İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:13 AM
    QƏRBDƏ ƏXLAQİ TƏNƏZZÜLÜN NƏTİCƏLƏRİ
    Qərbdə əxlaqi-mənəvi tənəzzülün səbəbləri ilə bağlı məsələnin araşdırılması liberalizmin başlı-başına buraxılmış azadlıqlar və əxlaqi nisbiliyin yayılması ilə müasir bəşəriyyətə vurduğu böyük faciənin dərkinə kömək edə bilər. Qərbdə həddindən artıq nəşələnməyin tövsiyəsi və Qərb mədəniyyətinin eşq məfhumunu dərk etməsinin xeyli azalması ilə bəşəriyyətin ehtiram etdiyi dəyərlər və adətlər sürətlə etibarsızlaşmış, kədərləndirici və narahatedici bir şərait yaratmışdır.
    Bu gün Qərbdə nikahdan kənar və hətta nikah çərçivəsi ilə bağlı olmayan cinsi əlaqələrə meyl və həmcinsbazlığın müxtəlif formaları gündən-günə daha da artır və son nəslin nümayəndələri arasında bu çox genişlənmişdir. Həqiqətdə indi təkcə aqnostiklər deyil, həm də dindarlıq iddiasında olan şəxslər də hər gün əvvəlkindən daha çox ənənəvi cinsi əxlaq məsələsində tərəddüd edirlər. Yalnız keçən onillikdə QİÇS kimi xəstəliklərdən qorxu cavanların həyatında üstünlük təşkil edən və yeniyetməlik yaşlarında hamiləlik hallarının çoxalmasına səbəb olan özbaşına cinsi münasibətlərin hüdudlarını məhdudlaşdıra bilmişdir.("Sübh" jurnalı, №80, 1377-ci ilin fərvərdin ayı )
    Əxlaqi bayağılıq, seks, azğınlıq, hədsiz nəşələnməyi dəlicəsinə himayə cərəyanı Qərbdə çoxlu ictimai qeyri-bərabərliklər yaratmışdır ki, onlardan bəzisini nümunə kimi diqqətinizə çatdırırıq.
    Qeyri-qanuni əlaqələrin genişlənməsi
    İndi müasir dünyada və ona tabe olan cəmiyyətlərdə qızlar, oğlanlar, kişilər və qadınların qeyri-qanuni əlaqələri nəinki qəbahətli bir iş sayılmır, çox hallarda müxalif cinslə qeyri-qanuni əlaqələrin olmaması məzəmmət olunan bir iş kimi qəbul edilir. Bu bədbəxt hadisənin dəhşətli nəticələri Qərb cəmiyyətlərini böyük bir böhranla üzləşdirmişdir. Təkcə bir yazıda olan məlumata əsasən, hər il üç yüz əlli min amerikalı yeniyetmə qız məktəb illərində - 15-19 yaşlarında qanunsuz cinsi əlaqələri səbəbindən qeyri-qanuni övladları dünyaya gətirirlər və bu statistik hesablama son onilliklərdə ilbəil artmaqdadır.("Keyhan" qəzeti, 12/6/1375, Almaniyanın Uznaberk ؛əhərində çap olunan ''Sayntuq'' qəzetindən)
    Amerikanın ''Reydres Daycest'' qəzeti qeyri-qanuni cinsi əlaqələrin bədbəxt nəticələrini açıqlayarkən yuxarıdakı məlumata əsasən həmin qızların birinin dilindən yazmışdır:
    ''Kaş zaman geri qayıdardı! Kaş valideynlərimin yanında ailəmizin bir üzvü olardım! Kaş qeyri-qanuni cinsi əlaqə üçün şərait yarananda bir az gələcək həyatımı düşünərdim və bu cür son həddə gəlib çatmazdım.''
    Bu qəzet sonra əlavə etmişdir:
    ''Qüssə və peşmançılıq, günah və cinayət, ailənin dağılması, acizlik və gücsüzlük, habelə belə dəhşətli burulğana düşən cavanları qarşıda çətin və kədərli gələcək gözləyir. Onlar həyat gerçəklikləri ilə çətinliklə olsa da uyğunlaşmalı və özlərini zamanın müsibət və çətinliklər dalğası qarşısında hazırlamalıdırlar. Bəs görəsən müqəssir kimdir?''("Keyhan" qəzeti, 12/6/1375, Almaniyanın Uznaberk ؛əhərində çap olunan ''Sayntuq'' qəzetindən )
    Qərb ölkələrində qeyri-qanuni cinsi əlaqələr və fahişəliyin çirkin təzahürünü təşkil edənlər iffət və həya hədlərini keçərək bu gün öz təşkilatçılıq və qanuni tələblərinin iddiasına üz tutmuşlar!
    Almaniyanın ''Şpiqel'' jurnalı 90-cı onillikdə öz saylarından birində Avropada fahişəxanaların fəaliyyəti haqqında xüsusi məlumatında yazmışdır:
    ''Belçikada 150 fahişənin və bu peşənin alveri ilə məşğul olanların iştirakı ilə dünya fahişələrinin ikinci konqresi təşkil olundu. Üç gün müddətində davam edən konqresdə iştirakçılar bu çirkin əməlin qanuniləşdirilməsinə israr etdilər!''(U؛aqlara qar؛ı cinsi sapınmaya mübtəla olan fərdlər, ''pedo'' u؛aq və ''philes'' sevmək mənasındadır və u؛aqlardan cinsi sui-istifadəyə aid edilir. )
    Bəşəriyyətin şərafət, hürriyyət və hörmətini qoruyan Qərb iddiaçıları insanın nəfsani istəklərini yozmaqla, habelə pozğunluq və fahişəlik bazarını rövnəqləndirməklə müasir əsrin mütilik təzahürünə imza atdılar.
    1996-cı ilin dekabrında BMT-nin Santo-Dominqoda təşkil olunmuş beynəlxalq konfransında zəngin ölkələrdə avaralığın yayılması məsələsi araşdırılmış və bildirilmişdir: Kasıb ölkələrin qadınları daha zəngin ölkələrə gedir və orada qul olmağa məcbur olurlar. Həmin tovlanmış və aldadılmış qadınlar daha yaxşı və qanuni iş, gəlir əldə etmək ümidilə belə bir taleyi yaşamalı olurlar.
    Qeyd olunmuş konfrans bunu demokratiya və azadlıq əsrində qul olma və ''insan qaçaqçılığı'' adlandırmışdır və bu qeyri-insani, pozğunluq və xəstəlik törədən bir əməldir.("Süru؛" jurnalı, №601, səh.18, Fransa mətbuatından gِtürülüb )
    Qərb mədəniyyətində qadınların üstün cəhətlərinin və onların təbiətlərinin əksinə olaraq fəaliyyət göstərilir və bu baxımdan qadınlar təbliğat xatirinə onlardan istifadə olunmasından çox narahatdırlar.
    Qərb qadınları onlardan hər bir şeyin satılması üçün istifadə olunduğuna görə xəcalət çəkirlər.''("Cəvanan" jurnalı, 23/6/1366 )
    Buna görə də qadınların çoxu bu fikirdədir ki, ''Qərb cəmiyyətlərində qadın ucuz mal olduğu üçün bir əldən başqa ələ ötürülür!''("Keyhan" qəzeti, 30/7/1375, "Rِyter" agentliyindən gِtürülüb Doktor Əbülfəzl Dərvije, "QİاS və Qərbdə əxlaq bِhranının kِkünün tapılması", səh.21, 45 və 46 )
    Qadınların gündən-günə artan təhlükəli vəziyyəti
    Qərbin mütərəqqi ölkələrində kobud təcavüz məsələsi o qədər artmışdır ki, psixoloq xanımlardan biri aparılmış hesablamalara görə ''Siyasi psixologiya'' adlı jurnalda bildirmişdir: ''Kanadalı və amerikalı tələbələrdən soruşmuşdular: Siz hansı şəraitdə kobud təcavüzə hazırsınız? Kanadalı tələbələrin 60%-i demişdilər: Polisin əlindən qaçdığımız zaman hazırıq. O sonra soruşmuşdu: Siz Allah, indi deyin görüm, belə bir şəraitdə və cəmiyyətdə – gənc qadınların 60%-nin kobud təcavüzü gözlədikləri bir vaxtda qadınlar nə qədər ictimai təhlükəsizliyə malikdirlər?''(Camalut-Tahir, ''Kanadada müsəlman'', Vasili və İbrahimin tərcüməsi, "İslam və Qərb" jurnalı, Xarici i؛lər nazirliyinin tədqiqat idarəsi, 1377-ci ilin mehr və aban ayları. )
    Artıq belə bir şərait yaranmışdır ki, mötəbər statistikaya əsasən, Amerika Birləşmiş Ştatlarında hər iki qadından biri yaşadığı müddətdə alkoqol və narkotik maddələr məsrəf edən qrupların təcavüz və hədələrinə məruz qalmışdır.(Camalut-Tahir, ''Kanadada müsəlman'', Vasili və İbrahimin tərcüməsi, "İslam və Qərb" jurnalı, Xarici i؛lər nazirliyinin tədqiqat idarəsi, 1377-ci ilin mehr və aban ayları. )
    Bu vəziyyətdə ildə dörd yüz mindən çox iyirmi yaşdan aşağı qadında uşaqsalma halı baş verir ki, əksəriyyəti Amerikanın evlənməyən qızlarıdır və bu qızların 70%-i kobud, avara adamların və ya qrupların cinsi həmlələrini sınamalı olurlar.''("Keyhan" qəzeti, 23/8/1378, "Cümhuri-ye Eslami" agentliyindən )
    Toni Bleyer hökumətində (İngiltərə) qadın məsələləri üzrə nazir Barons Li ingilis qadınlarını şiddətli təhlükəyə salan və gündən-günə artan təhlükəsizliyə toxunaraq bildirmişdir ki, il ərzində Uels və İngiltərənin Şotlandiyadan ayrı mərkəzi bölgəsində yaşayan üç yüz mindən çox qadın cinsi zorakılığa məruz qalır.'' Nazirin dediyinə görə, qadınların çoxu küçələrdə həmlə və təcavüzə məruz qalma qorxusundan evdən bayıra çıxmaq istəmirlər.''
    Yuxarıdakı xəbəri dərc edən ''Tayms London'' qəzetinin məlumatına əsasən, qadın məsələləri üzrə nazirin təqdim etdiyi məlumatı rəsmi statistika ilə müqayisə etdikdə rəsmi statistikada hücuma məruz qalan qadınların sayı 25300 (iyirmi beş min üç yüz) nəfər hesablanmışdır.("Keyhan" qəzeti, 23/8/1378, "Cümhuri-ye Eslami" agentliyindən )
    Eyni zamanda iki universitet tədqiqatçısı geniş bir araşdırmanın nəticələrini nəşr etməklə bildirmişlər: ''Kişilərin qadınlara qarşı zorakılığına səbəb olan ən mühüm amillərdən biri Qərb qadınlarının xüsusi geyim formasıdır''(Seyyid Hüseyn Nəsr. Müsəlman və müasir dünya, səh.239 )ki, bu da Qərb cəmiyyətlərindəki hədsiz azadlıqların nəticəsidir.
    Hər halda bu bir həqiqətdir ki, Qərb qadınlarının ilkin hüquqları Qərbin apardığı təbliğatın əksinə olaraq aradan getmişdir. Bu aydındır ki, Qərb mədəniyyətində əxlaqi nisbilik və insanın özünə arxalandığı nailiyyətlərin sayəsində Qərbdə qadınların heç bir təhlükəsizliyi yoxdur. Statistikaya görə Amerika qadınlarının 42%-i həmkarlarının narahatlığına səbəb olmuşlar, onların çoxu da işi itirmək qorxusundan gerçəkliyi demirlər.(Seyyid Hüseyn Nəsr. Müsəlman və müasir dünya, səh.239 ) Almaniyada isə işləyən qadınların 72%-dən çoxu cinsi zorakılığa məruz qalırlar.(Seyyid Əli Əsğər Kazimi, Müasir cəmiyyətin bِhranı, səh.165 )
    Uşaqlardan geniş sui-istifadə
    Qərbin başlı-başına buraxılmış və heyvani təbiətlərinin doymayan iştahasının artması, vaxtilə bəşəriyyətin ağlına gətirə bilmədiyi qeyri-qanuni əlaqə rüsvayçılığı, uşaqlara cinsi əziyyət verilməsi və ailə ocağının dağılması kimi ləkələr müasir əsr insanının taleyinə yazılmışdır.
    İranın görkəmli psixoloqu yuxarıdakı gerçəkliyin bəzi məqamlarını açıqlayarkən bu fikri bəyan etmişdir: ''Qərblilər sapınmalar məsələsində həqiqətən də çıxılmaz vəziyyətlə üzləşmişlər və orada bu məsələnin onlar üçün adi olduğunu demək lazım deyil. O, Qərbdə insaniyyətin tənəzzülə uğramasının bariz dəlilləri və digər əxlaqi faciələrə toxunaraq demişdir:
    ''Son illərdə uşaqlara əziyyət verilməsi və onlardan sui-istifadə məsələsi çox ciddi bir mövzuya çevrilmişdir. Keçən il Kanadanın Mekgil Universitetinə getmişdim. Yalnız 1990-cı ildə orada uşaqlardan sui-istifadə haqqında 30-dan çox kitab nəşr olunmuşdu. Sui-istifadəçilərin çoxunun da əsasən tanışlar və ailə üzvlərindən olduğu qeyd olunmuşdur''(Seyyid Əli Əsğər Kazimi, Müasir cəmiyyətin bِhranı, səh.165 )
    Bu gün Qərb cəmiyyətlərinin vətəndaşları ciddi şəkildə uşaqlardan cinsi sui-istifadənin təəssüfləndirici hadisəsi ilə (hətta öz qohumları tərəfindən) üzləşmişlər.
    Məlumata əsasən, İtaliyada keçirilən cinsi işlər üzrə həkimlərin Avropa konqresində bildirilmişdir: Fransa qızlarının qohumları və yaxınları ilə cinsi münasibətləri mürəkkəb məsələyə çevrilir və tədricən belə halların sayı artmaqdadır. Atalarının cinsi zorakılığının qurbanı olan qızlar isə 32%-i, yəni yoxlanmış qızların əksər hissəsini təşkil edirlər.''(İslamda qadın hüququ sistemi, səh.36, 37 )
    ''ABŞ-da təqdim olunmuş statistik məlumata əsasən, bir milyon yeniyetmə həddi-büluğa çatanda evdən qaçırlar ki, qızların 2/3-nin evdən qaçma səbəbi ailə mühitində cinsi əziyyətlərdən qurtuluşdur.''(Keyhan-e fərhəngi"yə müsahibəsində, 1373-cü ilin mordad ayı, səh.7 )
    Almaniya televiziya kanalının məlumatına əsasən, öz ailələrində zorakılığa məruz qalan uşaqların dəhşətli vəziyyətinə kömək üçün təşkil olunmuş ikigünlük seminarda bildirilmişdir ki, ildə üç yüz min qız və oğlan uşağı ataları, yaxud digər kişi qohumları tərəfindən zorakılığa məruz qalırlar.''("Səf" jurnalı, 1375-ci ilin ؛əhrivər ayı, №196 )
    Həmçinin Avstriyanın Linz şəhərində ailə problemlərinin araşdırılması ilə bağlı keçirilmiş toplantıya təqdim olunmuş hesablamalara görə bildirilmişdir: ''İldə üç yüz min avstriyalı qadın və qız öz yaxın ailə üzvlərinin zorakılığına məruz qalırlar. Avstriya ailə məsələləri üzrə nazirliyin hüquq şöbəsinin müdiri və ailələri himayə qrupunun fəallarından biri Henrine xanım Taber demişdir: ''Bu ölkədə ildə 10-20 min uşaq kobudluq və sui-istifadənin qurbanı olurlar.
    Avstriyanın 16 yaşdan aşağı qız uşaqlarının 1/4-i və oğlan uşaqlarının 1/8-i zorakılıq və cinsi sui-istifadəyə məruz qalırlar.''("Cümhuri-ye Eslami" qəzeti, 14/12/1372 "Cümhuri-ye Eslami" agentliyi )
    Həmçinin Avstriyanın ədliyyə naziri Nikolas Meyxok bildirmişdir ki, son bir neçə il ərzində uşaqlardan cinsi sui-istifadə ilə bağlı şikayətlər iki dəfə artmışdır və kiçik yaşlı qızların 1/4-i cinsi sui-istifadəyə məruz qalırlar.
    O sonra açıqlamışdır: ''Cinsi cinayətlərin qurbanı olan uşaqların sayı ildə 25 min nəfərə yüksəlir.''(Sübh" jurnalı, №80, 1377-ci ilin fərvərdin ayı, Almaniyanın "Zud Deviçe Saytunq" qəzetindən )
    Qərb turistlərinin pis məqsədlərlə səfəri
    Qeyd olunan rüsvayçılıq prosesi o qədər genişlənmişdir ki, uşaqları himayə cəmiyyətinin üzvlərindən biri Krista Dameron bununla bağlı mövcud nigarançılıqları açıqlayaraq bildirmişdir:
    ''Cəmiyyət alman turistlərinin uşaqlardan cinsi sui-istifadəsi işinin qarşısını almaq üçün Almaniya hökumətindən ciddi mübarizə aparılmasını tələb etmişdir.''("Keyhan" qəzeti, 16/4/1379 ) Cəmiyyətin verdiyi məlumata əsasən, ''ildə iki yüz – dörd yüz alman turisti uşaqlardan cinsi sui-istifadə məqsədilə başqa ölkələrə yollanırlar!''("Keyhan" qəzeti, 16/4/1379 )
    Sivilizasiyalı Avropada uşaqların bərabərhüquqlu mübadiləsi
    Bu barədə olan başqa bir məlumatda isə oxuyuruq ki, Avropanın mərkəzində yerləşən Fransanın Moluz şəhərinin müfəttişlərinin rəhbəri Jermen Sanzelmen jurnalistlərin suallarını cavablandırarkən Fransa və Avropada uşaqlardan cinsi sui-istifadə məsələlərinə toxunaraq demişdir: ''Qərbi Avropada 1-3 milyon pedofil (pedophiles)("Qüds" qəzeti, 15/5/1377 ) mövcuddur ki, əsasən cəmiyyətin çox yüksək təbəqələrindəndirlər!''
    O sonra əlavə etmişdir ki, Avropa vətəndaşlarının bir qrupu öz övladları və yaxınlarından sui-istifadə edirlər. Əlbəttə, uşaqların bərabərhüquqlu mübadiləsi də mövcuddur. Valideynlər övladlarını cinsi sui-istifadələr üçün mübadilə edirlər. Bu mübadilə daha çox ev kompüter terminalları şəbəkəsi vasitəsilə təşkil olunur.
    O bu fikri də vurğulamışdır ki, ''indi italiyalı bir müfəttiş Roma ilə Brüssel arasında uşaqların qaçaqçılığı sahəsində tədqiqat aparır. Bu araşdırmada elə məsələlər aydınlaşır ki, inkişaf etmiş sənaye ölkələrində əxlaqi tənəzzülün genişliyi və faciənin dərinliyi burada büsbütün öz əksini tapmışdır.
    ''Uşaqlarla münasibətdə cinsi sapınmalardan pərdəni götürmək çox çətin bir işdir. Çünki aidiyyəti olan fərdlərin əksəriyyəti yüksək ictimai təbəqələrdən, habelə iqtisadi və siyasi təşkilat rəhbərlərindəndir.''
    Onlar tam gizli şəraitdə bu işə əl atırlar. Onların arasında sənaye müəssisələri sahiblərini, cərrahları, siyasətçiləri, redaktorları, həkimləri, polisləri, hakimləri, orta məktəb müəllimlərini, universitet müəllimlərini və hətta keşişləri də görmək olar.''
    O açıqlamışdır: ''Belə qapalı mühitdə tədqiqat aparmaq üçün böyük çətinliklərimiz vardır və ona görə də daha az nəticə əldə edirik.''(Keyhan" qəzeti, 8/9/1378 )
    Belçika: bir xarvar yumruq. Uşaqlardan geniş şəkildə cinsi sui-istifadə və aldatma şəbəkələrinin təşkili, Qərb ölkələrində onlardan cinsi faydalanma və bu kobudluqlarda siyasi və təhlükəsizlik xidmətində çalışan şəxsiyyətlərin izləri böyük ictimai həssaslıqlara səbəb olmuşdur.
    ''Təxminən 1988-ci ildə Belçika mətbuatı ölkədə kiçikyaşlı uşaqları aldatma şəbəkələrinin aşkar edilməsi və əsasən 12 yaşdan aşağı oğlan uşaqlarından cinsi əlaqə məqsədilə istifadə olunmasına dair xəbər çap olunmuşdur. Xəbərdən məlum olur ki, uşaqlar öz valideynləri tərəfindən bu şəbəkələrə satılmışdılar!''
    Belçika mətbuatının yazdığına görə, bu xəbərlərdən sonra altı-səkkiz aylıq bir qız uşağına öz ailəsinin kişiləri tərəfindən zorakılıq edilməsi barədə yayılan məlumat bu barədə nəşr olunan ən dəhşətli xəbər idi.
    Qeyd olunmuş şəbəkələrin yoxlanılması zamanı əksəriyyəti oğlan olan on yaşından aşağı uşaqların minlərlə lüt şəkilləri müfəttişlərin əlinə keçmişdir.
    Məsələ o zaman daha da kəskinləşir ki, bu qovluqlarda Belçika ölkəsinin hüquq və təhlükəsizlik xidməti məsullarının izləri aşkarlanır.
    İctimai işlər və cinsi cinayətlər məsələləri üzrə mütəxəssislər əmindirlər ki, kiçikyaşlı uşaqları aldatma şəbəkəsinin Belçikadan başqa, Hollandiya, İsveçrə və İngiltərədə də şöbələri vardır.''("Keyhan" qəzeti, 20/4/1373 )
    Yuxarıdakı məlumatların ictimaiyyətə çatdırılmasından bir-neçə il sonra başqa xəbərlər də yayılmışdı ki, burada bir tərəfdən Qərb cəmiyyətlərində, xüsusilə Belçikada qeyd olunmuş kobudluqların sürətli inkişafı prosesinin davam etməsindən bəhs olunmuş, digər tərəfdən bu ölkələrin hakim təbəqələrinin bəzisinə əxlaqi bayağılıq və pozğunluq damğası vurulmuş və onların belə artan problemlərin həllində acizliyi göstərilmişdir.
    ''Röyter'' agentliyinin məlumatına əsasən, 1997-ci ildə yüz minlərlə belçikalı və qonşu ölkələrdən onların dərdlərinə şərik olanlar bu ölkənin ən böyük tarixi yürüşünü keçirdilər. Bu yürüşün keçirilməsində məqsəd Belçikada uşaqların girov götürülməsi, qətli və təcavüzü hadisəsindən sonra, xüsusilə, Belçika məhkəmə və dövlət orqanlarının yeniyetmələrdən cinsi sui-istifadə məsələsinə yanaşma üsuluna ümidsizliyin ifadə edilməsi və bir-neçə yeniyetmə qız uşağının öldürülməsidir.''(Həmin yerdə, 10/3/1371, "Cümhuri-ye Eslami" agentliyi )
    Qərbdə cinsi dəlilik. İngilis həkimi Patrik Dikson da özünün ''The trutn about aids'' adlı yeni kitabında Qərbdə uşaqlardan cinsi sui-istifadə hallarına toxunaraq Qərb dünyasının cari əxlaqi bayağılığından nümunələri təqdim etmişdir:
    ''...Nyu-York şəhərində xüsusi psixoloji klinika təsis edən və orada yüz uşağı nəzarətdə saxlayan bir şəxs həmin uşaqlara zorakılıqda ittiham olunandan sonra İsrailə qaçmışdır. Təəssüf ki, həmin uşaqların 1/3-i QİÇS-ə tutulmuşdur.''
    O, ''London şəhərində uşaqların fahişəliyi böyük bir narahatçılıqdır'' fikrini açıqlayaraq demişdir:
    ''Bir professor son zamanlar Londonun tədris xəstəxanasında gizlin şəkildə uşaqların bayağı təsvirləri və jurnallarının hazırlanması ticarəti ilə məşğul olduğundan istefa vermişdir.''
    Doktor Dikson daha sonra bu kitabda açıqlamışdır:
    ''Təəssüflər olsun ki, Qərbdə uşaqlara dəlicəsinə cinsi zorakılıq artmaqdadır. İnam və əxlaqi əsasların məhvi və əxlaqi pozğunluqların genişlənməsi nəticəsində uşaqların çoxu öz yaxınları tərəfindən zorakılığa məruz qalırlar və məhvə doğru sürüklənirlər.''("Sübh" nə؛riyyatı, 1376-cı ilin tir ayı, "Va؛inqton Tayms"dan gِtürülüb, Xarici mətbuat idarəsinin tərcüməsi )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 681 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024