İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:03 AM
    İngilis aristokratiyası arasında islamçılıq
    BBC radiosu "İndipendent"dən (London çapı) götürdüyü məlumatda İngiltərə cəmiyyətində inkişafda olan islamçılıq prosesini araşdırmışdır. Bu radionun şərhçisi demişdir:
    "İngiltərə vətəndaşlarının İslama marağı diqqətəlayiq bir hadisədir və son illərdə aristokratlar arasında onun yayılması daha da sürətlənmişdir. Belə ki, indi bu təbəqənin ən məşhur üzvlərindən bəzisinin övladları İslam dinini qəbul edənlər zümrəsindəndirlər."
    BBC radiosunun şərhçisi demişdir:
    "BBC teleradiosunun direktoru Con Brentin oğlu Yəhya Brent, İraqa qeyri-qanuni silah satışını tədqiq edən Skot komissiyasının rəhbəri Qazi Skotun oğlu və qızı, habelə İngiltərə cəmiyyətinin digər ictimai-iqtisadi rəhbərlərinin övladları belə şəxslərdəndir."
    Bu şərhçi demişdir:
    "Diqqətəlayiq məsələ budur ki, İslamı qəbul edənlərin hamısı yüksək təhsil dərəcələrinə malikdirlər. Onlar fərdi ictimai nüfuza və mövqeyə malik olduqlarından İslamı qəbul etmələri insanlar arasında layiqli təsirə malikdir."("İran qəzeti", 7/5/1375 )
    Müsəlmanların məscidlərə üz tutması və xristianların kilsədən uzaqlaşması
    "Sandi tayms" qəzeti (İngiltərə çapı) də İngiltərə cəmiyyətində islamçılıq hadisəsini başqa baxımdan şərh edərək bu ölkədə xristianlıq dininə münasibətdə və kilsələrdə hakim olan durğunluğa işarə edib yazmışdır:
    "1371-1373-cü illər (şəmsi) arasında il ərzində məscidə gedən müsəlmanların sayı 32000 nəfər artıb. Halbuki hər il kilsəyə gedən xristianlar 12000 nəfər azalıblar."("Cümhuri-ye Eslami" qəzeti, 27/10/1377 )
    İngiltərədə sakin olan müsəlmanların və müsəlmanlığı yenicə qəbul edənlərin sayının artmasına baxmayaraq, bu ölkənin din xadimləri kilsələrdə iştirak edən xristianların ənənəvi səylərinin azalmasından narahat olduqlarını bildirmişlər.
    Başqa bir məlumatda isə "Sandey teleqraf" qəzetinin bu sahədə apardığı tədqiqatların nəticələri (37000 ingilis kilsəsi və bu kilsələrə müraciət edən adamlar haqqında) qeyd olunaraq yazılmışdır:
    "Statistik hesablamalara əsasən, hazırda bazar günü müntəzəm surətdə kilsəyə gedən adamların sayı bütün İngiltərə cəmiyyətinin 8%-ni təşkil edir, yəni üç milyon dörd yüz on dörd min yeddi yüz nəfərdən çox deyil. Din xadimləri narahatdırlar ki, bu rəqəm 2020-ci ilə kimi 2%-ə çatacaq."
    "Sandey teleqraf" sonra əlavə etmişdir ki, ardıcıl şəkildə kilsəyə gedən 15 yaşdan aşağı yeniyetmələrin sayı 10 il əvvəl bütün dindar xristianların 25%-ni təşkil edirdi. Bu gün yalnız 19%-dir və statistika göstərir ki, 20-30 yaş arasında olanların yalnız 5%-i kilsədə ibadətlə məşğul olurlar."("Name-ye fərhəng" nə؛riyyatı, 1364-cü ilin baharı, səh.36 )
    "Tayms" nəşri də yuxarıdakı gerçəkliyi təsdiqləyərək yazır:
    "Xristian təriqətləri və onların kilsələri arasında ixtilaf günbəgün dərinləşdikcə əksəriyyətini qadınlar təşkil edən İngiltərə əhalisinin çoxu gözlənilməz şəkildə İslam dininə üz tuturlar."("Keyhan" qəzeti, Bosniya Hersoqovinaya məxsus, 16/7/1371 )
    Avropalıların islampərəstliyi haqqında obyektiv nümunələr
    Avropa ölkələrinin elm, mədəniyyət və incəsənət, siyasət xadimlərinin çoxu son illər ərzində müsəlmanlığı yeni qəbul edənlər zümrəsinə daxil olmuşlar və onlar İslamın ruhlandırıcı təlimləri ilə qarşılaşdıqdan, İslam inqilabının dini-mənəvi çağırışları ilə tanışlıqdan sonra böyük həvəslə bu dinə üz tutmuşdular.
    Avropa cəmiyyəti vətəndaşlarının islampərəstlik cərəyanının mahiyyəti ilə daha yaxından tanış olmaq üçün Almaniyanın Bermen Politexnik İnstitutunun dekan müavini, ingilis pop musiqisinin məşhur ifaçısının dediklərini diqqətinizə çatdıraraq, Norveçin Maoist Partiyasının rəhbərinin necə müsəlman olmasını təqdim edirik.
    – Professor Yaves Usves (Almaniyanın Bermen Politexnik İnstitutunun direktor müavini) müsəlman olması haqqında demişdir:
    "Politexnik universitetində təhsil aldığım müddətədək Almaniyada Qərb yaşayışı və tərbiyəsinin əksinə olaraq digər insanlardan çoxu kimi, mən də İslam inqilabının təsirinə məruz qaldım. Bu təsir o vaxt sona çatdı ki, əvvəllər xristian, yaxud kommunist təşkilatlarında fəaliyyət göstərən bizim kimi gələcəyə ümidli insanların çoxu əvvəl İslamı qəbul etdik, sonra şiəliyə üz tutduq, daha sonra İmam Xomeyninin(r) təqlidçisinə çevrildik."
    O bu məsələyə işarə etmişdir ki, "Qərb dünyasında cavanların arzularını kiçiltmək olmaz. Tələbələrin çoxu dünyada ədalətin yayılması, sərvətlərin ədalətli bölgüsünü istəyirlər və dünya hegemonluğunu iqtisadi zülmə görə inkar edirlər."
    O sonra əlavə etmişdir:
    "İmam Xomeyninin ardınca getməklə İslam inqilabını qələbəyə çatdıran və indi də İmam Xomeyninin ardınca vüqarla addımlayaraq İslam hökumətini dünyada təsdiq edən İranda canından keçməyə hazır olan bacı və qardaşlara təşəkkür etmək lazımdır. Çünki onlar bütün dünya insanlarının ardıcılları artmaqda olan yeganə din kimi İslamla tanışlıqlarına səbəb oldular. O, Qərb mədəniyyətinin puçluğunu vurğulayaraq demişdir:
    "Bu azğınlıq vadisində İran İslam Respublikası dəyərli bir quruluşu bəşəriyyətə təqdim etmişdir."(Ustad Nüsrət Asanoviç, Zinyət İslam fakültəsinin dekanı və Bosniya-Hersoqovinada İslam mədəniyyəti tarixi müəllimi, "Hüzur" jurnalına müsahibəsində, №11, 1374-cü ilin xordad ayı. )
    – Ket Stivens (Yusif İslam) – pop musiqisinin məşhur ifaçısıdır (əslən ingilis). O, Malayziyanın paytaxtında XXI əsrin çalışmalarında İslam beynəlxalq konfransında xüsusi qonaq kimi çıxış etmiş və İslamı qəbul etməsi haqqında danışmışdır.
    İndi öz məlahətli səsi ilə İslamın təbliğinə və Qurani-Kərimin tilavətilə məşğul olan Yusif İslam çoxlu mədrəsələri təsis və idarə etmişdir. O demişdir:
    "İran İslam inqilabından bir il əvvəl İslamı qəbul edən zaman mənim təbiət, insan və dərk olunmayan dünya ilə bağlı bütün qorxularım arxayınlıqla əvəz olundu ki, لله ما فى السموات و ما فى الارض ayəsindən can alırdı."
    O öz dostlarına İslami dərkin şirinliyini dadızdırmaq və müsəlman olmağın yaxşılıqlarını başa salmaq üçün onun çətinliklərinə də işarə edərək demişdir:
    "Mənim dostlarımın çoxu hələ də spirt və narkotik maddələr dünyasının dərinliyində ilişib qalıblar. Onları İslam Peyğəmbərinə(s) necə inandıra bilərdim? Onların təsəvvürünü necə dəyişib qəlblərini aça bilərdim?
    Mənim yeni müsəlman kimi başqalarının haqq yoluna yönəldilməsinə az şansım olduğu halda, birdən İran İslam inqilabının əks-sədası televizorlarımızın ekranında yayımlandı. Bu təsvirlərdə "Allahu-əkbər və Ayətullah Xomeyni rəhbər" deyə fəryad edən çoxsaylı yeni müsəlmanlar görünürdü və mən Allaha şükür etdim: "Əlhəmdulillah."
    Stivens sonra əlavə etmişdir ki, İslamın əzəmətinin hər yerdə hiss olunmasına inanmırdım. Gözlənilmədən İslam tanış bir sözə çevrildi, azan səsi dünyanı lərzəyə gətirdi və soyuq müharibənin zirvəsində İslam iki təfəkkür – kommunizm və imperializm üçün həqiqi əvəzləyici kimi nəzərə çatdırıldı.
    O, sözlərinin sonunda demişdir: "İslam dünyanı yenidən formalaşdırmaqdadır."("Cümhuri-ye Eslami" qəzeti, 2/8/1371 )
    – Norveç Maoist Partiyası sədrinin müsəlman olması:
    Norveçdə İran səfirliyinin mədəniyyət attaşesi doktor Lin Sadın müsəlman olması haqqında məlumatı təqdim edərək demişdir:
    "Osloda (Norveçin paytaxtı) yaşayan zaman qəzetləri araşdırıb tərcümə edərkən "İslam tezliklə Qərbə gələcək" sərlövhəli məqalə ilə rastlaşdım. Axtarışdan sonra başa düşdüm ki, bu məqalə Norveç Maoist Partiyasının sədri, doktor Lin Sadın qələminin məhsuludur.
    O, təhsilini İngiltərədə almışdı və çox mübariz bir insan idi. Müsəlmanlara kömək məqsədilə neçə dəfə Fələstinə səfər etmişdi və məşhur "qara sentyabr və İordaniyanın fələstinlilərə hücumunda yaralanmışdı…"
    "Çox böyük zəhmətlə onu tapdım və onunla əlaqə yaratdım. İran, inqilab və İslam haqqında çox maraqlanırdı…
    Onunla keçirdiyimiz birinci iclasdan sonra suallarına cavab verdik. Bizdən xahiş etdi ki, partiya üzvləri ilə digər iclasda həmin sözləri təkrar edək…
    Sonra doktor Lin Sad və doktor Erik Foyser İslam inqilabının qələbəsinin bayram edilməsi münasibətilə İrana dəvət olundular. Bu səfər onlar üçün o qədər maraqlı oldu ki, hər ikisi inqilabın aşiqi və vurğununa çevrildilər.
    Daha sonra onlar "İran inqilabı tezliklə dünyanı bürüyəcək" sərlövhəli məqaləni yazdılar.
    İranın mədəniyyət attaşesi sonra demişdir:
    Bir gün Qədir-Xum hadisələri haqqında sual etdi, mən də izah etdim. O zaman çox qəribə bir halda idi. Həmin günün axşamı Hüseyni cəmiyyətindən zəng etdilər və dedilər: Məğrib və işa namazından sonra mərasimimiz var. Bir şəxs müsəlman olmaq istəyir. Ümumiyyətlə, güman etməzdim ki, bu insan doktor Lin Sad olar. O, şiə oldu və özünə Əli adını seçdi...
    Norveçdə İran səfirliyinin mədəniyyət attaşesi daha sonra əlavə etmişdir:
    Bir müddətdən sonra onun həyat yoldaşı Anabret də mənimlə əlaqə yaratdı və dedi: Müsəlman olmaq istəyirəm. Mən təəccübləndim və Allaha şükür etdim. Anabret dedi: Mən çadra istəyirəm!
    Dedim: örtülü olmaq kifayətdir, nə üçün çadra istəyirsən? (çünki qorxdum ki, çadra əleyhinə olan mühitdə bu çətinliklərə dözə bilməz).
    Amma o yenə təkid etdi:
    Mən ülgüm və simvolum olan İran qadınlarının geyimi ilə şəhadəteyni demək istəyirəm.
    Ona dedim: Hansı adı seçmisiniz?
    Dedi: Zeynəb.
    Dedim: Nə üçün? Dedi: Araşdırdım və gördüm ki, Həzrət Zeynəb(s) səbirli, dözümlü və kamil bir xanım olmuşdur."("Mərifət" jurnalı, İmam Xomeyni Tədqiqat Mərkəzi, اıxı؛ın mətninin tərcüməsi: Mahmud Fətəli, №2, III il, 1373-cü ilin yayı )
    Amerika Birləşmiş Ştatlarında islampərəstlik
    Yeni Qərb mədəniyyətinin ağırlıq mərkəzi sayılan və dünya sionizmi və onun siyasi quruluşunun geniş nüfuzu istiqamətində həmişə İslam və müsəlmanlar əleyhinə düşmənçilik siyasətlərini seçən Amerika Birləşmiş Ştatları indi ictimai-mədəni sahədə mühüm bir hadisənin şahididir.
    Bu gün Amerika Birləşmiş Ştatlarında islamçılıq təzahürünün sürətli inkişafı beynəlxalq məsələlər üzrə təhlilçilərin diqqətini özünə cəlb etmişdir.
    Amerika Birləşmiş Ştatları vətəndaşlarının islampərəstlik hərəkatı son iki onillik ərzində bu ölkənin müsəlman cəmiyyətini neçə dəfə artırmışdır və mövcud dəlil və sübutlar, aparılmış tədqiqatlara əsasən, bu, İslam inqilabı cərəyanından və Həzrət İmam Xomeyninin(r) tarixi gedişindən dərindən təsirlənmişdir.
    Hər halda analitiklər inanırlar ki, islamçılığın genişlənməkdə olan prosesinin davam etməsi bir tərəfdən Amerikanın gələcəyində mühüm rol oynayacaq, digər tərəfdən Qərb mədəniyyətini bütün vəziyyətlərdə təsirləndirəcəkdir.
    Bu bölmədə mövzu ilə bağlı əldə olan məlumatların və hesabatların bir hissəsini araşdırırıq:
    1 – Amerika radiosunun ölkədə İslamın inkişafı haqqında məlumatı
    Amerika radiosunun fars dili bölməsi azan səsini yayımlamaqla başladığı məlumatında (Amerika Birləşmiş Ştatlarının cəmiyyətində islamçılığın mühüm təzahürü barəsində) bildirmişdir:
    "Müsəlmanları namaza səsləyən bu səs Cakarta şəhərinin izdihamlı küçələrinə, ya şəhərin mərkəzinə, ya da Pakistanda kəndə aid deyil. Bu azan səsi xarici səfirliklərin çoxuna öz qoynunda yer verən Masaçust və Vaşinqtonun məşhur küçəsində yerləşən və Amerikanın ən qədim məscidlərindən biri olan Vaşinqton İslam Mərkəzinin hündür minarəsindən eşidilir.
    Bu məlumatda deyilir;
    "İslam dünyada ən sürətli inkişafa malik olan bir dindir və İslamın ardıcıllarının çoxaldığı ölkələrdən biri Amerikadır.
    İslam dini üzrə ixtisaslaşan Masaçust Universitetinin müəllimi Yuan Hedad demişdir ki, amerikalıların çoxunun nəzərində İslamın çöhrəsi Ayətullah İmam Xomeyni tərəfindən təqdim olunan simadır.
    Amerika müsəlmanları ilə bağlı tədqiqat işi aparmış Freyd Tumenin fikrincə, "İslam dininin Amerikanın həqiqi bir dini olduğu gün gəlib çatacaq."
    O sonra əlavə etmişdir: "Amerika məscidlərinin 1200-dən çoxu son 10-12 il ərzində tikilmişdir."
    Vaşinqton İslam Mərkəzinin müdiri Abdullah əl-Xuc demişdir:
    "Hazırda İslam dini Amerikanın ən böyük sürətlə yayılan dinlərindən biridir."("Hədis-e vilayət", c.1, səh.296 )
    2 – Ağ evin İslamın sürətli inkişafını etiraf etməsi
    Amerika cəmiyyətində İslamın inkişaf ahəngi o qədər sürətli və onun əlamətləri o qədər aydındır ki, Ağ evin rəhbərlərini də müqavimət göstərməyə və etiraf etməyə vadar etmişdir. Belə ki, Amerikanın xarici işlər naziri Madlen Olbrayt Nyu-Yorkda, Asiya təşkilatında çıxışı zamanı etiraf etmişdir ki, İslam Amerikada ən sürətlə yayılan bir dindir."(Ayətullah Mərifət, İmam Xomeyni və İslam hِkuməti dü؛üncəsi konqresinin katibi, "Hüzur" jurnalı, 1378-ci ilin payızı )
    Amerikanın (o zamankı) prezidenti Klinton da Ağ evin müqəddəs fitr bayramı münasibətilə təşkil etdiyi mərasimdə elan etmişdir:
    "Amerikada İslam dininin inkişaf və yayılma ahəngi bütün dinlərdən daha sürətlidir."
    Demək lazımdır ki, bu mərasimdə Amerika ordusunun ilk müsəlman qazısı Əbdürrəşid Məhəmməd Quran ayələrindən bəzisini tilavət etmişdi."(
    "Vilayət-e fəqih", səh.75 )
    3 – Amerika Silahlı Qüvvələrində islamçılıq
    Amerika cəmiyyətində İslamın sürətli inkişafı indi bu ölkənin silahlı qüvvələri və hərbi qarnizonlarına da sirayət etmişdir. Bir neçə müddət əvvəl nəşr olunmuş son statistik hesablamalara əsasən, Amerika Birləşmiş Ştatları ordusunun on mindən çox rütbəli hərbçisi İslamı qəbul etmişdir.
    Amerika Müsəlmanları Şurasının üzvünə istinadən Amerika radiosu məlumat vermişdir ki, Amerika Silahlı Qüvvələrində müsəlmanların sayı artmaqdadır və ən əhəmiyyətli məsələ budur ki, silahlı qüvvələrdə müsəlmanların artım faizi bu ölkə müsəlmanları cəmiyyətinin artımından xeyli çoxdur."(Ustad ھəhid Murtəza Mütəhhəri, "İmamət və rəhbərlik", səh.31 )
    4 – Müsəlmanlığı qəbul etmiş amerikalı zabitin etirafları
    "Fiqaro" fransızdilli jurnalın müxbiri ABŞ-da İslamın yayılmasının yeni əlamətləri haqqında məlumatında yazmışdır:
    "İslam Amerikada başqa dinlərdən daha sürətlə inkişaf edir və gələcəkdə amerikalıların, uzaq gələcəkdə isə bütün dünyanın dini olacaq."
    O sonra demişdir: Biz Riyad, Xartum və ya Tehranda deyilik. Texas ştatının qəlbi Kindəyik. Dallas və Ostinin arasında, Forthudun iki addımlığında yerləşən bu hərbi şəhərcik azad dünyanın ən böyük hərbi bazası sayılır. Bu sözləri 42 yaşlı Esmun Danke demişdir.
    O, Amerika ordusunda baş serjant və Fars körfəzi müharibəsində, ya ondan sonra müsəlman olmuş hərbçi və qeyri-hərbçilərin ruhani rəhbəridir!
    O, bizi qucaqlayıb qarşılayır və namaz vaxtı baş serjant-imam-camaat olur və adı Esmundan Osmana çevrilir.
    O, Fars körfəzi müharibəsinin gözlənilməz təsirləri, başqa sözlə, Tehran, Ciddə və ya Riyadda yüzlərlə Amerika əsgərinin İslamı qəbul etməsinin canlı şahididir. Onlar Səddamla müharibə üçün gəlmişdilər. Bu vəziyyət Amerika və Səudiyyə Ərəbistanının rəhbər şəxslərinin təəccübünə səbəb oldu.
    Osman təkid etmişdir ki, İslam həyat, cəmiyyət və ailənin idarəsi üçün ən yaxşı üsuldur. Xüsusilə, Qərb dünyasının əxlaq dəyərlərini əldən verdiyi və ailə əsaslarının dağıldığı və irqçiliyin yenidən dirçəldiyi indiki dövrdə .
    O demişdir: "Mən səkkiz aydır ki, İslamı qəbul etmişəm və şəhadəteyni Nyu-Yorkda yerinə yetirmişəm. Bundan əlavə, mən nə üçün Amerika əsgərinin Fars körfəzi müharibəsində İslam dinini qəbul etməsini dərk edə bilərəm. İslamda təsvir yoxdur, Allah nə ağdır, nə qara, nə kişidir, nə qadın, bütün insanlar bərabərdirlər və İslamın bu tərəfi cazibəlidir."
    Osman demişdir:
    "Mən Ərəbistanda amerikalıların hərbi bazasında üç ay ərzində üç yüz nəfər amerikalı əsgərin müsəlmanlığı qəbul etməsinin şahidi oldum.
    "Fiqaro"nun müxbiri öz məlumatının sonunda belə yazmışdır:
    O günün sabahısı Osmanın evində nahar yedik. Onun xanımı Rəşidə masa arxasında əyləşmədi, qızları da gəlmədilər.
    Qadınlar kişilərlə birgə oturmadılar.
    Gedən zaman maşının güzgüsündən baxanda Dankenin gülümsədiyini gördüm. Onun səsi yenə də qulaqlarımda cingildəyir: İnşaallah, gələcəkdə Amerika müsəlman olacaq."(Əbdülkərim Suru؛, Mərifət ərbabının nağılı. səh.50 )
    5 – Amerikalıların İslama gündən-günə artan meyli
    Amerika cəmiyyətində İslamın sürətlə artması və yayılması ilə bağlı başqa bir məlumatda isə oxuyuruq:
    İslamın təzahür və ənənələri Amerika Birləşmiş Ştatlarının əksər məntəqələrində aşkar şəkildə gözə dəyir. İslam dini ardıcıllarının cəmiyyəti də gündən-günə böyüyür.
    Corc Vaşinqton Universitetinin İslam tarixi müəllimi doktor Con Vell demişdir:
    "Son illər Amerika əhalisinin çoxu İslamı qəbul etmişdir. Qərb və digər İslam ölkələrindən də çoxlu insanlar Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. Belə ki, bu ölkədə müsəlmanların sayı təxminən on səkkiz milyon nəfərə çatmışdır. Bu cəmiyyətin gələcəkdə elə bir həddə çatması proqnozlaşdırılır ki, bəzi optimist müsəlmanların dili ilə desək, Amerikanın gələn əsrdə bir İslam ölkəsinə çevrilməsi mümkündür!"
    Amerika müsəlmanları keçən iyirmi ilə nisbətən daha yaxşı vəziyyətdədirlər. Hazırda bu ölkədə məscidi olmayan bir şəhər, ya əyalət yoxdur. Amerika Birləşmiş Ştatlarının təxminən bütün universitetlərində müsəlman tələbə və müəllimlər gözə dəyir.
    Amerika xəstəxanalarında da müsəlman həkimlər çoxdur. Hətta bundan əvvəl başqalarının inhisarında olan vəkillik, idarə və dövlət vəzifələrində müsəlmanlar üçün məhdudiyyət yoxdur. Bütün bunlar keçən iki onillikdə müsəlmanların Amerika cəmiyyətinə daxil olmasına imkan vermişdir."(Əbdülkərim Suru؛, Mərifət ərbabının nağılı. səh.50; Məzmunların təyininə ox؛ar: Bax: Məcid Muhəmmədi, Ba؛ qüdsi asimanda, qəlb ürfi girovda, səh.135, 136. )
    "Nyu-York tayms" qəzeti bu sahədə müvafiq məlumatı nəşr edərək "Amerikada İslam dininə üz tutan kəslər günbəgün artır" fikrini bildirmişdir: "Amerikada yaşayan Latın Amerikası müsəlmanlarının sayını bir neçə il əvvəl barmaqla saymaq olardı. Amma hazırda on minlərlə nəfərə çatmışdır."
    Bu qəzet sonra əlavə etmişdir: "1983-cü ildə İslamı qəbul edən Xədicə Rivra Nyu-Yorkda bir radiostansiya yaratmaqla Amerika əhalisinə başa salmağa çalışır ki, İslamı qəbul etmək mütərəqqi bir dini qəbul etmək mənasındadır."(Nur səhifəsi, c.21, səh.98 )
    6 – Amerikada İslamın inkişafı
    Amerika universitetlərinin müsəlmanlığı yeni qəbul etmiş müəllimi, görkəmli filosof, professor Hamid İlqar ölkə vətəndaşları arasında gündən-günə artan İslam yönümləri zəminində yaranmış dəyişikliklərə işarə edərək demişdir:
    "İslamiyyət uzun müddət ərzində Amerikanın gələcəyində böyük rol oynayacaq. Çünki İslam Amerikada fövqəladə sürətlə genişlənir."
    İlqar demişdir:
    "Mənim tədris etdiyim universitetdə 30-40 müsəlman tələbə cümə namazında iştirak edirlər və bu az deyil. Həmin tələbələrdə İslam təfəkkürü keçmişlə müqayisədə yüz dəfə daha yaxşı və daha kamildir.
    O sonra demişdir: "Bütün Amerikada belə bir vəziyyət yüksəlmə və genişlənməkdədir."(Əbdülkərim Suru؛, "Kəyan" jurnalı, №45, səh.36, həmin məzmun, Əbdülkərim Süru؛, Mərifət ərbabının nağılı, səh.5 )
    7 – İslam – Amerikanın gələcək birinci dini
    İslamla daha çox tanışlıq məqsədilə müqəddəs Qum şəhərinə gələn və burada elmi mərkəzdə təhsil alan amerikalı yeni müsəlman Əhməd Hənif Kəvasi Amerikada İslam dininin sürətli yayılmasına toxunaraq demişdir:
    Mən son otuz il ərzində müsəlman olan bir neçə milyon nəfərdən biriyəm. Aparılmış statistikaya görə, XXI əsrin əvvəllərində Amerikada müsəlmanların sayı o qədər çoxalacaq ki, İslam Amerikanın ikinci dini olacaq və XXI əsrin ilk onilliyində Amerikanın birinci dini olacağı proqramlaşdırılır.
    O daha sonra əlavə etmişdir:
    İslamın bu tərəqqisi İslamdan uzaq bir mühitdə baş verir və Amerikada İslam dinini xatırladacaq bir şey də yoxdur, məscidlərin sayı da çox azdır. Buna baxmayaraq, İslam hər bir dindən daha sürətlə irəliləyir. Orada bütün dinlərin ardıcıllarından var: buddist, Çin və həddindən artıq sistemli şəkildədir. Müsəlmanların isə sistemli bir təbliğat proqramı da yoxdur. Amma gündən-günə amerikalıların İslamı qəbul etməsi artır."(Həzrət İmamın(r) siyasi-ilahi vəsiyyətnaməsi )
    8 – Amerikada İslami təbliğ əsaslarının yaradılması
    Vaşinqton Universitetində Qərb fəlsəfəsi sahəsində təhsil alan Qum Elmi Mərkəzinin alimlərindən biri Amerikada islamçılığın münasib zəminlərinə toxunaraq demişdir:
    İndi Amerikanın rəsmi müəssisələrinin təqdim etdiyi statistika belədir ki, İslam digər dinlərlə müqayisədə daha sürətli inkişafa malikdir. Statistik müəssisələri əsasən yəhudilərin əlində olsa da, bu məlumat həqiqətdir. Ancaq bu məlumatı bizim xeyrimiz üçün yox, bəlkə də özləri üçün xəbərdarlıq kimi elan etmişlər.
    İslamın təbliği və yayılması üçün çox təsirli əsaslardan biri də Amerika zindanlarıdır. Texas ştatının ucqar bir şəhərinin zindanında bir nəfər dedi ki, biz dörd min nəfər dustağıq, bunlardan on yeddi nəfərimiz müsəlman olmuşuq. Bizim üçün kitab və Quran göndərin.
    Biz də onlar üçün kitablar göndərdik və bir ildən sonra yeni bir məlumatla üzləşdik. Həmin 17 nəfər 250 nəfərə, sonra 800 nəfərə, daha sonra isə zindandakı dustaqların yarısına çevrilmişdir."(Nur səhifəsi, c.21, səh.98, 1367-ci ilin isfənd ayı )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 749 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024