İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Riza əleyhissəlamın həyatı

    İmam Riza əleyhissəlamın həyatı
    2012-05-02, 4:21 PM
    Məmunun elmi müzakirələr təşkil etməkdən əsl məqsədi
    Məmun vəliəhdlik məqamını İmam Riza əleyhissəlama güclə qəbul etdirdikdən sonra Xorasanda geniş miqyaslı elmi müzakirələr məclisi təşkil etməyə başlayaraq dövrün böyük alimlərini istər müsəlman olsun istərsə də qeyri-müsəlman, həmin məclislərə dəvət edirdi. Bu işdən məqsəd zahiri baxımdan İmam Riza əleyhissəlamın müxtəlif elm sahələrində məharətinin nümayiş etdirilməsi haqda heç kəsin şübhəsi yoxdur. Ancaq bu zahiri cəhətin görünməyən tərəfində hansı məqsədlərin gizləndiyi haqda təhqiqçilər müxtəlif versiyalar irəli sürmüşlər:
    1. Bu məsələyə mənfi nəzərlə baxanlar (əlbəttə onların bu məsələyə pis münasibət bəsləməyə haqları vardır. Çünki zalımların siyasi hərəkətlərinin təhlilində məsələyə pis münasibət bəsləmək əsas yer tutur.) deyirlər: "Məmunun bu işdən yeganə məqsədi bu olmuşdur ki İmam Riza əleyhissəlamın məqamını camaatın xüsusən də, Əhli-beyt (əleyhimussəlam) tərəfdarı olan iranlıların gözündə aşağı salsın. Çünki o elə bilirdi ki İmam Riza (əleyhissəlam) təkcə Quran və hədisin sadə məsələlərini bilir və digər elmlərdən xəbərsizdir. Bu fikri söyləyənlər öz iddialarını sübut etmək üçün İslami rəvayətlərdə gəlmiş Məmunun öz sözünə istinad edirlər. İmam Riza əleyhissəlamın yaxın dostlarından olan Nofəli rəvayət edərək deyir: "Əqaid elminin məşhur alimlərindən olan Süleyman Mərvəzi Xorasanda olarkən Məmunun yanına gəlir. Məmun ona çox hörmətlə yanaşıb hədiyyələr verir. Sonra isə ona deyir: "Əmim oğlu Əli ibn Musa (İmam Riza (əleyhissəlam)) Hicazdan mənim yanıma gəlmişdir. O əqaid elmini və bu elmin alimlərini çox sevir. Əcər istəyirsənsə, Tərviyə günü (zil-hiccə ayının səkkizinci günü) (ola bilsin bu günü alimlərin çoxunun yığılmasına görə təyin ediblərmiş) gəl onunla bəhs et!” Öz elmi ilə təkəbbür edib biliyinə arxalanan Süleyman dedi: "Ey Əmirəl-möminin! Mən sənin məclisində özü də Bəni-Haşim nümayəndələrinin hüzurunda onun kimi bir şəxsə sual verim? Qorxuram ki cavab tapa bilməyə bunun nəticəsində də, elmi məqamı aşağı enə. Mən onun kimilərlə çox danışa bilmərəm.” Məmun dedi: "Mənim də məqsədim elə budur ki sən onu çıxılmaz vəziyyətə salasan. Mən bilirəm ki sən elm və bəhsdə mahirsən.” Süleyman dedi: "İndi ki, belədir eybi yoxdur. Sən bir məclis təşkil et həm məni həm də onu həmin məclisə dəvət et. Belə olduqda mənim heç bir qorxum olmaz.(Uyuni-əxbarir-Riza, c.1, səh.179.)” (Bu məclis təyin olunmuş gündə təşkil olunur və İmam Riza (əleyhissəlam) həmin məclisdə Süleymanı yaman çıxılmaz vəziyyətə salıb bütün cavab yollarını onun üzünə bağlayaraq onun zəif və bacarıqsız olduğunu sübut edir.)
    Bu məsələyə daha bir sübut İmam Riza əleyhissəlamın özündən rəvayət olunan hədisdir. Məmun elmi müzakirə məclisləri təşkil edib şəxsən özü Əhli-beyt (əleyhimussəlam) düşmənləri ilə bəhs edərək Əli əleyhissəlamın İmam və bütün səhabələrdən üstün olduğunu isbat etməklə özünü İmam Riza əleyhissəlama yaxınlaşdırmaq istəyirdi. İmam Riza (əleyhissəlam) isə etibar etdiyi yaxın dostlarına buyurur: "Onun (Məmunun) sözlərinə aldanmayın. And olsun Allaha ki mənim qatilim məhz o olacaqdır. Lakin nə etməli? Həyatımı axıra qədər yaşamaqdan ötrü səbr etməkdən başqa çarəm yoxdur.” (Uyuni-əxbarir-Riza, c.2, səh.185.)
    Bir tərəfdən baxanda Məmunun Həzrət Əli (əleyhissəlam) və onun məktəbini son dərəcə müdafiə etməyə haqqı var idi. Çünki bir tərəfdən Abbasilərin ilk şüarı "Ali-Məhəmməd razılığı naminə” olmuş və məhz bu şüarın sayəsində onlar hakimiyyətə gələ bilmiş digər tərəfdən də, onun ordusunun əsas hissəsini Əhli-beyt (əleyhimussəlam) aşiqi olan iranlılar təşkil edirdi. Məmunun isə onları özündən qaçırmamaq üçün bundan başqa yolu yox idi.
    Bir sözlə, İmam Riza əleyhissəlamın bir az bundan qabaq qeyd etdiyimiz hədisdəki ifadəsindən başa düşürük ki Məmunun elmi müzakirələr təşkil etməkdə məqsədi heç də İmam əleyhissəlamın xeyrinə və sədaqətlə olmamışdır. İmam Riza əleyhissəlamın xadimi Əbus-silət bu barədə deyir: "İmam Riza (əleyhissəlam) öz mənəvi dəyər və xüsusiyyətləri sayəsində camaat arasında günü-gündən nüfuz qazandığına görə Məmun belə qərara gəlir ki xilafət ərazisinin bütün yerlərindən əqaid elminin alimlərini çağırtdırıb o Həzrətlə bəhsə vadar etsin və onlar da İmam əleyhissəlamı öz sualları qarşısında aciz qoyub onun elmi məqamını aşağı salsınlar. Nəticədə, camaat da, onun zəif olduğunu bilsin. Ancaq İmam Riza (əleyhissəlam) yəhudi məsihi zərdüşti brəhmən sabii və Allahı inkar edən düşmənlərini bəhsdə məhkum edərək onları aciz qoyur...”(Uyuni-əxbarir-Riza, c.2, səh.239.)
    Maraqlı burasıdır ki Məmunun daima bu cür məclislər təşkil olunan sarayında İmam Riza əleyhissəlamın şəhadətindən sonra bir daha bu cür elmi məclis təşkil olunmur.
    Məmunun məqsədindən xəbərdar olan İmam Riza (əleyhissəlam) özü buyurardı: "Mən Tövrat əhli ilə öz Tövratının İncil əhli ilə öz İncilinin Zəbur əhli ilə öz Zəburunun ulduza pərəstiş edənlərlə özlərinin İbrani dilində zərdüştilərlə özlərinin fars dilində romalılarla öz dillərində bəhs və müzakirə əhli ilə də öz dillərində bəhs edib özümün haqq olduğumu onlara sübut etdikdən sonra Məmun öz səhvini başa düşüb yəqin ki peşiman olacaq...”(Biharül-ənvar, c.49, səh.175.)
    Beləliklə, Məmunun bu hərəkətinə pis gözlə baxanlar bu barədə tamamilə haqlıdırlar.
    2. Əgər birinci ehtimalı kənara qoysaq diqqəti cəlb edən digər bir məsələ budur ki Məmun İmam Riza əleyhissəlamın yüksək məqamını təkcə elm sahəsinə aid etməklə onu siyasi məsələlərdən yavaş-yavaş uzaqlaşdırmaq istəyirdi. O İmam Riza əleyhissəlamı bir elm adamı kimi göstərməklə, onun İslam ümməti üçün yalnız elmi dayağ olub daha siyasətə qarışmadığını bildirmək beləliklə də, dinin siyasətdən ayrı olduğu şüarını həyata keçirmək istəyirdi.
    3. Diqqəti cəlb edən başqa bir ehtimal budur ki hiyləgər və köhnə siyasətçilər daima çalışırlar ki müxtəlif sahələr üzrə camaatın başını bir şeyə qatıb onları cəmiyyətin əsas problemlərindən və öz hökumətinin zəif cəhətlərindən xəbərsiz qoysunlar. O istəyirdi ki İmam Riza əleyhissəlamın öz dövrünün alimləri ilə müzakirələri məclislərdə dildən-dilə gəzsin və Əhli-beyt (əleyhimussəlam) tərəfdarlarının hamısı o Həzrətin məharətindən danışıb onun qələbələrindən söhbət etsinlər. Məmun isə bu tərəfdə öz siyasi işlərini rahat xəyalla yerinə yetirib hökumətinin zəif cəhətlərinin üstünü örtsün.
    4. Diqqəti cəlb edən dördüncü ehtimal da budur ki Məmun özü heç də fəzilətsiz bir şəxs olmamış həmişə İslam cəmiyyəti arasında alim bir xəlifə kimi tanınmaq istəmişdir. O elm və biliyə olan əlaqəsini Xorasan kimi bir yerdə xüsusən də, o dövrün İslam mühitində hamıya bəlli etməyə bunu öz hökuməti üçün bir üstünlük hesab etməyə və bu yolla bəzilərini özünə tərəf cəlb etməyə çalışırdı. Bu elmi müzakirə məclislərinin siyasi xarakter daşımasını və siyasi məsələlərin də bir səbəblə inhisarlanmamasını qəti şəkildə nəzərə alsaq deyə bilərik ki bu dörd ehtimalın dördü də, Məmunun əsas məqsədi olmuşdur. Bir sözlə, Məmun bu məqsədləri əsasında elmi müzakirə məclisləri təşkil edir lakin bir azdan qeyd edəcəyimiz kimi o bu elmi müzakirələrdən nakam və məğlub olmuş halda kənara çıxaraq nə təkcə öz məqsədinə çatmır əksinə istədiyinin əksinə nail olurdu. İndi bu müqəddimələri nəzərə alaraq həmin elmi bəhs və müzakirələrin bir qisminə diqqət yetirək. Düzdür son dərəcə təəssüflə qeyd etməliyik ki bəzi hallar olmuşdur ki İmam Riza əleyhissəlamın bəzi bəhs və müzakirələrinin xırdalıqları tarix səhifələrinə yazılmamış yazılmışsa da, çox qısa şəkildə yazılmışdır. Kaş indi həmin xırdalıqların hamısı bizim ixtiyarımızda olaydı biz də o Həzrətin buyurduqlarını dərindən anlayıb elm çeşməsinin zülalından içib sirab olaydıq. (Bu cür səhlənkarlıqlar hədis rəvayətçiləri və tarixçilər arasında az deyil və bu gün bunların yalnız təəssüfü bizlər üçün qalmışdır.) Lakin xoşbəxtlikdən bu müzakirələrin bir qismi çox geniş şəkildə qeyd edilmiş və elə bunlar da düşmənin qarşısına çıxmağa kifayət etmişdir.
    İmam Riza əleyhissəlamın sair din və məktəblərin nümayəndələri ilə müzakirələri
    İmam Riza əleyhissəlamın elmi müzakirələri həddən artıq çoxdur lakin onların yeddisi daha çox əhəmiyyət kəsb edir. İndi həmin yeddi müzakirənin mündəricatını oxucuların nəzərinə çatdırırıq. Bu müzakirələri mərhum Şeyx Səduq "Uyuni-əxbarir-Riza” kitabında qeyd etmiş mərhum Əllamə Məclisi də "Biharül-ənvar” kitabının qırx doqquzuncu cildində mərhum Şeyx Səduqun kitabından rəvayət etmişdir. "Müsnədi-İmamir-Riza” kitabının ikinci cildində də, həmin müzakirələr qeyd olunmuşdur. Bu müzakirələr aşağıdakılardır:
    1. Məsihi katolikosu ilə müzakirə;
    2. Rəsül-calutla müzakirə;( Rəsül-calut müəyyən bir şəxsin adı deyil, yəhudilərin böyük alimlərinə verilmiş addır.  )
    3. Hürbüzi-əkbərlə müzakirə;(Hürbüzi əkbər zərdüştilərin böyük alimlərinin ləqəbi olmuşdur.)
    4. İmrani-sabii ilə müzakirə.(Sabiilər özlərini Yəhya peyğəbmərin davamçıları bilirlər.)
    Bu dörd müzakirə bir məclisdə Məmunun və bir sıra Xorasan alim və seçilmiş şəxslərinin iştirkı ilə olmuşdur.
    5. Süleyman Mərvəzi ilə müzakirə. Bu müzakirə xüsusi şəkildə Məmun və ətrafındakıların iştirakı ilə olmuşdur. (Süleyman kəlam, əqaid elmində məşhur olmuşdur).
    6. Əli ibn Məhəmməd ibn Cəhimlə müzakirə;(O, nasibi olub Əhli-beytin (əleyhimussəlam) düşmənlərindən idi.)
    7. Bəsrə şəhərinin müxtəlif məzhəb başçıları ilə müzakirə.
    Bu müzakirələrin hər biri dərin ehtivalı mənaya malik olub üstündən təxminən min iki yüz il keçməsinə baxmayaraq, indi də bir çox müşkülatı həll edərək bir çox məsələləri izah edib açıqlayır. Bu münazirələr hal-hazırda da, həm ehtiva baxımından həm də qarşılıqlı bəhs fənni ona qoşulmaq ondan çıxmaq baxımından çox faydalıdır. İndi isə nümunə olaraq Məmunun böyük məclislərindən birində təşkil edilmiş məsihi katolikosu ilə müzakirəni oxucuların nəzərinə çatdırırıq.
    Məmunun səyi
    "Uyuni-əxbarir-Riza” kitabında bu barədə belə yazılmışdır: "İmam Riza (əleyhissəlam) Məmunun yanına (Mərv şəhərinə) gəldikdə Məmun xüsusi vəziri Fəzl ibn Səhlə əmr edir ki o Həzrətlə elmi bəhs və müzakirə etmək üçün böyük məsihi katolikosu yəhudilərin böyük alimi Rəsül-calut sabiilərin başçıları zərdüştilərin böyük alimi Hürbüzi-əkbər və böyük məsihi alimi romalı Nəstos kimi digər din nümayəndələrini və eləcə də, əqaid elminin bütün alimlərini saraya çağırsın. Fəzl ibn Səhl Məmunun göstərişini yerinə yetirir. Onlar gəlib toplaşdıqda Fəzl Məmunun yanına gəlib deyir ki onların hamısı gəlmişdir. Məmun deyir: "Onları çağır, gəlsinlər.” Onlar gəldikdən sonra Məmun hamısına xoş gəldin dedikdən sonra bildirdi: "Mən sizi xeyir bir iş üçün bura dəvət etmişəm. İstəyirəm ki Mədinə əhli olan və yenicə bura gəlmiş əmioğlumla münazirə edəsiniz. Sabah hamınız bir nəfər kimi mənim yanıma gəlin.” Hamısı bir ağızdan dedi: "Gözümüz üstə itaət edirik. Sabah tezdən hamımız sənin yanına gələcəyik.” Həsən ibn Səhl Nofəli deyir: "Biz İmam Riza əleyhissəlamla oturub söhbət edirdik. Birdən o Həzrətin xadimi Yasir içəri daxil olub dedi: "Məmun sizə salam çatdırıb dedi ki qardaşın sənə fəda olsun bütün din və məzhəblərdən nümayəndələr əqaid elminin alimləri yığışıb münazirəyə gəlmişlər. Əgər razısansa zəhməti qəbul edib sabah bizim yanımıza gəl və onların sözlərini dinlə əgər razı deyilsənsə mən israr etmirəm. İstəyirsən biz sizin hüzurunuza gələk bu bizim üçün çox asandır.” İmam Riza (əleyhissəlam) kiçik lakin mənalı bir cümlə ilə buyurur: "Mənim salamımı ona çatdırıb de ki nə istədiyini bilirəm Allah qoysa, səhər tezdən sizin hüzurunuza gələcəyəm.”(Uyuni-əxbarir-Riza, c.1, səh.155.) İmam Riza əleyhissəlamın dostlarından olan Nofəli deyir: "İmamın xadimi Yasir getcək o Həzrət mənə baxıb buyurdu: "Sən İraq əhlisən iraqlılar diqqətli və huşlu olurlar bu barədə nə fikirləşirsən? Məmunun nə planı var ki kafirləri və müxtəlif məzhəblərin alimlərini bir yerə toplayıb?” Mən dedim: "Yəqin sizi imtahana çəkib elmi səviyyənizin nə dərəcədə olduğunu bilmək istəyir. Ancaq tutduğu iş çox əsassızdır. And olsun Allaha ki o həddən artıq pis bir işdən yapışmışdır.” İmam (əleyhissəlam) buyurdu: "O, nə plan çəkib!” (Hələ İmam Riza əleyhissəlamın elmi məqamının böyük bir mərtəbədə olduğunu anlamayan və Məmunun bu hərəkətindən vəhşətə düşən) Nofəli deyir: "Əqaid elminin alimləri bidətçi və İslam alimlərinin düşmənləridirlər. Əsl alim həqiqəti danmaz bunlar isə həqiqəti də danıb inkar edirlər. Allahın birliyinə dair sübut gətirdikdə deyirlər ki biz bu sübutu qəbul etmirik. Deyəndə ki Məhəmməd (səlləllahu əleyhi və alih) Allahın Peyğəmbəridir deyirlər ki sübut et! Bir sözlə, (onlar təhlükəli adamlardır...) adamı çaşqınlığa salır və o qədər şübhəli sübutlar gətirirlər ki axır adam məcbur olub öz dediyindən əl çəkir. Qurbanın olum bunlardan özünü gözlə.” İmam Riza (əleyhissəlam) təbəssüm edərək buyurur: "Nofəli qorxursan ki birdən mənim sübutlarımı inkar edib məni çıxılmaz vəziyyətə salalar?” (Öz dediyindən peşiman olan) Nofəli dedi: "Yox Allaha and olsun ki mən heç vaxt sənin üçün qorxmamışam. Ümid edirəm ki Allah səni onların hamısına qalib edəcək.” İmam Riza (əleyhissəlam) buyurdu: "Nofəli Məmunun öz işindən nə vaxt peşman olacağını bilmək istəyirsən?” Nofəli "Bəli” deyə cavab verir. İmam Riza (əleyhissəlam) buyurur: "Məmun mənim Tövrat əhli üçün Tövratdan İncil əhli üçün İncildən Zəbur əhli üçün Zəburdan sabiilər üçün İbrani dilində zərdüştilər üçün fars dilində Roma imperiyasından gələnlər üçün öz dillərində və müxtəlif məzhəblərin nümayəndələri üçün də öz dillərində sübut gətirdikdən sonra bu işindən peşiman olacaq. Bəli hər dəstənin gətirdiyi sübutu ayrı-ayrılıqda batil (inkar) etdikdən sonra mənim dediklərimi qəbul etdikdə Məmun əyləşdiyi xəlifəlik kürsüsünə layiq olmadığını anlayacaq. Onda artıq Məmun peşiman olacaq. Əzəmətli Allahın köməyindən başqa heç bir qüvvə yoxdur.” Nofəli deyir: "Səhər olcaq Fəzl ibn Səhl İmam Riza əleyhissəlamın hüzuruna gəlib dedi ki əmin oğlu (Məmun) səni gözləyir camaat hamısı oradadır bu barədə fikrin nədir? İmam Riza (əleyhissəlam) buyurdu: "Sən məndən qabaq get mən də Allah qoysa gələcəyəm.” Sonra durub dəstəmaz aldı səviq(Səviq şərbəti xüsusi şərbət olub undan hazırlanırmış.) şərbəti içib bizə də verdi. Biz də ondan içdik. Sonra da birlikdə yola düşdük. Nəhayət, Məmunun sarayına gəlib çatdıq. Məclis tanınmış və görkəmli şəxslərlə dolu idi. Məhəmməd ibn Cəfər (İmam Sadiq əleyhissəlamın oğlu və İmam Riza (əleyhissəlamın əmisi) də Bəni-Haşimdən olan bir dəstə camaat və bəzi ordu başçıları ilə birlikdə orada əyləşmişdi. İmam Riza (əleyhissəlam) içəriyə daxil olanda Məmun ayağa qalxır. Onun ardınca Məhəmməd ibn Cəfər və bütün Bəni-Haşimdən olanlar da ayağa qalxdılar. O Həzrət Məmunla bir yerdə oturdu ancaq qalanlar Məmun oturmaq icazəsi verənə qədər ayaq üstə qaldılar. Məmun bir qədər o Həzrətlə şirin-şirin söhbət etdikdən sonra üzünü məsihi katolikosuna tutub deyir: "Ey katolikos! Bu mənim əmim oğlu Əli ibn Musadır (İmam Riza əleyhissəlamdır). O bizim Peyğəmbərimizin qızı Fatimə (səlamullahi əleyha) və Əli ibn Əbutalib əleyhissəlamın övladlarındandır. Mən çox istəyirəm ki onunla bir bəhs edəsən. Bəhsdə ədaləti də unutmayasan.” Katolikos deyir: "Ey Əmirəl-möminin! Mən onunla necə bəhs edim? (Axı biz müştərək bir fikrə gəlməmişik.) O elə bir kitabdan sübut gətirəcək ki mən onu qəbul etmirəm və elə bir peyğəmbəri qəbul edir ki mən ona iman gətirməmişəm.”
    Katolikosla bəhs
    Bu vaxt İmam Riza (əleyhissəlam) sözə başlayıb buyurur: "Ey məsihi! Əgər sizin öz İncilinizdən sübut gətirsəm qəbul edərsənmi?” Katolikos deyir: "İncilin buyurduğunu inkar edə bilərəmmi? Bəli, hətta mənim zərərimə də nəticələnsə qəbul edəcəyəm.” İmam Riza (əleyhissəlam) buyurur: "Elə isə nə istəyirsənsə, soruş cavabını verim.”
    Katolikos: "İsa (əleyhissəlam) və onun kitabı barədə nə deyirsən? Bu iki şeydən hansınısa inkar edirsən?”
    İmam Riza (əleyhissəlam): "Mən İsa əleyhissəlamın Peyğəmbər olmasına onun kitabına (İncilə) ümmətinə müjdə verdiyi və həvarilərin etiraf etdiyi bütün şeylərə inanır və onları qəbul edirəm. Lakin Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbərin peyğəmbərliyinə inanmayan onun kitabı olan Quranı qəbul etməyən onun haqqında ümmətinə müjdə verməyən İsanı qəbul etmirəm...”
    Katolikos: "Qəzavət zamanı (məhkəmə zamanı) iki ədalətli şahiddən istifadə etmirsinizmi?”
    İmam Riza (əleyhissəlam): "Edirik.”
    Katolikos: "Elə isə onda öz məzhəbinizdən olmayan və şəhadətləri məsihilər tərəfindən qəbul edilən iki nəfəri Məhəmmədin (səlləllahu əleyhi və alih) Peyğəmbər olmasına şahid gətir. Eyni zamanda biz də öz məzhəbimizdən olmayan iki nəfəri şahid gətirək.”
    İmam Riza (əleyhissəlam): "Sən tamamilə ədalətə riayət etdin. Ədalətli və İsa ibn Məryəm əleyhissəlamın nəzdində hörmətli sayılan bir şəxsi qəbul edirsənmi?”
    Katolikos: "Bu ədalətli şəxs kimdir belə adını de görək.”
    İmam Riza (əleyhissəlam): "Yuhənna Deyləmi barədə nə deyirsən?”
    Katolikos: "Bəh-bəh! O Həzrət Məsihin yanında ən sevimli şəxs olmuşdur.”
    İmam Riza (əleyhissəlam): "Səni and verirəm de görüm İncil Yuhənnanın "İsa (əleyhissəlam) mənə ərəb olan Məhəmmədin (səlləllahu əleyhi və alih) dini haqqında xəbər verib özündən sonra belə bir peyğəmbərin gəlişi ilə müjdə verdi. Mən də öz növbəmdə onu həvarilərə müjdə verdim onlar da ona iman gətirdilər” cümləsini bəyan edibmi?”
    Katolikos: "Bəli! Yuhənna Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) haqqında belə bir rəvayət söyləyib və İsa əleyhissəlamdan sonra bir nəfərin Peyğəmbər olacağı onun Əhli-beyti və canişini haqqında müjdə verib ancaq bunun nə vaxt olacağını deməmiş və onların adını çəkib bizlərə tanıtdırmamışdır.”
    İmam Riza (əleyhissəlam): "Əgər İncili oxuya bilən orada Məhəmməd (səlləllahu əleyhi və alih) onun Əhli-beyti və ümməti barədə olan ayələri qiraət edən bir şəxsi gətirsək ona inanarsınız?”
    Katolikos: "Əlbəttə!”
    İmam Riza (əleyhissəlam) Roma imperiyasından olan Nəstasa buyurur: "İncilin üçüncü sifrini (hissəsini) əzbərdən bilirsənmi?” Nəstas "Bəli bilirəm” –deyə cavab verir. Sonra İmam (əleyhissəlam) üzünü yəhudilərin ən böyük alimi Rəsül-caluta tutub soruşur: "Sən də İncil oxuyursan?” Rəsül-calut cavab verir ki bəli oxuyuram. İmam Riza (əleyhissəlam) buyurur: "İncilin üçüncü sifrini aç bax əgər orada Məhəmməd (səlləllahu əleyhi və alih) və onun Əhli-beyti barədə bir şey yazılıbsa onda mənim lehimə şəhadət ver yox əgər yazılmayıbsa onda şəhadət vermə.” Sonra o Həzrət İncilin üçüncü sifrini oxumağa başlayır. Məhəmmədin (səlləllahu əleyhi və alih) adına çatdıqda dayanaraq üzünü katolikosa tutub buyurur: "Ey məsihi! Səni and verirəm Həzrət Məsih (əleyhissəlam) və anası Məryəmə (səlamullahi əleyha) de görüm mənim İncildən xəbərdar olduğumu qəbul edirsənmi?” Katolikos "Bəli” –deyə cavab verir. İmam Riza (əleyhissəlam) Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) onun Əhli-beyt və ümmətinin adını onun üçün qiraət etdikdən sonra buyurur: "Ey məsihi! Nə deyirsən? Bu İsa ibn Məryəmin sözü deyilmi? Əgər təkzib etsən İncilin bu barədə dediklərini həmçinin, Musa (əleyhissəlam) və İsa əleyhissəlamın hər ikisini danıb kafir olarsan.”
    Katolikos: "İncildə mənim üçün məlum olan şeylərin heç birini inkar etmir hamısını qəbul edirəm.”
    İmam Riza (əleyhissəlam) (üzünü məclisdəkilərə tutub buyurdu): "Hamınız şahidsiniz ki o dediklərimə etiraf etdi.” Sonra əlavə edib buyurdu: "Nə sualın var soruş.”
    Katolikos: "Mənə İsa əleyhissəlamın həvarilərindən danış. De görüm onlar neçə nəfər olmuşlar? Eləcə də, məsihi alimlərinin sayını mənim üçün bəyan et.”
    İmam Riza (əleyhissəlam): "Agah olan şəxs barəsində sual etdin. Həvarilər on iki nəfər olmuş onların ən fəzilətli və biliklisi Luka olmuşdur. O ki qaldı məsihi alimlərinin sayına onlar üç nəfər olmuşlar. Biri Bax vilayətindəki böyük Yuhənna ikincisi Qirqisa vilayətindəki Yuhənna üçüncüsü isə Hicazdakı Yuhənna. Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih)) Əhli-beytinin və ümmətinin adını da sonuncu bilmiş İsanın ümmətinə və Bəni-İsrailə də Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) gəlişini məhz o bəşarət vermişdir.” İmam əlavə edib buyurdu: "Ey məsihi! And olsun Allaha biz o İsaya inanırıq ki o Məhəmmədə (səlləllahu əleyhi və alih) iman gətirmişdi. Sizin peyğəmbəriniz İsa əleyhissəlama olan təkcə iradımız budur ki o az oruc tutur və az namaz qılırdı.”
    Katolikos təəccüblə dedi: "Allaha and olsun ki bütün bildiklərini puç işinin bünövrəsini zəiflətdin. Mən səni müsəlmanların ən bilikli şəxsi hesab edirdim!”
    İmam Riza (əleyhissəlam): "Məgər nə olub?”
    Katolikos: "Deyirsən ki İsa (əleyhissəlam) az oruc tutub az namaz qılırdı halbuki, o Həzrət bir gününü belə oruc tutmadan keçirməmiş gecəni bir dəfə də olsun belə (tam şəkildə) yatmamış bütün günlərini oruc tutub gecələrini ibadətlə keçirmişdir.”
    İmam Riza (əleyhissəlam): "İsa (əleyhissəlam) kimin üçün oruc tutub namaz qılırdı?” Katolikos bir cavab verə bilməyib sükut edir. (Çünki İsa əleyhissəlamın bəndə olmasını bildirsəydi bu fikir onun (Həzrət İsanın) Allah olması iddiası ilə uyuğun gəlməzdi.)
    İmam Riza (əleyhissəlam): "Sənə başqa bir sualım var.”
    Katolikos təvazökarlıqla dedi: "Əgər bilsəm cavab verərəm.”
    İmam Riza (əleyhissəlam): "Sən İsa əleyhissəlamın ölüləri Allahın izni ilə diriltməsini inkar edirsənmi?”
    Katolikos çıxılmaz vəziyyətə düşərək çarəsi kəsilib deyir: "Bəli inkar edirəm. Çünki ölüləri dirildən anadangəlmə kora alaca xəstəliyinə tutulmuşa şəfa verən şəxs Allah olub bu məqama layiqdir.”
    İmam Riza (əleyhissəlam): "Həzrət əl-Yəsə də bu işləri görürdü. O suyun üzərində yol gedir ölüləri dirildir kor və alaca xəstəliyinə tutulmuşlara şəfa verirdi. Ancaq onun ümməti heç də onu Allah bilib ona ibadət etmədi. Hizqil Peyğəmbər də, İsa (əleyhissəlam) kimi ölüləri dirildirdi.” Sonra o Həzrət üzünü yəhudilərin alimi Rəsül-caluta tutub buyurdu: "Büxtün-nəsr Beytül-müqəddəslə mübarizə apararkən Bəni-İsrail əsirlərini Babilə gətirdikdən sonra Allah-taalanın Hizqil peyğəmbəri onların ölülərini diriltmək üçün oraya göndərməsini Tövratda oxumusanmı? Bunu haqqı dananlardan başqa kimsə inkar edə bilməz.” Rəsül-calut "Biz də bunu eşitmişik və bilirik” –deyə cavab verdi. İmam Riza (əleyhissəlam) "Doğru deyirsən” deyib əlavə etdi: "Ey yəhudi! Götür Tövratın bu sifrinə bax.” O Həzrətin özü isə Tövratdan bir neçə ayə oxumağa başladı. Yəhudi İmam əleyhissəlamın bu hərəkətindən mat-məəttəl quruyub qalmışdı. Sonra İmam Riza (əleyhissəlam) üzünü məsihiyə tutub İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) bəzi ölülərin o Həzrətin əmri ilə dirilməsi bəzi çarəsiz xəstələrin o Həzrətin vasitəsilə şəfa tapmasına aid olan möcüzələrindən bir neçəsini sayaraq buyurdu: "Bununla belə, biz heç vaxt Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) Allah bilməmişik. Əgər siz bu kimi möcüzələrə görə İsa əleyhissəlamı Allah bilirsinizsə onda gərək Əl-Yəsə və Hizqil peyğəmbəri də öz məbudunuz hesab edəsiniz. Çünki onlar da, (İsa Peyğəmbər kimi) ölüləri dirildirdi. Həmçinin, İbrahim Peyğəmbər də bir neçə quşun başını kəsib onları ətrafdakı dağların başına qoyur sonra onları özünə tərəf çağırdıqda, hamısı dirilib ona tərəf uçmağa başlayır. Eləcə də, Musa Peyğəmbər onunla Tur dağına getmiş və ildırım çaxması nəticəsində ölmüş yetmiş nəfəri diriltmişdi. Sən bunları inkar edə bilməzsən. Çünki Tövrat İncil Zəbur və Quran bunlar haqqında söhbət açmışdır. Onda adları çəkilən bu şəxslərin hamısını öz Allahımız bilməliyik!”
    Cavab verməyə söz tapmayan məsihi katolikosu təslim olub deyir: "Həqiqət sən deyəndir və Allahdan başqa heç bir tanrı yoxdur!”
    Sonra İmam Riza (əleyhissəlam) məsihi və yəhudi alimlərindən Əşiya Peyğəmbərin kitabı haqqında sual etdi. Məsihi alim cavab verdi ki mən onun haqqında yaxşı bilirəm. İmam Riza (əleyhissəlam) buyurdu: "Əşiya peyğəmbərin "Mən ulağa minmiş və əyninə nurdan paltar geymiş bir nəfəri (Həzrət Məsih əleyhissəlama işarədir) dəvəyə minmiş və nuru ay işığı kimi olan başqa bir nəfəri (Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alih) işarədir) gördüm” – deyə buyurduğu cümləni xatırlayırsanmı?” Onlar "Bəli Əşiya (əleyhissəlam) belə bir cümlə buyurmuşdur” –deyə cavab verdilər. İmam Riza (əleyhissəlam) əlavə edib buyurdu: "Ey məsihi! İncildə İsa əleyhissəlamın "Mən sizin və öz Tanrımın hüzuruna gedirəm Barqlita (yaxud Farqlita) gəlib mənim haqqımda doğru şəhadət verəcək (necə ki mən onun barəsində doğru şəhadət vermişəm) və hər şeyi sizin üçün açıqlayacaq(Barqlit, yaxud Farqlit Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alih) İncildəki adı olmuş, Həzrət İsa (əleyhissəlam) onun gəlməsi barədə ümmətinə müjdə vermişdir. Bu barədə Yuhənnanın İncilinin on dörd, on beş və on altıncı fəsillərində məlumat verilmişdir. )deyə buyurduğunu qəbul edirsənmi?” Katolikos "İncildən dediklərinin hamısını qəbul edirik” – deyə cavab verir. Sonra İmam Riza (əleyhissəlam) İncil barədə ilk əsl İncilin itib batması və sonradan Mark Luka Yuhənna və Mattanın tərəfindən dörd İncil yazılması (bu İncillər hal-hazırda mövcud olub məsihilərin müqəddəs kitabları hesab olunur) barədə söhbət edib katolikosun sözlərində bəzi ziddiyyətlərin olduğuna işarə etdi. Katolikos tamamilə özünü itirmiş və heç bir çıxış yolu qalmamışdı. Buna görə də, İmam Riza (əleyhissəlam) bir daha ona "Nə sualın var soruş!” deyə buyurduqda, o daha heç bir sual verməyib dedi: "Qoy indi başqası sual versin. And olsun Allaha ki müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!”
    Category: İmam Riza əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 751 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024