İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt

    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt
    2012-07-18, 10:20 PM
    İMАM MӘHDİ (ӘC) İLӘ TАNIŞLIQ
    ÖN SÖZ

    (Ey Sahibəz-za
    man, fəryada çat!)
    İmam Məhdi (əc.) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar”[İmam Hadidən (ə) nəql olunan "Camiə kəbirə" ziyarətnaməsi. ]. 
    İmam Zamanla (əc.) tanışlıq onu sevməyin, onu sevmək isə Allahı sevməyin başlanğıcıdır.
    "Sizi sevən Allahı sevmişdir"[Yenə orada].
    Hәzrәt Məhdiylə (əc.) tanışlıq cahiliyyət boyunduruğundan qurtuluş yoludur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil.
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    "Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür"[Biharul-ənvar, c. 22, səh: 331, hədis: 317. 4 Yenə orada, c. 53, səh: 187, hədis: 18. ].
    İmam Məhdiylə (əc) tanışlıq hidayət olunmaq və haqdanazmadan qurtulmaq üçün ən möhkəm vasitədir.
    "İlahi, öz höccətini mənə tanıtdır. Əgər tanıtdırmasan, dinin yolunu azaram"[Yenə orada, c. 51, səh: 3-4. ].
    İmam Zamanı (əc) tanımadan onun yolunu tanımaq, onun yolunu tanımadan şəriəti tanımaq, şəriəti tanımadan isə dünya və axirət səadətinə nail olmaq mümkünsüzdür. İmam Məhdini (əc.) tanımaq, onun məqsəd və amallarını öyrənmək və ona köməkçi olmağa hazırlaşmaq lazımdır. Çünki o, zamanın yeganə imamı və bəşəriyyətin nəzarətçisidir. O, Allahın yer üzündə saxladığı yeganə höccəti, peyğəmbərlər sülaləsinin pak gövhəri və məsum imamlar nəslinin bircə yadigarıdır.
    Onun qəribə həyatı, sirlə dolu qeybolması, möcüzəli uzun ömrü və aləmə yeni həyat bəxş edəcək nurlu zühuru, hamılıqla, nəinki bəşər tarixinin ən səmərəli və misilsiz dövrünün, həm də bütün yaranış tarixinin ən uca və əhəmiyyətli hissəsinin, yəni "Ümumdünya Tövhid hakimiyyətinin" müqəddiməsidirlər. O günün ümidiylə!
    NUR TƏVƏLLÜDÜ
    Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu[Qəsəs/5. ].

    O, viladətinin ilk anlarında Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi, yeddinci gündə isə, atasının qucağında ikən Qurani-kərimin bu ayəsini tilavət etdi:


    و نريد ان نمن على الذين استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثين


    "Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmt göstərək, onları öndə gedənlər və varislər edək"[Biharul-ənvar, c. 51, səh. 4. 3 On ikinci imamın viladəti və imamətinin bəyan olunması üslubu o qədər dəqiq işlənilmişdir ki, hətta qeyri-şiələr belə onu inkar etməyə qadir deyillər. Dəyərli "Müntəxəbül-əsər" kitabında (səh: 322-341), öz əsərlərində onu etiraf edən 65 sünni aliminin adı qeyd olunmuşdur.  ].
    Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu.
    Məhdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətul-lah, Mənsur, Xələfüs-saleh və Mov`ud, hədis, dua və tarix kitablarında İmam Məhdi (əc.) üçün göstərilən ən məşhur ləqəblərdir.
    ATASININ FƏZİLƏTİ
    Həzrət Əbu Məhəmməd İmam Həsən Əsgəri (ə) öz şərəfli ömrünün iki onilliyi ərzində əzab və çətinlikdən başqa bir şey görməmiş, zalım Abbasi xilafətinə qarşı apardığı mübarizədə daim həbs və sıxıntılara məruz qalmışdı. O, bərəkətli ömrünün iyirmi üçüncü ilində, özünün ilk və son övladının dünyaya gəlməsi ilə Allahın qəti vədəsinin həyata keçməsinə sevinərək, səhabələrinə buyurdu: "Zalımlar məni öldürməklə bu nəsli kəsəcəklərini düşünürdülər. İndi onlar Allahın qüdrətinə necə baxırlar?!" [Müntəxəbül-əsər, səh: 320]
    Həzrət Məhdinin (əc.) doğulmasıyla İmam Həsən Əsgərinin (ə) imamlığının ən həssas və həyəcanlı dövrlərindən biri başlandı. O həzrət hökumət məmurlarının güclü təzyiqinə baxmayaraq, ən tədbirli üsullarla və ən etibarlı səhabələrinin köməyi ilə bütün şiələri və Əhli-beyt dostlarını Məhdinin döğulmasından xəbərdar etməyə və müxtəlif münasibətlərdə onları özündən sonrakı imamla tanış etməyə çalışmışdır[Yenə orada, səh: 323. İmam Məhdinin (əc.) anası 258-ci ildə vəfat etmişdir]. 
    ANASININ KƏRAMƏTİ
    Romanın ən böyük dini-ictimai şəxsiyyətlərindən ikisinin övladı olan Məleykə xanım həzrət Məhdi üçün ana olmaq şərəfinə nail olmuşdur. Onun atası Roma imperatorunun oğlu Yəşua, anası isə İsa peyğəmbərin canişini olan Şəm`unun nəvələrindən idi.
    Onun, imperatorun nəvələrindən biri ilə qərarlaşdırılan toy mərasimi çox qəribə surətdə dağıldıqdan sonra yuxuda Peyğəmbəri (s) görüb İslam dinini qəbul etdi. O, döyüşlərin birində romalı əsirlərin içinə girib, özünü Abbasi xilafətinin paytaxtına çatdırdı. Orada İmam Hadi (ə) tərəfindən göndərilən Bişr ibn Süleyman tərəfindən alınıb, imamın evinə gətirildi və İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı oldu.
    Onun adı Nərcis, Süsən, Reyhanə və Səqil kimi göstərilmişdir. [İmam Həsən Əsgərinin (ə) həyatı; İrşad, səh: 383. ] Onun imanı, iffəti, paklığı, gözəl davranışı və əxlaqı elə bir həddə idi ki, imam övladı, imam bacısı və imam bibisi olan Həkimə xatun ona xüsusi hörmət göstərir və İmam Hadi (ə) həmişə onun haqqında gözəl sözlər söyləyərdi. Hələ çox öncə həzrət Əmirəl-möminin, İmam Sadiq (ə) və İmam Məhəmməd Təqi (ə) onu"خيرت الإ ماء" (kənizlərdən seçilmiş) və "سيدت الإماء" (kənizlərin sərvəri) adlandırmışlаr.
    Hamiləlik dövründə İmam Məhdinin (əc.) anasında heç bir əlamət müşahidə olunmadı. Yalnız sonuncu gecə İmam Həsən Əsgəri (ə) həzrət Həkiməyə buyurdu: "Ey bibi, bu axşam bizimlə iftar elə. Bu gecə Allah-taala öz höccətini dünyaya gətirməklə səni sevindirəcəkdir"[Məryəm/12. ].
    İMAMLIQ DÖVRÜNÜN BAŞLANMASI
    İslam ümmətinin on birinci məsum rəhbəri 28 yaşında ikən zalım Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənib şəhid edildikdə, həzrət Məhdi (əc.) beş yaşlı bir uşaq idi[Məryəm/30. ]. Onun uşaq ikən imamlığa başlaması isә, ilahi möcüzəni və Allahın bütün məsum imamların vücudunda qoyduğu heyrətamiz qüdrəti nəzərə almaqla, qətiyyən şübhəli və qəribə görünməməlidir. 
    Tarixdə dəfələrlə buna bənzər hadisələr baş vermişdir. Hamının qəbul etdiyi bu nümunələrdən biri Yəhya peyğəmbərin haqqındadır. Allah-taala Qurani-kərimdə buyurur: ""و آتيناه الحكم "Və uşaq ikən ona peyğəmbərlik verdik"[Müntəxəbül-əsər, səh:301.].

    Həzrət İsa peyğəmbərin beşikdə dil açıb danışması haqda isə belə buyurulur:


    قال انى عبدالله آتاني الكتاب وجعلنى نبيا

    "Dedi: "Mən Allahın bəndəsiyəm. O mənə kitab vermiş və məni peyğəmbər etmişdir"[Yənabiul-məvəddəh, səh: 461; Kəmalüd-din. Bəzi kitablarda isə belə yazılmışdır: "Əbu İsa ibn Mütəvkkil Mötəmid Abbasinin əmri ilə imama namaz qıldı". ].

    KİÇİK QEYB DÖVRÜ
    İmam Məhdinin (əc.) dоğulmasının düşmən və müxaliflərdən gizli qalmasına bais olan amillər, onun qeybə çəkilməsinə də səbəb olmuşdur.
    Bəzi rəvayətlərdə İmam Məhdi (əc.) həzrət Musa peyğəmbərə bənzədilmişdir. [Səff/8. ] Fironun adamları Musanı məhv etmək üçün o dövrün hamilə qadınlarına və südəmər körpələrinə hücum edib, bütün oğlan uşaqlarını vəhşicəsinə öldürmüşlər. Abbasilər də öz hakimiyyətlərini qorumaq və bütün zalımları məğlub edəcək son canişinin meydana çıxmasının qarşısını almaq məqsədilə istənilən cinayətə hazır idilər.
    Hicri 260-cı ildə həzrət Məhdi (əc.) öz hücrəsindən çıxıb, əmisi Cəfər-kəzzabı (kəzzab: yalançı) kənara itələyərək atasının meyit namazını qıldıqdan[Süveydi, İbn Həcər, İbn Teymiyyə və Abdullah Füseymi belələrindəndir. Ətraflı məlumat üçün bax: "Həyatul-İmam əl-Məhdi (əc.)". ] və bununla da öz imamlığının başlanmasını elan etdikdən sonra hökumət məmurları yeni planlar qurub, onu da şəhid etmək qərarına gəldilər.

    Allah-taala özünün sonuncu höccətini düşmənlərin məkrindən qorumaq üçün, öz tükənməz qüdrəti ilə onu elə imamlığının əvvəlindən qeybə çəkmişdir.


    يريدون ليطفئوا نورالله بأفواههم والله متم نوره ولو كره الكافرون

    "Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər xoşlamasalar belə, Allah öz nurunu kamala yetirəsidir!" [əl-Qədir, c.3, səh:309. ]

    QONDARMA "SƏRDABƏ DASTANI"
    Samirədə İmam Hadi və İmam Həsən Əsgərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın - İmam Hadi, İmam Həsən Əsgəri, və İmam Zamanın (ə) namaz qıldıqları yer olduğuna görə, şiələr tərəfindən müqəddəs yer kimi ehtiram olunur. Lakin təəssüf ki, əhli-sünnə məzhəbinin bəzi tarixçi və yazarları öz əsərlərində İmam Məhdinin (əc.) orada gizlənməsinə dair uydurma hekayə yazır və şiələri, öz imamlarının oradan çıxmasını gözləməkdə ittiham və məsxərə edirlər[Müntəxəbül-əsər, səh:358. ].
    Bu hörmətsizliklərə cavab olaraq, şiə alimləri dəlil-sübutlarla onların bu yanlış düşüncələrini rədd etmişlər. Biz burada yalnız mərhum Əllamə Əmininin "əl-Qədir" kitabında yazdığı cavabla kifayətlənirik:
    "...Sərdabə iftirası isə daha çirkin iftiradır. Ümumiyyətlə, şiələr imamın sərdabədə qeyb olması fikrində deyillər. Nə onlar imamı qeybə çəkiblər və nə onlar onu sərdabədən zühur etdirəcəklər! Əslində şiələr hədislərə əsaslanaraq, onun Məkkədə Kəbənin qarşısında zühur edəcəyinə inanırlar və heç kim zühurun sərdabədə baş verəcəyini söyləməmişdir...
    Heç olmasa, bu uydurmanı qoşanlar öz yalanlarında sözübir olsaydılar, onun qondarma olması əlamətlərinə görə bu qədər rüsvay olmazdılar. Belə ki, onların bəzisi оnun Bağdadda, bəzisi isə Samirədə olduğunu göstərmiş, bir qrup isə yerindən xəbərsiz olduğunu bildirmişdir.” [Həyatul-İmam əl-Məhdi, Qürəşi, səh:121-123; Biharul-ənvar, c.51, səh:. 344.]
    XÜSUSİ NAİBLƏR
    İmam Məhdinin (əc.) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir[Tənqih əl-muqal, c.3, səh: 149. ]. Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar:
    Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır.
    Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, həzrət Məhdinin ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur[Məraqidül-məarif, c. 1, səh: 25. ].

    Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Məhdinin (əc.) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə imam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Məhdi (əc.) onun barəsində buyurmuşdur:


    انه ثقتى و كتابه كتابى

    "O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır".[Müntəxəbül-əsər, səh: 393.]

    O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür.
    Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq imamın əmrilə Hüseyn Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc.) yerini bildirməz.” ["Səmuri" daha düzgün nəzərə çarpır (müt.). ] 
    O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu[Biharul-ənvar, c. 51, səh: 361. ].
    Əli ibn Məhəmməd Seymuri: [Yenə orada, səh: 360. ] Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Məhdinin (əc.) xüsusi naibi olmaq şərəfini qazanmışdır.
    Ölümündən altı gün qabaq İmam Məhdi (əc.) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir[Vəsailüş-şiə, Qəza və Bey` kitabları; Vilayəti-fəqih, İmam Xomeyni. ].
    Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur[İmam Sadiq (ə) buyurmuşdur: "Allah-təalanın hikmətli olduğunu bildikdə, onun bütün söz və işlərinin hikmət olduğunu təsdiq etməliyik; əsl həqiqəti bizə məlum olmasa belə": Kəmalüddin, c.2, səh: 482. ].
    BÖYÜK QEYB DÖVRÜ
    69 illik kiçik qeyb dövrü böyük qeyb dövrünə müqəddimə və insanların o dövrə hazırlaşması üçün qısa fürsət hesab olunur.
    Təqribən 11 əsrdir davam etməkdə olan böyük qeyb dövrü müxtəlif cəhətlərdən kiçik qeyb dövrü ilə fərqlənir:
    1.Kiçik qeyb dövründən olduqca uzunmüddətlidir.
    2.Kiçik qeyb dövründən fərqli olaraq, bu dövrdə İmam Məhdiylə (əc.) əlaqədə olan heç bir xüsusi naib yoxdur.
    3.İmam Sadiq (ə), İmam Həsən Əsgəri (ə) və İmam Məhdinin (əc.) hədislərində göstərilən şərtlərə malik olan müctəhidlər[Yenə orada, səh: 345. ], İmam Zamanın (əc.) ümumi naibləri olaraq, bu dövrdə İslam hökumətinin idarəsinə, İslam və müsəlmanların mənafeyini qorumaq işinə məmur olunmuşlar. Bu dövrdə, həmçinin ilahi hökmlərin və cəza hədlərinin icrası və ümumiyyətlə, müsəlmanların bütün ictimai və iqtisadi işlərinə rəhbərlik də onların öhdəsinə düşür.
    4.Bu dövr, xalqın və şəraitin vahid ümumbəşəri hökuməti qəbul etməyə hazır olacaqları zaman sona yetəcəkdir.
    5.Bu dövrün müddət miqdarını Allahdan savayı heç kim bilmir və heç bir hədisdə onun vaxtı göstərilməmiş, onu təyin edənlər isə yalançı adlandırılmışlar.
    QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ
    İmam Məhdinin (əc.) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır[Yenə orada, səh: 481. ]. Lakin, bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybəçəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir: 
    1. İlahi qanun
    İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir"[Müntəxəbül-əsər, səh: 267. ].
    2. İmamın canının qorunması
    Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi.
    İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur"[Yenə orada, səh: 101. ].
    3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı
    Həzrət Məhdi (əc.) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır"[Ehticac, səh: 263; Biharul-ənvar, c.52, səh: 92. ].
    4. İnsanların imtahan olunması
    Peyğəmbər (s) buyurmuşdur:
    "Məhdinin (əc.) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır"[Yənabiul-məvəddə, səh: 477. ].
    5. İnsanların günaha aludə olması və zühura hazır olmaması
    Həzrət Məhdi (əc.) özünü buludlar arxasındakı günəşə bənzətmişdir[Kəmalüddin, c. 2, səh: 351. ]. Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?
    QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
    İmam Məhdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik:

    1. Bulud arxasındaki günəş kimidir:


    كما ينتفعون بالشمس اذا سترها سهاب) )

    [Müntəxəbül-əsər, səh: 277. ]


    2. O görünür, amma tanınmır:


    (يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه)

    [Yenə orada, səh: 272. ]

    3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir:


    (وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن)

    [Biharul-ənvar, Nəcmüs-saqib, Cənnətül-məva, Darüs-səlam və Əbqəriyyül-hisan kimi kitablarda həzrət Məhdi (əc.) ilə görüşənlər haqqında yüzlərlə hekayə yazılmışdır. ]

    4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir:


    ن غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه)

    [İmam Zamanın (əc.) ailə sahibi olması barədə ziddiyyətli fikirlər mövcuddur. Burada yazılan isə yalnız müəllifin mövqeyini əks etdirir (müt.). ]

    5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar.[Biharul-ənvar , c.51, səh: 33. ]
    6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır.
    7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var.[Yenə orada, səh: 32. ]
    8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir.
    9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur:
    "...Cismən görünmür" (لا يرى جسمه) [Yenə orada, səh: 350. ].
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Özü sizdən gizlidir" ((يغيب عنكم شخصه[Qeybət-Nomani; Münəxəbül əsər, səh: 309. ].
    Bəzən də Allahın əmri ilə görünür, lakin tanınmır.

    Məhəmməd ibn Osman Əmri deyir:


    (يرى الناس ويعرفهم و يرونه ولا يعرفونه)

    [Kəmalüddin; Müntəxəbül-əsər, səh: 309.]

    Category: İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt | Added by: Islam_Kitabxanasi
    Views: 991 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024