İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:28 AM
    6 – Maddi mədəniyyət, insanın təhqir və məxluqun təhrif olunması
    İntibah dövründən sonrakı nəzəriyyəçilər həyatın puçluğunu elan etməklə ilahi dünyagörüşü aspektində duran və öz daxilində Allah-Təalanın yerdəki nümayəndəsi məqa¬mına qovuşma istedadını gizlədən insanı yüz faiz maddi ehtiyacları olan və ancaq iqtisadi alət kimi şəxsiyyətsiz varlıq səviyyəsinə endirdilər.
    Argentinanın müasir və görkəmli mütəfəkkiri Ernesto Sabuto ''XIX əsrin çox böyük hissəsi və XX əsrdə elm və tərəqqinin mütləq hakimiyyəti insanın məqamını böyük bir maşının təkərinin dəndənəsinə kimi alçaltmışdır'' fikrini açıqlayaraq bildirmişdir:
    ''Kapitalist və marksist nəzəriyyəçiləri eyni şəkildə bu kobud baxışı genişləndirdilər ki, onların baxışında fərd kütlə içərisində əriyir və ruhun sirri ölçülən şüaların yayılma həddinədək aşağı salınır.'(Süsən Səffari, "Qaranlıqda dirçəli؛", səh.76-80 )
    Təkcə Sabuto yox, bəlkə də Qərb mütəfəkkir və alimlərinin böyük əksəriyyəti Qərb mədəniyyəti onun inkişafı kontekstində və cərəyanında insanın ali məqamının təhqir olunmasına etiraz edərək demişlər:
    ''Qərbdə ictimai və humanitar elmlər insanlıq haqqında dəhşətli və əksildici təsvirlərdən başqa bir şey təqdim etmirlər, insanlıq həqiqətini ya alət, ya iqtisadiyyat, ya da cinsiyyət səviyyəsinə qədər alçaldırlar.''(Həsən əl-Səid, İslam və Qərb, ھakir Kəsrainin tərcüməsi, səh.166 və 167 )
    Əlbəttə, həqiqət və kamillik axtaran insan bəşərin hər növ axmaqlıq və təhqirinə israr edən nəzəriyyələrin mühasirəsinə tab gətirməmiş və dini həqiqətlərin dərki üçün dini təlimlərə qayıdış prosesinə başlamışdılar.
    Qriqori Universitetinin müəllimi və Katolik Universitetlərin Beynəlxalq Federasiyasının tədqiqat mərkəzinin müdiri doktor Ariç Larut müasir mədəniyyətə qarşı çıxaraq demişdir: ''Müasir mədəniyyət insanı bir iqtisadi amil həddinə endirməyə çalışır və insanları istehsal və ya məsrəf amilləri kimi təqdim edir.''
    O, daha sonra bildirmişdir: ''Modernizmdən sonrakı dövrdə bu istiqamətdə insanın ruhu tabe olmur, insanlıq məqamının belə endirilməsinə qarşı inqilab edir və bu təbəqəni sındırıb kənara çıxır. Necə ki, 1989-cu ildə marksist materializminin şahidi olduq.''(Nümunə üçün: Sent Avqustin islam؛ünaslıqda gِrkəmli xristian mütəfəkkir¬lərindən biri kimi nِvün təbiətinin günahkar olmasını demi؛dir. Avqustinin baxı؛ında insanın Allahdan mütləq uzaqlığı ehtimalı Allah ؛əhərinin mahiyyətinin (mənəvi həyat) yer ؛əhərindən (maddi həyatdan) ayrılığıdır. )
    7 – İnsanın varlıq aləminin həqiqətlərini öyrənmə cəhdi
    Varlıq aləminin həqiqətləri və kainatın sirlərinin dərki istiqamətində bəşərin daimi səyləri əsası insanın ilahi fitrətində olan bir gerçəklikdir və hətta uzun illər dinsizlik və Allaha qarşı biganəliyin hökm sürdüyü məkanda yetişən şəxslər də bu səylərdən istisna deyillər. Misal üçün bu xatirəni danışmaq olar:
    İmanlı xristian filosofu Jan Giten ''deyirlər bu yaxınlarda Fransanın (keçmiş) prezidenti (Fransua Mitteran) sizin görüşünüzə gəlmişdir, sizin onunla münasibətləriniz necədir?'' sualına cavabında demişdir: ''Əlli ildir ki, onu tanıyıram. O, son görüşdə məndən soruşmaq istəyirdi ki, ölümdən sonra həyat olacaqmı və o necədir?
    O mənə demişdi ki, yeddi yaşından Allah barəsində düşünmüş və heç vaxt Allahı unuda bilməmişdir! O demişdir: Bir xərçəng xəstəsi müalicə üçün həkimə müraciət etdiyi kimi, mən də bir xristian filosofu kimi gəlmişəm səndən soruşam ki, ölümdən sonra həyat olacaqmı?
    Giten daha sonra əlavə etmişdir: Mən ona ölümdən danışdım və dedim ki, insan axırıncı nəfəsindən sonra başqa dünyaya qədəm qoyur.
    Mitteran soruşdu: Jan Pol Sarter haqqında sənin fikrin necədir? Dedim: Ya dünyanı puç və mənasız hesab etməlisən, ya da əksinə, dünyada Allahın mövcudluğunu və onun məqsədliliyini qəbul etməliyik. Əgər dünya puç və mənasızdırsa, tapança ilə intihar etməliyik, amma əgər digər dünyanı qəbul etsək, məqsəd və istəyə malik olacağıq. Üçüncü yol yoxdur.
    Mitteran mənə dedi: Allahlılıq və allahsızlıq, məqsədlilik və puçluq arasında seçim haqqında kitab yazmalıyıq və mən bu işi başlamışam. Hər kəs bu iki yoldan birini seçməlidir, sirləri qəbul edən kəslər xoşbəxtdirlər.(İslam Respublikasının tele-radiosunun ِlkədən xaric İngiltərə radiosuna  )
    8 – Dinin varlıq haqqında təfsirinin üstünlüyü
    İndi dünya bu gerçəkliyin şahididir ki, bəşərin səhvi qəbul edən ağıl və təxəyyülündə kökü olan maddi və ateist məktəbləri varlıq sirlərini soruşan və həqiqəti axtaran insanın təbii ehtiyacları ilə mübarizədə çarəsiz son yolu seçmişdir.
    Görkəmli ingilis mütəfəkkiri Arnold Tünbi(müsahibəsində. "Cümhuri-ye Eslami" qəzeti, 27/5/1377 )bu barədə demişdir:
    ''Bu Adəm övladı olan insan təkcə cəmiyyət üçün yaşamır, onun ən böyük məqsədi yüksək mənəvi və ruhi həqiqətlə daimi bağlılığı və harmoniyasıdır ki, ''Allah'' adlanır. Cəmiyyət də belə bir məqsədə tərəf yollanmalıdır, əks təqdirdə cürbəcür sürüşmə və sapınmalara düçar olacaq…''
    Tünbi daha sonra əlavə etmişdir: ''…Səmavi dinlər bu böyük həqiqəti Adəmə öyrətmişlər və onda olan bu parlaq və işıqlı bulağı ona göstərmişlər, amma ideologiyalar və ''izmlər'' dinin şəffaf, saf çeşməsini insana göstərə bilməmişlər.''("Hüzur" jurnalı, №24, 1377-ci ilin yayı )
    Şəksiz hər hansı bir insan dini təlimlər, mənəviyyatçılıq və allahpərəstlik meydanında addım atmadan çiçəklənməmiş, öz həqiqəti, varlığın sirlərini dərk etməmiş və həqiqət çeşməsinə qovuşmağa nail olmamışdır.
    9 – İslam inqilabı və bəşərin ali düşüncəyə nail olması
    İnsan təkcə vahid bir fikir sistemindən və təkallahlılıq dünyagörüşünə etiqaddan istifadə ilə məxluqun sirlərinin dərkinə qadir olmuş və ruhi yüksəlmə və dərin ruhi sakitlikdən bəhrələnmişdir. Bu səbəbdən varlıq dünyasının sirlərinin öyrənilməsi üçün vəhyani dünyagörünüşünə nail olmaq istiqamətində səyləri, şübhəsiz, müasir dünya və Qərbdə dini və mənəvi yönüm və islamçılığın əsas amillərindən biri sayılmalıdır.
    Bugünkü dünyada İslamın ilhamverici ocağından, yəni İran İslam inqilabından dünya hegemonluğunun bərk qorxmasının əsas səbəblərindən biri kimi ali və xilaskar düşüncənin insanlara çatdırılmasını öz yerində təhlil etmək və araşdırmaq lazımdır.
    İslam inqilabının dahi rəhbəri bu barədə buyurmuşdur:
    ''Qərb dünyasının (başçılarının) İslam inqilabından qorxmasına səbəb olan əsas amil bu həqiqətin nəticəsidir ki, İslam inqilabı düzgün təfəkkür kimi təsvir olunmuş, kainata əsaslı və məntiqi dünyagörüşünə söykənən bir yol təqdim etmiş və bu imkanı yaratmışdır ki, hər kəs yolun harasında dayandığını və hansı məqsədə tərəf hərəkət etdiyini bilsin.''(Məhəmməd Legenhausen: Amerikanın Texas ؛tatında Rays Universitetinin fəlsəfə elmləri üzrə doktoru. O, on il müddətində Rays vəTexas universitetlərində fəlsəfəni tədris etmi؛dir və 1983-cü ildə İslam dinini qəbul etmi؛dir. )
    İslam dini arqumentlər və məntiq əsasında insan həyatının müxtəlif sahələrinə hərtərəfli baxma xüsusiyyətindən istifadə etməklə yüksək şəkildə əqli və dini ehtiyacların razı salınmasına və dünyanın sirlərinin aşkarlanmasına başlamışdır. Prinsipcə, İslam ağıla meydan verməklə və bu bəsirətli peyğəmbərdən faydalanmaqla cəhalət, küfr və xurafatla mübarizəyə qalxmışdır.''(Pərtov" həftəlik qəzetinə müsahibəsində, №3, 19/11/1377 )
    10 – İslam və varlıq həqiqətlərinin kəşfinin əqli məntiqi
    Ustad Şəhid Murtəza Mütəhhəri İslam mədəniyyətində din və ağlın çox sıx bağlılığına toxunaraq buyurmuşdur:
    ''Biz İslam kontekstində ağılın fövqəladə himayəsi ilə rastlaşırıq ki, bu dinlərdən heç birində görünmür… Siz İslamı xristianlıqla müqayisə edin, xristianlıq imanın əhatəsində ağlın müdaxilə haqqının olduğunu demir və bildirir: insanın iman gətirdiyi şey haqqında fikirləşməyə haqqı yoxdur və ağıla sərbəstlik də vermək olmaz. Bir keşiş və insanların imanının qoruyucularının vəzifəsi budur ki, iman hövzəsinə ağlın zehni və arqumentli müdaxiləsinin qarşısını alsınlar və prinsipcə, xristian təlimləri bu əsasdadır.''
    Ustad Şəhid Murtəza Mütəhhəri əlavə etmişdir: ''İslamda məsələ tamamilə əksinədir. İslamda din və din əsaslarında ağıldan qeyri bir şeyin müdaxilə haqqı yoxdur. İslam kontekstlərində bu barədə fövqəladə dərəcədə yüksək və heyrətamiz sözlər deyilmişdir.''("Rəd" (13), 28-ci ayə )
    Əsasən hazırkı əsrdə, İslamın ruhlandırıcı məktəbinin cazibədarlığını artıran və ilahi həqiqət tərəfdarlarının nəzərini özünə yönəldən amil həmin məntiqlilik xüsusiyyəti və (xristianlıqda) üçlük kimi xurafatçı təlimlərdən azad olmasıdır.
    Fransız katolik keşişi Mişel Lilang yuxarıdakı gerçəkliyi açıqlayaraq demişdir:
    ''Bəndəçilik fikrində olan katoliklər hər yerdə yalnız mənasız məfhumlarla üzləşirlər. Katoliklərin çoxu üçlük kimi təəssüb və əqidələri qəbul etmirlər. Onlar İslama təbii bir din kimi baxırlar.''("Ənam" (6) surəsi, 82-ci ayə )
    Oksford Universitetinin İslami Araşdırmalar Mərkəzinin rəhbərliyini öz öhdəsinə götürmüş İngiltərə şahzadəsi Çarlz varlıq dünyasının məntiqi izahında İslamın düzgün üslubuna toxunaraq demişdir:
    ''Bu gün İslam dünyanı düzgün dərk və şərhetmə üslubunu və onda yaşamaq üsulunu bizə öyrətməyə qadirdir. Bu elə bir üslubdur ki, xristianlıq əldən verdiyinə görə ona böyük ehtiyac duyur.''
    O, ''dünyanın mənəvi, müqəddəs və həyati taleyinə etimad mühüm bir işdir ki, İslamdan öyrənmək lazımdır'' - deyərək əlavə etmişdir:
    ''Həyatın dərin mənası başqa bir yerdə (Qərbin maddi mədəniyyətindən ayrı) və İslam etiqadlarının mahiyyətində gizlənmişdir.''(Təsnifu Qurərul – hekəm, Əbdülvahid ibn Məhəmməd Təmimi Amədi, Mustafa Dirayəti, səh.88)
    Müasir insanın həqiqəti axtarması
    İndiki əsrin dinçilik hərəkatının yaranmasında insanın həqiqəti axtarma hissinin mövqeyinin daha çox araşdırılması məqsədilə müsəlmanlığı yenicə qəbul etmiş qərblilərin dediklərinə nəzər yetirərək bu cərəyanın bəzi nümunələrini təqdim edirik.
    A) İslam dünyagörüşü məni sarsıtdı: Almaniyanın Hamburq şəhərində müsəlmanlığı yenicə qəbul etmiş xanım İnqrid (Səidə) İslama yönəlməsinin səbəbini izah edərkən demişdir:
    ''Etiqad baxımından məntiqi cavablar tapmaq nəticəsində protestant məzhəbindən uzaqlaşdım və həyatın məfhum və məqsədini axtarmağa başladım. Əlbəttə, mənim axtarışım faydasız idi."
    O, müsəlman tərbiyəçisi ilə tanışlığa və onun yolgöstərmələrindən faydalanmağına toxunaraq demişdir: ''O, mənə ''Dünyagörüşü və İslamda həyat'' adlı kitab hədiyyə etdi. Kitab məni öz güclü təsiri altına saldı və özünə cəlb etdi. İslam dünyagörüşü məni sarsıtdı və o an sanki varlıq dünyası və bütün varlığın həyat məfhumu və məntiqini aydınca başa düşdüm. Hiss edirdim ki, yenidən dünyaya gəlmişəm. İslamın əsaslarını çox sürətlə qəbul etdim və hiss edirdim ki, bir nur gözlərimi və qəlbimi işıqlandırmışdır. Təzəcə dərk edirdim ki, qərbli insan həqiqətdə həyatın kənarından keçir və yalnız davamlı acgözlülük və səylə pul və qüdrət arxasınca gedir və varlıq məfhumunun dərkinə qüdrəti çatmır.''(Həmin yerdə. )
    B) İslamda itirdiyim fikrimi tapdım: Almaniyanın Bermen şəhərində müsəlmanlığı yenicə qəbul etmiş xanım Zəhra da bu fikri bəyan etmişdi ki, ''Cavanlığın ilk anlarından suallar zehnimdə dolaşırdı. Misal üçün, Məsih Allahın oğludursa, Allahın neçə oğlu ola bilər. Yaxud biz dünyaya günahkar gəlmişik fikri mənim üçün çox ağır idi…'' O demişdir:
    ''Xristianlıq təlimlərindən nə qədər çox öyrənirdimsə, o qədər məndə şəkk-şübhə yaranırdı və daha da narazı olurdum. Bu şübhələrimin nəticəsində soruşduğum sualların müqabilində həmişə cavab alırdım ki, bunları izah etmək olmur və olduğu kimi qəbul edilməlidir…On səkkiz yaşıma kimi illər elə keçdi ki, daxildən sınmış və parça-parça olmuşdum. İtirdiyimin ardınca gəzirdim, amma nədən ibarət olduğunu bilmirdim. Neçə dəfə özüm-özümdən sual etmişdim ki, ümumiyyətlə, dünyaya nə üçün gəlmişəm və mənim varlığımın nə təsiri vardır?…''
    Bu avropalı müsəlman aşağıdakı gerçəkliyə işarə etmişdir:
    ''Buna görə müxtəlif dinlərin araşdırılmasına başladım. Əlbəttə, araşdırmanın əvvəlindən dərk etdim ki, onların çoxu puçdur…''
    O daha sonra əlavə etmişdir:
    ''Mənim üçün yavaş-yavaş İslam məktəbi ilə tanış olmaq və onu tanımaq imkanı yarandı və buna görə almanca Quran kitabını əldə etdim. Həmçinin İslam haqqında digər mənbələri daha çox mütaliə edirdim. Bundan sonra daxilimdəki parçalanma və pərişanlıq halı azaldı. Nəhayət, hiss etdim ki, öz itirdiyimi tapmışam. İllərlə ardınca gəzdiyim və onu tapmaq üçün hər qapını döydüyüm İslam olmuşdur. Allahın vahidliyi məsələsi məni özünə şiddətli surətdə cəzb etmişdi…''("Mizanül-hikmə", c.3, səh.370 )
    C) İslam mənim çoxdankı suallarıma cavab verdi. 1954-cü ildə anadan olmuş Amerika vətəndaşı, protestant və jurnalist Barbara Braun 90-cı onillikdə müsəlmanlığı qəbul etmişdi. O, müsəlman olmağının səbəbləri haqqında demişdir:
    ''Mən protestant ailəsində böyümüşəm və islahatçı xristian əqidəsinə (christian reformed fith) malik idim.
    Belə ki, bazar günlərində iki dəfə kilsəyə gedirdim. Tətil günlərində də kilsəyə müraciət edirdim. Xristian təlimlərini görürdüm və müqəddəs kitabı öyrənmək üçün yay məktəblərində, dini düşərgələrdə iştirak edirdim və xristian cavanlarla get-gəlim vardı. Bütün bunlara baxmayaraq, əqidəm haqqında çoxsaylı suallarla üzləşirdim və heç kəs 37 il ərzində bu suallarıma cavab verə bilməmişdi.''
    O sonra əlavə etmişdir:
    ''Mən 1991-ci ilə kimi, yəni İslamla tanış olana qədər Allah və Ona düzgün ibadət yolu haqqında azğınlıqda yaşayırdım.
    Bir kənd kitabxanasında ''İslamın dərki'' (Understanding İslam) adlı kiçik bir kitab gözümə sataşdı. Orta Şərqdə yayılmış dinlə tanış olmaq üçün kitabın səhifələrinə baxdım.., kitabı mütaliə edən zaman dərk etdim ki, İslam uzun illər üzləşdiyim suallarıma cavab vermişdir. Çox vaxt itirmədim, mən müsəlman oldum və öz məqsədimə çatdım.''(Ustad Mütəhhəri, "Materializmə yِnəlmənin səbəbləri", səh.204 )
    Ç) İslam əqidələri tamamilə aydın və məntiqidirlər.
    Amerikada müsəlmanlığı yenicə qəbul etmiş jurnalist xanım Key Siblani (49 yaşı var, Amerikanın Miçiqan ştatında anadan olmuşdur, tarix üzrə bakalavr dərəcəsi vardır. İndi İslam örtüyü ilə camaatın qarşısında görünür.) ''İslamda hansı xüsusi məfhumlar vardı ki, siz bir xristian kimi onları daha cazibəli və daha maraqlı qiymətləndirdiniz? '' - sualına cavabında demişdir:
    ''Xristian olanda həmişə mənə deyilirdi ki, biz dünyaya günahkar gəlirik və yaxşı olmaq üçün tərki-dünyalıq yolunu keçməliyik və bu iş mənim üçün çox mənasız idi.''(Ustad Mütəhhəri, "Əsərlər məcmuəsi", c.2, səh.21-dən sonra ) Amma İslamın araşdırılmasına başlayan zaman… [bu sahədə] İslamın sözü mənim üçün tamamilə aydın və məntiqli oldu…''
    O, bu fikri də bəyan etmişdir: ''Mənim üçün çox qəribədir ki, sufi və hissiyyatlı əqidələrə inanan (Misal üçün, İsa(ə) Allahın övladıdır) Qərb dünyanı yarımməntiqi qəbul edir.''
    O sonra demişdir:
    ''İslamı qəbul etməmişdən qabaq din, təhrif olunmuş xristianlıq haqqında öyrəndiklərimi qeyri-məntiqi bilirdim. Buna əsasən belə bir nəticəyə gəlmişdim ki, Allah yoxdur. Uzun illər inamsızlıq halında yaşayırdım və bu məni çox narahat edirdi.''
    O daha sonra əlavə etmişdir:
    ''Heç vaxt İslamı qəbul etdiyim və Allahın varlığına inandığım ilk gecəni unutmaram. O gecə çarpayımda həyatımın ən yaxşı yuxusuna malik oldum. Çünki sakit və aram idim.''(Məhəmməd Mədədpur, "Qərb cəmiyyətlərinin dü؛üncə əsasları", səh.58 )
    D) Xristianlıqdan cavab almadım. Müsəlmanlığı yenicə qəbul etmiş rumıniyalı xanım Zəhra Əhsən də müsəlman olmasının səbəblərinə toxunaraq demişdir:
    ''On iki yaşım olarkən ruhi təzyiq hissi duyurdum. Allah haqqında bilmək istəyirdim. Təəssüflər olsun ki, mənə düzgün cavab verən bir adam yox idi. Bütün insanların böyüyərkən malik olduğu suallara düzgün cavab verilmirdi. Xristianlıqdan cavab almadım. Çarəsiz qalıb müxtəlif kitablara pənah apardım. Böyüdükcə məndə Şərq dinlərinə maraq yarandı. Amma mənim pərişanlığım aradan getmirdi. Beləcə, mütaliə edib universitetə daxil oldum. Orada müsəlmanlarla tanış oldum və beləliklə, yeni dünyanın qapısı üzümə açıldı…İndi Allaha şükr edirəm ki, [müsəlman olmağımla] rahatlıq tapmışam.''(Həmin yerdə, səh.23 )
    E) Xristianlığın sözləri ağlabatan deyildi. Amerikada müsəlmanlığı yenicə qəbul etmiş filosof və universitet müəllimi professor Məhəmməd Legenhausen(Scientist: elm və elmi üsulun əsilliyini deyən ؛əxs ) müsəlman olmasının səbəbləri barədə demişdir:
    ''Mən katolik məzhəbli ailədə dünyaya gəldim. Amma ilk gündən xristianlığın bəzi təlimləri ilə bağlı problemlərin olması diqqətimi çəkdi. Məsələn, mənim üçün ''bir insanın, yəni Həzrət Məsihin Allah olması necə mümkündür?'' sualı çox qəribə görünürdü… İncildə nə qədər axtardımsa, bu fikri aşkarcasına sübut edən bir şey tapmadım… Görürdüm ki, xristianlığın sözləri ağlabatan deyil.
    O sonra əlavə etmişdir: ''Mənim tələbələrimdən çoxu xarici, bəzisi də müsəlman idilər. Bu tələbələrin fikirləri ilə tanışlıq məndə daha çox dəyişiklik yaratdı. Gördüm ki, onların din haqqında baxışları bizim baxışımızdan fərqlənir. Mənim üçün daha əhəmiyyətlisi Allah məfhumu idi. Müsəlmanların Allah haqqında malik olduqları məfhum mənə daha maraqlı gəlirdi. Buna görə də keçmiş etiqadlardan əl çəkdim. Həmin etiqadlardan xilas olanda başa düşdüm ki, mən əvvəllər necə xurafata inanmışam…Təxminən üç il keçdikdən sonra müsəlman oldum…(Technocrat; texnikanın əsilliyini deyən ؛əxs )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 450 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024