İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:30 AM
    Qərb alimləri və vaxtilə dinə göstərilən diqqət
    Bəşəriyyətin səadətinin təmini, insanın mənəvi və cismani sağlamlığında din və onun təlimlərinin xüsusi və əhəmiyyətli rolu hələ qədimdən dünya, xüsusən Qərb alimləri arasında məlumdur.
    Qərb mütəfəkkirləri arasında dini araşdırmaların əhəmiyyətini açıqlayan kəslərdən Amerika psixiatriyasının atası Beniamin Raşı (1745-1813) göstərmək olar. O bu fikirdə idi ki, havanın tənəffüs üçün nə qədər əhəmiyyəti varsa, dinin insan ruhunun tərbiyə və sağlamlığı üçün bir o qədər əhəmiyyəti var.(Həmin yerdə. )
    Ceymz(Doktor Markil Arqil. Oksford Universitetinin tədqiqatçısı, elmi-tədqiqat məqaləsi, "Həm؛əhri", qəzeti, 14/7/1372. ), Yanq(Həmin yerdə. ), Frankl, From və başqaları digər Qərb mütəfəkkirlərindəndirlər ki, hər biri öz növbəsində dini rəftar və etiqadların əhəmiyyətini xatırlatmışlar.(Doktor Cəfər Bulhəri, "Keyhan" qəzeti, 22/9/1375 )
    Professor Volfqanq(Doktor Qulaməli Əfruz, Namaz seminarı, 72-ci il, ''Namaz – xaliq və məxluqun peyvəndi'' kitabı, səh.36,37 )da bu zəmində Almaniya orta məktəblərinin qız və oğlan şagirdlərinin tərbiyəsi üzrə məsul olan Syurix fəlsəfə kafedrasının müəllimi (1897-1913) Fridrix Vilhelm Fosterin (1869-1966) dəyərli və diqqətəlayiq təcrübələrinə işarə edərək bildirmişdir:
    Foster əməli surətdə göstərdi ki, dinsiz proqram sistemində cavanların əxlaqi tərbiyəsi üçün hər növ elmi, təcrübi proqramlaşdırma və səylər səmərəsiz və nəticəsiz işdir.
    Volfqanq daha sonra əlavə etmişdir:
    O öz ömrünün sonuna kimi bu fikirdə qalmışdı ki, yeniyetmələrin mənlik və şəxsiyyətinin düzgün tərbiyəsi yalnız dinlə əqidənin uyğunlaşdırıldığı sistemdə fayda verə bilər.''(Los-Anceles taym" qəzeti, "Resalət" qəzeti, 6/5/1372 )
    Dinin yararlılığına inananların tərki-dünya dövrü
    Əksər alimlərin dini etiqadların əhəmiyyəti və müsbət təsirlərinə təkid etmələrinə baxmayaraq, İran İslam inqilabının qələbəsinədək cari gerçəkliklər intibah dövrü dəyişikliklərinin bətnindən çıxmış fikri və mədəni proseslərlə mübarizədə dinin yararlılığına inamın məğlubiyyəti və tərki-dünyalığı aydın şəkildə özünü büruzə verirdi.
    Qərbdə kilsə sahibləri tərəfindən din və dindarlığın ləkələnməsi dinin yararlılığını sual altına salmaqla yanaşı, Freyd kimi mütəfəkkirlərin ixtiyarına müstəsna imkan verdi ki, dinə qarşı çıxaraq dini etiqadları ''norotik''(Markil Arqil, Oksford tədqiqatçısı, "Həm؛əhri" qəzeti, 14/7/1372 )pozğunluq kimi tanıtdırsınlar. Onlar dindarlığı nəinki insanın ruhi sağlamlığına zərərli hesab edirdilər, hətta onu ruhi sağlamlıq üçün təhlükəli sayırdılar.("Sübh" aylıq jurnalı, №87, 1377-ci ilin azər ayı )
    Alman alimi professor Volfqanq din və dinə olan imanla qarşılaşma prosesində Qərb dünyasında yaranmış şəraiti təsvir edərək bildirmişdir:
    Cəmiyyətdə yaranmış şərait tədricən Allah və onun hökmlərinə imanın öz rəngini dəyişməsinə, yaxud sönməsinə səbəb olmuşdur. Həmin prosesin nəticəsində bu gün elə bir təfəkkür forması ilə qarşılaşmışıq ki, bəyənilmiş həyatın idarə olunması üçün elmi məlumatlılıq və şəxsi məntiqi təfəkkür kifayətdir. Dinlər və əqidə sistemlərinə isə göz yummaq olar.''(Həyat ؛əraiti tə؛kilatının elmi jurnalı, №2, 1369. )
    İslam inqilabı və dinin yararlılığına diqqətin artması
    İslam inqilabının baş verməsi, dinin ona vurulan ləkələrdən təmizlənməsi və dinin yüksək təlimləri sayəsində müasir insan dini təlimlərdən öz keçmiş dərdlərinin müalicəsi üçün axtarışa başladı. İngilis alimi Con Keynin sözü ilə desək, qərb cəmiyyətlərində ruhani həyat yenidən dirçəlmiş və din ictimai sahədə öz fəaliyyətini göstərir.''("Resalət" qəzeti, 28/6/1377. )
    Bugünkü dünyada hamının, xüsusən Qərb dünyasının mütəfəkkir və alimlərinin diqqətini dini göstəriş və əqidələrin fəaliyyət sahələrinə tərəf yönəldən yeni yüksəliş kəmiyyət və keyfiyyət baxımından son bir neçə əsrdə olmamışdır.
    Son illər ərzində dinə gündən-günə artan diqqət müxtəlif elm sahələrində çoxsaylı sualların yaranmasına səbəb olmuş və psixologiya elmi də bu təsirlərdən kənarda qalmamışdır.(Doktor Markil Arqil, Oksford Universitetinin tədqiqatçısı, "Həm؛əhri" qəzeti, 24/7/1372 )
    Bu baxımdan dindar və qeyri-dindarların əxlaq fərqlərinin müəyyənləşdirilməsi üçün ''qeyri-dindarların rəftarına dinin təsiri ilə bağlı çoxlu tədqiqatlar aparılmışdır.''("Xəbər" mərkəzi ؛ِbəsi, "Resalət" jurnalı, 19/12/1376 )
    Ölkəmizin (İranın) psixiatriya institutunun baş psixoloqu insanın ruhuna və cisminə ali və dini etiqadların müsbət təsirinin getdikcə artmasına işarə edərək bildirmişdir:
    Keçən iyirmi-otuz ildə Qərbdə aparılan tədqiqatlar göstərir ki, insan, nə qədər müsbət və ali təmayül və etiqadlara malik olsa, bir o qədər cismani və mənəvi baxımdan sağlam olar və daha az xəstələnər("Keyhan qəzeti", 6/10/1380 "Həm؛əhri" qəzeti, 11/5/1372, ''QİاS-in qar؛ısını almaq və onu nəzarətdə saxlamaq üçün dinin rolu kitabının ara؛dırılması. Dünya Səhiyyə Tə؛kilatının çapı. )
    İranlı psixiatorlardan başqa birisi qeyd etdiyimiz prosesi açıqlamaq üçün aydın bir misal çəkmişdir:
    Bu yaxınlarda məruzə oxumaq üçün Amerikada keçirilən konfranslardan birinə getmişdim. Məni dünyanın mühüm və məşhur mərkəzlərindən sayılan Sent-Lui Universitetinin Ruhi Sağlamlıq Mərkəzi dəvət etmişdi. Söhbət qurtarandan sonra mənə bir kitab hədiyyə etdilər. Bu kitab yenicə çap olunmuş və onu iki nəfər məşhur psixoloq yazmışdı. Kitabın adı belə idi: ''Ruhi sağlamlıqda unudulmuş amillər.'' Bu kitabın müəllifləri digər tədqiqatçıların köməyi ilə belə bir nəticəyə gəlmişdilər ki, əgər xəstəxanalarda ruhi xəstə kimi yatan şəxslərin 50%-dən çoxunu müalicə etmək istəsək, dindən heç şübhəsiz ki, mühüm amil kimi bəhrələnməliyik. Onlar bu kitabda digər yenilikləri də təqdim etmişdilər. Bu kitabdakı bütün məlumatlar real faktlara əsaslanır. Məsələn, təhlükəli vəziyyət hissi ilə bağlı olan, yaxud iztirab və kədərdən yaranmış xəstəliklər və ürək narahatlıqları dindarlar, habelə qeyri-dindarlar arasında nə qədərdir? Verilən məlumata görə həftədə bir dəfə kilsəyə gedib namaz qılan şəxslər (özlərinin təbiri ilə) daha az problemlərlə üzləşirlər.
    Bu psixiator sonda əlavə etmişdir: ''Dini etiqad və mərasimlərin müsbət təsirinə diqqət dünyanı ona tərəf qaytarmaqdadır.''(Doktor Əbülfəzl Dərvijə, QİاS və Qərbdə əxlaq bِhranının kِklərinin tapılması, səh.90 )
    Bəli, bu gün dünya, xüsusən Qərb mütəfəkkirlərinin əksəriyyəti açıq-aşkar insanın həyatının nizamlanmasında dinin müstəsna imkanlarından söz açır və bunu təsdiq edirlər.
    Amerikanın USL Universitetinin sosioloqu Volter Alen bu sahədə etiraf edərək demişdir:
    Biz indi müəyyənləşdiririk ki, dini öhdəliklərin qəbul olunması ailələrin vəziyyətində nə dərəcədə faydalı ola bilər və İslam dininin dəyərləri insanların yüksəliş və kamilliyində və övladların tərbiyəsində böyük təsirə malikdir.''(Ruz-e həftom", jurnalı, 17/12/1375. )
    Bu əsasda son zamanlar Qərb tədqiqatçıları xüsusi elm və ixtisasdan danışırlar ki, təkcə ilahiyyat sahəsinin ruhani və mütəxəssisləri (bəşərin mənəvi və cismani dərdlərinin müalicəsi üçün) ondan istifadə edirlər. Belə ki, bu sahədə Qərb tədqiqatçılarından biri yazmışdır:
    Bəlkə ilahiyyat sahəsinin mütəxəssisləri və dindar müəllimlər, eləcə də ruhanilər ruhun müalicə və yüksəldilməsi sahəsində elm və ixtisasa malikdirlər ki, psixoloqlar ondan məhrumdurlar.("Keyhan" qəzeti, Elm səhifəsi, 19/4/1376. )
    Dini təlimlərin yararlılığı haqqında tədqiqatlar
    Dini dəyərlərə bağlanma bəşər sivilizasiyasının davamı yoludur
    Harvard Universitetinin min nəfər alimi tərəfindən aparılmış tədqiqatların nəticələrinə əsasən, dini dəyərlər həyat problemlərinin həllində həssas rola malikdir. Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın birinci müşaviri bu tədqiqatların nəticələrinin açıqlanmasından sonra həyat şəraitinə dair verdiyi müsahibəsində demişdir: Siyasi, iqtisadi və təhlükəsiz həyatımız ən ali əxlaqi və mənəvi dəyərləri hərəkətə gətirməsə və onların daha da zənginləşdirilməsinə şərait yaratmasa, mədəniyyətimiz gələn əsrin sonuna kimi sabit və möhkəm qalmayacaq.
    Bu mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi demişdir:
    ''Allah-Təalanın yaratdığı ən gözəl məxluq kimi öz məsuliyyətimizi yerinə yetirərkən tutduğumuz yol uzaqgörən olmamışdır və biz uçuruma doğru gedirik.''("Süru؛" jurnalı, №635. )
    Dini dəyərlər və Qərbin mənfi təzahürləri
    Qərb mütəfəkkiri doktor Şumaxer Qərbin iqtisadi inkişafının qeyri-sabitliyi, onun mənfi təzahürləri və bu zəmində Qərb ölkələrini bürümüş çıxılmaz vəziyyətə işarə edərək yazmışdır:
    Belə bir çətinlikdən çıxış texnologiya sahələrində yeniləşmə, xammalın məsrəfi və geniş istehsalında tarazlığa riayət və nəhayət, ruhi həyəcanları aradan qaldırmaq məqsədilə dini və əxlaqi dəyərlərə qayıtmağı zəruri etmişdir.(Artur Koren Haber, Amerikanın ''Brayn ؛əhərinin psixoloqu, "Süru؛" jurnalı №635. )
    Din və ailənin qorunması
    Kanada Statistika İdarəsi tərəfindən aparılmış araşdırmaya əsasən, ardıcıl olaraq öz dini ayinlərini yerinə yetirən və hər həftə ibadətgahlara gedən şəxslər başqaları ilə müqayisədə daha gözəl hisslərə malik olurlar. Bu cür insanlarda daxili iztirab və nigarançılıq son dərəcə azdır və onların nikahları uğurlu olur.
    Aparılan tədqiqatların nəşr olunmuş nəticələrinə görə, 1970-ci onillikdə evlənmiş adamların 34%-i qeyri-dindar şəxslər bir-birindən ayrılmışdır. Amma dinə bağlı adamlar arasında bu göstərici 15% olmuşdur.(Va؛inqtonun Corc Taun xəstəxanasından doktor Dil Matioza, ''اikaqo tribun'' qəzeti, ''Cümhuri-ye Eslami''nin xüsusi buraxılı؛ı, 9/10/1377. )
    Qərb tədqiqatçılarından biri dindar adamların fəaliyyəti və yaşayış vəziyyətinə dair apardığı tədqiqatların nəticələrinə toxunaraq yazmışdır:
    Əksər hallarda dindarların fəaliyyəti qənaətbəxşdir. Onlar daha çox bir-birinin köməyinə tələsir və xeyir, xeyirxahlıq yolunda əllərindən gələni əsirgəmirlər. Başqa sözlə desək, dinə lazım olan dini öhdəlikdir. O, daha sonra əlavə etmişdir:
    ''Din möminlərin sağlamlıq və xoşbəxtliyinə təsir edir və onlar çox nadir hallarda boşanırlar. Nikah baxımından da çox xoşbəxt olduqlarını bildirirlər.''(Həmin yerdə. )
    Dinin tələbələrin təhsilində rolu
    BBC televiziya kanalı öz məlumatında bildirmişdir:
    Amerikada tibb universitetlərindən çoxu bu fikrə gəlmişlər ki, dini əsas və dəyərlərin tədrisi olmadan tibb dərslərini tədris etmək olmaz!
    Bu televiziya kanalı yuxarıdakı xəbərin şərhində əlavə etmişdir:
    Həmin universitetlərdən biri Corc Vaşinqton Universitetidir və orada çalışan müəllimlər həm tibbi biliklər, həm də dini-mənəvi dəyərlərdən söhbət açaraq hər iki cəhətin eyni dərəcədə əhəmiyyətli olduğunu vurğulayırlar.''
    Mövcud statistik hesablamalara əsasən, tibb elmlərini öyrənən tələbələr dini imana malik olsalar, dərslərin öyrənilməsi onlar üçün daha asan olar və gələcəkdə də yaxşı həkim olarlar.
    BBC televiziya kanalı daha sonra əlavə etmişdir: Corc Vaşinqton Universiteti Amerikanın otuz universitetindən biridir və hazırda burada tələbələr üçün dini məsələlərlə bağlı xüsusi kurslar keçirlər.''(Cümhuri-ye Eslami" qəzeti, 4/8/1376. ) Əlbəttə, ''Kristian Sayns Monitor'' qəzetinin yazdığına görə 2000-ci ildən Amerikanın müxtəlif ali təhsil müəssisəsinin 72 tibb fakültəsində mənəviyyat və xəstəliklərin müalicəsi məsələləri ilə bağlı dərslər tədris olunur ki, bu da 1992-ci illə müqayisədə hədsiz artımı göstərir.(Həmin yerdə. )
    Dinin QİÇS və əlacsız xəstəliklərin qarşısının alınmasında rolu
    Dünya Səhiyyə Təşkilatı öldürücü QİÇS xəstəliyi ilə mübarizə yollarının müəyyənləşdirilməsi üçün apardığı rəsmi tədqiqatlarının nəticələrini müzakirə edərək bildirmişdir:
    Dini təlimlərin vasitəsilə münasib əxlaq normalarına tərəf qayıdış QİÇS-dən qaçmağın, xilas olmağın son çarəsidir.("Resalət" qəzeti, 14/5/1377 )
    İngilis həkimi xanım Kuliber ''QİÇS-əsrin taunu'' adlı kitabında yuxarıdakı gerçəkliyə işarə edərək yazmışdır:
    Bir müxbir London xəstəxanalarından birində QİÇS-ə tutulanların sayına nəzarət edən psixoloqdan soruşmuşdu: Bu xəstəliyin atəşində yanan insanlar dini göstərişlərə əməl etsəydilər, bu gün öz yanma və məhv olmalarının şahidinə çevrilərdilərmi?
    Psixoloq cavab vermişdi:
    Əlbəttə yox, amma sizi Allaha and verirəm, bunu qəzetinizdə mənim dilimdən yazmayın.("Keyhan" qəzeti, 23/1/1375. )
    Dini əqidələrin insanın sağlamlığına təsiri
    İnsanın ruhi və cismani sağlamlığı, habelə dini etiqadlar və dini əqidə arasındakı əlaqələrin aydınlaşdırılması ilə bağlı aparılan genişmiqyaslı tədqiqatlar və əldə olunmuş nəticələr bu gün hər dövrdən daha çox tibb tədqiqatçıları üçün mühüm əhəmiyyət kəsb edir. Aydın olmuşdur ki, insanın Allah-Təala ilə mənəvi əlaqələri, dini ayinlərin ardıcıl icrası və dini əqidələrdən faydalanma insanın ruhi və cismani sağlamlığının qorunması, eləcə də onun müxtəlif xəstəliklərə tutulmasının qarşısının alınmasında nəzərəçarpacaq dərəcədə təsirlidir.
    Buna görə də insanın sağlamlığının qorunmasında dini əqidələrin müsbət təsirlərinə inamı olan həkimlərin sayı gündən-günə artmaqdadır.
    Fransız agentliyinin məlumatına əsasən, Harvard Tibb Məktəbi tərəfindən aparılmış tədqiqatların nəticələri göstərir ki, Amerikada əksər ailə həkimləri dini etiqadların onların müalicə etdiyi xəstələrə faydalı şəkildə kömək etdiyini dərk etmişlər.''("Henqam" həftəlik qəzeti, №13, səh.13, Tibb və təzkiyyə, №23, 1375-ci ilin qı؛ı ) Amerika Ailə Həkimləri Akademiyasının konfransında müzakirə olunmuş həmin tədqiqatların nəticələri belədir:
    ''Ailə həkimlərinin 99 faizi sorğuya cavab olaraq bildirmişlər ki, xəstələrin sağalmasında dini etiqadların təsir və gücünə inanırlar.'(Cümhuri-ye Eslami" qəzeti, 23/4/1373. )
    Bununla bağlı başqa bir məlumatda isə deyilmişdir:
    Amerikadakı tibb institutlarından biri bu nəticəyə gəlmişdir ki, xəstələrin müalicəsi üçün ''dini imandan'' qaynaqlanan mənəvi qüvvələrdən istifadə etmək lazımdır.
    Buna görə də həmin tibb institutunun tələbələri saatlarla xəstələrlə söhbət edirlər və onların sözlərini dinlədikcə iman yolu ilə sağalacaqlarına daha çox ümid edirlər.
    Bu məlumatda daha sonra deyilir:
    Bu institutun məsul nümayəndələri bildirmişlər ki, insanda fiziki sistemlə yanaşı dini etiqadlar və inamların mürəkkəb sistemi də mövcuddur və bu şəksiz hər bir şəxsin fiziki sisteminə təsir göstərir.
    Onlar inanırlar ki, həkimlər gələcəkdə xəstələrin müalicə ilə bağlı ehtiyaclarından əlavə, onların mənəvi ehtiyaclarına da əhəmiyyət verməlidirlər.
    Buna görə də məşhur Harvard Universitetində çalışan ürək həkimi Hubert Benson öz xəstələrinə ardıcıl olaraq ibadət etməyi tövsiyə edirdi. Çünki onun fikrincə, bu iş xəstələrin sağalmasına kömək edir.("Cümhuri-ye Eslami" qəzeti, 23/12/1376. )
    Xəstələrin sağlamlığının qorunmasında dini etiqadların xüsusi rolu haqqında Qərb həkimlərindən bəzisinin inamı o qədər dərinləşmişdir ki, onlar aydın şəkildə bildirmişlər:
    Xəstələrin müalicəsində Allah-Təalanın rolunu nəzərə almayan həkim öz vəzifəsinin icrasında xəsislik etmişdir.("Cümhuri-ye Eslami" qəzeti, 23/12/1376. )
    Onlar bu fikri bəyan etmişlər: Görünür ki, iman sizin düçar olduğunuz dərdin dərmanı üçün faydalıdır.(Keyhan" və "Cümhuri-ye Eslami" qəzetləri, 14/7/1378. "Cümhuri-ye Eslami" agentliyindən istifadə edilib. )Deməli, bu amilə bundan daha çox göz yummaq qəbul olunmayacaq.''("Beynəlxalq psixiatriya" jurnalı, oktyabr, 1997 və "Cümhuri-ye Eslami" qəzeti, 4/8/1376. )
    İnsanın cisminə və ruhuna dinin təsiri haqqında tədqiqatlar
    1-Dindarlıqla fiziki sağlamlığın əlaqəsi
    ''Çikaqo tribun'' (Amerika) qəzeti öz məlumatında ''Nəhayət, elm inanır ki, iman müalicə edəndir'' – fikrini açıqlayaraq yazmışdır: Gündən-günə artan tibbi tədqiqatlar göstərir ki, güclü dini əqidələrə malik insanlar nisbətən zəif inamlara malik insanlarla müqayisədə daha sağlamdırlar və daha uzun ömürlüdürlər. Bu tədqiqatların nəticəsi bir daha təsdiq edir ki, həmin insanların çox az hissəsi ürək xəstəliyindən vəfat edirlər. Onlar daha tez qəm-qüssəyə qalib gəlirlər, qan təzyiqi aşağı olur, müdafiə sistemləri isə qüvvətlidir.("Entexab" qəzeti, 2/2/1378. )
    ''Beynəlxalq psixologiya'' jurnalı da 1997-ci il oktyabr tarixli sayında yeni tədqiqatların nəticələrini nəşr edərək bildirmişdir:
    Dini iclaslarda ardıcıl olaraq iştirak edən yaşlı adamlar iştirak etməyənlərdən iki dəfə çox sağlamdırlar və daha qüvvətli, daha sabit müdafiə sisteminə malikdirlər.
    Şimali Karolinada (Amerika) 65 yaşdan yuxarı 1718 nəfər yaşlı adam arasında aparılmış tədqiqatlara əsasən məlum olmuşdur ki, həftədə ən azı bir dəfə dini toplantılara gedənlərdə interlukinin (yaşın artması ilə çoxlu xəstəliklərə səbəb olan müdafiə sistemində zərərli qan proteinidir) miqdarı belə toplantılara getməyənlərlə müqayisədə yarıbayarı azdır.("Həm؛əhri" qəzeti, 14/7/1372 )
    ''Vaşinqton Taymz'' qəzeti də bu barədə yazmışdır:
    İmanın sağlamlıqla əlaqəsi haqqında həyata keçirilmiş ən böyük tədqiqatlardan birinə əsasən daha çox iman və açıqürəkliliklə dini ayinləri yerinə yetirən 65 yaşdan yuxarı insanların 40%-dən daha azı yüksək qan təzyiqinə tutulurlar.
    Bu qəzet daha sonra əlavə etmişdir:
    Ardıcıl surətdə dini mərkəzlərə getmək və müqəddəs səmavi kitab oxumaq nəinki sizin ruhunuza nicat verər, həm də həyatınızı daha da uzun edər.
    Bu məlumata əsasən, hər həftə dini mərkəzlərə gedən və dua edən insanlar daha az ürək narahatlıqlarına və ya beyinə qansızmasına düçar olurlar.
    ''Vaşinqton taymz'' Duk Universitetinin tədqiqatçılarından birinin sözlərinə istinadən yazmışdır: ''Dini etiqadların müsbət təsiri çox böyükdür.''
    Bu universitetin kafedra müdiri isə demişdir:
    ''Bu tədqiqat onu göstərir ki, imanla bədənin əlaqəsi nə qədərdirsə, bədənlə ağılın əlaqəsi də bir o qədərdir.''(CBC radiosu, dekabr 1998, Kanada, Seyyid Əhməd Rəhnəmayi, Qərb؛ünaslıq", səh.111 )
    Son illərdə Amerikanın Boston ştatının Harvard Universitetində ''Duanın müalicəvi dəyərləri'' adlı konfrans keçirilib. Bu seminarda Harvard Tibb Universitetinin müəllimi və qeyd olunmuş seminarın təşkilatçısı Hobert Benson ibadət və duanın insanın bədəninə müsbət təsirini təsdiq edərək demişdir:
    Dua oxumaq beyni hərəkətə gətirir, QİÇS-in nəticələrini azaldır, qan təzyiqini aşağı salır və sonsuzluğu müalicə edir.
    Duaların təkrarlanması və beyindən digər fikirlərin uzaqlaşdırılması əksər insanlarda fizioloji dəyişikliklər yaradır.
    O daha sonra əlavə etmişdir:
    ''İnsanların müalicəsində elmlə mənəviyyat arasında fasilə yoxdur, duaları təkrarlamaq tənəffüs miqdarının və beyinin həyəcanlı fəaliyyətinin azalmasına səbəb olur və bəzən bu elə müalicə gücünə malikdir ki, cərrahiyyə əməliyyatı və böyük vəsait tələb edən müalicəyə belə ehtiyacı aradan qaldırır.''("Kumeyl" duası; ''Ey Allah, adın dərdlərin dəvası və zikrin xəstəliklərin ؛əfasıdır.'' ("Məfatihul-cinan") )
    Əlbəttə, din və mənəviyyat günəşinin doğduğu əsrdə təkcə Benson ibadət və duanın şəfasından danışmamışdır. Başqa bir məlumatda (bu sahədə nəşr olunmuş yüzlərlə məlumatdan biri) isə oxuyuruq:
    Texas xəstəxanasının mütəxəssislərindən biri öz məqaləsində xəstələrdə duanın şəfaverici təsirlərinə toxunaraq 1988-1990-cı illərdə San-Fransisko xəstəxanası¬nın damarlar şöbəsində xəstələrin sağalmasında duanın təsiri ilə bağlı apardığı tədqiqatdan istifadə etmiş və sonda belə yazmışdır:
    ''Əgər bu dərmanın (dua və ibadət) təsirliliyini etiraf etsək, reseptlərimizdə yazmalıyıq: ''Gündə üç dəfə dua edin.''("İyirmi sِhbət" səh.155 )
    Müfəssəl məlumatlar (Duanın sağlamlığa təsiri)
    Birinci məlumat: Kanadanın ''Toronto star'' qəzeti Tom Harmerin duanın fayda və təsiri haqqında yazdığı məqaləni çap edərək qeyd olunmuş mövzunun araşdırılmasına başlamışdır. Belə ki, müəllif bu məqalədə yazır: ''Dua gözəgörünməz bir qüvvədir, ancaq buna şübhə ilə yanaşanlar və ya Allaha inanmayanlar bu iddianı məsxərəyə qoyacaqlar.'' Tom Harmer yazır: ''Biz dua edirik, çünki ona ehtiyacımız var və faydalıdır. Bunu bəzi insanlar və ya özümüz əminlik baxımından demirik, bu, mənim şəxsi təcrübəmdir və uzun illərdir onun təsirini çoxlarının həyatında görmüşəm.''
    O daha sonra əlavə etmişdir ki, Amerikanın şimalında böyük dərmandüzəltmə şirkətləri tərəfindən dərman istehsalında tədqiqat aparmaq üçün milyonlarla dollar sərf olunduğu halda, duanın sağlamlığa təsiri barəsində tədqiqat üçün heç bir vəsait sərf olunmamışdır.
    Kaliforniya Universitetinin ürək həkimi Endolf Bayer bu cür xəstələrdən 400 nəfərlik bir qrupu iki hissəyə bölmüşdür.
    Həmin qruplarda həkimin nəzarəti tamamilə eyni olduğu halda, xəstəliyin xüsusiyyətləri və bir qrupun üzvlərinin adı bütün ölkənin könüllülərinə verildi və hər komandadan bu qrupun bir xəstəsi üçün dua etmək məqsədilə beş-yeddi nəfər könüllü dua edən xahiş edildi. On aydan sonra dua olunan qrup yoxlanıldı və müəyyənləşdi ki, beş dəfə az antibiotik istifadə olunmuşdur. Onlarda ağ ciyərin şişkinliyi üç dəfə az müşahidə edilirdi. Digər qrupun on iki nəfərinin süni tənəffüsə ehtiyacı olduqları halda, həmin qrupda (bu işə) tələbat görünmürdü və sonuncu budur ki, bu qrupda laboratoriya dövründə ölənlərin sayı ''dua olunmamışlar'' qrupundan daha az idi.(Əl-Mizan, c.13, səh.255 )
    İkinci məlumat: Kanzas sitidə fəaliyyət göstərən ''Yunayted-press'' agentliyinin məlumatına əsasən, tədqiqatçılar və həkimlər indi xəstələrin müalicəsində əvvəlkindən daha çox duanın müsbət təsirinə inanırlar.
    Amerikanın Kardiologiya İnstitutunun tədqiqatçıları Sent-Luk xəstəxanasında apardıqları araşdırmalara əsasən bu nəticəyə gəlmişlər ki, dualar xəstələrin şəfa tapması üçün onların daha az dərmandan istifadə etmələrinə və daha tez sağalmalarına imkan verir.
    Tədqiqatçılar ürək xəstəlikləri üzrə mütəxəssis Vilyam Herisin rəhbərliyi ilə epilepsiya kimi təhlükəli ürək xəstəliklərinə tutulmuş 990 xəstəni yoxladılar.
    Onlar beş qrupdan ibarət könüllü dua edənlər seçdilər ki, hər gün 466 xəstədən biri üçün dua etsinlər. Könüllülərin xəstələrin adları və xəstəliyindən başqa məlumatları yox idi, onları müalicə edən həkimlər də dua etmək proqramından xəbərsiz idilər…
    Heris deyir:
    "Sağalmaları üçün dua olunan xəstələrin halı yaxşılaşdı. Bu tədqiqatçılar istifadə olunmuş dərmanların sayı və növü, xəstələrin xəstəxanada yatma müddəti, ürək döyüntülərini tənzimləyən aparatdan istifadəyə ehtiyac, sağalma sürəti, xəstənin ölümü və s. kimi 35 tibbi qiymətləndirməyə yenidən baxmaqla əldə olunmuş nəticələrə nəzarət etdilər. Orta hesabla şəfa tapmaları üçün dua olunan xəstələr 11% yaxşılaşmışdılar. "
    Bu məlumata əsasən, ''Daxili tibb arxivi'' nəşrinin baş redaktoru Ceymz Valen "bu araşdırma yaxşı şəkildə planlaşdırılmış və yazılmışdır" – deyə bildirmişdir.
    O daha sonra əlavə etmişdir: ''Əgər dua dərman olsa, onda belə bir nəticəyə gəlmək olar ki, bu faydalı dərmandır.''
    Məlumata əsasən Herisin nəticələri 1980-ci onilliyin axırlarında San-Fransisko şəhər xəstəxanasında həyata keçirilmiş oxşar araşdırmanın nəticələri ilə uyğunluq təşkil edir.''(ھeyx Rəziəddin Təbərsi, "Məkarimul-əxlaq", səh.363-394 )
    Üçüncü məlumat: Tibbdə ruhi əməliyyatlardan istifadəyə maraqlı olan doktor Yelizavet Targ müxtəlif etiqadlı bir neçə nəfərdən xahiş etmişdi ki, bir həftə müddətində gündəlik 1 saat QİÇS-ə tutulmuş iyirmi xəstəyə dua etsinlər. Dua edən könüllülər yalnız xəstələrin adını bilir və onların şəklinə malik idilər. Altı aydan sonra dua olunmuş xəstələrin halı müalicə altında olmayan digər xəstələrin halından daha yaxşı idi. Həmçinin başqaları 68 gün xəstəxanada yatdıqları halda, dua olunmuş xəstələr yalnız on gün xəstəxanada qaldılar. Onların həkimə müraciətləri də azaldı. Məlum oldu ki, dua olunmayan şəxslər 189 dəfə, dua olunanlar isə 26 dəfə həkimə müraciət etmişlər. Eləcə də dua olunmuş adamlar ikinci dəfə infeksiyaya və ya əsəb gərginliklərinə daha az mübtəla oldular.
    Doktor Targ xatırlayır: "Bir neçə il əvvəl ürək xəstələri üzərində buna oxşar tədqiqat aparılmışdı və həmin xəstələrə də duanın müsbət təsiri müəyyənləşmişdi."
    Qeyd etmək lazımdır ki, doktor Targın apardığı tədqiqatın nəticələri Florida ştatının Klirvater şəhərində keçirilən Amerika Tibbi Psixologiya Cəmiyyətinin konqresində elan olunmuşdu.(Həmin yerdə, səh.390 )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 737 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024