İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1923
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:27 AM
    İztirab əsri
    Müasir əsrin heyrətləndirici texnoloji tərəqqisinə baxmayaraq, insan Dünya Səhiyyə Təşkilatının fikrincə, sağlamlığın mühüm əlamətlərindən biri və xoşbəxt həyatın əsası olan ruhi sakitliyə nail olmamışdır: Bugünkü insan rahatlıq hiss etmir və o, daha çox alçaldılır…və öz fəaliyyətində mənasızlıq hissi duyur.''(Emri؛ Kurt, "Name-ye fərhəng", III il, №1, 1372-ci ilin baharı səh.104 və 105 )
    Ondan daha təəssüflüsü budur ki,– psixoloqlar bu əsri ''iztirab əsri'' adlandırıblar. Statistikaya görə, ABŞ xəstəxanalarındakı çarpayıların çoxu ruhi xəstələrə məxsusdur.''(Jan Furastiye, Universitet bِhranı, Əli Əkbər Kəsmayinin tərcüməsi, səh.69 )
    Problemin kökü bu gerçəklikdədir ki, bu gün bizim dünyamız varlıq dünyasının mənəvi təfsirinin qıtlığına düçar olmuşdur.(Helm Herburt, fransız mütəfəkkiri, "Name-ye fərhəng", 1375-ci ilin yayı. )
    Dahi rəhbər yuxarıdakı tarazlığın şərhində buyurmuşdur: ''Allaha məhəbbət və eşq həyata məna bəxş edir, bəşərin mənəvi və həyat boşluqlarını doldurur və yaşayışın bütün meydanlarında bəşəriyyətə müvəffəqiyyət gətirir. Səbəbi budur ki, Amerika kimi ölkələrdə heç nə, hətta pul, hərbi güc və elm xoşbəxtlik, ruhi sakitlik yaratmadı. Bunun səbəbi Allaha və mənəviyyata biganəlikdir.''(Helm Herburt, fransız mütəfəkkiri, "Name-ye fərhəng", 1375-ci ilin yayı.)
    Qərblilər mənəvi ehtiyaclarını təmin edə bilmirlər
    Ola bilsin Qərb mədəniyyətinin maddi təzahürləri, onun valehedici elmi tərəqqisi və fövqəladə texnologiyasının vurğunlarının çoxu bu nəzəriyyəni qəbul etmək istəməsinlər. Ancaq pul, hərbi qüdrət və elm Qərbdə xoşbəxtlik və mənəvi rahatlıq yarada bilmədi.(Nil Postmen, Texnologiya, səh.79 ) Mövcud gerçəkliklər də bu nəzəriyyəni təsdiq edir.
    Qırx ildən çox Almaniyada yaşayan iranlı həkimlərdən biri bu barədə demişdir:
    ''Qərbdə maddi cəhətdən yaxşı vəziyyətə malik olan insanlar heç vaxt xoşbəxtliyi tam mənasında dərk edə bilməyiblər. Onlar zahirən xoşbəxtdirlər.
    Dünyanı ''Mersedes benz'' və gözəl evlə xoşbəxt etmək olmaz. Amerika və Avropada mənəvi boşluq hiss olunur.
    Avropanın digər şəhərləri ilə müqayisədə daha çox milyonerlər yaşayan Almaniyanın Hamburq şəhərində mənəviyyatsızlıq problemi insanların bütün yaşayış sahələrinə mənfi təsir etmişdir. Qərb cəmiyyətlərində insanlar rifah imkanları baxımından qorxulu həddə çatmışlar, amma bununla belə, mənəviyyatsızlığa düçar olmuşlar. Bu ''əgər Qərb ölkələrinə getsələr, xoşbəxt olacaqlar'' kimi fikirləşən insanlar üçün böyük bir xəbərdarlıqdır.''(اe؛məndaz" jurnalı, İslami ir؛ad nazirliyi, 1376-cı ilin ordibehe؛t ayı. )
    Qərbdə yaşayan digər məşhur iranlı həkim də yuxarıdakı gerçəkliyi təsdiq edərək demişdir:
    ''Şübhəsiz, texnika maddi ehtiyacların təmini üçün işin bir tərəfidir və Qərb dünyası böyük sürətlə irəliləyir. Amma çox təəssüf ki, qərblilərin ruhi ehtiyacların təmin olunması üçün texnikaları yoxdur, bizim isə varımızdır. Buna görə də ağlı olan hər bir kəs öz dinini və mənəvi dəyərlərini qoruyub saxlamalı və onların texnikasını əldə etməlidir. Belə insanlar bu meydanın qalibidir.''("Süru؛" jurnalı, №551, 1370-ci ilin fərvərdin ayı. )
    3 – Xalis elmə meyllilik dövrünün sonu
    Müasir dünyada, xüsusilə Qərbdə elm və texnikaya mütləq etimad və arxalanmanın dağıdıcı təsirlərinin əvvəlkindən daha çox araşdırılması nəticəsində əsil elmə meylliliyi səadətə çatmağın yeganə yolu kimi təqdim edən birinci nəzəriyyə tədricən məğlubiyyətə uğradı. Alimlər arasında sientizm və əsil elmə meyllilik cərəyanının böyük məğlubiyyətindən tam aydınlıqla söz açan yeni bir cərəyan yarandı.
    Ustad Şəhid Murtəza Mütəhhəri bu barədə buyurmuşdur:
    ''Bu gün artıq dərk etmişlər ki, sientizm (xalis elmə meyllilik) və xalis elmi tərbiyə insanın formalaşdırılmasında tam gücsüzdür. Xalis elmi tərbiyə yalnız birtərəfli insan yaradır. Bu gün hamı dərk edir ki, xalis elm dövrü sona çatmışdır və cəmiyyətləri bir əqidə boşluğu hədələyir… Vil Dyurant etiraf etmişdi ki, bu boşluq birinci növbədə əqidə boşluğudur. Məqsəd, istək və əqidələrdə elə bir boşluqdur ki, boşluqla da sona çatır.''(Hüseyn Mehri, Dəyi؛ikliyin ayaq səsi, səh.45 və 47 )
    Qərblilərin etirafı
    Bu gün elm və düşüncə sahəsinin fikir sahiblərindən çoxu Qərbin təcrübi elmlərdə aldanmasının təhlükəli təsirlərinə toxunaraq bəşər cəmiyyətlərindəki problemlərin həllində ''akademik'' beyinlərin gücsüzlük və uğursuzluğundan danışırlar.
    Avropa və Amerika universitetlərində nüvə fizikası üzrə mütəxəssis, ''Tayvi fizik'' çoxtirajlı kitabının müəllifi Fritof Kopra ''Qayıdış nöqtəsi'' (Turning point) adlı kitabında cəmiyyət problemlərinin hərtərəfli həllində təcrübi elmlərin yararlılığı haqqında yayılmış inamların dəyişməsini şərh edərək demişdir:
    ''ABŞ-da Ağ evin belə bir ənənəsi var idi ki, həmişə prezidentin elmi müşaviri kimi universitetin görkəmli müəllimlərindən istifadə edirdilər. ''
    O yazmışdır: ''Mövcud gerçəklikdən bu nəticəyə gəlmək olar ki, hazırkı şəraitdə belə universitet beyinləri artıq dolaşıq problem və çətinliklərin həllində təsir mənbəyi ola bilmirlər.''
    Bir az əvvəl ''Vaşinqton post'' qəzeti akademik beyinlər və Ağ evin elmi müşavirlərinin gücsüzlüyü haqqında ətraflı bir məlumat çap etmişdi. Bu qəzetin müsahibə aldığı alimlərdən biri Nyu-York Universitetinin müəllimi professor Henri Lyuk idi. O, mövcud çətinliklərin həllində alimlərin rolu haqqında suala cavab tapmaqda aciz qalan müxbirə demişdir:
    ''Mən malik olduğum məqam və mövqedən kənarlaşıram, çünki deməyə bir sözüm yoxdur. Mənim real fikrimi bilmək istəsəniz, deyə bilərəm ki, heç bir kəsin daha deməyə sözü yoxdur.''
    O sonra yazmışdır:
    ''Əslində akademiklər yayılmış elmi baxışa etiqadlarına görə yalnız həqiqətdən qeyri-kafi faydalanma ilə kifayətlənirlər və bu qeyri-kamil faydalanma heç vaxt dövrün problemləri ilə üzləşməyə qadir deyil.''(Seyyid Məhəmməd Baqir Sədr, İqtisaduna, səh.19 və 20 )
    Son onilliklər ərzində əksər Qərb alimləri arasında ''təcrübi elmin bəşərin qeyri-müəyyənliklərinin yeganə öyrənilməsi yolu kimi tanıdılması'' həqiqətə zidd iş kimi qəbul olunmuşdur.
    Stenfardda xammal elmi üzrə müəllim və elektrik mühəndisi Riçard Bob demişdir:
    ''İndiyə kimi təxminən bütün dünyada qəbul olunmuş ən pis yalanlardan biri elmi üsulun həqiqətə tərəf yeganə arxayın yol olması fikridir.''("Ebrar" qəzeti, 6/6/1375 )
    Bəzi Qərb alimləri etiraf edirlər ki, ''yeni elmlər insanın həyatının məqsədini və insanlıq yolunu göstərməkdə tamamilə gücsüzdür, onlar yaşayış üçün düzgün və dəyərli məna və məfhum təqdim edə bilmir və həyatın yeni dəyərlərini tanımırlar…''("اe؛məndaz" nə؛riyyatı, İslami İr؛ad Nazirliyi, 1376-cı ilin ordibehe؛t ayı )
    Yeni dövrdə Qərb mütəfəkkirləri bildirmişlər ki, ''elm və texnikanın tərəqqisinin bəşərin səadətinə səbəb olması haqqında sadəlövh inam artıq aradan getmək üzrədir. Buna görə də həmin gerçəkliyin dərkindən başqa bir çarə yoxdur və olmayacaq: sırf maddi tərəqqi insanın problemlərini həll etmir.''(Zbiqnev Berjinski, Nəzarətdən xaric, Əbdürrəhim Nəvə İbrahimin tərcüməsi, səh.84 )
    İlahinin vəhy təlimlərindən, mənəvi və əxlaqi dəyərlərdən bəhrələnməyən elmin inkişafı insan həyatında uzun müddət təhlükəli və dağıdıcı rol oynayacaqdır. Məşhur Qərb alimi Juliyan Hekselli ''Elm və mübarizə'' kitabında yazmışdır:
    ''Elm bu həyatda bizə sonsuz biliklər bəxş etmişdir. Amma bizə deməmişdir ki, ondan necə istifadə edək. Həqiqətən də, elm cadugər rolunu oynamışdır və texnologiya adlanan təhlükəli dühanı zəncirdən qırılmış dəli kimi insanların canına salmışdır.''(İnsan(76) surəsi, ayə 8: ''Yeməyi istəkləri ilə yoxsula, yetim və əsirə yedirdərlər.'' )
    Bu baxımdan digər Qərb mütəfəkkirləri də inanırlar ki, ''elmin müqəddəs dəyərlərdən ayrılması cəmiyyətdə mənfi və xoşagəlməz halların yaranmasına səbəb olmuşdur. O bizim təfəkkür və idrakımız üzərində inhisarçılıq, hətta zülm, işgəncə növünü tətbiq etməyə çalışdı.''(Keyhan-e fərhəngi", 1373-cü ilin tir ayı, səh.7 (elmi "dəyirmi masa"; irfan və mədəniyyət) )
    Onlar təkidlə bildirirlər ki, biz tədricən elmin əxlaq və əxlaqi mövzulardan uzaqlaşmasının faciəli nəticələrini dərk edirik.("Sinema video" jurnalı, 22/3/1375 )
    Onlar bu inamdadırlar: ''Birəsrlik elmi işin nəticəsi bu oldu ki, biz öz etiqadlarımıza etimadı və hətta özümüzə inamı əldən vermişik…Bu sistemdə kiməsə əxlaq və ya əxlaqla bağlı xüsusiyyət verilsə, təhqir kimi qəbul olunardı.''(Əslən yaponiyalı, müasir Amerika strateqi.)
    Bəşər cəmiyyətlərində baş verən dəyişikliklər sientizm cərəyanının, eləcə də elmin din, vəhy, əxlaq və mənəvi dəyərlərdən ayrılığının dağıdıcı təsirlərini o qədər aşkarladı ki, bu gün Qərb mütəfəkkirlərinin böyük əksəriyyəti mütləq elmə meyllilik vasitəsilə bəşəriyyətin çıxılmaz vəziyyətə sürüklənməsindən danışırlar.
    İngiltərə şahzadəsi Çarlz Xarici İşlər Nazirliyində çıxış edərkən bu məsələni etiraf edərək açıqlamışdır:
    ''Elm XX əsrdə insanlığı tamamilə çıxılmaz vəziyyətə sürüklədi.''(Kəlme-ye dane؛cu", №16, "Əl-Fələstin əl-müsəllimə" jurnalından, London çapı, noyabr 1995 )
    Bu inam zehnlərə o qədər nüfuz etmişdi ki, fransız sosioloqu Jil Kopel təcrübi elm tərəfdarlarının dini inamlara yönəlmə səbəblərinə toxunaraq demişdir:
    ''Təhsilli qeyri – dindar insanlar əmindirlər ki, qeyri-dini mədəniyyət onları çıxılmaz vəziyyətdə qoy¬muşdur.''("U؛aqlarımız üçün daha yax؛ı dünya", Mənsurə Həkiminin tərcüməsi, səh.153. )
    Böyük fransız antropoloqu Klod Lui Ştraus xalis elmə meyllilik dövrünün bədbəxt nəticələri ilə bağlı fikir söylərkən demişdir ki, ''Qərb insanı instinktlər dağarcığıdır'' və ''Renessans avropalı insanı eqoist və özündən razı etdi.''
    O yazmışdır: ''Bizim indi mənəvi inqilaba ehtiyacımız var. Məsələn, xristianlığın zühuru ilə nəticələnən inqilab kimi.("Həm؛əhri" qəzeti, 1373-cü ilin fərvərdin ayı, №371 )
    4 – Qərbin mənəvi boşluğu dini bədbəxtliyin nəticəsidir
    Sientizm cərəyanının Qərb cəmiyyətlərinin intellektual və mədəni fəzasında qələbəsi, habelə bəşərin özünə arxalanmasında israr etməsi və müasir düşüncə tərzi və əsassız vədlərlə din həqiqəti ilə qarşıdurma qərbliləri dağıdıcı mənəvi boşluq tələsinə saldı.
    Qərbin özünə arxalanma cərəyanının məhsulu olan müasir əsr insanı vəhy və allahpərəstlikdən ayrılmaqla ruhi çaşqınlıq və boşluq hisslərində qərq oldu. Dahi rəhbər müasir Qərb insanının ruhi çaşqınlığını onun Allah və mənəviyyata qarşı biganəliyində görür. Necə ki, şəhid Ayətullah Məhəmməd Baqir Sədr kimi dahilər də Qərbdə materializmin təhlilində Qərbin ruhi və mənəvi boşluğunun ən köklü amilini Yerin göydən qırılmasında, yəni təkallahlılıq və allahpərəstlikdən ayrılmada görürlər.(Roje Dupaskiye, İslamın sərgüzə؛ti, İnsanın taleyi, Əli Əkbər Kəsmayinin tərcüməsi, səh.21 )
    Bu gün Qərb informasiya vasitələri, ölkənin mədəni, siyasi, elmi və ictimai şəxsiyyətləri müxtəlif yollarla Qərb vətəndaşlarının böyük mənəvi boşluq və ruhi çaşqınlıq bəlasını diqqət mərkəzində tuturlar:
    Fransanın ''Novel Obezravator'' həftəlik qəzeti sənaye cəmiyyətlərinin hazırkı vəziyyətinin təhlilində yazmışdır:
    İndi dünyanın inkişaf etmiş istehlakçı sənaye cəmiyyətlərinin milyonlarla insanı boşluq hissi duyurlar.(Əllamə Məhəmməd Tağı Cəfəri, Bə؛ərin bugünkü çıxılmazlığı, səh.43 )
    İngiltərə şahzadəsi Çarlz da bu ölkənin tələbə və dini rəhbərlərinin toplantısında çıxış edərkən demişdir:
    ''Bu gün Qərb cəmiyyətləri məqsədsizlik və puçluqdan əziyyət çəkirlər.''("Resalət" qəzeti, (25/9/1371) "Nyu-York Tayms"dan. ''Artan dirçəlmə bahasına pəri؛anlıq'' məqaləsi )
    Məşhur Qərb nəzəriyyəçisi və təcrübəli Amerika siyasətçisi Berjinski də yuxarıdakı gerçəklik haqqında demişdir:
    ''Mənəvi boşluq mənəvi puçluğun daha dəqiq ifadəsidir. Bu həmin mənəvi puçluqdur ki, Qərb mədəniyyətinin böyük hissəsini bürümüşdür.''(Bencamin Spak, "U؛aqlarımız üçün daha yax؛ı dünya", səh.49 )
    Qərb insanlarının yetimlik hissi
    Amerika mütəfəkkiri, ərəb və fars dili və ədəbiyyatı, fəlsəfə, hikmət tədqiqatçısı doktor Ceyms Moris incə ifadə ilə Qərb insanının mənəvi kasıblıq və miskinliyini belə xatırlamışdır.
    O, mübarək ayəyə işarə edərək
    ﴿ و يطعمون الطعام على حبه مسكينا و يتيما و اسيرا﴾
    ("Pəyam-e Yunesko" nə؛riyyatı, №243)
    demişdir:
    ''Yetim o kəsə deyilər ki, ata və anası yoxdur, lakin həqiqətdə dayaqları olmayan kəslər vardır. Buna görə də Qərb dünyasında insanların çoxu yetimlik hissi keçirirlər! ''(Elvin Tafler, ـçüncü dalğa, ھəhindoxt Xarəzminin tərcüməsi, səh.17, 5, 4, 503 )
    Tanınmış ingilis rejissoru Mayk Li Qərbdə müasir insanın ruhi və mənəvi çaşqınlığına toxunaraq, bu çaşqınlığı ''mənlik və özünü unutma böhranı'' adlandırmışdır:
    ''Qərb dünyasının problemlərindən biri ''mənlik böhranı'' ilə bağlıdır. Ətrafımızda gördüyümüz insanların çoxu özlərini itirmişlər və məqsədsiz insanlardır. Haradan gəldiklərini, nə etdiklərini və hara gedəcəklərini bilmirlər.''
    O daha sonra əlavə etmişdir:
    ''Qərbin sənaye cəmiyyəti insanlardan mexaniki maşınlar düzəltmişdir.''("Həm؛əhri" qəzeti, 31/3/1375. "Cümhuri-ye Eslami" agentliyi )
    Həqiqətən də insan müasir sənaye cəmiyyətlərində inkişaf etmiş maşına çevrilmişdir. Çünki allahpərəstlik və mənəviyyata fitri ehtiyacını nəzərə almadığından ruh və mənəvi dəyərlərdən ayrılmışdır.
    Məşhur fransız filosofu Luk Feri müsahibələrindən birində (iyun 1995) həmin mövzuya toxunaraq bildirmişdir:
    ''Dindən uzaqlaşmış dünyanın mənəviyyat haqqında deməyə sözü yoxdur və onun böyük problemi də bundadır.''(Frityov Kapra, Avropa və Amerika universitetlərinin tanınmı؛ müəllimi. Ruhi sağlamlıq üzrə alimi "Viktofa؛dan" gِtürülüb, "Name-ye Fərhəng", №13, səh.61 )
    Hətta Franis Fokoyama kimi liberalizmin güclü müdafiəçiləri kommunizmin süqutundan sonra nəşr etdirdiyi ''Tarix sona çatmışdırmı? '' məqaləsində ruhi boşluq və mənəvi puçluğu liberalizm ideologiyasının əsas və inkarolunmaz zəifliyi kimi təqdim etmişdir.
    Amerikanın keçmiş prezidenti Niksonun müşaviri doktor Robert Kerin də Amerika cəmiyyətində dinsizlik və dinlə qarşılaşma prosesi və onun mənfi nəticələrinə toxunaraq demişdir:
    ''Bu mübarizənin, qarşıdurmanın nəticəsi (Amerika cəmiyyətinin) ictimai həyatında mənəvi puçluq və … olmuşdur.''("Cümhuri-ye Eslami" qəzeti, 5/6/1373 və "Cümhuri-ye Eslami" agentliyi. )
    Bu səbəbdən məşhur Amerika psixoloqu Bencamin Spak Amerika cəmiyyətinin ictimai vəziyyətini təhlil edərək belə bir nəticəyə gəlmişdir: ''Bizim cəmiyyətimiz mənəvi dəyərlərin yoxluğundan bərk əziyyət çəkir.''("Sübh" jurnalı, №62, 1375-ci ilin mehr ayı (Xarici mənbədən gِtürülüb) )
    Qərb ölkələri əhalisinin mənəvi puçluğu ilə yaxından tanışlıq məqsədilə onun bariz nümunələrindən birinə işarə edirik. Məşhur fransız dramaturqu Ujen Yunesko ölümündən qabaq son mətbuat müsahibəsində ''Dünya camaatına nə demək istəyirsiniz?'' sualına cavabında demişdir:
    ''Uzun illər ömür sürmüşəm, uzun illər yazmışam, lakin hələ başa düşməmişəm ki, dünyaya nə üçün gəlmişəm və bütün bu səylərim nəyə görə olmuşdur. İndi ürəyim özümdən sonra bir vəsiyyətnamə qoymaq istəmədiyi halda dünya ilə xudahafizləşmək astanasındayam.''("Keyhan" qəzeti, 5/8/1378 (USE Tudi Amerika qəzetindən) )
    5 – Dini əqidələrin olmaması və mənəvi boşluğun mənfi təsirləri
    Ruhi və mənəvi boşluq həmişə insan cəmiyyətlərində çoxlu zərər və mənfiliklərin mənşəyi olmuşdur, amma onun dağıdıcı təsirləri Qərbdə daha geniş və daha artıqdır. ''Buna görə də hər gün Qərbdə, bugünkü dünyada və Qərb üslubunda yaşayan bütün ölkələrdə əsəb xəstəliyi, ruhi sarsıntıları olan və müxtəlif narkotik maddələrə aludə olan cavanların sayı durmadan artır…''("Sübh" jurnalı, №86, 1377-ci ilin aban ayı )
    Bu gün nəzəriyyəçilərin çoxu Qərb ölkələrindəki mənəvi boşluğu, bu ölkələrin vətəndaşları arasında cavan və yeniyetmələrin intiharının artmasını, pərişanlıq, əsəbi və ruhi xəstəliklərin genişlənməsini, narkotik maddələr, eləcə də yuxu və sakitləşdirici dərmanların geniş şəkildə istifadə olunması ilə əlaqələndirirlər.
    Belə ki, Əllamə Məhəmməd Tağı Cəfəri bu barədə demişdir:
    ''Puçluq və intihar təhriklərinin çoxalmasının (qəribədir ki, bu hallar dünyanın ən inkişaf etmiş ölkələrində başqa yerlərdən daha çox baş verir) dəqiq və qərəzsiz araşdırmaları aydın şəkildə sübut etmişdir ki, ''insanların din və mənəviyyatdan üz çevirməsi bu kimi mənəvi sarsıntıların ən əsas amil və stimullarındandır.''("Keyhan" qəzeti, 17/11/1377 )
    Pensilvaniya Universitetində çalışan amerikalı psixoloq doktor Martin Siqmen Amerika cəmiyyətində pərişanlığın artmasını dini əqidələrin olmaması ilə əlaqələndirərək demişdir:
    ''Dini etiqadların zəifləməsi dayağı əldən vermək mənasındadır ki, insanı müsibətlər və məğlubiyyətlər qarşısında ziyandan qoruya bilər.''("Resalət" qəzeti, 20/11/1378 )
    Məşhur Amerika psixoloqu Bencamin Spak da Amerikada intihar hallarının hədsiz çoxalmasını bu cəmiyyətin mənəvi boşluğunun nişanəsi sayaraq yazmışdır:
    ''Son iyirmi il ərzində Amerika yeniyetmələri arasında cəmiyyətin ciddi xəstəlik nişanəsi olan intiharın miqdarının dörd dəfə çoxalmasının əsas səbəbi mənəvi əqidələrin olmamasıdır.''("Cümhuri-ye Eslami", 11/7/1373, "Cümhuri-ye Eslami" agentliyi. Demək lazımdır ki, qeyd olunmu؛ hesablama 1377-ci ildə yenidən təkrarlanmı؛dır ("Cümhuri-ye Eslami" qəzeti, 18/4/1379) )
    Hər halda mənəvi boşluqdan baş verən itkilər şiddətlə yüksələn və nəzarətolunmaz bir proses olaraq dünyada, xüsusən Qərbdə geniş narahatlıqlara səbəb olmuşdur.
    Məşhur Argentina mütəfəkkiri və yazıçısı Ernesto Sabuto ''Məni həqiqətən narahat edən məsələ müasir cəmiyyətdə özünü dərk edən qüvvələrin susdurulmasının kədərli nəticəsi olan dövrümüzün mənəvi faciəsidir'' - fikrini bəyan edərək demişdir:
    ''Biz psixi sarsıntıların, qeyri-sabitliyin, kobudluğun və nəhayət, narkotik maddələrdən istifadənin çoxaldığı iztirablı, əsrdə yaşayırıq. Qərb texnologiyasının qəfil inkişafı və dəyərlərin nəzarətsizliyi böyük itkilərə səbəb olmuşdur.''("Keyhan" qəzeti, 26/3/1378, "Sidney Moninq" qəzetindən nəql. Avstraliya çapı. )
    Ruhi böhranın dəlilləri
    Məşhur Amerika yazıçısı və nəzəriyyəçisi Elvin Tafler də cəmiyyət dəyişikliklərinin təhlilçiləri və mütəfəkkirləri arasında təzahür olunan Qərb cəmiyyətinin mənəvi çaşqınlığından yaranmış böhranlardan dərin narahatlıq keçirdiklərindən danışmışdır. Tafler bu sualları müzakirə etmişdir:
    ''Texnoloji dəyişikliklər və ictimai üsyanlar dostluq, eşq, ictimai öhdəçilik və bağlılıq, ürəyiyanma və qəmxarlığın sonu deyilmi? Elektronik qəribəliklər sabah insan münasibətlərini olduğundan daha mənasız və vasitəli etməyəcəkmi? O daha sonra yazmışdır: ''Bunlar qanuni suallardır, amma elə suallardır ki, ağlabatan narahatlıq və qorxulardan qaynaqlanır və yalnız xam düşüncəli texnokrat asanlıqla onlardan keçə bilər.
    Çünki ətrafımıza nəzər salsaq, bu mənəvi böhranın çoxlu dəlillərini tapa bilərik.''
    O sonra getdikcə artan bu mənəvi böhranın dəlillərini araşdıraraq yazmışdır:
    ''Əhalisi firavan yaşayan ölkələrdə acizlik fəryadı və tanış gileylər eşidilir. Yeniyetmələrin intiharının sayı artmaqdadır, alkoqolizm hökmranlıq edir, ruhi düşgünlük hər yeri bürümüşdür, cinayət adi hal almışdır.
    Birləşmiş Ştatlarda xəstəxanaların təcili yardım otaqları marixuana, kokoin, heroinə aludələr, sürət dəliləri, xuliqan və quldur dəstələrinin üzvləri, nəhayət, ağır əsəbi böhrana tutulmuş adamlarla doludur.
    İctimai yardım və ruhi sağlamlıq uğrunda mübarizə hər yerdə sürətlə genişlənməkdədir. Vaşinqtonda prezident idarəsinin nəzdində olan bir ruhi səhiyyə komissiyası elan edir ki, Birləşmiş Ştatların vətəndaşları əsəbi gərginlikdən əziyyət çəkirlər. Ölkənin müvafiq müəssisələrinin birində çalışan psixoloq iddia edir ki, təxminən ruhi sarsıntı keçirməyən heç bir ailə yoxdur. O, yeni zamanda bildirir ki, gələcəyi narahat, pərişan olan Amerikanı ruhi gərginlik bürümüşdür...''
    Tafler əlavə etmişdir: ''Gündəlik həyat həqiqətən rüsvayçı tərzdə öz keyfiyyətini itirmişdir, hamının əsəbləri tarıma çəkilmiş və dağınıqdır. Metroda əlbəyaxa olmaq və ya bir-birini güllələmək, habelə yanacaq doldurma məntəqələrindəki növbələr bu gerçəkliyin göstəricisidir ki, əsəblərə nəzarət insanların əlindən çıxmışdır. Milyonlarla insan ağıllarının son həddinə çatmışdı.''
    ...Biz minimum Qərbdə dəlilik haqqında ziyanverici röyaların ''yaradıcıları''nın şahidiyik. Qumru yuvasının yuxarısında uçuş təlimi almış qəhrəmana hörməti (qəfəsdən bir dəli uçmuşdur) nümunə kimi çəkmək olar: Çoxsatılan kitablar iddia edirlər ki, dəlilik bir əsatirdir. Bütün nəşriyyatlar bu şüar üzrə ixtisaslaşmışlar; dəlilik, dahilik və müqəddəslik hamısı bir sahəyə aiddir, oxşar ad və etibara malik olmalıdırlar.''
    O açıqlamışdır: ''Eyni zamanda milyonlarla insan dəli kimi özləri üçün mənlik axtarışındadırlar, ya da möcüzə yarada biləcək hansısa bir dərmanı əldə etmək istəyirlər. Elə bir dərmanı ki, onların şəxsiyyətlərinə yenidən bütövlük bəxş etsin, onlar üçün ünsiyyət, ülfət, varlıq həvəsi yarada bilsin, ya da onları ağlın ən ali mərhələlərinə aparsın.''
    Tafler sonra demişdir: ''Bu gün... insanların çoxu öz ətraflarında ruhi düşgünlük, hərc-mərclikdən başqa bir şey görmürlər. Onlar şəxsi gücsüzlük, məqsədsiz və mənasız acizlik hisslərindən əziyyət çəkirlər.''("Həm؛əhri" qəzeti, 1/8/1375 (mənbə Famil rcircle) )
    Fransa agentliyi də amerikalıların mənəvi çaşqınlığı haqqında məlumat verərək bildirmişdir:
    ''Amerikalıların gündəlik həyatı bu günlərdə o qədər pərişanlaşmışdır ki, onlar öz sakitliklərinin təmini üçün ''Kişilərin qadınlara dedikləri 101 yalan'', ''Dil-bədən üzvlərinin başı'', ''Pullu olmaq üçün ən yaxşı yol'', ''Röyalar mədəniyyəti – sizin bugünkü taleyiniz'' və sairə kimi kitablara üz tuturlar.
    Bu məlumatda yazılmışdır: Amerika naşirləri də bu (mənəvi) çaşqınlıqdan istifadə edirlər. Necə deyərlər, təkcə bu yolgöstərici kitablardan naşirin xeyri 279 milyon dollar olmuşdur və bu kitablar mənəviyyatını əldən verməmiş çaşqın amerikalıya cavabdır.''(Nelson, U؛aqların tibb mənbələri, səh.348 )
    Qərbdə mənəvi boşluğun mənfi təsirləri
    A) İntiharın artması
    Mövcud məlumatlara əsasən təbiət üzərində öz qüdrət səviyyəsini yüksəltmək üçün texnoloji imkanlardan maksimum istifadə edən insan mənəvi yoxsulluğuna görə ruhi təzyiqlər, həyatın eniş-yoxuşları ilə mübarizədə tamamilə zəifləmişdir. Belə ki, indi inkişaf etmiş ölkələrin vətəndaşlarının böyük bir hissəsi intiharı mövcud problemlərdən yeganə nicat yolu kimi seçirlər.
    ''Qərb psixoloqlarının fikrincə, inkişaf etmiş ölkələrdə intiharın (günah və cinayət) miqdarı o qədərdir ki, onun təsəvvür olunması üçün ''epidemiya'' sözü belə çox kiçik görünür.''(Sübh" jurnalı, №86, 1377-ci ilin aban ayı )
    Bu gün Amerika, Almaniya, Fransa, Finlandiya və digər ölkələrdə nəzarətsiz intihar problemi mürəkkəb ictimai şərait yaratmışdır.
    Danimarka
    Almaniyanın ''Frankfurter Ruendşau'' qəzeti bu barədə verdiyi məlumatda yazmışdır:
    ''Danimarka dünyanın ən dövlətli və inkişaf etmiş ölkələrindən sayılsa da, ildə 12000 nəfər insan intihara cəhd edir və bu proses şiddətlə artmaqdadır.''(Nelson, həmin yerdə, səh.348 )
    Danimarkada bir tədqiqat mərkəzinin verdiyi məlumata əsasən, hər iyirmi nəfər danimarkalı gəncdən biri intihara cəhd etmişdir və hazırda ölkə cavanlarının yarısı intihar haqqında fikirləşirlər.''("Omid-e enqelab" jurnalı, №243 )
    İtaliya
    ''İtaliya Ruhi Araşdırmalar Birliyinin məlumatına görə, bu ölkənin cavanlarından 25%-i intihar fikrindədirlər. İtaliyanın Tibbi-Əxlaqi Komitəsi bildirmişdir: ''İldə yüz min gənc intihar edir.'' Komitə rəisi intihar hallarının heyrətamiz statistikasına toxunaraq bildirmişdir:
    ''Yeniyetmələr və gənclər arasında intihar hallarının sayı artmaqdadır.''("Ettelaat" qəzeti, əlavə, 4/11/1377 )
    Finlandiya
    Amerikanın ''Vaşinqton post'' qəzeti Finlandiyadan bu barədə verdiyi məlumatda yazmışdır:
    ''Finlandiyada intiharın artım prosesi onun üçün cavab tapa bilməyən Qərb tədqiqatçılarının narahatçılığına səbəb olmuşdur.''("Cümhuri-ye Eslami" qəzeti, 11/4/1377 )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 547 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021