İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » İmam Məhdi əleyhissəlamın həyatı

    İmam Məhdi əleyhissəlamın həyatı
    2012-04-14, 7:23 AM
    İMAM MƏHDİ ƏLEYHİSSƏLAMIN HƏYATI
    İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin ictimai- siyasi səbəbləri
    İmam Məhdi əleyhissəlamın xüsusi naibləri (nümayəndələri)
    İmam Məhdi (əleyhissəlam) şiə mənbələrində
    İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində
    Quranda İmam Məhdi əleyhissəlamın quracağı hökumətin siması
    İmam Məhdi əleyhissəlamın qeyb dövründəki faydaları
    İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
    On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.(Əl-İrşad, səh.346. Bəzi mənbələrdə on ikinci İmamın hicrətin 256-cı ilində anadan olduğu qeyd olunmuşdur. Məsələn, Şeyx Səduqun "Kəmalüddin” kitabı, səh.432.)
    Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir.(Əl-İrşad, səh.346. On ikinci İmamın əsl adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adındandır. Lakin bəzi hədislərdə onun əsl adını çəkmək qadağan olunduğu üçün onun adını yuxarıdakı şəkildə yazırlar) Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər.(Kəmalüddin, səh.648. O Həzrətin adının qadağan olunması onun qeybə çəkildiyi ilk mərhələyə qədər olmuş və siyasi məqsəd daşımışdır, lakin onun zühuruna qədər qadağan edilməsi barədə şiə alimləri arasında fikir müxtəlifliyi var. Bu barədə ətraflı məlumat almaq üçün Hacı Mirzə Hüseyn Təbərsi Nurinin "Ən-Nəcmus-saqib” kitabına müraciət etmək olar. səh. 48–49.) Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman(Əlamül-vəra, səh.418.) və Bəqiyyətullahı(İsbatül-vəsiyyə, səh.248.) qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.(Əl-füsulül-mühimmə, səh.310.) Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis(Əl-İrşad, səh.346.) (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır.(v) Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.(v)
    Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən(Bəziləri İmam Zamanı atası vəfat edən gündən onun kiçik qeyb dövrünü hesablamışlar.) xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.(Əl-İrşad, səh.346.)
    Sünni alimlərinin nəzərində Həzrət Məhdi əleyhissəlamın təvəllüdü
    Həzrət Məhdi əleyhissəlama inanmaq təkcə şiə məzhəbinə xas olan bir məsələ deyil. (Bu barədə növbəti səhifələrdə ətraflı söhbət edəcəyik.) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yetişmiş hədislərə əsaslanaraq sünni məzhəbi də bu məsələyə inanır. Lakin şiələrdən fərqli olaraq onlar deyirlər ki, İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) həmin şəxsin qeybə çəkildikdən sonra zühur edəcəyi barədə məlumat verdiyi Məhdi hələ dünyaya gəlməmiş və yalnız bundan sonra dünyaya gələcəkdir.(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.7, səh.94, c.10, səh.96.)Buna baxmayaraq sünni məzhəbinin bir çox tarixçi və hədisyazarları o Həzrətin təvəllüdünü öz kitablarında qeyd edərək onu bir həqiqət kimi qəbul etmişlər. Tədqiqatçılardan bəziləri onların yüzdən çoxunun adını qeyd etmişdir.(Nəhcül-bəlağədə gözlənilən Məhdi (əleyhissəlam), səh. 23, 39)
    Həzrət Məhdi (əleyhissəlam) ilə görüş
    İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən geniş məlumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (İmam Əskəri əleyhissəlamın) oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mötəbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yəni, İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda məlumat verirdilər. (Necə ki, bu görüşlərdən birini İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,(Kəmalüddin, səh. 434–478.) lakin bunların içərisində ən əsası çox güman ki, İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.
    Həsən ibn Əyyub ibn Nuh(Həsən ibn Əyyub ibn Nuh İmam Əskəri əleyhissəlamın vəkillərindən olmuşdur.) deyir: "İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: "Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana "Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: "Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: "İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı "Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: "Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı "Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: "Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”(Əl-Qeybət, səh.217.)
    Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri
    İmamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa, onda Allah tərəfindən təyin edlilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki, İmamların, xüsusən də, İmam Cavad əleyhissəlamdan sonrakı İmamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər göstərir ki, cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır. (Belə ki, bu təzyiqlər nəticəsində onuncu və on birinci İmamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu göstərir ki, İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şarait yox idi. Buna görə də, cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə söhbət edəcəyik.) Əlbəttə on ikinci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə məlum deyil, ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas götürülür:
    1. İnsanları sınama
    Bildiyimiz kimi Allahın sabit adət-ənənələrindən biri də, bəndələri imtahana çəkib pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş, bəndələr bu yolla öz iman və səbrləri sayəsində və özlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli istedadları çiçəklənməlidir. Həzrət Məhdi (əleyhissəlam) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir. İman və əqidəsi möhkəm olmayan şəxslərin iç üzü aşkar olaraq şəkkə düçar olur, lakin iman və əqidəsi qanına işləmiş şəxslər o Həzrətin zühurunu gözləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da möhkəmlənir və Allahın daha böyük mükafatlarına layiq görülürlər.
    İmam Museyi-Kazim (əleyhissəlam) buyurmuşdur: "Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun, muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O, istər-istəməz (məcburiyyət qarşısında) qeybə çəkiləcək. Onda bəzi möminlər öz əqidələrindən dönəcəklər. Allah-taala onu qeybə çəkməklə Öz bəndələrini sınağa çəkir...” (Əl-Qeybət, səh. 204.)
    İslam rəhbərlərinin sözlərindən belə başa düşülür ki, Allahın İmam Məhdi əleyhissəlamı qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir.(v) Bu çətinlik isə iki cəhətə görədir:
    1) Qeyb dövrünün özünə görə, yəni, qeyb dövrü həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bəziləri ümumiyyətlə, İmam Məhdi əleyhissəlamın doğulmasında (dünyaya gəlməsində), bəziləri isə o Həzrətin ömrünün uzanmasında şəkk edəcək. O Həzrətin İmamətinə sınaqdan çıxmış və əqidəsi möhkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurduğu geniş bir hədisdə söyləmişdir: "Məhdi (əleyhissəlam) şiə və ardıcıllarının gözündən itəcək, Allah-taala qəlblərini iman üçün ləyaqətli etmiş şəxslərdən başqa heç kəs onun İmamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.”(Müntəxəbül-asar, səh.101, hədis 4.)
    2) İmam Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində adamların dəyişilməsinə səbəb olan, baş vermiş və verəcək çətinliklər, təzyiqlər və gözlənilməz hadisələrə görə; Yəni, inam və əqidəni qorumaq, dində sabit qalmaq çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək.(v)
    2. İmamın canını qorumaq
    Allah-taala on ikinci İmamı qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki əgər o Həzrət ömrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq öldürəcəkdilər. (Bu barədə kifayət qədər söhbət etmişik). Deməli, o Həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz İlahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq əleyhissəlamın səhabələrindən olmuş Zürarə deyir: İmam Sadiq (əleyhissəlam) buyurdu: "Gözlənilən İmam qiyam etməzdən qabaq bir müddət gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: "Çünki canı təhlükədə olacaq.(Üsuli-kafi, c.1, səh.337.)”
    3. Zəmanə zalımları ilə beyət etmək zülmündən qurtarmaq
    On ikinci İmam heç bir rejimi, hətta təqiyyə(Təqiyyə hər hansı bir şəxsin (millətin) qəbul etmədiyi rejimin, məzhəbin qayda-qanunlarına zahirdə əməl etməsinə deyilir. Məsələn, şiə olan bir şəxs sünnilər içərisinə düşdükdə əgər şiə qayda-qanunlarını yerinə yetirmək mümkün olmasa, sünni məzhəbinin qayda-qanunlarına əməl edə bilər.) üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar edir, Allahın dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə beyət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: "İmam Riza (əleyhissəlam) buyurdu: "Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri əleyhissəlamın) ölümündən sonra öz İmamını axtaran, lakin onu tapa bilməyən şiələrimi görürəm.” Mən dedim: "Nə üçün o, gözlərdən itəcək?” İmam cavab verdi: "Ona görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”(Kəmalüddin, səh.480.)
    Kiçik və böyük qeyb dövrü
    (İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci və ikinci mərhələləri)
    Qeyd etdiyimiz kimi İmam Məhdi əleyhissəlamın qeyb dövrü iki hissəyə bölünür: Kiçik qeyb dövrü və böyük qeyb dövrü. Kiçik qeyb dövrü (qısamüddətli qeyb) (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) hicrətin iki yüz altımışıncı ilindən başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər (dördüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altımış doqquz il çəkmişdir.(Mərhum Şeyx Müfid on ikinci İmamın kiçik qeyb dövrünü o Həzrətin anadan olduğu ildən, yəni 255-ci ildən hesab edir. (Əl-İrşad, səh.346.)) Kiçik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş, şiələr də onların vasitəsilə öz məsələ və müşkülatını İmamın hüzuruna çatdırıb cavab alırdılar. Bəzi vaxtlar İmamla görüşə də bilirdilər. Buna görə deyə bilərik ki, İmam Məhdi (əleyhissəlam) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə demək mümkünsə).
    Kiçik qeyb dövrünü şiələri böyük qeyb dövrünə hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir, şiələr öz məsələlərində o Həzrətin ümumi vəkillərinə, yəni, müctehidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar. Böyük qeyb dövrü birdən-birə başlasaydı, fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi. Ancaq əvvəlki İmamların qeyb dövrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb dövrünün özü də, yavaş-yavaş zehinləri hazırlayır və bunun ardınca da böyük qeyb dövrü başlayır. Həmçinin, kiçik qeyb dövründə xüsusi vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də, bəzi şiələrin bu müddət ərzində o Həzrəti görməyə nail olması, İmam Məhdi əleyhissəlamın doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi.(Əl-Məhdi, səh.183.)
    İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və böyük qeyb dövrü başlamış, bu mərhələ indiyədək davam edir və bundan sonra da, Allah-taala o Həzrətə qiyam etmək üçün zühur - üzə çıxma icazəsi verənə qədər davam edəcək. On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən də ravi və hədisyazarlar tərəfindən öyrənilərək hədis kitablarında qeyd edilmişdir. İndi isə nümunə üçün bir neçə hədisə nəzər yetirək:
    1) Əmirəl-möminin Həzrət Əli (əleyhissəlam) buyurmuşdur: "Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaq.”(Yənabiül-məvəddə, c.3, səh.82.)
    2) İmam Baqir (əleyhissəlam) buyurmuşdur: "Qeybə çəkiləcək (İmamın) iki qeyb dövrü olacaq. Bu iki dövrün birində deyəcəklər ki, o ölüb...”(Əl-Qeybət, səh.173.)
    3) Əbu Bəsir deyir: İmam Sadiq əleyhissəlama dedim: "İmam Baqir (əleyhissəlam) buyurmuşdur ki, Məhəmməd (səlləllahu əleyhi və alih) nəslinin (qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin iki qeyb dövrü olacaq ki, bunlardan da biri digərindən daha (çox) uzun sürəcək. İmam Sadiq (əleyhissəlam) buyurdu ki, bəli, belədir...”(Əl-Qeybət, səh.173.)
    4) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: "Qiyam edəcək İmamın iki qeyb dövrü olacaq: Biri qısamüddətli, digəri isə uzunmüddətli...”(Əl-Qeybət, səh.170.)
    Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi və əvvəlki İmamların buyurduğu kimi İmam Məhdi (əleyhissəlam) barədə deyilmiş hər iki qeyb dövrü həqiqətə çevrildi.
    İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələri
    Həzrət Məhdi əleyhissəlamın kiçik qeybdə olduğu müddət ərzində qabaqkı İmamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən dördü o Həzrətin xüsusi nümayəndəsi olmuşdur. Onlar öz dövrlərinə görə aşağıdakı tərtiblə nümayəndəlik etmişlər:
    1. Əbu Əmr Osman ibn Səid Əmri;
    2. Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri;
    3. Əbülqasim Hüseyn ibn Ruh Nobəxti;
    4. Əbülhəsən Əli ibn Məhəmməd Səməri.
    Həzrət Məhdi əleyhissəlamın müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, Həmədan, Qum, Rey, Azərbaycan, Nişabur və s. yerlərdə başqa vəkilləri olmuş, lakin onlar ya vəkillər silsiləsinin başında duran bu dörd nəfərin vasitəsilə camaatın (şiələrin) məsələlərini İmama çatdırır(Əl-Qeybət, səh.225.) və eləcə də, onların həllinə dair İmamdan məktublar alırdılar,(Əl-Məhdi, səh.189.) ya da (bəzi tədqiqatçıların verdiyi ehtimala görə) bu dörd nəfərin nümayəndəliyi ümumi və hərətərəfli olmuş, başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmişlər.(Əyanüş-şiə, c.2, səh.48.) Bu nümayəndələrdən aşağıdakıları misal göstərmək olar: Məhəmməd ibn Cəfər Əsədi, Əhməd ibn İshaq Əşəri Qummi, İbrahim ibn Məhəmməd Həmədani, Əhməd ibn Həmzə ibn əl-Yəsə(Əl-Qeybət, səh. 257–258.), Məhəmməd ibn İbrahim ibn Məhziyar,(Üsuli-kafi, c.1, səh.518.) Haciz ibn Yezid, Məhəmməd ibn Saleh,(Üsuli-kafi, c.1, səh.521.) Əbu Haşim Davud ibn Qasim Cəfəri, Məhəmməd ibn Əli ibn Bilal, Ömər Əhvazi, Əbu Məhəmməd və Cinai.(Əlamül-vəra, səh.444.)
    1. Əbu Əmr Osman İbn Səid Əmri
    Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı.(Əl-Qeybət, səh.214.) O, etimadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı.(Əl-Qeybət, səh.216.)Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın da, nümayəndə və yaxın dostlarından olmuşdur.
    Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqi əleyhissəlamın yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?” İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır.”
    Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqi əleyhissəlamın vəfatından sonra İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən demiş, sizə nə çatdırsa, bilin ki, mənim tərəfimdən çatdırmışdır.”(Əl-Qeybət, səh.215.)
    İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdə də, zahirdə ona qüsul verib kəfənə tutduqdan sonra dəfn etmiş şəxs Osman ibn Səid olmuşdu.(Əl-Qeybət, səh.216.) Həmçinin, bir gün bir dəstə şiənin gözü qarşısında İmam Həsən Əskəri əleyhissəlamın göstərişi ilə Yəmən şiələrinin göndərdiyi şəri vergiləri təhvil alan şəxs Osman ibn Səid idi. İmam Əskəri (əleyhissəlam) şiələrin qarşısında öz hərəkəti ilə Osman ibn Səidə olan hörmət və etibarın nə dərəcədə böyük olmasını göstərərək buyurmuşdur: "Şahid olun ki, Osman ibn Səid mənim, oğlu Məhəmməd isə oğlum Məhdi əleyhissəlamın vəkili (naibi) olacaqdır.”(Əl-Qeybət, səh.216.) Eyni zamanda qırx nəfər şiənin İmam Həsən Əskəri əleyhissəlamla görüşünün sonunda o Həzrət onlara buyurdu: "Osman ibn Səid nə deyirsə, qəbul edin, onun əmrinə tabe olun, sözünə qulaq asın. O, sizin İmamınızın nümayəndəsidir və ixtiyar sahibidir.”(Əl-Qeybət, səh.217.)
    Osman ibn Səidin vəfat etdiyi tarix məlum deyil. Bəziləri ehtimal vermişlər ki, o, hicrətin iki yüz altımış-iki yüz altımış yeddinci illəri arasında vəfat etmişdir. Bəziləri isə onun iki yüz səksəninci ildə vəfat etdiyini qeyd edir.(Əl-Qeybət, səh.217.)
    2. Məhəmməd İbn Osman İbn Səid Əmri
    Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Həsən Əskəri əleyhissəlamın etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (əleyhissəlam) Əhməd ibn İshaqın "Kimə müraciət edək?” sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm.”(Əl-Qeybət, səh.219.)
    Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (əleyhissəlam) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir.(Əl-Qeybət, səh.219–220.)
    Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi.”(Əl-Qeybət, səh.220.) Həmçinin, İmam Məhdi (əleyhissəlam) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır.”
    Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır(Əl-Qeybət, səh.221.)
    Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdi əleyhissəlamın nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır. İmam Məhdi əleyhissəlamdan ona çoxlu məktub yetişmiş, o isə həmin məktubları öz sahiblərinə (məktub yazıb cavabını gözləyən şəxslərə) çatdırmışdır. Nəhayət, hicrətin üç yüz dörd, ya da üç yüz beşinci ilində vəfat etmişdir.(Əl-Qeybət, səh.223.) O, ölümündən qabaq vəfat edəcəyi tarixi müəyyən etmiş və müəyyən etdiyi vaxtda da vəfat etmişdir.(Əl-Qeybət, səh.222.)
    3. Əbülqasim Hüseyn İbn Ruh Nobəxti
    Məhəmməd ibn Osmanın həyatının son günlərində bir dəstə şiə onun yanına gedir. O deyir: "Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona etibar edin.”(Əl-Qeybət, səh. 226–227.)
    Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuş və Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəldən zəmin yaradır, şəri vergiləri təhvil vermək üçün şiələrə ona müraciət etməyi göstəriş verirdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi.(Əl-Qeybət, səh. 224, 225, 227.) Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair "Ət-Tədib” adlı bir kitab yazmışdı. Yazdığı bu kitaba öz münasibətlərini bildirmək məqsədilə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazıb bildirirlər ki, bir məsələdən başqa bütün məsələlər şiə fiqhinə uyğundur.(Əl-Qeybət, səh.240.) Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bəzi şəxslər onun düşüncə və istedadını tərifləyərək demişlər: "İstər onunla müvafiq olan, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən, Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir.”(Biharül-əvnar, c.51, səh.356.)
    İmam Məhdi əleyhissəlamın üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş, üç yüz on yeddinci ildə azad edilmişdir.(On ikinci imamın qeybə çəkilməsinin siyasi tarixi. səh.199.) İyirmi bir il nümayəndəlikdən sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir.(Əl-Qeybət, səh.238.)
    4. Əbülhəsən Əlİ İbn Məhəmməd Səməri
    İmam Məhdi əleyhissəlamın göstərişinə(Əlamül-vəra, səh.445.) və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən, ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi nümayəndəsi təyin olunaraq şiələrin başçısı seçilir.(Əl-Qeybət, səh.242.) Səməri İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur.(Tarixül-qeybətis-suğra, səh.412.) O, vəfat etdiyi üç yüz iyirmi doqquzuncu ilə qədər İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl İmam Məhdi əleyhissəlamdan aşağıdakı məzmunda ona bir məktub gəlir:"Bismillahir-rəhmanir-rəhim! Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mömin qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin təyin etmə! Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən(Süfyani adlı bir şəxsin qiyam edəcəyi və göy sədasının eşidiləcəyi İmam Məhdi əleyhissəlamın zühur əlamətlərindəndir. Bu nişanələr zühurdan qabaq baş verməlidir.) qabaq kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur.” (Əl-Qeybət, səh. 242–243.)
    Məktub gəldikdən düz altı gün sonra Əbülhəsən Səməri vəfat edir.(Əl-Qeybət, səh.243)Vəfat etməzdən qabaq ondan soruşurlar ki, səndən sonra İmamın nümayəndəsi kimdir? O isə cavab verir ki, mənim kimisə nümayəndə təyin etməyə icazəm yoxdur.(Əl-Qeybət, səh.242.)
    Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində "böyük qeyb dövrü” adı ilə məşhur olmuş yeni bir mərhələ başlayır. Gələn səhifələrimizdəki bəhslər də məhz bu barədə olacaq.
    İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələrinin əsas vəzifə və fəaliyyətləri
    On ikinci İmamın özü üçün nümayəndə və səfir təyin etməsi həqiqətdə vəkillik əlaqəsinin davamı idi. Bu əlaqə doqquzuncu İmamın dövründə yaranmış, İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın dövründə daha genişlənmiş, İmam Məhdi əleyhissəlamın dövründə isə özünün son mərhələsinə çatmışdır. İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəlirinin əsas vəzifə və fəaliyətlərini aşağıdakı mərhələlərdə konkretləşdirmək olar.
    1. İmam Məhdi əleyhissəlamın adını və yerini gizli saxlamaq
    Kiçik qeyb dövründə İmam Məhdi əleyhissəlamın görünməsi xüsusi naiblər və bəzi şiələr üçün mümkün olub və arabir görünsə də(Əl-Qeybət, səh.222, 246.)bir sıra siyasi çətinliklər üzündən dörd naibin heç birinin öz dövründə o Həzrətin adını çəkməyə və onun yerini bütün camaata bildirməyə ixtiyarı yox idi. Çünki əks təqdirdə İmam üçün hökumət tərəfindən təhlükə yaranardı. İmamın ad və yerinin gizli saxlanılması siyasəti o Həzrətin öz göstərişi əsasında icra olunurdu. Bir dəfə İmamdan bu barədə heç bir sual olunmadan aşağıdakı məzmunda ikinci nümayəndə Məhəmməd ibn Osmana bir məktub gəlməsi də, bu məsələni təsdiqləyir: "(Mənim) adımı soruşanlar bilməlidirlər ki, sükut etsələr, onları Cənnət, danışsalar, Cəhənnəm gözləyir. Əgər onlar mənim adımı bilsələr, onu hamıya deyər, yerimi bilsələr hamıya göstərərlər.”(Əl-Qeybət, səh.222.)
    Həmçinin, ikisi də İmamların ən yaxın səhabə və səmimi dostlarından olan Abdullah ibn Cəfər Himyəri və Əhməd ibn İshaq Əşəri bir gün (birinci nümayəndə) Osman ibn Səidlə görüşərkən ondan "İmam Həsən Əskəri əleyhissəlamın canişinini görməsi” barədə soruşurlar. Osman ibn Səid müsbət cavab verir. Onun adını soruşduqda isə o, adı deməkdən imtina edib buyurur: "Bu barədə soruşmaq sizə haramdır. Özü də bunu mən demirəm. Çünki hansısa halal şeyi haram, haramı isə halal etməyə mənim ixtiyarım yoxdur. Bunu (İmamın adını soruşmağın qadağan olunmasını) onun özü buyurmuşdur. Çünki Abbasi hökuməti elə bilir ki, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etmiş, özündən sonra isə heç bir övladı qalmamışdır. Buna görə də, onlar İmam Əskəri əleyhissəlamın əmlakını heç onun vərəsəsi olmayanlar (Cəfər Kəzzab və anası) arasında bölüşdürdülər. İmam bu məsələ barədə sükut və səbr ixtiyar etmişdir. İndi İmamın ailəsi ilə əlaqə saxlamağa, yaxud onlardan bir şey soruşmağa heç kəsin cürəti yoxdur. Əgər İmamın adı bəlli olarsa, onda o, hökumət tərəfindən axtarışda olar. Çəkinin, çəkinin, Allahı yadınıza salın və bu cür məsələlərdən uzaq olun.”(Əl-Qeybət, səh.146, 219.)
    İmam Məhdi əleyhissəlamın üçüncü naibi Əbülqasim Hüseyn ibn Ruh Nobəxtinin dövründə şiələrin seçilmiş şəxslərindən olan Əbu Səhl Nobəxtidən soruşurlar ki, nəyə görə bu vəzifəyə (nümayəndəliyə) sən yox, Hüseyn ibn Ruh seçildi? O cavab verir ki, onu bu vəzifəyə təyin edənlərin özləri daha yaxşı bilirlər. Mənim işim ancaq müxalif düşmənlərlə mübahisə və müzakirə etməkdir. Əgər mən də Hüseyn ibn Ruh kimi İmamın yerini bilsəydim, ola bilərdi ki, çətinliyə düşəndə onun yerini göstərəm. Ancaq İmam, Əbülqasim Hüseyn ibn Ruhun əbasının altında gizlənsə, onu (Hüseyni) tikə-tikə doğrasalar da, əbasını qaldırmaz.(Əl-Qeybət, səh.240.)
    Category: İmam Məhdi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 860 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024