İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Museyi-Kazim əleyhissəlamın həyatı

    İmam Museyi-Kazim əleyhis
    2012-05-03, 1:18 PM
    Vicdanı aldatmaq
    2. Bir gün Harun xüsusi aşpazına əmr edir ki onun üçün cavan bir dəvənin ətindən yemək hazırlasın. Yemək yeyilib qurtardıqdan sonra Cəfər Bərməki dedi: "Xəlifənin bu yeməyinin hər bir tikəsi dörd yüz min dirhəmə başa gəlib.” Harun bu məsələdən təəccübləndikdə Bərməki başa salır ki bir müddət bundan qabaq xəlifə belə bir yeməyin hazırlanmasını istəmiş lakin həmin vaxt bu yemək hazırlanmamışdır. O gündən bəri hər gün xəlifənin aşpazxanası üçün cavan bir dəvə kəsilir. Onların hamısının bir yerdə qiyməti dörd yüz min dirhəmə gəlib çatır.”
    Müsəlmanların beytül-malını saysız-hesabsız əyyaşlıq və kef məclislərinə sərf edən zəhmətkeş və məzlum müsəlmanların malını israf etmək ora-bura xərcləməkdən çəkinməyən Harun bu dəfə vicdanlı ürəyiyanan bir şəxsə çevrilir. O, bu sözü eşitdikdə narahat olub əmr verir ki bu işin əvəzini çıxmaq üçün neçə milyon dirhəmi kasıblar arasında sədəqə adı ilə paylasınlar. Əlbəttə, bu pullar heç də onun şəxsi vəsaitindən deyil müsəlmanların ümumi beytül-malından olub hamı arasında ədalətlə bölüşdürülməli idi. Özü də sədəqə xəlifənin bəxşişi və bu kimi şeylər onun bölüşdürülməsi üçün əsas ola bilməzdi.
    Nə isə bu xəbər Əbu Yusifin qulağına çatır. Onun sarayında olmasının fəlsəfəsi özünü belə yerdə büruzə verən Əbu Yusif xəlifənin bu işinə bəhanə gətirmək üçün gözəl bir plan hazırlayıb bu məqsədlə xəlifənin yanına gələrək narahatlığının səbəbini soruşur. Harun onu məsələdən xəbərdar edir. Əbu Yusif üzünü Cəfər Bərməkiyə tutub soruşur: "Kəsilən bu dəvələrin əti xarab olurdu yoxsa camaat onu istifadə edirdi?” (Sanki Əbu Yusifin fikrini duymuş) Cəfər cavab verdi ki camaat onu istifadə edirdi. Əbu Yusif sevinərək qışqırdı: "Xəlifə muştuluq böyük savab əldə etmisən. Çünki bu müddət ərzində kəsilmiş bütün ətləri müsəlmanlar istifadə etmiş və Allah-taala bu cür böyük bir sədəqəni yerinə yetirməyə xəlifə üçün şərait yaratmışdır.”(Əl-Bidayətu vən-nihayə, c.10, səh.216.) Beləliklə xəlifə üçün kəsilən dəvələrin əti xarab olmamış və Bağdad itlərinin qabağına atılmayaraq bir neçə ac adama verilirsə bu Əbu Yusifin məntiqində sədəqə hesab olunur Harunun gördüyü işlər də israf müsəlmanların malını boş yerə xərcləmək və beytül-malı ona-buna verib dağıtmaq deyil sədəqə və yaxşı iş kimi qələmə verilirdi.
    Qeyd etdiyimiz bu həqiqətləri nəzərə aldıqda İmam Museyi-Kazim əleyhissəlamın işinin nə qədər ağır olduğunu asanlıqla anlaya bilərik. Çünki o Həzrət əsl simasını riyakarlıq zahirpərəstlik və hiylələr arasında gizlədərək özünü ədalətli və mömin xəlifə adlandıran Harun kimi hiyləgər bir xəlifə ilə üz-üzə idi. İmam Kazim (əleyhissəlam) Harunun hiylə riyakarlıq və zahirpərəstlik pərdələrini yırtıb onun əsl simasını camaata göstərmək üçün fasiləsiz və ardıcıl təbliğ etmək məcburiyyətində idi. Əgər İmam Kazim əleyhissəlamın seçilmiş şəxsiyyəti və inkaredilməz əzəməti olmasaydı doğrudan da, belə mübarizədən qalib kimi çıxmaq şübhəli olardı.
    Əli ibn Yəqtin – İmam Kazim əleyhissəlamın Harunun sarayındakı elçisi
    Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın seçilmiş və qabaqcıl şagirdlərindən biri olmuşdur. O pak və adlı-sanlı bir şəxs olmuş İmam Kazim əleyhissəlamın yanında özünəməxsus mövqe tutmuşdu. Şiə aləmində onun misilsiz hörməti vardı.(Əl-Fihrist, səh.234.)
    Əli ibn Yəqtin hicrətin yüz iyirmi dördüncü ilində Əməvi sülaləsinin hakimiyyətinin son çağlarında Kufə şəhərində dünyaya gəlmişdir. Atası Yəqtin Abbasilər sülaləsinin əsas tərəfdarlarından biri olmuşdur. Elə buna görə də, öz dövrünün xəlifəsi olmuş (Əməvi xəlifəsi) Mərvani Himar onu tutmaq istəmiş o isə hökumətdən qaçaq düşmüşdür. Onun həyat yoldaşı ərinin qaçaq düşdüyü bu müddətdə (haqqında danışdığımız) Əli və Übeyd adlı iki oğlunu da götürüb Mədinə şəhərinə köçür. Əməvilər süquta uğrayıb Abbasilər hakimiyyətə gəldikdən sonra Yəqtin Kufəyə gələrək Əbülabbas Səffaha qoşulmuşdur. Həmçinin, onun həyat yoldaşı da uşaqları ilə birlikdə Kufəyə qayıtmışdır.(Əl-Fihrist, səh.234.)
    Bəli Əli ibn Yəqtin Kufədə böyüyüb boya-başa çatmış və İmam Kazim əleyhissəlamın şagirdləri sırasına qoşulmuşdur.
    Əli ibn Yəqtinin elmi məqamı
    Rical elminin alimləri və tarixçilərin dediyinə görə Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın qabaqcıl və seçilmiş şagirdlərindən olmuş o Həzrətin hüzurundan bəhrələnərək ondan çoxlu sayda hədislər söyləmişdir. İmam Sadiq əleyhissəlamdan isə yalnız bir hədis rəvayət etmişdir.(Fihristi-əsmai-müsənnifiş-şiə, səh.195.)
    Əli ibn Yəqtin həm ictima arasında sayılıb-seçilən və hörmətə sahib olan bir şəxs idi həm də öz dövrünün alimləri sırasında adı çəkilirdi. O aşağıdakı kitabları qələmə almışdır:
    1. "İmam Sadiq əleyhissəlamın gələcək fitnə-fəsad barədə soruşulmuş sullara cavabı” ("Ma suilə ənhus-Sadiqu min əl-məlahim”);
    2. "(Allaha) şəkk edən şəxsin İmam Sadiq əleyhissəlamın hüzurunda mübahisəsi” ("Münazirətüş-şakki bihəzrətih”);
    3. "İmam Kazim əleyhissəlamdan öyrəndiklərim.”(Əl-Fihrist, səh.234.)
    Əli ibn Yəqtin tutduğu ictimai və siyasi mövqeyi hesabına şiə məzhəbi üçün misilsiz xidmətlər mənşəyi olmuş və şiələr üçün ümid yeri hesab olunurdu.
    Əli ibn Yəqtinin vəzir olması şiələr üçün arxa və dayaq olmuşdur
    Mənsur və Harunun hakimiyyəti dövründə Bəni-Haşim nümayəndələrinin ardıcıl silahlı etirazları məğlubiyyətlə nəticələnir. Hərəkat başçılarının şəhid olaraq dəstələrinin məğlubiyyətə uğramaları bir daha sübut etdi ki belə bir şəraitdə hər hansı bir silahlı mübarizə məğlubiyyətə məhkumdur. Buna görə də, mübarizəni başqa yolla davam etdirmək lazımdır. Bu baxımdan İmam Kazim (əleyhissəlam) silahlı mübarizədən göz yummuş və ancaq tələbə yetişdirilməsi fikirlərin oyadılması çirkin Abbasi hökumətinin əsl həqiqətini tanıtdırmaq və mümkün qədər ictimaiyyətin müxtəlif sahələrində şiəlik ideyalarını genişləndirmək barədə düşünürdü. Elə buna görə də, o cür zalım hökumətlə həmkarlıq etməyin ümumi şəkildə haram olmasına baxmayaraq, İmam Kazim (əleyhissəlam) istisna hallarda bəzi pak və layiqli şəxslərin hökumətdə mühüm vəzifə tutmasına razılıq verirdi. Çünki bu iş bir tərəfdən şiələrin hakimiyyətdə yer tutmalarına digər tərəfdən də camaatın xüsusən də, şiələrin himayə altına keçməsinə səbəb olurdu. Əli ibn Yəqtinin də hökumətdə mühüm bir vəzifə tutması bu kimi işlərdən biri idi. Abbasilər sülaləsinin tam tərəfdarı olan və İmamət məsələsinə heç bir etiqadı olmayan atasından fərqli olaraq, Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi və əqidəsi əsl şiə əqidəsi idi.(Qamusur-rical, c.7, səh.90.)Belə ki intizar yəni hazırda olan zalım hökumətin qeyri-qanuni olduğunu hesab etməklə haqq-ədalət əsasında qurulacaq hökumətin gəlişinə ümid bəsləmək onun əqidəsinin əsasını təşkil edirdi. Bu həqiqət onun bir dəfə atası ilə etdiyi söhbətdən də başa düşülür. Bir dəfə Yəqtin oğluna deyir: "Necə olur ki sizin rəhbərlərinizin bizim (Bəni-Abbasın) barəmizdə dedikləri düz çıxır ancaq sizin özünüz barədə dedikləri (sizə vəd olunmuş hökumətin qalib gələcəyi) düz çıxmır?” Əli cavab verir: "Sizin və bizim barədə deyilənlərin ikisi də eyni yerdən (eyni şəxs tərəfindən) deyilib. Sadəcə olaraq sizin hakimiyyətiniz bərqərar olub və buna görə də, sizin barədə deyilən şübhəsiz olaraq həyata keçmişdir. Özünüz də gördünüz ki deyilənlər tamamilə düz çıxdı. Ancaq bizə vəd olunmuş hökumətin vaxtı çatmadığından, biz hələ də onun ümidi ilə yaşayırıq. Əgər bizim rəhbərlərimiz "Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin hakimiyyətə gəlişi (məsələn) iki yüz-üç yüz ildən sonra olacaq” desəydilər ola bilərdi ki (vaxtın uzun olduğundan) ürəklər sıxılıb camaatın həmin hökumətə olan inamı azalardı. Lakin (camaat öz ümidini itirməsin deyə) İmamlar (həmin hökumətin nə vaxt bərpa olunacağını müəyyən etməyərək) buyurmuşlar ki tezliklə onun vaxtı çatacaq. Beləliklə də, İmamın (on ikinci İmamın) zühurunun yaxın bir vaxtda olacağını vurğulamışlar.”
    Əli ibn Yəqtinin bu cür sabiqəsini nəzərə almaqla, onun Harunun sarayında vəzifə tutmasının nə dərəcədə əhəmiyyətli olması asanlıqla başa düşülür.
    İmam Kazim əleyhissəlamın şərti razılığı
    Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın razılığı ilə Harunun sarayında vəzir olmasını qəbul etdi.(İxtiyari-mərifətir-rical, səh.433.) O sonradan neçə dəfə işindən istefa vermək istəmiş lakin İmam Kazim (əleyhissəlam) onu bu fikrindən daşındırmışdır.(Biharül-ənvar, c.48, səh.158.)
    İmam Kazim əleyhissəlamın Əli ibn Yəqtini öz vəzifəsində saxlamaqdan məqsədi şiələrin can mal və hüquqlarının qorunması və onların gizli təşkilatına kömək etmək idi. İmam Kazim (əleyhissəlam) ona buyurur: "Əgər istəyirsənsə sənin barəndə üç şeyə zamin olum onda sən də bir şeyə zamin ol.” Əli ibn Yəqtin soruşur: "O üç şey hansılardır?” İmam Kazim (əleyhissəlam) buyurur: "Sənin üçün zamin olduğum üç şey bunlardır:
    1. Əsla sən qılınc və düşmənin əli ilə öldürülməyəcəksən.
    2. Sənin heç vaxt maddi imkana ehtiyacın olmayacaq.
    3. Sən heç vaxt tutulmayacaqsan.
    Ancaq sənin zamin olacağın şey isə budur ki bizim şiələrdən birinin işi düşüb nə vaxt biri sənə müraciət edərsə söz ver ki onun işini düzəldəcək və ona hörmət edəcəksən.”
    Əli ibn Yəqtin İmam əleyhissəlamın şərtini qəbul etdi İmam da bu üç şey barədə onun üçün zamin oldu.(Biharül-ənvar, c.48, səh.136.)İmam Kazim (əleyhissəlam) öz söhbəti əsnasında buyurdu: "Sənin bu məqamın (şiə) qardaşlarının fəxridir. Ümid edirik ki Allah sənin vasitənlə məğlubiyyətlərin əvəzini çıxıb müxaliflərin fitnə alovunu söndürsün.”
    Bəli Əli ibn Yəqtin öz əhdinə sadiq qaldı vəzifədə olduğu bütün müddət ərzində şiələr üçün mötəbər bir istehkam hesab edilmiş və o cür çətin şəraitdə şiələrin azadlığı və canlarının qorunması üçün lazım olan şəraiti təmin etməkdə böyük rol oynamışdır.
    Təhlükəli və gizli bir tapşırıq
    Əli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazim əleyhissəlamın hüzuruna göndərir bəzi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: "İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazim əleyhissəlama çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın.” Həmin iki nəfər deyir: "Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. "Bətnür-rəhmə” adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: "Bunlar sizin məktubların cavabıdır.” Biz ona dedik ki azuqəmiz qurtarıb əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alih) (qəbrini) ziyarət edər həm də yol üçün azuqə tədarük görərdik. O bizə buyurdu: "Qalan azuqənizi mənə göstərin.” Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: "Bu sizi Kufəyə qədər görər.” O bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: "Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alih) gördünüz indi isə Allahın pənahı altında geri qayıdın.”(İxtiyari-mərifətir-rical, səh.436-437.)
    Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi
    Şübhəsiz ki müştərək bir məqsəd daşıyan hər hansı bir cəmiyyətin öz işlərini irəli aparmaq üçün öz qüvvələrini səfərbər etməkdə maddi imkanata ehtiyacı var. Maddi imkanat olmadıqda, həmin cəmiyyətin bütün işləri və fəaliyyəti dayanmalı olur. Bir qayda olaraq şiələrin də öz müqəddəs məqsədlərini həyata keçirmək üçün bir sıra maddi imkanata ehtiyacları var idi. Müxtəlif vaxtlarda xüsusilə, onların mübariz qüvvələri daima iqtisadi çətinlik içərisində olmuş dövrün hökuməti onların qüvvələrini zəiflətmək üçün müxtəlif vasitələrlə onları iqtisadi çətinliklərə məruz qoymuşdular. Bu barədə siyasi məqsəd daşıyan və məqsədi də Əmirəl-möminin Həzrət Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi vəziyyətini zəiflətmək olan Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox başqa nümunələr də vardır. Onlardan biri də, Müaviyənin şiələrə xüsusilə də, Bəni-Haşimə qarşı yürütdüyü siyasətdir. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan öz vəliəhdi Yezid üçün beyət almaq istərkən işlətdiyi taktikalardan biri - Mədinəyə səfəri zamanı Bəni-Haşim qəbiləsindən olanlara beytül-maldan heç bir ödənc verməməsi olmuşdur. Bu işdə məqsədi də, o olmuşdur ki bəlkə bu yolla o Həzrəti çətinliyə salıb beyət etməyə məcbur etsin.(Əl-Kamilu fit-tarix, c.3, səh.551.)
    Başqa bir nümunə Əbu Cəfər Mənsurun camaatı iqtisadi çətinlikdə saxlaması idi. Mənsur aclıq və iqtisadi blokada siyasətini yürütmüş və məqsədi bu olmuşdur ki qoy camaat həmişə ac olub ona tabe olsun və ancaq öz qarınlarını doyuzdurmaq fikrində olub digər böyük ictimai məsələlər barədə düşünməyə macalları olmasın. O bir dəfə sarayın yaxın adamlarının hüzurunda camaatı ac saxlamaqdan güddüyü məqsədi kobud bir ifadə ilə açıqlayaraq demişdir: "Bədəvi ərəblər öz məsəllərində yaxşı demişlər ki öz itini həmişə ac saxla ki qoy çörək ardınca sənin arxanca düşsün.” Bu iqtisadi çətinlik daha çox şiələr səmtinə yönəldilmişdi. Çünki onlar xəlifələrə qarşı mübarizədə camaata rəhbərlik etmişlər. Harun da xəlifə olduğu müddət ərzində bu planı həyata keçirməkdə ləngimirdi. Çünki o müsəlmanların beytül-malını ələ keçirib onu öz eyş-işrəti kefi yolunda xərcləməklə şiələri öz qanuni hüquqlarından məhrum etmiş və beləliklə də, onların qüvvələrini zəiflətmişdir.
    Müxaliflərinin şiələrin əleyhinə mübarizə aparmalarına baxmayaraq, Harun ər-Rəşidin hüzurunda öz etimadını doğruldaraq, böyük İslam məmləkətində vəzir vəzifəsinə təyin olunmuş İmam Kazim əleyhissəlamın vəfalı və səmimi dostu Əli ibn Yəqtin bu məsələni çox yaxşı başa düşərək əlində olan imkandan istifadə etməklə şiələrə kömək və onları himayə etmək sahəsində əlindən gələni əsirgəmirdi. Xüsusən, şiələrin iqtisadi vəziyyətinin dirçəlməsində və öz malının xümsünü (onun malının xümsü nəzərə çarpacaq miqdarda olur bəzi vaxtlar hətta yüz min dinardan üç yüz min dinara qədər çatırdı)(İxtiyari-mərifətir-rical, səh.434.) İmam Kazim əleyhissəlama göndərməkdə çox səy edirdi. Bu da məlumdur ki xüms həqiqətdə İslam hökumətinin büdcəsini təmin edən əsas amildir.
    Əli ibn Yəqtinin oğlu deyir: "İmam Kazim əleyhissəlama nə lazım olurdusa yaxud hər hansı bir çətin işi irəli çıxırdısa atama məktub yazırdı ki "mənim üçün filan şeyi al yaxud mənim üçün filan işi həll et. Özü də bu işi Hişam ibn Həkəmin əli ilə düzəlt.” Hişamın əli ilə düzəldilməsi lazım olan işlər yalnız mühüm və əsas işlər olurdu.”(Yenə orada, səh.269.)
    İmam Kazim (əleyhissəlam) İraqa səfər edərkən Əli ibn Yəqtin öz vəziyyətindən o Həzrətə şikayət edib dedi: "Mənim vəziyyətimi görürsən? (Görürsən necə bir sarayda və hansı camaatla işləyirəm?)” İmam Kazim (əleyhissəlam) buyurdu: "Allah zalımlar arasında öz sevimli bəndələrindən qərar verərək onların vasitəsilə yaxşı bəndələrini himayə edir. Sən də həmin sevimli bəndələrdən birisən.”(Yenə orada, səh.433.)
    Bir dəfə Əli ibn Yəqtin Bəni-Abbas xəlifələri ilə işləyib-işləməməsi barədə İmam Kazim əleyhissəlamla məsləhətləşdikdə, o Həzrət buyurmuşdur: "Əgər bu işi görməyə məcbursansa onda şiələrin malından muğayat ol.” Əli ibn Yəqtin İmam əleyhissəlamın sözü ilə razılaşdı. O, Həzrətin bu sözünə əsaslanaraq şiələrdən dövlət vergilərini alır lakin gizlicə yenidən onların özlərinə qaytarırdı.(Biharül-ənvar, c.48. səh.158.) Səbəbi də bu idi ki Harunun hökuməti elə bir hökumət deyildi ki onun qayda-qanunlarına əməl etmək müsəlmanlara vacib olsun. Allah tərəfindən təyin olunmuş əsl rəhbər və hakim İmam Kazim (əleyhissəlam) idi Əli ibn Yəqtin də onun əmrilə şiələrin malını özlərinə qaytarırdı.
    Həcc naibləri
    Tarixdə Əli ibn Yəqtin üçün fəxr sayıla bilən məsələlərdən biri də budur ki o hər il neçə nəfəri öz tərəfindən vəkil edib həcc ziyarətinə göndərirdi. O bu iş üçün onların hər birinə on min dirhəmdən iyirmi min dirhəmə qədər pul verirdi.(İxtiyari-mərifətir-rical, səh.434.)Onun vəkil tutduğu həcc naiblərinin sayı hər il yüz əlli bəzi vaxtlar isə iki yüz əlli və hətta üç yüz nəfərə çatırdı.(İxtiyari-mərifətir-rical, səh.434, 437.)
    Əli ibn Yəqtinin bu işi İslam dinində həcc ziyarətinin özünəməxsus fəzilət və əhəmiyyət kəsb etməsi və şübhəsiz, onun son dərəcə iman və təqva sahibi olması ilə əlaqədardır. Lakin bu naiblərin nəzərə çarpacaq dərəcədəki sayını və eləcə də, Əli ibn Yəqtinin onlara külli miqdarda naiblik haqqı verməsini nəzər aldıqda məsələ bir az da geniş təhlil olunur. Əgər onun ildə həcc ziyarəti üçün tutduğu vəkillərin sayını orta hesabla məsələn, iki yüz nəfər onlara verdiyi pulun miqdarını isə orta hesabla məsələn, on min dirhəm götürsək ümumilikdə (cəmisi) ildə iki milyon dirhəm pul alınır. Digər tərəfdən də, ildə ödənilən bu məbləğ təbii ki Əli ibn Yəqtinin illik gəlirindən, zəkat xüms və digər müstəhəb sədəqə və hədiyyələri çıxdıqdan sonra yerdə qalan məbləğin bir qismini təşkil edirmiş. Bu təxmini hesabla bu qədər məbləği (həcc naiblərinin haqqını) ödəmək üçün gör Əli ibn Yəqtinin (illik) gəliri nə qədər olmalıdır?
    Şiə alimlərindən ilk dəfə olaraq deyəsən, mərhum Şeyx Bəhayi bu məsələyə diqqət yetirmişdir. O bu məsələnin incəliyini bu cür izah edir: "Güman edirəm ki İmam Kazim (əleyhissəlam) Əli ibn Yəqtinə müsəlmanların beytül-malından istifadə etməyə icazə vermiş o da öz növbəsində bu puldan şiələrə həcc ziyarəti üçün naiblik haqqı verərək müxaliflər üçün etiraz yeri qoymurdu.(Tənqihül-məqal, c.2, səh.317.) Deməli həcc ziyarətinə naib göndərmək əslində qabaqcadan hazırlanmış bir iş olmuş və Əli ibn Yəqtin bu işi ilə şiələrin iqtisadi vəziyyətini dirçəldirmiş.”
    Həcc naibləri arasında İmam Kazim əleyhissəlamın dostlarından və yerli hökumətin müxaliflərindən olan Əbdürrəhman ibn Həccac və Abdullah ibn Yəhya Kahili kimi şiələrin böyük adlı-sanlı şəxslərinin olması bu məsələni bir daha təsdiq edir.(İxtiyari-mərifətir-rical, səh.435.)
    Əli ibn Yəqtinin bu hərəkətində nəzərə çarpan digər bir məsələ də, onun şiələri xüsusən də, onların tanınmış şəxslərini həcc mərasiminə göndərməsidir. Bu yolla o şiənin əsl həqiqətini tanıtmağa və onların digər məzhəblərlə münazirə edərək şiə mədəniyyətini nümayiş etdirməsi üçün şərait yaradırdı.
    Bu paltarı saxla!
    Əli ibn Yəqtin göstərdiyi bu xidmətləri nəticəsində həmişə İmam Kazim əleyhissəlamın razılığını cəlb etmiş onun əsirgənilməz himayəsində olmuş və o Həzrətin tədbiri sayəsində dəfələrlə qəti təhlükədən nicat tapmışdır. Həmin təhlükələrdən biri belə olmuşdur:
    Bir dəfə Harun ər-Rəşid hədiyyə olaraq Əli ibn Yəqtinə bir neçə paltar (xələt) bağışlamışdı. Paltarların arasında xəlifələrə məxsus olan qara rəngli zərlə bəzədilmş xəzdərili bir paltar da var idi. Əli ibn Yəqtin həmin bahalı paltar da daxil olmaqla onların çoxunu İmam Kazim əleyhissəlama bağışlayır üstəlik həmişəki kimi malının xümsünü çıxıb o Həzrət üçün göndərir. İmam Kazim (əleyhissəlam) həmin bahalı paltardan başqa bütün pulları və paltarları qəbul edir. Əli ibn Yəqtinə də bir məktub yazıb bildirir ki bu paltarı özündə saxla və heç kəsə vermə çünki bir vaxt sənin üçün irəli çıxacaq hadisədə o sənə lazım olacaq. Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın həmin paltarı nə üçün geri qaytardığını başa düşə bilmir lakin onu (İmamın buyurduğu kimi) qoruyub saxlayır. Necə olursa bir gün o öz xadimlərindən birini işini layiqincə yerinə yetirmədiyi üçün işdən çıxarır. Əli ibn Yəqtinin İmam Kazim əleyhissəlamla əlaqə saxladığını onun o Həzrət üçün pul və sair hədiyyələr göndərməsindən xəbərdar olan bu xadim Harunun yanına gedərək Əli ibn Yəqtindən şikayətlənib deyir: "O (Əli ibn Yəqtin) Musa ibn Cəfəri (İmam Kazim (əleyhissəlam)) İmam kimi tanıyır və hər il öz malının xümsünü ona göndərir.” Sonra da paltarların hədiyyə göndərilməsini sübut gətirib dedi: "Xəlifənin filan tarixdə ona bağışladığı xüsusi paltarı da, Musa ibn Cəfər əleyhissəlama bağışlayıb.” Harun bu xəbəri eşitdikdə, bərk qəzəblənib dedi: "Gərək bu məsələni araşdıram. Əgər dediklərin doğru olarsa onun qanını tökəcəyəm.” Sonra Əli ibn Yəqtini çağırtdırıb həmin paltar barədə soruşdu. Əli ibn Yəqtin dedi: "Onu bir boğçaya qoyub indiyə qədər saxlamışam.” Harun dedi: "Onu dərhal bura gətir!” Əli ibn Yəqtin xadimlərdən birini tez evə göndərib deyir: "Bizə get gözətçidən filan otağın açarını alıb həmin otağı aç sonra da orada olan filan sandığı aç və onun içindəki boğçanı üstündə olan möhürlə birlikdə bura gətir.” Çox çəkmir ki xadim həmin paltarı üstündəki möhürlə birlikdə gətirib Harunun qarşısına qoyur. Harun əmr edir ki möhürü açsınlar. Boğça açıldıqda, Harun görür ki öz verdiyi paltar qatlanmış halda saxlanılmışdır. Harunun qəzəbi soyuduqdan sonra Əli ibn Yəqtinə deyir: "Bundan sonra səndən şikayət edən heç bir şəxsin sözünə inanmayacağam.” Sonra əmr verir ki Əliyə dəyərli və qiymətli hədiyyə verib şikayətçini möhkəmcə tənbeh etsinlər.(Əl-İrşad, səh.293.)
    İslam dövləti təşkil etmək arzusunda
    Harun bilirdi ki İmam Kazim (əleyhissəlam) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim əleyhissəlamla Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən həm də Harunun çirkin məqsədlərindən xəbər verir:
    "Bir gün Harun (bəlkə də, İmam Kazim əleyhissəlamın arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (əleyhissəlam) buyurur: "Bir şərtlə Fədəyi qəbul edərəm ki onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan.” Harun soruşdu: "Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?” İmam Kazim (əleyhissəlam) buyurdu: "Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm əsla onu qaytarmazsan.” Harun təkid edib and içdi ki mütləq onu qaytaracaq. İmam Kazim (əleyhissəlam) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: "Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər digər tərəfdən də, Afrikadan tutmuş Ərməniyyə və Xəzər dənizinə kimi uzanır.” Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: "Belə olan halda bizə bir şey qalmır ki!” İmam Kazim (əleyhissəlam) buyurdu: "Bilirdim ki qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim.”(Təzkirətul huffaz, səh.350.) İmam Kazim (əleyhissəlam) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alih) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən.
    Bu söhbət İmam Kazim əleyhissəlamın ali məqsədlərindən xəbər verir.
    Beytül-malın toplanması
    Zahiri hakimiyyət və qüdrət Harunun əlində olsa da, o yalnız camaatın "cisminə” "quru bədəni”nə hakimlik edirdi. Qəlblərdə isə heç bir yeri yox idi. Qəlblərə hakim durmaq ancaq İmam Kazim əleyhissəlama məxsus idi. O Həzrətin ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar öz malının xümsünü eləcə də, beytül-mala mənsub olan digər vergiləri o Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də xəbərsiz deyildi. Çünki o öz casusları vasitəsilə geniş İslam dövlətinin o tərəf-bu tərəfindən müsəlmanların İslam vergilərinin İmam Kazim əleyhissəlama göndərməsi xəbərini əldə edirdi. Casuslar deyirdilər ki göndərilən bu vergilər o qədər olurdu ki İmam Kazim (əleyhissəlam) bunları toplamaq üçün beytül-mal sandıqı hazırlamışdı.(Biharül ənvar, c.48, səh.232. )

    Category: İmam Museyi-Kazim əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1032 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024