4 – İMAM XOMEYNİ(R) ƏSRİ VƏ DİNİN MÜSBƏT NƏTİCƏLƏRİNƏ ARTAN DİQQƏT İranda İslam inqilabının baş verməsi ilə dünya bəşəriyyət tarixində bu inqilabın bir sıra mühüm təsirlərinin şahidi oldu. Müxtəlif elm sahələrində çalışan alimlərin bəşərin yaddaşında dinin müsbət nəticələrinin kəşfi zəminində misilsiz fəaliyyətlərinin genişlənməsi və artmasını müasir dünyanın İslam inqilabının əsaslı müraciətləri və imam Xomeyninin(r) göstərişlərindən təsirlənən obyektiv nümunələrindən biri saymaq lazımdır. Alimlərin dini inamlarının qüvvətlənməsi, bəşər cəmiyyətlərinin vəhy təlimlərini ümumi qaydada qəbul etməsi ilə yanaşı, bizim dünyamız bu gün insan həyatının nizamlanmasında elmi-tədqiqat mərkəzlərinin dini təlimlər və imanın xüsusi mövqeyinə maraq və diqqətinin yeni şahididir. Biz bu bölmədə onun yığcam şəkildə təhlilinə başlayırıq. Din bəşəriyyətin yeganə səadət yoludur İnsan varlığının həqiqəti üç sahədə – düşüncə, əxlaq və əməldə inikas olunduğundan, peyğəmbərlər də bu üç məsələdə öz nicatverici təlim və göstərişlərini təqdim etmişlər. Birinci sahə: İnsanın düşüncəsi ilə bağlı olan bu sahə etiqadlar, əqidələr və dünyagörüşü əsasları bölməsidir. İlahi peyğəmbərlər insanın ''Allah kimdir? ''İnsan kimdir və varlıq necədir? '' və s. kimi əsaslı və fitri suallarına cavab verməyə gəlmişdilər. İkinci sahə: Böyük peyğəmbərlər insanın əxlaqi meyar¬lar çərçivəsində düzgün istiqamətlənməsinin təfsirçi və şərhçisidirlər. Onlar insanda gizli istedadların qayğısına qalmaqla, insan və dünya gerçəkliyinə münasibətdə onun təlim alması və istiqamətlənməsi ilə məşğul olmuşlar. Həqiqətən də həmin dünyagörüşündən əxlaq və əxlaqi normalar müəyyənləşdirilir. Üçüncü sahə: Eyni elmi hökmlərdir ki, istilahda füruiddin adlanır və fiqh (müsəlman qanunvericiliyi) onu izah edir. Ona görə ''füruiddin'' adlandırılmışdır ki, bu hökmlər etiqadla bağlı əsasların nəticəsidir. Onun az əhəmiyyət kəsb etməsi başlıca şərt deyil. Fəlsəfə, mistika, ehkam və əxlaq kimi elmlər iman və əxlaqın əsaslarından qaynaqlanır və praktik təlimatlar da yeni humanitar elmlər, xüsusilə siyasi hüquq və elmlər, idarəetmə, hakimiyyət və iqtisadiyyatın geniş dairəsini əhatə edir. Həqiqətdə müsəlman qanunvericiliyi dinin həmin elmi və ideoloji hökmləridir ki, İmam Xomeyninin(r) sözü ilə desək, bəşər həyatının beşikdən qəbrə kimi idarə proqramını öhdəsinə götürmüşdür. Qeyd olunmuş üç sahə insan həyatının əsas sahələrini təşkil edir və bəşər həyatının əsas səyləri, dəyişkən eniş və yoxuşları bu üç sahədə baş verir. Belə ki, hazırkı əsr insanının həyatında mövcud olan əsas çətinlik, problem və boşluqlar da bu üç sahədən biri ilə bağlıdır. Bu girişi verməkdə məqsədimiz odur ki, din bu üç sahədə iddia sahibi olmuş və böyük peyğəmbərlər də öz ilahi missiyalarına əsasən həmişə dinin faydasını qeyd etmişlər. Başqa sözlə, insan həyatındakı problemlərin həll olunmasında dinin işə yararlılığı və insanın cürbəcür ehtiyaclarının ödənilməsində dini biliklərin qüdrəti din və dini təlimlərin həqiqətinin nəticəsi ilə bağlıdır; çünki bu təlimlərin kökündə ilahi vəhylər dayanır: ﴿ ما ينطق عن الهوى ان هو الا وحى يوحى (Bax: Mustafa Həmidiyyə, ''Ruhi sağlamlığa dini etiqadların təsiri, səh.34, "Nida" nə؛riyyatı, №19 və 20. )﴾ Yalnız Allah-Təala insan həyatının bütün həqiqi xeyir əməllərini və fitnə-fəsadlarını bildiyindən onun elçilərinin ilahi şəriət qanunları və ilahi təlimlər çərçivəsində bəşəriyyətə təqdim etdikləri insanın maddi və mənəvi dərdlərinin müalicəsi üçün yeganə yol və yeganə doğru reseptdir. Maddi məktəblərin çıxılmaz vəziyyəti və dünyanın dinə diqqəti Hər gün beynəlxalq teleks ötürücülərində geniş səviyyədə yer tutan xəbərlər, informasiyalar və təhlillərə müraciət etməklə bir mühüm məsələni dərk edirik ki, İran İslam inqilabının təsiri nəticəsində bəşəriyyətin dinə meylliliyinin yaranması ilə dünya miqyasında heyrətamiz dəyişikliklər baş verməkdədir. Bu gün dinə qarşı təlimlərin öz əhəmiyyətini itirməsi və insanın yaratdığı məktəblərin çıxılmaz vəziyyətə düşməsi ilə o artıq hər dövrdən daha çox dünya cəmiyyətinin dolaşıq problemlərinin həllində ''Laik'' sistemlərinin gücsüzlüyünü dərk edərək öz nicat yolunu dini təlimlərə sığınmaqda görür. İngiltərə alimi Con Keyn Türkiyəyə səfəri zamanı bu ölkənin nəşrlərindən birinə müsahibəsində qeyd olunmuş gerçəkliyi açıqlayaraq bildirmişdir: ''Qərbdə dövlət mexanizmi iflasa uğramışdır və Laizm də insanların susamış ruhunu doyuzdura bilməmişdir.'' O, Nitşeni tənqid edərək əlavə etmişdir: ''Nitşe Qərbdə Allahı öldürmək zərurətini qarşıya qoyanda laizm özünün ən yüksək səviyyəsinə çatmışdı. Amma bu gün görürük ki, Qərb cəmiyyətlərində dini həyat yenidən dirçəlir və din ictimai sahədə fəaliyyətini davam etdirir.''("Keyhan-e fərhəngi", №129 ) Bu gün ictimai, siyasi, iqtisadi və s. münasibətlərin tənzimlənməsində dinin yararlılığının dünya təzahürü, insanın mənəvi, psixoloji və cismani dərdlərinin müalicəsi və onların qarşısının alınmasında onun xüsusi mövqeyinin kəşfi ilə dinin müsbət nəticələri haqqında tədqiqat işi aparan mötəbər elmi-tədqiqat mərkəzlərinin sayı gündəlik artır. Qeyd olunan tədqiqatlar dini etiqadlarla mənəvi və cismani sağlamlıq arasında birbaşa əlaqəni təsdiq edir və dini öhdəliklərlə ailə əsasının möhkəmləndirilməsinin zəruriliyini vurğulayır. O, həmçinin həyat şəraitinin qorunması, Qərbin cilovsuz təsirlərinin genişlənməsini nəzarətdə saxlamaq üçün dini və məzhəbi etiqadların müsbət təsirlərini təsdiqləyir. Bu araşdırmalar əlacsız və öldürücü xəstəliklərin qarşısını almaqda dini təlimlərdən faydalanmağın zəruriliyini xatırladır və mömin şəxslərin dərin xoşbəxtlik hisslərinə malik olduqlarını təsdiq edir. Bəzi tədqiqatçılar tədris müəssisələrində dini təlimlərə diqqətin artırılmasını tövsiyə etməklə yanaşı, bu təlimlərin təhsil mühitlərində dərslərin öyrənilməsi prosesinə müsbət təsirini israr edirlər. |