İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:08 AM
    4. İMAMŞÜNASLIQ
    İMAMIN MƏNASI
    İmam və rəhbər xalqın qarşısına düşərək onlara rəhbərlik edən, hər hansı bir ictimai yolda, siyasi məram və məqsəddə elmi və ya dini məsləkləri öhdəsinə alan şəxsə deyilir. Əlbəttə, öz zəminəsi ilə mövcud rabitəsinə görə bu sahədə daha geniş və ya kiçik məna daşıyacaqdır.
    Müqəddəs islam dini bəşəriyyətin ümumi həyatını nəzərə alaraq hər tərəfli göstərişlər vermişdir. Mənəvi həyat baxımından da bunları araşdırmış, insanlara yol göstərmiş, zahiri və fərdi həyatlar və onun necə idarə olunması, eləcə də ictimai həyat və ona rəhbərlik məsələsinə dair nəzərlər vermişdir.
    Qeyd olunan yönlərə əsasən islam dinində ümmətə rəhbərlik məsələsi üç cəhətdən diqqət mərkəzində saxlanıla bilər: 1-İslami hökumət; 2-İslami hökm və maarifin bəyan olunması; 3-Mənəvi həyata doğru rəhbərlik.
    Şiələrin inancına görə islam cəmiyyətində qeyd olunan üç cəhət zəruri olduğu kimi, həmin cəhətlərin idarə olunmasını və camaata rəhbərliyi öhdəsinə alan şəxsin varlığı da zəruridir və belə bir şəxs Allah və Onun Peyğəmbəri tərəfindən təyin olunmalıdır. Əlbəttə, Peyğəmbəri-Əkrəmin belə bir təyinatı də yalnız Allahın əmri ilə həyata keçir.
    İMAMƏT, PEYĞƏMBƏRİN CANİŞİNLİYİ VƏ İSLAMİ HÖKUMƏT
    İnsan, Allahın ona verdiyi pak fitrətlə heç bir şəkk-şübhə olmadan dərk edir ki, bir ölkə, bir şəhər, bir kənd, bir qəbilə və hətta bir neçə insandan təşkil olunmuş bir evdə belə, mütəşəkkil cəmiyyət olduğu üçün həyat heç vaxt rəhbər və cəmiyyətin idarə işlərini öhdəsinə alan, hakimiyyətlə ayrı-ayrı fərdlərin idarə olunmasına nəzarət edən, cəmiyyətin hər bir üzvünü öz ictimai vəzifəsini yerinə yetirməyə vadar edən bir şəxs olmadan mümkün deyildir. Belə bir şəxs olmadan cəmiyyət öz həyatını davam etdirə bilməz və qısa vaxt ərzində cəmiyyət dağılar, hərc-mərcliyə düçar olar.
    Buna görə də cəmiyyətin rəhbəri olan (istər cəmiyyət böyük olsun, istərsə də kiçik), eləcə də öz vəzifəsini yerinə yetirib cəmiyyətə diqqət yetirən şəxs müvəqqəti və ya həmişəlik olaraq işdən kənara çəkilsə, əlbəttə, öz yerinə bir canişin qoyacaq. O, heç vaxt öz hakimiyyətinin hüdudlarını başsız qoyaraq onun tənəzzülə uğramasına göz yuma bilməz.
    Bir neçə günlük, yaxud bir neçə aylıq səfərə çıxaraq öz əhl-əyalı ilə vidalaşan bir ailə başçısı onlardan hər hansı birini (yaxud başqa bir şəxsi) öz yerinə canişin təyin edir, mənzilin idarə olunması işlərini ona həvalə edir. Öz əlinin altında bir neçə şagirdi, yaxud işçisi olan müəssisə rəisi, məktəb müdiri, yaxud dükan sahibi hətta bir neçə saat olmadıqda belə, onlardan hər hansı birini öz yerinə qoyur ki, başqaları ona müraciət etsinlər.
    İslam dini də ilahi kitabın və Peyğəmbər sünnəsinin aşkar buyurduğuna görə fitrət əsasında qurulmuşdur; o ictimai bir dindir. Bunu həm onunla agah olanlar, həm də yad olanlar onun öz simasında müşahidə edib, Allah və Peyğəmbərin bu dinin ictimai yönlərinə yetirdiyi nəzərləri heç vaxt inkar edə bilməz. Həm də bu, başqa heç bir şeylə müqayisə olunası deyildir.
    Peyğəmbəri-Əkrəm (s) də ictimai məsələləri islamın nüfuz etdiyi yerlərdə heç vaxt tərk etməmiş, müsəlmanların əlinə keçən hər hansı şəhər və ya kəndə elə ilk vaxtlar vali təyin edərək müsəlmanların idarə olunması işini ona həvalə edirdi. Hətta cihad meydanına göndərdiyi ordularda bəzən müəyyən bir vəziyyətin əhəmiyyətini nəzərə alaraq, birdən artıq rəis və ya sərkərdəni ardıcıl olaraq onlara təyin edirdi. Hətta "Mutə” müharibəsində dörd sərkərdə təyin etmiş və buyurmuşdu ki, əgər birincisi öldürülsə ikincisi, ikincisi öldürülsə üçüncüsü, üçüncüsü öldürülsə dördüncüsü bu ardıcıllıqla qoşuna rəhbərlik etsinlər.
    O həzrət canişinlik məsələsinə də tam diqqət yetirmiş və lazım olan hallarda canişin təyin etməyi unutmamışdır. O həzrət hər vaxt Mədinədən çıxsaydı öz yerinə bir vali təyin edərdi. Məkkədən Mədinəyə hicrət etdiyi və ondan hələ heç bir xəbər olmadığı vaxt özünün bir neçə günlük işlərini idarə etmək, ona tapşırılan əmanətləri sahiblərinə qaytarmaq üçün Əli (ə)-ı öz canişini seçirdi. Həmçinin vəfatından sonra da öz borclarını qaytarmaq və şəxsi işlərini yerinə yetirməyi bir canişin kimi Əli (ə)-a həvalə edirdi.
    Şiələr deyirlər: Məhz buna görə də Peyğəmbərin (s), vəfat etdiyi zaman bir kəsi özünə canişin təyin etməməsi, müsəlmanların işlərinin idarə olunmasına bir rəhbər və islam cəmiyyətinin idarə olunmasına bir şəxsi müəyyənləşdirməməsi heç vaxt təsəvvür oluna bilməz. Amma cəmiyyətin yaranmasında hökmən bir sıra müştərək qayda-qanunların olması, cəmiyyətin əksəriyyətinin əməldə qəbul etdikləri müştərək qayda-qanunlara tabe olması, cəmiyyətin qalıb davam etməsi və onların icra olunmasının ədalətli bir hökumətə tam bağlı olması məsələsinə gəldikdə isə, heç vaxt insan fitrəti bu məsələlərin əhəmiyyət və dəyərində şəkk etməməlidir; bu iş heç bir şəxsə gizli deyildir. Halbuki nə islam şəriətinin diqqət və genişliyində şəkk etmək olar, nə də Peyğəmbərin (s) bu məsələyə verdiyi əhəmiyyət və dəyər barəsində. Həmçinin Peyğəmbəri-Əkrəmin (s) bu yolda göstərdiyi fədakarlıqları, yorulmaz səyləri unutmaq, qüdrətli tədbir və düzgün nəzəri, kamil əqli və dərin fikri barəsində münaqişə etmək olmaz (vəhy və nübuvvətin təsdiqindən əlavə).
    Peyğəmbəri-Əkrəm (s) sünnü və şiələrin öz hədis kitablarında ("fitən” və başqa bölmələrdə) nəql etdikləri mütəvatir hədislərə əsasən öz vəfatından qabaq islam cəmiyyətinin düçar olacağı fitnə və çətinlikləri, islamın daxilinə nüfuz edəcək fəsadları, o cümlədən Mərvan övladları və sairlərin hökuməti ələ keçirib müqəddəs dinin napaklıqlara, zülmkarlıqlara çevirəcəyindən aşkar şəkildə xəbər vermişdi. O həzrət öz vəfatından minlərlə il sonra baş verəcək çətinliklərdən qafil olmayıb bu barədə xəbər verdiyi halda necə mümkün olar ki, vəfatından sonra yaranacaq ilk və ən mühüm vəzifələrə göz yumsun?! Yaxud bu məsələyə səhlənkar yanaşaraq (bir tərəfdən) belə bir sadə, (digər tərəfdən isə) belə bir mühüm işə əhəmiyyət verməsin?! Yemək, içmək, yatmaq və s. kimi ən adi və ən təbii işlər barəsində yüzlərlə göstəriş verdiyi halda necə mümkün ola bilər ki, belə bir mühüm və dəyərli məsələ barəsində ümumiyyətlə sükut edərək öz yerinə heç kəsi təyin etməmiş olsun?!
    Əgər qeyri-mümkün bir fərziyyəyə əsasən islam şəriətində cəmiyyətə rəhbər təyin edilməsi müsəlmanların özlərinə həvalə edilmiş olsaydı, onda yenə də Peyğəmbəri-Əkrəm (s) özünün şəfa bəxş edən bəyanları ilə bu barədə bir söz deməli, kifayət qədər göstəriş verməli idi ki, camaat əsas etibarı ilə islam cəmiyyətinin qalıb inkişaf etməsinə, dini şüarların canlı qalmasına səbəb olan bir məsələdə diqqətli olsunlar. Halbuki Peyğəmbərin (s) belə bir bəyanı və dinin göstərişi barədə heç bir xəbər yoxdur və əgər olsaydı belə, Peyğəmbərin (s) vəfatından sonra idarə işlərini öz əllərinə alanlar onunla müxalifət etməzdilər. Birinci xəlifə xilafəti ikinciyə vəsiyyət əsasında verdi, həmçinin dördüncü xəlifə öz övladına vəsiyyət etdi, ikinci xəlifə üzvlərini özü seçdiyi və məramnaməsini özü yazaraq tənzim etdiyi altı nəfərlik şura əsasında üçüncü xəlifəni hakimiyyətə gətirdi. Müaviyə imam Həsən (ə)-ı zorla sülhə vadar etdi və bu yolla da xilafəti ələ keçirdi, sonra da xilafəti irsi bir səltənətə çevirdi; tədricən cihad, əmr be məruf və nəhy əz münkər, ilahi cəza qanunlarının bərqərar edilməsi və sair dini şüarlar biri digərindən sonra cəmiyyətdən götürüldü və islam şəriət sahibinin göstərdiyi bu qədər səylər qüvvədən düşdü.(İmamət, Peyğəmbərin (s) canişini və islam hökuməti ilə əlaqədar məsələlər barəsində əlavə məlumat almaq üçün aşağıdakı mötəbər mənbələrə müraciət edə bilərsiniz: "Tarixi Yəqubi”, 2-ci cild, səh-26-61; "Sireyi İbni Hişam”, 2-ci cild, səh-223-271; "Tarixi Əbil-fida”, 1-ci cild, səh-126; "Ğayətul-məram”, səh-664; "Müsnədi əhməd ibni Hənbəl” və sair kitablar)
    Şiələr bəşəriyyətin fitri idrakında və insanın əql əsasında olan ardıcıl davranışında dərin tədqiqat aparmaq və fitrəti dirçəldən islam dininin əsas nəzəriyyəsində, Peyğəmbəri-Əkrəm (s)-in ictimai davranışında təfəkkür etməklə, habelə onun vəfatından sonra baş verən acınacaqlı hadisələri, islam və müsəlmanların qarşılaşdıqları acınacaqlı hadisələri və hicrətin ilk illərində islam hakimlərinin səhlənkarlıqlarını araşdırdıqda bu nəticəyə gəlmişdir ki, Peyğəmbərdən (s) onun canişini və imamın təyin olunması barədə kifayət qədər və aşkar bəyanlar gəlmiş, qəti və mütəvatir ayələr və hədislər, o cümlədən "Vilayət” ayəsi və "Qədir-xum”(Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-ın vilayət və rəhbərliyini isbat etmək üçün çoxlu Quran ayələrinə istinad edilmişdir. O cümlədən aşağıdakı ayələri qeyd etmək olar: "Sizin vəli (rəhbər) və ixtiyar sahibiniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verən möminlərdir.” ("Maidə” surəsi, ayə- 55.) Sünnü və şiə müfəssirlərinin müttəfiq rəylərinə əsasən, bu ayə Əliyyibni Əbitalib (ə)-ın şənində nazil olmuşdur. Sünnü və şiələrdən nəql olunan çoxlu rəvayətlər də bu mətləbi təsdiq edir. Əbuzər Ğifari deyir: Bir gün zöhr namazını Peyğəmbərlə birlikdə qıldıq. Bir sail (dilənçi) gəlib camaatdan kömək istədi, amma bir kəs ona kömək etmədi. O, əllərini göyə qaldırıb belə dedi: "Pərvərdigara, Sən Özün şahid ol ki, Peyğəmbər məscidində bir kəs mənə kömək etmədi.” Bu zaman Əliyyibni Əbitalib rüku halında idi. Əlini dilənçiyə tərəf uzatdı ki, barmağındakı üzüyü çıxarıb aparsın. O da üzüyü çıxarıb getdi. Bu hadisəni müşahidə edən Peyğəmbər başını göyə qaldırıb ərz etdi: Pərvərdigara, qardaşım Musa Sənə dedi: "İlahi, mənə şərhi-sədr əta et, işlərimi asanlaşdır və səlis danışan bir dil əta et ki, mənim sözlərimi başa düşsünlər, qardaşım Harunu da mənim vəzirim və köməkçim qərar ver.” Ona belə bir vəhy nazil oldu: "Biz sənin qolunu qardaşının vasitəsi ilə qüvvətləndirəcəyik, sizə böyük nüfuz və təsəllüt əta edəcəyik.” Pərvərdigara, mən də Sənin peyğəmbərinəm, mənə də şərhi-sədr (geniş ürək) əta et, işlərimi asanlaşdır, Əlini mənim vəzirim və arxam qərar ver.” Əbuzər deyir: Hələ Peyğəmbərin sözü sona çatmamışdı ki, ayə nazil oldu. ("Zəxairul-üqba” (Təbəri), Qahirə çapı, 1356-cı h.q. səh-16; Bu hədis azacıq fərqlə "Durrul-mənsur” kitabının 2-ci cildində, səh-293-də də nəql olunmuşdur. Bəhrani "Ğayətul-məram” kitabında, səh-103-də bu ayənin şəni-nüzulu barəsində sünnülərdən 24 rəvayət, şiələrdən 19 rəvayət nəql etmişdir. Digər bir ayə- "Bu gün kafirlər İslamın məhv olacağından məyus oldular, belə isə artıq onlardan qorxmayın, amma Məndən qorxun. Bu gün sizin dininizi kamil etdim, Öz nemətimi sizə tamamladım, islamı sizin üçün bir din olaraq seçdim.” ("Maidə” surəsi, ayə-3.) Bu ayənin zahiri mənası budur ki, həmin ayənin nazil olmasından qabaq kafirlər ümidvar idilər ki, bir gün gəlib çatacaq, islam yığışılacaqdır. Lakin Allah müəyyən bir iş görməklə onları həmişəlik olaraq islamı məhv etməkdən məyus etdi. Həmin iş də dinin əsasının möhkəmlənməsinə, kamilləşməsinə səbəb idi. Ona görə də hökmən müəyyən hökmlərin verilməsi kimi cüzi bir işlərdən olmamalı, əksinə islamın əbədiliyinə zəmanət verən mühüm və diqqət yetirilməsi məsələ olmalı idi. Zahirən bu ayə bu surənin axırında nazil olan aşağıdakı ayə ilə heç də əlaqəsiz deyildir: «Ey Peyğəmbər! Sənə göstəriş verdiyimiz məsələni camaata təbliğ et. Əgər təlbiğ etməsən Allahın risalətini yerinə yetirməmisən. Allah səni, sənə gələ biləcək hər bir təhlükədən amanda saxlayacaq.» (Maidə 67). Bu ayə göstərir ki, Allah-taala son dərəcə mühüm və diqqət yetirilməli bir məsələni çatdırır. Belə ki, əgər onu yetirməsə islamın əsası və risalətin əsası təhlükəyə düşəcəkdir. Lakin bu iş o qədər böyük əhəmiyyət kəsb edirdi ki, Peyğəmbər (s) camaatın müxalifətçilik edib maneçilik törətməsindən qorxurdu və münasib bir şərait yaranacağına qədər onu təxirə salırdı. Nəhayət Allah tərəfindən daha təkidli və təcili bir əmr verildi və buyuruldu ki, göstərişin yerinə yetirilməsində heç bir bəhanə gətirilməməli, heç bir kəsdən çəkinilməməlidir. Bu məsələ də ilahi hökmlər və əhkam qəbilindən deyildir. Çünki bir və ya bir neçə qanunun təbliğ olunması o qədər əhəmiyyətə malik deyildir ki, onun təbliğ olunmaması islamı məhv edə bilsin, eləcə də Peyğəmbər (s) həmin qanunlardan qorxsun. Bu kimi mövcud şahidlər qeyd olunan ayələrin Qədir-xumda Əli (ə)-ın barəsində nazil olmasına dəlalət edən hədisləri dəstəkləyir. Sünni və şiə təfsirçilərindən çoxu da bu məsələni təsdiqləmişlər. Əbu Səid Xidri deyir: Peyğəmbər (s) Qədir-Xumda camaatı Əliyə tərəf dəvət etdi və onun biləyindən tutub o qədər qaldırdı ki, qolunun altı göründü. Sonra bu ayə nazil oldu: Sonra Peyğəmbər (s) buyurdu Əllahu Əkbər! Dinin kamil olması, nemətin tamamlanması, Allahın razılığı və Əlinin məndən sonrakı vilayəti! Sonra buyurdu: «Mən hər kəsin mövlası və ixtiyar sahibi və işlərinin öhdədarıyamsa, Əli də onun ixtiyar sahibi və rəhbəridir. Pərvərdigara! Əlinin dostları ilə dost ol, düşmənləri ilə düşmən! Hər kəs Əliyə kömək etsə Sən də ona kömək et, hər kəs onu tərk etsə Sən də onu tərk et.» Bəhrani «Ğayətul-məram» kitabının 336-cı səhifəsində sünnilərdən 6 hədis, şiələrdən isə 15 hədisi bu ayənin şəni-nüzulundan nəql etmişdir. Bir sözlə islamın məhv olunması yolunda heç nəyi əsirgəməyən və hər bir tərəfdən məyus olan islam düşmənləri yalnız bir məsələyə gözlərini dikmişdilər. Onlar fikirləşirdilər ki, islamın qoruğçusu və keşikçisi Peyğəmbər (s) olduğundan, dünyadan getdikdən sonra başsız qalacaq və onun məhv olması labüd olacaqdır. Lakin Qədir-Xumda onların puç düşüncələri batil oldu və Peyğəmbər (s) Əli (ə)-ı islam ümmətinin rəhbəri kimi camaata təyin etdi. Əli (ə)-dan sonra da bu ağır və zəruri bir vəzifə Peyğəmbərin (s) Əli (ə)-ın nəslindən vücuda gələn Əhli-beytin öhdəsində olacaqdır. (Əlavə məlumat üçün «Əl-mizan» təfsirinin 5-ci cild, 177-214-cü və 6-cı cildin 64-cü səhifələrinə müraciət edin). Qədir hədisi. Peyğəmbər (s) həccətul-vidadan qayıdarkən Qədir-Xumda dayandı və müsəlmanları bir yerə topladı və bir xütbə oxuduqdan sonra Əlini müsəlmanların rəhbəri və vilayət məqamına təyin etdi. Bərra deyir: Həccətul-vida səfərində Peyğəmbərin (s) hüzurunda idim. Qədir-Xuma çatdıqdan sonra göstəriş verdi ki, o yeri təmizləsinlər. Sonra Əlinin əlindən tutub onu sağ tərəfində qərar verdi və buyurdu: Mən sizin ixtiyar sahibiniz deyiləmmi?! Dedilər: Bizim ixtiyarmız sizin əlinizdədir. Sonra buyurdu: «Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası olacaqdır. Pərvərdigara, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol.» Sonra Ömər ibni Xəttab Əliyə dedi: Bu məqam sənə mübarək olsun mənim və bütün möminlərin mövlası oldun. (Əl-vilayətu vən-nihayə, 5-ci cild, səh-208 və 7-ci cild, səh-346; Zəxairul-uqba (Təbəri), Qahirə çapı, 1356-cı il, səh-67; Əl-fusulul mühimmə, 2-ci cild, səh-23; Əl-xəsais, Nəsai; Nəcəf çapı, 1369-cu h.q. səh-31. Bəhrani «Ğayətul-məramın» 79-cu səhifəsində bu hədisin oxşarını sünnilərin yolu ilə 89 vasitə ilə və şiələrdən 43 vasitə ilə nəql etmişdir. Səfinə hədisi. İbni Abbas deyir: Peyğəmbər (s) belə buyurdu: «Mənim Əhli-beytimin məsələsi Nuhun gəmisinin məsələsi kimidir. Hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa qərq olar.» Zəxairul-uqba, səh-20; Əs-səvaiqul-muqriqə (İbni Həcər) Qahirə çapı, səh 84 və 150; Tarixul-xüləfa (Cəlaləddin Süyuti) səh-307; Nurul-əbsar (Şəblənci) Misir çapı, səh-114; Bəhraninin Ğayətul-məram kitabı, 237-ci səhifədə həmin hədisi sünnilərdən 11 yolla, şiələrdən 7 yolla nəql etmişdir. Səqəleyn hədisi. Zeyd ibni Ərqəm Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Belə nəzərə gəlir ki, Allah məni Öz dərgahına dəvət etmişdir və Onun dəvətinə cavab verməliyəm. Lakin mən sizin aranızda iki ağır və böyük əmanəti qoyub gedirəm. Allahın kitabı və Əhli-beytim. Ehtiyatlı olun və görün onlarla necə rəftar edəcəksiniz. Bu iki ağır əmanət kövsər hovuzunda mənim yanıma gəlincə bir-birindən ayrılmazlar.» (Əl-bidayəti vən-nihayə, 5-ci cild, səh-209; Zəxairul-uqba, səh-16; Füsulul-mühimmə; səh-22, Xəsais, səh-30; Əs-səvaiqul muqriqə, səh-147; Ğayətul-məram kitabında bu hədis sünnilərdən 39 və şiələrdən 82 yolla nəql edilmişdir.) Səqəleyn hədisi çoxlu sənədlərlə və müxtəlif ifadələrlə rəvayət olunan qəti və danılmaz hədislərdəndir ki, sünni və şiələr onu etiraf edərək bu barədə fikir birliyindədirlər. Bu hədisdən və onun kimi hədislərdən bir neçə mühüm məsələ aydın olur: 1. Quran qiyamətə qədər camaatın arasında qaldığı kimi, Peyğəmbərin (s) Əhli-beyti də qiyamətə qədər qalacaqlar. Yəni hər bir zamanda imam və həqiqi rəhbər mövcud olmalıdır. 2. İslam Peyğəmbəri (s) bu iki böyük əmanətin vasitəsilə müsəlmanların bütün dini və elmi ehtiyaclarını təmin etmiş, Əhli-beytini müsəlmanların elm və müraciət yeri kimi təqdim etmiş və onların sözlərini və əməllərini mötəbər sanmışdı. 3. Quran və Əhli-beyt heç vaxt bir-birindən ayrılmamalıdır və heç bir müsəlmanın Əhli-beytin elmindən üz çevirərək özünü onların hidayətindən yayındırmağa haqqı yoxdur. 4. İnsanlar Əhli-beytə itaət edərək onların sözlərinə sarılsalar, heç vaxt yollarını itirməzlər və həmişə haqq yolda olarlar. 5. Camaatın dini ehtiyaclarının və lazım olan elmlərinin hamısı Əhli-beytin yanında mövcuddur və hər kəs onlara tabe olsa heç zəlalətə və azğınlığa düşməz, həqiqi xoşbəxtliyə və səadətə nail olar. Yəni Əhli-beyt xətadan və səhvdən uzaqdırlar. Məhz həmin şahidlərdən məlum olur ki, Əhli-beyt dedikdə məqsəd Peyğəmbərin (s) bütün qohum-əqrəbaları və övladları deyil, dini elmlər baxımından kamil olan, xəta və səhvdən pak olan müəyyən şəxslərdir ki, rəhbərlik səlahiyyətinə malik olsunlar. Onlar aşağıdakılardan ibarətdir. Əli ibni Əbi Talib (ə) və onun on bir övladı; Onların hər biri imamət məqamını digərindən təhvil almışdır. Rəvayətlərdə də həmin məna təfsir olunmuşdur. Misal üçün: İbni Abbas deyir ki, Peyğəmbərə dedim: Sevilməsi vacib olan qohum-əqrəban hansılardır? Buyurdu: Əli, Fatimə, Həsən və Hüseyn (Yənabiul məvəddət, səh-311). Cabir deyir: Peyğəmbər (s) belə buyurdu: «Allah hər bir peyğəmbərin zürriyyəsini onun öz sülbündə qərar vermişdir, lakin mənim zürriyyəmi Əlinin sülbündə qərar vermişdir.» (Yənabiul məvəddət, səh-318). Haqq hədisi. Ümmi Sələmə deyir: Rəsuli-Əkrəmin belə buyurduğunu eşitdim: «Əli haqq və Quranladır, haqq və Quran da Əli ilə olacaqdır. Onlar kövsər hovuzunda gəlib mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.» (Ğayətul-məramın 539-cü səhifəsində bu məzmunda 14 hədis sünnilərdən, 10 hədis isə şiələrdən nəql olunmuşdur.) Mənzilət hədisi. Səd ibni Vəqqas deyir: Rəsuli-Əkrəm (s) Əliyə buyurdu: Razı olmazmısanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun?! Yalnız bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq?! (Əl-bidayətu vən-nihayə, 7-ci cild, səh-339; Zəxairul-uqba, səh-63; Fusulil-mühimmə, səh-21; Kifayətu Talib, (Gənci Şafei) səh. 148-154; Xəsais, səh. 19-25; Səvaiq, səh-177; Ğayətul-məramın 109-cu səhifəsində sünnilərdən 100 hədis, şiələrdən isə 70 hədis nəql olunmuşdur. Qohum əqrəbanın dəvət olunması hədisi. Peyğəmbər (s) öz qohum-əqrəbalarını yeməyə dəvət etdi, qonaqlar yeyib qurtardıqdan sonra onlara buyurdu: «Mən elə bir şəxs tanımıram ki, mənim sizin üçün gətirdiyimdən daha yaxşı bir şeyi öz qövmü üçün gətirmiş olsun. Allah mənə göstəriş vermişdir ki, sizi Ona tərəf dəvət edim. Kim bu yolda mənə kömək edər və nəticədə mənim sizin aranızda qardaşım, vəsim və xəlifəm olar? Hamı sükut etdi, lakin Əli (ə) hələ yeniyetməlik bir dövründə olduğu zamanda ərz etdi: Mən sənin vəzirin və köməkçin olaram. Sonra Peyğəmbər (s) əlini onun çiyininə qoyub buyurdu: Bu mənim qardaşım, vəsim və xəlifəmdir. Ona itaət edin. Bundan sonra camaat gülə-gülə Əbu Talibə deyirdilər: Məhəmməd sənə əmr edir ki, oğluna itaət edəsən. (Tarixi Əbil Fida, 1-ci cild, səh-116). Bu qəbildən olan hədislər çoxdur. O cümlədən Huzeyfə Peyğəmbərin (s) belə buyurduğunu deyir: «Əgər Əlini mənim xəlifəm və canişinim qərar versəniz – heç də güman etmirəm ki, belə bir işi edəsiniz – onu çox bəsirətli bir rəhbər kimi görəcəksiniz ki, sizi doğru yola vadar edər.» (Hilyətul-övliya, (Əbu Ləim) 1-ci cild, səh-64; Kifayətul Talib, Nəcəf çapı, 1356, səh-67). İbni Mərdəveyh Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Hər kəs həyat və ölümünün mənim kimi olmasını, behiştdə sakin olmasını istəyirsə məndən sonra Əlini sevsin və mənim Əhli-beytimə iqtida etsin; çünki onlar mənim itrətimdir... mənim elm və dərrakəm onlara nəsib olmuşdur. Belə isə vay olsun o kəslərin halına ki, onların fəzilətlərini təkzib edər, mənim şəfaətim belə şəxslərə çatmaz.» (Müntəxəbi Kənzül-ümmal (Əhmədin Müsnəd kitabının haşiyəsində çap olunub), 5-ci cild, səh-94) 
    ) hədisi, "Səfinə” hədisi, "Səqəleyn” hədisi, "Həqq” hədisi, "Mənzilət” hədisi, ən yaxın qohumlarının dəvət olunması hədisi və sairlər bu məsələni tamamilə göstərir; lakin bunlar müəyyən şəxsi məqsədlərə görə başqa mənaya yozulmuş və onların əsil mənaları gizlədilmişdir.
    BU SÖZLƏRİN BİR DAHA QÜVVƏTLƏNDİRİLMƏSİ
    Peyğəmbərin (s) xəstəliyinin son günləri idi. Səhabələrdən bir dəstəsi o həzrətin hüzurunda olduğu zaman buyurdu: "Mənim üçün kağız-qələm gətirin, sizin üçün elə bir şey yazım ki, məndən sonra (ona riayət etməklə) heç vaxt yolunuzu azmayasınız.” Orada olanlardan bəzisi dedi: "Bu kişi sayaqlayır, Allahın kitabı bizim üçün kifayətdir!!” Sonra orada səs-küy qopdu. Peyğəmbər (s) buyurdu: "Ayağa qalxın və mənim yanımdan çıxın! Peyğəmbərin (s) hüzurunda səs-küy qoparmaq olmaz.”("Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh-277; "Nəhcül-bəlağənin şərhi” (İbni Əbil-hədid), 1-ci cild, səh-133; "Əl-kamilu fit-tarix”, 2-ci cild, səh-217; "Tarixur-rusul vəl-muluk”, (Təbəri), 2-ci cild, səh-436. )
    Keçən fəslin mətləblərini nəzərə almaqla, eləcə də bu hadisə zamanı Peyğəmbərin (s) qərarının əməli olaraq həyata keçməsinə mane olanlara diqqət yetirməklə məlum olur ki, elə bu işi törədənlər həmin günün sabahı xilafəti öz əllərinə keçirdilər. Xüsusilə birinci xəlifəni Əli (ə)-ın və onun yaxın adamlarının xəbəri olmadan seçib, onları artıq baş vermiş bir iş qarşısında qərar verdilər. Yuxarıdakı hədisdə Peyğəmbərin (s) həzrət Əlini (ə) özünə canişin təyin etməkdən başqa bir məqsədinin olduğunu güman etmək olarmı?
    Peyğəmbərin (s) ətrafında olanların hay-küy qoparmaqda məqsədləri onun ciddi mənası (yəni xəstəliyinin şiddətindən sayaqlaması) deyil, o həzrətin fikrini əsas məqsəddən yayındırmaq idi. Çünki əvvəla: Peyğəmbər (s) xəstəliyinin bütün dövrlərində hətta bir söz belə, yersiz danışmamış, heç kəs də belə bir şey nəql etməmişdi. Dini meyarlara əsasən də müsəlmanların Allah tərəfindən günahdan amanda olan ilahi bir şəxsiyyətin sayaqlamasını deməyə haqları yoxdur.
    İkincisi, əgər bu sözü deməkdə onun ciddi mənası nəzərdə alınsaydı, "Allahın kitabı bizə kifayətdir” cümləsi üçün heç bir əsas olmazdı və Peyğəmbərin (s) sözünün yersiz olmasını isbat etmək üçün onun xəstəliyinin şiddətlənməsini dəlil gətirmək əsasında olardı; "Quranın varlığı ilə Peyğəmbərin (s) sözünə ehtiyac yoxdur” sözü ilə yox; çünki Allahın kitabının Peyğəmbərə (s) itaət etməyi vacib bilməsi, onun sözlərinin Allah sözü olması və Quranın aşkar buyuruğu "camaatın Allahın və Peyğəmbərin hökmü müqabilində heç bir ixtiyarları yoxdur” kimi məsələlər heç bir səhabəyə gizli deyildi.
    Üçüncüsü, bu hadisə birinci xəlifənin ölüm xəstəliyinə düşdüyü zaman da təkrar olundu və o, xilafəti ikinci xəlifəyə vəsiyyət etdi. Osman xəlifənin əmri ilə vəsiyyətnaməni yazarkən xəlifə huşdan getdi, amma ikinci xəlifə Peyğəmbərin (s) barəsində dediyi sözləri birinci xəlifənin barəsində təkrar etmədi.("Əl-kamil” (İbni Əsir), 2-ci cild, səh-292; "Nəhcül-bəlağənin şərhi” (İbni Əbil-hədid), 1-ci cild, səh-54. )
    Bunlardan əlavə İbni Abbasın nəql etdiyi hədisdə(Nəhcül-bəlağənin şərhi” (İbni Əbil-hədid), 1-ci cild, səh-134. ) ikinci xəlifə bu həqiqəti etiraf edərək deyirmiş: Mən başa düşdüm ki, Peyğəmbər (s) xilafəti yazılı şəkildə Əliyə vermək istəyir, lakin məsləhətə riayət edilməsi üçün bu məclisi qarışdırdım. (O deyir:) xilafət Əliyə məxsus idi.("Tarixi Yəqubi”, 2-ci cild, səh-137.) Lakin əgər o xilafətə çatsaydı camaatı haqqa və düz yola dəvət edəcək və Qüreyş də bu işi qəbul etməyəcəkdi. Buna görə də onu xilafətdən kənarlaşdırdım.
    Dini meyarlara əsasən haqdan çıxan adamlar haqqa vadar edilməlidir, nəinki qanun pozanın xatirinə haqq aradan aparılmalıdır. Birinci xəlifəyə müsəlman qəbilələrindən bir qrupunun zəkat verməkdən imtina etmək xəbəri verildikdə onlara qarşı müharibə əmri verərək dedi: "Əgər Peyğəmbərə verdikləri iqalı (zəkatı) mənə verməsələr mən onlarla müharibə edəcəyəm!”("Əl-bidayətu vən-nihayə”, 6-cı cild, səh-311. )
    Əlbəttə, onun məqsədi bu idi ki, nəyin bahasına olursa-olsun, haqqı öz yerinə qaytarmaq lazımdır. Unutmaq olmaz ki, haqq xilafət məsələsi zəkatı ödəməkdən daha mühüm və daha dəyərli idi.
    İLAHİ MAARİFİN İZAHINDA İMAMƏT
    Peyğəmbərşünaslıq bölmələrində aydın oldu ki, ümumi hidayətin zəruri və sabit qanunlarına uyğun olaraq, yaradılışın hər bir növü təkvin əsasında öz növünə məxsus olan xoşbəxtlik və kamala doğru hidayət olunub.
    Yaradılış aləminin növlərindən biri olan insan da bu ümumi qanundan istisna deyildir; o, həqiqətgörənlik və ictimai təfəkkür yolu ilə öz həyatında xüsusi üslubla hidayət olunmalıdır ki, onun həm dünya, həm də axirət xoşbəxtliyi təmin olunsun. Başqa sözlə desək, bir sıra əməli vəzifələri yerinə yetirməli və etiqadları dərk etməli, öz həyatını onlarla uyğunlaşdırmalıdır ki, özünün insani kamal və xoşbəxtliyini əldə edə bilsin. Deyildiyi kimi, din adlandırılan bu həyat proqramlarının dərk olunması əql yolu ilə deyil, vəhy və nübuvvət adlı başqa bir üsulladır ki, bəşəriyyətin bəzi pak insanları olan peyğəmbərlərdə zahir olur.
    Məhz peyğəmbərlər insani təklif və vəzifələri vəhy vasitəsilə Allah tərəfindən əldə edərək camaata çatdırırlar ki, onların həyatda icra olunması ilə xoşbəxtlikləri təmin olunsun. Aydındır ki, bu dəlillə bəşər fərdləri arasında belə bir idrakın zəruri olması sübut edildiyi kimi, bu proqramların əsasını təhrifdən qoruyub saxlayan və camaata çatdıran bir şəxsin varlığının zərurəti də sübut olunur.
    Allahın mərhəməti ilə müəyyən şəxslərin insani vəzifələri vəhy yolu ilə dərk edərək camaata öyrətmələri, eləcə də bu insani-asimani vəzifələrin həmişəlik olaraq insaniyyət üçün qorunub saxlanılması, lazım olan surətdə camaata öyrədilməsi üçün müəyyən şəxslərin varlığı lazımdır. Yəni cəmiyyətdə həmişə elə şəxslər olmalıdır ki, Allahın dini onların yanında qorunub saxlanılsın və lazım olduqda isə tətbiq edilsin.
    Asimani dinin qorunub saxlanılmasını öhdəsinə alaraq Allah tərəfindən belə bir xüsusi vəzifəyə seçilən şəxs "imam” adlandırılır. Eləcə də vəhyin ruhunu və nübuvvət məqamını daşıyan, dini hökmləri və asimani şəriətləri Allah tərəfindən əxz etmək məqamında olan şəxs də "peyğəmbər” və "nəbi” adlandırılır. Nübuvvət və imamətin həm bir yerdə və bir şəxsdə, həm də ayrı-ayrı olması mümkündür. Yuxarıda qeyd olunan dəlillər peyğəmbərlərin günahsızlığını, günah qarşısında ismət məqamında olduğunu isbat etdiyi kimi, din rəhbərləri və məsum imamların da ismətini isbat edir. Çünki Allah tərəfindən həmişə həqiqi olan, təhrif edilməmiş, camaat arasında təbliğ olunmağa layiq olan bir din olmalıdır və bu məsələ Allah tərəfindən verilən ismət və toxunulmazlıq olmadan mümkün deyildir.
    NƏBİ İLƏ İMAM ARASINDAKI FƏRQ
    Peyğəmbərlərin vasitəsilə asimani şəriətlər və hökmlərin əldə edilməsi barəsində olan dəlil onun həmişə davam etməsini deyil, yalnız vəhyin əslini, yəni asimani hökmlərin əldə edilməsini isbat edir. Amma onun qorunub saxlanması və davam etməsi təbii olaraq həmişə davamlı bir iş olmalıdır. Buradan da aydın olur ki, insanlar arasında peyğəmbərin həmişə mövcud olmasının zərurəti yoxdur, lakin asimani dinləri qoruyub saxlayan imam camaatın arasında həmişə olmalıdır; cəmiyyət heç vaxt imamsız qala bilməz. İstər onu tanısınlar, istərsə də tanımasınlar. Allah-taala Öz kitabında buyurur:
    "Əgər kafirlər Bizim (heç vaxt qanun pozuntusu olmayan) hidayətimizə iman gətirməsələr, Biz elə bir qrupu ona vəkil etmişik ki, heç vaxt ona kafir olmazlar.”("Ənam” surəsi, ayə-89.)
    Qeyd olunduğu kimi imamət və nübuvvət bəzən bir yerdə cəm olur və bir şəxs hər iki məqama - həm peyğəmbərlik məqamına, həm də imamlıq məqamına seçilir və bəzən də bir-birindən ayrılır. Belə ki, peyğəmbərlərin olmadığı hər bir əsrdə haqq olan imam mövcuddur. Aydındır ki, ilahi peyğəmbərlərin sayı məhdud olmuşdur və onlar bütün dövrlərdə yaşamamışlar.
    Allah-taala Öz kitabında peyğəmbərlərdən bəzisinin imamət məqamında olduğunu bəyan edir. Belə ki, İbrahim (ə)-ın barəsində buyurur:
    "O zaman ki, Allah İbrahimi kəlmələrlə imtahan etdi, sonra onları tamamladı və axıra çatdırdıqda Allah buyurdu: "Mən səni camaata imam və rəhbər təyin etdim.” İbrahim dedi: "Mənim övladlarımdan da?!” Buyurdu: "Mənim əhd və fərmanım zalımlara çatmaz.”("Bəqərə” surəsi, ayə-124. )
    Başqa bir ayədə isə buyurulur:
    "Biz onları Bizim əmrimizlə hidayət edən rəhbərlər, imamlar qərar verdik.”("Ənbiya” surəsi, ayə-73.)
    ƏMƏLLƏRİN BATİNİNDƏ İMAMƏT
    İmam insanların zahiri əməlləri ilə əlaqədar rəhbər və yol göstərən olduğu kimi, onların batinində də rəhbərlik məqamına malikdir və o insaniyyət karvanının başında duraraq batin yolu ilə insanları Allaha doğru yüksəldir. Bu həqiqətin aşkar olması üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
    1. Şübhəsiz, həm islamın, həm də sair dinlərin nəzərinə görə insanın həqiqi və əbədi xoşbəxtliyinin, yaxud bədbəxtliyinin səbəbi və amili onun yaxşı və pis əməlləridir ki, asimani din yolları ona təlim verir. İnsan Allahın ona verdiyi fitrət vasitəsilə də bu işlərin yaxşı və ya pis olduğunu dərk edir.
    Allah-taala vəhy və nübuvvət yolu ilə bu əməlləri insanların təfəkkür səviyyəsinə uyğun, həmçinin özümüzün ictimai dilimizlə əmr, nəhy (qadağan), təhsin (tərif) və təqdih (qəbahətli bilmə) yolu ilə bəyan edir; itaət etmək, yaxud itaətsizlik müqabilində yaxşı əməl sahiblərinə və itaət edənlərə bütün insani kamal və istəklərin hamısını əhatə edən şirin və əbədi həyat müjdəsi verir, zalımlar və yaramaz əməl sahibləri üçün hər növ bədbəxtçilik və nakamlıqla yanaşı olan acı əbədi həyatı xəbər vermişdir.
    Şübhəsiz, hər bir cəhətdən təsəvvür səviyyəmizdən çox-çox yüksəkdə dayanan Allah-taala bizim kimi ictimai təfəkkürə malik deyil və ağalıq-nökərlik, sahibkar-fəhlə, əmr, nəhy, muzd və mükafat kimi etibari və şərti işlər bizim ictimai həyatımızdan kənarda mövcud deyildir; ilahi nəzm də Onun yaratdıqlarıdır ki, onda hər bir varlığın yaradılışı həqiqi rabitələr və bağlılıqlar əsasındadır.(Qurani-Kərimdən nümunə olaraq aşağıdakı ayəni qeyd edirik: "Bu aşkar kitaba and olsun! Biz Quranı ərəbcə qərar verdik ki, bəlkə ağlınızı işə salasınız və bu Quran Bizim yanımızda Ümmül-kitabda ali və hikmətlidir.” "Zuxruf” surəsi, ayə-4.)
    Peyğəmbəri-Əkrəmin (s) bəyanlarında qeyd olunduğu kimi din bizim adi düşüncə səviyyəmizdən qat-qat yüksəkdə olan həqiqət və maarifləri əhatə edir. Belə ki, Allah-taala təfəkkür səviyyəmizə uyğun olan bəyan və bizim üçün dərk olunası bir din nazil etmişdir.
    Buradan belə bir nəticə alınır ki, yaxşı və pis əməllərin əbədiyyət dünyasında olan həyat və onun xüsusiyyətləri ilə həqiqi bir rabitəsi vardır ki, gələcək həyatın yaxşı və ya xoşagəlməz olması bu əməllərin nəticəsidir.
    Başqa sözlə desək, yaxşı və pis əməldən hər biri insanın batinində elə gerçəkliklər yaradır ki, onun gələcək həyatı məhz bunlardan asılıdır.
    İnsan başa düşsə də, düşməsə də eynilə tərbiyə olunan uşağa bənzəyir. Belə ki, o müəllimin "bunu et, onu etmə” deyə verdiyi göstərişlərdən başqa bir şey eşitmir, yerinə yetirdiyi işlərin zahirindən başqa bir şey başa düşmür. Lakin böyüdükdən və təlim-tərbiyə dövrünü keçirdikdən sonra öz batinində yaratdığı dəyərli ruhi səciyyələr vasitəsilə cəmiyyətdə xoşbəxt həyata malik olacaqdır; müəllimin xoşməramla verdiyi göstərişlərdən imtina edərsə, bədbəxtliklərdən başqa bir şey əldə etməyəcəkdir.
    Başqa bir misalla, həkimin göstərişləri ilə müəyyən müddət dava-darman içən, daim idmanla məşğul olan bir xəstəyə bənzəyir; onun, bu halda həkimin göstərişlərini icra etməkdən başqa bir işi yoxdur. Lakin bu göstərişlərin nəticəsində onun orqanizmində xüsusi halət və normallıq meydana gəlir ki, bu da onun sağlamlıq və xoşbəxtliyinin səbəbi və mənşəyi olur.
    Bir sözlə, insan bu zahiri həyatın batinində başqa bir batini (mənəvi) həyata da malikdir ki, bu da onun əməllərindən qaynaqlanır, inkişaf edir. Axirət aləmində onun bədbəxtlik və ya xoşbəxtliyinin bu əməllərlə tam əlaqəsi vardır.
    Quran bu əqli bəyanı təsdiq edir və bir çox ayələrdə(Misal üçün bu ayələri qeyd etmək olar: "Bütün nəfslər qiyamətdə şahid və məmurla dirilib gələcəklər. (Və onlara deyiləcək:) Sən bu həyatda qafil idin, Biz qəflət pərdələrini sənin gözündən götürdük, indi sənin gözün daha iti olmuşdur.” ("Qaf” surəsi, ayə-21.) "Hər kəs mömin olan halda yaxşı bir iş görsə, Biz onu pakizə və yaxşı bir həyatla dirildərik.” ("Nəhl” surəsi, ayə-97.) "Allah və Onun Rəsulu sizi, sizi dirildən bir şeyə dəvət etdiyi zaman ona müsbət cavab verin.” ("Ənfal” surəsi, ayə-24.) "Elə bir gün ki, o gündə hər kəs gördüyü yaxşı və pis işi öz yanında hazır görər.” ("Ali-İmran” surəsi, ayə-30.) "Həqiqətən Biz ölüləri dirildəcəyik, onların əməl və əsərlərini qeyd edəcəyik və hər bir şeyi İmami Mübində saymışıq.” ("Yasin” surəsi, ayə-12.) ) yaxşı əməl və iman sahibləri üçün bu həyatdan daha yüksəkdə olan bir həyat, bu ruhdan daha aydın olan bir ruh olduğunu isbat edir və əməllərin batini nəticələrinin daimi olaraq insanla yanaşı olduğunu deyir.
    Peyğəmbər hədislərində də bu məsələyə çoxlu işarələr edilmişdir.("Biharul-ənvar”, 17-ci cild, səh-9; "Vafi” (Feyz), 3-cü hissə, səh-33. )
    2. Bir çox hallarda bizim hər hansı birimiz öz dediyinə əməl etməsə belə, kimi isə yaxşı və ya pis işlərə doğru hidayət edir. Lakin hidayət və rəhbərlikləri Allahın əmri ilə olan peyğəmbərlər və imamlarda belə bir hal heç vaxt müşahidə olunmaz; onlar hidayət etdikləri və rəhbərliyini öhdələrinə aldıqları dinə özləri də əməl edir, camaatı mənəvi həyata doğru sövq etdikləri halda özləri də mənəvi həyata malikdirlər. Çünki Allah Özü bir kəsi hidayət etməsə başqalarının da hidayətini ona həvalə etməz, Allahın xüsusi hidayətində heç vaxt qanun pozuntusuna imkan verilməz. Bu bəyanlardan aşağıdakı nəticələri almaq olar:
    1. Hər bir ümmətin peyğəmbər və imamı mənəvi həyat kamalında ən yüksək məqama malikdirlər; onlar insanları həmin həyata doğru dəvət edir və öz dəvətlərinə lazımi və kifayət qədər əməl edib mənəvi həyata malik olurlar.
    2. Onlar bu yolun ilkin şəxsiyyətləri hesab olunurlar; rəhbər və başçı olduqlarından hamıdan üstün və fəzilətli sayılırlar.
    3. Allahın əmri ilə hər hansı bir ümmətin rəhbərliyini əlinə alan şəxs zahiri əməllər mərhələsində rəhbər və yol göstərən olduğu kimi, mənəvi həyat mərhələsində də rəhbərdir; əməllərin həqiqəti də onun rəhbərliyi ilədir.("Biz onları imam qərar verdik ki, Bizim əmrimiz vasitəsilə camaatı hidayət etsinlər; və yaxşı işlər görməyi onlara vəhy etdik.” "Ənbiya” surəsi, ayə-73. "Biz onların bəzisini səbr etdiklərinə görə imam qərar verdik ki, camaatı Bizim əmrimizlə hidayət edirlər.” "Səcdə” surəsi, ayə-34. Bu kimi ayələrdən məlum olur ki, imam zahiri hidayət və yolgöstərməkdən əlavə, bir növ mənəvi cazibə və hidayətə də malikdir və bu da əmr və təcərrüd növündəndir. Onlar zatlarının həqiqət, nuraniyyət və batinləri ilə insanlar arasında layiqli olanların qəlblərinə təsir edir və onları kamal mərhələsinə doğru hidayət edirlər. )
    İSLAM İMAMLARI VƏ RƏHBƏRLƏRİ
    Keçən bəhslərdən nəticə aldığımız kimi, Peyğəmbərin (s) vəfatından sonra islam ümməti arasında hökmən Allah tərəfindən təyin olunan bir imam olmuş və olacaqdır. Peyğəmbərdən (s) nəql olunan bir çox hədislərdə onların xüsusiyyətləri bəyan edilmiş, sayları da göstərilmiş və buyurulmuşdur ki, onların hamısı Qüreyşdən və Peyğəmbərin (s) Əhli-beytindəndir;(Nümunə üçün: Cabir ibni Səmrət nəql edir ki, Rəsuli-Əkrəmin (s) belə buyurduğunu eşitdim: "Bu din 12 xəlifənin vasitəsi ilə həmişə əziz olacaqdır.” Camaat təkbir dedi, sonra Peyğəmbər (s) astadan bir söz dedi mən onu eşdə bilmədim. Atamdan soruşdum ki, həzrət nə buyurdu. Atam cavab verib dedi: "Peyğəmbər (s) buyurur ki, onların hamısı Qüreyşdəndir.” "Səhihi Əbi Davud”, 2-ci cild, səh-207; "Müsnədi Əhməd”, 5-ci cild, səh-92 və bu məzmunda digər hədisləri də qeyd etmək olar. Salman Farsi deyir ki, Peyğəbərin (s) yanına getmişdim. Hüseyn onun qucağında idi. Peyğəmbər onun gözlərini və ağzını öpür və deyirdi: "Sən seyyid olğu seyyidsən, sən imam oğlu imamsan, sən höccət oğlu höccətsən, sən doqquz höccətin atasısan ki, doqquzuncusu onların qaimidir.” "Yənabiul-məvəddət”, Süleyman ibni İbrahim Qənduzi, yeddinci çap, səh-308.) onların axırıncısı vədəsi verilən Məhdi Sahibəzzamandır.(Bax: "Əl-qədir” (Əllamə Əmini), "Ğayətul-məram” (Seyyid Haşim Bəhrani), "İsbatul-hudat” (Məhəmməd ibni Həsən Hürr Amili), "Zəxairul-uqba” (Muhibbuddin Əhməd ibni Əbdillah Təbəri), "Mənaqib” (Xarəzmi), "Təzkirətul-xəvass” (Sibt ibni Covzi), "Yənabiul-məvəddət” (Süleyman İbrahim Hənəfi), "Fusulul-muhimmə” (İbni Səbbağ), "Dəlailul-imamət” (Məhəmməd ibni Cərir Təbəri), "Ən-nəssu vəl-ictihad” (Seyyid Şərəfuddin Musəvi), "Üsuli Kafi” (Məhəmməd ibni Yəqub Kuleyni), "Əl-irşad” (Şeyx Mufid). )
    Peyğəmbər (s) birinci imam olan Əli (ə)-ın imamətini aşkar şəkildə buyurmuşdur.
    Həmçinin Peyğəmbərdən (s) və Əli (ə)-dan ikinci imamın imamətinə dair aşkar şəkildə göstəriş verilmişdir. Hər bir imam özündən sonrakı imamın imamətinə dair aşkar göstəriş vermişdir.
    Bu hədislərin aşkar şəkildə buyurduğuna əsasən islam imamları 12 nəfərdən ibarətdir və onların müqəddəs adları aşağıdakı tərtiblədir:
    1. Əli ibni Əbi Talib (əleyhissalam);
    2. Həsən ibni Əli (əleyhissalam);
    3. Hüseyn ibni Əli (əleyhissalam);
    4. Əli ibni Hüseyn (əleyhissalam);
    5. Məhəmməd ibni Əli (əleyhissalam);
    6. Cəfər ibni Məhəmməd (əleyhissalam);
    7. Musa ibni Cəfər (əleyhissalam);
    8. Əli ibni Musa (əleyhissalam);
    9. Məhəmməd ibni Əli (əleyhissalam);
    10. Əli ibni Məhəmməd (əleyhissalam);
    11. Həsən ibni Əli (əleyhissalam);
    12. Həzrəti Məhdi (əleyhissalam).
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 439 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024