İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Riza əleyhissəlamın həyatı

    İmam Riza əleyhissəlamın həyatı
    2012-05-02, 4:23 PM
    Yeddinci mövqe
    İmam Riza (əleyhissəlam) vəliəhdliyi qəbul etmək üçün Məmunun qarşısına aşağıdakı şərtləri qoyur: O nə bir nəfəri bir vəzifəyə qoyur nə birini vəzifəsindən kənarlaşdırır nə yeni bir qanun çıxarır nə də mövcud qanunlardan birini ləğv edirdi. O Həzrət sadəcə olaraq kənardan dövlətin bir müşaviri kimi işlərə qarışacaqdı.
    Məmun bütün bu şərtləri qəbul edir. Deməli gördüyünüz kimi İmam Riza (əleyhissəlam) Məmunun bəzi fikir və məqsədlərinin üstündən qırmızı xətt çəkir. Çünki İmam əleyhissəlamın belə bir mövqedə durması aşağıdakı məsələlərə qəti sübutdur:
    1)–Məmunun hökumət sisteminin şəri və qanuni olmasına etiraf etməmək;
    2)–Mövcud hökumət əsl bir hökumət kimi İmam əleyhissəlamın məqsədini əsla təmin etmirdi;
    3)–Məmun fikrindəki planların əksinə olaraq, bu şərtləri qəbul etdikdən sonra daha İmam əleyhissəlamın adından istifadə edib istədiyi işləri görə bilməzdi;
    4)–İmam (əleyhissəlam) hakim qüvvələrin fikrini icra etməyə heç vaxt razı ola bilməzdi.(İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.168-183.)
    Abbasilər dövründə İslam cəmiyyətinin xüsusi mədəni şəraiti
    İslamın Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründə Hicazdan kənara çıxa bilməməsinə baxmayaraq, bünövrəsi möhkəm olduğundan, o Həzrətin vəfatından sonra sürətlə yayılmağa başlayır. Belə ki qısa bir müddət ərzində o dövrün bütün mədəni ölkələrini Hicazın şimal şərq qərb və cənubunda olan Roma İran Misir Yəmən və Aşur mədəniyyəti kimi digər beş böyük mədəniyyəti öz nüfuzu altına alaraq onların mövhumat fəsad və azğınlıqlarını kənara atıb müsbət və faydalı nümunələrini İslam mədəniyyəti altına alaraq onları İlahi rəngə salıb daha da inkişaf etdirirdi. İslamın elmsevər təbiəti səbəb olur ki dünyanın müxtəlif ölkələrinin əqidəvi-siyasi məsələlərinin inkişafı sayəsində həmin elmlər İslam cəmiyyətinə yol taparaq Yunanıstan, Misir Hindistan İran və Roma alimlərinin elmi kitabları Quran dili olan ərəb dilinə tərcümə olunurdu.
    Öz elmlərini Qurandan mənimsəmiş İslam alimləri digər alimlərin kitablarını oxuyub onlara bəzi iradlar tutmaqla bir sıra ixtiralar əlavə edərək köhnəlmiş mədəniyyətə yeni – İslami rəng gətirirdilər. Başqa alimlərin yazdığı əsərlərin tərcüməsinə Əməvilərin hakimiyyəti dövründən (əlbəttə, Əməvilər özləri İslam və elmə qarşı biganə idilər) başlanılmış Abbasilərin xüsusən də, Harun və Məmunun hakimiyyətləri dövründə kulminasiya nöqtəsinə çatmışdır. (Bu hadisə İslam dövlətinin ən geniş əraziyə qədər irəlilədiyi bir dövrə təsadüf edir.) Əlbəttə, bu elmi inkişafın bünövrəsini heç də Əməvilər yaxud Abbsilər qoymamış sadəcə olaraq İslam təlimlərinin elm sahəsindəki təbliğinin bilavasitə nəticəsi və elm üçün heç bir həddi-hüdud təyin etməməsi olmuşdur. İslamın "Elm Çində belə olsa, onun ardınca gedin!” "Elmi nəyin bahasına olursa-olsun hətta ürəyinizin qanı bahasına da olsa, öyrənin!” kimi təlimləri müsəlmanları elm ardınca getməyə vadar edirdi. Tarixdə qeyd edilmişdir ki bir gün Məmun görkəmli yunan filosofu Aristoteli yuxuda görüb ondan bəzi məsələlər barədə soruşur. Yuxudan ayıldıqdan sonra onun kitablarını tərcümə etmək fikrinə düşür. Roma imperatoruna bir məktub yazaraq bu imperiya ərazisindəki qədim elmləri ehtiva edən kitablar məcmuəsini onun üçün göndərməsini istəyir. Roma imperatoru çox götür-qoy etdikdən sonra bu təklifi qəbul edir. Məmun bu mühüm vəzifəni yerinə yetirməyi Həccac ibn Mətər ibn Bətriq və (Bağdadın möhtəşəm kitabxanası) "Beytül-hikmət”in rəisi Səlmaya tapşırır. Onlar Roma imperiyasına gedib orada bəyəndikləri kitabları Məmunun hüzuruna göndərir və Məmun da onları tərcümə etdirməyə başlayır.(Əl-Fihrist, səh.353.)
    Məlum məsələdir ki Məmun kimi köhnə siyasətbazların yuxusu adi yuxu olmayıb adətən siyasi mövqe kəsb edir. Onlar yuxularında elə şeylər görürlər ki yuxuda gördükləri onların hökumət dayaqlarını möhkəmlədir. Ümumiyyətlə, Məmunun bu hərəkəti siyasi təhlil baxımından aşağıdakı ehtimalları doğurur:
    1)–Məmun özünü elm bilik tərəfdarı olan bir müsəlman kimi qələmə vermək üçün hansısa üstünlük qazansın deyə, bu hərəkətə əl atır.
    2)–Məmun istəyirdi ki bu işlə ictimai problemlər və siyasi vəziyyət qarşısında bir növ məşğuliyyət yaratsın.
    3)–Onun bu işdən məqsədi İslam cəmiyyətinin ziyalılarını özünə tərəf cəlb etmək bunun da nəticəsi olaraq hakimiyyət dayaqlarını möhkəmlətmək idi.
    4)–O bu hərəkəti ilə elm meydanında ad çıxarmış Əhli-beyt məktəbi qarşısında bir məktəb açaraq birincinin tərəfdarlarını azaltmaq və o məktəbin nüfuzunu aşağı salmaq istəyirdi.
    5)–O bu hərəkəti ilə bildirmək istəyirdi ki Abbasilərin xilafəti İran Roma və Misir kimi imperiyalara da hakim olmağa layiqdir.
    Bu beş ehtimalın biri heç də digərini inkar etmir və ola bilsin ki bunların hamısı Məmunun fikrində olmuşdur. Bu ehtimalların hansı doğru olursa-olsun, bir məsələdə şəkk yoxdur ki Məmun yunan alimlərinin kitablarını tərcümə etdirmək üçün çox çalışmış bu yolda həddən artıq pul xərcləmişdir. Hətta deyirlər ki bəzi vaxtlar bir kitab üçün həmin kitabın ağırlığı qədər qızıl verərmiş. Kitabların tərcüməsinə o qədər diqqət yetirərmiş ki onun adına tərcümə olunmuş kitabın üstünə bir əlamət qoyub camaatı həmin kitabı oxumağa o elmi öyrənməyə həvəsləndirərdi. Hikmət sahibləri ilə oturub-durduğundan razı qalırdı.(İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.3, səh.216.) Beləliklə, başqa xalqların meydana çıxardığı elmlər də, İslami elmlərlə yanaşı günün əsas tələblərindən birinə çevrilir. Bu sahədə həddən artıq diqqətli olan ölkə əyan-əşrafı da Məmunun yolunu davam etdirir elm fəlsəfə və məntiq əhlinə ehtiramla yanaşırdılar. Bunun nəticəsi olaraq İraq Şam və İrandan Bağdada çoxlu sayda tərcüməçilər axışır. Görkəmli məsihi tarixçisi Corci Zeydan bu barədə yazır: "Harun ər-Rəşidin (hakimiyyət illəri 170-193 h.q) hakimiyyətə gəldiyi dövrdə artıq camaatın fikir səviyyəsi Hindistan İran Suriya alim və filosoflarının Bağdada get-gəl etməsi nəticəsində inkişaf etmiş qədim alimlərin elm və kitablarına maraq artmışdı. Ərəb dilini öyrənib müsəlmanlarla əlaqədə olan qeyri-müsəlman alimlər müsəlmanları bu elmləri öyrənməyə həvəsləndirirdilər. Müsəlmanlar isə yenə də əvvəldə olduğu kimi biganə elmlər sahəsində təbabətdən başqasına yaxın düşməkdən çəkinirdilər. Çünki onlar elə başa düşürdülər ki təbabətdən başqa digər biganə (əlbəttə biganə demək mümkünsə) elmlər İslama ziddir. Buna baxmayaraq, filosofların xəlifələrin yanına çox get-gəl etmələri nəticəsində və onların əksəriyyətinin məntiq və fəlsəfəni xoşladıqlarına görə istər-istəməz xəlifələr də, məntiqi və fəlsəfi məsələləri dinləməyə maraq göstərirdilər. Yavaş-yavaş xəlifələrlə ünsiyyət yaranır. İş o yerə çatır ki xəlifələr hər hansı bir ölkə və ya şəhəri fəth etdikdə daha (əvvəl olduğu kimi) oradakı kitabları od vurub yandırmır əksinə kitabların Bağdada gətirilib ərəb dilinə tərcümə edilməsini əmr edirdilər. Necə ki Harun ər-Rəşid Roma imperiyasının Ankara Ənvəriyyə və digər şəhərlərini tutduqda oradan çoxlu sayda kitab ələ keçirərək onları Bağdada gətizdirmiş və öz şəxsi həkimi olan Yuhənna ibn Masviyəyə onları ərəb dilinə tərcümə etməyi əmr etmişdir. Lakin bu kitablar yunan təbabətinə aid olduğundan onlarda fəlsəfəyə aid bir şey yox idi. Harunun hakimiyyəti dövründə ilk dəfə olaraq "Uqlidis” kitabı Həccac ibn Mətərin vasitəsilə ərəb dilinə tərcümə olunaraq "Haruniyyə” ikinci dəfə isə Məmunun hakimiyyəti dövründə yenə də ərəb dilinə tərcümə olunaraq "Məmuniyyə” adlandırılmışdır. Harunun hakimiyyəti dövründə Yəhya ibn Xalid Bərməki "Micəsti” kitabını ərəb dilinə tərcümə etmiş bəziləri isə onun tərcüməsinə təfsirlər yazmışlar.
    Həmin təfsirçilərin yazdığı təfsirlər yaxşı olmadığı üçün Harun o kitabın tərcüməsini yenidən təfsir etməyi Əbu Həssan və Beytül-hikmət kitabxanasının rəisi Səlmaya tapşırır. Onlar da öz növbələrində bu kitabı çox diqqətlə təfsir etmişlər.
    Məmun, fəlsəfə və məntiq
    Fəlsəfəyə dair kitablar məhz Məmunun hakimiyyəti dövründə tərcümə edilir. Bunun da səbəbi Məmunun özünün fəlsəfəyə olan əlaqəsi olmuşdur. İslamın lap ilkin çağlarından müsəlmanlar öz rəy və fikirlərini bildirməkdə azad olmuşlar. Onlardan hər hansı birisi siyasi və bu kimi işlərdə öz fikrini bildirmək istədikdə, çəkinmədən fikrini xəlifəyə açıqlamış və xəlifənin məqamı onu öz fikrini bildirməkdən çəkindirməmişdir. Bu dəstə dini sahədə də, fikir azadlığına malik olmuşdur. Kim bir ayə və ya hədisin mənasını öz bildiyi kimi anlayıb onun başqalarının fikri ilə uyğun gəlmədiyini görürdüsə, çəkinmədən öz fikrini bildirir və başqaları ilə (müxaliflərlə) mübahisə etməyə başlayırdı. Müxtəlif firqə və məzhəblərin yaranmasına səbəb də, məhz bu fikir və əqidə azadlığı olmuşdur. Belə ki Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələri vəfat etdikdən sonra yəni demək olar ki hicrətin ikinci əsrinin əvvəllərindən başlayaraq İslam aləmində müxtəlif firqə və məzhəblər yaranmağa başlayır. Bu firqələrdən biri də mötəzilə firqəsi olmuşdur. Mötəzilə firqəsi özünə çoxlu tərəfdar toplayan, əsası dinlə ağlın sintezindən ibarət olan bir firqə olmuşdur. Əgər bu məzhəbin əqidə və fikirlərini diqqətlə mütaliə etsək görərik ki onun bəzi fikirləri bu günkü zamandakı bir sıra ən yeni tənqidi-məzhəbi fikirlərlə uyğun gəlir.
    Məmun və mötəziləçilik
    Mötəzilə məzhəbi hicrətin birinci əsrinin sonlarında yaranmışdır. Bu məzhəbin əsasını ədalət hökmləri və məntiq təşkil etdiyi üçün qısa bir zamanda özünə çoxlu tərəfdar toplaya bilir. Fiqh sahəsində isə Mənsur Abbasi (Dəvaniqi) qiyas (müqayisə) tərəfdarları ilə həmfikir olduğundan Əbu Hənifəni irəli çəkərək onun fikri ilə hərəkət edir. Mənsurun bu fikri (bu hərəkəti) özündən sonra da, bütün Abbasi xəlifələri arasında davam edir. Mötəzilə məzhəbinin bu fikirlə (qiyasla hərəkət etmək fikri ilə) çox yaxından bağlılığı vardı. Çünki Mötəzilə məzhəbinə mənsub olan şəxslər öz əqidələrini əqli dəlillərlə sübut etmək istədikləri üçün kimin məntiq və Aristotelin fikirlərindən xəbərdar olduğunu görürdülərsə onun ardınca gedib öz əqidələrini təsdiqləmək və müxaliflərə qarşı (elmi) mübarizə aparmaq üçün ondan kömək diləyirdilər. Abbasi xəlifəsi Məhdinin hakimiyyəti dövründə Zənadiqə məzhəbinin tərəfdarları artdığından bu fikir (yəni hər şeydə məntiqə əsasalanmaq, mötəzilə məzhəbi) daha geniş yayılır.
    Bərməkilər tayfası da, hər bir işi qiyas əsasında götürdükləri və elmə də çox maraq göstərdikləri üçün Məmundan qabaq elmi kitabları tərcümə etməyə başlayır. Bu tayfadan olanlar öz evlərində elmi müzakirələr təşkil edirdilər. Deyəsən Harun onların bu işindən narazı idi və ona görə də, onlar bu işi çox da üzə vurmurdular. Məmun hakimiyyətə gəlcək (198-218 h.q) vəziyyət tamamilə dəyişir. Çünki Məmun özü düşüncəli istedadlı və qiyasa çox meylli bir şəxs idi. Ondan qabaq tərcümə olunmuş bir çox qədim kitabları oxuyub tədqiq etmiş nəticədə qiyasa marağı daha da artmış axırda da, mötəzilə məzhəbinə üz tutaraq bu məzhəbin başçılarını (Əbul Həzil Həllaf İbrahim ibn Səyyar və başqalarını) özünə tərəf çəkib əqaid elminin alimləri ilə elmi məclislər təşkil edirdi. O axıra qədər bu məzhəbdə qalmış və onun davamçılarını himayə etmişdir. Məmunun bu himayəsi nəticəsində mötəzilə məzhəbinin o vaxta qədər (sünni alimlərindən çəkinib) deyə bilmədikləri sözlərə o cümlədən Quranın məxluq olması artıq açıq-aşkar camaatın arasında yayılmağa başlayır. Məmun heç hakimiyyətə gəlməzdən qabaq da, bu məsələyə (Quranın məxluq olması iddiasına) inanmış buna görə də, müsəlmanlar onun xəlifə olub bu fikri yaymasından qorxurdular. İş o yerə çatmışdı ki Füzeyl ibn Əyaz aşkar şəkildə deyirdi: "Mən Məmunun şərrindən uzaq olmaq üçün Haruna Allahdan uzun ömür istəyirəm.” Nəhayət Məmun xəlifə olur və özünün mötəzilə məzhəbində olduğunu da aşkar edir. Sünni alimləri bunu görcək səs-küy salır camaatın böyük əksəriyyəti də, mötəzilə məzhəbinin əksinə olduğu üçün onların bu ziddiyyəti Məmunu bir az çıxılmaz vəziyyətə salır. Öz məzhəbindən dönə bilməyən Məmun elmi müzakirə yolunu seçib hər iki tərəfin (mötəzilə və müxalif tərəflərin) iddialarını əql və məntiqlə müqayisə etmək üçün elmi məclislər təşkil edir məntiqi bəhslərin tədqiq edilməsi üçün qısa bir zamanda yunanların məntiq və fəlsəfə kitablarının ərəb dilinə tərcümə edilməsini əmr edir. Məmun özü də bu kitabları oxuyur və bu yolla mötəzilə məzhəbinə olan əqidəsi daha da möhkəmlənirdi. Ancaq Məmunun bu səyləri camaatın fikrini mötəzilə məzhəbinə cəlb etməkdə bir o qədər də, təsir bağışlamır. Məmun bunu başa düşüb səylərinin bir fayda verməyəcəyindən ümidini kəsdikdə, təhdidə əl ataraq hakimiyyətinin son çağlarında mötəzilə məzhəbinin müxaliflərinə qarşı ciddi mübarizə aparır. Bir dəfə Bağdaddan kənarda olduğu zaman Bağdad valisi İshaq ibn İbrahimə əmr verir ki bütün qazı və elm adamlarını yığıb imtahana çəksin. Quranın məxluq olmasını qəbul edənləri burax bu fikrə qarşı mənfi mövqedə duranlara isə bu fikir təlim edilsin.
    Dediklərimizdən belə nəzərə çarpır ki Məmun məlumatının çoxluğu əqidə azadlığı və qiyas əsasında hərəkət etməsi nəticəsində yunan elmlərinin ərəb dilinə tərcümə edilməsindən çəkinmir mötəzilə məzhəbini təsdiq etməsi sahəsində ilk atdığı addım məntiq və fəlsəfə kitablarını tərcümə etdirməsi olur. Sonra Aristotelin bütün əsərlərinin (istər fəlsəfə sahəsində istərsə də başqa sahələrdə) tərcüməsilə məşğul olur. Beləliklə, hicrətin üçüncü əsrinin əvvəllərində açıq şəkildə bu kitabların tərcüməsinə başlanılır. Mötəzilə məzhəbi su görmüş susuz şəxs kimi Aristotelin fəlsəfi əsərlərini görüb onları diqqətlə mütaliə etməyə başlayır və nəticədə müxaliflərinə qarşı mübarizə etmək üçün onu əlində möhkəm bir əsas kimi tutur.(İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.3, səh.212-215.)
    Xarici elmi kitabların tərcüməsi
    Doktor İbrahim Həsən bu barədə belə yazır: "Əməvilərin hakimiyyəti dövründə xarici kitabların tərcüməsi ilə heç kim məşğul olmurdu. Xalid ibn Yezid ibn Müaviyə tibb və kimya kitablarını ərəb dilinə tərcümə etmiş ilk şəxs olmuşdur. O Misirdə yaşayan yunanları çağırıb onlardan kimyanın praktikasına aid olan kitabların bir çoxunu ərəb dilinə tərcümə etmələrini istəyir. O kimya vasitəsilə süni qızıl əldə etmək istəyirdi. Əbdülməlik Mərvanın hakimiyyəti dövründə isə dövlət idarələrində o vaxta qədər hakim olmuş fars və yunan dilləri ərəb dili ilə əvəz olunur həmçinin, Misir və yunan dilində olan Misir divanı (şer və nəsr toplusu) ərəb dilinə çevrilir (tərcümə olunur).
    Abbasilər sülaləsi hakimiyyətə gəldikdən sonra bu sülalə farsmeylli olduğundan xilafətin paytaxtında farslarla ərəblər bir-birilə qaynayıb-qatışır xəlifələr yunan və İran elmlərini öyrənməyə rəğbət göstərirlər. Mənsur xarici kitabların tərcümə edilməsini əmr edir. Hüneyn ibn İshaq Sokrat və Calinusun kitablarından bəzilərini onun üçün ərəb dilinə tərcümə edir. İbn Müqəffə isə "Kəlilə və Dimnə”ni və "İqlidis” kitabını ərəb dilinə tərcümə edir. Bir çox alimlər kitabların fars dilinə tərcümə edilməsində də şöhrət qazanırlar. O cümlədən, Xandan Nobəxtiyan Həsən ibn Səhl (Məmunun vəziri) Əhməd ibn Yəhya Bəlazəri ("Fütuhul-buldan” əsərinin müəllifi) və Əmr ibn Fərxan da bu işdə ad çıxarırlar.
    Harunun hakimiyyəti dövründə tərcümə işi başqa cür icra olunur. Roma imperiyasının bir sıra böyük şəhərlərindən onun əlinə bəzi kitablar düşür o da əmr verir ki yunanların kitablarından ələ düşənlərin hamısı tərcümə edilsin. Bərməkililərin tərcüməçiləri alqışlayıb onlara qiymətli hədiyyələr verməsi də, tərcümə işini bir qədər irəli aparır. Hətta Məmunun özü də tərcümə edirdi. O əsasən yunan və İran kitablarının tərcüməsi ilə məşğul olur fəlsəfə həndəsə musiqi və tibbə aid olan nadir kitabları gətirmək üçün bir neçə nəfəri Konstantinopola (indiki İstanbula) göndərir. İbn Nədim deyir: "Roma imperatoru ilə Məmun arasında məktublaşmalar olur Məmun ondan istəyir ki o öz imperiyasında olan qədim elmlərə dair kitablardan xilafət ərazisinə göndərsin. İmperator əvvəl imtina etsə də, sonradan bu işlə razılaşır. Məmun Həccac ibn Mətər İbn Bətriq və "Darul-hikmət” kitabxanasının rəisi Səlmadan ibarət nümayəndə heyətini bu kitablardan seçib bəyəndiklərini gətirmək üçün Roma imperiyasına göndərir. Onlar Konstantinopola gedib bəyəndikləri kitabları yığıb gətirirlər. Məmun onların ərəb dilinə tərcümə edilməsini əmr edir. Onlar da Məmunun əmrini yerinə yetirirlər. Qəsta ibn Luka yunan Suriya və Mesopotamiya dillərindən edilən tərcümələrə Yəhya ibn Harun isə fars dilindən olunan tərcümələrə nəzarət edirdi. Tərcüməçilərin alqış və həvəsləndirilməsi camaatın xəlifələrə tərəf cəlb olunması və bunun da nəticəsində bir çox kitabların ərəb dilinə tərcümə edilməsi Məmuna xas olan bir iş deyildi. Kitabların çoxu varlı şəxslərin kömək və səyi nəticəsində ərəb dilinə tərcümə olunurdu. O cümlədən münəccim (astronom) Şakirin oğulları olan Məhəmməd Əhməd və Həsən riyaziyyat kitablarını əldə etmək üçün külli miqdarda pul xərcləmiş həndəsə nücum (astronomiya) və musiqi sahəsində qiymətli əsərlər yazmışlar. Onlar da Hüneyn ibn İshaqı nadir kitabları əldə etmək üçün Roma imperiyasının ərazisinə göndərirlər.
    Məmunun hakimiyyəti dövründə böyük riyaziyyatçılar meydana gəlir. Bunlardan biri də, Məhəmməd ibn Musa Xarəzmi idi. O cəbr elmi haqqında ardıcıl mütaliələr edib bu elmi hesab elmindən ayırmış ilk şəxs olmuşdur. Tərcümənin gedişatında bu məsələ təbii idi ki müsəlmanların bir çoxu tərcümələr haqqında təhqiqat aparıb onlara haşiyələr vurur (əlavələr edir) səhvləri düzəldirdilər. Burada Yəqub ibn İshaq Kendinin adını qeyd etməliyik. O tibb fəlsəfə hesab məntiq həndəsə və astronomiya elmlərində çox mahir bir şəxs olub öz əsərlərində Aristotelin yolu ilə gedirdi. Yəqub ibn İshaq fəlsəfəyə dair xarici kitabların bir çoxunu tərcümə edib onlarda olan çətin məsələlərin həllini izah edirdi. Ondan başqa bu sahədə daha üç nəfər də şöhrət qazanmışdılar. Onlar Hüneyn ibn İshaq Sabit ibn Qürrə Hərani və Əmr ibn Fərxan Təbəri olmuşlar.
    Abbasilər yunan və fars elmlərindən fəlsəfə tibb astronomiya riyaziyyat musiqi məntiq coğrafiya və bir sıra başqa qayda-qanunların hamısını tərcümə edirlər. İbn Nədim deyir: "Münəccim Şakirin övladları hər ay tərcüməçilərə o cümlədən Hüneyn ibn İshaq ibn Həsən və Sabit ibn Qürrəyə beş yüz dinara yaxın maaş verirdilər.”
    Əməvilərin hakimiyyətdə olduqları müddətdə kitabxananın heç bir əhəmiyyəti yox idi. Abbasilərin dövründə isə tərcümə işinin inkişaf etməsi və kağız istehsalının artması nəticəsində kağız satan şəxslər meydana çıxır. Onlar kitablar yazdırıb onun alqı-satqısı ilə məşğul olur alim və yazıçıların bir yerə toplaşması üçün xüsusi yerlər düzəldirdilər. Bunun ardınca dini və elmi kitabların saxlanıldığı böyük kitabxanalar tikilirdi. Sonralar bu kitabxanalar İslam dünyasının ən böyük mədəni-maarif mərkəzlərinə çevrilir.
    Çox güman ki Harunun təsis etdirdiyi ondan sonra isə Məmunun onu genişləndirib oraya çoxlu kitablar verdiyi "Darul-hikmət” kitabxanası Abbasilər dövrünün ən böyük kitabxanası olmuş və Bağdad, monqolların işğalına məruz qalana qədər öz əhəmiyyətini qoruyub saxlamışdır. Bu kitabxanada geniş yayılmış bütün elmlərə aid kitablar olmuş mütaliə məqsədilə oraya gedən alimlərin hər biri öz dövrünün nüfuzlu elmi şəxsiyyətlərindən olub İslam mədəniyyətini və eləcə də, qədim mədəniyyəti xalq arasında yayan şəxslər olmuşlar.
    Elmi yaymaq təkcə xəlifələrə məxsus deyildi. Ölkənin vəzir və digər ali rütbəli şəxsləri də, xəlifənin yolunu gedib elmin yayılmasında böyük işlər görürdülər. Məsudi yazır: "Yəhya ibn Xalid Bərməki bəhs və müzakirəyə çox meyl göstərir İslam və sair dinlərin ilahiyyatçılarının bir yerə toplaşdığı məclislər təşkil edirdi.”(İslamın siyasi tarixi, c.2, səh.296-299.)
    İmam Riza əleyhissəlamın yad fikirlər qarşısında tutduğu mövqe
    Bu qədər elmi fəaliyyətin aparılmasına baxmayaraq, tərcüməçilər arasında digər dinlərə qulluq edən inadkar şəxslərin olması nigarançılıq doğururdu. Müsəlman tərcüməçilərlə yanaşı zərdüştlilər sabiilər nəsturilər romalılar və hind brəhmənləri də yunan fars Suriya hind latın və başqa dillərdən ərəb dilinə tərcümə işi ilə məşğul olurdular. Təbii ki onların hamısı öz işlərində təmiz niyyətlə hərəkət etmirdi. Bir dəstəsi çalışırdı ki əlinə düşmüş bu fürsətdən istifadə edib xarici elmlərin İslam mühitinə gəlməsi ilə öz çirkin əqidəsini yaysın. Məhz buna görə də, zahirdə elmi nəzərə çarpan bu kitabların əsnasında mövhumat qeyri-İslami həqiqətlər İslam aləminə yol taparaq bir sıra gənclərin və təlim-tərbiyəsi zəif olmuş şəxslərin zehninə nüfuz edirdi. Məlum məsələdir ki o vaxt Abbasilərin sarayında təqva və imana malik olan ürəyiyanan elmi bir heyət olmamış və təbii ki xaricilərin elmi əsərləri də, diqqətlə araşdırılmamış əsl İslami dünya baxışı ilə tutuşdurulmamış səhv məsələlər çıxarılaraq ancaq düzgün və həqiqətə uyğun olanı İslam cəmiyyətinin ixtiyarına verilməmişdi. Əsas məsələ budur ki bu xüsusi fikir və mədəni şərait İmam Riza əleyhissəlamın üzərinə ağır bir vəzifə salırdı. O dövrdə yaşayıb təhlükəli vəziyyətdən çox yaxşı xəbərdar olan İmam Riza (əleyhissəlam) himmətini toplayıb geniş bir ideoloji inqilab yaradaraq bu təhlükəli və çirkin fikirlər qarşısında İslam cəmiyyətinin əsl və həqiqi əqidəsini qoruyub saxlayır öz hikmətli rəhbərliyi nəticəsində batmaqda olan əsl İslam gəmisini fikir və əqidə bataqlığından çıxarırdı.
    Harun və Məmunun hakimiyyəti dövründə xilafət ərazisinin son həddədək genişləndiyini nəzərə alsaq bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bir o qədər yaxşı anlaya bilərik. Bir sıra görkəmli tarixçilər qeyd etmişlər ki dünyada heç vaxt o böyüklükdə vahid dövlət olmamışdır. (Təkcə Makedoniyalı İskəndərin dövlətini onunla müqayisə edə bilirdilər). O dövrdə aşağıda adları çəkilmiş ölkələrin hamısı xilafətin daxilində olmuşdur: İran Əfqanıstan Sind Türküstan Qafqaz Türkiyə İraq Suriya Fələstin Ərəbistan Sudan Əlcəzair Tunis Mərakeş və İspaniya. Beləliklə, Abbasilərin (xüsusən də, Harun və Məmunun) hakimiyyəti dövründə xilafətin ərazisi İspaniyanı çıxmaq şərtilə bütün Avropa qitəsinin ərazisi qədər bəlkə ondan da, çox olmuşdur.(İslam və ərəb mədəniyyətinin tarixi, səh.211.)
    Təbii məsələdir ki bu ölkələrin ilkin mədəniyyətləri İslamın mərkəzinə nüfuz edib müsəlmanların əsl İslam fikirləri ilə qarışıb onlarda çaşqınlıq yaradacaqdı. Hansı ki o mədəniyyətlərdə haqq batildən doğru yalandan və yaxşı pisdən fərqlənmirdi.
    Category: İmam Riza əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 703 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024