İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:36 AM
     1 – İMAM XOMEYNİ (R) ŞƏXSİYYƏTİ
    Həzrət Ayətullah Xameneyinin İmam haqqında dedikləri:
    ''…Müasir dövrün tanınmış böyük şəxsiyyəti İmam Ruhullah Xomeyni(r) dindar alim, pəhrizkar müdrik, siyasətçi filosof, yenifikirli mömin, şücaətli və ağıllı insan, ədalətli hakim və fədakar bir mücahid idi.
    Allahın ona bəxş etdiyi üstün keyfiyyətlərlə onun özünün Qurandan öyrəndikləri bir-birinə qarışaraq qəlb və ruhunu zinətləndirmişdir. Elə əzəmətli, cazibəli və təsirli bir şəxsiyyət yaratmışdır ki, dini, siyasi və ictimai sahələrdə böyük insanlar və tanınmış islahatçılar əsri sayılan son əsrin məşhur simalarından hər biri onunla müqayisədə cazibəsiz, birtərəfli və kiçik görünürdülər.
    Onun böyük fədakarlıq göstərdiyi, öz inamı, ümidi, tədbir və səbri ilə nail olduğu iş də eyni dərəcədə böyük, inanılmaz və heyrətamiz idi.
    Onun çox gözəl və parlaq şəxsiyyəti siyasi həyatının bütün dövrlərində məftunedici və unikal idi."(Roben Vud Corc Karic, "Mənim ən gözəl təcrübəm", Xədicə Mustofovinin tərcüməsi, səh 31, 32 və 36.)
    ''İmam Xomeyni(r) elə böyük bir şəxsiyyət idi ki, dünya və tarixin dahi şəxsiyyətləri və rəhbərləri arasında peyğəmbərlər və məsum övliyalardan(ə) savayı bu keyfiyyətlər və xüsusiyyətlərə malik kimisə təsəvvür etmək çox çətindir.''(Qədim İspaniya tarixi fakültəsinin dekanı, Real Madrid Tarix Akademiyasının elmi heyətinin üzvü, professor Xose Martinosun İran İslam inqilabının xüsusiyyətləri haqqında dediklərindən. ("Keyhan-e həvayi", 1372-ci ilin bəhmən ayı) )
    Bizim böyük imamımız İslamın siyasi məktəbini təqdim etməklə ötən bir əsr yarımda İslamı bütünlüklə cəmiyyətin həyatından çıxarmağa çalışan düşmənlərin bütün mədəni və siyasi səylərinin faydasızlığını sübut etdi.''(İmamın(r) buyurduqlarına işarədir ki, İslam inqilabının tarixi risalətinin şərhində buyurmuşdur ''Zülm qəsrinin dişciklərindən on dörd dişciyin dağılmasından (Rəsuli-Əkrəmin(s) doğulduğu gecə) sizin nəzərinizə gəlmirmi ki, yəni on dördüncü əsrdə bu iş olar və ya on dörd əsr sonra bu iş (zalımların süqutu) olar? (Peyğəmbərin(s)) doğulduğu gecədə Ənuşirəvan sarayının on dörd dişçiyinin dağılması möcüzəsinə dəlalətə, zülmə qarşı İran İslam inqilabının baş verməsi və inşaallah hicri on dördüncü əsrdə dünyadakı hegemonluğun süqutu ("Nur səhifəsi" c. 9, səh.249) )
    İmam qərbli bir müxbirin (amerikalı) nəzərində
    Roben Vud Corc Cəmaranda İmamla(r) görüşü ilə əlaqədar olaraq yazır: ''…İmam Xomeyni qapıdan daxil olan zaman hiss edirdim ki, qapının arasından mənəvi qüvvə qasırğası əsməyə başladı. Sanki o qəhvəyi əba, qara əmmamə və ağ saqqalın ətrafında bir həyat ruhu yaşayırdı və bu ruh bütün seyrçiləri özünə cəlb etmişdi. O zaman hiss etdim ki, onun hüzurunda biz hamımız kiçilmişik və sanki salonda ondan başqa kimsə qalmamışdır.
    Bəli! O nurdan bir parıltı idi ki, bütün iştirakçıların qəlb və ruhuna nüfuz etmişdi. O, şəxsiyyət və məqamının dəyərləndirilməsində mənə kömək edə biləcəyini güman etdiyim bütün meyarları pozdu. O öz iştirakı ilə bizə o qədər təsir etdi ki, bütün ruh və cismimi bürüdüyünü duydum.
    Stulda əyləşən zaman hiss etdim ki, varlığından bir parıltı işıq saçır. Parıltı elə bir qasırğa kimi idi ki, əgər diqqətlə baxsaydın, anlayardın ki, onun daxilində bir növ ''mütləq sakitlik'' gizlənmişdir, çünki [İmam] Xomeyni(r) çox ciddi, sarsılmaz və hökmran idi.
    Eyni halda, o elə sakit və arxayın görünürdü ki, sanki daxilində sabit və möhkəm bir qüvvə cərəyan edir. Əlbəttə, bu həmin qüvvədir ki, İranın keçmiş rejimini bir dəfəyə aradan qaldırdı. İndi belə bir şəxsiyyət adi bir şəxs ola bilərmi?… Mən indiyədək ondan daha üstün və ya ona bərabər ola biləcək heç bir böyük şəxsiyyət görməmişəm.
    Ən azı onu deyə bilərəm ki, sanki o, keçmiş peyğəmbərlərdən biri idi və ya kafir fironu öz ölkəsindən qovmaq üçün gəlmiş İslamın Musasıdır.''(İmamın(ə) fəsahətli nitqindən bir ibarəyə işarədir ki, buyurmuşdur: ''Allah-Təala tərəfindən bu ölkəyə bir ruhani meh əsmişdir. Bu ölkəyə İlahi parıltı saçmışdır və ölkəni İslamın, peyğəmbərlərin amalına tərəf sövq edir.'' (14/1/61) )
    İmam Xomeyninın(r) cəsarət və qəhrəmanlığı
    Sonuncu Peyğəmbər Həzrət Məhəmmədin(s) Məkkədən Mədinəyə yeni tarixin əsasını qoyan hicrətindən on dörd əsr sonra İranda böyük İslam inqilabının qələbəsi sayəsində ''XX əsrdə dünyada ən böyük dəyişiklik baş verdi.''(Murtəza Mütəhhəri, "Son yüz ildə İslam hərəkatları", səh.85 )Və müasir dünyada din, iman və təkallahlılığın tərki-dünyalıq və ayrılıq zülmətgahının qala divarları lərzəyə gəldi(Məhəmməd Rza Həkimi, Şeyx Ağa Bozorg Tehrani, səh.6 ) və haqqıtələb edən yorğun ruhlarına ilahi ərşdən canlandırıcı və təbii bir meh əsməyə başladı və onlara yeni təravət və həyat bəxş etdi.(Murtəza Mütəhhəri, "Son yüz ildə İslam hərəkatları", səh.85)
    Əziz İslam Peyğəmbərinin(s) peyğəmbərlik mis¬siyasından on dörd əsr sonra Şərqdə onun məktəbində tərbiyə alanlardan bir şəxs zahir oldu və bəndəlik, haqqı söyləmə, haqqı axtarma, fəryad və sarsılmazlıqda Adəm, Nuh, İbrahim, Musa və İsanı(ə) təqlid etmişdir. O, ulu babası Əli ibn Əbu Talib(ə) kimi öz dəmir iradəsi, mənalı çağırışları, nüfuzlu sözləri ilə pozğunluqlar və qaranlıqlar pərdəsini parçalayaraq əsilsiz [batil] cəbhəni birdəfəlik mübarizə meydanına çağırdı. Bütün zamanlar üçün ''onun adı, xatirəsi, isti və təlatümlü ruhu, dəmir iradə və əzmi, şücaət və sarsılmazlığı, ehtiraslı imanı hər bir kəsin dillər əzbəridir.''(Allahın saf bəndələri vardır ki, onları hər dövrdə öz dinindəki təhrifləri təmizləmək üçün göndərər: عن ابى عبد الله(ع) قال: قال رسول الله (ص): يحمل هذا الدين فى كل قرن عدول ينفون عنه تا ويل المبطلين و تحريف الغالين و انتحال الجاهلين000 (اخبار معرفة الرجال، جزء ا، ص 4). )
    Bəli, o, böyük Xomeynidir ki, başında vəzifəni yerinə yetirmə sevdası, qəlbində ilahi eşq vardı. O, Allahın ruhudur ki, həqiqətən ''həyat ruhu, cəmiyyətin namusu, tarixin şöləsi, mənəviyyat zirvəsi, insani maye qüruru, cəmiyyətin axıcı həyəcan və şüuru, mənəvi qoruqçu və yüksək fikirlərin məhsuldarlığı''dır(İtaliya televiziya kanalının İmamın vəfatı münasibətilə xüsusi məlumatıı (Ettelaat qəzeti 11/04/68).) və bu, Allahın əsrimizə və taleyimizə xeyirxahlıq göstərdiyi iltifatın bariz və aydın sübutudur.(Yunan ke؛i؛i Musta Kis, "Zavtra" jurnalı, Moskva çapı ("Keyhan-e həvayi" 25/8/1373) )
    إنّ الله فى كلّ خلف عدولا ينفون عنه تحريف المبطلين
    (Məhəmməd Həsəneyn Heykəl, "Ərəb dünyasının mə؛hur yazıçı və jurnalisti" (Misir qəzeti, "Əl- Əhram", 17/3/1368) )
    Odur ki, öz qiyamı ilə çağdaş əsrin allahsızlıq və cahillik səhrasında azıb qalmış milyonlarla insanı təkallahlılıq mənəviyyatına yenidən qayıtmağa çağırdı və onların çoxunun istək və arzularını Məhəmməd peyğəmbərin(s) təlimlərinin Kövsərindən doyuzdurdu.
    Həzrət İmam Xomeyni(r) Allahın ədalətli və xeyirxah bəndəsidir və o, İslam yolunu tutan İranın dindar əhalisinin böyük inqilabına rəhbərlik etməklə öz tarixi missiyasını yerinə yetirmək üçün Yer kürəsində haqqı əsas tutan sonuncu dünya inqilabına zəmin yaratdı və bəşəriyyətə o Həzrətin mütləq zühurunu (əc.) müjdə verdi.
    İmam Xomeyni kim idi və nə etdi?
    İmam Xomeyninin şəxsiyyətini təhlil edərkən onun mələksima ruhu, yüksək fikirləri, fövqəladə ruhi və mənəvi xüsusiyyətləri, habelə xeyirxah həyatının zəngin təsiri və faydası barədə danışmaq lazımdır:
    ''İran əhalisi üçün İmam Xomeyninin səsi Allahın səsinin hökmünə malik idi''(Məhəmməd Həsəneyn Heykəl, "Ayətullahın müdafiəsi", səh 8. ), tək bir Allaha inanan milyonlarla insanın nəzərində: ''O, Yer üzərində Allahın əli''(Kəlim Sədiqi, "İngilis müsəlmanları parlamentinin indiki rəisi, İslam hərəkatları və İran İslam inqilabı", Seyyid Hadi Xosrov؛ahinin tərcüməsi səh.193 )və ''yerdəkilər üçün ilahi hədiyyə idi.''("Profil" nə؛riyyatı, Avstriya çapı, iyun 1985; "Omid-e enqelab" nə؛riyyatı, № 222.)
    Onun mənəvi yolu, yüksək fikirləri, ən nurlu şəriət göstərişləri və Əhli-beyt təlimlərinə qeyd-şərtsiz bağlılığı hər insaflı müsəlmanda mənəviyyat və təmizlənmə kimi keyfiyyətlərə olan imanı möhkəmləndirirdi: ''Sanki İslamın başlanğıcından təcrübəli böyük şəxsiyyətlərdən birisi möcüzə sayəsində dünyaya qayıtmışdı ki, Əməvilərin qələbəsi və Əhli-beyt(ə) şəhidlərinin qanlarına qəltan olmasından sonra Əlinin(ə) qoşununa rəhbərlik etsin.''(Robin Vud Corc, "Mənim ən gِzəl təcrübəm", Xədicə Mustofovinin tərcüməsi səh. 38 25/8/1373 )
    ''İmam Xomeyni Qərbin siyasi, iqtisadi və mədəni istilası müqabilində İslamın mübarizliyinin özünəməxsus təzahürü''(Uryana Falaçi, "Mə؛hur italyan müxbiri", "Cümhuri-ye Eslami" qəzeti, 29/7/1357 Professor Vilyam Beyman Amerikanın Braun universitetindən, "Zavtra" nə؛riyyatı, Moskva çapı, "Keyhan-e həvayi", 25/8/1373 ) olsa da, ''İmamın(r) çağırışı təkcə şiələr yox, həm də bütün dünya və bölgə müsəlmanları arasında əks-səda doğurdu.''(Məhəmmədül-Asi, "Va؛inqton məscidinin sabiq imam-camaatı", "Cümhuri-ye Eslami" qəzeti. 5/5/1371 Mixayıl Qorbaçov - keçmi؛ SSRİ prezidenti. "Xəbər mərkəzi"nə müsahibəsində, "Cümhuri-ye Eslami" qəzeti, 15/3/1378. )
    Həzrət İmamın(r) ilahi şəxsiyyəti və mənəvi çağırışları digər din və məzhəb ardıcıllarına da güclü təsir göstərdi. Belə ki, bəzi xristian mütəfəkkirləri və analitiklərinin fikrincə ''O, müasir Məsih idi və daha dəqiq desək, İsa ibn Məryəmin(ə)'' möhkəm və xalis şüası idi.''(Antonio Midrano (İspan yazıçısı), İslam Respublikasının ِlkədən xaric İspaniya radiosuna müsahibəsində, "Maarif" radiosu 28/11/1378 Lenser (Avstriya professoru), "Zavtra" nə؛riyyatı, Moskva çapı, "Keyhan-e həvayi". ) Xristianların bir qismi isə İmam Xomeyni(r) ilə ilk görüşdə onun möhtəşəm məqam, əzəmət, dözüm və səbrindən təsirləndiklərini və onda İlahi vergi və şəfqət hisslərini dərk etdiklərini dilə gətirirdilər.(İnki؛af: Təkamül yolu, tədrici təkamül ''Yeni cəmiyyətin bِyük mədəniyyəti" (Tərcüme- ye muncid) c.2, səh.1187 )
    O, beynəlxalq analitiklərin heç bir vəchlə ağıllarına sığışdırmadıqları və ''Qərbin köhnə və orta əsrlərə aid sandığı dini əqidələrlə dünyanı'' silkələdi''(Lenser (Avstriya professoru) "Zavtra" nə؛riyyatı , Moskva çapı, "Keyhan-e həvayi", 25/8/1373 ), ''Şərq və Qərbi lərzəyə gətirdi və elə bir miras qoydu ki, hələ də yaşayır və fəaliyyətdədir.(Məhəmməd Həsəneyn Heykəl, "Ayətullahın müdafiəsi", səh. 8 )O, dünya tarixində böyük bir iz qoya bildi(Əhməd Huber, İsveçrə tədqiqatçısı və mütəfəkkiri, Hüzur fəsilnaməsi №29, payız 1379. ) və şübhəsiz, ''bəşəriyyət də onun mənəvi inqilabının təsiri altındadır.''(Mixayıl Qorbaçov (keçmi؛ SSRİ prezidenti), "Xəbər" mərkəzinə müsahibəsində, "Cümhuri-ye Eslami" qəzeti, 15/3/1378.)
    Məhəmmədin(s) səbr və möhkəmliyindən, Əlinin(ə) qənaətkarlıq və ədalətindən, Həsənin(ə) tədbirindən, Hüseynin(ə) təvəkkül və şücaətindən dərslər alan, Həzrət Vəliyyi-Əsrin – (Ruhlarımız ona fəda olsun) xüsusi inayət və köməkliyi sayəsində yol azuqəsi toplamış İslam inqilabının böyük rəhbəri ''İnsanın Allaha yaxınlaşmasında yeni bir dövrün başlanğıcını qoydu və insanların himayədarlığı ilə XX əsr tarixində mühüm dönüş nöqtəsi olan İslam inqilabını qalibiyyətə çatdırdı.''(Prussakof (rus yazıçısı), "Zavtra" nə؛riyyatı, Moskva çapı, "Keyhan-e həvayi", 25/8/1373. )
    İmamın(r) və İslam inqilabının müasir insanın mənəvi həyatına təsiri elə dərin və əhatəli qiymətləndirilir ki,: ''İmam Xomeyni inqilabı,("Fəth" (48) surəsi ayə 29: (Tِvratda və İncildə) Allah Rəsulunun dostlarının məsəli ِz kِklərini xaricə verib yoğunla؛ana qədər mِhkəmləndirən və ِz gِvdələri üzərində dayanan əkin kimidir. (Belə ki, əkinçiləri təəccübləndirir, onların vasitəsilə kafirləri qəzəbləndirir.) ) hətta insanın inkişaf yolunu dəyişdi də demək olar".(Fəzilət odur ki, dü؛mənlər ona ؛ahidlik edib etiraf etsinlər. )
    Həzrət İmam(r) XX əsrdə mənəviyyat həsrətində olan bəşəriyyət üçün əziz İslam peyğəmbəri(s) və onun pak vəsilərinin(ə) parlaq günəşinin nurları əks olunan şəffaf bir ayna kimi idi.
    ''O, İslamın başlanğıcından XX əsrin qəlbinə sancılmış bir ox idi.''(Henri Prakt, İranda Amerika səfirliyinin siyasi və hərbi mü؛aviri (1972-1978) və bu ِlkənin xarici i؛lər nazirliyində İran kontorunun məsulu (1978-1980) "Hüzur fəsilnaməsi", 1373-cü ilin xordad ayı. ) ''Keçmişdən gəlib hazırda yaşasa da, gələcəkdən xəbər verən və gələcəyin göstəricisi idi.''(Henri Ksincer, 70-ci onillikdə Amerika prezidentinin mü؛aviri, "Suru؛" jurnalı, 20/11/1380. ) Başqa sözlə desək ''o, zamanından daha üstün düşünürdü və məkan miqyasına sığmırdı.''(Professor Həmid Mِvlananın müsahibəsi, "Hüzur fəslnaməsi", №29, payız 1378 )
    Həqiqətən də demək lazımdır ki, ''İmam Xomeyni(r) bəşəriyyət tarixində yeni əsrin müjdəçisidir və bu mərhələdə bəşəriyyətin pozulmuş əxlaqı üçün hər şeydən daha çox mənəviyyata ehtiyac duyulacağı nəzərə çarpır.''(Professor Həmid Mِvlananın müsahibəsi, "Hüzur fəslnaməsi", №29, payız 1378 )
    Həzrət İmam Xomeyninin(r) ilahi inqilabı və onun müqəddəs çağırışları sayəsində bir daha müasir dünyada allahıtanıma və dindarlıq istiqamətində böyük bir canlanma baş verdi və bu bütün dünyanı bürüdü.
    ﴿مثلهم فى التورية و مثلهم فى الانجيل كزرع اخرج شطاه فازره فاستغلظ فاستوىعلى سوقه يعجب الزراع ليغيظ بهم الكفار﴾
    (Nur səhifəsi", 23/2/1358 )
    İmam Xomeyni(r) böyüklüyünün xaricilər tərəfindən etirafı
    İmamın şəxsiyyəti nəinki dostlarını, hətta onun və İslam inqilabının düşmənlərini də belə İmamın valehedici xüsusiyyətlərindən söz açmağa vadar edirdi:
    ا لفضل ما شهدت به الاعداء
    (Həmin yerdə)
    Hətta böyük dövlətlərin bəzi nümayəndələri də İmamın(r) böyüklüyü qarşısında təslim olaraq aşağıdakıları etiraf etmişlər:
    ''Şübhə yoxdur ki, o, bu əsrdə tarixin böyük şəxslərindən biri idi. Bu gün çox az adam tapmaq olar ki, nəinki İranda, hətta bütün dünyada onun kimi nüfuz və cazibəyə malik olsun və böyük dövlətlərin diqqətini bu qədər özünə cəlb etsin.''("Keyhan" qəzeti 14/10/1360 )
    ''Ayətullah Xomeyni Qərbi ciddi proqramlaşdırma böhranı ilə üzləşdirdi. O, elə ildırımsürətli qərarlar çıxarırdı ki, siyasətçilər və siyasi analitiklər hər cür fikirləşmə və proqramlaşdırma imkanlarından məhrum olmuşdular.
    Heç kəs onun qərarlarını qabaqcadan güman edə bilməzdi. O, dünyada məlum meyarlardan fərqli meyarlarla danışır və iş görürdü. Sanki başqa yerdən ilham alırdı. Ayətullah Xomeyninin Qərblə düşmənçiliyi ilahi təlimlərdən qaynaqlanırdı. O öz düşmənçiliyində də pak və təmiz niyyətə malik idi.''(London tayms" qəzeti, iyul 1982 və "Cümhuri-ye Eslami" qəzeti, 19/11/1368 )
    Müstəmləkəçi İngiltərə dövlətinin ikiyüzillik sözçüsü kimi tanınmış ''London tayms'' qəzeti İmam haqqında belə yazır: ''İmam Xomeyni kütlələri öz kəlamı ilə məftun edən bir şəxs idi. O, adi adamların dilində danışırdı, kasıb və məhrum tərəfdarlarında özünə inam hissi aşılayırdı. Bu hisslər onlara yollarının üstündə dayanan hər kəsi aradan qaldırmağa imkan verirdi. O, camaata göstərdi ki, hətta Amerika kimi güclü dövlətlərin qarşısında dayanıb qorxmamaq olar.''(Doktor Mi؛el Conson (Beynəlxalq münasibətlər mütəxəssisi) "Jeonolitikal stratejik", 21 iyul 1986. Cavad Mənsurunin dilindən, "İslam respublikası əleyhinə mədəni müharibə", səh.100 )
    ''Herald Tribun'' qəzeti də İmam haqqında etiraf edərək yazmışdır: ''Ayətullah Xomeyni(r) həyatının son anına kimi İranda İslam cəmiyyəti və İslam hökuməti qurmaq üçün öz arzusuna sadiq qalan yorulmaz inqilabçı idi. Ayətullah Xomeyni qədim ölkəsi üçün nə istəyirdisə, bir an ləngimirdi, o özünə borc bilirdi ki, İranı Qərbdə gördüyü fəsad və tənəzzüldən (geriləmədən) təmizləməli və xalis İslamı millətə qaytarmalıdır.''(Mazandaran sağlamlıq tə؛kilatının ümumi əlaqələri, "Dünya fikir aynasında İmam və inqilab", səh.71 və 72 )
    İmam Xomeyni(r) və İslam inqilabının möcüzəsi
    İmam Xomeyni(r) inqilabının həqiqətindən söz açarkən demək lazımdır ki, dünya İranda İslam inqilabının baş verməsi ilə böyük ilahi möcüzənin şahidi oldu. Bu elə bir gerçəklikdir ki, dəfələrlə onun barəsində vurğulamışlar:
    ''Cəmiyyətdə elə bir psixoloji dəyişkənlik yarandı ki, mən onu möcüzədən başqa bir şey adlandıra bilmərəm. Elə bir ilahi qüvvə idi ki, ona başqa bir ad verə bilmərəm.''(Resalət qəzeti", İmamın(r) vəfatının ildِnümü münasibətilə xüsusi buraxılı؛, 17/3/1378)
    Başqa birisi isə buyurmuşdur:
    ''Burada ilahinin haqq-hesabı var, burada Allahın əli var, insanlar belə bir möcüzəni yarada bilməzlər… Bu elə bir ilahi iradədir ki, bütün materialist hesablamaları heçə endirdi…''(Məhəmməd Sepehri, "Qürub etməyən günə؛", səh.220 və 221)
    Qeyri-müsəlman şəxsiyyətlərdən çoxu da İslam inqilabı prosesinin maddi hesablamalar çərçivəsinə sığışmadığını təsdiqləməklə yanaşı, İslam inqilabının möcüzə olduğunu vurğulayırlar.
    Kanadalı alim Robert Kalston bu barədə demişdir:
    ''Bir qərbli və qeyri-müsəlman insan kimi mənim fikrimcə, bu elə bir möcüzədir ki, çağdaş dünyada ilahi və istiqamətverici inqilab kimi baş verib və ədaləti bərqərar edib. Bu inqilab şəksiz, Allah tərəfindən himayə olunur…''(Ettelaat" qəzeti, 13/4/1368 )
    İmam, inqilab və İslamın valehedici qüdrəti
    İslam inqilabı gözlənilməz zəlzələ kimi dünyanın ən həssas məntəqələrindən birində aləmin sakit və dinc hegemonluq düşərgəsini şiddətli lərzəyə gətirdi.
    İran İslam inqilabının baş verməsi ilə ''ilk dəfə olaraq bir müsəlman ölkəsi müvəffəqiyyətli şəkildə Qərbin böyük dövlətlərini mübarizəyə çağırdı, onları təhqir etdi və maddi mənafelərinə ziyan vurdu.'(Professor Məhəmməd Hüseyn Hüda, "Avstriyalı müsəlman ؛ərq؛ünas"ın "Keyhan" qəzetinə müsahibəsində 25,29/11/1376) Bu inqilab böyük bir şimşək kimi cəhalət, qəflət və inad pərdəsini yırtaraq, ilahi dinlərin qürubunun qaçılmaz olduğunu proqnozlaşdıran analitiklərin və nəzəriyyəçilərin şirin yuxusuna haram qatdı, onların nəzəriyyələrini etibardan saldı. ''Simvolik baxımdan, İran inqilabı XIV əsrdən bu günədək müsəlmanların Qərbdə ilk qələbəsi sayılır. Məsələ burasındadır ki, İslam bu inqilabın həlledici amili olmuşdur və Qərb ''izmlər''indən nasionalizm, kapitalizm, kommunizm, sosializmin bu prosesdə heç bir rolu yoxdur.''(Professor Məhəmməd Hüseyn Hüda, "Avstriyalı müsəlman ؛ərq؛ünas"ın "Keyhan" qəzetinə müsahibəsində 25,29/11/1376 )
    Qərbin böyük dövlətləri İmam(r) və İslam inqilabının yaratdığı bu əvəzolunmaz əzəmətlə qarşılaşarkən İslamın gizli qüdrəti və potensialı ilə tanış oldular.
    ''Tayms'' qəzeti bu barədə yazmışdır: ''İranda şahın İmam Xomeyni(r) tərəfindən kənarlaşdırılmasından sonra din və inqilabın dirçəlişi prosesi baş verdi və bütün dünyanı gəzib dolaşdı, 1357-ci ilin payızında isə Qərb dünyası İran inqilabına görə İslamı bir daha kəşf etdi…
    Biz qərblilər çox tez başa düşdük ki, ''Allahu Əkbər'' ərəb dilində ''Allah [ən] böyükdür'' mənasındadır.(Həmin yerdə. )
    İmam və inqilab; iki ayrılmaz təzahür
    İran İslam inqilabı Həzrət İmamın(r) yüksək fikirləri və ali düşüncələri sayəsində baş verdiyindən onun başvermə amilləri, əsas şüarları, çağırış və məqsədlərin müəyyənləşdirilməsi, habelə ona qovuşma yolları həmin mələksima şəxsiyyətin inam, etiqad, istək və arzuları ilə qırılmaz tellərlə bağlı olmuşdur. Ona görə də böyük rəhbər bu mühüm məsələni vurğulamaqla hamıya xatırlatmışdır ki, ''İnqilab və İmam Xomeyni(r) iki ayrılmaz təzahürlərdir. O böyük rəhbər şəxsiyyəti tanımadan İslam inqilabının təhlili mümkün deyil.''(Hِccətülislam Parsaniyanın "Qüds" qəzetinə müsahibəsi. İmamın(r) anadan olmasının yüzüncü ildِnümü münasibətilə xüsusi buraxılı؛ (1378-ci ilin dey ayı) )
    İslam inqilabı məsələlərini daim izləyən dünyanın siyasi və ictimai dəyişikliklər üzrə analitikləri müxtəlif yollarla yuxarıdakı gerçəkliyi etiraf etmişlər: Məsələn, ingilis qəzeti ''Qardian'' İslam inqilabını təhlil edərkən yazmışdır: ''Ayətullah [İmam] Xomeyninin İranda baş verən böyük inqilabda rolu son dərəcə böyük olub, mühüm əhəmiyyət kəsb edir və şübhə yoxdur ki, Ayətullah bu inqilabın əsasını qoyan başlıca şəxsdir.''(Hِccətülislam Parsaniyanın "Qüds" qəzetinə müsahibəsi. İmamın(r) anadan olmasının yüzüncü ildِnümü münasibətilə xüsusi buraxılı؛ (1378-ci ilin dey ayı) Hِccətülislam Parsaniyanın "Qüds" qəzetinə müsahibəsi. İmamın(r) anadan olmasının yüzüncü ildِnümü münasibətilə xüsusi buraxılı؛ (1378-ci ilin dey ayı) )
    London Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllimi Freyd Haleydi İran haqqında qələmə aldığı kitabın müqəddiməsində yazır:
    ''İslam inqilabı tarixin ən böyük inqilabıdır və hamımız bilirik ki, bu böyük iş İmam Xomeyni(r) şəxsiyyətinin möhtəşəmliyi sayəsində baş verdi və onun qüdrətli və hakim əlləri bu böyük insan dalğalarını həyəcan və təlatümə gətirdi.''(Həmin yerdə)
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 877 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024