İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:26 AM
    Fransa
    Fransanın ''Luparizin'' qəzeti bu ölkədə intihar problemi haqqında məlumatında yazmışdır:
    ''Fransada hər qırx dəqiqədə bir nəfər intihar edir və intihar 25-34 yaşlı cavanlar arasında ölümün birinci, 14-25 yaşlılar arasında isə ölümün ikinci səbəbidir.''
    Bu məlumatda yazılmışdır:
    ''Fransa 12000 intihar və 160000 intihara cəhdə görə ilk yerlərdən birini tutur. İntihardan ölüm faktları yol-qəza hadisələrinə görə ölüm faktlarından xeyli çoxdur.''("Keyhan" qəzeti, 4/8/1371 )
    ''Həmçinin ''Sufers'' sorğu müəssisəsinin İntiharla Mübarizə İttifaqı ilə əməkdaşlıq çərçivəsində aparılmış tədqiqatların nəticələrinə əsasən müəyyən olunmuşdur ki, Fransada hər il intihara cəhd edən cavanların sayı 50000 nəfərə çatmışdır. Bu ölkənin əhalisinin 13%-i ən azı bir dəfə intihar fikrinə düşmüş və onların 35%-i boyunlarına almışdır ki, öz yaxınları, o cümlədən ailə üzvləri və dostlarının intiharı halları ilə üzləşmişlər.''(Mənuçehr Dəbir Siyaqi, "Qərbdə nə ba؛ verir? ", səh.53 və 82 )
    Almaniya
    Almaniyanın ''Frankfurter Ruendşov'' qəzeti yazmışdır:
    ''Keçən il (1994-cü ildə) 12960 nəfərdən çox insan intihar nəticəsində həyatını qurban vermişdir, halbuki bu ölkədə həmin il yol hadisələri qurbanlarının sayı 10000 nəfərdən də az olmuşdur!''(Həmin yerdə )
    Avstraliya
    ''Rəsmi hesablamalara görə yol-qəza hadisələrindən sonra intihar avstraliyalı gənclərin ölümünün ikinci səbəbidir və 1998-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 30% artmışdır.''("Cümhuri-ye Eslami" qəzeti, 9/5/1373 )
    Amerika Birləşmiş Ştatları
    ''Amerika Birləşmiş Ştatlarında çap olunmuş məlumatlara əsasən, hər altı saatda yaşı 19-dan aşağı olan bir yeniyetmə odlu silahla intihara cəhd edir. 1990-cı ildə 10-19 yaşlı yeniyetmələr arasında 1447 nəfər odlu silah vasitəsilə intihar etmişdir.''("Keyhan qəzeti", 26/10/1379 )
    ''Mövcud hesablamalara əsasən, intihar Birləşmiş Ştatlarda 15-24 yaşlı cavanlar arasında ölümün ikinci əsas səbəbidir.''(Mənuçehr Dəbir Siyaqi, "Qərbdə nə ba؛ verir? ", səh.53 və 82 )
    Cons Hopkins Universitetinin psixiatriya müəllimi doktor Ridfeld Ceymson bu barədə demişdir:
    ''İldə təxminən 30000 amerikalı intihar edir və 750000 nəfər isə intihara cəhd göstərir. Keçən bir il ərzində hər beş amerikalı yeniyetmədən biri intihar etmiş, ya da ciddi şəkildə intihar qəsdində olmuşdur.''("Danestəniha" jurnalı, 5/7/1362 )
    ''Mövcud statistik hesablamalar onu göstərir ki, bu ölkədə 1970-1980-ci illərdə 15-20 yaşlı yeniyetmələr arasında intiharın miqdarı 50% artmışdır.''(Albert Eyn؛teyn, mə؛hur alman fiziki (1879-1955) )
    Əlbəttə, Amerika Birləşmiş Ştatların intihar halları haqqında digər maraqlı tədqiqatlar Amerika psixiatorları doktor Alen Bermen və Div Çapz tərəfindən aparılmışdır. Onlar ''Cavanların intiharı – qiymətləndirmə və qarşısını alma'' adlı kitablarının çapı ilə öz geniş tədqiqatlarının nəticələrini geniş ictimaiyyətə çatdırmışlar. Kitabda yazılmışdır: ''Amerika Birləşmiş Ştatlarında ildə 15-24 yaşlarında olan 15000 cavan intihar edir və bu intiharların əksəriyyəti mart, aprel və may aylarında (bahar fəslində) baş verir.
    Adı çəkilən tədqiqatçılar bahar fəslində intiharın miqdarının artması səbəbini aşağıdakı iki fərziyyə üzrə açıqlamışlar:
    1. Bahar fəsli həyatın yeniləşməsi və ümidverici fəslidir. Adətən çox tez təsirlənən guşənişin və ümumiyyətlə pessimist cavanlar özlərini bu fəslə uyğunlaşdıra bilmirlər. Onlar bir qayda olaraq yeniləşməyi də xoşlamırlar. Buna görə də ümidsizlik və məyusluq halında intihara əl atırlar.
    2. Gənclərin əksəriyyəti bahar fəslində ruhi təzyiqlərlə, son imtahanlarla, habelə həmişəlik ailə ocağını tərk etmək kimi hallarla üzləşdiklərindən, son nəticədə intihara cəhd edirlər.''(Erich Fromm, əslən alman olan Amerika psixoloqu və mütəfəkkiri (1980-1990) )
    Qərbdə ruhi xəstəliklərin artması
    İnkişaf etmiş sənaye ölkələrində intiharın güclü artımı ilə yanaşı ruhi təzyiqlər, iztirab, pərişanlıq, ümidsizlik hissləri və sairə də xeyli artmışdır və nəticədə sakitləşdirici, yuxu və ağrısızlaşdırma dərmanlarının məsrəfinin artımı prosesi də yüksəlmişdir.
    Almaniya
    ''Komunder Müalicə Sığorta Şirkəti (Almaniyanın Münxen şəhərində) Almaniyada ruhi sıxıntıların artması haqqında məlumatında elan etmişdir: ''Alman vətəndaşları arasında ruhi xəstəliklərin mövcudluğu ölkəyə böyük ictimai və iqtisadi ziyan vurmuşdur. Belə ki, il ərzində Almaniyanın ümumi xəzinəsinə üç milyon marka ziyan dəymiş, on bir milyon iş günü hədərə getmiş və insanlar on beş min gün müalicə mərkəzlərində yatmışlar.''(Viktor Frankl, alman psixoloqu (?-1905) (bax: Henrix Mizyak, Psixologiyanın tarixçəsi və məktəbləri, Əhməd Rizvaninin tərcüməsi, səh.668 və 669 )
    İngiltərə
    ''Digər tərəfdən ilk dəfə olaraq İngiltərənin Milli Statistika İdarəsinin bu ölkənin nazirliyi üçün hazırladığı hesablamalara görə müəyyən olunmuşdur ki, İngiltərə əhalisinin 1/6-i ruhi düşgünlükdən əziyyət çəkir və şəhərlərdə ruhi sarsıntıların miqdarı kənd məntəqələrindən 50% çoxdur.
    Bu məlumata əsasən İngiltərə əhalisi arasında ən geniş yayılmış ruhi narahatlıq düşgünlük və iztirabla əlaqədardır.''(Fransa filosofu (1859-1941) )
    İspaniya
    ''El-pays'' qəzeti bildirmişdir: İspaniya əhalisinin 30%-i yuxusuzluqdan əziyyət çəkir və bu iş ispanları məcbur etmişdir ki, ildə təxminən 60 milyon qutu yuxu dərmanı istifadə etsinlər.''(Alman fiziki (1859-1947) )
    İsveç
    İsveçin uşaq və yeniyetmələr psixoloqu professor Enlizfon Knorinq ''AB'' qəzetinin 08/09-1993-cü il tarixli sayında çap etdirdiyi ''İsveç yeniyetmələri şiddətli ruhi narahatlıq keçirirlər'' başlıqlı məqaləsində yazmışdır:
    ''İsveç şagirdlərinin ruhi vəziyyəti və sağlamlığı haqqında aparılan tədqiqatlardan müşahidə edirik ki, uşaq və yeniyetmələrin çoxu ruhi düşgünlükdən əziyyət çəkirlər. Bundan tamamilə təəccüblənmişik.''
    O daha sonra əlavə etmişdir: Çox təəssüf ki, yeniyetmələrin ruhi düşgünlüyü məsələsi sadəcə bir pərişanlıq deyil. Bu özünə inamsızlıq, ümidsizlik hissi, təhsil və işlərdə irəliləmə həvəsinin azalması, yuxusuzluq, iştahasızlıq, baş və ürək ağrıları, süstlük və tənbəlliyə səbəb olmuşdur. Getdikcə artmaqda olan bu əlamətlərin ictimai quruluşda yaranmış dəyişikliklərlə birbaşa əlaqəsi vardır.''(Fransız həkim və natiqi (1875-1965) )
    Bu barədə başqa bir məlumatda oxuyuruq:
    ''1980-ci onilliyin sonlarında İsveçdə ildə orta hesabla beş milyard kroun yuxu və sakitləşdirici dərmanların alınmasına sərf olunur. Qış fəslində, xüsusilə guşənişinlik və münasibətlərə ehtiyacın daha çox duyulduğu milad bayramı, habelə yeni il tətilləri ərəfəsində daha çox artır.''(Adam Schaff, Roma klubunun yazıçılarından )
    Fransa
    Fransanın Milli Səhiyyə və Tədqiqat Müəssisəsi nəşr etdirdiyi 320 səhifəlik məlumatda bildirmişdir:
    ''Fransanın gənc nəslinin vəziyyəti çox narahatedici və kədərlidir.''
    Bu məlumatda yazılmışdır: ''11-19 yaşlı yeniyetmələr üzərində aparılan müfəssəl və uzunmüddətli tədqiqatların nəticəsində məlum olmuşdur ki, Fransada gənc nəslin əsas narahatlığı onlarda həyat eşqinin olmamasıdır!''
    Bu məlumata əsasən, fransız cavanların 41,5 %-i rahat və sakit yuxuya mane olan ruhi problemlərə düçar olmuş və 49,6 %-i gün ərzində ruhi düşgünlük və narahatlıq hissi keçirir.''(Doktor Məhəmməd Bastani, "Name-ye fərhəngi-ye ھərif" jurnalı, 1371-ci ilin qı؛ı. )
    İtaliya
    Nəşr olunmuş statistik hesablamalara görə, hər iki italiyalı ailəsindən biri ruhi problemlərlə üzləşmişdir! İtaliyanın səhiyyə naziri bu hesablamalara əsasən elan etmişdir: On milyon İtaliya vətəndaşı ruhi problemlərə mübtəla olmuşdur. İtaliyanın səhiyyə naziri yuxarıdakı fikrinə qayıdaraq demişdir:
    ''Dövlət bu xəstəxanaların və ruhi xəstələrin saxlanması üçün ildə min milyard lirə xərcləyir.''(Nil Postmen, Texnopoliya, Sadiq Təbatəbayinin tərcüməsi, səh.211 )
    Amerika Birləşmiş Ştatları
    ''Ekonomist'' jurnalı 1999-cu il 1 yanvar tarixli sayında ABŞ-da ruhi düşgünlük, onun nəticə və səbəbləri haqqında çap etdiyi məlumatında yazmışdır:
    Psixoloqların fikrincə, ruhi düşgünlük modernizm və onun təzyiqlərindən yaranan bir xəstəlikdir. Yeniliyin dünyanın digər bölgələri ilə müqayisədə daha tez duyulduğu Amerikada gənclər erkən yaşlarından bu xəstəliyin tələsinə düşürlər.
    ''2020-ci ildə ruhi düşgünlüyü ürək xəstəliklərindən sonra bəşəri bürüyən ən geniş xəstəlik olacaq. Bu jurnalda yazılmışdır:
    Amerikanın Masaçust Texnologiya İnstitutunda çalışan doktor Ernest Brent və institutun əməkdaşları belə bir nəticəyə gəlmişlər ki, Amerikada ruhi xəstəliklərə aid xərclər ildə 44 milyard dollardan artıqdır, yəni təxminən damar xəstəliklərinə çəkilən xərclərə bərabərdir. Bu o deməkdir ki, hər amerikalı ruhi düşgünlük xəstəliyinə görə ildə min dollar ödəyir.
    Bu jurnal daha sonra yazır:
    Ruhi düşgünlük xəstəliyinin müalicəsinə xərclənən pullar on iki milyard dörd yüz min dollara çatır. Həmin xəstəliyə düçar olanların intiharı bu rəqəmə yeddi milyard beş yüz milyon dollar əlavə edir ki, burada insan qüvvəsinin itirilməsindən yaranmış xəsarət nəzərdə tutulmayıb.
    ''Ekonomist''də daha sonra oxuyuruq:
    Bununla belə ruhi düşgünlüyə qarşı istifadə olunan dərmanların qiyməti çox bahadır. Masaçust Texnologiya İnstitutunun hesablamalarına görə, bu dərmanların dünya bazarında dəyəri yeddi milyard dollardan artıqdır ki, gələn beş il ərzində 50% qalxması gözlənilir:
    Bu gün, xüsusilə Amerikada geniş yayılmış ruhi düşgünlüyün müalicəsi üçün ən məşhur dərman ''projak''dır ki, onu istehsal edən ''Əli-lili'' şirkəti öz səhmdarlarının cibinə ildə iki milyard altı yüz milyon dollar axıdır.''(Antonio Moderanu (İspan yazıçısı) "Cümhuri-ye Eslami" ِlkədən kənar İspaniya radiosuna müsahibəsi, "Maarif" radiosu, 28/11/1378 )
    Bu barədə maraqlı bir məlumatda oxuyuruq:
    ''Amerikalılar yuxu dərmanından istifadə rekordunu keçmişlər.'' Bu məlumata əsasən, amerikalılar hər gecə üç milyon həbdən çox yuxu dərmanı məsrəf edirlər ki, əgər bir il bu həbləri bir-birinin üzərinə yığsaq, təxminən 600000 kiloqram olar. Və bu 600 ton həb səkkiz sutka müddətində bütün dünya əhalisini yuxuya aparmaq üçün kifayətdir.''(Həmin yerdə)
    6 – Qərblilər və mənəvi dəyərlərə qayıdışın zəruriliyi
    Uzun müddətdir ki, Qərb mütəfəkkirləri və alimləri mənəvi dəyərlərə laqeydlikdən bəşəriyyətə vurulmuş böyük xəsarətləri etiraf edərək, insanın mənəvi dəyərlərə qayıdışının zəruriliyi mövzusunu müxtəlif yollarla müzakirə edirlər .
    ''Eynşteyn(Elvin Tafler, ـçüncü dalğa, ھəhindoxt Xarəzminin tərcüməsi. "Mütərcim" nə؛riyyatı, VII çap, 1371-ci il, səh.517 ) ruhi boşluq və bədbəxtlikdən qaçmağın həlli yolunu insan həyatının məqsədinin qeyri-müəyyənliyinin və nizamsızlığının aradan qaldırılmasında görürdü. Erik From(Revi Dyum, Belçikanın üçüncü dünya ara؛dırmalar mərkəzinin rəisi, "Hüzur" jurnalına müsahibəsində, №18, 1378-ci ilin qı؛ı ) və Frankil("Mə؛riq" jurnalı, №2 və 3, ''Müqəddəs i؛in axtarı؛ında'' məqaləsi. )məna axtarışını həyat üçün yeganə çıxış yolu kimi qəbul edirdi.
    Briqson(Cümhuri-ye Eslami" qəzetinə müsahibəsində, 5/9/1375 ) yeni əxlaqi və mənəvi mənbələrə ehtiyacın zəruriliyini xatırladaraq, əxlaqi davranış normalarının dəyişdirilməsini nicat yolu kimi qəbul edirdi.
    Maks Plank("Sübh" jurnalı, №70, 1376-cı ilin xordad ayı, Rِyter agentliyindən. ) ateizmin qələbəsini mədəniyyətin aradan getməsi və gələcəyə hər cür ümidin yox olması mənasında qəbul etmiş və ateizmlə mübarizə aparmağı istəmişdir.
    Albert Şvateyzer("Cümhuri-ye Eslami" qəzeti, 8/3/1376 ) əxlaqi ənənələrin yenidən bərpa olunmasını təkid edir...və professor Adam Şaff(İslami İr؛ad Nazirliyinin mədəniyyət bülleteni, №58, 73, səh.9 )'İnformatika cəmiyyətində fərd'' kitabında iki fəsli həyatın mənasını və dəyər sistemini axtaran insana həsr etmişdir.''("Keyhan" qəzeti, 18/6/1378 )
    Amma bu da şübhəsizdir ki, təxminən keçən iki onilliyə qədər bəşəriyyətin dini və mənəvi yönümünün zəruriliyi fikri Qərb mütəfəkkirlərinin ağlına belə gəlmirdi. Təsadüfi deyildi ki, heç bir zaman indiki dövr kimi Qərb cəmiyyətlərinin ictimai meydanını belə mühüm ictimai, mədəni və siyasi dəyişikliklərin qurbanı etməmişdi.
    7 – Mənəvi dəyərlərə qayıdış zərurətinin dərkinin yeni dalğası
    Bu gün Qərb mütəfəkkirlərinin yeni nəslinin bir çox nümayəndələri etiraf edirlər ki, ''biz yolumuzu azmışlarıq, özümüzdən yuxarı və öz zəif düşüncəmizdə elə ocaqların axtarışındayıq ki, bizim əxlaq və düşüncəmizi əxlaq və mənəviyyat silahı ilə təchiz etsin.''(Cəbhə" jurnalı, 4/2/1378 )Onlar dərin mənəvi kasıblığın mövcudluğunu etiraf edərək, ''maddi və iqtisadi məsələlərə sonsuz maraq və diqqət Qərb cəmiyyətlərini mənəviyyatdan uzaqlaşdırmışdır'' fikrini vurğulayır və ''mənəvi inqilabın olması zəruriliyini israr edirlər.''(Nil Postmen, Texnopoliya, Sadiq Təbatəbayinin tərcüməsi, səh.274 )
    Digər tərəfdən, indi Qərb cəmiyyətində yaşayan vətəndaşların böyük əksəriyyəti din və mənəviyyata qarşı biganəliyin dağıdıcı təsirlərini və nəticədə yaranmış dolaşıq şəraiti dərk edərək belə bir qənaətə gəlmişlər ki, ''dünya və insan haqqında təsəvvürlərə nail olmalıdırlar ki, həyat da məna və məqsəd daşısın, əxlaqi və mənəvi dəyərlər ciddi arxa tapsın.''("Nur səhifəsi", c.20, səh.126 )
    Qeyd olunmuş dəyişikliklər Qərb dünyasında daha böyük dəyişikliklərin mənşəyi olmuşdur ki, onu müasir Qərbin mənəvi və dini yönümü adlandırmaq lazımdır.
    Qərbin mənəvi yönümü qərblilərin etirafında
    Qərb mütəfəkkirləri çağdaş dünyanın mənəvi böhranının şiddətlənməsi və Qərbdə əvvəlkindən daha çox mənəviyyat axtarışı əlamətlərinin yaranması ilə əlaqədar olaraq bəyan etmişlər: ''Təkcə indiki dövrün ən heyrətləndirici ictimai hadisələrini, yəni dini kitab və firqələrin hədsiz yayılmasını dərk edə və üç amili – sənaye mədəniyyətinin aradan getməsi nəticəsində yaranmış quruluşun olmaması, məqsədsizlik və mənasızlığı bir-birinin yanında yerləşdirə bilərik.''(Dariyu؛ ھayqan, "Camee" qəzeti, 28/2/1377, səh.10 ) Onlar aşkar şəkildə etiraf edirlər: ''Həqiqətən, Qərbdə bir boşluq, maddi rifah və mənəvi naqislik müşahidə olunur və Qərbin əhalisi öz həyatlarını mənalandırmaq istəyir.''[("Həm؛əhri" qəzeti, 29/7/1375 )
    Qərb yazıçısı doktor Berni Siqnel bu barədə yazmışdır:
    ''[Qərbdə insanlar] ciddi surətdə mənəvi məsələlərə ehtiyac duyur və həyatın mənasını tapmaq istəyirlər.''("İran" qəzeti, 15/5/1376 )
    Fransız tədqiqatçısı və müsəlmanlığı yenicə qəbul etmiş Kristin Bono Qərb ölkələrində ictimai dəyişikliklərə toxunaraq demişdir:
    ''Qərb cəmiyyətləri siyasi və iqtisadi söhbətlərdən yorulmuşlar və onlar mənəviyyata ehtiyac duyurlar.''(Həm؛əhri" qəzeti, 29/7/1375 )
    Amerika Universitetinin müəllimi professor Danil Driserbak da bu fikirdədir: ''[Qərb] əhalisi maddiçilikdən yorulmuşdu, onların mənəviyyata maraq və təmayülü həmin yorğunluq və sapınmadan qaynaqlanır.''(Papa II Jan Pol, "Resalət" qəzeti, 22/4/1377 )
    ''Vaşinqton post'' qəzeti puçluq və məqsədsizlikdən yorulmuş bəşərin mənəviyyat axtarması prosesinin obyektiv dəlillərindən birinə toxunaraq yazmışdır:
    ''İndi iyirmi milyon insan öz ruhi ehtiyacları üçün dini radio proqramlarına qulaq asırlar.''
    Bu qəzet daha sonra hadisəni təhlil edərək yazmışdır: ''İnsanların çoxu Amerikanın gündəlik təlatümlü həyatından yaranmış ruhi məyusluq və narahatlıq ucbatından dini radio proqramlarına qulaq asmağa başlayıblar ki, özlərini sakitləşdirsinlər və cəmiyyətdə icra olunan dini göstərişlərə yaxınlaşsınlar.''(Papa II Jan Pol, "Resalət" qəzeti, 22/4/1377 )
    Qərb ictimai dəyişiklikləri üzrə analitiklərin əksəriyyəti dini biliklərə geniş təmayülün səbəbini sənaye və texnologiya dünyasının mənəvi boşluğundan yorulmuş insanın "susuzluğunda" görürlər.
    Los-Ancelesdə Buddizmi Araşdırmalar Kollecinin direktoru doktor Xuan Pola Amerikada insanların buddizm təlimlərinə geniş üz tutmasına işarə edərək demişdir:
    ''Amerikalılar yaşayış, sənaye və texnologiya dünyasının sıxıntılarından yorulmuşlar və buddizm təlim mərkəzlərinə pənah aparmaqla öz ruhlarını bu problemlərdən xilas edirlər.''
    O sonra əlavə etmişdir:
    ''Bu yönüm Amerika cəmiyyətinin din və yeni mənəvi üsula məhəbbətinin nişanəsidir.''("Cümhuri-ye Eslami" qəzeti, 6/1/1373, "Cümhuri-ye Eslami" agentliyi, BBC radiosundan gِtürülüb. )
    Bu gün Qərbdə cəmiyyətlərin mənəvi diqqət və yönümünün maraqlı əlamətləri nəzərə çarpır və bu əlamətlərə diqqət yetirilməsi prosesi daha dərindən başa düşməyə kömək edir.
    Nyu-York Universitetinin dinlər və irfan şöbəsinin müəllimi professor Vilyam Çetik ABŞ-da Mövlananın mənəvi şeri və qəzəllərinin tərcüməsinin geniş yayılmasına toxunaraq demişdir:
    ''Mən keçən il xarici jurnalda bir məqalə oxudum ki, Mövlana Cəlaləddin Ruminin əsərləri Amerikada ən çox satılan kitabdır və bu qəribə bir məsələdir.''
    O bu məsələnin mənşəyini açıqlayarkən demişdir:
    Bu yüksəliş bir neçə səbəblə bağlı ola bilər; biri qərblilərin mənəviyyata ehtiyacıdır və bu, çox mühüm elementdir.''("Keyhan" qəzeti, 30/1/1376 )
    Bu barədə başqa bir məlumatda oxuyuruq: ''Son vaxtlar Qərbin müasir musiqi ulduzu və Hollivudun neomuzikal filmlərinin aktyoru (Utiya) bir albomunu Amerikanın musiqi bazarlarına çıxarmışdır ki, elə ilk günlərdə Qərbdə satış rekordunu vurmuşdur. Bu hay-küyə səbəb olan albomun məzmunu heç nə deyil, yalnız Şəms Molaye-Ruminin böyük divanından qəzəllərin ingilis dilinə tərcüməsidir.
    Bu albomda məharətlə ingilis dilinə çevrilmiş şeirlərin hamısının məzmunu bəşərin daxili zülmətlərdən xilası, nur aləminə pəncərə açılması və ruhun Allah-Təalanın ziyafətinə çağırışıdır.
    Amerika dövlət radiosunun məlumatına əsasən, Mövləvinin mistik şerlərinin tərcüməçiləri indi ''Məsnəvi-ye mənəvi''ni ingilis dilinə tərcümə edirlər.
    Bu məlumatın əsasında Amerika universitetlərinin mədəniyyət ekspertlərinin iddiasına görə Şəms qəzəllərinin tərcüməsi, xüsusən cib kitabçaları şəklində yayılması Amerikanın cavan nəsli arasında fövqəladə marağa səbəb olmuşdur.''(Neda-ye cəmi zənan-e enqelab-e Eslami, №17 və 18 )
    Mənəviyyat - bəşəriyyətin dini yönümü
    Təsadüfi hadisələrdən xali olan dünyada həyatın istər təbii, istərsə də ictimai proseslərinin arxasında bir məna və məfhum gizlənir. Və hər bir hadisənin məqsədi var və bu ən azı nəzəri baxımdan misilsiz bir töhfədir ki, yalnız din, dini maarif və ilahiyyat tərəfindən insana hədiyyə olunmuşdur.''("Sübh" jurnalı, №74, 1376-cı ilin mehr ayı )İnsan həyatın həqiqi məna və məfhumunun axtarışında din və onun ali təlimlərinə üz tutmuşdur. Həqiqətən də, müasir əsrin insanının mənəvi dəyərlərə meylliliyi onun dini həqiqətə, yəni irfan və allahpərəstliyə nail olması ilə bağlı fitri ehtiyacının göstəricisidir. İndi bəşəriyyət öz mənəvi ehtiyaclarını ödəmək üçün saxta din və firqələrə əl uzatsa da, onun mənəvi yönümündə dindarlıq və allahpərəstlik başlıca yer tutur.
    Şəksiz, insanın mənəvi ehtiyaclarının yaranması ilə İmam Xomeyninin beynəlxalq miqyasda müqəddəs düşüncəsinin üst-üstə düşməsi bəşəriyyətin mənəvi oyanış prosesini surətləndirməklə yanaşı, insanın dini tələblərində böyük izlər qoydu. Həzrət İmam(r) onu ''bəşər cəmiyyətlərinin vəhy dəyərlərinə təmayülü'' kimi xatırlamışdır.(Süsən Səfaverdi, həmin yerdə, səh.63 ) Müasir insan üçüncü minilliyin astanasında ateist və bəşərin yaratdığı materialist məktəblərinin təlimlərindən uzaqlaşmaqla özünün təkallahlılıq mahiyyətinə qovuşması və ilahi dini təlimlərə yenidən qayıtması yolunda səylərini daha da artırmışdır. Buna görə də ''Müasir bəşəriyyətin mənəvi yönümü bəşərin vəhy inamlarına və ilahi dinlərə yenidən qayıdışının nişanəsi deyil''("Emamət" jurnalı, №2, 1378-ci ilin tir və mordad ayı, səh.52 )nəzəriyyəsi arqumentsiz və gerçəklikdən uzaq iddia hesab olunur.
    Amerika jurnalisti və araşdırıcısı Bel Boyros bu ölkənin PBS ümumi televiziya kanalında yayımladığı on ardıcıl proqramda demişdir:
    ''İnsanlar bütün dünyada maddiyyatdan yorulmuş və sürətlə mənəviyyata tərəf qayıdırlar.''
    O, sonra əlavə etmişdir: ''Din və ona tam itaət yenidən (dünya əhalisinin) diqqət mərkəzindədir.''(Süsən Səfaverdi, həmin yerdə, səh.63 )
    ''Vaşinqton Tayms'' qəzeti də bu barədə yazmışdır:
    ''Millətlərin dindarlığa qayıdışı prosesi təlatümlü bir sel kimidir və sekularizmin dünyanı bürüməsi təsəvvürü sona çatmışdır.''(Emamət" jurnalı, №1, I il, 1378, səh.76, 77, 78 )
    Həmçinin, Beynəlxalq "Qalup" sorğu mərkəzinin direktoru Corc Qalup müasir dünyada, xüsusən Qərbdə mənəviyyata yönümün həqiqəti və mahiyyətini təhlil edərək demişdir:
    ''Bugünkü nəslin çaşqınlığı onları Allaha tərəf qaytarmışdır və bu, böyük bir dəyişiklikdir.''(Tehran Universiteti tələbələrinin toplantısında, "Keyhan" qəzeti, 11/11/1377 )
    Qərbin dini rəhbərləri və qərblilərin mənəvi ehtiyacı
    Qərbin dini rəhbərləri insanların mövcud mənəvi tələbatlarını və Qərb cəmiyyətlərinin dini müraciətləri qəbul etmələrini başa düşərək bildirmişlər: ''Texnologiyanın məhsulu olan insan mənliyini əldən verməkdədir.''(Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir?. səh.237 ) Onlar həmçinin vurğulamışlar: ''Maşın həyatının nəticəsi olan şəxsiyyətsiz insanın yeganə nicat yolu (dini) imandır.''(Ruzigar və ya dünya mənasında olan sekularizm tədricən Qərb dü؛üncəsində istilah formasını almı؛dır ki, ''dini''nin müqabilində ''dünyəvi'' sِzünün yerində i؛lənir və Qərb təfəkküründə bu dünya, dini və axirət məsələləri ilə əlaqəsizliyə bağlı olana sekular deyirlər. (Doktor Məhəmməd Əli Nəqəvi, Qərbçilik sosiologiyası, c.2, səh.57) Qərb mədəniyyətində bu məktəb üçün i؛lənən digər kəlmə Laizm, ya laikdir. Yunan sِzü (laos,laikosdan) dan gِtürülmü؛ Laik sِzü ''insanlar'' mənasındadır və elmi, ruhani, kilsə əhli müqabilində olan insanlar üçün i؛lənir. Laizm bir dِvlət idarəçiliyi siyasətidir ki, onda ruhanilərin rolu yoxdur.( Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir?. səh.237) )Öz dini fəaliyyət və təbliğatlarını artırmışlar və aşkarcasına dini təlimlərin artırılması zərurətini Qərbin ruhi və mənəvi boşluğunun yeganə çarəsi olduğunu deyirdilər.
    İngiltərənin Kanterberi kilsəsinin baş yepiskopu Corc Keri bu barədə demişdir: ''İngiltərə vətəndaşları bir növ ruhi boşluğa düçar olmuşlar ki, onu təkcə dini təlimlər vasitəsilə aradan qaldırmaq olar.''(Doktor Seyyid Əli Əsgər Kazımi, Müasir cəmiyyətin bِhranı, səh.88 )
    Almaniyada çap olunan ''Divelt'' qəzeti də xristian dini qrupların müvəffəqiyyəti haqqında yazmışdır: ''Dini qruplar bəşəriyyətin əmin-amanlığını təmin edir. Dini təlimlərə ehtiyac duyan insanlar üçün İncilin hər kəlməsi firavanlıq okeanında nicat gəmisi məqamındadır. Bu səbəbdən əgər əsaslı xristian qrupları Qərb ölkələrində nəzərə çarpacaq qarşılanma ilə üzləşsələr, təəccüb etmək lazım deyil.''(Kardinal Razinger, katolik məktəbini müdafiə cəmiyyətinin rəisi, Romada mətbuat müsahibəsində, "Keyhan" qəzeti, 17/11/1376  )
    İslam və Qərbin yeni müsəlmanları
    Şübhəsiz, İslam insanın mənəvi qənaəti və onun mənəvi boşluqlardan nicat tapması yolunda böyük qüdrətə malik yeganə dindir ki, varlığın məntiqi və ruhani təfsirinin təqdimi və insanın düşüncə və dünyaya baxışında onu əsasdan dəyişə bilər. Bu elə bir gerçəklikdir ki, aydın şəkildə Qərbin yeni müsəlmanlarının fikirlərində əks olunmuşdur.
    Öz peşəsini tərk edib İslamı qəbul edən məşhur ingilis xanəndəsi Kət Stivens İslama üz tutmasının səbəbləri haqqında danışarkən onu dolaşıq vəziyyətə salan əziyyətli mənəvi boşluğa toxunmuş və demişdir:
    ''Mən televizor, fəza səfərləri, sənayenin ildırımsürətli tərəqqisi əsrində Londonda böyümüşəm və Qərbin inkişaf etmiş dünyasında yaşamışam. Mən uzun illər insanın arzuladığı hər bir şeyə malik olmuşam, amma həmişə öz həyatımda bir boşluq hissi keçirmişəm.''
    O sonra əlavə etmişdir: Mən özümə spirtli içki və siqaretlə təsəlli verməyə çalışırdım, amma... [müvəffəq olmurdum...] Şərq fəlsəfəsi, Budda dini, hisslərin mərkəzləşdirilməsi və yoqaya üz tutdum. Bu mənim həqiqəti tapmaq üçün atdığım birinci addım idi. Axırda, görünür, İslamla başa çatmalı idi.''(Yuaxim Mayimer, Almaniyanın Kِln kilsəsinin ba؛ yepiskopu, "Zud Deviçe Sutyunq" qəzeti, "Sübh" jurnalı, №80, 1377-ci ilin fərvərdin ayı Əllamə Fəqid Məhəmməd Tağı Cəfəri, "Bə؛ərin bugünkü çıxılmazlığı'', Toplayan: Məhəmməd Rza Cavadi, səh.31 və 32  )
    O demişdir:
    ''İslama üz tutanda mənim təbiət, insan, eləcə də dərk edilməyən dünya haqqında bütün narahatlıqlarım aradan qalxdı və sanki,
    ﴿لله ما فى السموات و ما فى الارض﴾ ayəsindən can alırdı.''(Əllamə Fəqid Məhəmməd Tağı Cəfəri, "Bə؛ərin bugünkü çıxılmazlığı'', Toplayan: Məhəmməd Rza Cavadi, səh.31 və 32 )
    Avropalı yeni müsəlman xanım Bergit Cəmilə İslamı qəbul etməmişdən əvvəl düçar olduğu ruhi boşluqdan üzücü əziyyət çəkdiyini söyləyərək demişdir:
    ''Mən bütün 26 illik həyatım dövründə dindar insan deyildim və digər avropalılar kimi xoş və firavan həyat tərzi keçirirdim. Amma həmişə öz həyatımda boşluq və çatışmamazlıq hiss edirdim. Bu həyat boşluğunu aradan qaldırmaq üçün göstərdiyim bütün səylərə baxmayaraq, ruhi vəziyyətim gündən-günə daha da pisləşirdi. Əlbəttə, zahirən şad bir insan təsiri bağışlayırdım.
    Mən şirkətdə katibə vəzifəsində işləyirdim və maddi cəhətdən hər şeyə malik idim. Amma bütün bunlar sərgərdan ruhuma sakitlik bəxş etmirdi. Müxtəlif dinlər haqqında çox şeylər oxumuşdum, amma onlardan heç birində itirdiyimi tapmırdım. Əlbəttə, İslamı qəbul etdiyim dövrə kimi…
    Başı örpəkli qadınlar, məscidlərin minarələrindəki azan səsləri ruhumu titrədirdi. Beləcə, Quranın mütaliəsinə başladım, nə qədər çox oxuyurdumsa, hiss edirdim ki, ruhi vəziyyətim gündən-günə yaxşılaşır.., 26 yaşında İslamı qəbul etdim.''(Jak Atali, fransız nəzəriyyəçisi, "Ekspress" qəzeti, "Keyhan" qəzeti, 16/10/1378 )
    Almaniyanın 23 yaşlı yeni müsəlmanı Tanıya Polingin bu barədə söylədikləri çox maraqlıdır.
    O, müxbirin ''Siz İslamı qəbul etmək üçün çoxlu qurbanlar vermisiniz, bütün azadlığınızı, köhnə dostlarınızı itirmisiniz, bu fədakarlıqların müqabilində nə əldə etmisiniz? '' - sualına cavabında demişdir:
    …Mən hər şeyi əldən versəm də, əvəzində ''özümü'' tapmışam. Mən həmişə boşluq, çıxılmaz vəziyyət və acizlik hissi keçirirdim. Bu il iyirmi il əvvəl itirdiyim ''özümü'' və tamamilə yadlaşdığım Allahı tapmışam və hər şeyi və hamını İslamda əldə etmişəm: bizim mənəvi azadlığımızı, ruhi sakitliyi, yaxşı, nəcib və sevimli imam və rəhbəri (Həzrət Ayətullah Xameneyi), Almaniyada (Hamburq) və Avropada, hətta bütün dünyada din bacı və qardaşlarımı.
    Mən iyirmiillik uzun bir gecədən gündüzün fəcr günəşinin doğumuna çatmışam, İslam günəşi məni təravətli bir bahar ağacı etmişdir və iyirmiillik qış yuxusundan oyatmışdır.''(Pyero Bordo, Fransa sosioloqu və 70 ya؛lı kollec müəllimi, "Keyhan" qəzeti, 16/4/1379 )
    Yenicə İslamı qəbul etmiş Almaniya vətəndaşı Leyla xanım demişdir:
    ''İslam insana daxili sakitlik və sülh bəxş edir. Bu elə bir şeydir ki, Avropa və Qərbin insanları iztirab və stresə görə ondan faydalana bilmirlər.''(Helm Herbert, Fransa mütəfəkkiri, "Name-ye fərhəng", 1375-ci ilin yayı )
    Almaniyanın Divisburq şəhərinin sakini Yutta Moşen belə demişdir: ''Əvvəllər…mənim İslam haqqında təsəvvürüm çox mənfi, bədbin və bəzən də nifrətli olurdu. [Amma] içimdə həqiqəti öyrənməyə olan meyl bir şölə kimi alovlandı və gördüm ki, qəlbimdə bu ilahi dinə münasibətdə necə yeni pəncərələr açılır.'' O demişdir:
    ''İslam mənim həyatımı kökündən dəyişdi. Bu daxili və ruhi dəyişiklik mənim zahirimi də dəyişdi. İslamla mənim həyatım istiqamətli və məqsədli oldu və ondan əvvəl düçar olduğum ruhi düşgünlükdən xilas oldum. Ümidsizlik və qeyri-sabitlik mənim həyatımdan uzaqlaşdı və onun yerini fikri və mənəvi sabitlik, ruhi tarazlıq, gələcəyə ümid və Allahın rəhmətinə əminlik doldurdu.''
    O daha sonra demişdir:
    ''Mən Almaniyada həqiqətən həyatın məqsədinin axtarışında olan çox adamlarla rastlaşmışam. Hərçənd ki, onlar kütləvi informasiya vasitələrindən heç bir aydın fikir və ya açıqlama tapmırdılar.
    İnsanların böyük əksəriyyəti məqsədsiz yaşadıqlarına görə əsəbi, ruhi və cismi narahatlıqlara düçar olublar. Bu məqsədsizlik və ümidsizlik cəmiyyətin bütün yaş qrupları arasında müşahidə olunur... Almaniyada insan həyatı maddi dəyərlərə, o cümlədən rifah, vəzifə müvəffəqiyyətləri, məsrəfçilik və sairə ilə bağlıdır və bütün bunlar Qərb həyat tərzinin başlıca dəyərləri və hədəflərinin ən böyüyüdür. Zahiri və maddi məqsədlər isə insanı puçluğa sürükləyir.''(Cermi Rifken, Ted Havard, "Dünya süqut eni؛ində", doktor Mahmud Behzadın tərcüməsi, səh.19)
    Amerikalı yeni müsəlman Əhməd Hənif Kəvasi Amerika və Qərb əhalisi arasında İslamın sürətlə yayılmasının səbəblərini şərh edərkən demişdir:
    ''Mən belə fikirləşirəm ki, biz gərək insanın təbiətinə qayıdaq, çünki insanın təbiəti onun əleyhinə olan mühitdə olmağı qəbul etmir…
    Qərblilərin hər bir şeyi – cürbəcür telefonları, televizor və maşınları vardır, amma əmin-amanlıqları yoxdur; nəinki ictimai, hətta daxili əmin-amanlıqları da yoxdur.
    O daha sonra əlavə etmişdir:
    ''Birisi özünü təqdim edəndə və ya ''mən kiməm? '' sualına cavab vermək istəyəndə deyir: Mənim işim belədir, həyat yoldaşım, övladım var, filan mühitdə yaşayıram. Sonra yaşadığı mühit haqqında məlumat verir, amma öz mənliyi barədə danışmır və bir növ onda nihilizm yaranır. Nəticədə intiharın miqdarı xeyli yüksəlir və ya.., onlardan çoxu şeytanın yolunu tuturlar.
    …Qərblilər artıq belə həyatdan yorulmuşlar, onlar mənəvi normaların bərqərar olmasını istəyirlər.''
    O sonra demişdir:
    ''Şərqdə yaşadığım zaman diqqətimi cəlb edən maraqlı məsələ bu idi ki, Şərq daha az xarici ictimai normalara malikdir, məsələn, sizin sürücülüyünüz çox dəhşətlidir!''
    ''Amma bilik cəhətdən siz daha nizamlısınız, biz isə pərakəndəyik. Bizim nəfsimizin nəzarəti yoxdur, hər gün yeni bir ehtiyac yaranır və insanlar onun ardınca gedirlər. Amma burada dindar olmayanlar üçün də bir növ daxili normalar mövcuddur.''
    ''Siz ölkənizdə xarici normalar barədə düşündüyünüz kimi, bizi də Qərbdə daxili nizam-intizam qaydaları düşündürür. Buna görə də biz tez müsəlman oluruq.''(Cermi Rifken, Ted Havard, "Dünya süqut eni؛ində", doktor Mahmud Behzadın tərcüməsi, səh.19 )
    İsveç radiosunun müxbir və şərhçisi Monika Molemstrom Avropada İslamın yayılması haqqında hazırladığı məlumata əsasən Fransanın yeni müsəlman olmuş cavanlarından biri öz müsahibəsində belə demişdir:
    ''Parisin küçələrindən birində əynində cins şalvar, çiynində yol çantası olan Serc adlı 21 yaşlı gənclə qarşılaşdım. O, 6 ay əvvəl müsəlmanlığı qəbul etmişdi. Serc mənimlə görüşündə dedi ki, bugünkü müasir həyatın səthi və içiboşluğundan, sərhədsiz cinsi əlaqələrdən, diskotekalardan, pivə içməkdən üz çevirmiş və İslamı qəbul etməklə sabitlik, mənalı və sakit bir həyata başlamışdır. O, səhər tezdən yuxudan oyanır ki, öz gündəlik ibadətinə başlasın.''
    O sonra əlavə etmişdir:
    …Fərdi və ictimai həyatda qanunlara ehtiyac və sabitlik də fransız gənclərin İslama üz tutmasına kömək edir. Mən və müsəlman olmuş digər fransız dostlarım başqa dost və həmyaşıdlarımızı da İslamı qəbul etməyə çağırırıq.''(Həmin yerdə )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 779 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024