəyanıdır və əlbəttə öz yerində doğru və düzgündür; lakin bu anlayışlar insanın ictimai təfəkkürünün məhsulu olan maddədən tənzim olunmuşdur ki, onun faydası daha ümumi və əməlinin hüdudları daha geniş olsun.
    Həqiqət vadisində az-çox olan, Quranın batini bəyanı ilə müəyyən qədər tanış olan şəxslər bu bəyanlardan adi və sadə camaatın idrakının səviyyəsindən çox-çox yüksəkdə olan müəyyən mətləbləri başa düşürlər. Quran da öz əbədi çağırışlarında bəzən bu bəyanların batini məqsədini çatdıran məsələləri xatırladır.
    Quran öz müxtəlif bəyanları ilə qısa şəkildə buyurur ki, insan da daxil olmaqla, bütün yaradılış aləmi öz təkvini seyri ilə Allaha doğru hərəkət edir; onlar bir zaman öz hərəkətini sona çatdıraraq ilahi əzəmət müqabilində öz müstəqilliklərini tamamilə əldən verəcəklər. İnsan da dünyanın bir varlığıdır, onun təkamülü isə şüur və elm yolu ilədir. O Allah dərgahına doğru çox sürətlə hərəkət edir, öz hərəkətini axıra çatdırdığı bir gün Allahın haqq və yeganə olmasını əyani olaraq müşahidə edəcək və görəcəkdir ki, qüdrət, mülk və hər bir kamal sifəti yalnız Allahın müqəddəs zatına məxsusdur. Məhz bu yolla da əşyalar real varlıqları ilə ona aşkar olunacaqdır.
    Bu, əbədiyyət dünyasının ilk mənzilidir. Əgər insan bu dünyada imanlı olub saleh işlər yerinə yetirməklə Allahla, eləcə də Onun dərgahına yaxın olanlarla rabitə, ülfət və ünsiyyət qurarsa, heç vaxt vəsf edilə bilməyən səadət və xoşbəxtliyə çatar, Allah dərgahında, maddi aləmin fövqündə olan bir aləmin pak şəxsiyyətləri ilə yanaşı olar. Əgər dünya həyatına ürək bağlamaq, onun ötəri ləzzətlərində qərq olmaq nəticəsində maddi aləmin fövqündə olan bir aləmdən əlaqəsini kəssə, pak Allah və Onun dərgahının pak insanları ilə ülfət və ünsiyyət bərqərar etməsə əbədi bədbəxtliyə və əzaba düçar olacaqdır.
    Əlbəttə, insanın yaxşı və pis əməlləri bu dünyada baş verir və burada da aradan gedir; lakin yaxşı və pis əməllərinin surəti insanın batinində həmişə qalır, insan hara getsə o surətlər onunla yanaşıdır və bunlar onun gələcəkdəki acı, yaxud şirin həyatının sərmayəsi olur.
    Yuxarıda qeyd olunan mətləbləri aşağıdakı Quran ayələrindən də anlamaq olar:
    Allah-taala buyurur:
    "Qayıdış mütləq şəkildə Allaha doğrudur.”(Ələq” surəsi, ayə-8.)
    "Agah olun ki, bütün işlər Allaha doğru qayıdır.”("Şura” surəsi, ayə-53)
    "Bu gün əmr birbaşa Allaha məxsusdur.”("İnfitar” surəsi, ayə-19. )
    "Ey aramlıq tapan nəfs (Allahı yad et) öz Rəbbinə tərəf qayıt, halbuki sən razısın, səndən də razı qalıblar. Belə isə Mənim bəndələrimin arasına və behiştimə daxil ol.”("Fəcr” surəsi, ayə-27-30)
    Qiyamət günü bəzi insanlara olunan xitabı bəyan edərək buyurur:
    "Sən müşahidə etdiyin bu işlərdən qafil idin, indi pərdəni sənin gözünün qarşısından götürdük və nəticədə sənin gözün bu gün daha iti görür.”("Qaf” surəsi, ayə-22. )
    Quranın təvili barədə belə buyurulur:
    "Quranı qəbul etməyən şəxslər onun təvilindən başqa bir şey gözləyirlərmi?! Onun təvili müşahidə olunan bir gündə əvvəllər onu unudan şəxslər belə deyəcəklər: Bizim Rəbbimizin peyğəmbərləri haqq olaraq gəlmişlər, görəsən bizim üçün şəfaət edəcək bir şəxs varmı ki, bizə şəfaət etsin, yaxud arxaya (dünyaya) qayıdaq və yerinə yetirdiyimiz əməllərdən başqa əməllər görək?!” Onlar öz nəfslərinə ziyan vurmuşlar və yaxdıqları iftiranı itirmişlər.”("Əraf” surəsi, ayə-53. )
    "Belə bir gündə Allah onların həqiqi mükafatlarını verər və onlar Allahın aşkar bir gerçəklik, pərdəsiz bir varlıq olduğunu görərlər.”("Nur” surəsi, ayə-25. )
    "Ey insan, sən əzab-əziyyətlə öz Rəbbinə tərəf səydəsən. Belə isə Onunla görüşəcəksən.”("İnşiqaq” surəsi, ayə-6. )
    "Hər kəs Allahın görüşünə ümidvar olsa (bilsin ki,) Allahın görüş üçün müqəddər etdiyi vaxt gəlib çatacaqdır.”("Ənkəbut” surəsi, ayə-5. )
    "Hər kəs öz Rəbbinin görüşünə ümidvar olsa gərək saleh əməl (yaxşı və bəyənilən iş) etsin və öz Allahına pərəstişdə heç kəsi şərik qoşmasın.”("Kəhf” surəsi, ayə-110.)
    "Ey xatircəm olmuş nəfs! Sənin Rəbbindən, Rəbbinin də səndən razı olduğun halda öz Rəbbinə doğru qayıt. Mənim bəndələrimin içinə və behiştimə daxil ol.”("Fəcr” surəsi, ayə- 27-30. )
    Başqa bir ayədə buyurulur:
    "Ən böyük müsibət gəlib çatdıqda insan özünün hər növ səylərini xatırlayar, əzab üçün işıqlanan atəş aşkar olar (camaat iki qrupa bölünər). Tüğyan edərək dünyanı özlərinə həyat seçənlərə gəldikdə, həmin atəş onun yeridir. Amma hər kəs öz Rəbbinin məqamından qorxaraq nəfsini həvayi-nəfsdən, xoşagəlməz işlərdən çəkindirsə cənnət onun yeridir.”("Naziat” surəsi, ayə-34-41. )
    Əməllərin cəzasnın necəliyi barədə isə belə buyurulur:
    "Ey kafir olanlar! Üzr və bəhanə gətirməyin. Bu gün (Qiyamət günü) sizə verilən cəzalar yerinə yetirdikləriniz əməllərdir.”("Təhrim” surəsi, ayə-7. )
    YARADILIŞIN DAVAMI VƏ ARDICILLIĞI
    Müşahidə olunan bu yaradılış dünyasının ömrü sonsuz deyil və onun sona çatacağı bir gün vardır. Qurani-Kərim bu məsələni təkid edərək buyurur:
    "Yerləri, göyləri və onların arasında olanları yalnız haqq və müəyyən olunmuş əcəl (adı qeyd olunan müəyyən və məhdud bir müddət) əsasında yaratdıq.”("Əhqaf” surəsi, ayə-3. )
    Belə bir sual yaranır ki, hazırkı aləmin yaradılışından və insan nəslindən qabaq bir aləm də yaradılmış və onda da insan olmuşdurmu? Eləcə də, Quranın xəbər verdiyi kimi bu dünyada və onda olanların vaxtı qurtardıqdan sonra başqa bir dünya meydana gələcəkdirmi və yenə də insan yaradılacaqdırmı? Bu kimi sualların cavabını Quranda aşkar şəkilda tapmaq mümkün deyildir. Yalnız bu barədə bəzi işarələr edilmişdir. Lakin Əhli-beyt imamlarından (ə) nəql olunan rəvayətlərdə bu suallara müsbət cavab verilmişdir.("Biharul-ənvar” (Kompani çapı), 14-cü cild, səh-79. )
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024