İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2000
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • User
  • Aliakber313
  • Salman-m
  • Taha
  • gunay
  • Dark
  • Emilaliyev
  • Zuzu
  • Kamran
  • Seref
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-23, 8:51 AM
    DOQQUZUNCU İMAM
    İmam Məhəmməd ibni Əli (ə); (Təqi, bəzən də imam Cavad və ibni Riza ləqəbləri ilə məşhurdur). O, səkkizinci imamın oğludur, 195-ci hicri ilində Mədinədə doğulmuş və şiə rəvayətlərinə əsasən 220-ci ildə Abbasi xəlifəsi Mötəsimin təhriki və abbasi xəlifəsi Məmunun qızının (öz həyat yoldaşının) vasitəsilə zəhərləndirilib şəhid edilmişdir. O həzrət Kazimeyndə öz babası yeddinci imamın yanında dəfn edilmişdir.
    Əziz atasından sonra Allahın əmri və əvvəlki imamların təqdim etməsi ilə imamətə çatmışdır. Doqquzuncu imam atası vəfat edən zaman Mədinədə idi. Məmun onu xilafətin o dövrdəki mərkəzi olan Bağdada çağırıb zahirdə ona ehtiram göstərdi, öz qızını ona ərə verdi və onu Bağdadda saxladı. Həqiqətdə o, bu vasitə ilə imamı həm daxildən, həm də xaricdən nəzarət altında saxlamaq istəyirdi.
    İmam bir müddət Bağdadda qaldıqdan sonra Məmundan icazə alaraq Mədinəyə getdi və ömrünün axırına qədər Mədinədə qaldı. Məmunun vəfatından sonra Mötəsim xilafəti ələ keçirdi və yenidən imamı Bağdada çağırıb ciddi nəzarət altına aldı. Yuxarıda qeyd olunduğu kimi o həzrət Mötəsimin təhriki ilə öz həyat yoldaşının vasitəsilə zəhərləndirilib şəhid edildi.(İrşad (Mufid) səh-297;Üsuli-kafi, 1-ci cild, səh-492-497; Dəlailul-imamət, səh 201-209; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh 377-399; Fusulul-mühimmə, səh 247-258. )
    ONUNCU İMAM
    İmam Məhəmməd ibni Əli (ə); (Nəqi, bəzən də imam Hadi ləqəbi qeyd olunur). O, doqquzuncu imamın oğludur, 212-ci ildə Mədinədə doğulmuş və şiə rəvayətlərinə əsasən 254-cü ildə Abbasi xəlifəsi Mötəzzin vasitəsilə zəhərləndirilib şəhid edilmişdir.(Üsuli-kafi, 1-ci cild, səh-497-502; İrşad (Mufid) səh-307; Dəlailul-imamət, səh 216-222; Fusulul-mühimmə, səh 259-265; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh 401-420.)
    Onuncu imam öz həyatında Abbasi xəlifələrindən 7 nəfəri ilə - Məmun, Mötəsim, Vasiq, Mütəvəkkil, Mənsur, Müstəin və Mötəzz ilə müasir idi. Mötəsimin dövründə (220-ci ildə) atası Bağdadda şəhid edildi və bu zaman o Mədinədə idi. Allahın əmri və əvvəlki imamların təqdimi ilə imamətə çatıb Mütəvəkkilin dövrünə qədər dini təlimləri yaymağa başladı.
    Mütəvəkkil 207-ci ildə öz məmurlarından birinə əmr etdi ki, həzrəti Mədinədən Sammirraya (o dövrdə xilafət mərkəzi idi) çağırsın. Mütəvəkkil o həzrətə tam təzim və mehr-məhəbbətlə dolu bir məktub yazıb onu dəvət etdi və onunla görüşməsini istədi.(İrşad (Mufid) səh. 307-313; (Üsuli-kafi, 1-ci cild, səh-501; Fusulul-mühimmə, səh-261; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-417; Tarixi Yəqubi, 3-cü cild, səh-217.)
    Əlbəttə, o həzrət Sammirraya daxil olduqdan sonra zahirdə heç bir tədbir görülmədi. Lakin eyni halda o həzrətə əzab-əziyyət vermək, hörmətsizlik etmək məqsədilə lazım olan bütün vasitələri hazırlamışdı və dəfələrlə onu qətlə yetirmək, yaxud hörmətsizlik məqsədi ilə imamı çağırmış, onun evində axtarış aparmağı əmr etmişdi.
    Abbasi xəlifələri arasında Peyğəmbər (s) ailəsi ilə düşmənçilikdə Mütəvəkkilin misli yox idi; o, xüsusilə Əli (ə)-ın qatı düşməni idi; o həzrətə qarşı aşkar şəkildə nalayiq sözlər deyirdi. Sarayında saxladığı təlxəyə əmr etmişdi ki, eyş-işrət məclislərində o həzrəti yamsılasın. O, 237-ci hicri ilində əmr etdi ki, Kərbəlada imam Hüseyn (ə)-ın mütəhhər qəbrinin qübbəsini, həmçinin onun ətrafında tikilmiş evləri dağıdıb yerlə yeksan etsinlər! Həmçinin əmr etdi ki, suyu imamın hərəminə döndərsinlər, o müqəddəs məzarın torpağını şumlayıb əkin əksinlər ki, qəbrin adı ümumiyyətlə unudulsun.(Məqatilut Talibin, səh –395. 
    )
    Mütəvəkkilin dövründə Hicazda olan ələvi seyyidlərinin şəraiti dözülməz vəziyyətə gəlib çatmışdı. Onların qadınlarının örpəyi yox idi, namaz vaxtı onlardan bir neçəsi bir köhnə çadranı növbə ilə geyib namaz qılırdılar.(Məqatilut Talibiyyin, səh 395 və 396.)
    Bu kimi təzyiqləri Misirdə yaşayan ələvi seyyidlərinə də rəva görürdülər.
    Onuncu imam, Mütəvəkkil tərəfindən həyata keçirilən işgəncələrə, əzab-əziyətlərə səbr edirdi. Ondan sonra Müntəsir, Müstəin və Mötəzz növbə ilə xilafətə gəldi. Mötəzzin hiyləsi ilə o həzrətə zəhər verildi və şəhid edildi.
    ON BİRİNCİ İMAM
    İmam Həsən ibni Əli (Əsgəri) (ə);. O həzrət, onuncu imamın oğludur, 232-ci hicri ilində doğulmuş və bəzi şiə rəvayətlərinə görə 260-cı ildə Abbasi xəlifəsi Mötəmidin əli ilə zəhərləndirilərək şəhid edilmişdir.(İrşad (Mufid) səh-315; Dəlailul-imamət, səh-223; Fusulul-mühimmə, səh 266-272; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-522;Üsuli-kafi, 1-ci cild, səh-503. 
    )
    On birinci imam atasının vəfatından sonra Allahın əmri ilə və əvvəlcədən təyin olunmuş əsasda imamətə çatdı və 7 illik imamətini xilafət tərəfindən misli görünməmiş təzyiqlərlə çox şiddətli təqiyyə şəraitində keçirdi. Öz qapısını bütün tərəfdarlarının, hətta şiələrinin üzünə bağlamışdı; lakin bəzi xüsusi şiələrə görüşmək üçün icazə verirdi. Bununla belə həyatının əksər vaxtını zindanda keçirmişdi.(İrşad (Mufid) səh-324; (Üsuli-kafi, 1-ci cild, səh-512; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh 429-430. )
    Bu qədər təzyiq və işgəncələrin səbəbi aşağıdakılar idi:
    Əvvəla, o dövrlərdə şiələrin sayı nəzərə çarpacaq dərəcədə artmış və qüdrətləri çoxalmışdı. Şiələr də imamətə inandıqlarına görə hamı üçün dillər əzbəri olmuşdu və şiələrin imamları da hamı tərəfindən tanınırdı. Buna görə də xilafət aparatı imamları hər tərəfdən nəzarət altında saxlayır, mümkün olan hər bir yolla və məxfi üsullarla onları aradan götürməyə çalışırdı.
    İkincisi: Xilafət aparatı anlamışdı ki, xüsusi şiələr on birinci imamın bir oğlunun dünyaya gəldiyinə inanır və on birinci imamın özündən, eləcə də ata-babalarından nəql olunan rəvayətlərə əsasən, onu vədəsi verilən Məhdi kimi tanıyırdılar. Bu da sünnü və şiələrin müxtəlif yollarla Peyğəmbərdən (s) nəql etdikləri mütəvatir hədislərlə onun on ikinci imam olmasına dəlalət edirdi.(Səhihi Termizi, 9-cu cild, Macaətil Məhdi babı, Səhihi Əbu Davud, 2-ci cild, Babul Məhdi; Səhihi ibni Macə, Xurucul Məhdi babı; Nurul-əfsar (Şəblənci); Mişkatul-məsail (Məhəmməd ibni Əbdüllah Xətib; Əs-səvaiqu-muhriqə (ibni Həcər); Əsaful Rağibin (Məhəmməd Səvvam); Fusulul-mühimmə, Səhihi Müslim, Əl-ğeybə (Məhəmməd ibni İbrahim Nömani; Kəmalüddin (Şeyx Səduq), İsbatul-hudad (Məhəmməd ibni Həsən Hürra; Biharul-ənvar, (Məclisi), 51-52-ci cild. 
    )
    Buna görə də on birinci imam sair imamlardan daha artıq və ciddi nəzarət altında saxlanılırdı. Dövrün xəlifəsi qəti şəkildə qərara almışdı ki, hər yolla olursa olsun, şiələrin imamət məsələsinə son qoysun və bu qapını həmişəlik bağlasın. Buna görə də on birinci imamın xəstəlik xəbəri xəlifəyə çatdıqda, o həzrətin yanına bir təbib yolladı; öz etimad etdiyi şəxsləri və bir neçə qazini onun mənzilinə təhkim etdi ki, onun yanında olsunlar, evin daxilində yaranmış vəziyyətə ciddi şəkildə nəzarət etsinlər. İmam şəhid olduqdan sonra da evi axtarsınlar. Qadın həkimlərin vasitəsilə o həzrətin kənizlərini müayinə etsinlər. İki il müddətində xəlifənin məmurları o həzrətin canişinini axtarmaq üçün fəaliyyət göstərib axırda naümid oldular.(Üsuli-kafi, 1-ci cild, səh-505; İrşad (Mufid) səh-319. )
    On birinci imam vəfat etdikdən sonra onu Sammirra şəhərində öz evində atasının yanında torpağa tapşırdılar.
    Qeyd etmək lazımdır ki, Əhli-beyt imamları həyatları boyu çoxlu alim və mühəddislər tərbiyə etmişlər ki, onların sayı yüzlərcəyə çatır. İxtisara riayət olunsun deyə, onların adları, yazdıqları kitabları və tərcümeyi-hallarını qeyd etmirik.(Ricali Kəşşi, Ricali Tusi, Fehresti Tusi və s. rical kitablarına müraciət et. )
    ON İKİNCİ İMAM
    Həzrət İmam Məhdi (ə); (əksər hallarda İmam Əsr və Sahibbəzzəman ləqəbləri ilə qeyd olunur). O həzrət on birinci imamın oğludur və adı Peyğəmbərin adı ilə eynidir. 255, yaxud 256-cı hicri ilində Sammirrada doğulmuş, atasının şəhid olduğu 260-cı ilə qədər onun himayəsində yaşamış və camaatdan gizli saxlanmışdır. İmamın xüsusi şiələrindən bir neçə nəfərindən başqa heç kim onunla görüşə bilməmişdi.
    Atasının şəhadətindən sonra o həzrətin imaməti başlandı və Allahın əmri ilə qeybə çəkildi; xüsusi naiblərdən başqa bir kimsə ilə görüşməmişdir; yalnız müstəsna şəraitlərdə bəzi şəxslər üçün zahir olmuşdur.(Biharul-ənvar, 51-ci cild, səh. 342 və 343-366; Əl-qeybət (Məhəmməd ibni Həsən Tusi, 2-ci çap) səh-214-243; İsbatul-hudad, 6-cı cild, səh 6-7. )
    XÜSUSİ NAİBLƏR
    O həzrət bir müddət atasının və babasının səhabələrindən olan, onların etibarlı və əmanətdar şəxs hesab etdikləri Osman ibni Səid Əmrini öz naibi seçdi və onun vasitəsilə şiələrin suallarına cavab verdi. Osman ibni Səiddən sonra onun oğlu Məhəmməd ibni Osman imamın naibi seçildi, onun da vəfatından sonra Əbül Qasim Hüseyn ibni Ruh Nobəxti imamın xüsusi naibi oldu. Onun vəfatından sonra da Əli ibni Məhəmməd Səmri imamın tərəfindən naib oldu.
    Əli ibni Məhəmməd Səmrinin vəfatına bir neçə gün qalmış (o 329-cu ildə vəfat etmişdi) həzrətin tərəfindən bir imzalı kağız verildi. Onda Əli ibni Məhəmməd Səmriyə çatdırılmışdı ki, altı günə qədər dünyadan gedəcək və ondan sonra xüsusi naiblik qapısı bağlanaraq böyük qeybət dövrü başlanacaqdır. Allahın o həzrətin zühuruna izn verəcəyi günə qədər bu qeybət dövrü davam edəcəkdir.(Biharul-ənvar, 51-ci cild, səh. 360-361; Əl-qeybət (Şeyx Tusi) səh-242.)
    Bu imzalı kağızın əsasında İmam Zaman (ə)-ın qeybət dövrü iki yerə bölünür:
    1. Kiçik qeybət (qeybəti-suğra); 260-cı hicri ilindən başlayaraq, 329-cu ildə sona çatmış və təqribən 70 il davam etmişdir.
    2. Böyük qeybət (qeybəti-kubra). 329-cu ildən başlayaraq, Allahın istədiyi vaxta qədər davam edəcəkdir. Peyğəmbər (s) hamının qəbul etdiyi bir hədisdə buyurur:
    "Əgər dünyanın axırına bir gün qalmış olsa belə, Allah o günü (o qədər) uzadacaqdır ki, mənim övladlarımdan olan Məhdi zühur etsin və dünyanı zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun.”
    həzrət Məhdinin zühuru barəsində ümumi bəhs:
    Nübuvvət və imamət bəhslərində qeyd etdik ki, bütün yaradılış növlərində mövcud olan ümumi hidayət qanunu əsasında insan növü də zərurətin hökmü ilə (nübüvvət və vəhy qüvvəsindən ibarət olan) bir qüvvəyə malikdir ki, onu, insaniyyətin kamalına və növünə məxsus olan xoşbəxtliyə doğru hidayət edir. Aydındır ki, əgər ictimai varlıq olan bir insan üçün bu kamal və xoşbəxtlik mümkün olmasaydı, bu qüvvə ilə təchiz olunmasının əsli mənasız və batil olacaqdı. Halbuki, yaradılışda batil bir şeyə yer yoxdur.(Əbu Cəfər (ə) buyurur: «Bizim qaimimiz zühur edəndə Allah-taala onun əlini bütün bəndələrin başı üzərinə qoyacaq, onun vasitəsilə onların ağıllarını cəm edəcək, əxlaqları da onun vasitsilə kamala yetəcəkdir.» (Biharul-ənvar 52-ci cild, səh. 328 və 336. Əbu Əbdillah (ə) buyurur: «Elm 27 hərfdir. Peyğəmbərlərin gətirdikləri hamısı yalnız iki hərfdir. Camaat da indiyə qədər bu iki hərifdən başqa bir şey bilmirlər. Bizim Qaimimiz zühur edən zaman qalan 23 hərfi də çıxaracaqdır, onu camaat arasında yayacaqdır. Onlara iki hərf də əlavə edəcəkdir. (Biharul-ənvar 52-ci cild, səh-336. )
    Başqa sözlə desək, insan yer üzündə məskunlaşdığı gündən etibarən həmişə (tam mənada) səadətlə yanaşı olan ictimai həyatın arzusunda olmuşdur və belə bir günə çatmaq ümidi ilə irəliyir. Əgər bu istəyin xaricdə gerçəkləşməsi mümkün olmasaydı heç vaxt onun daxilində belə bir arzu və ümid qoyulmazdı. Belə ki, əgər xarici aləmdə yemək olmasaydı, insanın batinində aclıq meyli olmazdı; xaricdə su olmasaydı insan susuzluq nə olduğunu bilməzdi; nəsil artırmaq mövcud olmasaydı insanın batinində cinsi təmayüllər də olmazdı.
    Buna görə də zərurətin (cəbri) hökmü ilə dünyanın gələcəyində elə bir gün olmalıdır ki, o gündə bəşər cəmiyyətində haqq-ədalət bərqərar olunsun, insanlar sülh şəraitində yaşasın, insan fərdləri kamal və fəzilətə qərq olsunlar. Əlbəttə belə bir vəziyyətin bərqərar olunması insanın öz əli ilə baş verəcəkdir və belə bir cəmiyyətin rəhbəri də bəşəriyyətin xilaskarı və rəvayətlərdə deyildiyi həzrət Məhdi olacaqdır. Dünyaya hakim olan məzhəb və dinlərdə, o cümlədən bütpərəstlik, yəhudilik, məsihilik, məcusilik və islamda da bəşəriyyətin xilaskarı olan bir şəxsin barəsində söhbət açılmış və onun zühuruna müjdə verilmişdir. İxtilaf sadəcə olaraq onun xarici nümunəsinin kim olmasındadır. Halbuki hamının qəbul etdiyi hədisə əsasən, Peyğəmbər (s) "Vədəsi verilən Məhdi mənim övladlarımdandır (mənim nəslimdəndir)” -deyə buyuraraq həmin məsələyə işarə edir.
    HƏZRƏT MƏHDİNİN ZÜHURU BARƏDƏ XÜSUSİ BƏHS
    Sünnü və şiələrin Peyğəmbərdən (s), eləcə də Əhli-beytdən (ə) həzrət Məhdinin zühur edəcəyi, o həzrətin Peyğəmbərin (s) nəslindən olması və öz zühuru ilə bəşər cəmiyyətlərini həqiqi kamala çatdırıb onlara mənəvi həyat verməsi barədə çoxlu hədislər nəql olunmuşdur.
    Həzrət Məhdi (ə)-ın imam Həsən Əskəri (ə)-ın övladı olması barədə də çoxlu rəvayətlər nəql olunmuşdur.(Biharul-ənvar, 51-ci cild, səh 154, 158, 160.  )
    Təvəllüddən və uzunmüddətli qeybə çəkildikdən sonra zühur edərək dünyanı züml və haqsızlıqla dolduğu kimi, haqq ədalətlə dolduracaq.
    BİR NEÇƏ İRAD VƏ ONLARIN CAVABI
    a) Şiələrin müxalifləri etiraz edərək deyirlər ki, sizin əqidənizə görə qeybdə olan imamınız indiyə qədər 12 əsrlik bir ömür yaşamalıdır. Halbuki insanın ömrü bu qədər uzun ola bilməz.
    Cavab: Bu etiraz həmin mətləbin qəbul oluna bilməsinin çətin olmasındadır. Əlbəttə, bu qədər və bundan artıq ömür də insan üçün qəribə görünə bilər. Lakin Peyğəmbərdən (s) və Əhli-beyt imamlarından 12-ci imamın qeybə çəkilməsi barədə nəql olunan rəvayətlərə müraciət etməklə aydın olar ki, bu hədislərdə 12-ci imamın həyatı xariqül-adə şəkildə təqdim olunub. Qeyd etmək lazımdır ki, xariqül-adə iş qeyri-mümkün işlərdən tamamilə fərqlənir və onu heç vaxt elm yolu ilə inkar etmək olmaz. Çünki dünyada mövcud olan səbəb və amillərin yalnız bizim gördüyümüz və eşitdiyimiz səbəblərlə məhdudlanmasını və bizim xəbərimiz olmayan, əsər və işlərini görmədiyimiz, yaxud başa düşmədiyimiz səbəblərin mövcud olmadığını heç vaxt isbat etmək olmaz Buna görə də mümkündür ki, bir, yaxud bir neçə nəfərdə müəyyən səbəblər vücuda gəlsin və bu səbəblər də min ildən artıq ömrü onun üçün təmin etsin. Buna görə də müasir təbabət daha uzun ömürlülüyə yol tapmaq üçün heç vaxt ümidsiz olmamışlar.
    Yəhudilər, məsihilər və müsəlmanlar kimi asimani kitablara malik olan, xariqül-adə işləri və peyğəmbərlərin möcüzələrini qəbul edən şəxslərin belə etiraz etməsi son dərəcə təəccüblüdür.
    b) Şiələrin müxalifləri etiraz edərək deyirlər ki, şiələr din hökmlərinin bəyan olunması, dini həqiqətləri göstərmək və camaatı düz yola hidayət etmək üçün imamın lazım olduğunu bilirlər; amma imamın qeybə çəkilməsi bu məqsədlə ziddiyyət təşkil edir. Çünki qeybə çəkildiyinə görə heç bir yolla əl tapmaq mümkün olmayan imamın vücudunun heç bir faydası yoxdur. Əgər Allah bəşəriyyəti islah etmək üçün bir imam seçmək istəsə lazım olan vaxtlarda onu yaratmağa qadirdir və bir neçə min il öz vaxtından öncə yaradılan şəxsə heç vaxt ehtiyac olmaz.
    Cavab: Bu şəxslər imamətin həqiqətini dərk edə bilməmişlər. Çünki imamət bölməsində qeyd olunduğu kimi, imamın vəzifəsi təkcə camaata zahirdə yol göstərib dini maarifin zahirini bəyan etmək deyildir; imam zahirdə yol göstərməyi öhdəsinə almaqdan əlavə, əməllərin batini rəhbərlik və vilayətini də öz üzərinə götürmüşdür. Camaatın mənəvi həyatını tənzim edən, əməllərin həqiqətini Allaha tərəf sövq edən də məhz imamdır.
    Aydındır ki, imamın bu məsələ ilə əlaqədar cismi cəhətdən hazır və ya qaib olmasının heç bir təsiri yoxdur. İmam onların cismani gözlərindən qeybdə olmasına baxmayaraq, batin yolu ilə də nəfslərə və camaatın ruhuna bağlıdır. Onun zühurunun və dünyanı islah etməsinin vaxtı gəlib çatmasa belə, onun varlığı həmişə zəruridir.
    YEKUN FƏSİL: ŞİƏLİYİN MƏNƏVİ ÇAĞIRIŞLARI
    Şiələrin dünya xalqlarına qarşı olan mənəvi çağırışları bir cümlədən artıq deyildir. O da "Allahı tanıyın” cümləsidir. Başqa sözlə desək, "Allahı tanımaq yolunu keçərək xoşbəxt olun və qurtuluşa çatın.” Bu da məhz Peyğəmbərin (s) dünya səviyyəsində olan dəvətini başladığı ilk günlərdə buyurduğu aşağıdakı cümlədir: "Ey insanlar! Allahı yeganə varlıq kimi tanıyın və etiraf edin ki, qurtuluşa çıxa biləsiniz!”
    Bu çağırışın izahında qısa şəkildə deyirik:
    Biz insanlar maddi ləzzətlərə və maddi həyatın məqsədlərinə ürək bağlamışıq; o cümlədən ləzzətli yemək-içməklər, gözəl paltarlar, təmtəraqlı saraylar və mənzərələr, gözəl həyat yoldaşı, səmimi dostlar, külli miqdarda sərvət, qüdrət, siyasi məqam, cah-cəlal, rəhbərlik, bizim istəklərimizlə müxalif olan hər bir şeyi məhv etmək.
    Biz fitri təbiətimizlə başa düşürük ki, bu qədər ləzzətlər insan üçün yaradılmışdır, amma insan onlar üçün yaradılmamışdır. Onlar insanın ardınca gəlməlidir, nəinki insan onların ardınca getməlidir.
    Qarın və ondan aşağıların nəzərdə tutulmasından ibarət olan son hədəf heyvanların, başqalarını yırtıb dağıtmaq canavarın, bəbrin və tülkünün məntiqidir. İnsan məntiqi isə fitri əql məntiqidir.
    Əql məntiqi özünün gerçək nəzəriyyələri ilə bizi müxtəlif növ ürək istəyən şəhvətlərə, xudbinliyə, özünü göstərməyə deyil, məhz haqqa tabe olmağa hidayət edir. Əql məntiqi insanı yaradılış aləminin özündən heç növ istiqlaliyyəti olmayan bir hissəsi hesab edir. İnsanın özünü rəhbər hesab etməsinin, öz gümanına əsasən təbiəti öz inadkar istəkləri qarşısında ram edib onu diz çökürməsinə rəğmən, özü də təbiətin əlində bir alət və onun vasitələrindən biridir. Əql məntiqi insanı dəvət edir ki, bu ötəri dünyadan əldə etdikləri idraka diqqətlə yanaşsın ki, varlıq aləmində olan hər bir şeyin öz-özünə yaranmadığı, dünya və onda olanların hamısının sonsuz bir qüdrət mənbəyindən qaynaqlandığını bilsin; bununla da aydın olsun ki, yerdə və asimanda olan, insanın gözündə gerçəklik kimi cilvələnən bu qədər gözəl və çirkin varlıqlar başqa bir gerçəkliyin sayəsində həqiqətə çevrilir və öz-özünə deyil, məhz onun sayəsində zahir olur. Eləcə də anlasın ki, dünənki əzəmətlər, qüdrət və gerçəkliklər bu gün əfsanədən başqa bir şey deyildir; bu günkü cilvələr də gələcəkdə bu mahiyyəti daşıyacaq. Nəhayət hər bir şey öz nəzərində əfsanədən başqa bir şey deyildir.
    Həqiqi gerçəkliyə malik olan yalnız Allahdır ki, heç vaxt fənaya uğramır, hər bir şey Onun varlığında həqiqət rənginə boyanır və Onun müqəddəs zatının ruhu ilə nuraniləşir.
    İnsan belə bir idrakla təchiz olunanda bütün varlıq aləmi onun gözləri önündə köpük kimi suyun üzərində yırğalanır və əyani şəkildə müşahidə edərək görür ki, dünya və onda olanlar qeyri-məhdud həyata, qüdrətə, elmə malik olan bir varlığa arxalanmışlar; insan və dünyanın sair varlıqları sanki müxtəlif qapılara, pəncərələrə bənzəyir ki, hər biri öz tutumu qədərində əbədiyyat dünyasında olan həqiqətləri göstərir.
    Məhz belə olan halda insan əsalət və istiqlalı özündən və hər bir şeydən alaraq öz sahibinə qaytarır, ürəyini hər yerdən çəkərək yeganə Allaha qovuşur və Onun əzəməti müqabilində heç nəyin qarşısında təzim etmir. Belə olan halda insan Pərvərdigarın vilayəti altında qərar tapır, hər bir şeyi Allahla tanıyır və Onun rəhbərlik və hidayəti ilə pak əxlaq və gözəl əməllərlə özünə zinət verir (bu da fitrət ayinindən ibarət olan islam dini və haqqa təslim olmaqdır).
    İnsani kamalın son mərhələsi məhz budur. Kamil insan məqamı – yəni ilahi nemətlər nəticəsində bu məqama çatan imam, kəsb etmə yolu ilə bu kamala nail olanlar malik olduqları dərəcə ixtilafları ilə imamın həqiqi ardıcılları olur.
    Buradan aydın olur ki, imamı tanımaqla Allahı tanımaq məsələsi heç vaxt bir-birindən ayrı deyildir. Eləcə də Allahı tanımaqla insanın özünü tanıması da bir-birindən ayrılmazdır.
    Çünki öz məcazi varlığını tanıyan bir şəxs ehtiyacsız Allahın həqiqi varlığını da hökmən tanıyacaqdır.
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 586 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2022