İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:32 AM
    2 – QƏRB CƏMİYYƏTLƏRİ VƏTƏNDAŞLARININ DİNİ VƏ MƏNƏVİ YÖNÜMÜ
    İmam Xomeyni(r) əsrində insanın mənəvi dəyərlər və dini əqidələrə yenidən qayıdışı prosesi dünya miqyasında sürətli inkişaf və genişlənmə halındadır.
    Amma qeyd olunmuş prosesin müasir dünyada, yəni etinasızlıq və ifrat materializmin hökm sürdüyü Qərb cəmiyyətlərində baş verməsi və genişlənməsi hər bir tədqiqatçının marağına səbəb olmuşdur.
    ''Brend Fyuçerz Qrup'' müəssisəsi tərəfindən hazırlanmış statistik araşdırmanın nəticəsinə əsasən, Qərb ölkələrinin vətəndaşları, xüsusən yenilikçilər arasında dini məsələ və mövzulara diqqət və yönəlmə prosesi artmaqdadır.''("Sübh" jurnalı №78, 1376-cı ilin bəhmən ayı. )
    Qərb mütəxəssisləri ''İndi Qərbdə kilsələrə əvvəlkindən daha çox adam gəldiyini''("Resalət" qəzeti, 28/6/1377. ) vurğulayaraq bildirmişlər: ''Bu günlərdə Amerika, İngiltərə, Fransa və İspaniyada dinə qayıdış o qədər qüvvətlidir ki, hər bir şeyi öz işığına qərq etmişdir.''("Cümhuri-ye Eslami" qəzeti, 24/5/1371. )
    Qərb insanının dindarlıq təzahürü Qərb mədəniyyətinin ağırlıq mərkəzi, yəni Amerika Birləşmiş Ştatlarında böyük dəyişikliklərə səbəb olmuşdur.
    Mütəxəssislər bu fikirdədirlər: ''Amerika əhalisi arasında dindarlıq səbəbindən istər fərdi, istərsə ictimai şəkildə onların dini məsələlərə diqqəti artmışdır və bu iş Amerikada şəksiz 70 və 80-ci onillikdə ən mühüm və ən nadir hadisədir.
    Bu prosesin bütün Amerika cəmiyyətini, əhalinin rəftarı və ölkənin mədəniyyətini əsrin gələcək illərində öz təsiri altına salacağını desək, səhvə yol vermərik.''("Keyhan qəzeti", 11/4/1379. )
    Priston Universitetinin sosiologiya müəllimi Robert Vutna və dini jurnalist Dan Latin ''Behiştdən sonra'' və ''İman almaq ardınca'' adlı yeni kitablarındakı ardıcıl müsahibələrinə və apardıqları tədqiqatların nəticələrinə əsasən bu fikirdədirlər:
    ''İndi Amerika əhalisinin dinə qayıdışı misilsiz şəkildə artmaqdadır.''
    Bu iki mütəxəssis ABŞ-ın şərq və qərbində ayrılıqda apardıqları araşdırmalarında bu nəticəyə gəlmişlər:
    ''Əhali arasında Allaha etiqad və ibadətlərə başlamaq hər dövrdən daha çox adətə çevrilmişdir.''(Cərayid. )
    Qərb mütəfəkkirlərindən digəri bu barədə yazmışdır:
    ''Din Amerika cəmiyyətində özünü müxtəlif şəkildə göstərmişdir və indi də Amerika əhalisinin mədəniyyətini formalaşdırmaqdadır.''("Keyhan" qəzeti, 13/7/1376 və "Sübh" jurnalı, №76 )
    Qərbin dini və mənəvi yönümü məlumatlar aynasında
    Allahı tanıma və mənəviyyatla bağlı cərəyanın Qərb ölkələrini əhatə etməsi son bir neçə əsrin ən qəribə dəyişikliklərini yaratmışdır ki, mövzunun əhəmiyyətinə görə bu sahədə mövcud olan hesabatlardan bəzisinin araşdırılmasına başlayırıq:
    ''Bu gün Cənubi Amerikanın mühüm hissəsi – Cənub-şərqdən Qərbə kimi olan ərazini dini qurşaq (Religius Beit) adlandırırlar, çünki bu məntəqədə dini fəaliyyət son iki onillikdə inkişaf etmişdir. Bu fikri kilsədə iştirak edənlər və anketlərə cavab yazanların çoxu təsdiq etmişdi. İndi Amerika əhalisinin 80%-dən çoxu özlərini dini şəxslər kimi təqdim edirlər, Amerika əhalisinin 90%-i bildirmişdir: Allah mövcuddur.''
    Bu sorğularda İngiltərə əhalisinin 60-65%-i və İtaliya əhalisinin 70%-i belə bir fikri bildirmişlər.''(Mübəlleğan" informasiya nə؛riyyatı (Bəsairə əlavə), 1376-cı ilin azər ayı )PYU sorğu mərkəzinin (Vaşinqtonda) məlumatına əsasən, ''Amerika əhalisi günbəgün daha çox dinə üz tutur və onların Allah və ilahi möcüzələrə inamı cari onillikdə keçən onilliyə nisbətən dəfələrlə artmışdır.''(Sübh jurnalı" №67, 1375-ci ilin İsfənd ayı.)
    Kanada Statistika İdarəsinin rəsmi məlumatında bildirilmişdir:
    ''Kanadada dindar adamların sayı artmaqdadır.''("Resalət" qəzeti, 6/3/1376, "Deyli Teleqraf" ingilis nə؛riyyatından gِtürülüb. )
    Həmçinin Beynəlxalq İctimai Statistika Mərkəzi (dünyanın 21-dən çox ölkəsində 19.000 nəfər sorğuya cəlb olunmuşdur) bildirmişdir:
    ''Ölümdən sonrakı həyata inanan Şərqi Avropa ölkələri cavanlarının sayı artmaqdadır.''
    Bu mərkəz tərəfindən təqdim olunmuş hesablamaya əsasən ''Amerika, İrlandiya və Polşa kimi ölkələrdə əhalinin dinə marağı həmişəkindən daha çoxdur.''("Cümhuri-ye Eslami" qəzeti, 8/3/1376. )
    Amerikanın USTD qəzeti ölkə əhalisinin dini maraqlarının artmasına işarə edərək yazmışdır:
    ''İndi amerikalıların 29%-i bu fikirdədirlər ki, dini təhsil üçün çox az azadlığa malikdirlər. Bu rəqəm həmin mövzuda keçənilki sorğuya görə 30% və 1997-ci ildə 80% artmışdır.
    Amerika əhalisinin təxminən 48%-i də bu fikirdədir ki, dövlət rəsmiləri şagirdlərə məktəblərdə dua etməyə icazə verməlidirlər. Amerika vətəndaşlarının 64%-i isə idman mərkəzlərində dua etmənin yasaqlanmasına etiraz etmiş və bununla razılaşmırlar.''
    Bu qəzet daha sonra əlavə etmişdir:
    ''Saysız-hesabsız Amerika əhalisi şagirdlərin idman mərkəzlərində dua oxumasının qadağası ilə bağlı ölkənin ali məhkəməsinin qərarından şikayətlənmiş və onu pisləmişlər.''("Keyhan" qəzeti, 9/10/1380)
    Qərblilərin dini və mənəvi maraqlarının artmasının nəticələri
    Qərbdə mənəvi dəyərlərin genişlənməsi hərəkatının nəticəsi olan ictimai dəyişikliklər indi yaxşıca hiss olunur. Hazırda Qərb ölkələrində öz dövlətlərindən dini və mənəvi tələblərinə təzyiq və məzhəb əqidələrinə vəfadarlığın bildirilməsi məqsədilə təşkil olunmuş əhalinin böyük toplantılarının inkişafda olan prosesini aşkarca müşahidə etmək olar.
    ''1376-cı ilin mordad ayında katolik cavanların beynəlxalq günü münasibətilə Papa II Jan Polun iştirak etdiyi böyük bir toplantı keçirildi ki, orada bir milyondan çox insan dua etmiş və həmin mərasimdə 140 ölkənin katolik cavanları iştirak etmişlər.''("Suru؛" jurnalı № 635. )
    ''Həmçinin Filadelfiyada amerikalı zənci qadınların toplantısının milyonlarla iştirakçısı bildirmişlər: İndi zəncilərin ailə və cəmiyyətində ruhi və mənəvi bağlılığın möhkəmlənməsi zamanı yetişmişdir.''(Mehdi Gül؛əni, Sekular elmdən dini elmə kimi, səh.58 )
    Los-Anceles şəhərində təşkil olunmuş digər mərasimdə Amerika cavanlarından 43.000 nəfər İsanın tərəfdarları adı altında yığışmış və mənəvi dəyərlərlə, habelə şəxsi iman haqqında yeni fikirlərlə tanışlığın bu toplantının əsas məqsədi olduğunu qeyd etmişdilər.''("Ettealat" qəzetinə əlavə, 5/4/1375 )
    ''15.000 amerikalı qadın Ohayo şəhərinin cəmiyyətlər salonunda toplaşaraq Amerika əhalisini təkallahlığa dəvət etməklə yanaşı, öz cəmiyyətlərinin hazırkı çıxılmaz vəziyyətdən yeganə çıxış yolunu mənəvi və dini dəyərlərə qayıdışda görmüşdülər.''(Keyhan qəzeti", 11/1/1376 (Toni Bleyer və onun rəqibi) )
    Əlbəttə, bu məsələ də qeyd olunmalıdır ki, Qərb ölkələrində, xüsusilə Amerika Birləşmiş Ştatlarında dini və qeyri-maddi istəklərə israr əsasında təşkil olunan toplantılar təkcə dərin mənəvi dəyişikliklərin təsirlərindən bir hissəsidir.
    Qərb cəmiyyətlərində cari dəyişikliklər haqqında mövcud xəbər və hesabatlara nəzər salmaqla onların dini və mənəvi yönüm təsirlərinin vüsət və genişliyi ilə yaxşıca tanış olmaq olar ki, burada həmin təsirlərin çox kiçik hissəsinə işarə edirik.
    Mövcud xəbərlərə əsasən, ''Qərbdə tədqiqat mərkəzlərinin mütəxəssisləri ticarət müəssisələrinin bazar axtarışında olan layihəçilərinə … qətiyyətlə tövsiyə edirlər ki, öz proqramlaşdırmalarında insanların dinə yönümünün artımına diqqət etsinlər və onu nəzərdə tutsunlar.''("Sübh jurnalı"№35, Mehdi Gül؛əni ilə müsahibə. )
    Qərbin, xüsusilə Amerika vətəndaşlarının din və məzhəbə yönümünün artımı ilə ''indi Amerikada dini proqramlar yayan radio-stansiyaları milyonlarla dinləyicini özünə cəlb etmişlər''("Cümhure-ye Eslami" agentliyi 20/6/1378 və "Resalət" qəzeti 8/10/1378. ) ''Röyter" xəbər agentliyinin məlumatına əsasən, Amerikada İnternetdən istifadə edənlərin 1/4 -i (təxminən 28 milyon nəfərdir) bu şəbəkədə dini və ya mənəvi məlumat sorağındadır və həmin rəqəm gündəlik üç milyon nəfər artır.''(Məhəmməd Mədədpur, Cari qurtum, səh.595)
    İndi dini kitablar Qərbdə ən çox satılan kitablar siyahısının başında durur. ''Qaliup (Galiup) tədqiqat müəssisəsinin hesabatına əsasən Amerika bazarında təxminən 2000 adda kitab var ki, mövzuları ibadətə həsr olunmuşdur. Bu rəqəm digər mövzularda çap olunmuş kitablardan üç dəfə çoxdur.''(Doktor Seyyid Əli Əsğər Kazimi, Müasir cəmiyyətin bِhranı, səh.168. )
    Qərb cəmiyyətlərinin dini məsələləri ümumən qəbul etməsi… elə bir fəza yaratmışdır ki, … ''Bu gün [hətta] Qərb fizik, astronom və münəccimləri üçün kitabın daxilində Allaha aid bir şey olmasa da, Allahın adını kitablarının üzərində yazmaqla faydalı olmuşdur. Buna görə ''God and the new Physies'' və ''The Mihd of God'' kimi ifadələr və s. çox yayılmışdır.''(Corc Taun universitetinin rəsmi hesablamasına gِrə Amerika əhalisinin 70%-i protestant və 23%-i katolikdirlər. Müsəlman və yəhudilər hər biri 2%, qalan dinlər isə 3%-dir. (əl-Əvsətdən gِtürülüb, 4/5/2000) )
    SNN televiziya kanalı da bu sahədə apardığı statistik hesablamalarının təqdimi ilə bildirmişdir:
    ''1995-ci il ərzində ümumi kitabların nəşri 6%-ə yaxın artmışdır, halbuki dini kitabların nəşrinin artım miqdarı həmin müddətdə 20%-ə bərabər olmuşdur.''("ھoma" qəzeti, əl-Əvsətdən gِtürülüb, 14/5/2000. )
    Qərb ölkələrində əhalinin dini və mənəvi təmayüllərinin artması siyasi səhnədə, xüsusilə seçki rəqabətlərində də mühüm dəyişikliklər yaratmışdır.''
    Son illər bəzi Qərb ölkələrində məclis nümayəndəliyi, baş nazir və prezidentliyə namizədlər tərəfindən əhalinin razılığı və səsinin cəlbi məqsədilə dini təbliğatdan istifadə geniş yayılmışdır. Necə ki, ''İngiltərədə hər iki partiyadan - Mühafizəkarlardan və Fəhlə partiyasından baş nazirliyə namizədlərdən hər biri özünəməxsus şəkildə öz dini etiqadlarını bəyan etmişdilər.("Sübh" jurnalı №78, 1376-cı ilin bəhmən ayı. ) ''Amerika prezidentliyinə ötən seçkilərdə Demokrat partiyasından Klinton və Respublikaçılar partiyasından Bob Dall da öz dini şüarlarını şərh etmişdilər.''("ھərq" jurnalı ''Müqəddəs i؛in axtarı؛ında'', Əmir Qasiminin tərcüməsi, ikinci və üçüncü nِmrəsi. )
    ''Amerika prezidentliyinə son seçkilər prosesində də Respublikaçılar partiyasından iki namizəd Corc Buş və Mekkin öz təbliğat proqramlarında Həzrət İsanın(ə) tövsiyələrinin onların şəxsiyyətinə təsirləri və din haqqında öz daxili əqidələrindən danışmışdılar. Demokrat partiyasının iki namizədi Elqur və Bill Bradli ''Cəmiyyətin islah olunması üçün dini dəyərləri möhkəmləndirmək lazımdır'' - deyərək özlərinin və ailələrinin dindar olduqlarını bildirmişdilər.''(Sina Vahid, "Keyhan" qəzeti, Mədəniyyət və dü؛üncə sütunu, 23/5/1375. )
    Qərb cəmiyyətlərində dindarlıq və mənəvi dəyərlər
    cərəyanının əsilliyi
    Qərb ölkələrində dini və mənəvi təmayüllərin inkişafda olan cərəyanına aid müfəssəl hesabatlardan bəzisinə nəzər salmazdan əvvəl bir məsələni qeyd etmək zəruridir:
    Bəzi analitiklər: - Həqiqi Qərbi qüdrətə yönəlmiş iradə, hesablayıcı ağıl və təfəkkür qüvvəsi ilə texniki işğaldan başqa cür tanımırlar və bildirirlər ki, onların mənəvi təfəkkürlə bağlı danışıqları yalnız öz nəfslərini qüvvətləndirmək üçündür.''(İohan Kepler (1571-1630) Alman astronomu və riyaziyyatçısı. O, üç qanunu kə؛f etməyə nail olmu؛du ki, onun əsasında Nyuton cazibə qanununu kə؛f edə bilmi؛di...'' )
    Onlar Qərb cəmiyyətlərinin dindarlıq və mənəvi dəyərlər hərəkatını Qərb insanının müxtəliflik, ləzzətaxtarma və özünü unutma istiqamətində fəaliyyəti kimi təhlil edib insanların dərin və əsil ehtiyaclarının səthi razılığından çox qəbul etmirdilər. Amma mövcud gerçəkliklər və müasir cəmiyyətlərdə dini və mənəvi dəyişikliklərin daxilindəki dərinlik bizi buna inandırır ki, İmam Xomeyni(r) əsrində Qərb insanının şövq və həvəsi ''mənəvi aclıq, millətlərin vəhy dəyərlərinə təmayülü''nün təsirlərindən bir hissəsi və mənəvi şüurun nəticəsidir ki, İmam onu yeni əsrin xüsusiyyətləri qismindən saymışdır.
    İnkişaf etmiş sənaye cəmiyyətlərinin yüksək mənəvi və dini təmayülləri özünüdərketmə, Allahla insanın fitri əhdinin təzələnməsində kökü olan bəşərin özünü unutmasında yox, Qərbdə doğacaq günəşin müjdəsidir.
    Bəli, biz buna inanırıq ki, ''bu gün müasir cəmiyyətlərdə dinə tərəf çaşbaş təmayüllər zühur və formalaşma ərəfəsindədir və bu onların millətlərinin oyanış və özünüdərketmələrinə ümid verir. Belə ki, (şübhəsiz) 1995-ci ildə ABŞ-ın müsəlman zəncilərinin Vaşinqtonda toplaşması və Amerika prezidentinin iqamətgahı Ağ evin qarşısında güclü ''Allahu-Əkbər'' səslərinin ucalması müasir cəmiyyətdə mənəvi və əxlaqi dirçəlişin xoş nişanəsidir.''(Qallilo Qaliley (1564-1642) İtalyan astronomu. )
    Qərbin dini və mənəvi təmayülü haqqında məlumatlar
    ''Əl-Əvsət'' qəzeti dinə yönəlmə və onun Qərb mədəniyyətinin beşiyi olan ABŞ-da təsirlərini təhlil edən məlumatında yazmışdır:
    Belə nəzərə çarpır ki, ''din'' Amerika prezident seçkilərində təsirli amillərdən biridir.
    …Amerikanın indiki prezidenti Bill Klinton həmişə öz çıxışlarını ''Ey Allah, Birləşmiş Ştatları xoşbəxt et! '' - sözləri ilə bitirirdi.
    Corc Taun Universitetinin müəllimi Qri Vifer bu barədə demişdir: ''Əgər Klinton öz çıxışının sonunda bu fikri deməyi unutsa, amerikalıların şiddətli tənqidlərindən qurtara bilməyəcək! Çünki deyiləcək ki, o, dinə hörmət etməmişdir və bu, elə bir zamanda baş verir ki, Amerika Konstitusiyası dini hər cür himayə etməyi, həmçinin din və siyasəti bir-birinə qarışdırmağı dövlətə qadağan etmişdir.'' Bu qəzet daha sonra əlavə etmişdir: '' Amerika cəmiyyəti heç vaxt dinə bu qədər diqqət göstərməmişdir. Bu diqqət və səy elə bir yerə çatmışdır ki, Virciniyada İslamı Himayə Təşkilatının sədri doktor Cabir əl-Əlvani demişdir:
    ''Amerikada(İsaak Nyuton (1642-1727) ingilis alimi. O, təbiət؛ünaslıq və riyaziyyat sahələrində çoxlu tədqiqatlar aparmı؛dır. )dindar protestantlardan bəzisi mənimlə ərəb filosofu İbn Rüşd haqqında mübahisə edərək deyirdilər ki, Laizmin Qərbə daxil olması məsuliyyəti ərəb dünyasının bu filosofunun adı ilə bağlıdır! ''
    Corc Vaşinqton Universitetinin İslam tarixi üzrə müəllimi, doktor Con Vell demişdir:
    ''İyirmi beş il əvvəl ABŞ-ın sabiq prezidenti Karter dindarlığını bildirən zaman amerikalılar təəccüblənmişdilər. Çünki o zaman dinsizlik və laizm iftixar sayılırdı. Buna görə də Kendi seçki mübarizələrində öz dindarlığını inkar etməyə çalışırdı.''(Doktor Mehdi Gül؛əni, "Keyhan" qəzeti, 22/4/1378. )
    Amerika yazıçısı Robert Makvand ''Kristian Sayns Manitor'' jurnalında yazdığı məlumatda xüsusilə sonuncu onillikdə dinin bu ölkə əhalisinin mədəniyyətinə daxil olmasını vurğulamış və bu əsri ''mənəvi maraq əsri'' adlandırmışdı.
    Makvand dini hadisələri, o cümlədən öz öhdəçiliklərində israr edən xristianların ''əhdə vəfadarlarının'' yürüşünü sadalamaqla yazmışdır:
    ''Din Amerika cəmiyyətində özünü müxtəlif şəkillərdə göstərmiş və indi də Amerika əhalisinin mədəniyyətini formalaşdırmaqdadır.''
    O yazmışdır:
    ''Hətta son illərdə, o cümlədən 1376-cı ildə istər daxildə, istərsə də xaricdə həm dərin mədəniyyət göstəricisi, həm də hadisələri istiqamətləndirməkdə təsirli olan dastan və macəralarda din yönümü hiss olunur.
    Uzun illər unudulmuş, yaxud kiçik nəşriyyatlarda dəfn olunmuş dini məsələlər və ifadələr indi qəzetlərin ilk səhifələrini özününküləşdirmişdir.
    Televizor kanalları öz əsas vaxtlarını ''məftunedici sevimlilik qazanmış'' dini hadisələrlə doldururlar və mənəviyyatla bağlı kitablar ən çox satılan kitablar sırasına daxildir.
    Çikaqoda ''Kristian sençeri'' qəzetinin baş redaktoru Devid Haym demişdir: ''Camaat bu günlərdə özlərini mənəviyyat axtarışında müşahidə etməyi sevirlər. Başqa sözlə, onun nəticəsi dini əqidələrə qayıdır.''
    Ruhani çağırışlar və Allah-Təalanın mələklərindən bəhs edən televiziya filmləri cari ildə saysız-hesabsız tərəfdarlar toplamışdır və bütün bu filmlər heç vaxt dini məsələlərə diqqət etməyən və hətta ona qarşı düşmənçilik mövqeyində duran Hollivudda istehsal olunmuşdur.
    Televiziya araşdırmaları göstərir ki, bu proqramların tamaşaçıları da indi bir növ mənəvi maraq sahibi olmuşlar və mənalı verilişlər arzulayırlar. Makvand NBC televiziya kanalının əyləncəli proqramlar şöbəsinin müdiri Varon Litl Filddən eşitdiklərinə əsasən yazmışdır: ''Dini sərmayələr elə bir şeydir ki, bütün Amerikada televiziya tamaşaçılarının ona həvəslə tamaşa etməsi nəzərə çarpır.''
    Makvand daha sonra əlavə etmişdir:
    "Amerikanın Çoxsatılan Kitablar Cəmiyyətinə istinadən, əsasən din və mənəviyyat haqqında kitablar yeganə qeyri-təxəyyüli kitablardır ki, keçən il öz satışını itirməmişdir.''(Robert Boyl (1627-1691) )
    Qərb yazıçısı Barbara Kantruvits aşağıda bəzi hissələrini qeyd edəcəyimiz nisbətən müfəssəl məlumatında Amerika cəmiyyətində mənəvi dəyərlər və dini çağırışlara diqqətin gündən-günə artan prosesini şərh edərək yazmışdır:
    Hollivudda kino çəkən studiyalar da öz filmlərinə Allahı dərketmə və ölümdən sonrakı həyat dadı əlavə etmişlər. Papa II Jan Polun ''Ümid darvazasından keçid'' adlı yeni kitabı çoxsatılan kitablar siyahısının başında durur.
    Ceyms Rid Fildin Allahı dərketmə və mənəviyyat mövzusunda yazdığı ''İlahidən gələcəyi xəbər vermə'' romanı dastan kitabları siyahısının başında durur.
    Musiqi aləmində də Santo Daminqo Düsilus kilsəsinin Benedikt rahiblərinin oxuduqları ilahi mahnılar albomunun 2/8 milyon nüsxəsi indiyə kimi satılmışdır.
    1993-cü ildə nəşr olunmuş Katlen Noresin ''Dakuta bir mənəvi coğrafiya'' kitabı çox satılan kitablar sırasındadır. O deyir ki, indiyə qədər öz mənəvi təcrübələrini ona bildirmək istəyən oxuculardan üç min məktub almışdır... ''
    O öz məqaləsinin davamında əlavə etmişdir:
    ''Amerikalı siyasətçilər israr edirlər ki, ölkə məktəblərində ibadət mərasimlərinin icrası icbari olsun. Dini məruzə və mərasimlərdə əhalinin iştirakı bir neçə dəfə artmışdır və bu məruzələrdən bəzisində iştirak etməkdən ötrü qeydiyyatdan keçmək üçün aylarla gözləmə siyahısında qalmalıdırlar.''
    Kantruvids əlavə etmişdir: ''Universitetlərdə Allahı dərketmə və mənəvi mövzular haqqında təşkil olunmuş kurs və məruzələrdə siniflər tələbələrlə ağzına kimi dolu olur.''
    Kembricdə İnterfis müəssisəsi bu sahədə yeddi yüz kurs və sinif təşkil etmişdir və bu il iyirmi min könüllü bu siniflərdə iştirak üçün adlarını qeyd etdirmişlər. Keçən il isə bu rəqəm on üç min nəfərdən çox olmamışdır.
    Bu ilin payızında təxminən iki min nəfər adətən dolaşıq nitqlər söyləyən doktor Din Urnişin məruzələrində iştirak etmiş və onun ''Daxili sakitlik sayəsində infarktdan qorunmaq olar'' məruzəsinə qulaq asmışlar.''(Eyan Barbor, Elm və din, Bəhaəddin Xürrəm؛ahinin tərcüməsi. )
    Daxili tədqiqatçılardan biri də bugünkü dünyada mənəviyyat və dini yönüm prosesinin digər aspektini və bu prosesin İslam inqilabı, Həzrət İmam Xomeyninin(r) mənəvi və ilahi çağırışlarından təsirlənməsini qeyd edərək bu fikri açıqlamışdır:
    ''Keçən həftə televiziya peyk kanalları müasir yayın dünyasında ilk dəfə olaraq mənəvi mahnı yayınladılar ki, İran İslam inqilabından sonra cəmiyyətin mənəvi tələbatının və mənəvi dəyərlərə olan ehtiyaclarının aşkar nişanələrindən biridir. Puedes Liegar simvolik adı ilə təqdim olunmuş bu mahnı İspaniyanın ən məşhur xanəndələri, o cümlədən dini qruplar tərəfindən ifa olunmuşdur və hamılıqla dini geyimlər geyinmiş xor qrupu həqiqətən də tərifə layiq idi.''
    O daha sonra əlavə etmişdir: ''Müqəddəs kitab, yəni İncilin ayələrindən hissələri oxuyan gəlinciklərin istehsalı və satışı mənəvi təmayüllərdə yeni bir təzahürün təkrarıdır. İslam inqilabından əvvəl təkcə Amerika cəmiyyətində yüz milyon dollar dəyərində olan mənəvi ticarət məhsullarının sövdələşmə həcmi hazırda üç milyard dollara qədər artmışdır.
    Dini və ya mənəvi bazar adlı ticarət və beynəlxalq xidmətlərdə yeni CD-nin hazırlanması bəzi dini təhsil mərkəzlərində və kilsə təşkilatlarında geniş yayılmışdır və burada başlıca məqsəd sifarişçi ilə daha çox mənəvi münasibət yaratmaqdır.''
    O, sonda yazmışdır: ''Kasıb bir rahibə olan və rahibəlik paltarından başqa heç nəyi olmayan Mari Anjelika katolik möminlərini kabel televiziyasının işə salınmasında iştirak etməyə həvəsləndirməklə 45 milyon tamaşaçısı olan güclü televiziya kanalı yaratmış və onun vasitəsilə yeni mənəvi ehtiyaclara cavab verməyə müvəffəq olmuşdur.''(Doktor Mehdi Gül؛əni, "Keyhan" qəzetinə müsahibəsi, 22/4/1378. )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 1590 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024