İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:21 AM
    3 – MƏDƏNİYYƏTİN QƏRB NÜMUNƏSİNİN ƏN YAXŞI DAĞILMA DƏLİLİ
    Bu günədək Qərb ölkələrinin ciddi və hərtərəfli çətinlikləri üzərində üstün yolları göstərməkdə aciz qalan inkişaf və mədəniyyətin Qərb resepti çağdaş dünyanın müxtəlif xəstəliklərinin müalicəsi üçün lazımi gücə malik deyil. Həmin gücsüzlüyün özü inkişaf və mədəniyyətin Qərb nümunəsinin dağılması üçün ən yaxşı dəlildir.
    Amerikanın Masaçust Politexnik İnstitutunun idarəetmə və iqtisad müəllimi Lister Taro polşalı müxbir Yukovskiyə verdiyi müsahibədə ''Bizi Qərb mədəniyyətinin tədricən dağılması hədələyir'' fikrini bildirərək demişdir:
    ''İndi artıq tənəzzüldəyik. Qərbi Avropada işsizlik iyirmi ildir ki, artmaqdadır və indi 12%-ə çatır. Amerikada iyirmi beş ildir ki, cəmiyyətin yarımkasıb təbəqəsinin gəliri azalır. Bu yavaş, amma dayanmayan bir prosesdir. Son iyirmi beş il ərzində daha məhdud ictimai təminatdan bəhrələnən 60% amerikalı müxtəlif maneələr nəticəsində 20% azalmışdır.''
    O daha sonra vurğulamışdır: ''Dünyanın ən mütərəqqi ölkələrinin əksər vətəndaşları həqiqətdə daha da kasıblaşırlar. İşin çətinliyi budur ki, demokratik kapitalizm quruluşunun daxilində ən azı iki əsas ziddiyyət mövcuddur: birincisi, demokratiya və bərabərsizlik yaradan bazar arasında qarşıdurma. İkincisi, məsrəf və kapital qoyuluşu arasında mübarizə. Kapitalizm quruluşu məsrəfi həvəsləndirməklə yanaşı, sərmayə qoyuluşunu zəruriləşdirir. Mənfəətləri eyni zamanda həm məsrəf, həm də sərmayə qoyuluşuna sərf etmək olmaz.''(Nikson, Fürsəti qazanaq, Hüseyn Vəsfinijadın tərcüməsi, səh.276 )
    Professor Taru daha sonra demişdir:
    ''Qərbdə, xüsusilə Amerikada hələ də bizim vəziyyət təəccübləndirici şəkildə yaxşıdır. Heç kəs başqasının deyinməsini eşitmək istəmir. Heç kəs varlıq hissinin korlanmasını istəmir. Adamlar yalnız yaxşı xəbərlər eşitmək istəyirlər. Əlverişsiz proqnozlaşdırmalar çox yaxşıdır, amma Afrika üçün! Bizim qulaqlarımız yalnız yaxşı proqnozlara alışmışdır...Siyasətçilər onları tapmağı bacarırlar! Necə olsa, sülhümüz var, inkişaf edən ticarətimiz var, ölkəmizdə milyonerlərin sayı həmişəkindən daha çoxdur.''
    Taru Qərbdə ümumi biganəliyə və bu sahədə Qərbin yalançı siyasətçilərinin roluna işarə edərək Qərb dünyasında mövcud reallığın açıqlanmasına başlamışdır:
    ''Bu adamların çox böyük hissəsi uduzacaqlar, onların nəvə və nəticələri də həmçinin. Onlar ildən-ilə amerikasayağı qeyri-real röyalarda qərq olurlar. İtaliya və İspaniyada cavanların 60%-i məktəb və ya universiteti bitirdikdən sonra üç il ərzində işsiz qalırlar. Sorğulara əsasən, amerikalıların çoxu əmindirlər ki, övladları daha pis yaşayacaqlar.''("Keyhan" qəzeti, 15/2/1378. )
    Avropalıların düzgün yol seçimində şəkk-şübhəsi
    Fransız sosioloqu və Fransa kollecinin müəllimi Pyero Bordo İspaniyanın ''El-mond'' qəzetinə verdiyi müsahibədə Qərb ölkələrinin düçar olduğu mürəkkəb vəziyyətdən bərk narazılığını bildirərək demişdir:
    ''Avropada ictimai hakimiyyətin olmaması günah, işsizlik, narkotik və spirtli içkilərə aludəçilik, xəstəlik və savadsızlığın artması ilə nəticələnmişdir. İnsanların böyük bir qismi cəmiyyətdən təcrid olunmuşdur və hökumətlər onların qarşısını almaq üçün bir növ zorakılıqdan istifadə etməyə məcburdur. Bu məsələ getdikcə daha da gərgin şəkil alır.''
    Bordo Qərb vətəndaşlarının çoxunun qarşıdakı yolu haqqında şübhələrindən aydın şəkildə söz açaraq demişdir:
    ''İndi yalnız fransızlar özlərindən ''Bizim iş üsulumuz düzdür, ya yox'', -deyə soruşmurlar. Bu sual, ümumiyyətlə, bütün avropalılar üçün mövcuddur.''(Berjinski, Nəzarətdən xaric, doktor Əddürrəhim Nəvə İbrahimin tərcüməsi, səh.85 )
    Qərbin yeni üsul və siyasətə ehtiyacı
    Fransa nəzəriyyəçisi Jak Atali 2000-ci ilə daxil olmaq münasibətilə
    ''Ekspres'' qəzetində yazdığı məqalədə kapitalist quruluşunun ''Qərb cəmiyyətlərindəki problemlərin həllində və insan həyatını nizamlamaqda müvəffəqiyyətlər əldə edə bilmədiyini qeyd edərək yazmışdır:
    ''İndi Amerikada dörd milyon yoxsul və Fransada altı milyon imkansız mövcuddur. İndi bütün dünyada milyardlarla insanın iki dollardan az gəliri vardır. Görəsən, İqtisadi qloballaşmanın təsirlərini gözləmək lazımdırmı? Və ya Amerikadan nümunə götürüb orta əsr üsulları ilə cəmiyyətdəki yoxsulları karantində saxlamaq lazımdır.''
    O sonra əlavə etmişdir: ''Nə amerikalıların üsulu, nə də fransızların təşəbbüsü, yəni işsizlər və az gəlirlilərə dövlət büdcəsindən minimum təqaüdün ödənməsi yoxsulluq və işsizlik kimi məsələləri həll etməyəcək.''
    Jak Atali dünya ölkələrindəki problemlərin aradan qaldırılmasında Qərb nümunəsinin tam məğlubiyyətinə aydın şəkildə işarə edərək yazmışdır:
    ''2000-ci ildə ictimai təbəqələri, nəsil və qohum qruplarını bir-birindən ayıran maneələri tam cəsarətlə aradan qaldırmaq, insanların yaşayışını nizamlamaq üçün yeni üsul və siyasəti həyata keçirmək lazımdır.''("Cümhuri-ye Eslami" qəzeti, 24/4/1373 )
    Qərb öz çirkin mədəniyyətinin tələsindədir
    Qərb mədəniyyəti nəinki Qərb və beynəlxalq cəmiyyətlərin arzuolunan nizamlanmasında heç bir uğura çatmadı, hətta öz daxili tələbinə görə müasir dünyada çoxlu nizamsızlıqların yaranmasına gətirib çıxardı. Birinci Dünya müharibəsini Qərb yola saldı, onun mədəniyyətinin mərkəzindən faşizm və nasizm baş qaldırdı.
    Görkəmli ingilis mütəfəkkiri Arnold Tyunbi bu barədə yazmışdır:
    ''Qərb mədəniyyəti məni bezdirir. Ona görə yox ki, Qərbə məxsusdur, ona görə ki, məni çarxın dəndənələrində həbs etmişdir... Təkcə bu səbəbdəndir ki, Qərbi sevmirəm. Mənim yeniyetməlik dövrümdən Qərb iki dünya müharibəsini törətmişdir. Kommunizm, faşizm, nasionalizm və sosializmi yaratmışdır. Mussolini, Hitler, Makkartini ərsəyə gətirmişdir.''("Cümhuri-ye Eslami" qəzeti, 24/4/1373 )
    Şübhəsiz, bu gün qərblilər dinə arxa çevirməklə özləri üçün qurduqları tələyə düşmüşlər və Qərbin çirkin mədəniyyətinin daxili tələbi olan çoxlu bəlalar indi qərblilərin ətəyindən yapışmışdır. Buna görə inanmaq lazımdır ki, Qərb çıxılmaz vəziyyətə çatmış və ya çatacaq.''("Ettelaat" qəzetinə əlavə, 25/11/1371 )
    Roma və Turində terrorçular küçələrdə pusqu qurmuşlar, Paris və Londonda sakit gündə vəhşilik, oğurluq və döyülmələr getdikcə artmaqdadır.
    Çikaqoda yaşlılar hava qaralandan sonra küçələrdə addımlamaqdan qorxurlar. Nyu-Yorkun məktəbləri və metro dayanacaqlarında kobudluq çoxalmışdır.
    Kaliforniyaya qayıdaq. Bir jurnal öz oxucularına əl silahları, tüfəngatma kursları, təlimgörmüş, oğrututan mühafizə itləri, özünümüdafiə üçün təhlükəsizlik alətləri və təhlükəsizlik kompüter sistemlərindən istifadə üçün əməli göstərişlərini təqdim edir.''(Həmin yerdə )
    Həqiqətdə, dünyadan faydalanmaq üçün dini inkar yolunu seçən və bu qaranlıq keçiddən cilovsuz maddi meylliliyin dolaşıq problemlərinin dərin quyusuna düşən qərblilər Həzrət Əmirin(ə) mübarək kəlamının bariz nümunəsidirlər:
    "لا يترك النّاس شيئا من أمر دينهم لإستصلاح دنياهم إلاّ فتح الله عليهم ما هو أضرّ منه"
    (Almaniyanın ''E؛tern'' qəzeti, 16/11/1395 )
    İnsanlar Allahın onları daha zərərli bir işə mübtəla etməsindən başqa dünyalarının islah olunması üçün dini işlərindən bir işi tərk etmirlər.''
    Bu, möhkəm ilahi sünnət və məxluqun dəyişməz qanunudur ki, Allah buyurur:
    ﴿ من أعرض عن ذكرى فإنّ له معيشة ضنكا ﴾
    1
    Qərb mədəniyyətində cinayətkarlığın təşviqi
    Maddi mədəniyyət təlimlərinin azğın nəfsani istəklərlə sıx bağlılığına görə Qərb mədəniyyəti yolunda kobudluq¬ların tədricən ən pis şəklə düşməsi Qərb və qərbyönümlü cəmiyyətlərin aşkar gerçəkliklərindədir. Liberal mədəniyyətinin təlimləri qeyri-qanuni və azğın istəklərə əsaslanaraq cinayətkarların nəzarətsiz inkişafı üçün əlverişli zəmin yaradır. ''Dünyanın iyirmi sənaye ölkəsində aparılmış tədqiqatlara əsasən cinayətkarlığın artımı ölkələrin əhalisinin kasıblığı və geriliyi nəticəsində deyil, Qərbin sənaye cəmiyyətləri və demokratik quruluşlarının rifahına görə yaranmışdır.'(Ettelaat" qəzetinə əlavə, 25/11/1371 )
    Vyanada Avstriya Narkotik Maddələrə Beynəlxalq Nəzarət Komissiyasının sədri Qərb cavanları arasında narkotik maddələrə aludəçiliyin günbəgün artmasına toxunaraq bu hadisənin səbəbini açıqlayarkən demişdir:
    ''Qərb mədəniyyətlərindən bəzisində bugünkü cavanlar elə mühitlərdə böyüyürlər ki, nəinki narkotik maddələrdən istifadəyə qarşı çıxırlar, əksinə bu işə təşviq olunurlar.''(Həmin yerdə, 13/11/1371 )
    Amerikanın tanınmış rejissoru Avliverston da bu fikri açıqlamışdır:
    ''Kobudluq Qərb cəmiyyətinin mühüm hissəsinə çevrilmişdir və hamı qeyri-əxlaqi məsələlər girdabına düşmüşdü.''
    O demişdir:
    ''Biz cavanları cinayətə sürükləyən azğın bir cəmiyyətdə yaşayırıq. Necə ki, ''Fitri qatillər'' filmində qatillərdən qəhrəmanlar düzəldilməsini nəzərə çatdırmışam.''("Cümhuri-ye Eslami" qəzeti, 27/6/1372 )
    Qərb informasiya vasitələri və pozğunluğun yayılması
    Qərb kütləvi informasiya vasitələri, o cümlədən Qərb liberal mədəniyyətinin yazı, tele-radio nümayəndələrinin fəaliyyəti bizim iddiamızın düzgünlüyünə başqa dəlildir. Liberalizmin məşhur nəzəriyyəçisi və filosofu Karl Puper Avropa informasiya vasitələrinin fəaliyyətinə ciddi etiraz edərək demişdir:
    ''Kütləvi informasiya vasitələri, xüsusilə, Avropa televiziyaları təcavüz və cinayəti yaymaqla gənc nəslə kobud təlim verirlər.''
    O, Qərb ölkələrinə bu sahədən daxil olmuş müsibətlərin dərinliyindən xəbərdar olduğuna görə ciddi tövsiyə etmişdir:
    ''Televiziyanın cani tərbiyə edən proqramlarının qarşısını almaqdan ötrü televiziya işçiləri üçün həkim nəzarətinə oxşar nəzarət mexanizmi yaradılmalıdır!''(Həmin yerdə, 27/4/1373 )
    Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Nikson ölkədəki nizamsızlıqların və gənclərin narkotik maddələrə artan aludəçiliyinin qarşısının alınması zəruriliyinə toxunaraq yazmışdır:
    ''Əgər narkotik maddələrə qarşı çıxmasaq və hətta Hollivudda və yaxud digər kütləvi sənət bölmələrində onunla bağlı yayılmış pərəstiş etməni pisləməsək, narkotik maddələrlə mübarizədə bizim qələbəmizə heç bir ümid yoxdur!''("Ettelaat" qəzetinə əlavə, 9/9/1371)
    Ağ evin Narkotik Maddələrə Nəzarət Siyasəti İdarəsinin rəisi general Bermek Kefri Vaşinqtonda keçirdiyi mətbuat konfransında demişdir:
    ''Ata və analar övladlarının tamaşa etdiyi, ya qulaq asdığı şeylərə daha çox nəzarət etməlidirlər.''
    O demişdir: ''İki yüz kinofilm və min mahnı haqqında aparılmış tədqiqat göstərir ki, spirtli içkilər və tütün məmulatlarına həvəsləndirmə bu filmlərin böyük hissəsini, yəni 1/5-ni təşkil edir. Narkotik maddələr və spirtli içkilərdən istifadəyə həvəsləndirmə də mahnıların 1/5-ni təşkil edir.''
    O sonra əlavə etmişdir: ''Amerikada kinofilmlər və musiqilərin çoxunda insanlar narkotik maddə, spirtli içki və tütün məmulatlarına sövq edilirlər və onların bundan təsirlənməsi gerçəklikdən uzaq bir məsələ deyil...''
    Kefri daha sonra xəbərdar etmişdir ki, belə bir məlumat kütləvi və mədəni informasiya vasitələrinin təsiri altında olan yeniyetmələrin bir qrupu üçün çox təhlükəli ola bilər. Qeyd olunan tədqiqatın nəticələri göstərir ki, kinofilmlərin 93%-i spirtli içkiləri, 89%-i tütün məmulatlarını və 22%-i narkotik maddələri təbliğ edirlər.(Mənuçehr Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir?, səh.112 )
    Amerikanın məşhur nəzəriyyəçisi Zbiqnev Berjinski bu barədə demişdir: ''Amerika Birləşmiş Ştatlarının kütləvi informasiya vasitələrinin daim təbliğ etdiyi dəyərlər tam şəkildə əxlaq pozğunluğu və mədəni tənəzzülün inikasıdır.''(Həmin yerdə )
    4 – QƏRB ÖLKƏLƏRİNİN İCTİMAİ NİZAMSIZLIQLARI MƏLUMATLAR AYNASINDA
    Qeyd olunmuş etiraflara istinadən ''Qərbdə gündən-günə artan əxlaqi və maliyyə pozuntularının qarşısını almaq üçün Avropa və Amerika qitələrinin 32 ölkəsinin ədliyyə nazirlərinin məcburi iclası'(Həmin yerdə ) kimi xəbərlərin təhlilinin öhdəsindən yaxşıca gəlmək olar.
    Qərbin inkişaf etmiş ölkələri mədəni kasıblıq və yoxsulluqdan [nisbi maddi rifahla yanaşı] və güclü təbəqə fərqlərindən yaranmış ictimai nizamsızlıqlar atəşində çapalayırlar.
    Sənədli məlumatlar Qərb ölkələrində ictimai qeyri-bərabərliklərin sürətli və geniş inkişafını təsdiq edir ki, bu məlumatlardan bəzisini müzakirə edirik.
    Saxtakarlıq və cinayətkarlıq
    ''Avropa Birliyinə üzv ölkələrə saxtakarlıq və cinayətkarlıqdan ildə beş milyard funtdan çox (7,5 milyard dollar) ziyan dəyir.
    İngiltərənin [keçmiş] xarici işlər naziri Daqlas Herd, Avropa Komissiyasının mart iclasında Avropanın bu böyük problemi ilə mübarizə üçün ciddi səylər göstərilməsini tələb etmişdir.''(Mənuçehr Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir?, səh.137 )
    Həmçinin Almaniya Təhlükəsizlik Təşkilatı Kölndə Avropa ölkələrində cinayətkar dəstələrin fəaliyyəti ilə bağlı məlumatı nəşr etməklə bildirmişdir ki, ildə narkotik maddələr, silah, müasir avadanlıq və texnologiya sövdələşmələrindən əldə olunan səkkiz yüz milyarddan çox marka dünya cinayətkar qrupları tərəfindən müştərək Avropa bazarı ölkələrinə daxil olur. Bu məlumatda həmçinin bildirilmişdir:
    İtaliya mafiyası və Amerikanın ''Kusanostroy'' şirkəti daşınmaz əmlak və yükdaşıma şirkətlərini alaraq Almaniya bazarında nüfuz qazanmaqdan ötrü öz nizamlı əməliyyatlarının genişləndirilməsinə təşəbbüs göstərmişlər.(Mənuçehr Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir?, səh.111 )
    Bu barədə Almaniyada çap olunan ''Nokus'' qəzetində dərc edilmiş məlumat da maraqlıdır:
    Həmin məlumata əsasən, dünyanın iyirmi sənaye ölkəsində aparılmış tədqiqatlar göstərir ki, ən yüksək cinayətkarlıq Yeni Zelandiya və Hollandiyada 30% və ən az cinayətkarlıq Yaponiyadadır (10%).
    Hollandiyada bütün dünya ilə müqayisədə velosiped və maşın oğurluğunun sayı ən çox müşahidə olunur. Hollandiya dövləti bu prosesin qarşısını almaq üçün cinayətkarlıqla mübarizə büdcəsini dörd milyondan üç milyard qoldenədək yüksəltmişdir.''("Keyhan" qəzeti, 24/8/1372 "Cümhuri-ye Eslami" qəzeti, 4/8/1376, "Zuddoviçi Saytonq" Almaniya qəzetindən. )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 634 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024