İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt

    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt
    2012-07-18, 1:10 PM
    ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
    İmam Məhdi (əc.) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir.
    O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı.
    1. Elm
    Əli (ə) buyurmuşdur:
    "O, sizin ən elmlinizdir"[Qeybət-Nomani; Müntəxəbül-əsər, səh: 307. ].
    İmam Baqir (ə) buyurmuşdur:
    "Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Məhdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!" [Müntəxəbül-əsər, səh: 310.].
    2. Zöhd və dünyaya etinasızlıq

    İmam Rza (ə) buyurmuşdur:


    وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب

    "Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur"[Yenə orada; Qeybət-Nomani. ].

    3. İnsanlarla ədalətli rəftar

    İmam Baqir (ə) buyurmuşdur:


    يعدل فى الخلق الرحمن البر منهم و الفاجر

    "O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq"[Kənzül-ümmal, c. 6, səh: 39; Yənabiul-məvəddə, səh: 431. ]

    4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    "O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək"[Yasin/82. ].
    5. Ehsan və səxavət
    Peyğəmbər buyurmuşdur:
    "Bir kişi onun yanına gəlib deyəcək: "Ey Məhdi, mənə bir şey bağışla, əta et". Sonra Məhdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır"[Saffat/144. ].
    6. Dua və ibadət
    İmam Məhdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir.
    Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil.
    7. Şücaət və qorxmazlıq
    Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq!
    8. Səbir və mətanət
    Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər?
    Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Məhdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Məhdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır.
    UZUNÖMÜRLÜLÜK
    İmam Məhdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki:

    1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:


    انما امره اذا أراد شيا أن يقول له كن فيكون

    [

    Müntəxəbül-əsər, səh: 276.]

    Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır.
    Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı[Ənkəbut/14. ].
    2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür[Biharul-ənvar, c.52, səh: 126.]. Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir. [Biharul-ənvar, c. 52, səh: 122, hədis: 4. ]
    3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.
    4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Məhdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.
    İNTİZAR
    Nəhayət, İmam Məhdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.
    İmam Məhdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.
    Müqəddəs hədislərdə vəd olunmuş Məhdinin (əc.) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir[Hucurat/13. ]. Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.
    İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir.
    MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ
    *Məhdini tanıyıb, imamlığına inanmaq

    İmam Məhdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:


    ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان

    "Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar"[Biharul-ənvar, c. 52 səh: 140, hədis: 50. ].

    *Təqva və gözəl əxlaq

    İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:


    ان اكرمكم عند الله اتقكم

    Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır"[Yenə orada, səh: 150, hədis: 76. ].

    Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:


    افضلكم ايمانا احسنكم اخلاقا

    "Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır". 

    Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü, təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz.

    İmam Sadiq (ə) buyurmuşdur:


    من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر

    "Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir"[Yenə orada, c. 51, sәh: 72. ].

    *İtaət və tabelik
    Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır.

    İmam Sadiq (ə) buyurmuşdur:


    طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره

    "Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər"[Müntəxəbül-əsər, səh: 439. ].

    *Həzrət Məhdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq
    Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Məhdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür.

    Peyğəmbər (s) buyurmuşdur:


    طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه

    "Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar"[Yenə orada, səh: 440. ].

    ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR
    Allah-taala həzrət Məhdinin (əc.) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlаmətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər.
    Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli. [Biharul-ənvar, c.52, səh: 340.  ] 
    Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislədə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması [Mikyalul-məkarim, c. 1, səh: 81. ]. 
    Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması.
    Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.
    ZÜHUR
    Səmadan gələn nida bütün insanlara həzrət Məhdinin (əc.) zühur xəbərini verəcəkdir.
    İmam Məhdi (əc.) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır.
    İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar.
    Həzrət İsa Məsih (ə) səmadan enib öz namazını İmam Məhdiyə (əc.) iqtida edəcəkdir.
    İmam Məhdinin (əc.) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər.
    Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir.
    Həzrət Məhdi (əc.) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.
    ZÜHURDAN SONRAKI DÖVR
    Həzrət Məhdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:
    1-Ümumdünya İslam hakimiyyəti
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir"[Nəhcül-bəlağə, 134-cü xütbə, məlahim. ].
    2-İlahi hökmlərin tam icrası
    İmam Kazim (ə) "əl-Hədid" surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur:
    "Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir." [Yənabiul-məvəddə, səh: 448.]
    3-Quran təlimlərinin dirçəldilməsi
    Həzrət Əli (ə) İmam Məhdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:
    "İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir"[Mikyalul-məkarim, c. 1, səh: 57. ].
    4-Zülmün məhv və ədalətin bərqərar edilməsi
    Peyğəmbər (s) buyurmuşdur:
    "Məhdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir"[Biharul-ənvar, c. 52, səh: 336.].
    5-İslamın yenidən başlanması
    İmam Baqir (ə) buyurmuşdur:
    "Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır"[Müntəxəbül-əsər, səh: 483 ("Kafi"dən nəql olunub). ].
    6-İnsanlar arasında elmin kamilləşməsi
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır"[Biharul-ənvar, c. 52, səh: 384. ].
    7-Əqli inkişaf
    İmam Baqir (ə) buyurmuşdur:
    "Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir"[Mikyalul-məkarim, səh: 101. ].
    8-Təhlükəsizlik
    İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur:
    "Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır"[Yenə orada.].
    Həmçinin, İmam Əli (ə) buyurmuşdur:
    "O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz"[Müntəxəbül-əsər, səh: 497.  ].
    9-İnsanlar arasında birlik və məhəbbət

    Əmirəl-möminin Əli (ə) buyurmuşdur:


    لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد

    "Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır" .

    10-Yer üzünün günahdan paklanması

    İmam Sadiq (ə) həzrət Məhdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:


    ولا يعصون الله عز وجل فى أرضه

    "İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər" .

    SON SÖZ
    İmam Məhdiylə (əc.) tanışlıq öhdəlikli və məsuliyyətli bir tanışlıqdır.
    Vilayət ipindən tutmaq, təqvalı olub, İmam Məhdiyə (əc.) qarşı durmaqdan çəkinmək, zühura zəmin yaratmaq üçün səy və mübarizə, o həzrətə məhəbbət və kömək göstərmək yolunda mətanət, zühurun yaxınlaşması və o həzrətin müqəddəs məqsədlərinin həyata keçməsi üçün davamlı dua etmək, heç bir müntəzir şiənin unutmayacağı vəzifə və məsuliyyətlərdəndir.
    İmam Məhdini (əc.), onun məqsəd və amallarını tanıdıqdan sonra sakit oturmaq, nəinki təkcə o həzrətin, hətta Allah-taalanın da istədiyi işlərə qarşı laqeydlik göstərmək, əsla mümkün deyil.
    XƏTMİ-KƏLAM
    İmam Məhdidən (əc.), kiçik qeyb dövründə yazdığı və şiələrin suallarına cavabdan ibarət olan məktublardan savayı, bəzi xüsusi dua və ziyarətlər nəql olunmuşdur. Bunlarla məşğul olmağın möminlərin mənəvi yüksəlişi və hacətlərin qəbul olunmasında xüsusi təsiri vardır.
    Bu qısa kitabçanın sonunda həmin duaların "Həzrət Məhdiyə (əc.) istiğasə" adlı birisini qeyd edirik.
    Mərhum Seyid Əli Xan özünün "əl-Kəlimüt-təyyib" kitabında buyurmuşdur: Bu, həzrət Sahibəz-zamana (əc.) istiğasə və ondan kömək diləməkdir. Harada olsan, bir həmd və istədiyin daha bir surə ilə iki rəkət namaz qıl və sonra açıq səma altında üzü qibləyə dayan və de:
    Səlamullahil-kamilut-tamm, əş-şamilul-`amm, və sələvatuhud-daimətu və bərəkatuhul-qaimətut-tammətu `əla hüccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi `əla xəlqihi və `ibadih, və sulalətin-nubuvvəti və bəqiyyətil-`itrəti vəs-səfvəti Sahibizzəman, və muzhiril-iman, və muləqqini əhkamil-Quran, və mutəhhiril-ərzi və naşiril-`ədl, fit-tuli vəl-`ərz, vəl-huccətil-Qaimil-Məhdiyyil-İmamil-Muntəzəril-Mərziyy, vəbnil-əimmətit-tahirin, əl-vəsiyyibnil-əusiyail-mərziyyin, əl-hadil-mə`sumibnil-əimmətil-hudatil-mə`sumin.
    Əssəlamu `ələykə ya Muizzəl-momininəl-mustəz`əfin! Əssəlamu `ələykə ya Muzilləl-kafirinəl-mutəkəbbirinəz-zalimin! Əssəlamu `ələykə ya məulayə ya Sahibəzzəman! Əssəlamu `ələykə yəbnə Rəsulillah! Əssəlamu `ələykə yəbnə Əmiril-mominin! Əssəlamu `ələykə yəbnə Fatimətəz-Zəhra, səyyidəti nisail-`aləmin! Əssəlamu `ələykə yəbnəl-əimmətil-hucəcil-mə`sumin, vəl-imami `ələlxəlqi əcməin! Əssəlamu `ələykə ya məulayə, səlamə muxlisil-ləkə fil-vilayəh. Əşhədu ənnəkəl-imamul-Məhdiyyu qəulən və fi`lən, və əntəlləzi təmləul-ərzə qistən və `ədlən bə`də ma muliət zulmən və cəura. Fə`əccələllahu fərəcək, və səhhələ məxrəcək, və qərrəbə zəmanək və kəssərə ənsarəkə və ə`vanək, və əncəzə ləkə ma və`ədək, fəhuvə əsdəqul-qailin: "Və nuridu ən-nəmunnə `ələlləzinəstuz`ifu fil-ərzi və nəc`ələhum əimmətən və nəc`ələhumul-varisin".
    Ya məulayə, ya Sahibəz-zəman, yəbnə Rəsulillah, hacəti... (burada öz hacətini dilə gətir). Fəşfə` li fi nəcahiha fəqət-təvəccəhtu iləykə bihacəti li`ilmi ənnə ləkə `indəllahi şəfa`ətən məqbuləh, və məqamən məhmuda. Fəbihəqqi mənixtəssəkum biəmrihi vərtəzakum lisirrih, və biş-şənilləzi ləkum `indəllahi bəynəkum və bəynəh, səlillahə tə`ala fi nuchi təlibəti və icabəti də`vəti və kəşfi kurbəti.
    Bundan sonra hacətini istə, inşallah qəbul olar.
    Mərhum müqəddəs Qumi "Məfatihul-cinan" kitabında yazır:
    "Yaxşı olar ki, bu namazın birinci rəkətində "Həmd" surəsindən sonra "Fəth", ikinci rəkətində isə "Nəsr" surəsi oxunsun".
    MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ
    Müqəddəs Cəmkəran məscidi həzrət İmam Məhdinin (əc.) xüsusi nəzəri sayəsində, onun əmrilə tikilmişdir. Bu məscidin tarixçəsi belədir:
    Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: "Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: "Həzrət Məhdi (əc.) səni istəyir". Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam, Müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr edib, buyurdu:
    "Camaata deyin ki, bu məkana rəğbət göstərib, hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki ikirəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir".
    Məscidin təhiyyət namazı: Bu namaz iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsindən sonra 7 dəfə "Qul huvəllah" surəsi deyilir. Rükunun ("Subhanə rəbiyyəl-`əzimi və bihəmdih") və səcdələrin ("Subhanə rəbiyyəl-ə`la və bihəmdih") zikrləri də 7 dəfə təkrar olunmalıdır.
    Sahibəz-zaman (əc.) namazı: Bu namaz da iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsini oxuyarkən, "İyyakə nə`budu və iyyakə nəstə`in" ayəsini 100 dəfə təkrar edib, namazı davam etdirmək lazımdır. Bu namazda da "Qul huvəllah" surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə "La ilahə illəllah" deyib, həzrət Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək, daha sonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.
    GÖRKƏMLİ MÜASİR MÜCTƏHİDLƏRİN CƏMKƏRAN MƏSCİDİ BARƏSİNDƏ FİKİRLƏRİ
    Ayətullah Bürucerdi: "Əgər imkanım olsaydı, gündəlik vacib namazlarımı müqəddəs Cəmkəran məscidində qılardım".
    Ayətullah Mər`əşi Nəcəfi: "Müqəddəs Cəmkəran məscidində çoxlu kəramətlər müşahidə etmiş və qırx çərşənbə axşamı gecəsini sübhə qədər orada qalmağa müvəffəq olmuşam".
    Ayətullah Xaməneyi: "Müqəddəs Cəmkəran məscidi, bəhrələnməli olduğumuz tükənməz xəzinədir".
    Ayətullah Bəhcət: "Müqəddəs Cəmkəran məscidi kimi məscidlər xüsusi tanıtdırmaya ehtiyaclı deyillər. Onların ən yaxşı tanıtdıranı özləridirlər".
    Ayətullah Safi Gülpayiqani: "Ümidvarıq, nə qədər ki, ömrümüz var, Allah-taala bizi bu məscidə getmək şərəfindən məhrum etməz".
    Ayətullah Məkarim Şirazi: "Bu məscidin ilahi fəzasında olanlar qəribə ruhani hiss və qeyri-adi mənəvi cazibə duyurlar".
    Ayətullah Fazil Lənkərani: "Tələbə olarkən Cəmkəran məscidinə çox getmiş, orada çoxlu kəramətlər görmüş və eşitmişəm".
    Category: İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt | Added by: Islam_Kitabxanasi
    Views: 797 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019