İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Museyi-Kazim əleyhissəlamın həyatı

    İmam Museyi-Kazim əleyhissəlamın həyatı
    2012-05-03, 1:19 PM
    3. Harun ər-Rəşid
    Əsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər. Əqidə, zor gücü ilə yaradılası yaxud da aradan aparılası bir şey olmadığından, onlar mənəvi nüfuz tapmaq üçün aldadıcı yollardan istifadə etmək məcburiyyətində qalmışdılar. Bu sahədə zahiri nöqteyi-nəzərdən Abbasilərin bəxtləri gətirmiş və əllərində bir bəhanələri var idi ki bu da onları Əməvilərdən tamamilə fərqləndirirdi. O da onların İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olan qohumluq əlaqələri idi. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər. Buna baxmayaraq, onların bu qədər apardığı təbliğat şiə məzhəbinin pak İmamları qarşısında çox təsirsiz idi. Çünki əvvəla, xəlifəlik məsələsində varis olmaq məsələsi nəzərə alınmır və ən əsas şey rəhbər və xəlifənin öz səlahiyyəti paklığı və əzəmətidir. İkincisi, lap xəlifəlik mövzusunda varis olmaq nəzərə alınsa da, yenə Əli əleyhissəlamın övladları hamıdan üstündürlər. Çünki onlar Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan həm də Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olan şiənin məsum İmamları həmişə camaatın nəzərində olmuş camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mənəvi nüfuz tapmaları üçün apardıqları səylərə baxmayaraq, tarix göstərmişdir ki ümumi məhəbbətin ölçüsü həmişə İmamların tərəfində olmuşdur.
    Qəlblərə hakim olmaq
    Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. "Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” - xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazim əleyhissəlamı Kəbənin kənarında gördükdə, ona deyir: "Camaatın gizlicə beyət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim (əleyhissəlam) buyurdu: "Mən camaatın qəlb və ruhuna hakiməm sən isə onların quru bədənlərinə hakimsən.”(Əs-Səvaiqül-mühriqə, səh.204.)
    Peyğəmbər övladı kimdir?
    Yuxarıda qeyd etdik ki Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki rəngi dəyişib ixtiyarsız olaraq dedi: "Doğrudan da bu bir şərəfdir.”(Əl-İrşad, səh.298)
    O təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O bir gün İmam Kazim əleyhissəlama dedi: "Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil ata babasına nisbət verilir.” İmam Kazim (əleyhissəlam) onun cavabında aşağıdakı ayəni qiraət etdi: "Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə peyğəmbərliyə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu Süleymanı Əyyubu Yusifi Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri yaxşılıq edənləri belə mükafatlandırırıq. Zəkəriyyanı Yəhyanı İsanı İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi.” ("Ənam” surəsi, ayə 84-85.) İmam Kazim (əleyhissəlam) sonra əlavə edib buyurdu: "Bu ayədə İsa (əleyhissəlam) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları hesab olunuruq.”(Nurul-əbsar, səh.149.)
    Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.
    İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki nəyə görə sizi Əli əleyhissəlamın övladları yox Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları adlandırırlar? İmam Kazim (əleyhissəlam) onun cavabında buyurur: "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) dirilib sənin qızınla evlənmək istəsə qızını ona verərsənmi?” Harun dedi: "Nə təkcə qızımı verərəm hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.”
    İmam Kazim (əleyhissəlam): "Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz nə də mən qızımı ona vermərəm.”
    Harun: "Nəyə görə?”
    İmam Kazim (əleyhissəlam): "Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.”
    Harun: "Afərin tamamilə doğrudur!”(Biharül-ənvar, c.48. səh.127.)
    Bu saray kimindir?
    Bir gün İmam Kazim (əleyhissəlam) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: "Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (əleyhissəlam) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: "Bu ev fasiqlərin evidir. Hansı ki Allah-taala onların haqqında buyurur: "Yer üzündə haqsız yerə layiq olmadıqları halda təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam mane olacağam. Onlar nə möcüzə görsələr ona inanmazlar. Onlar haqq yolu görsələr onu qəbul etməz azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.” ("Əraf” surəsi, ayə 146.)
    Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: "Onda bu ev kimindir?” İmam Kazim (əleyhissəlam) buyurdu: "(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.”
    Harun: "Əgər bu ev şiələrindirsə bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?”
    İmam Kazim (əleyhissəlam):" Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa onu yenidən geri alacaq.”(Biharül-ənvar, c.48, səh.138.)
    Harun – neçəüzlü insan
    Hər bir insanın əxlaqi dəyərlər və düşüncə tərzi cəhətindən özünəməxsus mövqeyi vardır. Onun əxlaqi xüsusiyyətlər və rəftarı özünəməxsus siması kimi müəyyən bir şəxsin rəftarından xəbər verir. Ancaq bir sıra insanlar vardır ki tərbiyə çatışmazlığı və ya başqa səbəblər üzündən ruhi ziddiyyətə malik olub öz şəxsiyyət və təfəkküründə bəzi uyuğunsuzluqlar yaradır. Bu cür şəxslər şəxsiyyət baxımından heç də təkşəxsiyyətli adamlar deyillər əksinə onlar iki şəxsiyyətli ikiüzlü və hətta bir neçə şəxsiyyətli bir neçə üzlü adamlardır. Elə buna görə də, bəzi hallarda onlar insanı təəccübləndirən ziddiyyətli hərəkətlər edirlər. Belə bir ziddiyyəti ilk baxışdan qəbul etmək bir az çətindir ancaq bəşərin xüsusiyyətlərinə nəzər saldıqda, məlum olur ki nəinki bu iş mümkündür hətta bir çoxları bu cür xüsusiyyətlərə malikdirlər. Müasir dövrümüzdə psixoloqların kitablarında oxuyuruq: "...İnsan çox asanlıqla yalançı qeyri-sabit və odlu həvəslərinin hissiyatının qurbanı ola bilər. Yəni çox mehriban olduğu halda məhəbbətsiz düzgün və sadiq olduğu halda yalançı riyakar olmadığı bir halda riyakar olub özünü belə, aldada bilər. Bunlar bir-birinə zidd olan elə xüsusiyyətlərdir ki nə təkcə bunların hamısı insanda ola bilər hətta bunlar insan ruhunun "agah” və "xəbərsiz” hisslərinin xüsusiyyətlərindəndir.”(Simaların digər tərəfi, səh.31.)
    Bu cür şəxslər yalançı və bir-birinə zidd olan xüsusiyyətlərə malik olduqlarından rəftarları bir-birilə ziddir; eyş-işrət pərəstişkarı olduqları halda, bir də görürsən ki zahid və sufilik həyatı sürməyə başlayır təfəkkürünün yarısı din təlim-tərbiyəsi altında olduğu bir halda, təfəkkürün digər bir hissəsi maddi və ləzzət aləmində cövlan vurur. Məscidə yolları düşdükdə abidlər sırasında durur şərab məclisinə gəldikdə isə boğazlarını yaşlayırlar. Bir tərəfdə zülm və haqsızlığın həddini aşır başqa bir tərəfdə isə rəhmlə dolu göz yaşı axıdırlar.
    Tarixdə bu cür neçəüzlü (simasız) insanlardan nümunə çoxdur. Onlardan biri də Harun ər-Rəşiddir.
    Sarayda doğulub boya-başa çatan Harun uşaqlıq çağlarından eyş-işrət keflə ünsiyyətdə olmuş təbii ki bunun da nəticəsində onda eyş-işrətə meyli daha çox olmuşdur. Digər tərəfdən də, İslam ölkəsinin mühiti və eləcə də, onun tutduğu mövqeyi onun müsəlman olub İslam qayda-qanunlarına əməl etməsini tələb edirdi. Buna görə də, onun həyatı yaxşılıq və pisliklə gözəllik və çirkinliklə qarışıq bir məcmuə təşkil edirdi. Onun bir sıra təəccüblü bir-birinə zidd olan və çox az adamlarda tapılan xüsusiyyətləri var idi. Zülm və ədalət mərhəmət və qəddarlıq iman və küfr barışma və əzazillik kimi sifətlər onda üzvi surətdə birləşmişdilər. O bir tərəfdən zülmdən heç bir qorxusu olmadan istifadə edərək pak və günahsız insanları xüsusilə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) cəsur övladlarının qanını axıdır digər tərəfdən isə alimlərin nəsihətlərini dinlədikdə Qiyamətin fikrinə düşərək möhkəmcə ağlayırdı. O həm namaz qılır həm də şərab içərək eyş-işrətlə məşğul olurdu. Alimlərin nəsihətlərini dinlədikdə hamıdan abid və zahid kimi nəzərə çarpırdı. Xilafət kürsüsünə oturub ölkənin idarəsi ilə məşğul olduqda isə Neron və Çingizdən heç də geri qalmırdı. Tarixçilər yazırlar: "Bir gün Harun öz dövrünün təqvalı və pak şəxslərindən olan Füzeyl ibn Əyazın görüşünə gedir. Füzeyl öz ağır sözləri ilə onu çirkin işlərinə görə danlayıb zalımların intizarında olan Allah əzabı ilə qorxutdu. Harun bu nəsihətləri dinlədikdə, o qədər ağladı ki huşunu itirdi. Özünə gəldikdən sonra yenidən Füzeylə dedi ki ona nəsihət versin. Füzeyl neçə dəfə nəsihətlərini tərkrarlayır hər dəfə də Harun huşunu itirirdi. Sonra Harun bu işinə görə Füzeylə min dinar verib dedi ki lazım olan yerlərə xərcləsin. Harun bu hərəkəti ilə öz ikiüzlülüyünü açıq-aşkar nümayiş etdirirdi. Çünki onun fikrincə Allahın qorxusundan ağlayaraq bihuş olduqdan sonra yenə istədiyin işi çəkinmədən görə bilərsən.
    Harunun iki min azyaşlı kənizi var idi ki bunların da üç yüzü yalnız çalıb-oxumaq rəqs etməyə məxsus idilər(İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.162.)Rəvayət edirlər ki bir dəfə o əyləncə məclisinə gəldikdə əmr edir ki məclisdəkilərin başına üç milyon dirhəm pul səpsinlər. Başqa bir əyləncə məclisinə gəldikdə özü ilə oraya gətirdiyi xanəndəni Misirə hakim təyin edir.(İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.173)
    Harun bir dəfə bir kənizi yüz min dinara başqa bir kənizi otuz altı min dinara almış lakin ikincini yalnız bir gecə saxladıqdan sonra sarayda olanlardan birinə bağışlamışdı. Onun o kənizi həmin şəxsə nə üçün bağışladığını isə Allah bilir.(İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.163.) Şübhəsiz ki Harun boş yerə xərclədiyi bu pulların hamısını müsəlmanların beytül-malından götürürdü. Çünki onun babası Mənsurun hakimiyyətə gələrkən necə deyərlər heç bir qəpiyi belə olmamışdır. Deməli boş yerə xərclənən bu pulların hamısı məzlum insanların ac kəndlilərin əllərinin qabarının və alınlarının tərinin nəticəsi idi.(İslamda vaizlərin rolu, səh.39.)Ancaq Harunun ümumi beytül-mala qarşı etdiyi bu qədər xəyanətlərə baxmayaraq o yalandan göz yaşı tökür özünü pak insanlar kimi təqvalı göstərirdi.
    Harunun həqiqi siması
    Müasir Misir yazıçısı Əhməd Əmin Harunun (və onun dövründə yaşamış camaatın) eşy-işrətə baş qoşmasını iki səbəblə (biri onun dövründə ümumi rifahın genişlənməsi digəri isə onun dediyinə görə əvvəlcədən eyş-işrətə meylli olmuş iranlıların Harunun sarayında nüfuz tapması ilə) əlaqələndirdikdən sonra yazır: "Üçüncü səbəb Harunun öz tərbiyəsi ilə əlaqədardır. Mənim fikrimcə o sərthissiyyatlı bir cavan olmuş lakin yüz faiz öz hissiyyat və istəklərinə uymamışdır. Eyni zamanda o möhkəmiradəli bir şəxs idi. O fitrət və tərbiyə baxımından nizami bir ruhiyyəyə malik olan bir şəxs olmuş dəfələrlə Şərq və Qərb tərəfə ordu çəkmişdi. Ancaq onun sərtxasiyyətli möhkəmiradəli coşub-daşan cavanlıq fikirləri onu müxtəlif simalara salmışdı. Moizə eşidərkən həddən artıq təsirlənir ucadan ağlamağa başlayır musiqi eşitdikdə isə elə hala düşürdü ki heç bir şeyi tanımır və ona məhəl qoymurdu. Onun təşkil etdiyi əyləncə məclisində İbrahim Museli oxuyur Bərsəvma saz çalıb Zəlzəl dəf vurarkən Harun elə coşurdu ki son dərəcə cəsarətlə deyirdi: "Ey Adəm! Əgər bu gün sənin balalarından kimlərin mənim məclisimdə iştirak etdiyini görsəydin çox sevinərdin.”(Əhməd Əmin bu hissəni Əl-Əğani kitabından (c.5. səh.241) sitat gətirmişdir.)
    Yavaş-yavaş dini hissiyyat Harunda inkişaf edir ancaq bunun müqabilində kef-damağ əyləncələri də artmağa başlayır. Bunun nəticəsində də, o həm namaz qılır həm də musiqiyə qulaq asaraq əylənirdi. Onun sərt hissiyyatı müxtəlif cəhətlərə yönəlir yönəldiyi sahədə də ifrat dərəcəsinə çatırdı. Bərməki sülaləsi onun razılığını cəlb etdiyi zaman onlardan razı qalır onlara fövqəladə mehribançılıq göstərir və onları ən yaxın adamları sırasına daxil edirdi. Ancaq elə ki onun qəzəbinə düçar olurdular və həsəd aparanlar onun hissiyyatını Bərməki nəslinin əleyhinə təhrik edirdilər onları məhv edib aradan götürür.
    Harun İbrahim Muselinin səsindən (musiqisindən) çox ləzzət aldığı üçün onu alim və qazılar kimi sarayın yaxın adamlarının yerində qərar verir ancaq bir dəfə də olsun, özünə sual vermirdi ki müsəlmanların beytül-malını hansı əsasla bu cür şəxslərin cibinə tökür?
    Əl-Əğani kitabının müəllifi bu barədə gözəl bir cümlə işlətmiş həmin cümlədə Harunun qeyri-adi və bir-birinə zidd olan xüsusiyyətlərini çox gözəl şəkildə bəyan etmişdir. Müəllif yazır: "Harun moizə dinlədikdə hamıdan çox ağlayır qəzəbləndikdə isə ən zalım şəxsə çevrilirdi.” Buna görə də, onun dindar bir şəxs olub çoxlu namaz qılmasına qəzəbləndikdə isə heç bir əsası olmadan günahsız insanların qanını axıtmasına sonrası gün isə kef məclisinə gedərək özündən getməsinə heç də təəccüblənməməliyik. Bunlar hamısı asanlıqla bir adamda tapılası sifətlərdir.(Zühəl-İslam, c.1, səh.112-113.)
    Dediklərimizdən Harunun əsl və həqiqi siması məlum olur. Ancaq təəssüflər olsun ki bəzi tarixçilər Harunun rəftar hərəkət və ruhiyyəsini idarəçilik sistemini qeyd edərkən həqiqəti gizlədir bilər-bilməz həqiqətin yalnız yarısını açıqlayır yarısını isə olduğu haldan başqa cür qələmə verirlər. Halbuki, təhqiqi və bitərəf araşdırma zamanı şəxsin bütün xüsusiyyətləri olduğu kimi qələmə alınmalıdır.
    Harunun hiylələri və onun özünü dindar kimi göstərməsi
    Bir neçə səhifə bundan qabaq qeyd etdik ki Əməvi və Abbasi xəlifələri İslam hökumətini öz yolundan çıxarmaqda və Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə mübarizədə bir-biri ilə həmfikir olsalar da, onları bir-birindən fərqləndirən bir cəhət də var idi. O da bundan ibarət idi ki Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq xarici qələbələr əldə etmək ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər.(Zühəl-İslam, c.2, səh.162-163.) Abbasi xəlifələrinin özlərini dindar kimi göstərib camaatın gözündə dini nüfuz tapmaq məqsədlərinə dair bir çox nümunələr vardır ki bunlar da onların bu sahədə göstərdikləri səylərin göstəricisidir. Corci Zeydan yazır: "Abbasi xəlifələri Misrin Fatimi xəlifələri İspaniyanın Əməvi xəlifələri dini cəhəti saxladıqlarına görə bir çox çətinlikləri həll edə bilmişlər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şəri cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar...”
    Bunlar avam camaatın qəlbində yer tapmaqdan ötrü həmişə öz məqamlarını yüksəldərək özlərini Allahın ən yaxın bəndələri hakimiyyətlərini də Allah tərəfindən seçilmiş hökumət kimi qələmə verirdilər. Corci Zeydan xəlifələrin avam camaat arasındakı yalan təbliğatının nüfuzunu və camaatın bu təbliğata olan inam səviyyəsini qeyd etdikdən sonra əlavə edib yazır: "...İş o yerə çatmışdı ki camaat deyirdi: Abbasilərin hakimiyyəti İsa Peyğəmbər göydən enənə qədər davam edəcək. Abbasi hökuməti süqut edərsə günəş batar yağış yağmaz bitkilər quruyar. (Corci Zeydanın bu cümlədə işlətdiyi camaat sözündən məqsədi sünnilərdir. Çünki şiələrin əqidəsinə görə həm ilk üç xəlifə həm Əməvilər həm də Abbasilər xəlifəlik məqamını qəsb etmiş və buna görə də şiələr onları qəbul etmirlər. (Corci Zeydanın "İslam mədəniyyətinin tarixi” əsərinin mütərcimi Əli Cəvahirkəlamdan.))
    Abbasi xəlifələri də bu nankorluğu özlərinə bəyənmişdilər. Hətta böyükdüşüncəli və hakimiyyəti dövründə İslam mədəniyyəti inkişaf etmiş Harunun da bu cür yaltaqlıqlardan xoşu gəlirdi... Əgər İslamın ucalıb inkişaf etdiyi bir dövrdə xəlifə yaltaqlığı bu qədər sevirsə şübhəsiz ki fəsad və pozğunluq dövründə mövhumat və xurafat həqiqətin yerini alacaq yaltaqlar səhnəyə çıxdıqda xəlifə və hakimlər boş sözü əməldən çox sevəcəklər. Məhz bu səbəbə görədir ki yaltaqlar öz şəxsiyyətlərini satanlar Abbasi xəlifəsi Mütəvəkkili "Allahın kölgəsi” adlandıraraq deyirdilər: "Bu rəhmət kölgəsi camaatı istidən qorumaq üçün asimanda sərilmiş bir kölgədir.” Digər bir yaltaq şair İbn Hani Fatimi xəlifəsi Əl-Muizzi aşağıdakı şəkildə tərifləyir: "Qəzavü-qədərin təyin etdiyi deyil sənin istədiyin həyata keçir. Elə isə əmr ver və rəhbərlik et! Sən həqiqətən yeganə yenilməzsən!(İslam mədəniyyətinin tarixi, c.4. səh.242) (İstər Allahın əmri olsun istərsə də xəlifənin.)”
    Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və bu cür yaltaqlıqlardan istifadə edən olmamışdır. O çalışırdı ki bütün hərəkət və işlərinə dini ad versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi. Deyirlər ki Harun xəlifə olduğu müddətdə bir dəfə Məkkəyə gedir. Həcc mərasimi zamanı öz xüsusi məsihi həkimi Cəbrail ibn Bəxtişu üçün həddən artıq çox dua edir. Bəni-Haşimdən olanlar bundan çox narahat olurlar. Harun onların "bu şəxs müsəlman deyil zimmidir onun üçün dua etmək düzgün deyil” iradlarına belə cavab verdi: "Düzdür ancaq mənim sağlamlığım onun əlində müsəlmanların da məsləhəti mənim sağlamlığımdadır. Deməli müsəlmanların xeyir və məsləhəti onun ömrünün uzun olmasındadır elə isə onun üçün dua etməyin eybi yoxdur.”(İslamda vaizlərin rolu, səh.55.)Harunun bu məntiqi qeyri-adi bir məntiq idi. Onun məntiqinə əsasən, İslam cəmiyyətinin bütün məsləhətləri onda cəmlənmiş və hər şey onun canının qurbanı olmalı idi. Çünki onun gətirdiyi sübuta əsasən, o təkcə xəlifə deyil eyni zamanda cəmiyyətdə onun olması vacibi bir məsələ idi. Ola bilsin belə təsəvvür oluna ki Harun kimi bir şəxsin bütün hərəkət və işlərini düzgünlüyə çıxarmaq din məntiqi ilə çətin bir işdir. Ancaq o öz dövrünün alçaq və dünyapərəst qazı və fəqihlərini satın almaqla öz işlərinə bəhanə gətirmək üçün meydanı tamamilə açıq qoymuşdu.
    Hökm çıxaran şura
    Harunun hiylələrindən və özünü dindar kimi göstərməsinə aid açıq-aşkar nümunələrdən biri Yəhya ibn Abdullahın şəhadət məsələsidir. Yəhya ibn Abdullah İmam Həsən əleyhissəlamın nəvəsi Bəni-Haşim tayfasının sayılıb-seçilən şəxslərindən və İmam Sadiq əleyhissəlamın səhabələri içində çox diqqət yetirdiyi şəxslərdən biri olmuşdur.(Məqatilüt-talibin, səh.308.) Fəxx şəhidi Hüseyn, Abbasi hökumətinə qarşı qiyam qaldırdığı zaman Yəhya onun ordusunda olmuş və ordunun əsas sərkərdələrindən biri sayılmışdır. Hüseyn şəhid olub ordusu məğlubiyyətə uğradıqdan sonra o bir dəstə ilə birlikdə Deyləm şəhərinə gedərək orada fəaliyyət göstərmişdir. Oranın əhalisi onun ətrafına yığışaraq gözə çarpan miqdarda bir ordu yaranmışdı.
    Harun Fəzl ibn Yəhya Bərməkini bir ordu ilə Deyləmə göndərir. O Deyləmə çatdıqdan sonra Harunun göstərişinə əsasən, Yəhya ilə məktublaşıb ona şirin vədlər verərək ona amanda olmaq təklifi verir. Harun və Fəzlin hiylələri nəticəsində öz ordusunun pərakəndə olduğunu görən Yəhya amanda qalmaq təklifini qəbul etmək məcburiyyətində qalır. Harun bir neçə adlı-sanlı şəxsləri şahid tutub öz dəstxətti ilə ona bir amannamə yazdıqdan sonra Yəhya Bağdada gəlir. Harun əvvəl onunla mehribancasına rəftar edib onun ixtiyarında çoxlu mal-dövlət qoyur. Ancaq gizlicə onun ölüm planını hazırlayıb onu bu işdə müttəhəm edir ki gizlicə camaatı öz başına toplayıb xəlifənin əleyhinə qiyam qaldırmaq fikrindəsən. Lakin Harun ona daşdankeçən bir amannamə göndərdiyi üçün onu öldürmək bir o qədər də asan deyildi. Buna görə də, bu qərara gəlir ki amannaməni qüvvədən salmaq üçün fəqihlərdən (müctehidlərdən) öz məqsədini həyata keçirməyə şəri icazə alsın. Bu məqsədlə amannamənin düzgün olub-olmaması barədə nəzər söyləsinlər deyə, Məhəmməd ibn Həsən Şeybani Həsən ibn Ziyad Lulum və Əbülbüxtəridən ibarət qazı və fəqihlər şurası təşkil verilməsini əmr etdi.(Mizanül-etidal fi nəqdir-rical, c.3, səh.278.) Şura hazır olduqda hamıdan qabaq nisbətən azad alim olan və özünü müəllimi Əbu Yusif kimi Haruna satmış olmayan(Zühəl-İslam, c.2, səh.203.) Məhəmməd ibn Həsən Şeybani amannaməni oxuyub dedi: "Amannamə tamamilə düzgün və səlahiyyətlidir onu heç cür pozmaq olmaz.”(Yenə orada, səh.204.)Əbülbüxtəri amannaməni alıb ona göz gəzdirərək dedi: "Bu amannamə batil və səlahiyyətsizdir. Yəhya xəlifənin əleyhinə qiyam qaldıraraq bir dəstə insanın qanını axıtmışdır onu öldürün günahı mənim boynuma.” Harun bu fətvadan son dərəcə sevinib dedi: "Əgər amannamə batil və səlahiyyətsizdirsə onda özün onu cır tulla.” Əbülbüxtəri amannaməyə tüpürüb onu cırdı. Harun bir milyon altı yüz min dirhəm ona ənam verib özünü də qazı vəzifəsinə təyin etdi.(Həyatül-imam Musa ibn Cəfər, c.2, səh.100. Bu haqda "Əl-bəramikə fi xilalil-xilafə” kitabına müraciə edin.) Məhəmməd ibn Həsəni isə belə bir fətva (amannamənin səlahiyyətli olmadığını söyləməsinə görə) verdiyinə görə neçə il fətva verməkdən məhrum etdi.(Zühəl-İslam, c.1, səh.204.) Axırda bu şuranın rəyinə əsasən, Yəhyanı qətlə yetirdi.(Həyatül-imam Musa ibn Cəfər, c.2, səh.100.)
    Məsləhətə görə verilmiş fətva
    Qeyd etdik ki öz şəxsiyyətini satmış qazılardan biri də qazı Əbu Yusif idi. Harun onu baş qazı vəzifəsinə təyin etmişdi. O hər bir vaxt Haruna lazım olurdusa öz istinad və qəribə yozma qüvvəsi ilə Harunun qeyri-şəri işlərinin üstünü örtərək, bəzi bəhanələrlə onları dini ölçülərlə uyğunlaşdırırdı. İndi nümunə üçün aşağıdakı iki məsələyə nəzər salaq.
    1. Harun xəlifə olduğu ilk vaxtlarda atasının (Məhdinin) kənizlərindən birinə vurulur. Harun öz eşqini açıb ona elan etdikdə kəniz deyir: "Bu fikri başından at çünki atan mənimlə bir yastığa baş qoymuşdur (və mən sənin atanın arvadı sayılıram.)” Harun ona bərk vurulduğundan ondan əl çəkə bilmirdi. Əbu Yusifi çağırtdırıb məsələni ona danışaraq ondan bir çıxış yolu istədi. Əbu Yusif soyuqqanlılıqla dedi: "Bir kənizin etdiyi hər hansı bir iddia məgər qəbul olunmalıdır? Ona qulaq asma çünki o düzdanışan kəniz deyil.”(Tarixül-xüləfa, səh.291.) (Halbuki, İslam qayda-qanunlarına əsasən, bu cür yerdə qadının öz etirafı əsas götürülərək qəbul olunur.)
    Category: İmam Museyi-Kazim əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 534 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024