İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:33 AM
    İmam Xomeyni(r) əsrinin xüsusiyyətləri
    İmam Xomeyni əsri bəşər tarixinin unikal xüsusiyyətlərə malik olan bir hissəsidir. Bu dövrün bəzi məqamlarına diqqət yetirək:
    Müasir insanın dini və mənəvi həyatının təzələnməsi.
    Həqiqətən də bəşər həyatında yeni əsrini başlanğıcı olan böyük İslam inqilabının ilahi bəxşişi müasir insanın mənəvi, dini və islami varlığının təzələnməsi dövrünün başlanğıcı sayılır. Belə ki, dahi rəhbər buyurmuşdur: ''İslam inqilabı İslam dünyasında İslamın mahiyyətini, bütün dünyada mənəvi mahiyyəti dirçəltdi.''
    İnqilabın böyük rəhbəri kimi, əksər şərhçilər(Elvin Tafler, "Qüdrət mahiyyətinin dəyi؛məsi", səh.659 ) də bu fikirdədirlər ki, bəşəriyyətin mənəvi və dini həyatının təzələnməsi ''İranda İslam inqilabının qələbəsi ilə başlanmışdır və buna görə 60-cı onilliyi yeni dövrün ilk onilliyi saymaq lazımdır.''
    Bu baxımdan deməliyik:
    ''Əgər dini mahiyyətin yenidən dirçəlməsi ilə əlaqədar hansısa tarixi bir günü, ili [müasir dünyada] nəzərdə tutmaq qərara alınsa, bu tarix 1979-cu miladi ilidir, yəni bütün dinlərdə dini təfəkkürlər üçün böyük bir dirçəlişə səbəb olan İran İslam inqilabının qələbəsi ilə eyni vaxtdadır.
    1990-cı ildə dini təfəkkürün dirçəlməsi ilə əlaqədar aparılan son statistik hesablamalar göstərir ki, Avropa əhalisinin təqribən 70%-i dindarlıq hissi keçirirlər. Hinduizmdən tutmuş buddizmə kimi.., bütün dinlər və xristian təriqətlərinin hamısı bir növ dini təfəkkürə qayıdışdan xəbər verir və İran İslam inqilabı dünyada dini təfəkkürün dirçəlməsinə səbəb olmuşdur.''("Ebrar" qəzeti, 24/10/1374 )
    Əksər şərhçilər bu fikirdədirlər ki, bəşəriyyətin dini həyatının təzələnməsində İslam inqilabının təsiri çox böyükdür.
    Məşhur və çoxtirajlı ''əl-Aləm'' jurnalının baş redaktoru Doktor Seyyid Məhəmməd əş-Şəhabi bu barədə demişdir:
    ''İran İslam inqilabı nəinki İslam cəmiyyətlərində, bəlkə əksər cəmiyyətlərdə əsaslı və köklü təsirə malik olmuşdur. Şübhəsiz, keçmiş iyirmi il ərzində heç bir hərəkat İran inqilabı qədər insan cəmiyyətinə təsir edə bilməmişdir, din cəmiyyətdə əsas və həyati rola malikdir və İslam inqilabı bəşəriyyətə bu nuru saçaraq aydınlıq bəxş etdi.''
    O daha sonra əlavə etmişdir:
    ''İslam inqilabı ziyalı və mütəfəkkirlərin dini məsələlərə diqqətini artıraraq, onun bəşəriyyətin vicdanı, habelə siyasi-ictimai fikirlərə təsirinə əhəmiyyət vermələrinə səbəb oldu. Biz İslam inqilabı sayəsində müsəlmanlar və qeyri-müsəlmanların dinə qayıdış və yaxınlaşmasının şahidi olduq.''("Cümhuri-ye Eslami" qəzeti 11/6/1377 )
    Həzrət İmam Xomeyni(r) və İslam inqilabının müasir insanın dini və mənəvi həyatına geniş təsiri beynəlxalq analitiklərin də diqqətini özünə cəlb etmişdir.
    İngiltərənin "Bi-Bi-Si" birinci televiziya kanalı XXI əsrin yaxınlaşması münasibətilə hazırladığı ''İkinci əsr'' adlı sənədli proqramlar məcmuəsindən birində qeyd edilən mövzu ilə bağlı müzakirəyə başlayaraq demişdir:
    ''1979-cu ildə İranda baş verənlər təkcə iranlılar üçün deyil, eləcə də bütün dünya dinlərində dönüş nöqtəsi idi. Elə bir dövrün başlanğıcı idi ki, bütün dünyada dini doktrinaçılığa qayıdışdan xəbər verirdi.''
    Bu kanalın dediyinə görə ''bütün dünyada xristianlıq, yəhudilik və hinduizm kimi dinlərin digər ardıcılları da dini doktrinaçılığa üz tutdular: Hətta yetmiş il əvvəl dinlə müharibəyə başlamış Türkiyədə də İslam əsaslarına qayıdış prosesi sürətlənmişdi.''(Cümhuri-ye Eslami" qəzeti 16/1/1369, "Tana" qəzetindən, Afina çapı, Yunanıstan. )
    Dinə qarşı olan nəzəriyyələrin yanlışlığı
    İslam inqilabından əvvəlki illərdə ''maddi dəyərlərlə bağlı nəzəriyyələrin qələbəsi o qədər zəruri nəzərə çarpırdı ki, ''Fransanın ensiklopedik filosofu Bil kimi XVIII əsrin mütəfəkkirləri, ümumiyyətlə, gələcəkdə din üçün məkan və məqamın olmasını təkzib edirdilər. Bu yolla XIX əsrdə, ümumiyyətlə, dini inkar edən marksist fəlsəfəsi, eləcə də öz yalan məzhəblərini səmavi dinlərin yerində qoyan fəlsəfələr yarandı.''(Keyhan" qəzeti, 9/8/1379 )
    XX əsrdə Şərq və Qərb materialistləri cəmiyyətlər səviyyəsində din və dini inamlarla aşkar mübarizəyə başladılar. Amma tarixi dəyişikliklər və İran İslam inqilabının baş verməsi XX əsrin sonlarında mövcud şəraiti elə dəyişdirdi ki, beynəlxalq nəzəriyyəçilər və sosioloqlar insan cəmiyyətlərində dinin yenidən dirçəlməsini etiraf edərək, son illər ərzində mötəbər elmi nəzəriyyə kimi, ''XX əsrdə dini həyatın təzələnməsi'' nəzəriyyəsinin əsasını qoydular. Məşhur ingilis sosioloqu Gidens ''Dinin yeni doğum hadisəsi'' adlı kitabının bir fəslində yazmışdır:
    ''Keçmişdə sosioloji fikrin üç nəhəngi, yəni Marks, Dyurkim və Maksveber az-çox ixtilaflarla dünyanın ümumi gedişatını ''sekularizm'' və ''dindən kənarlaşma'' istiqamətində görürdülər. Lakin 80-ci ilin başlanğıcından İran İslam inqilabı ilə bunun əksinin gerçəkləşməsinin şahidiyik, yəni dünyanın ümumi gedişatında əks proses başlamışdır və dünya indi dindarlıq istiqamətində irəliləyir.''("Cümhuri-ye Eslami" qəzeti 16/1/1369 )
    Başqa sözlə desək, böyük İmamın rəhbərliyi ilə İslam inqilabı möcüzəsinin baş verməsi, habelə böyük ilahi dinlərin, xüsusilə həqiqi İslam dininin nüfuz dairəsinin valehedici şəkildə genişlənməsi bu gün artıq siyasi hadisələr və ictimai dəyişikliklərin şərhçilərini nəinki insan cəmiyyətində dinin üstün mövqeyini inkar etmək və müasir dünyanın gələcəyində onun tərki-dünyalıq xislətini söyləmək cürətindən məhrum etmişdir, eləcə də onlar öz sələflərinin mövqeyindən 180 dərəcə dönərək demişlər:
    ''Gələcək onilliklərdə özünü büruzə verəcək dünya hegemonluğu oyununda İslamın gündən-günə artan nüfuzu nəzərə alınmadan katolik və digər məzhəblər dərk olunmayacaq.''(Keyhan" qəzetinə müsahibəsində, 17/11/1378 )
    Dünyanın ateist əqidələrindən xilas olması
    İslam inqilabının qələbəsi maddi dəyərləri və ateist məktəbləri etibarsızlaşdırmaqla yanaşı, ateist quruluşların dağılması belə quruluş nəzəriyyəçilərinin öz əqidələrində fikirlərini təzələməsi üçün zəmin yaratdı. Belə ki, İslam inqilabının qələbəsindən bir onilliyin keçməsi ilə marksist şəxsiyyətlər və kommunist partiya və quruluşlarının başçılarından çoxu öz yanlış əqidələrini ayaq altına salmaqla dini imanla əks təsirdə olan hər cür əqidədən uzaqlaşdıqlarını elan etdilər.
    Məsələn, Rusiya Kommunist Partiyasının sədri Aleksandr Zuqanov öz fikirlərini açıqlayarkən demişdir:
    ''Biz Allahın varlığını inkar edən fikirlərdən əl çəkmişik.''("Cümhuri-ye Eslami" qəzeti, 20/9/1368, "əl-Aləm" jurnalından istifadə olunub)
    Dünyada ən inadkar kommunist quruluşlarından birinin qüdrətli rəhbəri Fidel Kastro iftixarla bildirmişdir:
    ''Allah istəyənə qədər ölkənin idarəsini əlimdə saxlayacağam. Birinci Allahın istək və iradəsi, ondan sonra insanların istək və iradəsi hər bir şeydən daha üstündür.''(Cərayid, 15/1/1369 )
    Uzun illər etiqadlarına görə zindanda yaşamış Türkiyənin müasir marksist şairi Həşəmət Ovzal İslama üz çevirərkən demişdir:
    ''Qətiyyən yeni etiqadımdan (İslam) peşman deyiləm, çünki zindanda öz etiqadımın dəyərini tapmaq üçün fürsət əldə etmişəm.''
    O demişdir:
    ''Mənim həmvətənlərim fövqəltəbii aclıqdan əziyyət çəkirlər, elə bir aclıq ki, yalnız Quranla aradan qaldırılar.''(Doktor Əbdüləziz Sa؛adniya, Amerikanın Virciniya universitetinin müəllimi, "İmam Xomeyni və dini təfəkkürün dirçəlməsi" mِvzusunda keçirilən beynəlxalq konqresdə çıxı؛ı, "Cümhuri-ye Eslami" qəzeti, 13/3/1376 )
    Rusiyanın prezidenti Vladimir Putin də Fransanın ''Lufiqaro'' qəzetinə verdiyi müsahibəsində dini ayinlərin icrasının keçmiş SSRİ-də təhlükəsiz olmadığını söyləsə də, anasının onu kilsədə xaç suyuna saldığını xatırlatdıqdan sonra demişdir:
    ''Mən öz növbəmdə Rusiyanın ortodoks kilsəsinə aid olduğuma görə fəxr edirəm. Bu bağlılıq məni zənginləşdirir,
    millətim və onun mədəniyyəti ilə şəxsi əlaqələrimi yaradır.''(Doktor Səid Məhəmməd ə؛-ھəhabi, "əl-Aləm" jurnalının ba؛ redaktoru, "Keyhan" qəzeti, 15/11/1375 )
    Siyasətçilər arasında dini fikrin dirçəlməsi
    Bu gün İmam Xomeyninin(r) qiyamı nəticəsində dini dəyərlər bir daha dünyanın diqqət mərkəzindədir. Belə ki, dünyanın Şərq və Qərbində dövlət başçılarından çoxu artıq öz ölkələrində hakim fəzanı hərtərəfli müşahidə etdikdən sonra, tədricən dinin həqiqətinə və dini əqidələrə hörmətlə yanaşma istiqamətində hərəkətə başlamışlar və din dünya dövlətlərinin cari siyasətinin böyük bir hissəsini təsirə məruz qoymuşdur.
    Rumıniyanın Milli liberal Demokratik Partiyasının sədri və məşhur siyasətçilərdən biri Nikolay Çervin İslam respublikasının səfiri ilə görüşündə ''İslam inqilabı tarixdə misilsiz hadisədir'' fikrini vurğulayaraq demişdir:
    ''İran İslam inqilabı cəmiyyətdə dini dəyərlərin dirçəldilməsi kimi mühüm məqsədə malikdir və bu gün Rumıniyada dini dəyərlərin dirçəlməsinə böyük ehtiyac var və biz İranın təcrübəsindən bəhrələnmək istəyirik.''(Həmin yerdə )
    Dahi rəhbərin beynəlxalq işlər üzrə müşaviri doktor Vilayəti bu barədə bir xatirəni danışaraq demişdir:
    ''Mən bir dəfə Polşa prezidenti və Birlik hərəkatının sabiq rəhbəri Lex Valensa ilə görüşmüşdüm və bu görüş onun prezident olduğu dövrə təsadüf edirdi. O, mənə deyirdi:
    ''Sizin inqilabınız bizə də təsir etdi. Biz sizin ölkənizdə belə bir inqilabın din əsasında baş verməsindən xoşhalıq. İslam inqilabının qələbəsi hətta xristian ölkələrində belə hökumətlər səviyyəsində dini fikrin dirçəlməsinə səbəb oldu.'(Mazandaran sağlamlıq tə؛kilatının ümumi əlaqələri, İmam və inqilab dünya dü؛üncə aynasında, səh.71 və 72 )
    Yeni dini həyat və qərblilərin etirafı
    İslam inqilabının müxtəlif sahələrdə qələbəsi və müasir insanın yenidən dini etiqadlara qayıtması Qərb şərhçilərini dünya dövlətlərinin dinin böyük potensialından xəbərsiz olduqlarını söyləməyə vadar etdi.
    Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsinin rəisi Daniel Rapis İstanbul şəhərində keçirilən konfransda demişdir:
    ''Etiraf etməliyik ki, İslam inqilabının qələbəsindən öncə biz dini və məzhəbi fikirlər üçün heç bir yer açmamışdıq. Lakin bundan sonra biz amerikalılar dinin tədqiqi və araşdırılması üçün zəmin yaratmalıyıq.''(Doktor Əbdüləziz Sa؛adniya, Amerikanın Virciniya universitetinin müəllimi, "Cümhuri-ye Eslami" qəzeti, 13/3/1376 )
    Məşhur Qərb jurnalistlərindən Beri Robinin ("Normal İslam" məqaləsinin müəllifi) Brüssel şəhərində keçirilən jurnalistlərin iclasında dediyi sözlər bizim qeyd etdiyimiz gerçəkliyin başqa bir əlamətidir. O bu iclasda demişdir:
    ''Vaşinqton keçən illərdə siyasi və diplomatik münasibətlərdə dinin əhəmiyyətini dərk etməmişdi. Ancaq bu məsələ biz amerikalılar üçün xeyli problem yaratdı ki, bu da Vaşinqtona baha başa gəldi.''
    Robin daha sonra əlavə etmişdir:
    ''Əgər gələcəkdə belə problemlərlə üzləşmək istəmiriksə, bu məsələni qəbul edib başa düşməliyik ki, din insan cəmiyyətlərinin əsas və bariz bir gerçəkliyidir.''("Keyhan" qəzetinə müsahibəsində 11/9/1378 )
    Yeni dünya şəraiti və müasir dünyada dinin artmaqda olan təsiri nəticəsində ''İslam inqilabından sonra Amerikada dinin dəyərləndirilməsində böyük dəyişiklik yaranmışdır. Belə ki, bu gün din bütün sahələrdə (elmi, mədəni və siyasi…) müzakirə olunur.''(Jil Kopel, Allahın iradəsi, Abbas Agahinin tərcüməsi, səh.11 ) Bu barədə müxtəlif tədqiqatlar ardıcıl surətdə həyata keçirilir. Belə ki, ''Beş il əvvəl Amerikada dünyada dinin doktrinal məsələsi araşdırılmış və onun əsasında fərqli dinlərdən (İslam, xristianlıq, yəhudi və…) beş müxtəlif kitab nəşr olunmuşdur. Maraqlısı budur ki, bütün qeyd edilmiş kitablarda dinin əsaslı olması və cəmiyyətdə etiqadlar məsələsinin diqqət mərkəzində saxlandığı qeyd edilmişdir.''(Doktor Rıza Davudi, "Keyhan", 20/5/1369 )
    Hər halda İslam inqilabının bu məsələdə rolu inkarolunmazdır və ''bu məqamlar İslam inqilabının qələbəsindən əvvəl mövcud olmamışdır, yalnız İslam inqilabının qələbəsindən sonra aşkarlanmışdır.''(Xose Artqay Qast, "İnsan və bِhran", Əhməd Tədinin tərcüməsi, səh.3)
    Necə ki, yazıçı və Londonda çap olunan ''Tayms'' qəzetinin icmalçısı yazır:
    ''…1357-ci ilin payızında Qərb dünyası İran inqilabına görə bir daha İslamı kəşf etdi. Və biz qərblilər çox tez başa düşdük ki, Allahu Əkbər - ''Allah [ən] böyükdür'' mənasın¬dadır.("İmam Xomeyni(r) və dini təfəkkürün dirçəlməsi"nə həsr olunmu؛ ikinci beynəlxalq konqresdə Ayətullah Həzrət Misbah Yəzdinin çıxı؛ı. (1377-ci ilin xordad ayı) "Hüzur" fəslnaməsi №24, səh.262 və 263)
    Dünyanın İslamla tanışlıq səylərinin artması
    İmam Xomeyni dövründə İslamın müxtəlif sahələrini, həmçinin din və digər ilahi dinlər mövzusunu dərk etmək üçün dünyanın elmi-tədqiqat cəmiyyətləri, habelə ayrı-ayrı şəxslər tərəfindən inanılmaz həvəs və meyl yaranmışdır.
    Bu gün millətlər, dövlətlər və tədqiqat müəssisələri tərəfindən İslamın əvvəlkindən daha çox dərk olunması üçün çoxlu səylər göstərilsə də, hər biri öz məqsədləri naminə çalışırlar. Amma məsələ burasındadır ki, bu səylər hansı məqsədlə olsa da, hər bir halda ilahi inqilabın böyük təsirlərinin və İmam Xomeyninin(r) saf niyyətli qiyamı ilə başlanan yeni əsrin xüsusiyyətlərinin nəticəsidir.
    Nümunə üçün qeyd etmək olar ki, ''keçən iyirmi ildə Amerikada islamşünaslıq yalnız bəzi böyük universitet¬lərdə tədris olunurdu. Lakin hazırda bütün böyük və kiçik universitetlərdə islamşünaslıq dərsi vardır və bu, İran İslam inqilabının təsirinin göstəricisidir.''("Keyhan qəzeti", 28/17/1369, Tehranda tədqiqat və təhsili proqramla؛dırma tə؛kilatı mütəxəssislərinin toplantısından qeydlər. )
    İslamı yenicə qəbul etmiş yaponiyalı tədqiqatçı Toşio Korda bununla bağlı demişdir:
    ''İran İslam inqilabından əvvəl Yaponiyada İslamla bağlı çap olunan hər bir kitab min nüsxədən çox olmurdu. Allaha şükürlər olsun ki, inqilabın qələbəsindən sonra Yaponiyada İslamla bağlı kitabların sayı çoxalmaqdadır.''
    O, daha sonra əlavə etmişdir:
    ''Bir müddət əvvəl yapon dilində ''İslam ruhu və mənəviyyatı haqqında bir kitab yazmışdım ki, bir ay ərzində onun iki yüz min nüsxədən çoxu satılmışdır.''("İmamət" aylıq qəzeti, 1378-ci ilin tir və mordad ayları üzrə nِmrəsi )
    İnsanın digər tarixi sferaya qayıdış istəyi
    İmam Xomeyni(r) böyük İslam inqilabının əsasını qoymaq və ona rəhbərlik etməklə bəşəriyyət tarixində daha böyük dəyişikliyə imza atdı və yeni bir əsri yaratdı.
    Dinin və təkallahlılığın öyrədilməsi sahəsində misilsiz və genişmiqyaslı proseslərin getdiyi bir əsrdə bəşəriyyətin maddi və mənəvi həyatının formalaşmasında əsas rola malik olan məfhumlara yenidən qayıdış başladı.
    Sanki insan hədsiz-hüdudsuz maddi arzularından əli soyumuş halda öz tarixi həyatının yeni sahəsinə daxil olmaq üçün hazırlaşır.
    Beynəlxalq şərhçilərin çoxu bu gerçəkliyi etiraf edirlər ki, ''XX əsrin son illərində dini hərəkatlar başqa şəkil almış və din məzhəblə bağlı çağırışların yeni təqdimi və onun quruluşunu dəyişməklə meydana daxil olmuşdur.''(Bu məqalə Tehranda İslam təfəkkürü mِvzusunda keçirilən konfransa gِndərilmi؛di. "Keyhan" qəzeti, 21/11/1369 )
    Həqiqətdə demək olar: ''İndiki bəşəriyyətin bütün ümidi din və mənəvi dəyərlərə bağlıdır və bəşəriyyətin başı divara dəydiyindən özünü tapmağa qayıtmışdır. Qərbin də indi bütün ümidi dinədir. Puper və onun kimilər, yəni dinə arxa çevirən pozitivistlər qulaqlarını pambıqla tıxayıblar. Qərbin müasir vəziyyətinə bir nəzər salın: Müasir mütəfəkkirlərin çoxunun həm din əhli, həm də qeyri-din əhli üçün din və mənəviyyat haqqında açıqlamaları vardır.''(İmam Xomeyni və müasir dünya, səh.79 )
    Müasir dünyanın hərtərəfli böhranı bugünkü insanı dolaşıq çətinliyə salmışdır və yeni əsrin insanı öz ali və mənəvi arzularını maddi dəyərlərin boğucu qalmaqalında itirilmiş sayır. Buna görə də insan başqa tarixi sferaya qayıdış niyyətindədir.
    ''Deyirlər ki, (bəlkə də səbəbsiz deyil) təzə əsrin bütün yenilikçi doktrinaları indi böhranlı vəziyyətdədir. Bu fikrin təsdiqi haqqında bir neçə amil vardır ki, avropalı insanın keçən üç yüz il ərzində məskən saldığı yeni ölkədən öz çadır və alaçığını yığışdırmaqla məşğul olduğunu göstərir. Bu insan başqa tarixi sferaya qayıtmaq və başqa şəraitdə yaşamaq istəyir.(Hüzur" jurnalı, №12, 1374-cü ilin yayı. )
    İmam Xomeyni(r) əsri müsəlman şərhçilərinin nəzərində
    Həzrət İmam Xomeyninin(r) ilahi qiyamının dünyaya təsiri əvvəlkindən daha çox aşkarlandığından, ateist və maddi təfəkkürlərin bugünkü dünyanı hərtərəfli istila dayaqlarını laxlatdığından ölkə daxilindəki və xaricindəki müsəlman mütəfəkkirləri və şərhçilərindən çoxu bəşəriyyətin yeni əsrə daxil olduğunu bildirərək bu böyük dünya hadisəsinin mühüm xüsusiyyətlərinin təhlilinə və bu sahədə İmamın(r) həlledici rolunun araşdırılmasına başlamışlar.
    İndi İslam alimlərindən çoxu bu fikirdədirlər ki, İmam Xomeyni(r) ''İslam tarixində, bəlkə də dindarlıq dünyasında yeni əsri başlamışdır.''
    Ölkə daxilindəki və xaricindəki müsəlman şərhçiləri aydın şəkildə bildirirlər ki, ''İmamın müqəddəs müraciəti dünyanı lərzəyə gətirdi.'' İmamın(r) fikri və əməli fəaliyyəti sayəsində İslam bütün dünyada özünü göstərmişdir. Bu elə bir səviyyədə idi ki, ''Həzrət İmamın(r) qiyamının təsiri Avropada da hiss olunurdu.''
    Bu şərhçilər tam əmindirlər ki, ''İmam Xomeyni(r) əsrinin başlanması ilə dünyada din və dindarlıq inkişaf etmiş, ''din dirçəlmiş və kilsələr yeni ruh tapmışlar'' və hətta … ''Avropada dindar olmaq yeni dəyər və məna kəsb etmişdir'' və ''Qərbdə milyonlarla insan Həzrət İsanın(ə) zühurunu gözləyirlər'' və bir sözlə, İmamın(r) əsri müasir dünyada ''din və mənəviyyatın yenidən bərqərar olması'' dövrüdür.
    Ayətullah Misbah Yəzdi
    O, Qum elmi mərkəzinin hörmətli alimlərindəndir ki, son əsrlərdə İslam ölkələri və İranın Pəhləvi hökumətinin də daxil olduğu Avropa və Qərbdə dinlə mübarizə və dini kənarlaşdırma cərəyanına işarə edərək buyurmuşdur:
    İmam Xomeyni(r) hərəkatının ən mühüm uğuru müasir dünyada din və dindarlığın dirçəlməsi idi. Belə ki, bu hərəkatın sayəsində nəinki İslam dininin, hətta başqa dinlərin, o cümlədən xristianlığın ardıcılları yenidən həyat tapmış və nəticədə din və dindarlığa yönəlmə başqa millətlərdə də artmışdır.
    Misbah Yəzdi onunla görüşən bir meksikalı xristian yepiskopun sözlərinə işarə edərək bu barədə demişdir:
    ''Bu sizə məxsus iftixardır ki, dünyada imanı dirçəldə bildiniz və bundan daha da üstünü odur ki, dövlət idarəçiliyini dinlə bərabərləşdirdiniz. Biz [xristianların] belə bir gücü yoxdur ki, insanlarda imanı qoruyaq, çünki insanların bizə artıq inamı yoxdur. Əsası isə budur ki, dindarlığı dövlət idarəçiliyi ilə birləşdirə bilmədik.''("Keyhan" qəzeti, "Mədəniyyət və təfəkkür sütunu", 22/5/1375. Seyyid Məhəmməd Əli Əbtəhi, "İslam" qəzeti, 19/3 və 17/3/1371 Əlbəttə, gələcək bِlmələrdə də müxtəlif münasibətlərlə xristian dini rəhbərlərinin bəyanatları çərçivəsində dünya ِlkələri, xüsusilə Qərb cəmiyyətlərində dünya ِlkələrinin siyasi və ictimai meydanlarda kilsənin misilsiz fəaliyyətindən bəhs edən müxtəlif nümunələri təqdim edəcəyik. )
    Professor Həmid Mövlana
    O, Amerikan Vaşinqton Disi Universitetinin beynəlxalq münasibətlər bölməsinin müdiri və təsisçisidir ki, müasir dünyada Həzrət İmam Xomeyninin(r) böyük təsirlərindən bir hissəsini bəyan etməklə bildirmişdir:
    ''Mənim fikrimcə, XX əsrdə heç bir səs İmamın səsi kimi dünyanı lərzəyə gətirmədi. Həzrət İmam dünya müharibəsindən sonra şeytan və zülm müqabilində ''sükut tilsimini'' dünya miqyasında sındıran ilk şəxsiyyət idi. Əgər bu tilsim sındırılmasaydı, bu gün SSRİ yaşayardı.''
    Mövlana daha sonra əlavə etmişdir: ''İslam inqilabı ən yüksək zirvəsinə çatanda, 1978-ci ilin yayında mən iki həftə Tehranda idim və sonra Varşavada beynəlxalq münasibətlər üzrə keçirilən böyük konqresdə iştirak etmək üçün Polşaya getdim. Orada İran İslam inqilabı haqqında danışarkən sonralar Polşa mübarizələrində böyük təsirə malik olan bir neçə nəfər polşalı alim Həzrət İmamı(r) tanımaq istədilər.
    Bu o dövrə aid idi. Lakin son vaxtlar, iyirmi ildən sonra Leypsik universitetində həmin sahə üzrə keçirilən böyük dünya konfransında iştirak etmək üçün Şərqi Almaniyaya getmişdim. Orada Beynəlxalq Münasibətlər Elmi Cəmiyyətinin 43 illik tarixində birinci dəfə idi ki, cəmiyyət üzvləri əsas iclaslarını kilsədə keçirdilər - Sen Niksoli kilsəsində. Bu kilsədə bir keşiş çıxış etdi və dediyinə görə Şərqi Almaniya inqilabına ''Həzrət İmamın üsulu'' ilə rəhbərlik etmişdi.
    Həqiqətən də maraqlıdır ki, İran İslam inqilabı heç vaxt məscidə, məbədə getmək istəməyən marksistləri, liberalistləri və bütün digər ''istlər''i kilsəyə getməyə vadar etmişdi.
    Əhməd Huber
    O, İslamı yenicə qəbul etmiş isveçrəli mütəfəkkir və jurnalist kimi bu inqilabın böyük təsiri barədə demişdir:
    ''Bu gün Avropada Berlin divarının süqutunun sizin başladığınız inqilab və qiyamla əlaqəsi duyulur. İslam qiyamının [təsirləri] bu gün Avropada hiss olunur. Avropada təxminən 12-15 milyon müsəlman yaşayır və onlardan yüz mini İsveçrədədir.''
    O daha sonra əlavə etmişdir:
    ''İmam Xomeyni(r) nəinki müsəlmanları oyatdı, həm də qeyri-İslam dünyasına da böyük təsir etdi.''
    O demişdir:
    ''Bilin, sizin rəhbəriniz olan o yaşlı kişi (İmam(r)) heç vaxt ölməmişdir, həmişə diri və fəaldır, çünki bütün bu dəyişikliklər onun əli ilə baş vermişdir.''("Həm؛əhri qəzeti", 29/7/1375 "Cümhuri-ye Eslami" agentliyi. )
    Professor Yaves Usves
    O, Almaniyanın Bermen Universitetinin politexnik fakültəsinin dekan müavini və Avropada almandilli müsəlmanların görkəmli rəhbərlərindən olub, İslamı yenicə qəbul etmişdir. Müasir dünyada Həzrət İmamın(r) böyük təsirinə işarə edərək demişdir:
    ''İmam Xomeyni(r) əsrimizdə bütün monoteistləri oyadandır, məhz İmam Xomeyni(r) və İslam inqilabının dostları maddi dəyərlər hakimiyyətinin, maddi dəyərlərin və mənəviyyata zidd düşüncələrin bəşər cəmiyyətini bürüdüyü bir dövrdə din və mənəviyyatın dirçəlməsinə şərait yaratdılar.''(Sivilizasiyaların toqqu؛ması, Hantinqton və tənqidçiləri, siyasi və beynəlxalq )
    Məhəmməd Lensel
    O, Avstriyada İslam Həyatının Təzələnməsi Mədəniyyət Mərkəzinin direktorudur və ''İmam Xomeyni(r) hərəkatının Avropaya təsiri'' adlı məqaləsində yazır:
    ''Şübhəsiz, İmam Xomeyninin(r) İslam inqilabı nəinki Avropada İslamın yeni təsvirini təqdim etdi, hətta qeyri-müsəlmanların dini həyatını da dəyişdirdi. Başqa sözlə desək, bu gün Avropada da dindar olmaq artıq yeni dəyər və məna kəsb etmişdir. Bu fikri Avstriyanın keçmiş prezidenti öz çıxışında bəyan etmişdir. O demişdir ki, …İslam inqilabı bütün dindar adamlara yeni inam və arxalanmağı təqdim etdi.''(ara؛¬dırmalar idarəsi. )
    Təlal Etrisi
    O, Livan Universitetinin müəllimi olub Həzrət İmamın(r) ilahi qiyamı ilə bəşəriyyətin mənəvi dəyərlər sahəsində baş verən cari dəyişikliklərin bağlılığını qeyd edərək demişdir:
    ''İmam Xomeyninin(r) rəhbərliyi və İslam inqilabının qələbəsi indiki dünyanın hərəkət və sivilizasiyasının əsasıdır.''("Keyhan-e həvayi" ilə müsahibədə, "Keyhan-e fərhəngi", 1372-ci ilin azər ayı. )
    Seyyid Sədrəddin Sədr
    O, Livanın müsəlman mütəfəkkirlərindəndir və bu barədə demişdir:
    ''İmam Xomeyni(r) İslam tarixində və müsəlmanların həyatında yeni əsri başlamışdır. Müsəlmanların İslamı dərindən və düşünərək öyrənmələri, eləcə də İslamın siyasi həyatının beynəlmiləlləşməsini bu əsrin xüsusiyyətlərindən saymaq olar.''("Keyhan qəzeti", 12/9/1374 )
    Fransada İslam Tədqiqat Mərkəzinin direktoru
    O, Həzrət İmamın(r) mənəvi və əqli böyüklüyünə, eləcə də nadir xüsusiyyətlərinə işarə edərək demişdir:
    ''İmam Xomeyni(r) on dörd əsri öz əməllərində yekunlaşdırdı…''
    Biz çox xoşbəxtik ki, bu dövrdə [İmam Xomeyni] yaşayırıq, sanki Məhəmməd Peyğəmbərin(s) əsrində yaşayırıq.''
    O daha sonra demişdir: "Dünyanın bütün insanları İmam Xomeyni(r) təlimlərinin ardınca getmək istəyirlər. Əksər ölkələrdə artıq bu hərəkat başlamışdır, hətta bizim Qərb cəmiyyətlərimizdə görürük ki, [dini] məsələlərə yenidən baxılır… İndi çoxları bilirlər ki, İslam bəşəriyyətin problemlərinə cavab verən bir dindir."
    O deyir:
    ''Dünya dəyişmə halındadır və Qərbin dəyişməsi nəticəsində dünya dəyərləri tədriclə aradan qalxacaq və İslam bütün dünyada özünü bariz şəkildə göstərməkdədir.
    Professor İsmayıl Kilbes
    O, ispandillilərin mədəniyyətinin görkəmli filosofudur və bəşəriyyət tarixində dinin yenidən dirçəlməsinə işarə edərək bu böyük gerçəklik haqqında belə demişdir:
    ''Din dirçəlmişdir, kilsələr yeni ruh kəsb etmişlər. Universitetlərdə din və dini düşüncəyə diqqət get-gedə artmaqdadır. Gündəlik həyatda mənəvi gözəlliklər axtarışdadır. Dünya nicat tapmaq və öz ictimai əlaqələrini gözəlləşdirmək üçün dinin gücünə və onun mənəvi cazibələrinə ciddi surətdə yönəlmişdir.''
    O deyir:
    ''Bütün bunlar yeni bir dəvətin nəticəsidir ki, İmam Xomeyni(r) öz dini inqilabı ilə dünya cəmiyyətinin fikir və düşüncə meydanında başlamışdır.''("Keyhan-e fərhəngi", 1371-ci ilin bəhmən ayı )
    İranın Vatikanda o zamankı səfiri
    O, ''dinin intibahdan sonra və İslam inqilabının zühurundan əvvəlki dövrə kimi, ümumiyyətlə, dünyanın heç bir yerində, hətta ictimai, eləcə də siyasi və iqtisadi meydanlarda olmamasına'' işarə edərək yazır:
    Kilsə istər onun rəsmi kadrı (Vatikan), istərsə də qeyri-rəsmi camaat səviyyəsində təkcə Allahla şəxsi münasibətlər üçün resept yazırdı və heç vaxt ictimai səhnələrdə, hətta əgər kilsənin ən məşhur vəzifəsində belə bir hadisə baş verərdisə, bir fikir bildirməzdi.
    İkinci Dünya müharibəsində sülh naminə və yaxud Hitlerə qarşı hər hansı bir bəyanat verilməməsi (bütün kütləvi qırğınlara baxmayaraq), sükut rüsvayçılığı indi də kilsənin üzərindən təmizlənməmişdir.
    O bu gerçəkliyi qeyd edərək demişdir: ''Həzrət İmam Xomeyni(r) ictimai həyatda din layihəsinə əsaslanmaqla İslam inqilabını qələbəyə çatdırmayana qədər heç bir kəs inqilabı belə dərin təsəvvür etmirdi.''
    O daha sonra demişdir:
    ''Bu inqilab din və dindarlıq meydanında ən böyük dünya dəyişikliyi idi ki, ilk dəfə belə vüsətlə zühur etmişdi… və İmam Xomeyni hərəkatı dindarlıq dünyasında ''yeni '' yaratdı…''
    O, xristian cəmiyyətlərinə Həzrət İmam Xomeyninin(r) beynəlmiləl mənəvi şüarlarının ciddi nüfuz etdiyini və bu yeni dalğadan katolik kilsəsinin geniş təsir aldığını qeyd edərək demişdir:
    ''…Demək olar bütün bəyanatları 80-ci onillikdən əvvələ kimi dinin nəzəri məsələləri ilə bağlı olan və ictimai məsələlərə təsiri olmayan rəsmi Vatikan xristianlığının son onillikdə əksər bəyanatlarının mövzusu azadlıq, ədalət, ictimai tərəqqi, müharibə və sülh, bəşər hüququdur. On dörd ildən çox müddət ərzində II Jan Polun yeddi rəsmi bəyanatından üçü kilsənin ictimai doktrinası haqqındadır.
    O daha sonra əlavə etmişdir:
    [Burada] Papa II Jan Polun 1991-ci ilin mayında verdiyi ''Cente, simus, annus'' adlı ən mühüm sərəncamı rəsmi Vatikanın ictimai işlərlə əlaqəsinin ən yüksək zirvəsidir.
    Bu bəyanatda Papa nəzərə çatdırmışdır ki, marksizmin məğlubiyyəti ictimai və iqtisadi ülgü kimi kapitalizmin qələbəsi sayılmamalıdır.
    Bu bəyanatda marksizmin böhranı, Qərbin özünə biganəliyi, azad bazar, mənfəət məsələsi, şərtli mülkiyyət, istehsal vasitələri, insanların ictimai həyatda iştirakı, iqtisadiyyat və siyasət mədəniyyətinə diqqət yetirilmişdir.
    Həmin proses Papa II Jan Polun fidyə ilə bağlı müraciətində davam etdirilmişdir…
    Vatikanın 1992-ci ildə Ramazan bayramı münasibətilə verdiyi sonuncu bəyanatda yazılmışdır:
    ''Dinlər arasında dialoq təkcə çağırış fikirləri və xeyirxah niyyətlərlə məhdudlaşmamalı, siyasi və ictimai həyatda da müzakirə olunmalıdır. Biz dialoq vasitəsilə insanların üzləşdiyi real məsələləri araşdırmalı və onlar üçün nəzərəçarpacaq həll yolları tapmalıyıq.''
    O bu məsələyə işarə etmişdir: ''Vatikan papalarının əsas xüsusiyyəti Roma kilsəsindən çıxmamaları olmuşdur, o cümlədən İtaliya folklorunda qeyd olunmuşdur: ''Papanın Vatikanın 50 kilometrliyində yerləşən bir kilsədə görüş keçirməsi üçün ora səfər edənədək bir əsr keçdi.''
    O yazmışdır: "Lakin bu onillikdə Papa o qədər səfərlər etmişdir ki, bütün informasiya vasitələri Papa II Polu səyahətçi papa adlandırırlar".
    O, ənənəvi xristian cəmiyyətləri arasında dini özünüdərketmə hisslərinin gündən-günə artan təsirlərinin digər amillərinə işarə edərək yazmışdır:
    ''Həzrət İmam Xomeyninin Salman Rüşdiyə qarşı tarixi fitvasından sonra ənənəvi xristianlığa təzyiqlər olundu və onlardan Məsihə qarşı kitabların nəşri və filmlərin istehsalının qarşısı alınması tələb edildi. Bu, dünyanın müxtəlif bölgələrində ciddi şəkildə müzakirə olundu və çox yerlərdə mitinqlərlə müşahidə edildi. Bu məsələ xüsusən Avropa və Amerika cəmiyyətlərində daha çox müşahidə olunur.
    Məsələn, 1990-cı ildə Buenos-Ayresin dörd yüz kilometrliyində Maril Pelata əyləncə şəhərciyində (yayda turistlərin axını ilə öz simasını dəyişir) Jan Luk Qudarın ''Məryəmə salam'' adlı filmini göstərmək istəyirdilər ki, orada Həzrət İsa(r) ciddi təhqir olunmuşdu. Lakin üzərində xaç əlaməti və üstəgəl şəklində silahlar çəkilmiş adamların şiddətli xəbərdarlıqlarının yayılması dövlət rəhbərləri tərəfindən filmin qadağan olunmasına səbəb oldu(Məcəlle-ye ؛er", 1372-ci lin ؛əhrivər və mehr ayı. )''("Sübh" jurnalı №67, 1375-ci ilin isfənd ayı )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 692 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024