İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:15 AM
    DÖRDÜNCÜ AMİL: BƏŞƏRİN MADDİ MƏDƏNİYYƏTİN MƏNƏVİ-ƏXLAQİ TƏNƏZZÜLÜNDƏN MƏYUSLUĞU
    Hazırkı əsrin dinpərəst və mənəviyyatçı hərəkatı haqqında dərindən düşündükdə bir mühüm məsələni dərk edirik ki, bu gün dünya əhalisinin əksəriyyəti müasir əsrin mənəvi-əxlaqi tənəzzülündən ciddi məyusluq keçirir və mənəvi dəyərlərin məhvinin dağıdıcı nəticələrindən narahat olaraq öz nicat yolunu yenidən dinin həyati təlimlərinə yönəltməkdə tapmışlar.
    Müasir bəşərin əxlaqi tənəzzülünün amilləri
    Avropa liberalları. Şərhçilik adlanan və liberalizm(Papa II Jan Pol dünya katoliklərinin rəhbəri, "Cümhuri-ye Eslami" qəzeti, 4/11/1370 "Cümhuri- ye Eslami" agentliyi ) kimi məktəbləri yaradan dövrün fikri və fəlsəfi cərəyanı əvvəldən indiyə kimi bəşərin əxlaqi, mənəvi dəyərləri və müqəddəs sayılan dəyərlərinə böyük zərər vurmuş və bu yolla dünyanı böyük böhranların qurbanına çevirmişdir.
    ''Din sahəsində daha çox imansız, skeptik və hətta dinin düşməni olan''(Doktor Seyyid Əli Əsğər Kazimi, "Müasir cəmiyyətin bِhranı", səh.165 ) Avropa liberalları bir tərəfdən din haqqında qeyri-düzgün açıqlamalar verməklə dini təlimlərdə tərki-dünyalığın əsaslarını yaratmış, özlərini əxlaq və mənəvi dəyərlərdən məhrum etmişlər. Digər tərəfdən, vəhy mövqeyindən çıxış edərək insan varlığının təfsirini və onun varlıqla münasibətinin təsvirini öhdəsinə götürmüş, insanın mənəvi məqamını alçaltmaq və azaltmaqla düşüncə və əxlaq sahəsində nisbilik üçün yol açmışlar.
    Liberallar və mənəviyyatın dini dayaqlardan məhrum edilməsi. Dinlə qarşılaşmada müştərək mövqeyə gələn Qərbin liberal nəzəriyyəçiləri xalis ağıla söykənən tərəqqinin gerçəkliyi şüarı ilə, iman və ağıl arasında ciddi ziddiyyətin olması təsəvvürünü təlqin etməklə dinin ''ictimai münasibətlər səhnəsindən kənarlaşdırılması zərurəti'' nəzəriyyəsini təbliğ etmişlər.
    Dinin ictimai münasibətlərdən kənarlaşdırılmasının və onun mənəviyyat sahəsində həllediciliyinin adi və təbii nəticəsi bəşərin əxlaqi-mənəvi dəyərləri və fəzilətlərinin sarsıdılmasından başqa bir şey deyildi.
    Bu səbəbdən müasir dünyada mənəvi süqut, insanın əxlaqi bayağılığı və dəyərlərin tənəzzülünün kökü Qərbin özündə baş verən dinlə mübarizə fəlsəfəsi və təfəkkürü prosesindədir.
    ''Qərblilər dini əvvəldən inkar etdilər, dinə söykənən əxlaq və tərbiyəni qəbul etmədilər. Halbuki dinin əhəmiyyəti insanda mənəvi dəyərlərin meyar və ölçülərini bərpa etməkdir… Və insaniyyət insanı xüsusi bir şəkildə bərpa edir ki, onun yüksəlməsi fonunda bu gün həqiqətən də mənasız olan bütün insani dəyərlər məntiqi və dəqiq məna kəsb etsin.'(Ustad Murtəza Mütəhhəri, həmin yerdə, №4296 )
    Daha aydın desək, ''imanın birinci təsiri budur ki, o, əxlaqın dayağıdır, yəni özü həyatın böyük sərmayəsi olan əxlaq imansız düzgün əsas və dayağa malik deyil, hər şeyin əsası dini etiqad, yəni Allaha iman və etiqaddır.''("Nur səhifəsi, j.21, səh.177 və 178 )Həmin əsasla təcrübə göstərmişdir ki, dinin əxlaqdan ayrı olduğu yerdə əxlaq çox geri qalmışdır.''(İmam Xomeyninin(r) hikmətli sِzləri, nəsihətləri və hikmətləri, səh.159 )
    Bu həmin bəlalardır ki, liberal nəzəriyyəçilər renessans dövrü və ondan sonra bəşərə, xüsusən Qərbə bəxş etmişlər. Amerika Mədəniyyət və Yenilikçilik Mərkəzinin təsisçisi, keçmiş prezident Niksonun müşaviri Robert Kerrin həmin mövzuya işarə edərək demişdir: ''Din təfəkkür və əməldə olmalıdır'' - fikri ilə ardıcıl mübarizənin nəticəsi ABŞ-ın ictimai həyatında hər növ vahid əxlaq sisteminin olmamasıdır.''(Corc Mitalinus, Afina Universitetinin müəllimi (Yunanıstan), "Keyhan-e fərhəngi"yə müsahibəsində, 1371-ci ilin bəhmən ayı )
    Liberal ağıllılıq və əxlaqi nisbiliyin yayılması. Liberalizm humanist(Papa II Jan Pol, dünya katoliklərinin rəhbəri, "Cümhuri-ye Eslami" qəzeti, 14/11/1370 ) baxışa söykənərək insana maddi tərəqqi, təbii ehtiyacların ödənməsi, heyvani instinktlərin razı salınmasını bəşərin təkamül qayəsi kimi təqdim etmiş və həmin əsasla Qərb liberalizmi və liberal ağıllılıq tam xeyirgötürmə, acgözlülük və tamahkarlıq, məsrəfçilik və şöhrətpərəstliyi insanın əsas xüsusiyyətlərindən saymışlar.
    Əslində humanist baxışların göstəricilərini ən kamil şəkildə özündə əks etdirən bu ideologiyada əxlaqi vəzifənin mənşəyi şəxsi mənafe ilə məhdudlaşır və liberalist cəmiyyətdə hər bir kəs özündən başqası haqqında düşünmür.(Papa II Jan Pol, dünya katoliklərinin rəhbəri, "Cümhuri-ye Eslami" qəzeti, 14/11/1370 )
    Bu baxımdan liberalist əxlaqını yutiltaryanist(Jan Gitِn, Fransa filosofu, "Keyhan-e fərhəngi", 1373-cü ilin mordad ayı ) (mənfəətin əsilliyinin ardınca getmə) adlandırmışlar.(ھpigel" alman qəzeti, dekabr 1993 )
    Liberalizm əxlaqi dəyərlərin nisbiliyinə inanır. Çünki onlar əxlaqi təlimlərin mənşəyini insanın dəyişən və cüzi varlığında görürlər və liberallar əsasən mərifət və əxlaq sahəsində nisbi düşünən insanlardır. Çünki onlar insanın mənfəət güdən stimullarını yaxşı və pisi müəyyənləşdirmə meyarı kimi qiymətləndirirlər.
    Hobz, Hyum və Bentamın fikrincə, meyllər dəyişilməz və bəşər təbiətində sabitləşmiş həqiqətlərdir ki, əxlaq özünü onlara uyğunlaşdırmalıdır.''("Süru؛" jurnalı, 24/9/1369 )
    Humanist və liberal mədəniyyətin nəzərində insanın həyatdan tam faydalanma və azadlıq rəmzi onun gizlin heyvani və azğın təmayüllərinin razı salınmasıdır və əsasən ''Qərbdə azadlığın kökü və mənşəyini təmayüllər və insan hesab edirlər və iradədən danışan zaman həqiqətən təmayüllə iradə arasında bir fərq olduğunu demirlər…''("Süru؛" jurnalı, 24/9/1369 )
    Liberal təlimlərdə insanın təhqir və dəyərsizləş¬dirilməsi. Humanizm, liberal mədəniyyət düşüncəsi və ''Qərb tərbiyəsi insanı özündən kənarlaşdırmışdır.''(Ustad Murtəza Mütəhhəri, "İslamda təlim və tərbiyə", səh.336 )
    Həqiqətən, Qərb mədəniyyətinin nəzəriyyəçiləri ''malik olduqları antropoloji kateqoriya ilə dəyərlərin kökündən yayınırlar. Onlar insana materialist nəzəriyyə ilə baxarkən maddi dəyərlərin onun üçün əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Onların fikrincə, mənəvi dəyərlər və əxlaq, bəşər və insaniyyətin əsilliyi hamısı mənasızdır. Əgər insan digər maddələrlə müqayisədə, daha mürəkkəb, daha dolaşıq maddədirsə, bəs onda ləyaqət nə deməkdir?!''(Erik Ferom, İnsan ِzü üçün, Əkbər Təbrizinin tərcüməsi, səh.15 )
    İnsan liberal mədəniyyətin təlimlərinə, liberalizmdə təsvir olunmuş azadlığa tabe olmaqla nəinki vəd olunmuş səadətə çatmadı, həm də öz mənəvi dəyərlərini maddi mədəniyyətin mürəkkəb bazarında hərraca qoydu.
    Qərb humanist mədəniyyətinin məşhur tənqidçisi Rene Qnon yuxarıdakı gerçəkliyi açıqlayarkən yazmışdır:
    ''Humanizm müasir dini ruhun (Laicisme) inkarı şəklində təzahür edən ilk təlim forması idi. O, hər bir şeyi özü son həddədək xarakterizə olunan insanın səviyyəsinədək məhdudlaşdırmaq istədiyindən, nəhayət mərhələ-mərhələ insan varlığının ən aşağı səviyyəsinədək süqut etmişdir.''(Mahatma Qandi, "Mənim məzhəbim", Baqir Musəvinin tərcüməsi )
    Humanizm, liberalizm və sekularizm kimi müxtəlif formalarda təzahür edən Qərb düşüncəsi əsasən bir mədəniyyət hərəkatıdır ki, onda həzz almaq, qayğısız həyat tərzi keçirmək və məsrəfçilik yaxşı həyatın əsas məfhumlarını təşkil edir. Halbuki insan təbiəti ondan daha yüksəkdir.''(İqbal Lahurinin ؛erlərindən seçilmi؛dir, səh.325 )
    Liberalizm insanı həqiqi azadlıqdan məhrum edir. Liberalizmin sərbəstliyinin və Qərb humanizminin baxışının nailiyyəti insana istilaçı, səthi, alçaq, Allah və vəhydən qırılmış bir varlıq kimi baxmaqdan başqa bir şey deyildir. İnsan yalnız instinktlərini doydurmaq və daha çox xeyir əldə etmək vəzifəsini öhdəsinə götürmüşdür. Bu baxışa əsasən insan öz sövdəgərliyi, şəhvətpərəstliyi və mənfəətpərəstliyinin əsiri olur və öz həqiqi azadlığını liberalizm təlimləri çərçivəsində əldən verir.
    Liberalizmin beşiyində baş verənlərə ədalətlə baxarkən bu gerçəkliyi yaxşı dərk edirik ki, ''Qərbin məhdudiyyətsiz azadlıqları insanın həqiqi azadlığını mənasızlaşdırmışdır.''(Karl Puper, Bu əsrin dərsi, Əli Papa, səh.76 )''Həqiqətən də bu gün inkişaf və tərəqqi sözləri öz məna və məfhumunu itirmişdir. Çünki bizim müasir cəmiyyətlərdə şahid olduğumuz hadisələr onların iddia etdikləri mədəniyyətə yox, vəhşiliyə doğru meyl edən qayıdış növüdür.''(Brejinski, Nəzarətdən xaric, Əbdürrəhim Nəvə İbrahim )
    Və ''azadlıq Qərb demokratiyasının əsası sayılan mənadan çox [özbaşına], buraxılmış heyvanlıq növüdür.''(Məhəmməd Tağı Cəfəri, "Arxadan gələn mədəniyyət, qar؛ıdan gedən mədəniyyət", səh.112 və 286. Robert Ci Ringerin ''Qərb mədəniyyətinin dağılması'' kitabından, səh.285 və 286. )
    İslam inqilabının böyük memarı dəfələrlə Qərb azadlığını inkar etməklə yanaşı, müqəddəs şəriət, sağlam ağıla müxalif, müasir (hətta Qərbdə də) mütəfəkkirlərin çoxunun heyvani azadlıq adlandırdıqları liberalizmin təxəyyülü azadlığı ilə müqayisədə İslamın nəzərdə tutduğu azadlığın çərçivələrini araşdıraraq vurğulamışdır:
    ''Əgər müasirləşmə və mədəni inkişafda məqsəd peşəkar ziyalıların dediyi azadlıq münkirlik, fahişəlik, hətta həmcinsbazlıqdırsa, bütün səmavi dinlər, alimlər və müdrik insanlar onunla müxalifdirlər. Əgər Qərb və şərqpərəstlər kor-koranə onu yayırlarsa,''(Benjamin Spak, "U؛aqlarımız üçün daha yax؛ı dünya", səh.86 ) biz Qərb dünyasındakı tərəqqini qəbul edirik, amma onların özlərinin nalə etdiyi Qərb dünyasının pozğunluqlarını yox.''(Yuaxim Maynser, Almaniyanın Kِln kilsəsinin ba؛ yepiskopu, "Sübh" nə؛riyyatı, №80, 1377-ci ilin fərvərdin ayı, Rod Deviçe Saytunq Almaniya qəzetindən. )
    Qərblilərin başlı-başına buraxılmış azadlıqlardan naləsi. Başlı-başına buraxılmış azadlıqlara görə ''bu gün Qərbin əsas problemi əxlaqi pozğunluqdur.''("Mə؛riq" jurnalı, №2 və 3, ''Müqəddəs i؛in axtarı؛ında'' məqaləsi )
    Belə ki, İmam(r) açıqlamışdır: ''Bu proses ağıllı qərblilərin vəziyyətini o qədər ağırlaşdırmışdır ki, onlar fəryad edirlər: ''Qərb cəmiyyətləri cinsi məsələləri ticarətlə dəyişmək halındadırlar.''("Cümhuri-ye Eslami" qəzeti, 23/6/1373 ) ''Qərbdə əxlaqsız filmlər insanların heysiyyətini məhv edir və onların, xüsusilə qadınların insanlığını istismara məruz qoyur.''("Həm؛əhri" qəzeti, 22/9/1375 ) O bəyan etmişdir: ''Qərbdə mənəvi dəyərlər çürüməkdədir.''("Cümhuri-ye Eslami" qəzeti, 29/6/1372, "Xəbər mərkəzi", Almaniyada çap olunan ''Divelt'' qəzetindən ) Və ''Müasir həyat heyvani ehtiyacların razı salınması üçün bir yuvaya çevrilmişdir.''("Keyhan" qəzeti, 20/3/1372 ) Əxlaqsızlıq müasir cəmiyyətləri təhlükə qarşısında qoymuşdur. Belə ki, İngiltərənin sabiq xarici işlər naziri etiraf etmişdir: ''İngilis cavanları dərin əxlaqi boşluqda yaşayırlar.''(''Nyu-York tayms''dan nəql, "Sübh" jurnalı, №66, 1376-cı ilin bəhmən ayı. )
    ''Los-Anceles tayms'' nəşrinin redaksiya heyətinin üzvlərindən biri Koll Toms Amerikada bayağı sənət qruplarının fəaliyyət azadlığına və qanunvericilərin, qanun icraçılarının onların qarşısını almaması məsələsinə toxunaraq liberal cəmiyyətin əzabverici vəziyyəti haqqında yazmışdır:
    ''Bərk külək əsəndə kompas işləməmiş və kapitan gəmini buraxmışdır! Biz isə qayıqsız və xüsusi jiletsiz qalmışıq və öz halımızı düşünməliyik. Bir zərbi-məsəldə deyilir: ''İnsanlar gələcəyə ümidləri olmadığı halda həlak olacaqlar!''("Səf" jurnalı, 1375-ci ilin ھəhrivər ayı, №196. )
    Qərb, elmi və maddi tərəqqi, mənəvi süqut. Yeni əsrdə sənaye və texnologiya sahəsində elmi tərəqqinin əsas hissəsinin Qərbdə baş verməsi və bu tərəqqinin insanların təbiətdən daha çox istifadəsinə şərait yaratması heç bir kəsdə şübhə doğurmur.
    Qərb mədəniyyəti böyük kəşfləri, sənaye və texnologiyanın tərəqqisini, fəzanın fəthini, kompüter və sairəni bəşəriyyətə ərməğan etdi, amma insanın mənəvi dəyərlərini inkar etməklə, sərbəstliyi genişləndirməklə, ''həm özünü, həm də bəşəriyyəti çıxılmaz vəziyyətə saldı.''("Cümhuri-ye Eslami" qəzeti, 7/12/1372, ''Dipresse'' Avstriya qəzetindən. )
    Böyük maddi inkişafın, yüksəlişin bəşəriyyətə tam hakim kəsildiyi bir zamanda insandan qalan onun insaniyyəti idi, başqa heç nə deyildi!
    ''Bugünkü insan...təbiəti ram etmək üçün daha yeni və daha yaxşı vasitələr düzəltsə də, özü həmin vasitələrdən toxunmuş tora düşmüş və son məqsədinə görə öz bəsirətini əldən vermişdir...''(Papa II Jan Pol, Avropa parlamentində İtaliya nümayəndəsi ilə gِrü؛ündə, "Ettelaat" qəzetinə əlavə, 13/8/1372 )
    Bəli, həqiqətən də ''Qərb mədəniyyətinin imkanları çox böyükdür və başqa millətlər onun Allahın qüdrətində olduğunu zənn edirlər. Lakin Qərb bir məsələdə acizdir və bu onun öz daxili aləmi barədə düşünməməsidir. Təkcə bu məsələ yeni mədəniyyətin yalançı parlaqlığının puçluğu üçün kifayətdir. Qərb mədəniyyətinin qərbliləri içki içməyə və cinsi əməllərə sövq etdirməsinin əsas səbəbi budur ki, onlar özlərini axtarıb tapmaq əvəzinə əbəs yerə yaradılmalarına inansınlar. Onun elmi qüvvəsi öz üzərində müstəsna qüdrət və hakimiyyəti üçün yox, özündən qaçmağa əsaslanan kəşflər, ixtiralar və müharibə vasitələri üçündür. [Amma] insan öz mənəviyyatını əldən verdikdən sonra daha dünyanın fəthi onun nəyinə gərəkdir.''(Kardinal Ratzinger, katolik məktəbi və Papa cani؛ininin əsas seçicilərini müdafiə cəmiyyətinin rəisi, "Keyhan" qəzeti, 17/1/1376 )
    Mərhum Əllamə İqbal Lahuri Qərb mədəniyyətinin zahiri parlaqlığı fonunda onda baş verən gerçəklikləri dərin baxışla nəzərdən keçirərək Qərb insanının məyusluğunu nəzmə çəkmişdir:
    Firəng aliminə xəbər yetirin,
    Qəfəsə düşəndə daralar ağıl
    Gül-çiçək rəngini gözdə bitirin
    Rənglər dünyasında gözlər həmayıl.
    Nə olsun, Məsih tək peyğəmbərin var
    Amma yaraların dərindən-dərin
    Biliyin çoxsa da, qəlbin daş-divar,
    Bir də bu boşluğu doldurmaq çətin.(Sübh" nə؛riyyatı, №80, 1377-ci ilin fərvərdin ayı, "Zud Deviçe Saytunq" qəzetindən )
    Azadlığın yeni tərifinin verilməsi üçün səylər. Qərb cəmiyyətində başlı-başına buraxılmış azadlıqların təhlükəli təsirlərinin artması ilə bu dünyanın indiki mütəfəkkirlərinin fikirlərində hiss olunan dəyişikliklər baş vermişdir. Belə ki, hətta ''yeni cəmiyyət''in nəzəriyyəçisi olan Karl Puper də açıq şəkildə başlı-başına buraxılmış azadlıqların məhdudlaş¬dırılması zəruriliyindən söz açaraq demişdir:
    ''Mütləq azadlıq mənasızdır...Bizim elə bir cəmiyyətə ehtiyacımız var ki, hər bir şəxsin azadlığı digərlərinin azadlığı ilə uyğun olsun.'("Sübh" nə؛riyyatı, №61, 1375-ci ilin ؛əhrivər ayı, "Cümhuri-ye Eslami" agentliyindən )
    Burada ən mühüm məsələ odur ki, Qərbin bəzi məşhur mütəfəkkirləri Qərbdə yayılmış azadlıq məfhumunu tənqid etməklə yanaşı, azadlığın məfhum və mahiyyətinin yeni və məhdudlaşdırıcı tərifinin verilməsinə də çalışmışlar. Məşhur Amerika nəzəriyyəçisi Zbiqnio Brejinski bu barədə yazmışdır ki, Qərbdə azadlığın tərifi təhlükəyə düçar olmuşdur və azadlıq hər bir fərdin hüquq və ixtiyarları mənasında hər növ özbaşınalığın izharı üçün icazəyə çevrilmişdir.
    Azadlığın belə tərifi, yəni məsuliyyətə əsaslanan azadlıqdan uzaqlaşmaq və vəhşiliyə söykənən fərdi azadlığa yaxınlaşmaq Amerikanın kütləvi informasiya vasitələri tərəfindən təlqin olunan bir məsələdir.''("Cümhuri-ye Eslami" qəzeti, 23/3/1377, "Xristian sayns monitor" qəzetindən  )
    Hər halda Qərb dünyasının indiki vəziyyəti fərqli əks-təsirlər yaratmışdır və bu zaman qərblilərin çoxu öz dərin və dəlilsiz problemlərinin çarəsini ali dini, mənəvi və əxlaqi dəyərlərə yenidən qayıtmaqda görürlər.
    Qərb mütəfəkkiri və alimi Robert Ci Ringer insani, mənəvi və dini dəyərlərin tənəzzül və süqut etməsi gerçəkliyinə, Qərb mədəniyyətinin məhvinin başlanmasına toxunaraq demişdir:
    ''Məndən dəfələrlə sual olunur: Qərb mədəniyyətinin nicatı üçün artıq vaxt qalmamışdır?''
    ''Öz keçmiş ruhiyyəmiz və əxlaqi xüsusiyyətlərimizi bir daha öyrənib əldə edə bilərikmi?''
    ''Mənim fikrimcə, ümid edə biləcəyimiz yeganə yol budur ki, düzgün və əxlaqi məsələlərə arxalanmaqla Qərb mədəniyyətini yenidən öyrənmək olar.''(Həmin yerdə, "Cümhuri-ye Eslami" agentliyi, Qərbdə kilsənin misilsiz siyasi və ictimai fəaliyyət mِvzusu ilə daha çox tanı؛lıq üçün bax: Həmin kitab, müsəlman İmam Xomeyni haqqında fikirləri və Vatikanda İranın keçmi؛ səfirinin məlumatlar bِlməsi.)
    1 – Qərbin tənəzzülü və qərblilərin dinə qayıdışı
    Ci Ringer kimi mütəfəkkirlərin Qərb mədəniyyətinin əxlaqi dəyərlərə qayıdışı zəruriliyi adı altında müzakirə etdikləri məsələ bu gün Qərbdə köklü ictimai prosesin mühüm tələblərinə çevrilmişdir. Bu elə bir prosesdir ki, Qərb cəmiyyətlərinin əvvəlkindən daha çox mənəvi və əxlaqi süqutuna müqavimət göstərməklə yanaşı, Qərbdə hakim olan əxlaqi nisbilik və səhlənkarlıqla müxalifətə başlamışdır.
    Qeyd olunmuş proses yolun başlanğıcı və özünü başlanğıc nöqtəsində yerləşdirsə də, çoxlu dəlillər ondan söhbət açır ki, dini-mənəvi həyatın yeniləşməsini Qərbin əksər vətəndaşlarına ərməğan etmişdir.
    Bu proses müasir dünyada hakim olan əxlaqa zidd və materialist siyasətlərə müxalifətdə dini-mənəvi dəyərlərin qüvvətləndirilməsini özünə peşə etmişdir.
    Başqa sözlə, ''Bu gün şahidi olduğumuz dini əsaslara tərəf yönəlmə, Qərb ölkələrində gündən-günə artan uşaqsalma və jinsi təlimlərlə müxaliflik yalnız siyasi müqavimət deyil, bu dünyanın tutduğu səhv yoldan nigaranlığın bəyan edilməsidir.''("Keyhan" qəzeti, 22/8/1372 )
    Son illər ərzində Qərbdə səmavi din və təlimlərə qarşı diqqətsizlikdən təəssüflənən və onun dağıdıcı nəticələrindən danışan dini həyatın yeniləşməsi tərəfdarlarının sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Getdikcə yeni əsrin bütlərinin və onların aldadıcı vədələrinin nəinki insanın arzularını həyata keçirməyə qadir olmaması, eləcə də onu məyusluq və ümidsizliyə düçar etməsi barədə hisslər daha da qüvvətlənir.''("Rey" nə؛riyyatı, 5/10/1373 və "Resalət" qəzeti, 28/9/1373. )
    Amerikanın İdarəetmə Universitetinin sosiologiya müəllimi Çarlz Noklis bu barədə demişdir: ''Keçən yarım il ərzində müxtəlif hadisə və dəyişikliklər baş vermişdir. Əcdadımızın bizə vacib və zəruri buyurduqları işi özümüzdən uzaqlaşdırdıq, din və ailənin əhəmiyyətinə göz yumduq və buna görə insanlar inanırlar ki, nələrisə itiriblər, amma nəyi itirdiklərini xatırlamırlar. Amma bir məsələ aydındır: İnsanların qəlbində böyük bir boşluq qalmışdır.''("Cümhuri-ye Eslami" qəzeti, 15/10/1372 )
    Amerika Birləşmiş Ştatlarının keçmiş təhsil naziri və çoxtirajlı ''Əxlaqi fəzilətlər'' kitabının müəllifi Vilyam Bint kitabın ''Dəyərlər'' bölməsində cəmiyyətlər dinsiz böhrana qərq olmuşlar fikrini bəyan edərək yazmışdır:
    ''Amerika əhalisinin 76%-i ölkədə ailə quruluşunun gələcəyindən narahatdırlar və bu 1960-cı illərin əxlaqa zidd və dinsizlik cərəyanının nəticəsidir ki, o zaman hər bir şeyi icazə verilmiş saydıq və bu laqeydsizliklər bizi əxlaqi tənəzzülə sürüklədi.''
    O, Amerika cəmiyyətində əxlaqi və dini dəyərlərin kənarlaşdırılmasından sonra yaranmış ictimai dəyişikliyin dərinliyinə işarə edərək yazmışdır:
    ''Böyük göydələnlərin tikilməsi, əla həyat və maddi rifah halının artırılması ilə məşğul olduq. Amma bunu bilmədik ki, yüz dollar üçün beş yaşlı uşağı qətlə yetirən, hamilə qadının qolbağını oğurlamaqdan ötrü onun qarnını yırtan qatillər tərbiyə edirik və ya televiziya filminə tamaşadan sonra intihara cəhd edən müəllim hazırlayırıq…''(Süsən Səfaverdi, "Qaranlıqda dirçəli؛", səh.70 və 71 )
    2 – Əxlaqi tənəzzül cərəyanına qarşı etirazların artması
    Qərb cəmiyyətlərində baş verən dəyişikliklər haqqında mövcud məlumatlar bu gerçəklikdən xəbər verir ki, son illər dini məfhumlar və mənəvi-əxlaqi dəyərlərin ləğv olunmasına qarşı etirazlar gündən-günə genişlənməkdədir.
    BBC Televiziyası Direktorları Şurasının sədri Kristofer Bland İngiltərə əhalisinin çoxunun BBC televiziyasının əxlaqa zidd proqramlarından şikayət etməsi və yorulması məsələsinə toxunaraq bildirmişdir ki, bu tənqidlər nəzərə alınaraq belə proqramların məhdudlaşdırılması və digər proqramlara nəzarət qərarına gəlinmişdir. O sonra açıqlamışdır: ''Şəxsən özü 229 şikayət məktubu almışdır.''(Belə ki, nə؛r olunmu؛ məlumatlara əsasən, avstraliyalı qadınların 49%-i bu ِlkənin qərbində yerlə؛ən Uber Stris əyalətində qadın və doğu؛ xəstəlikləri zəminində qadın həkiminə müraciət etmək niyyətindədir ("İran" qəzeti 26/8/1376) )
    Bununla bağlı başqa məlumatda oxuyuruq:
    ''Mövcud sənədlərə əsasən hazırda Almaniyada yüzlərlə cild kitab televiziya proqramlarına qarşı nəşr olunur və Frankfurtun kitab sərgisi tamamilə Almaniyanın televiziya proqramlarında əxlaqi tənəzzül əleyhinə etiraz tribunasına çevrilmişdir.''("Pəyam-e enqelab", №258, "Cümhuri-ye Eslami" agentliyi )
    Amerikada qeyri-özəl bir ailə cəmiyyətinin tərtib etdiyi elanı çap edən ''Reydrez Daycest'' nəşri də onların dilindən yazmışdır:
    ''Biz uzun illərdir ki, ailə dəyərlərinin təbliğini dayandıran, dini kənarlaşdırmaqla seks, şəhvət və kobudluqla dolu səhnələri onun yerinə qoyan kinematoqrafiya sənətinin rejissor və işçilərindən utandığımızı elan edirik.''("Cümhuri-ye Eslami" qəzeti, 26/8/1373, "Cümhuri-ye Eslami" agentliyi )
    Digər tərəfdən ''Qalup'' Sorğu-Məlumat Mərkəzi tərəfindən aparılmış sorğulara əsasən, ''Amerika vətəndaşlarının əksəriyyəti ölkədə istehsal olunmuş filmlərin millətin əxlaqi dəyər və əsaslarına cavab vermədiyinə inanır.''("Cümhuri-ye Eslami" qəzeti, 6/4/1377, "Cümhuri-ye Eslami" agentliyi "Cümhuri-ye Eslami" qəzeti, 26/8/1373, "Cümhuri-ye Eslami" agentliyii 18/1/1375 "Cümhuri-ye Eslami" qəzeti, 26/8/1373, "Cümhuri-ye Eslami" agentliyi, 18/1/1375 )
    3 – Kilsə əxlaqın müdafiəsinə qalxır
    Qərb əhalisinin mənəvi və əxlaqi dəyərlərindəki faciənin əleyhinə etirazların artması ilə yanaşı, şəxsiyyətlər və müxtəlif təşkilatlar da açıq-aşkar xalqın müqəddəratı və mədəni siyasətin müəyyənləşdirilməsində dindarların, kilsə və din rəhbərlərinin məsələyə qarışmasının zəruriliyi mövzusunda müzakirəyə başlamışlar.
    95 yaşlı məşhur alman filosofu Hans Quyq Qadamr Qərb mədəniyyəti sahəsində ailə quruluşunun məhvi və tənəzzülü məsələsinə toxunaraq bildirmişdir ki, ateizm və laqeydsizlik bəşəriyyətin bir növ xəstəliyi və tənəzzül nişanəsidir.
    O demişdir: ''Dindar və xristian Avropasının qarşısında böyük bir vəzifə vardır və bu da cəmiyyətin əsas nüvəsinə [ailəyə] əhəmiyyət və heysiyyəti qaytarmaqdır.''("Ettelaat" qəzetinə əlavə, 4/6/1375 )
    Belə ki, Avstriyanın ''Furxe'' nəşrinin baş redaktoru Hubert Fuyxterbar da Avropa Birliyini mənəvi dəyərlərə diqqətsizlikdə ittiham edərək yazmışdır: ''Avropa Birliyinin mərkəzi olan Brüsseldə bu dəyərlər məhv edilmişdir, buna görə də kilsələr milli səviyyədə bu mühüm işlərlə məşğul olmalıdırlar.''("Səlam" qəzeti, 28/8/1376, "Cümhuri-ye Eslami" agentliyi )
    4 – Qərbdə dini rəhbərlərin tövsiyələrinin artması
    Qərbdə ilahi dinlərin əxlaqi və mənəvi təlimləri ilə ictimai həmrəyliyin artması sayəsində bu gün kilsə rəhbərləri də daha aşkar şəkildə cəmiyyətlərin əxlaqi parçalanma və bayağılığından söz açaraq, dini inamlara yenidən qayıdışın zəruriliyindən danışırlar.
    Kilsə rəhbərləri indi bu fikri açıqlayırlar ki, ''Qərb dünyası bütün ali insani dəyərləri itirən kapitalist və ya ifratçı-istehlakçı liberal bir quruluşdur.(Seyyid Hüseyn Nəsr, Müsəlman və müasir dünya, Murtəza Əsədinin tərcüməsi, səh.340 "Sübh" nə؛riyyatı, №63, 1375-ci ilin aban ayı, Amerikanın "Reydres Daycest" qəzetindən. Qeyri-qanuni əlaqələrin nəticələrinin daha çox ara؛dırılması üçün bax: Həmin kitab, ''Qərbdə ailə qurulu؛unun dağılması'' bِlməsi )
    Onlar bildirirlər ki, ''yeganə nicat yolu Allahı seçmək, Onunla bir olmaq və Ona etimaddır.(Həmin yerdə, №63, 1375-ci ilin aban ayı, Amerikanın "Reydres Daycest" qəzetindən)
    Almaniyanın Köln kilsəsinin baş yepiskopu Yuvaxim Maynser məşhur Dom kilsəsinin tikilməsinin yeddi yüz əllinci ildönümü mərasimindəki çıxışında ölkədəki əxlaqi bayağılığa, evlənmə hallarının və doğumun azalmasına toxunaraq demişdir:
    ''Almaniya əhalisi İsa Məsihə inamı itirmişdir və bu imansızlığın nəticəsində ölkədə tabutların sayı beşik və uşaq arabalarının sayından xeyli artmışdır.''("Keyhan-e həvayi", ''Qərbdə insan cəhənnəmin yeddinci qatına kimi süqut etdi'' məqaləsi, 28/9/1370. )
    İngiltərə kilsəsinin baş yepiskopu doktor Corc Keri də İngiltərə əhalisinin xüsusi və ictimai həyatında əxlaqi tənəzzül haqqında xəbərdarlıq etməklə yanaşı, əhalinin ilahi təlimlərə qayıdışı və ölkənin təhsil sisteminin dini təlimlərə diqqətinin vacibliyini vurğulamışdır.'(Seyyid Əli Əsğər Kazimi, Müasir cəmiyyətin bِhranı, İslam mədəniyyətini yayma idarəsi, 1377, səh.165.)
    5 – Əxlaqi bayağılıq əleyhinə aşkar mövqelərin kəskinləşməsi
    Qərbdə dini və mənəvi tələblərin artması sayəsində xristian rəhbərlərin dövlət xadimlərinin əxlaqa zidd siyasəti ilə bağlı aşkar mövqeləri və onların siyasətə qarışması istiqamətində hiss olunan dəyişikliklər baş verdi. Bu baxımdan Amerikada xristianlığın ən böyük göstəricisi olan Sadtren Babist firqə konvensiyasını qeyd etmək olar ki, 35 il keçəndən sonra ilk dəfə olaraq illik konfransının son qətnaməsində ''mənəviyyat və əxlaqın əhəmiyyətini qeyd edərək əri ailənin başçısı elan etdi və qadınlara da öz ərlərinə daha çox tabe olmağı xatırlatdı.''
    Bu qətnamədə Amerika siyasətçilərinin əxlaq pozğunluqları qeyd edilərək onlardan şəxsi həyatlarında və dövlət vəzifələrində əxlaq normalarına riayət olunması xahiş edilmişdir. Bildirilmişdir ki, dövlət adamlarının günahı insanların vicdanını korlayır, əxlaq normalarını başlı-başına buraxır və cəmiyyətdə qanunsuzluğu daha da genişləndirərək, Allah-Təalanın qəzəbinə də səbəb olur.''(Doktor Mariya Dulder, fransalı yeni müsəlman, "Hüzur" jurnalı, №15 1375-ci ilin, baharı )
    Həmin toplantıda maraqlı məsələlərdən biri də bu idi ki, Amerika yazıçısı, informasiya vasitələrinin şərhçisi və Ailəni Mərkəzləşdirmə Təşkilatının təsisçisi və sədri Ceymz Dobson konfrans iştirakçılarına xitabən demişdir:
    ''Biz kilsələr həddindən artıq siyasi olmamalıdır təfəkkür tərzinin arxasında gizlənmişik! Əgər kilsə müdafiəsiz zəifləri və dünyaya gəlməmiş körpələri, fəzilət və dini mədəniyyəti himayə məqsədi ilə qiyam etməsə kim onun yerini tutmalıdır!'(Fatimə ھmit, almaniyalı yeni müsəlman, Süsən Səfaverdinin ''Qaranlıqda dirçəli؛'' kitabından səh.24 )
    Dünya katoliklərinin rəhbəri də Amerika Birləşmiş Ştatlarının siyasi səhnəsində öz ardıcıllarının daha çox hərəkəti zəruriliyini bəyan etməklə bildirmişdir: ''Amerika katoliklərinin vəzifəsi bu ölkənin siyasi və ümumi həyatına müdaxilə etmək və uşaqsalma qanunlarını dəyişdirməkdir. Birləşmiş Millətlər Təşkilatında da fövqəlqüdrət haqqı yerinə əxlaq hüquqları hakim olmalıdır.''(Doktor Mahmud Qolzari, Namaz və tərbiyə (məruzələr məcmuəsi), səh.75 )
    Dini tələblərin müzakirəsi və din rəhbərlərinin Qərb ölkələrinin mədəniyyət siyasətləri ilə artan müxalifəti o qədər aşkar xarakter daşımışdır ki, İtaliyada çap olunan ''Esperso'' jurnalı ''Amerika ayətullahları'' adlı məqaləsində Amerikada dini-mənəvi icmalardan biri haqqında məlumatında yazmışdır:
    ''Amerikada Ayətullah xüsusiyyətlərinə malik olan bir şəxs vardır, amma müsəlmanlardan deyil, xristiandır! Keşiş Papa Robertson bu əqidədədir ki, siyasət İncilə tabe olmalıdır.'' Bu jurnal yuxarıdakı xəbəri açıqlayarkən əlavə etmişdir:
    ''Vaşinqton şəhərində onlarca iyirmi yaşdan aşağı oğlan və qızlar ''Xristian dözümü hərəkatı'' bayrağı altında Mall parkında toplaşırlar və üzərlərində ''həqiqi eşqi gözləyir'' plakatlarını daşıyaraq hamı ilə birlikdə and içərək deyirlər:
    ''Allahım, ailəm, gələcək həyat yoldaşım, gələcək övladlarımın, qohumlarımın gözü qarşısında söz verirəm ki, ailə qurana kimi cinsi cəhətdən pak qalacağam.''
    ''Ailə islahatı'' (famil reform) adlanan Xristian Fundamentalist Təşkilatı Amerika Birləşmiş Ştatlarında qəbul olunan bütün qərarlarla bağlı öz fikirlərini bildirirlər.
    Jurnal sonda əlavə etmişdir:
    ''Fundamentalistlərin sözü budur ki, əgər biz İncilin dediyi vəziyyətə qayıtsaq, problemlərimizin yarısı həll olunar.''(Vilson və əməkda؛lar, Mamalıq və qadınların xəstəlikləri, Dariyu؛ Kaziminin tərcüməsi, səh.95 )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 694 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024