İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Museyi-Kazim əleyhissəlamın həyatı

    İmam Museyi-Kazim əleyhissəlamın həyatı
    2012-05-03, 1:20 PM
    İMAM MUSEYİ-KAZİM ƏLEYHİSSƏLAMIN HƏYATI
    Cəfəri məktəbinin gözətçisi
    İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər
    Qanlı "Fəxx” faciəsi
    "Qəlb”lərə hakim olmaq
    Harun – neçə üzlü insan
    İslam dövləti təşkil etmək arzusunda
    İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat
    O Həzrətin adı Musa ləqəbi Kazim anası Həmidə adlı çox fəzilətli bir qadın atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.
    İmam Kazim əleyhissəlamın müasiri olmuş xəlifələr
    Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:
    Mənsur Dəvaniqi (137-158 h.q);
    Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169);
    Musa − Hadi adı ilə tanınmış (169-170);
    Harun Ər-Rəşid (170-193).
    İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O bu işdə təkcə şiələri deyil eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.(Tarixül-xüləfa, səh.259.)
    İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyib edibsə onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
    Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;
    (Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;
    Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);
    Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));
    Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”
    Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki bunlardan hansını çağırıb boynunu vurdurum?
    Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki bunları öldürmək olmaz!(Üsuli-kafi, c. 1, səh. 310-311; Biharül-ənvar, c. 47, səh. 3; E`lamül-vəra, səh. 299.)
    İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış(İrşad, səh. 304-306; Biharül-ənvar, c. 47, səh. 253. c. 48, səh. 16-17.) lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.
    Cəfəri məktəbinin hamisi
    O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (əleyhissəlam) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiq əleyhissəlamın təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.
    Seyyid ibn Tavus yazır: "İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.”(Əl-ənvarül-bəhiyyə, səh.170.)
    Seyyid Əmir Əli yazır: "Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.(Müxtəsəri-tarixil-ərəb, səh.209.)”
    Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.
    Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: "Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış atasının fəzilət və kamalına malik olmuşdur. O (cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbrlə davrandığına görə Kazim(Kazim ərəb dilində "qəzəbini boğan” deməkdir.) ləqəbini almış onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.(Əs-səvaiqül-mühriqə, səh.203.)”
    İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər
    1. Məhdi Abbasi
    Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.
    Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o hakmiyyətə gəldiyi ilk vaxtda "Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.(Tarixi-Yəqubi, c.3, səh.132.)
    Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və on dörd milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, "məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə ya da onların varislərinə qaytardı.(Müxtəsərü-tarixil-ərəb, səh.213.)
    Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki hakimiyyət başına gələrkən Ələvilərin (Əli əleyhissəlamın nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki əgər bu iş beləcə davam etsəydi bir çox parlaq nəticələr verərdi ancaq təəssüflər olsun ki çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.
    Fəsad və əyyaşlıq mərkəzi
    Məhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi sarayda əsasən, eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir və eyş-işrətə yaxın düşmürdü. Ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edərək pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də, bu onda heç bir təsir bağışlamır. Məhdi onların cavabında deyir: "İnsanın o vaxtı xoşdur ki kef-damağla keçsin nədim adamlarsız həyat mənə şirin gəlmir.”(Tarixül xüləfa, səh.277.) O bu işə o qədər ifratla yanaşırdı ki hətta öz ağıllı və fəzilətli vəziri Yəqub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yəqubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə, Yəqubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı.
    Xilafət sarayının və eləcə də, xəlifənin pozğunçuluq eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yəqub Məhdinin ətrafındakılarının İslam hökuməti sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: "Bu işlərdən ötrü məni vəzir təyin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?” Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun nədim adamlar Yəqubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edərək bəzi vaxtlar şerlə deyirdilər ki Yəqubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt.(Əl-Kamilu fit-tarix, c.6, səh.73.)
    Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şer və qəzəlləri ağızdan-ağıza gəzir və iffət paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların etiraz sədaları ucalmağa başlayırdı.(Həyatül-imam Musa ibn Cəfər (əleyhissəlam), c.1, səh.436.)
    Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də, fəsad rüşvətxorluq baş alıb getdi vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də, camaatı sıxışdırmağa başlayaraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur.(Tarixi-Yəqubi, c.3, səh.137.) Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.(Həyatül-imam Musa ibn Cəfər (əleyhissəlam) c.1, səh.442.)
    Həzrət Əli əleyhissəlamın nəslindən olanlara qarşı həddən artıq təzyiqlər
    Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki o da hər ikisinin Ələvilərə (Əli əleyhissəlamın nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əli əleyhissəlamın övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı. O şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: "Qasim ibn Məcaşi Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin Peyğəmbərliyinə etirafından sonra Əli əleyhissəlamı İmam və Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini kimi tanıması cümləsinə çatır vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur.(Əl-Kamilu fit-tarix, c.6, səh.84.)
    Quranda şərabın haram edilməsi
    Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun Mədinədə İmam Kazim (əleyhissəlam) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etdikdən sonra İmam Kazim əleyhissəlamla görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: "Şərab Quranda haram edilibmi?” Daha sonra əlavə edib dedi: "Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir ancaq bu qadağanın mənasının haram olduğunu bilmir.”
    İmam Kazim (əleyhissəlam) buyurdu: "Bəli şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur.”
    — Quranın harasında?
    — Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu "De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri zina etmək lüt gəzmək və s. hər cür günahı haqsız zülmü... haram buyurmuşdur.” ("Əraf” surəsi, ayə 33.) ayəsində.
    İmam Kazim (əleyhissəlam) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: "Allahın bu ayədə haram buyurduğu "hər cür günah” ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: Ya Məhəmməd! Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür.” ("Bəqərə” surəsi, ayə 219.) "Əraf” surəsində açıq-aşkar haram buyurulmuş "hər cür günah” ifadəsi "Bəqərə” surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur.” Məhdi, İmam Kazim əleyhissəlamın bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: "And olsun Allaha ki bu Haşimi fətvasıdır.” (Yəni bu Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər.(Ola bilsin Məhdinin bu cür deməkdən məqsədi bu olub ki, Bəni–Haşimlə Bəni–Abbas arasındakı qohumluq nəticəsində imam Kazim əleyhissəlamın bu elmi onun üçün də fəxrdir.)) Əli ibn Yəqtin də, öz növbəsində dedi: "Sizə - Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə belə elm vermiş Allaha şükr olsun!”
    Məhdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: "Ey rafizi düz deyirsən!(Əl-Furuu min əl-kafi, c.6, səh.406. Sünnilər şiələri rafizi adlandırdığı üçün Məhdi də Əli ibn Yəqtinə belə deyir.) ”
    2. Hadi Abbasi
    Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı qaranlıq qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur.
    Hadinin atasının yerinə keçməsi heç də təzə məsələ deyildi. Çünki hələ uzun müddət ondan əvvəl İslam hökuməti zalım xəlifələr tərəfindən irsi rejimi (mütləq monarxiya) şəklinə düşərək Əməvi və Abbasi xəlifələri arasında fırlanmış camaatın acı və məcburi sükutunu ardınca daşıyan hakimiyyətin bu yolla dəyişilməsi adi bir hala çevrilmişdi. Təkcə təzə olan bir məsələ müsəlmanların taleyinin Hadi kimi xam səlahiyyətsiz və kefli bir gənc adama tapşırılması idi. O hakimiyyət başına gələrkən hələ iyirmi beş yaşı tamam olmamış(Mürucuz-zəhəb, c.3, səh.324.) çox məsuliyyətli xəlifəlik və İslam məmləkətinin idarəçilik məqamını ələ keçirməyə qətiyyən səlahiyyəti yox idi. O şərabxor dardüşüncəli laqeyd bir gənc olduğuna görə hakimiyyətə gəldikdən sonra da, qabaqkı işlərini tərk etmədi. O hətta xəlifəliyin zahiri qayda-qanunlarına da əməl etmirdi.(Yenə orada, səh.325.) Üstəlik daşürəkli tərbiyəsiz əzazil və nadürüst adam idi.(Tarixül-xüləfa, səh.279.)
    Hadi Abbasilər sarayının pozğun mühitində tərbiyə almış və belə bir özünüsevər zalım və mənəm-mənəm deyən rejimin "südünü əmmiş”di. Belə tərbiyə nəticəsində əgər xəlifəlik məqamı ona çatmasaydı o da fikri-zikri ancaq kef ardınca olan mənəm-mənəm deyən lakin kütbeyin gənclərin sırasında olardı.
    Eyş-işrət məclisləri
    Hadi atasının hakimiyyəti dövründə qardaşı Harunla birgə bəzi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdıraraq şərab içmək və kef çəkib əylənməklə məşğul olurdular. O bu işdə o qədər ifrata varmışdı ki bəzi vaxtlar atası Məhdi buna dözə bilməyib Hadinin xoşladığı xanəndələri danlayırdı.(Əl-Kamilu fit-tarix, c.6, səh.102.)Hətta bir dəfə o dövrün məşhur xanəndəsi İbrahim Muselini Hadinin məclisində iştirak etməkdən çəkindirmiş Hadi israr etdikdə, İbrahimi tutub həbs etdirmişdi.(Əl-Əğani, c.5, səh.160.) Atasının hakimiyyəti dövründə bəzi vaxtlar pis hərəkətlərinə görə atasının müxalifətçiliyi ilə üzləşən Hadi hakimiyyətə gəldikdən sonra açıq-aşkar əyyaşlıq edir və müsəlmanların ümumi beytül-malını gecələr eyş-işrət məclislərinə sərf etməyə başlayır. Tarixçilərin dediyinə görə, Hadi, İbrahim Muselini saraya dəvət edərək saatlarla onun mahnılarına qulaq asardı. Hadi, İbrahimi çox istədiyindən ona həddən artıq pul mal-dövlət vermişdi. Hətta bir dəfə İbrahim xəlifədən yüz əlli min dinar pul almışdı. İbrahimin oğlu deyirdi: "Əgər Hadi bundan çox yaşasaydı biz evimizin divarlarını da qızıl-gümüşdən düzəltdirərdik.”(Əl-Əğani, c.5. səh.163.) Bir gün İbrahim Museli Hadi üçün bir neçə mahnı oxuyub onu bərk həyəcanlandırdı. Hadi onu alqışlayıb mahnını bir neçə dəfə təkrar etməsini istədi. Məclis qurtardıqdan sonra Hadi xidmətçilərdən birinə dedi ki İbrahimi beytül-malın xəzinəsinə aparsın o (müsəlmanların ümumi malından) nə qədər istəsə götürsün əgər bütün beytül-malı götürmək istəsə də, onu azad buraxsın.
    İbrahim deyir ki mən beytül-malın xəzinəsinə girib yalnız əlli min dinar pul götürdüm.(Əl-Əğani, c.5.)
    Hadinin bu cür hərəkətlərindən məlum idi ki o ağır məsuliyyəti olan İslam cəmiyyətini idarə etməyin öhdəsindən gəlməyəcək. Məhz buna görə də, onun hakimiyyəti dövründə əvvəl-əvvəl bir az sakit olan və bütün vilayətləri mərkəzi hökumətə tabe olan İslam məmləkəti, Hadinin alçaq və şəriətdən kənar hərəkətləri nəticəsində əxlaqsızlıq və pozğunluqlara məruz qaldığı üçün nəhayət, hər tərəfdən ümumi etiraz sədaları ucalmağa başlayır. Düzdür bu etirazlara bir çox amillər səbəb olmuşdu lakin camaatın etirazına səbəb olan ən əsas amil Hadinin Bəni-Haşim və Əli əleyhissəlamın övladlarına qarşı ciddi təzyiqi idi. O elə hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə məruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları təqib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki onları harada tutsalar, Bağdada göndərsinlər(Tarixi-Yəqubi, c.3, səh.142.)
    Qanlı Fəxx faciəsi
    Bu təzyiqlər Bəni-Haşimin cəsur və igid kişilərini qəzəbləndirib onları zalım Abbasi hökumətinin aramsız və sərt yürüşlərinə qarşı müqavimət göstərmək məcburiyyətində qoyur. Bu özbaşnalığa cavab olaraq yavaş-yavaş Abbasi hökumətinə qarşı İmam Həsən əleyhissəlamın nəvələrindən olan Fəxx sahibi(Hüseyn İmam Həsən əleyhissəlamın nəvələrindən olub Məkkədən altı mil aralıda yerləşən Fəxx məntəqəsində Abbasi xəlifəsinin qoşunu ilə mübarizədə öldürüldüyü üçün Fəxx şəhidi, yaxud Fəxx sahibi ləqəbi ilə məşhur olmuşdur.) (Fəxx şəhidi) Hüseynin rəhbərliyi altında qiyam şöləsi alovlanmağa başlayır. Bu qiyam hələ başlamamış və yalnız həcc mövsümü vaxtı onun başlanması üçün münasib idi. Ancaq Mədinə şəhərinin valisinin ağır təzyiqləri bu qiyamın daha tez başlamasına səbəb oldu. Peyğəmbər (səlləllahu əleyhi və alih) sülaləsinin müxaliflərindən olan Mədinə valisi xilafət mərkəzinə olan sədaqətini və öz vəzifəsini layiqincə yerinə yetirdiyini sübut etmək üçün hər gün Bəni-Haşimin adlı-sanlı şəxsiyyətlərini bir bəhanə ilə incidirdi. O cümlədən, o bu şəxsiyyətlərdən hər gün şəhərin hökumət binasına gəlib özlərini təqdim etmələrini tələb edir bununla kifayətlənməyib onlardan birini digərinin gəlməsinə zamin edir və biri oraya gəlmədikdə, onun yerinə zamin durmuş şəxsi incidirdi.(Tarixül-üməmi vəl-mülük, c.10, səH.25.) Bir gün Mədinə valisi Fəxx şəhidi Hüseyn və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökumət binasına gəlmədiyi üçün tutub əziyyət verərək girov götürür. Onun bu hərəkəti barıt anbarına vurulmuş od kimi alovlanıb Haşimilərin qəzəblənməsinə bunun nəticəsində də, onların qiyamının vaxtından tez başlayıb Mədinədə döyüş yaratmasına səbəb oldu.
    Fəxx şəhidi kimdir?
    Qeyd etdiyimiz kimi bu hərəkata "Fəxx şəhidi” adı ilə tanınmış Hüseyn ibn Əli – İmam Həsən əleyhissəlamın nəvəsi başçılıq edirdi. O Bəni-Haşim tayfasının seçilmiş fəzilətli cəsur və hörmətli kişilərdən biri olub təqvalı səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O öz yüksək insani sifətləri sayəsində "zövci-saleh” ləqəbi ilə tanınmış pak təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş fəzilət təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası dayısı babası anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu.(Məqatilüt-talibin, səh.285.) Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından, o zillətli sükuta məcbur idi.
    Hadi Abbasinin xüsusən də, Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbr kasasını doldurmuş onu Hadinin hökumətinə qarşı qiyam etmək astanasına gətirib çıxarmışdı.
    Hərəkatın məğlubiyyəti
    Hüseyn qiyam edən kimi Bəni-Haşim tayfasının və həmçinin, Mədinə camaatının böyük əksəriyyəti ona beyət edib Hadinin qüvvələrinə qarşı mübarizə etməyə başladı. Hadinin Mədinədəki qoşununu geri oturtduqdan sonra bir neçə gün fasilə verib yeni qüvvələr topladı. O, müsəlmanların həcc mövsümündə Məkkəyə yığışmasından istifadə edib bu şəhəri hərəkatın mərkəzi qərar verərək mübarizəni daha da genişləndirmək məqsədilə Məkkəyə tərəf hərəkət etdi. Mədinədəki döyüşün və Hüseynin ordusunun Məkkəyə tərəf hərəkət etməsini Hadiyə çatdırdıqda, o onlara qarşı vuruşmaq üçün bir ordu göndərdi. Fəxx adlı yerdə iki ordu bir-biri ilə üzləşdi və qızğın döyüş baş verdi. Döyüş zamanı Hüseyn və Bəni-Haşim tayfasının adlı-sanlı şəxslərindən bir neçəsi şəhid oldu. Hüseynin ordusunun bir hissəsi dağıldı və bir hissəsi də, əsir düşərək Bağdada gətirilib qətlə yetirildi.
    Onları öldürməklə kifayətlənməyən cəlladlar cənazələri basdırmayıb başları bədənlərdən ayıraraq Hadinin hüzuruna göndərdilər. Bəzi tarixçilərin dediyinə görə edam olunanların sayı yüz nəfərdən artıq idi.(Əl-Kamilu fit-tarix. c.6, səh.93.)
    Fəxx şəhidinin məğlub edilməsi çox acı və kədərli bir faciə idi. Bu faciə bütün şiələrin xüsusən də, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin qəlbini bərk yaraladı və yaddaşlarda bir daha Kərbəla faciəsini xatırlatdı.
    Bu faciə o qədər ürəkağrıdıcı və fəlakətli idi ki İmam Cavad (əleyhissəlam) (İmam Məhəmməd Təqi (əleyhissəlam)) bu hadisədən neçə il keçdikdən sonra buyurmuşdur: "Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır.”(Biharül-ənvar, c.48, səh.165.)
    Yeddinci İmam və Fəxx şəhidi
    Bu faciə heç də İmam Kazim əleyhissəlamla əlaqəsiz olmamışdır. Çünki İmam Kazim (əleyhissəlam) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazim əleyhissəlamın qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: "Baxmayaraq ki sən şəhid olacaqsan ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.” (Biharül-ənvar, c.48. səh.169.)
    Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazim əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki onun fikrincə pərdə arxasında olsa da, bəzi cəhətlərdən bu əməliyyata İmam Kazim (əleyhissəlam) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: "And olsun Allaha Hüseyn (Fəxx şəhidi) Musa ibn Cəfər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cəfər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam Allah məni öldürsün!”(Biharül-ənvar, c.48. səh.151.)
    Bu təhdidlərə İmam Kazim (əleyhissəlam) soyuqqanlı yanaşsa da Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.
    Category: İmam Museyi-Kazim əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 4175 | Downloads: 0 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024