İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Riza əleyhissəlamın həyatı

    İmam Riza əleyhissəlamın həyatı
    2012-05-02, 4:28 PM
    İMAM RİZA ƏLEYHİSSƏLAMIN HƏYATI
    İmam Riza (əleyhissəlam) Harunun dövründə
    Əmin və Məmun – təfavütlər təzadlar
    Nə üçün Məmun hakimiyyəti İmam Riza əleyhissəlama vermək istəyirdi?
    İmam Riza əleyhissəlamın Məmunun hiylələri qarşısında tutduğu mənfi mövqelər
    Biganə ideyalara qarşı İmam Riza əleyhissəlamın planı
    İmam Riza əleyhissəlamın digər din və təriqət nümayəndələri ilə münazirələri
    İmam Riza əleyhissəlamın həyatı barədə qısa məlumat
    İmam Əli ibn Musa hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur.(Elamül-vəra bi-elamil huda, səh.313.) Atası imam Kazim (ə), anası isə Tuktəm adlı fəzilətli bir qadın olmuş İmam Riza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir.(Elamül-vəra bi-elamil huda, səh.313.) İmam Əli ibn Musa əleyhissəlamın künyəsi Əbülhəsən ləqəbi Riza olmuşdur. İmam Riza (əleyhissəlam) atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamətə çatmışdır.
    İmam Riza əleyhissəlamın müasiri olmuş xəlifələr
    İmam Riza (əleyhissəlam) İmam olduğu iyirmi ilin onunu Harun Ər-Rəşidlə beş ilini Məhəmməd Əminlə son beş ilini isə Abdullah Əl-Məmunla həmzaman olmuşdur.
    İmam Riza (əleyhissəlam) Məmunun hakimiyyətə gəlişinə qədər öz doğma vətəni müqəddəs Mədinə şəhərində yaşayırdı. Məmun hakimiyyətə gəldikdən sonra o Həzrəti Xorasana çağırtdırır. Nəhayət, o Həzrət hicrətin iki yüz üçüncü ilinin səfər ayında (əlli beş yaşında olarkən) şəhadətə qovuşur və elə Xorasanda da (Məşhəd şəhərində) dəfn olunur.(Əl-üsulu min əl-kafi, c.1, səh.304.)
    İmam Riza (əleyhissəlam) Harunun dövründə
    Hicrətin yüz səksən üçüncü ili İmam Kazim (əleyhissəlam) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Riza (əleyhissəlam) İmam olduğu müddətin on ilini Harunla bir dövrdə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Riza əleyhissəlamın nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Riza (əleyhissəlam) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər İslami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Riza əleyhissəlamı nisbətən azad buraxmasının səbəbi bəlkə də, onun İmam Kazim əleyhissəlamın qətlindən yaranan nigarançılığıdır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi. Onun, İmam Kazim əleyhissəlamın pak cənazəsini zalımların əlindən alıb böyük hörmətlə dəfn edən əmisi Süleyman ibn Əbu Cəfərə yazdığı "Allah Sindi ibn Şahikə lənət eləsin o bu işi mənim icazəm olmadan görmüşdür”(Biharül-ənvar, c.48, səh.227.) məzmunlu məktubu da, bu məsələni bir daha sübut edir. Bu məsələni təsdiq edən başqa bir fakt da, Harunla Yəhya ibn Xalid Bərməkinin İmam Kazim (əleyhissəlam) barədəki söhbətidir. (Hələ əvvəllərdən İmam Kazim əleyhissəlamdan Haruna şikayət etmiş) Yəhya Haruna dedi: "Musa ibn Cəfərdən (İmam Kazim əleyhissəlamdan) sonra onun oğlu yerinə keçərək İmamət iddiası edir. (Demək istəyirdi ki, yaxşı olar indidən xəlifənin məmurları onu nəzarət altına alsınlar).” (Hələ İmam Kazim əleyhissəlamın şəhadətini unutmayan və hələ də, onun aqibətindən nigarançılıq çəkən) Harun dedi: "Atasının başına gətirdiyimiz bəs deyil? İstəyirsən ki bir dəfəlik qılınc götürüb bütün Ələviləri (Əlinin nəslindən olanları) qırım?(Uyuni-əxbarir-Riza, c.2, səh.226.)” Harunun qəzəbi sarayda olanları sakitləşdirib icazə vermədi ki bir də kimsə İmam Riza əleyhissəlamın ardınca pis-pis sözlər danışsın.
    İmam Riza (əleyhissəlam) Harunun xəlifə olduğu müddətdə yaranmış bu fürsətdən istifadə edib öz İmamətini aşkar edir və bu barədə ata-babalarından fərqli olaraq heç də, təqiyyə etmirdi. Hətta o Həzrətin bəzi dostları onu bu işindən çəkindirir İmam (əleyhissəlam) isə onları arxayın edib buyururdu ki Harundan ona heç bir xətər toxunmayacaq.
    Səfvan ibn Yəhya deyir: "İmam Kazim (əleyhissəlam) vəfat etdikdən sonra İmam Riza (əleyhissəlam) İmamət məqamını aşkar etdikdə, o Həzrətə deyildi: "Siz çox məsuliyyətli bir işi aşkar edirsiniz biz bu (zalımı (Harunu)) sizin üçün çox təhlükəli sanırıq.” İmam Riza (əleyhissəlam) buyurdu: "O nə qədər çalışsa da, mənə bir şey edə bilməyəcək.”(Əxbari-uyunir-Riza, c.1, səh.226) Həmçinin, Məhəmməd ibn Sənan rəvayət edib deyir ki Harun xəlifə olduğu vaxt İmam Riza əleyhissəlama dedim: "Harunun qılıncından hələ də qan damcıladığı halda, siz İmamət məqamınızı aşkar edərək atanızın yerinə keçmisiniz.” İmam Riza (əleyhissəlam) buyurdu: "Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözü mənə qüvvət verərək məni cürətləndirir. O Həzrət buyurmuşdur: "Əgər Əbu Cəhl mənim başımdan bir tük əskik edərsə onda mən heç Peyğəmbər (səlləllahu əleyhi və alih) deyiləm.” Mən də sizə deyirəm ki əgər Harun mənim başımdan bir tük əskik edərsə onda mən də, heç İmam deyiləm.”(Biharül-ənvar, c.49, səh.155.)
    Əmin və Məmun – təfavütlər təzadlar
    Harun özü hakimiyyətdə olarkən (anası Zübeydə olan) Məhəmməd Əmini öz vəliəhdi seçib camaatdan onun üçün beyət alır və (anası iranlı qızı olan) Abdullah Əl-Məmunu isə özünün ikinci vəliəhdi təyin edir. Hicrətin yüz doxsan üçüncü ilində Haruna xəbər verirlər ki Xorasan əyalətinin şəhərlərində camaat qiyam etmiş ordu başçıları nə qədər çalışsalar da, qiyamı yatıra bilməmişlər. Harun öz vəzir-vəkili müşavirləri ilə məsləhətləşdikdən sonra bu qərara gəlir ki özü şəxsən qiyam qaldırılmış məntəqəyə gedib xilafət ordusunu qiyamı yatırtmaq üçün xorasanlıların canına salsın. Bu məqsədlə oğlu Əmini Bağdadda öz yerində saxlayıb Xorasana vali təyin etdiyi oğlu Məmunu isə özü ilə qiyam məntəqəsinə aparır.
    Harun qiyamı yatırda bilir və necə deyərlər səs-küyün qarşısını alır. Ancaq o, bir daha xilafətin mərkəzi olan Bağdada qayıda bilmir. Hicrətin yüz doxsan üçüncü ili cəmadil-uxra (cəmadis-saniyə) ayının üçündə (Məşhəd şəhərinin yaxınlığındakı) Tus şəhərində vəfat edir və iki qardaşı rəqabət səhnəsində yalqız buraxır.(İmam Riza əleyhissəlamın həyatı, səh.58-59.)
    Xəlifə Əminin məğlub olması
    Harun Tus şəhərində vəfat etdikdən dərhal sonra camaat onun Bağdadda qalmış oğlu Əminə beyət edir. Onun xəlifə olmasından cəmi on səkkiz gün keçməmiş, qardaşı Məmunu vəliəhdlikdən çıxarıb öz oğlu Musanı vəliəhd seçmək fikrinə düşür. O bu barədə öz vəzirləri ilə məsləhətləşsə də, Məmunun vəliəhdlikdən çıxarılmasını təkid edən Əli ibn İsa Mahandan başqa heç kəs bu fikirlə razılaşmır. Əmin isə axırda qardaşının vəliəhdlikdən çıxarılması barədə qərar verir. Məmun da öz növbəsində qardaşının bu hərəkətinə cavab olaraq onu xəlifəlik məqamından kənarlaşdırır. Aparılan bir sıra nizami mübarizələrdən sonra nəhayət hicrətin yüz doxsan səkkizinci ilində Əmin öldürülür.(Əl-Kamilu fit-tarix, c.6, səh.287.) Beləliklə ölkənin bütün işləri Məmunun ixtiyarına keçir.
    İmam Riza əleyhissəlamın xəlifə Əminin dövründəki nisbi azadlığı
    Xəlifə Əminin hakimiyyəti və Harunun ölümündən Məmunun hakimiyyətə gəldiyi dövrə qədər İmam Riza (əleyhissəlam) ilə dövlət məmurları arasında heç bir toqquşma tarixdə gözə dəymir. Məlum məsələdir ki Bəni-Abbas xəlifələri daxili ixtilaflara Əminlə Məmun arasındakı münaqişələrə Məmunun vəliəhdlikdən çıxarılıb Əminin oğlu Musanın vəliəhd seçilməsi kimi çəkişmələrə məruz qaldıqları kiçik bir müddətdə İmam Riza (əleyhissəlam) və ümumiyyətlə, Əli əleyhissəlamın nəslindən olanlara əziyyət etməyə heç vaxt tapa bilməmişdilər. Biz bu illəri (193-198 h.q) İmam Riza əleyhissəlamın nisbi azadlıq və o Həzrətin mədəniyyət təbliğləri aparması üçün yaxşı fürsət tapdığı bir dövr hesab edə bilərik.(İmam Riza əleyhissəlamın həyatı, mühəqqiq Seyyid Əli, səh.60.)
    Məmun kimdir?
    Məmunun anası Məracil adlı xorasanlı bir kəniz olmuş oğlunun anadan olmasından bir neçə gün sonra vəfat etmiş beləliklə də, Məmun anasız və yetim bir uşaq kimi saxlanılmışdır. Tarixçilər yazırlar ki Məmunun anası Harunun aşbazxanasında olan kənizlərin ən eybəcəri və ən çirkini olmuşdur. Bu məsələnin özü onun necə hamilə olmaq dastanını sübut edir.(Onun necə hamilə olmasını bu cür qeyd edirlər: Harun arvadı Zübeydə ilə şahmat oynayarkən ona uduzur. Zibeydə Haruna deyir ki, uduzduğuna görə mütləq, aşbazxanasının ən eybəcər, ən çirkin kənizi ilə yaxınlıq etməlidir. Bu şərtə razı olmayan Harun Zübeydəni razı salmaq üçün bütün Misir və İraq gəlirini ona verəcəyini bildirir. Ancaq Zübeydə bununla razılaşmır. Harun Ər-Rəşid məcbur olub aşbazxananın ən eybəcər, ən çirkin kənizi olan Məracillə yaxınlıq edir. Bu yaxınlığın nəticəsində Məmun dünyaya gəlir (Həyatül-həyəvan).)
    Məmun hicrətin yüz yetmişinci ilində – atası Harunun xəlifəlik məqamına çatdığı gün anadan olmuş hicrətin iki yüz on səkkizinci ilində vəfat etmişdir. Atası Məmunu tərbiyələndirmək üçün onu Cəfər ibn Yəhya Bərməkiyə tapşırır. Ona Zür-riyasəteyn ləqəbi ilə məşhur olub sonralar Məmunun öz vəziri olmuş Fəzl ibn Səhl adlı bir şəxs tərbiyə verir. Məmun ordunun ali baş kamandanlığına isə Tahir ibn Hüseyn Zül-yəmineyni təyin etmişdi.
    Məmunun xüsusiyyətləri
    Məmunun həyatı başdan-ayağa fəaliyyətlə dolu olmuş və o, hər hansı bir rifah asayiş və əyləncədən uzaq olmuşdur. Onun həyatı Zübeydənin qucağında böyümüş qardaşı Əminin həyatının tam əksinə idi. Zübeydəni tanıyan hər hansı bir şəxs Əminin həyat tərzinin nə dərəcədə əyləncə və keflə keçdiyini asanlıqla anlaya bilər. Məmun heç də qardaşı kimi özünü bir o qədər də əsil-nəcabətli bilmirdi. Nə təkcə öz gələcəyinə arxayın deyildi üstəlik çox yaxşı başa düşürdü ki Abbasilər onun hakimiyyətinə tabe olmayacaqlar. Buna görə də, özünü ona arxalana biləcək bir dayaqsız bilir məhz bu səbəbdən qollarını çırmalayıb gələcək işlər barədə planlar çəkməyə başlayır. Məmun tutduğu mövqeyini anladıqdan sonra, həmçinin, qardaşı Əminin bəzi cəhətlərdə ondan üstün özünün isə həmin cəhətlərdən məhrum olduğunu başa düşdükdən sonra gələcək planlarını təyin edə bildi. Əminin buraxdığı səhvlər eyni zamanda onun üçün ibrət dərsi oldu. Məsələn, Fəzl başı əyləncəyə qarışmış Əminin səhvlərini görüb Məmuna deyirdi ki sən özünü təqvalı dindar və əxlaqlı göstər. Məmun da Fəzl dediyi kimi edərək Əminin ciddi yanaşmadığı işlərə çox ciddiyyətlə yanaşırdı. Ümumiyyətlə, Məmun müxtəlif elm sahələrində şöhrətlənmiş və öz tay-tuşlarından hətta bütün Abbasi nümayəndələrindən üstün idi. Bəziləri deyirdilər ki Abbasilər arasında Məmundan biliklisi yoxdur. İbn Nədim onun haqqında yazmışdır: "Məmun bütün xəlifələrlə müqayisədə fiqh və əqaid elmlərində alim idi.” Həmçinin, Həzrət Əli əleyhissəlamdan rəvayət olunmuşdur ki bir gün o Həzrət Bəni-Abbas sülaləsi haqqında danışarkən buyurmuşdur: "Onların yeddincisi (Məmun) hamısından bilikli olacaqdır.” Süyuti İbn Təğri Bərdi və İbn Şakir Kətibi Məmunu bu cür tərifləmişlər: "Məmun uzaqgörənlik iradə səbr bilik zirəklik heybət şücaət şərafət və səxavət baxımından Bəni-Abbasın ən yaxşı şəxsi olmuşdur. Düzdür o bu xüsusiyyətlərin hamısını Quranı məxluq bilməsi ilə ləkələmişdi.” Məmunun atası da, onun qardaşı Əmindən üstün olduğunu vurğulayıb demişdi: "...Belə qərara gəlmişəm ki vəliəhdlik məsələsində dəyişiklik edib onu elə bir şəxsə tapşırım ki əxlaqını daha çox bəyənir rəftarını xoşlayır siyasətinə arxayın zəiflik və süstlük baxımından ondan arxayınam. Bu da Abdullah Əl-Məmundan başqa bir şəxs deyildir. Ancaq Bəni-Abbas öz nəfslərinin tələbinə əsasən, Məhəmmədi (Əl-Əmini) istəyir. Çünki o özü də nəfsani istəklərinin ardınca olub əli israf cəhətdən açıqdır və onun qərar çıxarmasında qadın və kənizlərin də rolu var. Abdullahın (Əl-Məmunun) isə gözəl metodu özünəməxsus rəyi vardır və bu cür böyük bir vəzifəni mənimsəməyə etibarlı şəxsdir...”(İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.97-100.)
    İmam Riza (əleyhissəlam) Məmunun dövründə
    Məmunun hakimiyyətə gəlişi ilə İmam Riza əleyhissəlamın həyatında yeni bir səhifə açılır. Bu elə bir səhifə idi ki başdan-ayağa İmam Riza əleyhissəlamın qəmli-qüssəli illəri ilə dolu idi.
    Xəlifəlik məqamını qəsb edənlərin (istər Bəni-Üməyyədən olsun istərsə də Bəni-Abbasdan) ən çox qorxduqları şəxslər Əli əleyhissəlamın övladları olmuşdur. Çünki camaat (hamısı da olmasa, böyük bir qismi) xəlifə olmağı onların haqqı bilir və üstəlik onları hər cür fəzilət sahibi bilirdi. Elə buna görə də, Əli (əleyhissəlam) övladları daima işkəncələrə məruz qalaraq xəlifələr tərəfindən əziyyət çəkir axırda da onların əli ilə şəhid olurdular.
    Məmun isə şiəliyə rəğbət bəsləyir və ətrafındakıların da əksəriyyəti Həzrət Əli əleyhissəlamın övladlarına qarşı mehriban olub onlara xüsusi hörmət bəsləyən iranlılardan ibarət idi. Bu səbəbdən Məmun öz ata-babası Harun və Mənsur kimi İmamı həbs edib ona əziyyət verə bilmirdi. Buna görə də, Məmun yeni bir metod fikirləşir. Düzdür bu metod heç də sabiqəsiz olmamış və keçmiş xəlifələrin dövründə icra olunmuşdu ancaq necə olsa da, kənardan bir az yaxşı nəzərə çarpırdı. Ondan sonrakı xəlifələr də, məhz bu metoddan istifadə etməyə başalayırlar. Məmun bu qərara gəlir ki İmam Riza əleyhissəlamı öz iqamətgahı yerləşən Mərv şəhərinə gətirib, o Həzrətlə mehribancasına rəftar etsin və onun elmi-ictimai mövqeyindən istifadə etməklə yanaşı bütün işlərini nəzarət altına alsın.
    Məmunun İmam Riza əleyhissəlamı Xorasana dəvət etməsi
    Məmun əvvəlcə İmam Riza əleyhissəlamı, Əli əleyhissəlamın nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.(İmam Riza əleyhissəlamın həyatı, səh.72.)
    İmam Riza (əleyhissəlam) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun çox təkid etdikdən və İmam Riza (əleyhissəlam) ilə onun arasında çoxlu məktublaşmalar olduqdan sonra nəhayət, o Həzrət Əli əleyhissəlamın nəslindən olan bir dəstə adlı-sanlı şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.(Kəşfül-ğümmə, c.3, səh.65; Əl-İrşad, səh.309)
    Məmun İmam Riza əleyhissəlamın karvanını gətirmək vəzifəsinə təyin olunmuş Cüludiyə digər bir rəvayətə görə isə Rəca ibn Əbu-Zəhhana tapşırmışdı ki karvandakılara xüsusən də, İmam Riza əleyhissəlama lazımi hörməti etsin. Ancaq İmam Riza (əleyhissəlam) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi. O Həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını yığıb onlardan onun halına ağlamasını istəyərkən buyurmuşdur: "Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.”(Biharül-ənvar, c.49, səh.117.)Sonra Peyğəmbərlə (səlləllahu əleyhi və alih) vidalaşmaq məqsədilə o Həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Müxəvvil Sistani yazır: "Bu zaman o Həzrətin yanına gəlib salam verərək səfərinin uğurlu olmasını dilədim. O buyurdu: "Mənə yaxşı-yaxşı bax cəddim (Peyğəmbərin) yanından uzaqlaşıb qürbətdə öləcək və Harunun yanında dəfn olunacağam.”(Biharül-ənvar, c.49, səh.117.)
    İmam Riza əleyhissəlamın karvanının Mədinədən Mərvə gəldiyi yol (Məmunun göstərişinə əsasən) Bəsrə Əhvaz və Fars(Üyuni əxbarir-Riza, c. 2, səh. 194; Biharül-ənvar, c. 49, səh. 91-92.) şəhərlərindən keçirdi. Ola bilər, Məmun ona görə bu yolu seçmişdi ki karvan şiələrin mərkəzi olan Cəbəl (İranın dağlıq hissəsindən Həmədan və Qəzvinə qədərki ərazisi) Kufə Kirmanşah və Qum şəhərindən keçməsin.(İmam Riza əleyhissəlamın siyasəti həyatı, səh.70-74.)
    İmam Rizaya (ə) xilafətin təklifi
    İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv şəhərinə çatır. Şəhərdən neçə fərsəx(Bir fərsəx 6 kilometrə bərabərdir.)kənarda Məmun Fəzl ibn Səhl və Bəni-Abbasdan olan digər nümayəndələr İmam əleyhissəlamın pişavazına çıxaraq böyük ehtiramla karvanı şəhərə daxil edirlər. Məmunun əmrinə əsasən, rifah və asayiş üçün lazım olan hər cür şərait İmam əleyhissəlamın ixtiyarına qoyulur. Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Riza (əleyhissəlam) ilə Məmun arasında müzakirələr başlayır və Məmun hakimiyyəti qəbul etməyi İmam Riza əleyhissəlama təklif edir. İmam Riza (əleyhissəlam) bu təklifdən ciddi şəkildə imtina edir. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Riza əleyhissəlama təklif edir o isə hakimiyyəti qəbul etmirdi.”(Kəşfül-ğümmə, c.3, səh.66.) İmam Riza əleyhissəlamın imtina edəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir onda vəliəhdliyi qəbul et!” İmam Riza (əleyhissəlam) buyurdu: "Məni bunda da üzürlü hesab et.” Məmun bu dəfə İmam əleyhissəlamı üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Şuranın üzvlərindən biri də, Əmirəl-möminin Əli (əleyhissəlam) idi. Ömər həm də vəsiyyət etmişdi ki kim müxalifətçilik edərsə boynu vurulsun... İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm.”(Əl-İrşad səh.310.) Məmun əslində bu sözlərlə İmam əleyhissəlamı hədələyirdi. Sonra daha açıq şəkildə İmam əleyhissəlamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki əgər vəliəhdlikdən imtina etsən səni güclə onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən səni öldürəcəyəm.”(İləlüş-şəraye. c.1. səh.226.) İmam Riza (əleyhissəlam) məcbur olub Məmunun təklifini qəbul edərək buyurur: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki ölkə işlərində bir dənə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq hökm və fətva vermək kimi işlərə qarışmayım.”
    Category: İmam Riza əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 601 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024