İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:35 AM
    İmamın fikri – qeyri-adi inqilabın mənbəyi
    ''İran İslam inqilabının XX əsrdə baş vermiş digər inqilablarla heç bir oxşarlığı olmamasına''(Həmin yerdə) baxmayaraq, bu mühüm gerçəkliyin kökünü İslam inqilabı ilə Həzrət İmam Xomeyninin(r) ayrılmaz tellərlə bağlılığında aramaq lazımdır.
    İslam inqilabının XX əsrdə dünyanın digər böyük inqilablarından üstünlüyü İmamın(r) hərtərəfli fikirləri və şəxsiyyəti ilə İslam inqilabının sıx bağlılığında təzahür etməsidir.
    İmam(r) İslam inqilabının məqsədlərinin müəyyənləş¬dirilməsi, mübarizə prosesinə rəhbərlik, artan qüvvələrlə üzləşmə, İslam inqilabının uğurlarının qorunması və möhkəmləndirilməsi taktikası və üsullarında xüsusi və fövqəladə siyasi doktrinaya malik idi. İmamın siyasi doktrinası qeyb və qeybdən gələn köməkliklərə dərin inam, İslam və vəhy təlimlərinə güclü iman, əbədi ilahi qüdrətə möhkəm arxalanma və təvəkkül, mütləq vəzifəni yerinə yetirmək kimi sabit, davamlı və sarsılmaz əsaslar üzərində dayanmışdı. Bu elə bir siyasi doktrina idi ki, ''qərblilərin etirafına görə Qərb onu dərk etməkdə aciz qalmışdı.''(İmam Xomeyni(r), İlahi və siyasi vəsiyyətnamə )
    Daha dəqiq söyləsək, İslam inqilabı hərəkatının başlanması və onun davam etdirilməsinin əsas dayağı və həyati ünsürünü təşkil edən İmamın siyasi düşüncəsi insan varlığı, onun mövcudluğunun mənası barədə mistik şərhinin məntiqi nəticəsi idi.
    İmam öz yeni və əsaslı ilahi düşüncəsindən istifadə edərək beynəlxalq siyasi arenada dünya İslam inqilabına rəhbərlik sayəsində nəinki qüdrətli Pəhləvi rejimini dağıtmağa nail oldu, həmçinin yeni, mədəni və tamamilə dini və ilahi təfəkkürün irəli sürülməsi ilə maddi məktəblərin təlimlərini, Qərb mədəniyyətini mübarizəyə sürüklədi.''(İmam Xomeyni(r), İlahi və siyasi vəsiyyətnamə )
    Bu baxımdan '' İmamın müasir dünyaya münasibətdə yenilikçiliyi, siyasi əməl səviyyəsində olmazdan əvvəl siyasi düşüncə meydanındadır. Həzrət İmamın müasir dünyaya münasibətdə siyasi düşüncəsində çoxlu yeniliklər vardır və demək olar ki, müasir siyasi düşüncə üçün dönüş nöqtəsi yaratmışdır.''(İmam Xomeyni(r), İlahi və siyasi vəsiyyətnamə 9/2/1358 )
    Həzrət İmam bu siyasi düşüncəyə əsaslanaraq XX əsrin ən böyük ictimai inqilabını hərəkətə gətirdi və bu beynəlxalq analitiklərin fikrincə dünyanın digər böyük inqilablarının ölçü meyarları çərçivəsinə sığışmır.
    Belə ki, məşhur fransız mütəfəkkiri və sosioloqu Mişel Foukaut öz yazılarında inqilab hadisələri zamanı (1357-ci il) İrana etdiyi səfərə və İran inqilabi prosesini cəmiyyətin qeyri-müasirlikdən müasirliyə keçid kimi qiymətləndirən Qərb analitiklərinin bəzisinin fikirlərinə işarə etmiş və yaxından müşahidə etdiyi dəyişiklikləri və hadisələri meyar kimi qəbul etməklə yazmışdır: ''Mən qəbul edirəm ki, XVIII əsrdən sonra baş vermiş hər bir ictimai dəyişiklik müasirləşmə zəminində olmuşdur. Amma İran inqilabı yeganə hərəkatdır ki, müasirləşmə qarşısında dayanmışdır.''(Babək Adin və Nasir İrani, "Karter və ؛ahın süqutu", Birinci dərəcəli rəvayət, səh.37 )
    Həqiqətən də Foukaut qəbul edir ki, İran inqilabı neçə əsrlik keçmişə malik olan ikiyüzillik bir siyasi düşüncəni mübarizəyə sürükləmişdir… və bu inqilabın təzə sözü vardır və Həzrət İmamın(r) siyasi düşüncəsinin barız xüsusiyyəti də elə budur.''(Edvard Kِln: "Amerika əsarətdə", Turan Xavərinin tərcüməsi. səh.232 )
    ''Siz Qərbin siyasi fikirlərində çoxlu ixtilaflar görsəniz də, amma onların hamısı bir nöqtədə müştərəkdirlər və o, dini mənliyin inkarıdır.''("Casus yuvasının sənədləri", c.3, səh.94 ) Amma ''İmamın siyasi düşüncəsinin barız xüsusiyyəti dini özünüdərketmədir ki, gəldi və Qərbin sekular fikir çərçivəsindən daha üstün fikri qarşıya qoydu.(Əs-siyasətu Kuveyt" qəzeti, Ternerlə müsahibə, 16 dekabr 1981 )
    Həzrət İmam(r) İslam təlimləri və zəngin şiə qanunşünaslığına (fiqhinə) söykənən bu siyasi düşüncədən bəhrələndiyinə görə İslam inqilabı baş verdi və buna görədir ki, inqilabın başlanğıc, inkişaf və qələbəsindən daha çox zaman keçdikcə hamıya bu gerçəklik əyan olur ki, ''İslam inqilabı bütün inqilablardan fərqlidir.''(Pol Hunt, "İslam inqilabı dِvründə ingilis ke؛i؛ləri", Doktor Hüseyn Əbu Turabyanın tərcüməsi, səh.23)
    Bu əsasla İslam inqilabının böyük memarı və qurucusu həmişə İran İslam inqilabının islami biliklər və dini təlimlərlə ayrılmazlığına və onlarla dərin bağlılığına işarə edərək onun istisnalığını vurğulamışdır. Belə ki, öz siyasi və İlahi vəsiyyətnaməsində bu fikri açıqlayaraq yazmışdır:
    ''Biz bilirik ki, böyük İranı dünyanı çapıb talayanların əlindən qurtaran bu inqilab qeybdən gələn köməklərlə qələbə çaldı.''
    Daha sonra demişdir: ''Buna görə də İslam inqilabının həm yaranış, həm mübarizə üsulu, həm inqilab stimulu, həm də qiyam baxımından bütün inqilablardan fərqli olmasına şəkk etmək lazım deyil. Şübhə yoxdur ki, bu, mərhəmətli Allah tərəfindən məzlum və talan edilmiş millətə hədiyyə olunmuş ilahi bir töhfədir.''(Professor Həmid Mِvlana, "Keyhan" qəzeti, 18/11/1375 )
    Analitiklərin İslam inqilabını və İmamı(r) dərk etməkdə gücsüzlüyü
    İnqilab qeyri-adi, yəni bir tərəfdən qeybdən gələn köməklərdən istifadə və İmamın mənəvi düşüncəsinə ikitərəfli etimad, digər tərəfdən insanların dərin dini inamlarına etimad şəraitində yaranıb inkişaf etmişdi. Siyasi analitiklər, informasiya və tədqiqat mərkəzləri, xarici dövlətlərin casus təşkilatları İran cəmiyyətindəki dəyişiklikləri və onun dini rəhbərinin ehtimal olunan nailiyyətlərini qiymətləndirməkdə və ölçməkdə təcrübi və pozitiv meyarları əsas götürərək materialist qaydalarına uyğun sosioloji təhlillərə başlamışdılar. Buna görə də İslam inqilabının baş verməsini qabaqcadan görməkdə, habelə onun mahiyyətini dərk etməkdə, eləcə də Həzrət İmam Xomeyninin(r) inqilabi təfəkkür və düşüncə tərzini öyrənməkdə aciz qalmışdılar.
    Həzrət İmamın(r) təbirincə desək, onlar ''Allahın iradəsindən xəbərsiz idilər! Bu elə bir iş idi ki, Allah etdi, bir möcüzə idi ki, Allah-Təala yerinə yetirdi."(Həmin yerdə. )
    ''SİA təşkilatı 1357-ci ilin mordad ayında İrandakı vəziyyəti dəyərləndirdikdən sonra bildirmişdi ki, İran nə inqilab, nə də inqilabdan qabaqkı vəziyyətdə deyil! SIA informasiya təşkilatı da 28 sentyabr 1978-ci il tarixli məlumatında (4/7/1357) bildirmişdi: Şahın daha on il hakimiyyəti fəal surətdə öz əlində saxlaması gözlənilir.'("Qürub etməyən günə؛", səh.168 )
    Bu elə bir vaxt idi ki, Karter İslam inqilabından əvvəl İrana səfərində bu ölkəni dünyanın ən səsli-küylü bölgələrindən birində sabit və sakit ada adlandırmışdı.("Ettilaat qəzeti", 10/4/1368 )
    İran İslam inqilabının sürətli qələbəsi və Həzrət İmamın(r) misilsiz rəhbərliyi Amerika və digər sionist dövlətləri son dərəcə pərişan etmişdi. Qərblilər dəfələrlə İrandakı dəyişikliklərin gözlənilməzliyini və İslam inqilabının həqiqətlərini dərk etməkdə gücsüzlüklərini etiraf etmişdilər. Amerikanın Tehrandakı casus yuvasında mövcud olan sənədlərə əsasən, Amerikanın informasiya və siyasət nümayəndələri bu fikirdə idilər ki, ''Bu inqilab və onunla bağlı baş verən hadisələr bizim vəziyyətimizi korladı, adamlarımızı pərən-pərən saldı, sabit təşkilat və fəaliyyət formalarımızı puç etdi.''(Məhəmməd Nuri Zad, ''Bitərif'' məqaləsi, "Keyhan" qəzeti, 10/11/1378 )
    SİA təşkilatının o zamankı rəisi Astanfeli Terner İran İslam inqilabının baş verməsi haqqında bu fikirdə idi:
    ''SİA təşkilatı iki məsələnin proqnozlaşdırılmasında uduzdu; birincisi, 75 yaşlı sürgün olunmuş bir şəxsin rəhbərliyi altında şaha müxalif olan qruplar tam təşəkkül tapdı, ikincisi, qüvvətli ordu olmasına baxmayaraq, inqilabın belə sürətlə qələbə çalacağını gözləmirdik.''(Fransız mütəfəkkiri Roje Qarvedi, Dəmə؛qdə İslam mədəniyyəti və İmam Xomeyninin(r) fikirləri konqresində çıxı؛ından, "ھoma" həftəlik qəzeti, 10/10/1377 )
    İslam inqilabı dövründə İsfahanda yaşayan ingilis keşişi Pol Hunt qərbli bir vətəndaş kimi İrandakı şəraiti öz xatirələrində belə açıqlamışdır: ''Biz heç vaxt İranın inqilab ərəfəsində olduğuna inanmırdıq.''(İmadəddin Baqi, İslam inqilabının və … tədqiqi dəyirmi stolu, "Camee" qəzeti, 18/11/1376. )
    Əlbəttə, demək lazımdır:
    ''İslam inqilabının mənəvi dəyərlərindən xəbərsiz olan və inqilabların təhlili və tədqiqi zamanı öz coğrafi, siyasi və iqtisadi meyarlarını əsas tutan şəxslərin bu inqilabın qələbə çalma səbəblərini və mahiyyətini bilməmələri təəccüblü deyil.''(Professor Həmid Mِvlana, "Keyhan" qəzeti, 18/11/1375 )
    ''Başlanğıcdan qələbəyə kimi bu böyük hərəkat və inqilabın dərk olunmaması heç şübhəsiz ki, Qərb sosioloqları və onların Şərqdəki təqlidçiləri üçün elmi rüsvayçılıqdır.''("Cümhuri-ye Eslami" qəzeti, 21/11/1372 "Digər küncdən baxı؛ sütunu". )
    Londonda çap olunan ''Obezrur'' qəzetində ingilis yazıçılarının birinin məqaləsində bu gerçəkliyə işarə olunaraq yazılmışdır: ''Qərb heç vaxt şahın nə üçün süqut etdiyini və bir ruhaninin niyə ölkəni inqilab halına gətirib çıxara bildiyini və İslam əsaslarını dirçəltməklə Qərbi sarsıtdığını dərk etmədi.''(''Keyhan'' qəzeti, 25/11/1357 )
    Məşhur italyan jurnalisti Masimo Fini İtaliyanın ''El-Corno'' qəzetində bu sahədə apardığı araşdırmalarında yazmışdır:
    ''İslam inqilabının həqiqəti və İmam Xomeyninin(r) təfəkkürü çox dərindir və Qərb dünyası onu dərindən dərk etməkdə acizdir.''(Elvin Tafler: ''Qüdrət mahiyyətinin dəyi؛məsi'', Kitab tərcüməsi və nə؛r mərkəzi, səh.655-658 )
    Amerika prezidenti Buşun sözləri digər yolla yuxarıdakı gerçəkliyi aydınlaşdırır. O deyir: ''Mən İran inqilabının qələbəsinə görə SİA təşkilatının işdən kənarlaşdırılan o zamankı rəisindən soruşdum. Siz dünyada malik olduğunuz bu qədər adamla, belə yüksək texnologiya və sərf etdiyiniz bu qədər vəsaitlə İran xalqının inqilabını proqnozlaşdıra bilmədiniz? O, cavabında mənə dedi:
    İranda baş verənləri təsvir etmək mümkün deyil, bizim kompüterlərimiz də onu başa düşmürlər.''(Hِccətülislam Seyyid Məhəmməd Qayim Məqami, ''Keyhan qəzetinə'' müsahibə, 11/3/1378 )
    İslam inqilabının üstünlüklərindən şübhələnmə
    İmam Xomeyninin(r) müqəddəs şəxsiyyəti bir çox cəhətdən özünü digər böyük inqilablardan fərqləndirən inqilaba gətirib çıxardı. ''Həqiqətən, İmam Xomeyninin(r) rəhbərlik etdiyi İslam inqilabı əvvəl baş vermiş inqilablardan heç birinə oxşar deyil.''(Bax: Əskər ضvladinin ''Resalət'' qəzetində yazdığı məqalənin ba؛lığı, 25/8/1376 )
    İslam inqilabını digər inqilablardan fərqləndirən mövcud dəlil və sübutların, inkarolunmaz təsdiqlərin, bu sahədə beynəlxalq nəzər sahiblərinin çoxunun aydın və çoxsaylı etiraflarına səbəb olan açıq-aşkar üstünlüklərin olmasına baxmayaraq, öz səthi və dəyərsiz təhlillərini təqdim etməklə ''İslam inqilabının müstəsna inqilab olmasının'' inkarını israr edənlər onun həqiqi dəyərini azaltmağa və sonrakı yanlış nəticələrə nail olmaq üçün zəmin yaratmağa çalışmış və bildirmişlər:
    ''Mən əksəriyyətin bizim inqilabımızı bütün digər inqilablardan fərqli təsəvvür etməsini ciddi bir problem sayıram.''(''Nur səhifəsi'', c.4, səh.9 ) Ya İslam inqilabının həqiqi mahiyyətini və Həzrət İmam Xomeyninin(r) əvəzolunmaz şəxsiyyətini dərk etməkdə aciz və gücsüzdürlər, ya da şüaları hətta İslam, möminlik və İrana yad olan analitiklərin gözlərini qamaşdıran bir günəşə bilərəkdən göz yummuşlar. Qeyd etmək lazımdır ki, ''bu gün İslam inqilabını dünyanın əvvəlki inqilabları ilə müqayisə edib nəticə çıxaran şəxslər böyük elmi səhvə yol verirlər. Çünki bizim İslam inqilabımız digər inqilablardan əsaslı fərqlərə malikdir.''(Həmin yerdə, c.18, səh.102-103 )
    Fransa, Rusiya və Çin inqilabları haqqında geniş tədqiqatlar aparmış İngiltərənin Kembric Universitetinin məşhur müəllimlərindən biri Teda Skuspul deyir:
    ''Şah rejiminin devrilməsi şahın amerikalı dostlarından tutmuş jurnalistlər, siyasətçilər və hətta mənim kimi sosioloqların nəzərində böyük və inanılmaz bir hadisə idi.''
    O, tam aydınlıqla bəyan etmişdir:
    ''Çünki mənim fikrimcə, İranda baş verən inqilab digər inqilabların prinsiplərindən fərqlidir və etiraf edirəm ki, bu inqilab mənim Fransa, Rusiya və Çin inqilabları barədə söylədiyim fikirləri də etibardan saldı.''
    O daha sonra əlavə etmişdir: ''Nəhayət, İran inqilabının onu yaradan əsas stimullar baxımından belə unikal inqilab olduğunu və onun digər inqilablardan tamamilə fərqləndiyi fikrini qəbul etməkdən savayı başqa bir yol yoxdur".(Həmin yerdə, c.8, səh.267 )
    İtaliya Kommunist Partiyasının orqanı olan ''Unita'' nəşri də İslam inqilabının qələbəsinin başlanğıcında həmin inqilabi prosesi təhlil edərək yazmışdır:
    ''Bu inqilab adi qaydalardan heç birinə sığmır və bizi çox dəqiq tədqiqat və araşdırma aparmağa dəvət edir.''(Həmin yerdə, c.12, səh.283 )
    Analitiklərin İslam inqilabı və İmam Xomeyni(r) təfəkkürünü dərketmə səyləri
    İslam inqilabı onüçəsrlik İslam, xüsusən şiə fikir və mədəniyyətinə arxalanmaqla və İmamın(r) ali şəxsiyyətinə dərin bağlılığı ilə elə bir şərait yaratmışdır ki, bu gün dünya analitiklərinin çoxu böyük İslam inqilabının gerçəkliyi, kamil müsəlman qanunvericiliyi nəzəriyyəsi, İmam Xomeyninin(r) ictimai, siyasi və mənəvi çağırışlarının sirrini anlamaq və hərtərəfli təhlil etmək üçün ciddi səylə çalışırlar.
    Qeyd olunmuş gerçəkliyi aydın dərk etmək üçün nümunə olaraq Qərbdə Elvin Tafler kimi dünyanın indiki və gələcək hadisələrinin görkəmli analitikləri tərəfindən aparılan tədqiqatı göstərmək olar: '' İslam inqilabı və Həzrət İmamın(r) bugünkü dünyanın ən böyük proseslərinə təsiri, yəni yeni təzahür və milli dövlətlərdən yuxarı qüvvə və qüdrətin zühuru'' və dünyanın müxtəlif dövlətləri tərəfindən Həzrət İmamın(r) kamil çağırışlarının məzmununun dərk olunmasının təsdiqi. Elvin Tafler yazır:
    ''XXI əsr dünyasına hansı ölkə hökmranlıq edəcək?'' – bu, həyəcanlı bir sualdır. Amma həqiqətdə sualın belə qoyuluşu səhvdir, çünki bu dünyanın ən böyük dəyişikliyi yeni təzahürün, yəni milli dövlətlərdən yuxarı qüvvə və qüdrətin zühurudur.''
    Tafler yuxarıdakı prosesin nümunəsi kimi İmam Xomeynini(r) qeyd edir ki, o, ''dinin qüvvəsindən istifadə etməklə uzun müddət milli dövlətlərin inhisarında olan qüdrətin diqqətəlayiq bölməsini nəzarətə götürdü. O bu fikirdədir:
    ''İmam Xomeyni Salman Rüşdinin qətli fitvasını verərkən həqiqətdə dünya hökumətləri üçün tarixi çağırış göndərdi ki, çoxları onun dərki və təhlilində aciz qaldılar və İmamın çağırışının həqiqi məzmunu dünya hakimiyyətində yeni bir əsrin yetişməsindən başqa bir şey deyildi ki, qərblilər onu diqqətlə nəzərdə tutub tədqiq etməlidirlər. Çünki İmam Xomeyni(r) hərəkatının ardınca bəşər düşüncələrinin əhatə dairəsi həm dövlət quruluşunun mövqeyini, həm də milli və ya məhəlli dövlətlərin iqtidarını dəyişir…''(Həmin yerdə, c.17, səh.39 )
    İmamın(r) tarixi missiyası
    İslam inqilabının müstəsna xüsusiyyətlərindən biri də onun ilahi çağırışları və ali məqsədləridir, ''İmam bəşəriyyətin gələcək dövranına müjdə verəcək bir şəxs kimi dünya meydanına daxil oldu. Bu elə bir dövrandır ki, onda nə Şərq hakim olacaq, nə də Qərb.''(''Nur səhifəsi'', c.12, səh.101 )
    İmam Xomeyni(r) İslam inqilabı, onun dünya miqyasında və müsəlman İranının coğrafi sərhədlərindən kənarda həqiqi cəhətləri, Yer kürəsində insanın daxili aləminin dəyişilməsi, bəşəriyyətin mənəvi və təkallahlılıq məfhumları və dünya İslam inqilabı üçün zəmin yaranmasının mahiyyətinin təsvir olunması ilə yanaşı, Həzrət Höccətin (əc.) öndə getməsini İslam inqilabının keşməkeşli prosesinin mühüm və əsas missiyası hesab edirdi.
    İmam Xomeyninin(r) bu barədə dəfələrlə verdiyi açıqlamalar şübhəsiz həmin gerçəkliyin əlamətidir ki, o, çağdaş bəşəriyyətin mənəvi yoxsulluğunu dərk edərək bəşəriyyətə vəd olunmuş xilaskarın zühuretmə şəraitinin yaradılmasını İslam inqilabının ilahi və tarixi missiyası hesab edirdi. O, bütün səylərini məhz bu müqəddəs məqsədə çatmağa sərf edirdi.
    Belə ki, Həzrət İmam(r) inqilabın qələbəsindən öncə inqilab tərəfdarlarının istiqamətlənməsi və hazırlanması üçün onlara İslam inqilabının məqsədlərini, yəni İslam hökumətinin bərpası, İslam ölkələrində dinin dirçəldilməsini xatırlatmışdır. Dünya İslam inqilabının üçüncü mərhələsində vəd olunmuş xilaskarın zühur(əc.) edəcəyini söyləmiş və bunu İslam inqilabının son məqsədi hesab etmişdir.(Həmin yerdə, c.19, səh.297 )
    O, İslam inqilabından əvvəlki müraciətində inqilabın müqəddəs məqsədlərini açıqlayaraq demişdir:
    ''Əziz millət və İmamın(r) haqlı ardıcılı [Həzrət Seyyidiş-şühəda] öz qanı ilə iblis Pəhləvi rejimini tarixin qəbristanlığında dəfn edər və İslamın bayrağını nəinki ölkə ərazisində, bəlkə də ölkələrdə dalğalandırar.''(Həmin yerdə, c.16, səh.88 )
    Böyük İmam İslam inqilabının uzunmüddətli strategiyası, məqsədi və niyyətini təsvir edərkən və müəyyənləşdirərkən buyurmuşdur:
    ''Biz hamımız İslamı dünyanın hər yerində tanıtdırmağa borcluyuq.''(Həmin yerdə, c.13, səh.21 ) ''Ümidvaram ki, biz İslam və İslam respublika¬sının bayrağını dünyanın hər bir yerində bərpa edə bilərik.''(''Nur səhifəsi'', c.20, səh.118 )
    Eyni zamanda Həzrət İmam(r) dünya dövlətlərinin zərərli təbliğatını zərərsizləşdirmək, İslam inqilabının ixrac olunması məfhumunun aydın şəkildə təsəvvür edilməsi üçün xatırlatmışdır: ''Biz inqilabımızı yaymaq istəyirik – deyəndə İranda nail olduğumuz həmin mənəvi dəyərləri dünyaya çatdırmaq niyyətindəyik. Biz qılınc çəkmək, güllə atmaq və ya hücum etmək istəmirik.''(Həmin yerdə, c.20, səh.59 )
    İslamı hər yerdə yaymaq istəyirik. Bizim hansısa ölkəyə hərbi müdaxilə etmək niyyətimiz yoxdur.''(Həzrət İmamın(r) ؛erlər divanı və gِrü؛ cilvəsi səh.135 ) İmam bu barədə daha sonra vurğulamışdır: ''Biz İslamı dünyanın hər yerinə yaymalıyıq, inşaallah onu daha da inkişaf etdirəcəyik.''(''Nur səhifəsi'', c.6, səh.244. İmam ِz sِhbətlərindən birində buyurmu؛dur: ''Zamanın bu hissəsi ِlkəmiz və İslam üçün ən həssas hissələrdəndir'' (c.7, səh.225) )
    İmamın(r) fikrincə İslam inqilabının yayılma strategiyası İmam Zamanın(əc.) rəhbərliyi ilə böyük dünya İslam inqilabına zəmin yaradılmasından ötrü formuldur və bununla bağlı o, öz mömin tərəfdaşlarına və şəhidlərin əziz övladlarına tövsiyə etmişdir:
    ''Atalarınızın qanı bahasına əldə edilən İslam respublikasına ömrünüzün sonunadək sadiq qalın və öz hazırlığınızla, İslam inqilabını yaymaqla, şəhidlərin müraciətini çatdırmaqla dünyanın xilaskarı, Həzrət İmam Zamanın(əc.) qiyamı üçün zəmin hazırlayın.''(Seyyid Murtəza Avini, ''Bir sonluğa ba؛lanğıc'', səh.44 )
    Həzrət İmam(r) dəfələrlə AllahTəaladan bu təmənnada olmuş və istəklərini diləmişdir:
    ''Ümidvaram ki, bu inqilab bir dünya inqilabı olaraq və Həzrət İmam Zamanın(əc.) (Ruhlarımız ona fəda olsun) zühuru üçün müqəddimə rolunu oynayacaqdır.''(Həmin yerdə, ''Surə'' jurnalı, II dِvr, №10 )
    ''Ümidvaram ki, bu hərəkat, bu inqilab İmam Zamanın(ə.s.) zühuru ilə nəticələnəcək və bizim inqilabımız bütün dünyaya yayılıb, məzlumların dadına çatacaqdır.''(''Nur səhifəsi'', c.20, səh.126 )
    ''Ey Allah, bizə minnət qoy və İslam inqilabımızı bütün dünyada zülmkarların zülm sarayının dağılması və təcavüzkarların ömür ulduzunun sönməsi üçün başlanğıc hesab et.''(İmam Xomeyninin(r) vəfatının birinci ildِnümündə Ayətullah Xameneyinin çıxı؛ı, İmamın məzarı ِnündə, 13/3/1369 )
    O daha sonra vurğulamışdır: ''Gələcək parlaqdır və biz hamımız günəşi görmək intizarındayıq.''(Həmin yerdə. )
    Pərdəni bir çək, mən sənin yarınam,
    Aşiqəm, sənin aşiqi rüxsarınam.
    Vüsalınla qəlbimdən düyünü aç,
    Özünü göstər, sənin giriftarınam.
    Aşiqəm, qəm-qüssə içindəyəm,
    Məstəm, görüşünün həsrətindəyəm.
    Ey dost, öldürsən, ya əzizləsən məni,
    Aşiqəm, sənin vəfalı yarınam.
    Həzrət İmam Xomeyni(r) İslam inqilabının bünövrəsini qoyaraq dünya hegemonlarının fitnələrini zərərsizləşdirməklə, ''İslam inqilabının mənəvi və dini çağırışlarını yaymaqla'' yanaşı müasir dünyada böyük dəyişikliklərin başlanğıcını qoydu və bəşər tarixində yeni bir əsri başladı.
    Bu elə bir əsrdir ki, müsəlmanların rəhbəri onu İmam Xomeyni əsri adlandırmışdır.
    Elə bir əsr ki, həqiqətdə İslamın yaranması və Həzrət Höccətin(əc.) qeyb etməsindən sonra və Həzrətin zühurundan qabaq tarixin ən həssas yüksəlişidir. Belə ki, İmam(r) buyurmuşdur: ''Biz indi elə bir həssas dövrdəyik ki, mənim fikrimcə bu, tarixin ən həssas məqamıdir.''(Ayətullah Xameneyinin 598-ci qətnaməni izləmə ؛tabının üzvləri ilə gِrü؛ündə, ''Ebrar'' qəzeti, 1/10/1370)
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 970 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024